Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-99/2024 15.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə
1. xx.xx.1990-cı ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, 2 saylı X2 X1 15 saylı dolayında meşə gözətçisi işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əsrik Cırdaxan kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs1
1. xx.xx.1983-cü ildə Tovuz rayonu Əsrik Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əsrik Cırdaxan kəndində qeydiyyatda olan və Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş
Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i:
Təqsirləndirilən şəxs1 25 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X2 X1 15 saylı meşə dolayında meşə gözətçisi vəzifəsində işlədiyi müddət ərzində vəzifə təlimatına əsasən meşələrin qorunub mühafizə olunmasına bilavasitə məsuliyyət daşımasına, meşə qanunvericiliyinin pozulması hallarını aşkar edib yazılı məlumat verməli olmasına və meşələrin qorunması üzrə digər vəzifələr daşımasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə mühafizəsi xüsusi qaydada təşkil olunan dövlətin mülkiyyətində olan 2 saylı X2 X1 15 saylı meşə dolayında qanunsuz ağac kəsmə məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, onlar qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün müvafiq dövlət orqanına mürciət etmədən 2023-cü ilin avqust ayının sonlarından 2023-cü ilin oktyabr ayının ortalarına qədər olan müddət ərzində Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən Cırdaxan meşəbəyliyinin 15 saylı meşə dolayında meşə fondunun ərazisində meşə massivində zəncirli mişardan istifadə etməklə 20 ədəd fıstıq, 02 ədəd vələs, 01 ədəd gilas, 01 ədəd qarağac və 01 ədəd cökə olmaqla, ümumilikdə 25 ədəd ağacı vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə təbiətə ümumilikdə xeyli miqdarda, yəni 3052,24 manat məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə mühafizəsi xüsusi qaydada təşkil olunan dövlətin mülkiyyətində olan 2 saylı X2 X1 15 saylı meşə dolayında qanunsuz ağac kəsmək məqsədi ilə həmin ərazidə meşə gözətçisi işləyən qardaşı Təqsirləndirilən şəxs1 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, onlar qanunsuz, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün müvafiq dövlət orqanına mürciət etmədən 2023-cü ilin avqust ayının sonlarından 2023-cü ilin oktyabr ayının ortalarına qədər olan müddət ərzində Tovuz rayonu Əsrik Cırdaxan kəndində yerləşən Cırdaxan meşəbəyliyinin 15 saylı meşə dolayında meşə fondunun ərazisində meşə massivində zəncirli mişardan istifadə etməklə 20 ədəd fıstıq, 02 ədəd vələs, 01 ədəd gilas, 01 ədəd qarağac və 01 ədəd cökə olmaqla, ümumilikdə 25 ədəd ağacı vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə təbiətə ümumilikdə xeyli miqdarda, yəni 3052,24 manat məbləğində ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahid ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2018-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı X2 Mərkəzinin Tovuz rayonu Əsrik Cırdaxan kəndi ərazisində yerləşən Cırdaxan meşəbəyliyinin meşə gözətçisi kimi fəaliyyət göstərir. Onun fəaliyyəti təhkim olunmuş meşə ərazisinə nəzarət etməkdən ibarətdir. Lakin buna baxmayaraq, özü həmin meşə dolayında olan ağacları kəsərək odun tədarükü yerlərinə, sexlərə verərək gəlir əldə etmişdir. O, qardaşı Təqsirləndirilən şəxs2 da onun işlədiyi meşə dolayında ağacları kəsərək, odun tədarükü yerlərinə, sexlərə sataraq yaxşı gəlir əldə edə biləcəyini dedikdə onunla razılaşmışdır. Onlar həmin ağacları Tovuz rayonu Əsrik Cırdaxan kəndi ərazisində yerləşən 15 saylı meşə dolayında kəsmişlər. Onlar təxminən 400 metr hündürlükdə yüksəkliyə qalxaraq dağın yuxarı hissəsində yerləşən ağacları kəsib, doğrayıb oradan dərə istiqamətində çaya doğru atmışlar, daha sonra onları bir kənddən olan Rəşad adlı şəxsə məxsus olan “ZİL-130” markalı avtomobillə evə gətirmişdir. Sonra isə həmin hissələrə ayrılmış ağacların bir hissəsini kəndlərində yerləşən odun tədarükü üçün, qalan hissəsini isə Qovlar şəhərində yerləşən Hakan adlı şəxsin odun sexinə satmışdır. Onlar təqribən 2023-cü ilin avqust ayının axırlarından 2023-cü ilin oktyabr ayının ortalarına kimi meşədən ümumilikdə 25 ədəd müxtəlif növlü ağac kəsmişlər. Onlar 1 ədəd meşə gilası, 1 ədəd qaraağac, 1 ədəd cökə, 10 ədəd fıstıq adlı ağacları kəsmişlər. Baxış keçirilən zaman 1 ədəd fıstıq ağacını səhvliklə albalı ağacı kimi bildirmişdir. Həmin ağacları hissələrə ayırıb odun tədarükünə verdikdən sonra 900 manat məbləğində pul qarşılığında Qovlar şəhərində sexi olan Hakan adlı şəxsə satmışlar, həmin vaxt onların əldə etdikləri gəlir 1500 manat məbləğində olmuş və qardaşı ilə aralarında bölmüşlər. Həmin 25 ağacdan 10 ədəd fıstıq, 2 ədəd vələs ağacları kəsdikdən sonra meşə dolayında dərədə saxlamışlar. Onların odun tədarükünə və sexlərə satış etdiyi hissələrə ayrılmış ağacların məbləği 1500 manat məbləğində olmuşdur. Sonradan kəsdiyi ağacların məbləği isə təxminən 2000 manat məbləğində olmaqla ümumilikdə 3500 manat təşkil etmişdir. Həmin əldə olunan gəliri o və qardaşı aralarında bölmüşlər. Ağacların kəsilib satılması ilə bağlı özü qərara gəlmişdir. O, ağacları kəsərək satıb yaxşı gəlir əldə edə biləcəyini qardaşı Təqsirləndirilən şəxs2 dedikdə razılaşmış və ikisi birlikdə ağacları kəsib, hissələrə ayırıb satmışlar. Ağacları daşımaqda kömək edən Rəşad adlı şəxs həmkəndlisidir, sonuncu ağacları qanunsuz kəsdiklərini bilməmiş, meşə gözətçisi işlədiyi üçün Rəşada rəsmi icazə əsasında ağacları kəsdiyini bildirmiş və sonuncunu inandırmışdır. Əks təqdirdə kömək etməyəcəyini fikirləşmişdir. Hakan adlı şəxsə ağacları rəsmi icazə ilə kəsdiyini bildirmişdir. O, ağacları gəlib özü götürmüşdür. Ağacların kəsilməsinə görə meşə qanunvericiliyində qanunla müəyyən edilmiş qaydada və ya kəsməyə hüquq verən heç bir icazə olmamışdır. Həmin ərazinin meşə olmasından və oradakı ağacların kəsilməsinin qadağan olunmasından məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır və vurulmuş 3052,24 manat maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs1 Tovuz rayonu, 15 saylı meşə dolayının meşə gözətçisi kimi çalışır. 2023-cü ilin avqust aylarının sonlarında Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, işlədiyi 15 saylı meşə dolayında bəzi ağacları kəsməkdə ona kömək etsin. O, Rasimin təklifi ilə razılaşmışdır. O, qardaşı Rasimin nəzarəti altında olan 15 saylı meşə dolayında olan müxtəlif kəsilməsi qadağan olan ağacların kəsilməsi, doğranması, yük maşınlarına yüklənməsi ilə məşğul olmuşdur. 2023-cü ilin avqust ayının sonlarından 2023-cü ilin oktyabr ayının ortalarına qədər olan müddət ərzində həmin meşə dolayında qaraağac, cökə, vələs, fıstıq və gilas kimi dövlət tərəfindən kəsilməsi qadağan olunan ağacları qardaşı ilə qanunsuz olaraq kəsmişlər. Təqsirləndirilən şəxs1 ona fəhlə kimi çalışdığına görə 30 manat pul ödəmişdir. Həmin müddət ərzində dövlət tərəfindən kəsilməsi qadağan olunan 01 ədəd meşə gilası, 01 ədəd cökə, 01 ədəd qaraağac, 02 ədəd vələs və 20 ədəd fıstıq ağacı kəsmişlər. Kəsdikləri ağacları qardaşı Təqsirləndirilən şəxs1 evinə, yəni Tovuz rayonu Əsrik Cırdaxan kəndinə, həmin kənd sakini Rəşad adlı şəxsin “ZİL-130” markalı yük maşını ilə daşımışlar. Həmin dövlət tərəfindən kəsilməsi qadağan olunan ağaclardan 01 ədəd meşə gilası, 01 ədəd cökə, 01 ədəd qaraağac və 10 ədəd fıstıq ağacını Rasim həyət evindən Hakan adlı şəxsə 450 manat pul məbləği qarşılığında satmışdır. Hakan adlı şəxs yük maşınını özü gətirmiş, həmin ağacları yük maşınına o, Rasim və Hakan adlı şəxsin özü daşımışdır. Sonra həmin yük maşınını Hakan özünün sexinə, yəni Tovuz rayonu, Qovlar şəhərində yerləşən odun sexinə aparmışdır. Sonuncu dəfə qardaşı Rasimlə birgə 15 saylı meşə dolayında 10 ədəd fıstıq və 2 ədəd cökə doğrasalar da, ağacları meşədən çıxarda bilməmişlər. Yüklənməməsinin səbəbi barədə qardaşı ona məlumat verməmişdir. Kəsdikləri ağacların oduncaqları meşənin ortasında qalmışdır. xx.xx.2023-cü il tarixdə ona qardaşı Rasim zəng vuraraq onu Meşə İdarəsinə çağırmışdır. Meşə İdarəsində olarkən qardaşı Rasim orda olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Rasim ağacların kəsildiyi yerin və ağac köklərinin harada olmağı ilə bağlı DİO-nun polis əməkdaşları tərəfindən sual verildiyi zaman Tovuz rayonu, 15 saylı meşə dolayına gedərək kəsilmiş ağacların kökləri və yeri barədə birlikdə məlumat verərək həmin ərazini göstərmişdir. Əməlini məsuliyyətini dərk edir. Hazırda əməlindən peşmandır və vurulmuş 3052,24 manat maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, o, hazırda 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi, müfəttiş vəzifəsində çalışır. İdarənin nümayəndəsi qismində təyin edilmişdir. Vəzifə səlahiyyətlərinə uyğun olaraq 18 oktyabr 2023-cü ildə İdarənin əməkdaşları ilə birlikdə 2 saylı X2 X1 15 saylı meşə dolayında ərazinin meşə gözətçisi Təqsirləndirilən şəxs1 iştirakı ilə yoxlama aparan zaman meşə fonduna aid ərazidə 01 ədəd meşə gilası, 01 ədəd cökə, 01 ədəd qaraağac, 02 ədəd vələs və 20 ədəd fıstıq ağacı olmaqla, ümumilikdə 25 yaş ağacın kəsilməsi faktı aşkar edilmişdir. Qanunsuz ağac kəsilməsi faktı ilə bağlı akt tərtib edilmiş və 2 saylı X2 Mərkəzinin mütəxəssisi tərəfindən təbiətə vurulmuş ziyanın müəyyən edilməsi bağlı həcm qiymət cədvəli tərtib edilmişdir. Həcm-qiymət cədvəlinə əsasən 25 ədəd ağacın qanunsuz kəsilməsinə görə X3 2129,42 manat məbləğində zərər, 49,95 kub metr həcmində oduncağa görə isə 922,82 manat olmaqla, ümumilikdə 3052,24 manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilmişdir. Aşkar edilmiş qanunsuzluqlarla bağlı İdarə Rəhbərliyinə müraciət edildikdən sonra aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Bundan sonra DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları ilə birlikdə 05 noyabr 2023cu ildə həmin əraziyə yenidən baxış keçirilmişdir. Baxış zamanı kəsilmiş ağac kötükləri müəyyən edilmişdir. Baxışda iştirak edən meşə gözətçisi Təqsirləndirilən şəxs1 25 ədəd ağacı özü kəsdiyini səmimi şəkildə etiraf etmişdir. Həmin ağacların kəsilməsi barədə Təqsirləndirilən şəxs1 və digər şəxslərə heç bir meşə məhsullarının buraxılışı orderi verilməmiş, həmin ağaclar qanunsuz olaraq kəsilmişdir. 2 saylı X2 X1 15 saylı meşə dolayında meşə fonduna aid ərazidə 01 ədəd meşə gilası, 01 ədəd cökə, 01 ədəd qaraağac, 02 ədəd vələs və 20 ədəd fıstıq ağacı olmaqla, ümumilikdə 25 ədəd ağacın qanunsuz kəsilməsinə görə X3 2129,42 manat məbləğində zərər, 49,95 kub metr həcmində oduncağa görə isə 922,82 manat olmaqla, ümumilikdə 3052,24 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslərlə barışığın olmasını, onların vurulmuş ziyanı ödəmələrini nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, yaşadığı Tovuz rayonu ərazisində taxta sexi işlədir. Həmin sex Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşir. Sexin yerləşdiyi yeri aylıq 300 manat icarəyə götürmüşdür. Sexdə ondan əlavə bir usta və bir fəhlə işləyir. Sexdə əsasən taxta yeşiklər hazırlanır Belə ki, pomidor və tərəvəz istixanaları taxta yeşiklər sifariş verdikdə onların sifarişi əsasında yeşikləri hazırlayıb satışını həyata keçirirlər. Yeşik hazırlamaq üçün ağacları isə əsasən yerli camaatın həyətyanı sahələrindəki ağaclarını almışdır. Təqsirləndirilən şəxs1 həmyerli kimi tanıyır. Təxminən 2023-cü ilin payız aylarında onunla görüşən zaman meşəbəyi işlədiyini bildirmişdir. O, meşədən icazə alıb ağac kəsib satdığını, istəsə ona da sata biləcəyini bildirmişdir. Ondan hansı ağacları kəsdiyini soruşduqda vələs, fıstıq, cökə və digər ağacları kəsdiyini, ağacların yaş və quru olduğunu bildirmişdir. Ona kəsdiyi ağacları onun adına yazdıracağını bildirmişdir. Onunla razılaşmışdır. Təxminən 2023-cü ilin oktyabr ayının ortalarında o, idarə etdiyi “Qazel” markalı avtomobillə Təqsirləndirilən şəxs1 yaşadığı Tovuz rayonu Əsrik Cırdaxandakı evinə gəlmiş və evin həyətində olan təxminən 40-60 sm uzunluğunda ağacları maşına yükləmişdir. Növbəti gün ondan bir maşın da ağac almışdır. O, ağaclara görə Rasimə nə qədər pul verdiyini xatırlamamışdır. Onunla 4 maşın ağac almağa razılaşmışlar. O, qalan iki maşının meşədə qaldığını onları meşədən çıxartdıqdan sonra xəbər edəcəyini, ağacların sənədini də həmin zaman verəcəyini bildirmişdir. O da Rasimə onu kimsə saxlayıb ağacları kimdən aldığını soruşduqda ondan aldığını deyəcəyini, Rasim isə problem olmadığını ağacların qanuni kəsildiyini bildirmişdir. Ağacları aparan zaman isə yolda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri onu saxlamışlar, ağacları kimdən aldığını soruşan zaman isə Təqsirləndirilən şəxs1 aldığını və onun deməsinə görə icazə ilə kəsdiyini bildirmişdir. Onlar da ona 1300 manat cərimə yazıb buraxmışlar. Bundan sonra məlumatı olmuşdur ki, polis əməkdaşları meşəyə baxış keçiriblər və Rasimin ağacları icazəsiz kəsməsi müəyyən olunmuşdur. Rasim ona meşəbəyi olduğunu və ağacları meşə kəsmə bileti ilə, yəni rəsmi icazə ilə kəsildiyini bildirmişdir. O, ağacları Rasimdən heç bir qaimə və digər sənəd tələb etmədən almışdır. Təqsirləndirilən şəxs1 aldığı ağacların içərisində əsasən fıstıq ağacları çoxluq təşkil eləsə də, vələs və adını dəqiq bilmədiyi digər növ ağaclar da olmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli 3-16-16/2-9/8994-7/1607 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 81930 nömrəli akta əlavə edilmiş həcm qiymət cədvəlindən istifadə etməklə, ümumilikdə 25 ədəd müxtəlif cinsdən olan ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 3052,24 manat müəyyən edilir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Əsrik Cırdaxan kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilən qəbzdən görünür ki, cinayət işi üzrə X3 vurulmuş 3052,24 manat məbləğində maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilir. Onların bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də onlar həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını və dövlətə vurulmuş ziyanı tam ödəməklə, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, dövlətə vurulmuş ziyanı tam ödəməklə, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmələrini qanuni və əsaslı olmaqla onların islah olunmaları, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış qanunsuz olaraq kəsilən ağacların oduncaqlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin anbarına verilməsi nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış qanunsuz olaraq kəsilən ağacların oduncaqlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin anbarına verilməsi nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov