Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-11/2024 13.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4, Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə 13 iyun 2024-cü il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1980-ci il tarixdə Göyçay rayonu, Mallı- Şıxlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxxxxxx 1995-ci il tarixdə Ucar rayonu, Rəstəcə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxxxxx 1997-ci il tarixdə Ucar rayonu, Çiyni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonu, Çiyni kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədi ilə 28 mart 2023-cü il tarixdə, gecə saatlarında Ağdaş rayonu, Xosrov kəndində Zərərçəkmiş şəxs1 məxsus, yaşayış sahəsi hesab olunan evinin həyətində yerləşən saxlanc yeri sayılan tövlənin qapısının qıfılını sındırıb qanunsuz daxil olaraq dəyəri 7600 manat olan 24 baş qoyunu və 2640 manat olan 11 baş quzunu oğurlayaraq Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni, ümumilikdə 10240 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, о, təkrarən 03 may 2023-cü il tarixdə gecə saatlarında özgənin özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədi ilə Göyçay rayonu, Çərəkə kəndi ərazisində Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi hesab olunan evinin darvazasının qapısını itələyib açmaqla həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq dəyəri 5040 manat olan 18 baş qoyunu və 1200 manat olan 10 baş quzunu oğurlayaraq Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni, ümumilikdə 6240 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, о, təkrarən 08 may 2023-cü il tarixdə gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup təşkil edərək Ucar rayonu, Rəstəcə kəndi ərazisində yerləşən çöl sahədən Ucar rayonu, Alpout kənd sakinləri Zərərçəkmiş şəxs3 məxsus 2 rəst və Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 800 manat olan 2 rəst, ümumilikdə 4 rəst atı oğurlayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hər birinə 1600 manat olmaqla cəmi 3200 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa, о, təkrarən 05 iyun 2023-cü il tarixdə, gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Ucar rayonu, Rəstəcə kəndi ərazisində yerləşən çöl sahədən rayonun Gəraybəyli kənd sakini Zərərçəkmiş şəxs5 məxsus hər birinin dəyəri 1450 manat olan 2 baş inəyi oğurlayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 2900 manat məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa, о, təkrarən 05 iyun 2023-cü il tarixdə, gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Göyçay rayonu, Çərəkə kəndi ərazisində yerləşən çöl sahədən Ucar rayonu, Gəraybəyli kənd sakini Zərərçəkmiş şəxs6 məxsus 1800 manat dəyərində 1 baş inəyi, eləcə də 1125 manat dəyərində 1 baş erkək dananı oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 2925 manat məbləğində məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa, о, təkrarən 13 iyun 2023-cü il tarixdə, gecə saatlarında tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Ucar rayonu, Məlikballı kəndi ərazisində yerləşən çöl sahədən həmin kənd sakinləri Zərərçəkmiş şəxs7 məxsus 1500 manat dəyərində 1 rəst, Zərərçəkmiş şəxs9 məxsus 500 manat dəyərində 1 rəst, Zərərçəkmiş şəxs10 məxsus 400 manat dəyərində 1 rəst və Ağdaş rayonu, Yenicə kənd sakini Zərərçəkmiş şəxs8 məxsus 1500 manat dəyərində 1 rəst, ümumilikdə 4 rəst atı oğurlayaraq zərərçəkmiş şəxslərə cəmi 3900 manat məbləğində maddi maddi ziyan vurmuşdur. Bundan başqa, о, təkrarən 03 iyul 2023-cü il tarixdə, gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Ucar rayonu, Rəstəcə kəndi ərazisində çöl sahədən həmin kənd sakini Zərərçəkmiş şəxs11 məxsus 800 manat dəyərində 1 rəst atı oğurlayaraq Zərərçəkmiş şəxs11 qeyd edilən məbləğdə maddi maddi ziyan vurmuşdur. Bundan başqa, о, təkrarən 03 iyul 2023-cü il tarixdə, gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Ucar rayonu, Rəstəcə kəndi ərazisində çöl sahədən həmin kənd sakini Zərərçəkmiş şəxs12 məxsus biri 2500 manat, digəri 1050 manat dəyərində olan 2 baş camışı oğurlayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 3550 manat məbləğində maddi maddi ziyan vurmuşlar. Bundan başqa, о, təkrarən 14 iyul 2023-cü il tarixdə, saat 04 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və kürəkəni Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan qrup halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Ucar rayonu, Rəstəcə kəndində Zərərçəkmiş şəxs13 məxsus, yaşayış sahəsi hesab olunan evin həyətinə Təqsirləndirilən şəxs3 hasardan aşma yolu ilə keçib darvazanı açdıqdan sonra həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq 2-si qoç, 52-si qoyun olmaqla, ümumilikdə 54 baş xırdabuynuzlu heyvanı oğurlayaraq Zərərçəkmiş şəxs13 xeyli miqdarda, yəni ümumilikdə 16200 manat məbləğində maddi maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 08 may 2023-cü il tarixdə, gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Ucar rayonu, Rəstəcə kəndi ərazisində yerləşən çöl sahədən Ucar rayonu, Alpout kənd sakinləri Zərərçəkmiş şəxs3 məxsus 2 rəst və Zərərçəkmiş şəxs4 məxsus hər birinin dəyəri 800 manat olan 2 rəst, ümumilikdə 4 rəst atı oğurlayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3la Zərərçəkmiş şəxs4 hər birinə 1600 manat olmaqla cəmi 3200 manat məbləğində maddi maddi ziyan vurmuşlar. Bundan başqa, о, təkrarən 05 iyun 2023-cü il tarixdə, gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Ucar rayonu, Rəstəcə kəndi ərazisində yerləşən çöl sahədən rayonun Gəraybəyli kənd sakini Zərərçəkmiş şəxs5 məxsus hər birinin dəyəri 1450 manat olan 2 baş inəyi oğurlayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 2900 manat məbləğində maddi maddi ziyan vurmuşlar. Bundan başqa, о, təkrarən 05 iyun 2023-cü il tarixdə, gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Göyçay rayonu, Çərəkə kəndi ərazisində yerləşən çöl sahədən Ucar rayonu, Gəraybəyli kənd sakini Zərərçəkmiş şəxs6 məxsus 1800 manat dəyərində 1 baş inəyi, eləcə də, 1125 manat dəyərində 1 baş erkək dananı oğurlayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 2925 manat məbləğində maddi maddi ziyan vurmuşlar. Bundan başqa, о, təkrarən 03 iyul 2023-cü il tarixdə, gecə saatlarında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Ucar rayonu, Rəstəcə kəndi ərazisində çöl sahədən həmin kənd sakini Zərərçəkmiş şəxs12 məxsus biri 2500 manat, digəri 1050 manat dəyərində olan 2 baş camışı oğurlayaraq Zərərçəkmiş şəxs12 ümumulikdə 3550 manat məbləğində maddi maddi ziyan vurmuşlar. Bundan başqa, о, təkrarən 14 iyul 2023-cü il tarixdə, saat 04 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Ucar rayonu, Rəstəcə kəndində Zərərçəkmiş şəxs13 məxsus, yaşayış sahəsi hesab olunan evin həyətinə Təqsirləndirilən şəxs3 hasardan aşma yolu ilə keçib darvazanı açdıqdan sonra həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq 2-si qoç, 52-si qoyun olmaqla, ümumilikdə 54 baş xırdabuynuzlu heyvanı oğurlayaraq Zərərçəkmiş şəxs13 xeyli miqdarda, yəni ümumilikdə 16200 manat məbləğində maddi maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs3 14 iyul 2023-cü il tarixdə, saat 04 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanış Təqsirləndirilən şəxs2 və qaynatası Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək, Ucar rayonu, Rəstəcə kəndində Zərərçəkmiş şəxs13 məxsus, yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan aşma yolu ilə keçib darvazanı açdıqdan sonra həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq 2-si qoç, 52-si qoyun olmaqla, ümumilikdə 54 baş xırdabuynuzlu heyvanı götürüb aparmaqla Zərərçəkmiş şəxs13 xeyli miqdarda, yəni ümumilikdə 16200 manat məbləğində maddi maddi ziyan vurmuşlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 28 mart 2023-cü il tarixdə, Ağdaş rayonu Xosrov kəndi ərazisində əvvəllər heyvan otardığı üçün oraları yaxşı tanıdığından Xosrov kəndindən qoyun oğurlamağı planlaşdırıb gecə saatlarında özünə məxsus atla həmin kəndə getmişdir. Tövləsinin küçəyə açılan dəmir qapısı olan tanımadığı şəxsin tövləsinin qapısının üzərində olan qıfılı sındırdıqdan sonra qapını açaraq tövlədən 35 baş qoyunu küçəyə çıxarıb atın qarşısına qataraq yaşadığı Göyçay rayonu, Mallı-Şıxlı kəndində yerləşən həyətinə aparmışdır. 2023-cü ilin may ayının əvvələrində Ucar rayonu, Rəstəcə kəndində yaşayan Təhməz adlı şəxsin qoyunlarını oğurlamaq fikirinə düşmüş, ona görə də gecə yarı özü təkbaşına Təhməzin həyətinin qapısını açdıqdan sonra həyətə daxil olaraq tövləyə yaxınlaşmışdır. Qoyunları tövlədən çıxaranda qoyunun biri yeriyə bilmədiyindən orada saxlamış, qalan 28 baş qoyunları isə küçəyə çıxararaq çöllüklə həyətinə aparmışdır. Qoyunların bir neçəsini Göyçay rayonunda heyvan bazarında tanımadığı adamlara satmışdır. Sonradan Təhməzin yaşadığı ərazinin Göyçay rayonu, Çərəkə kəndinə aid olmasını öyrənmişdir. 2023-cü ilin may ayının əvvələrində Ucar rayonu Rəstəcə kəndində yaşayan tanışı Səməd ona zəng edərək 4 rəst sahibsiz atın əkin sahəsində otladığını bildirərək atları oğurlamağı təklif etmişdir. O, da təklifi qəbul edərək axşam vaxtı təkcə Rəstəcə kəndinə gedərək Səmədlə atları minib, digərini isə qarşılarına qatıb yaşadığı Göyçay rayonu, Mallı-Şıxlı kəndinə aparmışlar. Növbəti gün İsmayıllı rayonundan tanıdığı at və mal-qara alveri ilə məşğul olan Xəyal adlı tanışına zəng edərək 4 rəst atı satmaq fikrində olduğunu bildirmiş, bu zaman Xəyal kəndə gələrək 1000 manat müqabilində atları ondan alaraq yük avtomobilinə qoyub aparmışdır. Amma atların oğurluq olması barədə Xəyala heç nə deməmişdir. Həmin puldan 400 manat Səmədə vermişdir. Sonradan atların Ucar rayonu, Alpout kənd sakinləri Elşən və Sənan adlı şəxslərə məxsus olduğunu öyrənmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində Səməd ona zəng edərək Rəstəcə kəndində çöl sahəsində 1 baş inək və 1 baş dananı oğurlmağı təklif etmiş, o da sonuncu ilə razılaşaraq hava qaralanda Rəstəcə kəndində getmişdir. Orada Səmədlə 1 baş inəyi və 1 baş dananı tutaraq sahə ilə aparanda qarşılarına 2 baş da inək çıxmışdır. Səmədlə həmin inəkləri də bir-birinə bağladıqdan sonra həyətinə aparmışlar. Növbəti gün Xəyala zəng edərək 3 baş inək və 1 baş dana satdığını bildirmiş, sonuncu da kəndə gələrək heyvanları 3000 manat müqabilində alaraq avtomobilinə yükləyib aparmışdır. Həmin puldan yenə 600 manatını Səmədə vermişdir. Sonradan 2 baş inəyin Ucar rayonu, Gəraybəyli kənd sakinləri Fəridə adlı qadına, digər inək və dananın isə Cümşüd adlı şəxsə məxsus olduğunu bilmişdir. Həmçinin, sonradan Cümşüdün heyvanları oğurlanan ərazinin Göyçay rayonu, Çərəkəcə kəndinin ərazisi olduğunu öyrənmişdir. Bundan başqa, 2023-cü ilin iyun ayının 10-dan sonra Ucar rayonu, Məlikballı kəndində otlaq sahəsində sahibsiz atların otlamasını əvvəlcədən bildiyindən atları oğurlmaq məqsədi ilə axşam vaxtı Məlikballı kəndində gedərək atlardan birini minib, digər 3 rəst atı isə qabağına qataraq çöl ərazi ilə həyətinə aparmışdır. Hadisədən 2-3 gündən sonra Qəbələ rayonu, Nic kəndində təşkil olunmuş at bazarında 2 rəstini 350, digər 1 rəsti isə 250 manata tanımadığı şəxslərə satmışdır. Sonradan atların Məlikballı kənd sakinləri Ramil, Sənan, Ağa, və Ağdaş rayonu, Yenicə kəndində yaşayan Ramil adlı şəxslərin olduğunu bilmişdir. 2023-cü ilin iyul ayının əvvəllərində Səməd yenə zəng edərək 2 baş camışı oğurlamağı təklif etmiş və bu zaman sonuncu ilə razılaşıb piyada Rəstəcə kəndində gedəndə yolun kənarında kəndirli 1 rəst atın otlamasını görüb oğurlamaq məqsədi ilə atı minərək Səmədin yanına getmişdir. Hava qaralandan sonra Səməd sahədə camışları tutaraq kəndirlə ata bağlayanda atın kimə məxsus olduğunu soruşsa da o, sonuncuya at barəsində heç nə deməmişdir. Birlikdə camışları çöl sahələrdən keçirib həyətinə aparmışlar. Növbəti gün Xəyala zəng edərək camışları və atı satmaq üçün razılığa gəlmişlər. Xəyal 1500 manat müqabilində camışları və atı ondan aldıqdan sonra çıxıb getmişdir. Lakin, bu dəfə də Xəyala oğurluq barədə heç nə deməmişdir. Əldə etdiyi puldan 500 manat Səmədə də vermişdir. Sonradan 2 baş camışın Ucar rayonu, Rəstəcə kənd sakinləri Asiya adlı qadına, atın isə Əlağa adlı şəxsə məxsus olduğunu bilmişdir. Bundan bir neçə gün sonra Səmədlə görüşəndə Səməd ona həmkəndlisi Mehmanın qoyunlarını oğurlamağı təklif etmiş, o, da bu təklifi qəbul etmişdir. 13 iyul 2023-cü il tarixdə evinə qonaq gələn qızının əri Amilə Mehmanın qoyunlarını oğurlamaqda köməklik etməsini istəyəndə Amil onunla razılaşmışdır. Bundan sonra, birlikdə piyada Ucar rayonu, Rəstəcə kəndinə gedərək Səmədlə görüşmüşlər. Səməd onları Mehmanın dəmir darvazasının qarşısına gətirmişdir. Darvaza içəridən bağlı olduğundan Amil hasardan aşaraq Mehmanın həyətinə keçib içəridən darvazanı açmışdır. Darvaza açılan kimi o, Səmədlə həyətə daxil olaraq sol tərəfində yerləşən tövlənin qapısının mismarından zənciri çıxarmış və qapını açaraq qoyunları tövlədən küçəyə çıxarmışlar. Bundan sonra, qoyunları sahə ilə aparmışlar. Lakin, Səməd kənddən çıxmamışdan geri qayıtmış o isə Amillə birlikdə qoyunları aparmışdır. Qoyunları aparan zaman qoyunlardan 2 başı ürküb qaçmış, 52 baş qoyunu isə həyətinə aparmışdır. Yenə Xəyala zəng edərək kəndlərinə dəvət etmişdir. O, Xəyal ilə razılaşdıqdan sonra özünə məxsus qoyunları ümumilikdə 4200 manata sonuncuya satmışdır. Xəyal ona 600 manat verdikdən sonra heyvanların bir hissəsini, 1000 manat verdikdən sonra isə qalanlarını aparmış, qalan 2600 manatı isə heyvanları satdıqdan sonra verəcəyinə söz vermişdir. Həmin gün Səmədə zəng edib qoyunları satdığı üçün 600 manat pul vermişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasının, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınıb, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1la təxminən 3 il bundan əvvəl Ağdaş rayonunda təşkil edilən at bazarında tanış olmuşdur. 2023-cü ilin mayın əvvələrində 4 rəst at onun əkin sahəsində otladıqları üçün Natiqə zəng edərək atları oğurlamağı təklif edəndə sonuncu təklifi qəbul edərək axşam vaxtı onun yaşadığı Ucar rayonu, Rəstəcə kəndinə gəlmişdir. Birikdə atları tutub mindikdən sonra digər 2 rəst atı da çöllüklə Natiqin yaşadığı Göyçay rayonu, Mallı-Şıxlı kəndinə aparmışlar. Bundan 3-4 gün sonra Natiq onu Mallı-Şıxlı kəndinə dəvət edərək atları satdığı üçün 400 manat pul vermişdir. 2023-cü ilin iyun ayının əvvəllərində o, Rəstəcə kəndində sahədə 1 baş inək və 1 baş dana olduğunu telefon vasitəsi ilə Natiqə bildirərək oğurlamasını təklif etmişdir. Natiq hava qaralandan sonra kəndə gələrək 1 baş inəyi və dananı onunla birlikdə tutub aparanda qarşılarına daha 2 baş inək çıxmışdır. Natiq həmin inəkləri də oğurlamaq istədiyini bildirdikdə o, sonuncu ilə razılaşaraq heyvanları bir-birinə bağlayıb Natiqin həyətinə apardıqdan sonra kəndə qayıtmışdır. 3-4 gün sonra Natiq yenə zəng edərək onu kəndlərinə çağıraraq heyvanları satdığı üçün ona 600 manat pul vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində 2 baş camışın sahəsində otladığı üçün Natiqə zəng edərək heyvanları oğurlamağı təklif etdikdə sonuncu razılaşaraq axşam vaxtı at belində kəndə gəlmişdir. O, camışları tutub bağlayanda atın kimə məxsus olmasını soruşsa da Natiq bu barədə heç nə deməmişdir. Bundan sonra, camışları onunla birlikdə Mallı-Şıxlı kəndinə apararaq Natiqin həyətinə salıb geri qayıtmışdır. Bundan 3-4 gün sonra Natiq zəng edib onu kəndlərinə çağıraraq camışları satdığı üçün ona 500 manat pul vermişdir. Bundan sonra, həmkəndlisi Mehmanın qoyunlarını oğurlamaq qərarına gələrək Natiqə bu barədə bildirmişdir. 13 iyul 2023-cü il tarixdən, 14 iyul 2023-cü il tarixə keçən gecə Natiq cavan bir oğlanla Rəstəcə kəndinə gəlmişdir. O, Natiqlə adını sonradan öyrəndiyi Amil adlı şəxsi Mehmanın həyət darvazasının qarşısına gətirmişdir. Darvazanın arxası bağlı olduğundan Amil hasardan aşaraq həyətə keçərək darvazanı açan kimi Natiqlə Mehmanın həyətinə daxil olmuşlar. Natiq həyətdə sol tərəfində yerləşən tövlənin taxtadan olan kiçik qapısını açdıqdan sonra təxminən 54 baş qoyunu oradan küçəyə çıxarıb çöl sahə ilə aparmağa başlamışlar. Bir qədər getdikdən sonra o, geri qayıtmış, Natiqlə Amil isə qoyunları Mallı-Şıxlı kəndinə aparmışlar. Bundan 3-4 gün sonra Natiq zəng edərək onu kəndlərinə çağıraraq qoyunları satdığı üçün ona 600 manat pul vermişdir. Törətdikləri oğurluq hadisələrindən sonra 4 rəst atın Ucar rayonu Alpout kənd sakinləri Elşən və Sənana, dana və inəklərin rayonun Gəraybəyli kənd sakini Cümşüdə, eləcə də 2 baş inəklərin Fəridə adlı qadına, Natiqin Asiya adlı kənd sakinin camışlarını oğurlamağa gələndə mindiyi atın isə Rəstəcə kənd sakini Əliağaya məxsus olmasını öyrənmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 13 iyul 2023-cü il tarixdə Göyçay rayonu, Mallı-Şıxlı kəndində yaşayan qaynatası Natiq Süeymanovun evində qonaq olarkən sonuncu Ucar rayonu, Rəstəcə kəndində yaşayan Səməd adlı tanışının əli ilə Rəstəcə kəndində bir həyətdən qoyun oğurlamağı planlaşdırdıqlarını və bu işdə köməyinə ehtiyacı olduğunu bildirmişdir. O, Natiqin təklifini qəbul etdikdən sonra, həmin gün gecə təxminən saat 01 radələrində piyada Natiqlə Rəstəcə kəndinə gedərək Səmədlə görüşmüşlər. Bundan sonra, Səməd onları Mehman adlı şəxsin həyət darvazasının qarşısına gətirmişdir. Darvaza bağlı olduğundan o, hasardan aşıb həyətə keçərək darvazanı açdıqdan sonra Natiqlə Səməd həyətə daxil olmuşlar. Natiq həyətdə sağ tərəfdə yerləşən tövlənin qapısını açıb qoyunları küçəyə çıxarmışdır. Birlikdə təxminən 50-54 baş qoyunları çöllüklə aparanda Səməd kənddən çıxmayaraq geri qayıtmış, onunla Natiq isə qoyunları sahə ilə apararkən 2 baş qoyun və 1 baş quzu ürküb qaçmış, digər qoyunları isə Natiqin həyətinə gətirmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, Ağdaş rayonu, Xosrov kəndində həyətində yerləşən tövlədə qoyun-quzu saxlayır. 27 mart 2023-cü il tarixdə, saat 18 radələrində 28 baş qoyun və quzularını kənddə otardıqdan sonra gətirib həyətində yerləşən tövləyə salmış, 28 mart 2023-cü il tarixdə, saat 06 radələrində isə tövləyə baxanda oradan cəmi 35 baş xırda buynuzlu heyvanlarının oğurlanmasını müəyyən etmişdir. Heyvanların oğurlanması nəticəsində ona ümumilikdə 10240 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, həyətində yerləşən tövlədə özünə məxsus qoyun-quzu saxlamaqla heyvanları Ucar rayonu, Rəstəcə kəndinin ərazisində otarır. 03 may 2023-cü il tarixdə, saat 14 radələrində tövləyə baxanda orada cəmi 1 baş xəstə quzudan başqa qalan 28 baş qoyunlarının oğurlanmasını müəyyən etmişdir. Heyvanların oğurlanması nəticəsində ona ümumilikdə 6240 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, özünə məxsus 2 rəst atı otlamaları üçün mütəmadi olaraq yaşadığı Ucar rayonu, Alpout kəndində otlaq sahəsinə buraxmışdır. 07 may 2023-cü il tarixdə atları otlaq sahəsində görsə də, 08 may 2023-cü il tarixdə axşam saatlarında atları tapa bilməmişdir. Sonradan məlum olmuşdur ki, 2 rəst atı oğurlanmışdır. Atlarının oğlanması nəticəsində ona 1600 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, özünə məxsus 2 rəst atı otlamaları üçün mütəmadi olaraq yaşadığı Ucar rayonu, Alpout kəndində otlaq sahəsinə buraxmışdır. 08 may 2023-cü il tarixdə səhər saatlarında atları sahədə görsə də axşam saatlarında atları tapa bilməmişdir. Sonradan məlum olmuşdur ki, 2 rəst atı oğurlanmışdır. Atlarının oğlanması nəticəsində ona 1600 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, özünə məxsus heyvanları mütəmadi olaraq yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində otlaq sahəsinə buraxmışdır. 05 iyun 2023-cü il tarixdə axşam saatlarında 2 baş inəkləri sahədən həyətinə qayıtmadığı üçün heyvanlarını axtarsa da tapa bilməmişdir. Sonrada məlum olmuşdur ki, inəklərini Ucar rayonu, Rəstəcə kəndi ərazisindən oğurlamışlar. Oğuruluq nəticəsində ona 2900 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Göyçay rayonu, Çərəkə kəndi ərazisində fermada 2 baş iri buynuzlu heyvan saxlamışdır. Lakin, 06 iyun 2023-cü il tarixdə qeyd edilən 1 baş inək və erkək dana otlaq sahəsindən geri qayıtmamışdır. Bundan sonra, o, həmin hadisə ilə bağlı polisə müraciət etmişdir. Nəticədə ona ümumilikdə 2925 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, özünə məxsus 01 rəst “Qarabağ” cinsli at yaşadığı Ucar rayonu, Məlikballı kəndində otlaq sahəsində otlayırmış. 13 iyun 2023-cü il tarixdə, axşam vaxtı həmin atı Məlikballı kəndinin ərazisində otlaq sahəsindən oğurlanmışdır. Nəticədə ona ümumilikdə 1500 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs8 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Ağdaş rayonu, Yenicə kəndində yaşayır. Ucar rayonu, Məlikballı kəndi yaşadığı kəndə yaxın olduğundan özünə məxsus 1 rəst “Qarabağ” cinsli atı Məlikballı kəndinin ərazisinə apararaq mütamadi olaraq orada otarmışdır. Lakin, 13 iyun 2023-cü il tarixdə, axşam vaxtı atı Məlikballı kəndinin ərazisində otlaq sahəsindən oğurlanmışdır. Oğurluq nəticəsində ona 1500 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs10 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, özünə məxsus 1 rəst at yaşadığı Ucar rayonu, Məlikballı kəndində otlaq sahəsində otlayırmış. 13 iyun 2023-cü il tarixdə, axşam vaxtı atı Məlikballı kəndinin ərazisində otlaq sahəsindən oğurlanmışdır. Oğurluq nəticəsində ona 400 manat ziyan dəymişdir. Bununla bağlı 17 oktyabr 2023-cü il tarixdə ərizə ilə Ucar RPŞ-yə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs9 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, özünə məxsus 1 rəst at yaşadığı Ucar rayonu, Məlikballı kəndində otlaq sahəsində otlamışdır. 13 iyun 2023-cü il tarixdə, axşam vaxtı atı Məlikballı kəndinin ərazisində otlaq sahəsindən oğurlanmışdır. Oğurluq nəticəsində ona 500 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs12 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, ona məxsus 2 baş camışı oğlu Nicat yaşadıqları Ucar rayonu, Rəstəcə kəndində otarmışdır. 03 iyul 2023-cü il tarixdə günorta vaxtı Nicat camışları evlərinin arxasında olan sahəyə buraxıb nahar etmək üçün evə gəlmişdir. Axşam vaxtı heyvanlar həyətə gəlmədiyindən kənddə axtarıb tapa bilməmişlər. Bir neçə gündən sonra heyvanların oğurlanması məlum olmuşdur. Oğurluq nəticəsində ona 3550 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Zərərçəkmiş şəxs11 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, özünə məxsus 1 rəst atı yaşadığı Ucar rayonu, Rəstəcə kəndində otlaması üçün otlaq sahəsinə buraxırmış. 05 iyul 2023-cü il tarixdə atını sahədə tapa bilmədiyi üçün bir qədər axtardıqdan sonra oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 800 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur (məhkəmə iclası zamanı verdiyi ərizə də vardır). Zərərçəkmiş şəxs13 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, yaşadığı Ucar rayonu, Rəstəcə kəndində yerləşən evinin həyətində tövlədə qoyun-quzu saxlamaqla məşğuldur. 13 iyul 2023-cü il tarixdə axşam vaxtı qoyunları kənddə otardıqdan sonra tövləyə salmış, gecə saat 01 radələrində qoyunları tövlədə gördükdən sonra evində yatmışdır. Səhəri gün 14 iyul 2023-cü il tarixdə, saat 04 radələrində yuxudan ayılıb qoyunlara baxmaq üçün tövləyə gedəndə 54 baş qoyun və quzularının həyət darvazasının qapısını açma yolu ilə həyətdən küçəyə çıxarılaraq oğurlanmasını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 16200 manat məbləğində ziyan dəymişdir. 2023-cü ilin iyul ayının sonlarında Natiq, Səməd və Amil adlı şəxslər tərəfindən oğurlanmış qoyunlarından 40 başını İsmayıllı rayonunda yaşayan Azad adlı şəxsin həyətində tanıyaraq geri almışdır. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, İsmayıllı rayonunda yaşamaqla iri və xırdabuynuzlu heyvanların alveri ilə məşğul olur. Göyçay rayonu, Mallı-Şıxlı kənd sakini Təqsirləndirilən şəxs1la bir neçə ay əvvəl Göyçay rayonunun mal bazarından tanış olmuşdur. 2023-cü ilin may ayının əvvələrində Natiq ona zəng edərək 4 rəst at satmasını bildirdiyindən o, idarə etdiyi yük avtomobili ilə Göyçay rayonu, Mallı-Şıxlı kəndinə gedərək 4 rəst atı 1000 manata Natiqdən aldıqdan sonra avtomobilinə yükləyərək aparmışdır. Amma Natiq atları haradan və necə əldə etməsi barədə ona heç nə deməmişdir. Atları İsmayıllı-Qəbələ yolunun yaxınlığında Qarabağ qəsəbəsinə dönən yolda yerləşən aylıq 200 manat müqabilində Şirvan adlı tanışı ilə birlikdə icarəyə götürdüyü fermaya aparıb bir qədər qulluq edəndən sonra Qəbələ rayonunda təşkil edilən mal bazarında tanımadığı ayrı-ayrı şəxlərə ümumilikdə 1250 manata satmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində Natiq yenə zəng edərək 3 baş inək və 1 baş dana satmaq fikirində olduğunu bildirdiyində o, yük avtomobili ilə Mallı-Şıxlı kəndinə gedərək 3000 manata 3 baş inəyi və 1 baş dananı alıb avtomobili ilə icarəyə götürdüyü fermaya aparıb kökəltdikdən sonra Qəbələ rayonunda təşkil edilən mal bazarında tanımadığı ayrı-ayrı şəxlərə ümumilikdə 3300 manata satmışdır. Həmin heyvanların oğurluq olması barədə Natiq ona heç nə deməmişdir. 2023cü ilin iyul ayının əvvəllərində Natiq yenə zəng edərək iki baş camış və 1 rəst at satdığını dediyi üçün o, Natiq yaşayan Mallı-Şıxlı kəndinə gələrək 1500 manata həmin 2 baş camışı və 1 rəst atı alıb yük avtomobili ilə fermaya apararaq, həmin gün 2 baş camışı 1850 manata əslən Laçın rayonundan olan İsmayıllı rayonu Kökəltmə deyilən ərazidə yaşayan Oktay adlı qəssaba, atı isə bir neçə gün sonra Qəbələ rayonunda təşkil edilən mal bazarında tanımadığı şəxsə yadında qalmayan qiymətə satmışdır. 2023-cü ilin iyul ayının 18-də Natiq bir daha onun mobil nömrəsinə zəng edərək 44 baş qoca qoyun satmasını bildirdiyindən günorta saatlarında Natiqin yaşadığı kəndə gedərək qoyunları ümumilikdə 4200 manata almışdır. 2 baş qoça 600 manat verdikdən sonra heyvanların yarısını fermaya aparmışdır. 19 iyul 2023-cü il tarixdə, günorta saatlarında Natiqlə kənddə görüşərək sonuncuya 1000 manat verdikdən sonra geri qalan qoyunları da götürüb fermaya aparmışdır. Qalan 2600 manatı isə heyvanları satdıqdan sonra verəcəyi ilə bağlı razılığa gəlmişlər. Həmin qoyunları fermada saxlayarkən 1 baş qoçu vəhşi heyvanlar yemiş, 1 baş qoyun isə itmişdir. 19 iyul 2023-cü il tarixdə axşam saatlarında qoyunların içərisində olan 1 baş qoçu Şirvan adlı tanışı İsmayıllı rayonu, Qarabağ qəsəbəsində qəssab işləyən Ehtirama 300 manata satmış, pulu isə ona vermişdir. 20 iyul 2023-cü il tarixdə isə İsmayıllı rayonu “Kökəltmə” deyilən ərazidə yaşayan Azad adlı şəxs fermaya gələrək ondan 41 baş qoyunu 6150 manata satması ilə bağlı razılaşmış, pulunu isə qoyunları satıqdan sonra verəcəyini bildirdikdə o, qoyunları Azada vermişdir. 21 iyul 2023cü il tarixdə polis əməkdaşları tərəfindən İsmayıllı RPŞ-yə dəvət olunandan sonra Natiqin ona satdığı heyvanların oğurluq olduğunu öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs, anası Zərərçəkmiş şəxs12 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, İsmayıllı və ətraf rayonlardan iri və xırdabuynuzlu heyvanları alıb satmaqla məşğuldur. Şahid4 İsmayıllı-Qəbələ yolunun yaxınlığında Qarabağ qəsəbəsinə dönən yolda yerləşən fermanı icarəyə götürmüşlər. 18 və 19 iyul 2023-cü il tarixlərdə Xəyal iki dəfə 22 baş olmaqla təxminən 44 baş qoyun alaraq fermaya gətirmişdir. Heyvanlardan 1 baş qoçu vəhşi heyvan yemiş, 1 baş qoyun isə itmişdir. 19 iyul 2023-cü il tarixdə axşam saatlarında o, 1 baş qoçu İsmayıllı rayonu Qarabağ qəsəbəsində qəssab işləyən Ehtiram adlı şəxsə 300 manata satıb pulu Xəyala vermişdir. Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, İsmayıllı rayonu Qarabağ qəsəbəsində qəssablıqla məşğul olur. 2023-cü ilin iyul ayının 15-dən sonra kəsib satmaq üçün qoyun lazım olduğundan İsmayıllı rayon sakini Şirvan adlı tanışı ilə əlaqə saxlayanda sonuncu tanışı Xəyalda kəsməli 1 baş qoçun olduğunu bildirmişdir. Bu zaman o, Şirvanla razılaşdıqdan sonra 300 manata 1 baş qoçu sonuncudan alaraq kəsib satmışdır. Sonradan kiminsə Xəyala Ucar rayonundan oğurluq yolu ilə əldə etdiyi qoyun-quzu satmasını öyrənmişdir. Şahid7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, İsmayıllı və ətraf rayonlardan iri və xırdabuynuzlu heyvanları alıb satmaqla məşğuldur. 18 iyul 2023-cü il tarixdə tanışı Xəyal ona zəng edərək bir qədər qoyun heyvanları satmasını bildirdiyindən 20 iyul 2023-cü il tarixdə, saat 11:00 radələrində Xəyalın icarəyə götürdüyü fermaya gedərək 41 baş qoyunu ümumilikdə 6150 manata Xəyaldan almışdır. Pulunu isə satdıqdan sonra verəcəyi ilə bağlı razılaşdıqdan sonra heyvanları həyətinə aparmışdır. 21 iyul 2023-cü il tarixdə yaşadığı ünvana polis əməkdaşları gələrək Xəyaldan aldığı qoyunların oğurluq olduğunu bildirəndən sonra Mehman adlı şəxs qoyunlarını tanıyaraq götürüb aparmışdır. Məhkəmə istintaqında Şahid2 zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid3 zərərçəkmiş şəxs, anası Zərərçəkmiş şəxs2 və digər şahid, atası Şahid2 ifadələrinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Şahid10 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs1 Ağdaş rayonu, Xosrov kəndində həyətində yerləşən tövlədə qoyun-quzu saxlayır. 27 mart 2023-cü il tarixdə, saat 18 radələrində əri 28 baş qoyun və quzularını kənddə otardıqdan sonra gətirib həyətində yerləşən tövləyə salmış, 28 mart 2023-cü il tarixdə, saat 06 radələrində isə tövləyə baxanda oradan cəmi 35 baş xırda buynuzlu heyvanlarının oğurlanmasını müəyyən etmişdir. Məhkəməyədək ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Şahid9 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Natiq iri və xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olur. Həmçinin, həyətlərində özlərinə məxsus heyvanları da vardır. 14 iyul 2023-cü il tarixdə səhər saatlarında həyətə düşdükdə öz qoyunlarından başqa əlavə qoyunların olduğunu görmüş və bu barədə ərindən soruşduqda Natiq işinə qarışmamasını bildirmişdir. O, Natiqin qoyunları oğurlanmasından şübhələnsə də bu barədə heç kimə məlumat verməmişdir. 4-5 gündən sonra isə tanımadığı cavan oğlan qoyunları Natiqdən alıb aparmışdır. Məhkəməyədək ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Şahid8 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, iri və xırda buynuzlu heyvanların alveri ilə məşğul olur. Tanışı Şahid4 2023-cü ilin iyul ayının əvvəlində 1850 manata 2 baş camış alaraq kəsib satmışdır. 20 iyul 2023-cü il tarixdə gecə saatlarında həyətlərində 41 baş qoyun gördükdə atası Azaddan bu barədə soruşduqda sonuncu qoyunları Xəyaldan 6150 manata aldığını, pulunu isə satdıqdan sonra verəcəyini bildirmişdir. 21 iyul 2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları həyətlərinə gələndə Xəyaldan alınmış qoyunların oğurluq olduğunu öyrənmişdir. Həmin 41 baş qoyunlardan biri xəstələnib öldüyündən qalan 40 baş qoyunlar sahibi Mehman adlı şəxsə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 227-230-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 9/8124 nömrəli ekspert rəyindən görünür ki, qeyd edilən oğurluq hadisəsi törədilən ərəfələrdə çəkisi 50 kq olan 1 baş qoçun qiyməti 350 manat, 40-45 kq çəkidə 1 baş dişi qoyunun qiyməti 250 manat, 30-35 kq 1 baş quzunun qiyməti 240 manat, 38-40 kq 1 baş ana qoyunun qiyməti 280 manat, 12-13 kq 1 baş quzunun qiyməti 120 manat, 45- 50 kq 2 yaşında 1 baş qoyunun qiyməti 300 manat, 8 aylıq boğaz, 250 kq 1 baş inəyin qiyməti 1800 manat, 150 kq 1 baş erkək dananın qiyməti 1125 manat, 100 kq adi cins 1 rəst erkək atın qiyməti 400 manat, 6 yaşında, 250 kq, “Qarabağ” cinsli erkək atın qiyməti 1500 manat, 300 kq, 4 yaşında adi cinsli erkək atın qiyməti 800 manat, 2 yaşında, 400 kq çəkidə dişi atın qiyməti 800 manat, 3 yaşında 400 kq çəkidə erkək atın qiyməti 800 manat, 3 yaşında, 400 kq, adi cinsli erkək atın qiyməti 800 manat, 4 yaşında, 150 kq çəkidə, dişi atın qiyməti 500 manat, 3 yaşında, 250 kq çəkidə, erkək “Qarabağ” cinsli atın qiyməti 1500 manat, 11 yaşında 500 kq çəkidə boğaz camışın qiyməti 2500 manat, 4 yaşında 150 kq çəkidə camışın qiyməti 1050 manat, 5 yaşında 200-250 kq çəkidə boğaz inəyin qiyməti 1450 manat müəyyən edilmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2023-cü ilin mart-iyul aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 16565 manat müəyyən olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 228-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 264-284-cü vərəqələrində olan 08 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma və toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 oğurladığı 11 baş qoyunlar iş üzrə maddi sübut kimi tanınmış və 23 iyul 2023-cü il tarixdə baxış keçirilib götürülmə aparıldıqdan sonra saxlanılmasından ötrü Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 oğurladığı 35 baş qoyunlar iş üzrə maddi sübut kimi tanınmış və 25 iyul 2023-cü il tarixdə baxış keçirilib götürülmə aparıldıqdan sonra saxlanılmasından ötrü Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs13 Təqsirləndirilən şəxs1 oğurladığı 40 baş qoyunlar iş üzrə maddi sübut kimi tanınmış və 21 iyul 2023-cü il tarixdə baxış keçirilib götürülmə aparıldıqdan sonra saxlanılmasından ötrü Zərərçəkmiş şəxs13 qaytarılması iş üzrə nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 79, 101 və 130-cu vərəqələrində olan 23 və 24 iyul 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərarlardan, eləcə də İ cild 93, 115 və 144-cü səhifələrindəki müvafiq olaraq 23 və 24 iyul 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsləri tutma haqqında protokollardandan görünür ki, Təqsirləndirilən şəxs1 23 iyul 2023-cü il tarixdə, saat 22:20-də, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə, Təqsirləndirilən şəxs2 24 iyul 2023-cü il tarixdə, saat 00:05-də, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə, Təqsirləndirilən şəxs3 isə 24 iyul 2023-cü il tarixdə, saat 12:40-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 151-153-cü vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 4(063)-30/2023 saylı məhkəmənin həbs növündə qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə 2 (iki) ay 22 (iyirmi iki) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 155-157-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli, 4(063)-30/2023 saylı məhkəmənin həbs növündə qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə 2 (iki) ay 21 (iyirmi bir) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 173 və 174-cü vərəqələrində olan 26 iyul 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 11:00-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 179-180-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 4(063)-49/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 15 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 182-183-cü vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 4(063)-48/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 2 (iki) ay, yəni 15 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 205-209-cu vərəqələrində olan Ucar rayon məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 4(063)-51/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İV cild 211-2218-ci vərəqələrində olan Ucar rayon məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 4(063)-52/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 225-230-cu səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 14 avqust 2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxslərdirlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 233-cü səhifəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Göyçay rayon mərkəzi xəstəxansı” X3 01 avqust 2023-cü il tarixli, PHŞ-6-40/2-919/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 narkoloq və psixiatr həkimlərin qeydiyyatında yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 219 və 221-cü vərəqələrində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ucar rayon mərkəzi xəstəxansı” X3 02 və 05 avqust 2023-cü il tarixli, PHŞ-6-77/2-985/2023 nömrəli və PHŞ-6-77/2-1002/2023 məktublarından görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetində qeydiyyatda yoxdurlar. Cinayət işinin İİ cild 237-238-ci vərəqələrində olan xasiyyətnamədən, arayışdan və eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 22 dekabr 2013-cü il təvəllüdlü Təyyar adında bir yetkinlik yaşına çatmayan uşağı olmaqla, Göyçay rayonu, Mallı-Şıxlı kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs1 barəsində Göyçay RİHB-nin Mallı-Şıxlı kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin İV cild 64-65-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Ucar rayonu Rəstəcə kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 barəsində Ucar RİHB-nin Qarabörk kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild 234-235-ci vərəqələrində olan xasiyyətnamədən, arayışdan və eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Ucar rayonu, Çiyni kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs3 barəsində Ucar RİHB-nin Qaradağlı kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 ayrı-ayrılıqda notarial qaydada təsdiq olunmuş, eyni zamanda, məhkəmə iclası zamanı verdikləri ərizələrindən görünür ki, onlara dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənildiyindən onların təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Cəzanın verilməsi məsələsi məhkəmənin mülahizəsinə buraxılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən, Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs3 əməli isə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olmaqla, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və qeyri yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olmaqla, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xaraterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 23 iyul 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 3 (ay) ay 5 (beş) gün və eləcə də, 28 oktyabr 2023-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxil edildiyindən) 7 ay 16 gün, ümumilikdə 10 ay 21 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Göyçay rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Göyçay rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Göyçay rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və qeyri yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xaraterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 24 iyul 2023-cü il tarixdən 28 oktyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 3 (ay) ay 4 (dörd) gün və eləcə də, 28 oktyabr 2023-cü il tarixdən 13 iyun 2024-cü il tarixədək ev dustaqlığında olduğu müddət (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxil edildiyindən) 7 ay 16 gün, ümumilikdə 10 ay 20 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və qeyri yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olmaqla, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin, yaşayış yeri üzrə müsbət xaraterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 24 iyul 2023-cü il tarixdən 26 iyul 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 35 baş qoyunlar, Zərərçəkmiş şəxs2 məxsus 11 baş qoyunlar və Zərərçəkmiş şəxs13 məxsus 40 baş qoyunlar zərərçəkmiş şəxslərin özlərinə qaytarılmış, həmçinin, cinayət işi üzrə 49955 manat məbləğində maddi ziyan zərərçəkmiş şəxslərə tam şəkildə ödənilmiş hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 21 (iyirmi bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Göyçay rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Göyçay rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Göyçay rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Göyçay rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə və ev dustaqlığında olduğu 10 (on) ay 20 (iyirmi), Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 35 baş qoyunlar, Zərərçəkmiş şəxs2 məxsus 11 baş qoyunlar və Zərərçəkmiş şəxs13 məxsus 40 baş qoyunlar zərərçəkmiş şəxslərin özünə qaytarılmış, həmçinin, cinayət işi üzrə 49955 manat məbləğində maddi ziyan zərərçəkmiş şəxslərə tam şəkildə ödənilmiş hesab edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-11/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-11/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver