Məhkəmə qərarları › İş №1(063)-11/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-11/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-11/2025 02.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə 02 oktyabr 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ucar şəhəri, D.Qorqud yaşayış evi ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 132, 128-ci maddələrinə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 sentyabr 2012-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, 29 may 2014-cü il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 06 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş, Ucar Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli, 1(063)-34/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qərarı ilə 27 avqust 2015-ci il tarixli hökmdən bir neçə epizod xaric olunub cəzası 03 ay müddət azaldılaraq qəti olaraq 04 il 03 ay azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılmış, 27 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 1(063)-49/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarı ilə Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə 11 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, üzərində məhkumluğu olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə, saat 07:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını qəsdən gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs məxsus hər biri 10 manat dəyərində olan 25 ədəd “Böyük uduş 200 000 ŞANS YAĞİŞİ” lotereyasının 025-120018-005, 025-120018-006, 025-120018-007, 025-120018-008, 025- 120018-009, 025-120018-010, 025-120018-011, 025-120018-012, 025-120018-013, 025- 120018-014, 025-120018-015, 025-120018-016, 025-120018-017, 025-120018-018, 025- 120018-019, 025-120018-020, 025-120018-021, 025-120018-022, 025-120018-023 nömrəli biletləri, hər biri 10 manat dəyərində olan 25 ədəd “10x Böyük uduş 200 000” lotereyasının 017-083436-003, 017-083436-004, 017-083436-005, 017-083436-006, 017- 083436-007, 017-083436-008, 017-083436-009, 017-083436-010, 017-083436-011, 017- 083436-012, 017-083436-013, 017-083436-014, 017-083436-015, 017-083436-016, 017- 083436-017, 017-083436-018, 017-083436-019, 017-083436-020, 017-083436-021, 017- 083436-022, 017-083436-024 nömrəli biletləri və hər biri 10 manat dəyərində olan 25 ədəd “Böyük uduş 500 000 PRESTİJ POZ-QAZAN”DA BƏNZƏRSİZ UDUŞ!” lotereyasının 00***-*******-005, 00***-*******-006, 00***-*******-008, 00***-*******-010, 00***-*******-011, 00***-*******-012, 00***-*******-013, 00***-*******-014, 00***-*******-016, 00***-*******-017, 00***-*******-018, 00***-*******-019, 00***-*******-021, 00***-*******-022, 00***-*******-023, 00***-*******-024 nömrəli biletləri, eləcə də, nömrələri istintaqa məlum olmayan 19 ədəd, cəmi 75 ədəd olmaqla, ümumilikdə 750 manat dəyərində lotereyaları sonuncunun Ucar şəhəri 28 may küçəsində yerləşən “Ucar MMC” Ticarət Mərkəzində lotereya satdığı başqa saxlanc yeri hesab edilən kiçik köşkün vitrin şüşəsinin altından götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 750 manat məbləğində, maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən şatış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 17,03 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Ucar şəhəri, Dədə Qorqud küçəsində yerləşən evdə olan şkafın rəfinə qoyulmuş çaynikin içərisində saxlamış, 05 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərkən yaşadığı evdə olan şkafa qoyulmuş çaynikin içərisindən 1 ədəd sellofan parçasına bükülmüş kağız bükümdə təmiz çəkisi 17,03 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər oğurluq və narkotiklə bağlı məhkum olunmuşdur. 3 il olar ki, cəzasının sonu ilə azadlığa çıxmışdır. 05 iyul 2024-cü il tarixdə, saat təxminən 09 radələrində “Ucar MMC” Ticarət Mərkəzinə getmişdir. Orada lotereya satışı ilə məşğul olan, sonradan tanıdığı Elxan adlı şəxsin açıq yerdə üzəri şüşədən düzəldilmiş kiçik köşkdə şüşənin altına yığıb lotereya satdığı köşkə yaxınlaşıb Elxandan 1 manatlıq lotereya alıb silmiş və 1 manat “udmuşdur”. Təxminən 5 dəqiqə sonra Elxandan bir daha lotereya almaq üçün köşkə yaxınlaşanda Elxan orada olmamışdır, həm də onu heç kimin görməməsindən istifadə edərək köşkün altından bir qədər lotereya oğurlayıb yaşadığı evə gəlmiş və görmüşdür ki, lotereyalar 10 manatlıq olmaqla 48 ədəddir. Evdə lotereyaları silməyə başlamışdır. Bəzilərində uduşların olduğunu görmüşdür. Elə həmin vaxt Ucar RPŞ-nin əməkdaşları onun yaşadığı küçəyə gələrək ona Elxanın lotereyalarını oğurlayanda kameraya düşdüyünü bildirmişdirlər. Bundan sonra o, Ucar RPŞ-nə dəvət olunmuşdur. Ucar RPŞ-də olarkən ona narkotik vasitələrin saxlanılmasında və oğurluq etməsində şübhəli olmağı ilə bağlı məlumat verilməklə yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmişdir. O bununla bağlı ərizə ilə müraciət edərək heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə yaşadığı evə video çəkilişlə baxış keçiriləndə evin zalında kiçik stolun üzərinə qoyduğu lotereyaları təqdim etmişdir. Lotereyalar sayılanda 56 ədəd olduğu müəyyən edilmişdir. Amma o 48 ədəd oğurladığını bildirmişdir. O Ucar RPŞ-də olarkən polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirdiyini bildirmişdir. Baxış zamanı lotereyalar zərfə qablaşdırılanda zərf cırıldığı üçün evdə olan adi sellofana qablaşdırılıb iplə bağlanıb möhürlənmiş və zərfin üzərini iştirakçılarla birlikdə o da imzalamışdır. Sonra evə baxış keçirilsə də zaldan və otaqlardan heç bir şey tapılmamışdır. Ardınca evin girişinə qoyulan qab-qacaq yığılan şkafa baxış keçiriləndə şkafa qoyulan çaynikin içərisindən sellofana bükülü 1 ədəd kağız büküm tapılmışdır . O, əvvəlcə demişdir ki, bükümdəki “böyrək otudur.” Amma kim tərəfindən oraya qoyulmasından xəbəri olmadığını və bükümün ona aid olmadığını bildirmişdir. Həmin kütlə zərfə qablaşdırılıb möhürlənib götürülmüş və zərfin üzərini iştirakçılarla birlikdə o da imzalamışdır. Sonra evlərinə məxsus həyətdə yerləşən yardımçı tikiliyə baxış keçirilmiş və oradan heç nə tapılmamışdır. O demişdir ki, evdə tapılan kütlə ona məxsus deyildir. Sonra baxış yekunlaşdırılmışdır. Oradan onu Ucar RPŞ-yə NH-nə gətirib orada müdafiəçilərin siyahısı ilə tanış edərək hüquq və vəzifələrini izah etmişlər. O, vəkil Müdafiəçi1 seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Vəkil Müdafiəçi1 Ucar RPŞ-yə gəlmiş və orada video çəkilişlə üzərini yoxlayanda üzərində qanunla qadağan edilmiş nəsə varsa təqdim etməyi təklif ediləndə üzərində qanunsuz heç bir şey olmadığını bildirmişdir. Sonra şalvarının cibindən özünə məxsus 218 manat pulu və 2 ədəd “ Samsung” markalı mobil telefonlarını təqdim etmişdir. Telefonlar sellofana qablaşdırılıb möhürlənib götürülmüş və o bu barədə olan kağıza hamı kimi imza etmişdir. Üzəri axtarılanda üzərindən heç nə çıxmamışdır. Müdafiəçi1 polis tərəfindən ona qanunsuzluq edilibedilməməsini soruşanda o polis əməkdaşlarının qorxusundan özünə qarşı qanunsuzluq edilməməsini demiş, amma evdən tapılan bükümdən xəbəri olmadığını bir daha qeyd etmişdir. Daha sonra şəxsi axtarış yekunlaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs Ucar RPŞ-də saxlanılarkən polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirdiklərini, lakin həmin polislərin kim olduqlarını bilmədiyini, evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını və Ucar RPŞ-də saxlandığı vaxt polis əməkdaşları tərəfindən döyülərək şər və böhtan xarakterli ittiham irəli sürüldüyünü bildirdi. Odur ki, hesab edir ki, onun əməlində irəli sürülən oğurluq ittihamı ilə bağlı cinayət tərkibi deyil, inzibati xəta tərkibi var, bundan əlavə, narkotik vasitəyə gəldikdə isə qeyd etmək olar ki, irəli sürülən ittihamda qeyd edilmiş narkotik vasitə ona məxsus olmadığından və bu hal tam sübuta yetirilmədiyindən barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, rəsmi iş yeri yoxdur, ona görə də “Ucar MMC” Ticarət Mərkəzində lotereya satışı ilə məşğul olmuşdur. Belə ki, Göyçay şəhərində lotereya satış məntəqəsindən lotereya alıb üzərinə qəpik-quruş qoymaqla satıb çörək pulu qazanmışdır. Lotereyalar 1 manatdan 10 manata qədər qiymətdə satışa çıxarılmışdır. 10 manata satılan lotereyanı satış məntəqəsindən 9 manat 60 qəpiyə alıb 10 manata satmışdır. 05 iyul 2024-cü il tarixdə saat 09 radələrində Ucar “MMC” Ticarət Mərkəzində Ucar şəhər sakini kimi tanıdığı Allahverdinin oğlu Əli lotereya satdığı köşkün arxasına keçəndə Əliyə demişdir ki, nə üçün köşkün arxasına keçirsən? Əli də ona lotereya almaq istədiyini demişdir. Beləliklə Əli ondan 1 manatlıq lotereya alıb çıxıb getmişdir. Həmin vaxt ona zəng gəlmişdir. Telefonla danışa-danışa bir qədər köşkdən uzaqlaşmışdır. Qayıdıb gələndə üzərinə “Böyük uduş 200 000 ŞANS YAĞİŞİ” yazılan 10 manat dəyərində 25 ədəd, üzərinə “10x Böyük uduş 200 000” yazılan 10 manat dəyərində 25 ədəd, üzərinə “Böyük uduş 500 000 PRESTİJ POZ-QAZAN”DA BƏNZƏRSİZ UDUŞ!” yazılan 10 manat dəyərində 25 ədəd cəmi 75 ədəd lotereyaların oğurlandığını görmüşdür. Dərhal orada xırdavat satışı ilə məşğul olan Fərid adlı şəxsin mağazasında olan kameraya baxanda lotereyalarının Əli adlı şəxsə oxşayan şəxs tərəfindən oğurlanmasını görmüş, bu barədə Ucar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 750 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və bu səbəbdən sonuncuya qarşı hər hansı şikayət və ya tələbi yoxdur. (bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsini də təqdim etmişdir). Məhkəmə istintaqı zamanı şahid Ucar rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Ucar şəhəri, D.Qorqud yaşayış binasında qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus, oğurlanmış 75 ədəd lotereyanı yaşadığı evdə gizlədib saxlaması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə Ucar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən protokol yazılmaqla əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəisinin əmrinə əsasən isə Ucar RPŞnin İB-nin müstəntiqi X11, Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və İTB-nin sahə polis nəfəri X7 iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus, oğurlanmış 75 ədəd lotereyanı yaşadığı evdə gizlədib saxlaması, oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat olduğundan əməliyyat-istintaq qrupunda olan şəxslərin və onun iştirakı ilə o, Ucar şəhəri D.Qorqud yaşayış binasının giriş hissəsində saxlanılmışdır. Onlar ona özlərini təqdim edərək Zərərçəkmiş şəxs məxsus, oğurlanmış 75 ədəd lotereyanı yaşadığı evdə gizlədib saxlaması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu bildirərək əməliyyat-istintaq qrupunda olan müstəntiqi məlumatlandırmışdırlar. Daha sonra Təqsirləndirilən şəxs RPŞ-nə gətirmişdirlər. RPŞ-də X12 tərəfindən Təqsirləndirilən şəxs izahatı alındıqdan sonra, yəni 05 iyul 2024-cü il tarixdə onun yaşadığı evə baxış keçirmək üçün yaşadığı ünvana getmişdirlər. İB-nin müstəntiqi X19 Salmanovun yaşadığı mənzilə Ucar RPŞ-nin NMQ-un baş əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, İTB-nin sahə polis nəfəri X7, onun və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirməyə başlamışdır. Videoçəkilişi CAB-nin əməliyyat müvəkkili Şahid3 həyata keçirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs evin zalında stolun sol qarşı küncündə pəncərənin qarşısına qoyulan kreslonun sağ tərəfinə qoyulmuş kiçik taxta stolun üzərində olan lotereyaları təqdim etmişdir. X12 tərəfindən latareyalar sayıldıqda 56 ədəd olduğu müəyyən edilmiş və hamısı da silinmişdir. Həmin lotereyalar kağız zərfə qablaşdırılan zaman zərf cırıldığı üçün evdə olan adi ağ rəngli sellofana qablaşdırılmış və iplə bağlanaraq qablaşdırılmada istifadə edilən kağızın üzəri iştirakçılar tərəfindən imzalanmış və şöbənin 71 №-li möhürü ilə möhürlənmişdir. Sonra digər bir otaqda taxtın üzərində olan yataq dəstinin altından kiçik sellofan parçasına bükülmüş mikro mobil nömrələr və mikro kart aşkar edilmişdir. Lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən mikro mobil nömrələr və mikro kart götürülməmişdir. Daha sonra həmin otaqda sağ tərəfdə yerləşən çarpayının üzərindən açar aşkar edilmişdir, həmin açarın nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs yardımçı tikilinin açarı olduğunu bildirmişdir. Bundan sonra evin girişində olan soyuducuya, şkafın kənarına yığılmış zibillərin içərisinə və şkafın içərisinə baxış keçirilmişdir. Yuxarı rəfə qoyulan üzəri ağ-qırmızı boya ilə boyanmış çaynikin içərisindən 1 ədəd sellofan parçasına dolanmış kağız büküm müəyyən edilmişdir. Büküm Şahid1 tərəfindən açıldıqda içərisindən qurudulmuş marixuanaya bənzər bir qədər kütlə aşkar edilmişdir. Həmin kütlənin nədən ibarət olması sualına Təqsirləndirilən şəxs “ böyrək ağrısı” üçün nəzərdə tutulan “ot” olduğunu bildirsə də, sonra inkar edərək kütlənin ona məxsus olmadığını və kim tərəfindən çaynikə yerləşdirildiyini bilmədiyini deyərək bəlkə “dədəm” qoyub deyə cavab vermişdir. Qablaşdırılmadan əvvəl Təqsirləndirilən şəxs həmin kütləyə baxmaq istədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs onu iylədikdə adi “ot” olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs bir daha atasının çağırılmasını, sonra “nəşə” çıxacağı halda “p..a düşəcəyini” bildirmişdir. Çaynikin içərisindən aşkar edilmiş kütlə 1 ədəd zərfdə üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılaraq şöbənin 71 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı binanın həyətində yaşadığı evə məxsus yardımçı tikiliyə Şahid1 tərəfindən baxış keçirilsə də iş üçün əhəmiyyət kəsb edən heç bir şey aşkar edilməmişdir. Daha sonra yardımçı tikilinin qapısını bağlamışdırlar. X17 tərəfindən protokol tərtib edilmiş və baxışda iştirak edənlər həmin protokola imza etmişdirlər. Baxış qurtardıqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün Ucar RPŞ-nə gətirilmişdir. Ucar RPŞ-nə gətirilən zaman o, şöbənin inzibati binasının həyətindən qaçmağa cəhd göstərərək RPŞ-nin inzibati həyətinin ətrafında olan hasarın üzərinə çıxmış, saxlanılarkən Təqsirləndirilən şəxs hasarın üzərindən yerə yıxılaraq xəsarət almışdır. 05 iyul 2024-cü il tarixdə, saat 14:05-də Ucar Rayon Polis X3 Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə İTB-nin sahə polis nəfəri Əli Babayev, Ucar şəhərində fərdi qaydada vəkillik fəaliyyəti ilə məşğul olan Müdafiəçi1, videoçəkilişi həyata keçirən Ucar RPŞ-nin Növbətçi hissəsinin növbətçi köməkçisi X10 və onun iştirakı ilə şəxsi axtarış və götürmənin keçirilməsinə başlanılmışdır. X12 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Daha sonra X12 tərəfindən verilmiş şifahi göstərişə əsasən, Təqsirləndirilən şəxs şalvarının cibindən 2 ədəd mobil telefonu və bir qədər pulları stolun üzərinə qoymuşdur. Daha sonra pullar Təqsirləndirilən şəxs təqdim edilmiş və o da pulları şalvarının cibinə qoymuşdur. 2 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd sellofan fayla qablaşdırılırmış və qablaşdırılmada istifadə olunan kağızın üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra şöbənin zərflər üçün olan 71 №-li möhürü ilə möhürlənib götürülmüşdür. Daha sonra müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, Əli Babayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında digər şahidlər Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi şifahi vəsatət əsasında dindirilmiş X2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 05 iyul 2024-cü il tarixdə evdə oturub otağımda çay içən zaman Ucar RPŞ-nin polis əməkdaşları (xüsusi geyim formasında olmaqla) onun yaşadığı evə daxil olaraq Zərərçəkmiş şəxs məxsus, oğurlanmış 75 ədəd lotereyanı yaşadığı evdə gizlədib saxlaması, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumatlarının olduğunu və bu məqsədlə Təqsirləndirilən şəxs yazılı razılığı əsasında sonuncunun yaşadığı evdə axtarışa başlamalı olduqlarını bildirmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları axtarışa başlamışlar. Təqsirləndirilən şəxs özü könüllü şəkildə evin zalında stolun sol qarşı küncündə pəncərənin qarşısına qoyulan kreslonun sağ tərəfinə qoyulmuş kiçik taxta stolun üzərində olan lotereyaları təqdim etdi. Daha sonra, axtarış zamanı evdən yuxarı rəfə qoyulan üzəri ağ-qırmızı boya ilə boyanmış çaynikin içərisindən 1 ədəd sellofan parçasına dolanmış kağız büküm müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları həmin bükülünün içərisindəki kütlənin narkotik vasitə olmasından şübhələndiklərindən bükülünü qablaşdıraraq götürdülər. Əlavə olaraq bildirdi ki, rəfə qoyulan üzəri ağ-qırmızı boya ilə boyanmış çayniki Təqsirləndirilən şəxs istifadə etməsini görməmişdir. Baxış zamanı və ya ondan əvvəl Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və ya təzyiqin olunmasını görməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi şifahi vəsatət əsasında dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qaynı oğludur. 05 iyul 2024-cü il tarixdə yaşadığı evdə olan zaman həyətdən səs-küy gəldiyini eşitmiş, həyətə çıxadıqda xüsusi geyim formasında olan polis əməkdaşlarının Əlini tutduqlarını görmüşdür. Oraya gələn polis əməkdaşlarının hansı avtomobillə gəlmələrini görməmiş, həmin ünvana polis əməkdaşları cəmi bir dəfə gəlmişlər. Lakin Təqsirləndirilən şəxs yaşadığı ünvanda keçirilmiş baxışdan xəbəri olmamış və bunu görməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir və ya təzyiqin olunmasını görməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 50-51-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 06 iyul 2024-cü il tarixli, 3-16-16-2-17/618 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş..kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 17,03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra 17,01 qram qalıq qalmışdır. Cinayət işinin İ cild, 50-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 247-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 27 iyul 2024-cü il tarixli, 1271 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 135-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 məhkəmə-tibbi ekspertizasının 09 iyul 2024-cü il tarixli, 236 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki gözaltı nahiyənin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin qançırı, hər iki baldırın və sağ saidin ön-yan səthinin çoxsaylı sıyrıqları, hər iki ayaqaltı nahiyənin qançırları aşkar edilmişdir. Bu xəsarətlərdən hər iki gözaltı nahiyənin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin qançırları, hər iki baldırın və sağ saidin ön-yan səthinin çoxsaylı sıyrıqları küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05 iyul 2024-cü il tarixə uyğun gəlir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onu deməyə əsas verir ki, onlar qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hündürlükdən yıxılma nəticəsində törənə bilərdi. Hər iki ayaqaltı nahiyənin qançırları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir. Qeyd edilən xəsarətlər həm bir yerdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 213-214-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 məhkəmə-tibbi ekspertizasının 09 iyul 2024-cü il tarixli, 235 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki gözaltı nahiyənin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, hər iki baldırın ön səthinin, sağ saidin ön-yan səthinin çoxsaylı sıyrıqları, hər iki ayaqaltının qançır aşkar edilmişdir. Bu xəsarətlərdən hər iki gözaltı nahiyənin, sağ bazunun yuxarı 1/3-nin ön səthinin, hər iki baldırın ön səthinin, sağ saidin ön-yan səthinin çoxsaylı sıyrıqları küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05 iyul 2024cü il tarixə uyğun gəlir. Müxtəlif şəraitdə törənə bilər. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onu deməyə əsas verir ki, onlar hündürlükdən yıxılma nəticəsində törənə bilərdi. Hər iki ayaqaltı nahiyənin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir. Qeyd edilən xəsarətlər həm bir yerdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 01-ci səhifəsində olan 06 iyul 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 05-ci səhifəsində olan Zərərçəkmiş şəxs tərəfindən 05 iyul 2024-cü il tarixli ərizədən görünür ki, 05 iyul 2024-cü il tarixdə səhər saatlarında Ucar bazarında 75 ədəd latareya, hər biri 10 manat dəyərində naməlum şəraitdə oğurlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 6-8-ci və 23-24-cü vərəqələrində olan 05 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında və baxış keçirilməsi haqqında protokollardan və fotoşəkillərdən görünür ki, hadisə yeri “Ucar MMC” Ticarət Mərkəzidir. Həmin Ticarət Mərkəzi Ucar şəhəri 28 May küçəsində yerləşmişdir. Hadisə yerinə baxışda iştirak edən Zərərçəkmiş şəxs Ticarət Mərkəzində lotereya satdığı üzəri və qarşı hissəsi adi şüşədən, digər yerləri isə ağ rəngli plasmas materialdan hazırlanmış hündürlüyü 60 sm, uzunluğu 2 metr olan köşkü göstərərək bildirmişdir ki, Ucar şəhər sakini Allahverdinin oğlu Əli adlı şəxsə oxşayan bir nəfər həmin köşkün arxasına keçərək şüşənin altında saxladığı satış üçün olan hər biri 10 manat dəyərində olan 75 ədəd lotereyaları şüşənin altına əlini salaraq oğurlayıb aparmışdır. Zərərçəkmiş şəxs köşkü ilə üz-üzə digər bir lotereya satılması üçün köşk, arxa tərəfində mobil telefon avadanlıqları və sair satılan mağaza, sağ tərəfində mərkəzin içərisinə gedən yol, sol tərəfində isə ət məhsulları satılan tərəfə gedən yol müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, köşkündən oğurluq edilməsi onunla eyni mərkəzdə sağ tərəfdə xırdavat satışı ilə məğul olan Fərid adlı şəxsin mağazasına quraşdırılmış kameraya düşmüşdür. Həmin kameraya baxış zamanı hadisənin görüntüsü kameraya düşdüyündən videogörüntü X4 iştirakı ilə kameranın yaddaşından 01 ədəd diskə köçürülməklə materiala əlavə edilməsindən ötrü götürülmüşdür. Evə baxış zamanı evin zalında stolun sol qarşı küncündə pəncərənin qarşısına qoyulan kreslonun sağ tərəfindən 56 ədəd lotereya aşkar edilmiş, daha sonra evin girişində olan soyuducuya, şkafın kənarına yığılmış zibillərin içərisinə və şkafın içərisinə baxış keçirilmişdir. Yuxarı rəfə qoyulan üzəri ağ-qırmızı boya ilə boyanmış çaynikin içərisindən 1 ədəd sellofan parçasına dolanmış kağız büküm müəyyən edilmişdir. Büküm açıldıqda içərisindən qurudulmuş marixuanaya bənzər bir qədər kütlə aşkar edilmişdir. Baxış zamanı “Panasonic” markalı video aparatdan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 29-cu vərəqəsində olan 05 iyul 2024-cü il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 40-cı vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-da Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 81-82-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 106-108-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 07 iyul 2024-cü il tarixli, 4(063)-20/2024 nömrəli Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilməsi barədə qərardan görünür ki, xx xxxxxx 1991-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar şəhəri, Dədə Qorqud küçəsi, yaşayış binasında qeydiyyatda olan Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 05 iyul 2024cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 121-122, 124-125, 164-165-ci vərəqələrində olan 08 iyul 2024-cü il və 10 iyul 2024-cü il tarixli maddi sübut kimi tanınma, eləcə də cinayət işinin İİ cild, 26-43-cü vərəqələrində olan 07 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 180-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X1 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi vaxtı və mənbəni müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən hallar istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul olunmuş, Təqsirləndirilən şəxs ifadələrində Ucar “MMC” Ticarət Mərkəzində Zərərçəkmiş şəxs məxsus 75 ədəd lotereyanı yox, 48 ədəd lotereyanı oğurlamasını, Ucar RPŞ-də saxlanılarkən polis əməkdaşlarının onun yaşadığı ünvana baxış keçirməsini, yaşadığı ünvandan aşkar edilmiş kütlənin ona məxsus olmamasını bildirməsi, həmçinin bir sıra istintaq hərəkətlərini imza etməkdən imtina etməsi və təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarı imza etməkdən imtina edərək Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməməsi, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilməsi özünümüdafiə kimi qiymətləndirildiyindən 08 iyul 2024-cü il tarixli qərarla vəsatət kimi qəbul edilib rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs Ucar RPŞ-nin inzibati binasına gətirilərkən qaçmağa cəhd göstərərək RPŞ-nin inzibati həyətinin ətrafında olan hasarın üzərinə çıxması, saxlanılarkən öz ehtiyatsızlığından hasarın üzərindən yerə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər almasında cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 17,03 qram çəkidə qurudulmuş marixuananın 08 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq 0,02 qramı tədqiqata sərf edildikdən sonra qalıq 17,01 qram çəkidə qurudulmuş marixuananın RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 25 ədəd hər biri 10 manat dəyərində “Böyük uduş 200 000 ŞANS YAĞİŞİ” lotereyasının 025-120018-005, 025-120018-006, 025-120018-007, 025- 120018-008, 025-120018-009, 025-120018-010, 025-120018-011, 025-120018-012, 025- 120018-013, 025-120018-014, 025-120018-015, 025-120018-016, 025-120018-017, 025- 120018-018, 025-120018-019, 025-120018-020, 025-120018-021, 025-120018-022, 025- 120018-023 biletləri, 25 ədəd hər biri 10 manat dəyərində “10x Böyük uduş 200 000” lotereyasının 017-083436-003, 017-083436-004, 017-083436-005, 017-083436-006, 017- 083436-007, 017-083436-008, 017-083436-009, 017-083436-010, 017-083436-011, 017- 083436-012, 017-083436-013, 017-083436-014, 017-083436-015, 017-083436-016, 017- 083436-017, 017-083436-018, 017-083436-019, 017-083436-020, 017-083436-021, 017- 083436-022, 017-083436-024 biletləri və 25 ədəd hər biri 10 manat dəyərində “Böyük uduş 500 000 PRESTİJ POZ-QAZAN”DA BƏNZƏRSİZ UDUŞ!”lotereyasının 00***-*******- 005, 00***-*******-006, 00***-*******-008, 00***-*******-010, 00***-*******-011, 00***-*******- 012, 00***-*******-013, 00***-*******-014, 00***-*******-016, 00***-*******-017, 00***-*******- 018, 00***-*******-019, 00***-*******-021, 00***-*******-022, 00***-*******-023, 00***-*******- 024 biletləri, ümumilikdə 56 ədəd lotereya biletləri 08 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 75 ədəd lotoreya biletindən 19 ədəd lotoreya biletinin istintaqla əldə edilməsinin mümkün olmaması nəzərə alınmış, 05 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxışın və Ucar şəhəri, 28 May küçəsində baş vermiş oğurluq hadisəsinin görüntülərinin yaddaşına köçürüldüyü 02(iki) ədəd diskin 10 iyul 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunması nəzərə alınmış, şəxsi axtarış, baxış keçirilməsi və götürmə haqqında protokollar, məhkəmə-bioloji ekspertizasının 06 iyul 2024-cü il tarixli 3-16-16-2- 17/618 №-li, məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2024-cü tarixli 1271 №-li və məhkəmə-tibbi ekspertizasının 09 iyul 2024-cü il tarixli, 236 №-li rəyləri, təqsirləndirilən şəxsin və şahidlərin dindirmə protokolları, şəxsi axtarış və götürmə, yaşadığı ünvana baxış keçirilməsinin video görüntüləri köçürülmüş 2 ədəd disk və həmin diskə baxış keçirilməsi barədə olan protokollar, üzləşdirmə protokolları və ifadənin yerində yoxlanılması protokolu işin obyektiv halları ilə birlikdə sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 9 manat 60 qəpikdən yox, 10 manatdan olmaqla ümumilikdə 750 manat olması nəzərə alınmış, Təqsirləndirilən şəxs oğurladığı lotereyalardan pul əldə etməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş özünə və anasına məxsus 2 ədəd “Samsung Galaxy J4+” markalı mobil telefonların 10 iyul 2024-cü il tarixli qəbz vasitəsilə geri qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 184-186-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3, 132, 128-ci maddələrinə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 sentyabr 2012-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2011-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, 29 may 2014-cü il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 06 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş, Ucar Rayon Məhkəməsinin 27 avqust 2015-ci il tarixli, 1(063)-34/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qərarı ilə 27 avqust 2015-ci il tarixli hökmdən bir neçə epizod xaric olunub cəzası 03 ay müddət azaldılaraq qəti olaraq 04 il 03 ay azadlıqdan məhrum etmə cəzası cəzası saxlanılmış, 27 noyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 1(063)-49/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 03 noyabr 2021ci il tarixli qərarı ilə Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Qaradağ Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə 11 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmiş şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 181-183-cü vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 1(063)-49/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 130, 132-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ucar şəhəri, Dədə Qorqud küçəsi, bina 10, mənzil 2-də qeydiyyatdadır, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər MİTİS-ə bir neçə dəfə ərizə, şikayət daxil olmuşdur, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilməklə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və bu səbəbdən sonuncuya qarşı hər hansı şikayət və ya tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlama, eləcə də, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşını və ailə vəziyyətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzalar Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının, mülkiyyətinin təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzalarının son həddinin yarısından yuxarı, lakin son həddə yaxın olmayan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 iyul 2024-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Ucar RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 17,01 qalıq çəkisi qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 25 ədəd hər biri 10 manat dəyərində olan 25 ədəd “Böyük uduş 200 000 ŞANS YAĞİŞİ” lotereyasının 025-120018-005, 025-120018-006, 025-120018-007, 025- 120018-008, 025-120018-009, 025-120018-010, 025-120018-011, 025-120018-012, 025- 120018-013, 025-120018-014, 025-120018-015, 025-120018-016, 025-120018-017, 025- 120018-018, 025-120018-019, 025-120018-020, 025-120018-021, 025-120018-022, 025- 120018-023 nömrəli biletləri, hər biri 10 manat dəyərində olan 25 ədəd “10x Böyük uduş 200 000” lotereyasının 017-083436-003, 017-083436-004, 017-083436-005, 017-083436- 006, 017-083436-007, 017-083436-008, 017-083436-009, 017-083436-010, 017-083436- 011, 017-083436-012, 017-083436-013, 017-083436-014, 017-083436-015, 017-083436- 016, 017-083436-017, 017-083436-018, 017-083436-019, 017-083436-020, 017-083436- 021, 017-083436-022, 017-083436-024 nömrəli biletləri və hər biri 10 manat dəyərində olan 25 ədəd “Böyük uduş 500 000 PRESTİJ POZ-QAZAN”DA BƏNZƏRSİZ UDUŞ!” lotereyasının 00***-*******-005, 00***-*******-006, 00***-*******-008, 00***-*******-010, 00***-*******-011, 00***-*******-012, 00***-*******-013, 00***-*******-014, 00***-*******-016, 00***-*******-017, 00***-*******-018, 00***-*******-019, 00***-*******-021, 00***-*******-022, 00***-*******-023, 00***-*******-024 biletləri, ümumilikdə 56 ədəd lotereya biletləri zərərçəkmiş şəxsə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 17,01 qram qalıq çəkisi təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, Ucar RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan 25 ədəd hər biri 10 manat dəyərində olan 25 ədəd “Böyük uduş 200 000 ŞANS YAĞİŞİ” lotereyasının 025-120018-005, 025-120018-006, 025-120018-007, 025-120018-008, 025-120018-009, 025-120018-010, 025-120018-011, 025-120018-012, 025-120018-013, 025-120018-014, 025-120018-015, 025-120018-016, 025-120018-017, 025-120018-018, 025-120018-019, 025-120018-020, 025-120018-021, 025-120018-022, 025-120018-023 nömrəli biletləri, hər biri 10 manat dəyərində olan 25 ədəd “10x Böyük uduş 200 000” lotereyasının 017-083436-003, 017-083436-004, 017- 083436-005, 017-083436-006, 017-083436-007, 017-083436-008, 017-083436-009, 017- 083436-010, 017-083436-011, 017-083436-012, 017-083436-013, 017-083436-014, 017- 083436-015, 017-083436-016, 017-083436-017, 017-083436-018, 017-083436-019, 017- 083436-020, 017-083436-021, 017-083436-022, 017-083436-024 nömrəli biletləri və hər biri 10 manat dəyərində olan 25 ədəd “Böyük uduş 500 000 PRESTİJ POZ-QAZAN”DA BƏNZƏRSİZ UDUŞ!” lotereyasının 00***-*******-005, 00***-*******-006, 00***-*******-008, 00***-*******-010, 00***-*******-011, 00***-*******-012, 00***-*******-013, 00***-*******-014, 00***-*******-016, 00***-*******-017, 00***-*******-018, 00***-*******-019, 00***-*******-021, 00***-*******-022, 00***-*******-023, 00***-*******-024 biletləri, ümumilikdə 56 ədəd lotereya biletləri zərərçəkmiş şəxsə qaytarılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar