Məhkəmə qərarları › İş №1(062)-99/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-99/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-99/2023 31.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə təxminən saat 01:15 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən 427-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddsinin 1-ci hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq müvafiq etibarnamə və nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, həmçinin alkoqollu içkilərin qəbul edilməsi nətcəsində sərxoş halda idarə etdiyi “VAZ-21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir tərəfli yolda Qazax istiqamətindəki hərəkət zolağına daxil olaraq qeyd edilən Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanıqadağan nişanları yol hərəkəti iştirakçılarnın hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir) tələblərini pozaraq 110 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 120-130 km/saat sürətlə əksinə doğru üzü Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşıdan öz yolu ilə gələn sürücü Şahid1 idarə etdiyi “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hisəssi ilə toqquşması nəticəsində sonuncu avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs sol körpücük sümüyünün qapalı, yerdəyişməli sınığı, sol dirsək oynağının əzilmiş yarası ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığın uzun müddətə pozulmasına, sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 17 yaşından epilepsiya xəstəsi olduğundan ayda 8-9 dəfə qıcolmaları tutur, lakin əqli xəstəliyi yoxdur. xx.xx.2023-cü il tarixdə 10 günlük müalicə olunması üçün Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmiş, lakin xx.xx.2023-cü il tarixdə səhər saatlarında xəstəxanadan çıxıb Gədəbəy şəhərindəki evinə gedib qardaşı Tural Məmmədovdan özünə məxsus olan “VAZ 21154” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını verməsini xahiş etmiş, Tural da heç bir etiraz bildirmədən avtomobilin açarını verəndən sonra o, evlərinin yanındakı otelin qarşısında olan həmin avtomobilin sükanı arxasına keçərək idarə edib yenidən Gəncə şəhərinə xəstəxanaya qayıtmışdır. Sonra xəstəxanadan yaşadığı evə qayıtmaq üçün gecə vaxtı avtomobilin sükanı arxasına keçmiş, lakin həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün yaşadığı şəhərə Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən yolla getmək qərarına gəlmiş və buna görə də Gəncə şəhərindən Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq Qazax istiqamətində hərəkətə başlamış, hərəkətdə olarkən yolda bir nəfər şəxsdən Qovlar şəhərinə gedən yolu soruşmuş və bundan sonra heç bir şeyi xatırlamamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Tovuz mərkəzi rayon xətəxanasında özünə gələndən sonra yanında olan şəxslərin deməsindən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Bakı-Qazax yolunun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində baş vermiş yolnəqliyyat hadisəsi zamanı xəsarət aldığından xəstəxanaya çatdırılmışdır. Lakin o, hadisənin konkret olaraq harada, necə və hansı şəraitdə baş verməsini, yol-nəqliyyat hadisəsi olan yerə necə getməsini xatırlamamışdır. Sonradan öyrənmişdir ki, idarə etdiyi avtomobili Bakı-Qazax yolunun Tovuz rayonu ərazsinən keçən hissəsində bir tərəfli Qazax istiqamətindəki yola daxil edib əksinə hərəkət edən zaman həmin istiqamətdə hərəkətdə olan “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, toqquşmadan sonra “Hyundai Santafe” markalı avtomobil damı üzərinə aşmış və sağ ön təkəri oxu ilə birgə yerindən çıxaraq yolun sol hərəkət hissəsi üzərinə düşmüş, bu zaman arxadan Qazax istiamətində hərəkətdə olan “Toyota Rav-4” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində olan oxlu təkərə dəyəndə təkərin partlaması səbəbindən idarəetmədən çıxıb yol kənarında dayanmış vəziyyətdə olan “Chevrolet Malibu” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisədən əvvəl yolda spirtli içki olan pivə içmiş, pivənin adı “Baltika-9” olmuşdur. Hazırda əməlindən peşmandır. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə dostu Şahid1la birlikdə Bakı şəhərində olarkən Şahid1 şəxsi istifadəsi üçün özünə “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil alındıqdan sonra yaşadıqları Ağstafa rayonuna qayıtmaq üçün qeyd edilən avtomobilə əyləşəndən sonra Mirhüseyn sükan arxasına keçib avtomobili idarə edərək Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxıb bir tərəfli Qazax istiqamətindəki yol ilə üzü Qazax istiqamətində hərəkətə başlamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 01:15 radələrində həmin yolun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçəndə qəflətən bir tərəfli yol ilə əksinə bir nəqliyyat vasitəsinin sağ zolaqla üzərlərinə doğru hərəkət etməsini görəndə sürücü Mirhüseyn sürəti azaldıb sükanı sola çəkməyə çalışsada həmin nəqliyyat vasitəsi sərnişini oldğu avtomobilə çatanda sağa doğru yönəlib sağ ön yan hissəsi ilə sol zolağın üzərində sərnişini olduğu avtomobili sağ ön yan hissədən vurmuş, bu zaman avtomobil idarəetmən çıxaraq damı üstə aşmışdır. O, çətinliklə də olsa avtomobildən düşüb Mirhüseynlə birgə arxa oturacaqda əyləşən Şahid2 avtomobildən çıxarmış, avtomobildən tüstü çıxdığı üçün avtomobilin yanmasını düşünüb aralıda dayanan zaman sərnişini olduğu avtomobil ilə toqquşan avtomobilin yolun kənarında dayanmasını və həmin nəqliyyat vasitəsinin qara rəngli “VAZ 21154” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüşdür. Bundan 3-4 dəqiqə sonra Qazax istiqamətində hərəkətdə olan “Chevrolet Malibu” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerinə yaxınlaşdıqda ehtiyatla oradan keçib qarşıda yolun sağ kənarında dayanmış, bundan təxminən bir neçə saniyə sonra isə arxadan hərəkətdə olan “Toyota Rav-4” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxıb yolun sağ kənarında dayanmış olan “Chevrolet Malibu” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyməsini görmüşdür. Hadisə zamanı xəsarət aldığı üçün hadisə yerinə gələn TTY avtomobili ilə Tovuz RMX-na aparılmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Odur ki, iş üzrə qanuni hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olarkən şəxsi istifadəsi üçün etibarnamə əsasında özünə “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və bundan sonra yaşadığı Ağstafa rayonuna qayıtmaq üçün Bakı şəhərindən Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna çıxıb bir tərəfli yolla Qazax istiqamətində hərəkətə başlamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə gecə təxminən saat 01:15 radələrində həmin yolun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçəndə qəflətən hərəkətdə olduğu birtərəfli yol ilə əksinə nəqliyyat vasitəsinin sağ zolaqla üzərinə doğru hərəkət etməsini görüb təhlükədən yayınmaq məqsədi ilə sürəti azalmış və sükanı sola çəkməyə çalışsada həmin nəqliyyat vasitəsi idarə etdiyi avtomobilə çatanda sağa doğru yönəlib sağ ön yan hissəsi ilə sol zolağın üzərində idarə etdiyi avtomobili sağ ön yan hissədən vuranda zərbənin təsirindən idarəetməni itirmiş, buna görə də avtomobil damı üstə aşaraq sürüşüb qarşıda dayanmışdır. Özü və avtomobildə sərnişin olan dostu Zərərçəkmiş şəxs avtomobildən düşərək arxa oturacaqda əyləşmiş anası Şahid2 avtomobildən çıxarmışdır. Həmin vaxt avtomobildən tüstü çıxdığı üçün avtomobilin yanmasını düşünüb kənarda dayanıb idarə etdiyi avtomobil ilə toqquşan avtomobilin yolun kənarında dayanmasını və həmin nəqliyyat vasitəsinin qara rəngli “VAZ 21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını görmüşdür. Toqquşma zamanı avtombilinin ön sağ təkəri oxu ilə birgə yerindən sınıb yolun hərəkət hissəsində qalmış, yola şüşə və digər hissələr səpələnmişdir. Bu hadisədən təxminən 3-4 dəqiqə sonra Qazax istiqamətində hərəkətdə olan “Chevrolet Malibu” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerinə yaxınlaşdıqda ehtiyatla oradan keçib qarşıda yolun sağ kənarında dayanmış, lakin bundan təxminən bir neçə saniyyə sonra arxadan gələn “Toyota Rav-4” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmədən çıxıb yolun sağ kənarında dayanmış həmin “Chevrolet Malibu” markalı avtomobilə dəyməsini görmüşdür. Hadisə yerinə TTY avtomobili gələndən sonra anası Şahid2, dostu Zərərçəkmiş şəxs və “VAZ 21154” markalı avtomobilin sürücüsünü Tovuz RMX-na aparmışdır. “VAZ 21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfli zolaqla üzərinə təxminən 120-130 km/saat sürətlə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, özünə məxsus “Chevrolet Malibu” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili və hazırda qüvvədə olan “B” kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:05 radələrində Bakı şəhərindən Ağstafa rayonuna getmək üçün qeyd edilən avtomobilin sükanı arxasına keçib Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna çıxaraq bir tərəfli yol ilə üzü Qazax istiqamətində hərəkətə başlamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 01:10-15 radələrində həmin yolun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçəndə arxadan eyni istiqamətdə hərəkətdə olan “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobili ötüb keçmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra yolda olan körpüyə yaxınlaşanda bir nəqliyyat vasitəsinin aşıb yolun sağ zolağının üzərində dayanmasını, həmçinin yolun sağ və sol zolağına avtomobillərdən düşən hissələrin səpələnməsini, sol hərəkət zolağında isə bir ədəd təkərin olmasını görüb sürəti azaldaraq ehtiyatla yola səpələnmiş hissələrin üzərindən keçib aşmış avtomobildə olan şəxslərə köməklik etmək məqsədi ilə qarşıda, təxminən 100 metr aralıda yolun sağ kənarında dayanmış və avtomobildən düşmək istəyəndə arxadan eyni istiqamətdə hərəkətdə olan “Toyota Rav-4” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ hissəsi və sağ yan güzgüsü ilə idarə etdiyi avtomobili ön sol yan hissədən vuranda zərbənin təsirindən avtomobili sağa istiqamətini dəyişmişdir. Avtomobildən yerə düşüb “Toyota Rav-4” markalı avtomobilə yaxınlaşanda sürücü, adını sonradan bildiyi Şahid4 ona, yolun sol hərəkət zolağının üzərində olan təkərə çırpıldığından idarəetməni itirdiyini bildirmişdir. O, “Hyundai Santafe” markalı avtomobilə yaxınlaşanda həmin avtomobildə olan şəxslərin artıq avtomobildən çıxmasını, bir qədər qabaqda isə yol kənarında qara rəngli “VAZ 21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını, həmin avtomobilin sağ yan hissəsinin tamamilə əzilməsini və avtomobilin sürücüsünün bayırda olmasını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, “VAZ 21154” markalı avtomobil bir tərəfli Qazax istiqamətindəki yol ilə əksinə hərəkətdə olan zaman “Hyundai Santafe” markalı avtomobil ilə toqquşmuşdur. Məhkəmə iclasında Şahid5 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:05 radələrində əri Şahid3lə birlikdə sonuncunun idarə etdiyi “Chevrolet Malibu” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Bakı şəhərindən Ağstafa rayonuna getmək üçün Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq bir tərəfli yol ilə üzü Qazax istiqamətində yola düşmüşlər, həmin vaxt o, ön sağ oturacaqda əyləşmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 01:10-15 radələrində həmin yolun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçəndə arxadan eyni istiqamətdə hərəkətdə olan “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil sərnişini olduğu avtomobili ötüb keçmişdir. Bundan təxminən 1-2 dəqiqə sonra yolda olan körpüyə yaxınlaşanda bir nəqliyyat vasitəsinin aşıb yolun sağ zolağının üzərində dayanmasını, həmçinin yolun sağ və sol zolağına avtomobillərdən düşən hissələrin səpələnməsini, sol hərəkət zolağında isə bir ədəd təkərin olmasını görüb Vüqara yol-nəqliyyat hadisəsinin olmasını və aşan avtomobilin onları ötən “Hyundai Santafe” markalı avtomobil olmasını bildirmiş və Vüqar sürəti azaldaraq ehtiyatla yola səpələnmiş hissələrin üzərindən keçib aşmış avtomobildə olan şəxslərə köməklik etmək üçün yolun sağ kənarında avtomobili dayandırandan təxminən bir neçə saniyə sonra arxadan eyni istiqamətdə hərəkətdə olan “Toyota Rav-4” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sağ hissəsi ilə sərnişini olduğu avtomobili ön sol yan hissədən vurmuş, zərbənin təsirindən avtomobili sağa istiqamətini dəyişmişdir. Sonra o, avtomobildən yerə düşmüş və orada ona məlum olmuşdur ki, qara rəngli “VAZ 21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil bir tərəfli Qazax istiqamətindəki yol ilə əksinə hərəkətdə olan zaman “Hyundai Santafe” markalı avtomobil ilə toqquşmuş, sonra isə “Hyundai Santafe” markalı avtomobilin toqquşmanın təsirindən oxundan çıxan təkərinə isə arxada hərəkətdə olan “Toyota Rav-4” markalı avtomobil dəyib idarə etmədən çıxaraq onların avtomobili ilə toqquşmuşdur. Məhkəmə iclasında Şahid4 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, “X2” MMC-yə məxsus olan “Toyota Rav-4” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, hazırda qüvvədə olan “B” kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərindən qeyd etdiyi avtomobilin sükanı arxasına keçib Tovuz şəhərinə getmək üçün Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna çıxaraq bir tərəfli yol ilə üzü Qazax istiqamətində hərəkətə başlamışdır. xx.xx.2023-cü il tarixdə gecə saat təxminən 01:15 radələrində həmin yolun Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsinə çatanda qarşıda körpünün alt hissəsində yola şüşə və digər avtomobil hissələrinin səpələnməsini və bir nəqliyyat vasitəsinin damı üstə aşaraq yolun hərəkət hissəsində dayanmasını görmüş, körpüyə yaxınlaşanda damı üstə aşan avtomobil yolun sağ zolağının üzərində dayandığı və sağ tərəfdə inasanlar olduğu üçün sol zolaqla hərəkəti davam etdirəndə yolun sol hərəkət zolağının üzərində idarə etdiyi avtomobilin ön sağ təkərinə nəyinsə dəyməsini və zərbənin təsirindən ön sağ təkərin cılmasını hiss edəndə bir anlıq idarəetməni itirmiş və buna görə də sükanı düzgün tutmağa çalışsada idarə etdiyi avtomobilin ön sağ yan hissəsi yolun sağ kənarındakı dayanmış olan “Chevrolet Malibu” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, toqquşmadan sonra avtomobili bir qədər qarşıda üzü Qazax istiqamətində dayanmışdır. Avtomobildən düşəndən sonra “Chevrolet Malibu” markalı avtomobilin sürücüsü ilə görüşmüş, sonra qabağa gedəndə yolun orta hissəsində aşmış olan “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını, onun arxa tərəfində isə yolun sol hərəkət zolağının üzərində “Hyundai Santafe” markalı avtomobilin oxundan sınmış təkərinin olmasını görmüş və bununlada ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin ön sağ təkəri yolun orta hissəsində olan oxundan sınmış olan təkərə dəyərək cırılmış və məhz buna görə də o, idarəetməni itirmişdir. Bundan sonra orada yolun kənarında qara rəngli “VAZ 21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasını, həmin avtomobilin sağ yan hissəsinin tamamilə əzilməsini və avtomobilin sürücüsünün bayırda olmasını görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, “VAZ 21154” markalı avtomobil bir tərəfli Qazax istiqamətindəki yol ilə əksinə hərəkətdə olan zaman “Hyundai Santafe” markalı avtomobil ilə toqquşmuşdur. Onun idarə etdiyi avtomobilin idarəetmədən çıxamasına səbəb “Hyundai Santafe” markalı avtomobilin toqquşmanın təsirindən oxundan çıxan təkərinə dəyməsi olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli 8/995 nömrəli rəyindən görünür ki, “VAZ 21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-cü maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 110 km/saata qədər məhdudlaşdırılmış yolda 120-130 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-cü hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi Tovuz Rayon Şöbəsinin 23 mart 2023-cü il tarixli 182 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sol körpücük sümüyünün qapalı, yerdəyişməli sınığı, sol dirsək oynağının əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan 18 mart 2023-cü il tarixli 139 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə baş verən zaman, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ağır dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin Tovuz RQİ və TB şöbəsinin xx.xx.2023-cü il tarixli 016-497 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək AC-665857 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Qeyd edilən sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 15539 (on beş min beş yüz otuz doqquz) manat maddi ziyan dəymişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin qanunda qeyd olunan cəzanı yüngülləşdirən hallarla yanaşı, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayətin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “VAZ 21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 və “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 343-347, 351- 353 və 356-357-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21154” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 və “Hyundai Santafe” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar