Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-12/2024 31.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X7, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, оrta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 3-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 21 aprel 2017-ci il tarixdən hesablanmaqla 05 yanvar 2008-ci il təvəllüdlü X10 və 15 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 137,00 manat, cəmi 274,00 manat pul məbləğində aliment tutularaq Sifanova (Məmmədova) Şəhla Köçəri qızına verilməsinə dair Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(010)- 4821/2017 saylı, 07 sentyabr 2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ucar Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(063)-45/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 17 aprel 2023-cü il, 05 iyun 2023-cü il və 03 iyul 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 21 iyul 2023-cü il tarixinə kimi 6883,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Sifanova (Məmmədova) Şəhla Köçəri qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sifanova (Məmmədova) Şəhla Köçəri qızı ilə 2007-ci il tarixdə rəsmi qaydada ailə qurmuşlar. Həmin evlilikdən 05 yanvar 2008-ci il təvəllüdlü X10 və 15 iyul 2010-cu il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışlar. Həmin vaxtlar musiqiçi kimi fəaliyyət göstərmişdir. Əvvəllər Şəhla ilə münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Belə ki, Şəhlanın atası Köçəri daim ailə həyatlarına qarışdığından və digər səbəblərdən ayrılmaq qərarına gəlmişlər. Şəhla himayəsində olan uşqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4821/2017 saylı, 07 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 21 aprel 2017-ci il tarixdən hesablanmaqla 05 yanvar 2008-ci il təvəllüdlü X10 və 15 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 137,00 manat, cəmi 274,00 manat pul məbləğində alimentin tutularaq Sifanova (Məmmədova) Şəhla Köçəri qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ucar rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə aliment ödənişləri etsə də, pandemiya dövründə işsiz oldğundan və anasının xəstəliyi səbəbindən, qazancının çox hissəsini onun müalicəsinə xərcləmiş və aliment borcu yaranmışdır. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə, Ucar Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli inzibati qərarına əsasən isə 10 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 21 iyul 2023-cü il tarixə kimi Sifanova (Məmmədova) Şəhla Köçəri qızına ödənməmiş aliment borcu 6883,00 manat təşkil etmişdir. Hazırda fərdi əməklə məşğul olur, musiqiçi kimi fəaliyyət göstərir, yəni toylarda və şənliklərdə qarmon ifaçısı kimi çıxış edir, aylıq gəliri 500,00-600,00 manat təşkil edir. Təqdimat verilən gündən sonra aliment borcundan ödənişlər etmiş, həmin qəbzləri də təqdim etmişdir. Məhkəmədən törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşiman olmasını, ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və aliment borcunun çox hissəsini ödəməsini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci il tarixdə rəsmi şəkildə ailə qurmuşlar. Həmin evlilikdən 05 yanvar 2008-ci il təvəllüdlü X10 və 15 iyul 2010-cu il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhərində Məmmədin valideynləri ilə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs onlar evlənməmişdən əvvəl və birlikdə yaşadıqları dövrlərdə toy və digər şənliklərdə qarmon musiqi alətinin ifaçısı olmuş və yetərli qazanc əldə etmişdir. Əvvəllər Məmməd ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Məmməd xəyanət edib başqa qadınla münasibətdə olduğundan, qazandığı pulları həmin qadına xərclədiyindən, övladları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladlarını təkbaşına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4821/2017 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2017-ci il tarixdən hesablanmaqla 05 yanvar 2008-ci il təvəllüdlü X4 və 15 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 137,00 manat, cəmi 274,00 manat pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ucar rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ucar Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən Təqsirləndirilən şəxs yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 21 iyul 2023-cü il tarixə ödənməmiş aliment borcu 6883,00 manat təşkil edir. Təqsirləndirilən şəxs hazırda da toy və digər şənliklərdə qarmon musiqi alətinin ifaçısı kimi fəaliyyət göstərir və yetərli qazanc əldə edir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4821/2017 nömrəli, 07 sentyabr 2017-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 05 yanvar 2008-ci il təvəllüdlü X4 və 15 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 21 aprel 2017-ci il tarixindən başlayaraq hər ay hər uşağa 137,00 manat olmaqla, cəmi 274,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Sifanova (Məmmədova) Şəhla Köçəri qızının xeyrinə ödənilməsi qət edilmişdir. Ucar rayon icra və probasiya şöbəsində 22 sentyabr 2017-ci il tarixində başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirlərini həyata keçirmək üçün sorğular və digər yoxlamalar aparılmış, lakin borclunun hər hansı tələbin yönəldilməsi mümkün olan əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Ucar Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, 8(063)-22/2018 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 04 may 2022-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Ucar Rayon Polis Şöbəsi tərəfindən borclu 24 may 2022-ci il tarixdə şöbəyə təqdim edilmiş, borclunun izahatı alınaraq yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu 25 may 2022-ci il tarixdə tələbi icra edəcəyini bildirmiş, lakin borclu həmin tarixdə şöbəyə gələrək tələbi icra etməmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunan zaman şöbəni özbaşına tərk edərək məsuliyyətdən yayınmışdır. 03 iyun 2022-ci il tarixdə borclu barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Ucar Rayon Polis Şöbəsinə göndərilmişdir. Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu 30 mart 2023-cü il tarixdə şöbəyə təqdim edilmiş, yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmiş, lakin borclu tələbi icra etməmişdir. İcra məmurunun qanuni tələbini icra etməyən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ucar Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 3(063)-45/2023 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin o, yaranmış aliment borcunun ödənişini təmin etməmişdir. Belə ki, 12 iyun 2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs şöbəyə çağırılaraq alimenti ödəməsi tələb edilərək bu barədə izahatı alınmışdır.Borclu izahatında gələcəkdə aliment borcunu hissə-hissə ödəyəcəyini bildirmiş, lakin tələbkara heç bir ödəniş etməmişdir. Həmçinin, 13 aprel 2023-cü il tarixdə işsiz kimi qeydiyyata alınmasına köməklik göstərilməsi barəsində ona məktub təqdim olunmasına baxmayaraq müraciət etməmişdir. Borclunun əmlak vəziyyəti təkrar araşdırılmış, lakin tələbin yönəldilməsi mümkün hər hansı olan əmlakı və ya gəlirləri aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş, lakin borclu cari aylıq alimentin və yaranan aliment borcunun ödənişini təmin etməmiş, bu istiqamətdə heç bir təşəbbüs göstərməmişdir. Nəticədə borclu Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixə qədər 6883,00 manat ödənilməmiş aliment borcu qalmışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün İstintaq idarəsinə təqdimatla müraciət olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun törətdiyi cinayət əməli düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4821/2017 nömrəli, 07 sentyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Təqsirləndirilən şəxs ilə X3 arasında bağlanmış və 27 mart 2007-ci il tarixində Suraxanı rayon VVADQ şöbəsində qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabında 284 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından olan 05 yanvar 2008-ci il təvəllüdlü X4 və 15 iyul 2010-cu il təvəllüdlü X2 iddiaçı X3 yanında qalmasının müəyyən edilməsi, tərəflərin birgə nikahdan olan 05 yanvar 2008-ci il təvəllüdlü X4 və 15 iyul 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 21 aprel 2017-ci il tarixindən başlayaraq hər ay hər uşağa 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq X5 verilməsi və qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. Ucar rayon icra şöbəsinin böyük icra məmurunun 22 sentyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(010)-4821/2017 saylı icra sənədi üzrə icraat başlanmış, icra sənədində göstərilmiş tələbin könüllü icrası haqqında borcluya 22 sentyabr 2017-ci il tarixdə bildiriş göndərilmişdir. Ucar Rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 3(063)-45/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirilməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X6 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq törətdiyi əməli etiraf etməsini, törətdiyi əmələ görə səmimi peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ibtidai və məhkəmə istintaqı zamanı aliment borcunun bir hissəsini (müvafiq olaraq 551 manat və 4500 manat) ödəməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs bildirdi ki, o, faktiki olaraq ünvan 3-da yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən Müdafiəçi3 məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında, cəmi 131manat haqq ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlan ünvan 3 ünvanda yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri probasiya idarəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 131 (bir yüz otuz bir) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-12/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-12/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver