Məhkəmə qərarları › İş №1(063)-12/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-12/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-12/2025 19.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 19 fevral 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1981-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Ucar rayonu, Bağban kəndi ərazisində yerləşən özünə məxsus pay torpaq sahəsində əkin sahəsini suvarmaqla bağlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi Zərərçəkmiş şəxs bir dəfə üz nahiyəsindən yumruqla zərbə endirərək, sonuncuya sol gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sol gözün ağlı qişasına yayılmış qansızma, sol tərəf alt çənənin şişkinliyi, əng sümüyünün və sol göz yuvasının iç və bayır divarının sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamışdır. X3 və Zərərçəkmiş şəxs əmiləridir, onlarla aralarında münasibətlər tam olaraq normal olmasa da, düşmənçilikləri olmamışdır. Ucar rayonu, Bağban kəndi ərazisində 3,65 hektar əkin sahəsi olmuşdur. Belə ki, həmin ərazidə onunla qonşuluqda, Ağammədin, Nurməmmədin və digər kənd sakinlərinin torpaq sahələri də olmuşdur. 2024-cü ilin iyun ayında həmin ərazidə çəltik bitkisi əkmişdir. Qonşuluqda olan əmiləri Nurməmməd ilə Ağamaməd də, çəltik bitkisi əkmişlər. Həmin əraziləri suvarmaqla bağlı danışarkən Nurməmməd ona suyun qarşısına 100 mm-lik boru qoymaqla öz ərazisini suvarmağı demişdir. O isə Nurməmmədlə razılaşaraq dediyi qaydada suvarmanı həyata keçirmişdir. Lakin bir neçə gün sonra həmin borunun qarşısının kəsildiyini görmüş və əkin sahəsini suvarmaq üçün borunun qarşısını açmışdır. Borunun qarşısının Ağamməd və Nurməmmədin kəsdiyini düşünmüşdür. Suyun qarşısını açdıqdan sonra evinə getmiş və axşam saatlarında sahəyə gəldikdə suyun qarşısının yenidən kəsildiyini müyyən etmişdir. Həmin vaxt Hidayət, Nurməmməd və Ağamməd də orada olmuşdur. Suyun qarşısını açaraq Nurməmməd və Ağammədə narazılığını bildirmişdir. Nurməmməd və Ağamməd isə borunu ümumiyyətlə çıxarmağı bildirmişlər. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Nurməmməd onu vurmuşdur. Bundan sonra o, Nurməmmədin boyunundan tutub özünə tərəf dartmış və bu zaman sonuncu onun sinə nahiyəsindən dişlədiyi üçün yerə yıxılmışlar. Ətrafda olan şəxslər onları ayırmış və hamı oradan çıxıb getmişdir. Bundan sonra torpaqların növbə ilə suvarılması barədə razılaşmış, lakin sonradan Ağamməd ilə Nurməmməd növbəni pozduqları üçün yenidən mübahisələr yaranmışdır. 06 iyul 2024-cü il tarixdə əkin sahəsinə gəldikdə suyun qarşısının tam olaraq kəsildiyini görmüşdür. Bu barədə Nurməmməd və Ağammədə xəbər göndərərək, suyun qarşısını açıb evə getmişdir. Həmin gün axşam saatlarında yenidən sahəyə getdikdə suyun qarşısının kəsildiyini görmüş və yenidən suyun qarşısını açmışdır. 07 iyul 2024-cü il tarixdə, saat 16 radələrində əkin sahəsinə getmiş və bu zaman suyun qarşısının yenidən kəsildiyini görmüşdür. Suyun qarşısını açmış və əkin sahəsində olarkən Ağammədin gəldiyini görmüşdür. Ağamməddən nə üçün suyun qarşısını bağladığını soruşmuş, sonuncu isə suyun onların sahəsinə axmalı olduğunu bildirmişdir. Ağammədə növbənin onda olmadığını nə qədər izah etməyə çalışsa da, razılaşmamışdır. Söhbət edən zaman Ağammədin əlində bel olmuş, Ağamməd bel ilə borunu çıxarıb atmaq istədikdə beldən tutmuş və Ağammədə “burada ikimizik bizi ayıran olmayacaq” demişdir. Bundan sonra Ağamməd bir qədər sakitləşmişdir. Bir qədər söhbət etdikdən sonra Ağamməd yenidən borunu çıxarmağa cəhd etmiş, o, isə buna qarşı çıxmışdır. Həmin vaxt Ağamməd onun ünvanına nalayiq ifadələr işlətmiş və bel ilə vurmaq istəmişdir. O, özünü müdafiə edərək bir əli ilə beldən tutmaqla, digər əli ilə Ağammədin üzünə yumruq zərbəsi endirmişdir. Bundan sonra Ağamməd öz motosikletinə qaçaraq arxa tərəfindən bıçaq götürmüşdür. O, bunu görüb sahənin digər tərəfindən qaçaraq getmişdir. Qaçdıqdan sonra Ağammədin bıçaqla vura biləcəyindən qorxaraq öz sahəsindən beli götürürək dayanmışdır. Ağamməd isə motosiklet ilə onu vuracağı ilə bağlı hədələyərək çıxıb getmişdir. Zərərçəkmiş şəxs bir dəfə yumruqla üz nahiyəsindən zərbə endirmişdir. Zərərçəkmiş şəxs vurarkən nə Dövran, nə də digər şəxslər olmamışdır. Hazırda törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə az ağır cinayət törətməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam, yəni Azərbaycan Respublikasının CM-in 127.1-ci maddəsi ilə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Bağban kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Ucar rayonu, Bağban kəndi ərazisində əkinçilik ilə məşğul olmuş və mal-qara saxlamışdır. Təqsirləndirilən şəxs və Şahid1 qardaşının uşaqlarıdır. Dövran ilə münasibətləri normal olsa da, Müşfiq illərdir ki, onunla yola getməmiş, barəsində pis danışmış, hörmətsizlik etmiş və ünvanına söyüşlər söymüşdür. Bu səbəbdən ümumiyyətlə Müşfiq ilə danışmamışdır. Özünə məxsus 2,83 hektar ərazidə çəltik bitkisi əkmişdir. Onunla qonşuluqda qardaşı Nurməmmədin əkin sahəsi və digər tərəfdən isə Müşfiqin əkin sahəsi olmuşdur. Əkin əkdikdən sonra həmin ərazidə əkin əkmiş bütün digər şəxslərlə suyun növbəli şəkildə ötürülməsi barədə razılaşmışlar. İlk öncə Müşfiq, daha sonra isə Hacı adlı kənd sakini ərazisini suvarmış və bundan sonra növbə ona çatmışdır. O öz ərazisini suvarmaq istəyəndə Müşfiq gəlib əkin sahəsinə 100 mm-lik boru qoymaq istədiyini demiş və bu barədə xahiş etmişdir. O, bununla bağlı Müşfiqə narazılıq bildirməmiş və icazə vermişdir. Müşfiq borunu gətirib oraya qoyduqdan bir neçə gün sonra Müşfiqin borunu daha dərinə basdırdığını görmüşlər. Belə ki, bu halda əkin sahəsinə su çox getdiyindən onun sahəsi susuz qalmışdır. Bununla bağlı Müşfiqə irad bildirmiş və bundan sonra suyun növbəli şəkildə istifadə olunması ilə bağlı razılaşmışlar. Hacı adlanan şəxs ərazisini suvardıqdan sonra növbə ona çatmış və o, ərazini suvarmağa başladıqda Müşfiq yenidən borunun qarşısını açmış və əkin sahəsini suvarmağa mane olmuşdur. Bununla bağlı irad bildirdikdə Müşfiq onun və qardaşı Nurməmmədin ünvanına nalayiq ifadələr işlətmişdir. O və Nurməmməd məcbur qalıb artıq Müşfiq suyun qarşısını kəsdikdə, suyun qarşısını açmışdır. Bir müddət sonra təxminən iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə o, Hidayət, Nurməmməd və Hacı əkin sahəsində dayanmışlar. Həmin vaxt növbə onun olduğu üçün su əkin sahəsinə axmışdır. Bu zaman Müşfiq əlində bel ilə gəlmiş, suyu bağlayanın ünvanına söyüş söyməyə başlamış və suyu açmağa çalışmışdır. O və qardaşı Nurməmməd növbənin onların olduğunu bildirmiş və suyu açmasına mane olmağa çalışmışlar. Bu zaman Nurməmməd Müşfiqin yanına getmiş və həmin vaxt Müşfiq Nurməmmədin üz nahiyəsindən yumruqla zərbə endirmişdir. Zərbədən sonra Nurməmməd Müşfiqi qucaqlamış və onlar yerə yıxılmışlar. Həmin vaxt onları ayırmış, Hidayət də, Müşfiqə qışqıraraq irad bildirmişdir. Daha sonra Müşfiq çıxıb getmiş, onlar isə əkin ərazisini suvarmağa davam etmişlər. Nurməmməd vurulandan bir həftə sonra Dövran ona zəng edərək günahın onlarda olduğunu, Müşfiqin onlardan birini öldürəcəyini demişdir. Həmin hadisədən sonra da, yenidən eyni proseslər davam etmiş, Müşviq suyu bağlamış, o isə suyu açmış və mübahisələr yaranmışdır. Yenidən Müşfiqə irad bildirsələr də, sonuncu əməllərindən əl çəkməmişdir. Sonuncu dəfə 07 iyul 2024-cü il tarixdə, saat 10 radələrində əkin sahəsinə gedərək oradan ot yığmış, evə qayıdarkən Müşfiqin velosipedlə əkin sahəsinə getdiyini görmüşdür. Evə gedib otu boşaltmış və yemək yeyib saat 16 radələrində əkin sahəsinə getmişdir. Əkin sahəsinə çatdıqda Müşfiqin suyun qarşısını açaraq orada dayandığını görmüşdür. Həmin vaxt motosikleti saxlayıb onun yanına gəlmiş və Müşfiqə onun növbəsi olduğunu izah etmişdir. Suyun qarşısını açmaq məqsədilə ərazidə olan beli əlinə götürmüş, bu zaman Müşfiqin qardaşı Dövranın da gəldiyini görmüşdür. Dövran gəlib çatdıqda Müşfiq onun suyunu açanın varyoxuna nalayiq ifadələr söymüşdür. Ümumiyyətlə Müşfiq həmişə ona və qardaşına qarşı bu formada nalayiq ifadələr işlətmişdir. Müşfiq onu söydükdən sonra Dövran əlində olan beldən tutmuş və bu zaman Müşfiqə nəsə demişdir. Həmin vaxt Müşfiq onun üz nahiyəsindən zərbə endirmişdir. O, Müşfiqin əlində nəsə əşya olduğunu təxmin etmişdir. Bundan sonra özünü itirmiş və bu zaman Müşfiq ilə Dövran əlində olan beldən tutmuşlar. Müşfiq ona “sən mənim əlimdən bel ala bilərsən” demişdir. Həmin vaxt Dövran Müşfiqə qaçmağı tapşırmışdır. Müşfiq qaçdıqdan sonra sonuncuya geri qayıtmağı demişdir. Müşfiq isə bir qədər aralıdan onun var-yoxuna söyüş söymüşdür. Həmin vaxt Dövran Müşfiqin üzərinə qışqıraraq çıxıb getməsini bildirmişdir. Müşfiq velosipedə minərək qaçıb getmiş, o isə Dövrana buraxmasını bildirmişdir. Dövran onu buraxıb qaçıb getmişdir. Bundan sonra motosikletə minərək evə tərəf getmiş, yolda olarkən Müşifiqin velosipedinin yolun kənarında olduğunu, ətrafa baxanda isə Müşfiqin əlində bel ilə ona tərəf gəldiyini görmüşdür. Müşfiq ilə dalaşmaq istəmədiyi üçün motosikleti saxlamayaraq yoluna davam etmişdir. Qardaşı Nurməmmədin yanına gedib baş verənləri danışmış və Nurməmməd bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Baş vermiş hadisə zamanı üzünün sol tərəfindən burun və gözaltı nahiyələrindən sınıq xəsarətləri almışdır. Hadisə baş verən zaman Dövran əkin sahəsində olmuş, ilkin izahatı alınarkən ağrılı vəziyyətdə olması səbəbindən ola bilsin ki, fikrini tam şəkildə izah edə bilməyərək Dövranın adını qeyd etməmişdir. Dövran və Müşfiq hər ikisi içkili vəziyyətdə olmuşdur. Hadisə baş verən zaman ərazidə o, Müşfiq və Dövran olmuş, başqa heç kəs olmamışdır. 20 iyun 2024-cü il tarixdə baş vermiş hadisə zamanı Nurməmməd Müşfiqi vurmamışdır, Müşfiq onu vurduqdan sonra Nurməmməd onu qucaqlamış və onlar yerə yıxılmışlar. Nurməmməd Müşfiqi dişləməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, sonuncu ilə barışmamışdır və barəsində ciddi cəza təyin edilməsini xahiş etdi (bu barədə yazılı ərizəsini də təqdim edir). Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, Azərbaycan Respublikasının müxtəlif ərazilərində kran idarə etməklə fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında ədavət və münaqişə olmamışdır. X3 və Zərərçəkmiş şəxs əmiləridir, onlarla son dövrə qədər münasibəti normal olmuş, ədavəti olmamışdır. Müşfiq ilə Nurməmməd və Ağamməd arasında çəltik sahəsinin suvarılması ilə bağlı mübahisələr olmuşdur. O, həmin mübahisələri işi ilə əlaqədar olaraq Ucar rayonunda olmadığı üçün görməmişdir. Lakin Müşfiq və əmiləri ilə baş vermiş mübahisələr ilə bağlı dəfələrlə mobil telefon vasitəsilə danışmışdır. 07 iyul 2024-cü il tarixdə, saat 16 radələrində Müşfiq zəng edərək əkinin vəziyyətinin yaxşı olmadığını və Nurməmməd ilə Ağammədin əkin suvarmağa imkan vermədiklərini bildirmişdir. O, həmin vaxt harada olduğunu xatırlamasa da Müşfiq ilə Ağamməd arasında olan davadan sonradan xəbər tutmuş, hadisə baş verən vaxt orada olmamış, Ağamməd bu barədə yalan demişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs və Şahid1 onun övladlarıdır. 07 iyul 2024-cü il tarixdə günorta saatlarında Müşfiq evə gələrək əkin sahəsinin suvarılması ilə bağlı əmisi Ağamməd ilə dalaşdığını və sonuncunu yumruqla vurduğunu demişdir. Müşfiq ona bu barədə qardaşı Dövrana deməməyi, əgər desə məsələnin daha da böyüyə biləcəyini bildirmişdir. Belə ki, Dövran həmin vaxt həyətdə ev işləri ilə məşğul olmuşdur. O isə məsələnin daha da böyüməsindən qorxduğu üçün bu barədə Dövrana heç bir şey deməmişdir. Hadisənin baş verdiyi gün Dövran evdə olmuş, baş verənlərdən məlumatsız olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 məhkəmə-tibb ekspertizasının 09 iyul 2024-cü il tarixli, 226 saylı rəyindən görünür ki, vət. X1 onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 məhkəmə-tibb ekspertizasının 09 iyul 2024-cü il tarixli, 225 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sol gözün ağlı qişasına yayılmış qansızma, sol tərəf alt çənənin şişkinliyi, əng sümüyünün və sol göz yuvasının iç və bayır divarının sınığı küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 07 iyul 2024-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 məhkəmə-tibb ekspertizasının 09 iyul 2024-cü il tarixli, 241 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol körpücükaltı nahiyənin qançırı olmuşdur. Bu xəsarət küt alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 20 iyun 2024-cü il tarixə uyğundur, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənir. Sağlamlığa zərər vurmadığı üçün qeyd olunan xəsarətlərin dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41 və 43-cü vərəqələrində olan 20 iyul 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və fotoşəkildən görünür ki, cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar olaraq 1 ədəd fotoşəkil və 1 ədəd sənəd surətinə baxış keçirilmişdir, 01 ədəd fotoşəkilə baxış zamanı Zərərçəkmiş şəxs sol gözünün içinə qan yığılması müəyyən olunmuş, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası “Bioloji Təbabət” Klinikası tərəfindən verilmiş sənədə baxış zamanı Zərərçəkmiş şəxs KT müayinəsinə dair nəticələrin qeyd olunması müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası “Bioloji Təbabət” Klinikası tərəfindən verilmiş Kranial KT müayinəsi sənədindən görünür ki, Zərərçəkmiş şəxs hər iki beyin yarımkürəsi frontal paylar anteriorunda subaraxnoidal məsafələrdə genişlənmə izlənilmiş, bilateral İCA-nın intrakranial seqmentlərində kalsifik plaklar izlənilmiş, sol maksillər sinus anterior lateral divarında, yerdəyişməli, çökməşəkilli sınıq xətləri izlənilmiş, sinus mənfəzində hiperdens hemoragik maye qeyd edilmiş, sol göz yuvası inferior, lateral divarında minimal yerdəyişməli sınıq xətləri izlənilmiş, medial rectus əzələ qonşuluğunda mmlik hava sıxlığı izlənilmiş, qonşu dərialtı yağlı toxumalarda hemoragiyaya bağlı dansitələr izlənilmiş, sağtərəfli ənsə nahiyyəsində dərialtı yağlı toxumalarda hemoragiyaya bağlı qalınlaşma izlənilmiş, sol parietal sümük squamous hissəsi anteriorunda skleroz artışı izlənilmiş, nazal septumda sağa deviasiya izlənilmiş, hər iki orta konxada-konxa bülloza izlənilmiş, sağ alt konxa hiperplazikdir, sağ maksillar sinusda, etmoid hücrələrdə və frontal sinus sol tərəfində mukozal qalınlaşma izlənilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-140-cı vərəqələrində olan 28 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulduqdan sonra bıçaq götürməsi və sonuncunu hədələməsi sübuta yetmədiyindən Təqsirləndirilən şəxs qeyd olunan xüsusat ilə bağlı ifadəsi qeyri-səmimi ifadə kimi qiymətləndirilmiş, X2 Təqsirləndirilən şəxs dərəcəsi təyin olunmayan xəsarətlər yetirməsi xüsusatı üzrə materiallar ayrılıb qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması üçün RPŞ-nin İTB-yə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati icraatın açılmaması nəzərə alınmış, cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəy olduğundan məhkəmə-tibbi ekspertizasının 09 iyul 2024-cü il tarixli, 225 nömrəli rəyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə haqqında protokollar, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd fotoşəkil və 01 vərəqdə “Bioloji Təbabət” klinikasından alınmış xəsarətə dair sənəd iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci vərəqəsində olan 18 iyul 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-cü vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Ucar rayon mərkəzi xəstəxanası” X9 tərəfindən verilmiş 28 avqust 2024-cü il tarixli, 18-1-77/2-1124/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın PHŞ-nin poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-ci vərəqəsində olan 25 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ittiham ona elan olunmaqla qərarın surəti təqdim edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-ci vərəqəsində olan 25 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-114-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 06 noyabr 2010-cu il təvəllüdlü Ayşən və 11 iyun 2012-ci il təvəllüdlü Gülşən adlı iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-ci vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən 07 iyul 2024-cü il tarixdə (08 iyul 2024-cü il tarixdə qeydə alınmış) Ucar RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, o, qardaşı oğlu Təqsirləndirilən şəxs onu döydüyünü bildirərək bu barədə tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-ci vərəqəsində olan Ucar RPŞ-nin növbətçi hissəsinin məsul növbətçisi T.Bəkirov tərəfindən tərtib edilmiş raportdan görünür ki, X3 07 iyul 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən özünün və qardaşı Ağammədin döyüldüyünü bildirmişdir. Cinayət işində olan zərərçəkmiş şəxsin tərtib etdiyi ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs şikayətçidir, sonuncu ilə barışmamışdır və barəsində ciddi cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq və məhkəmə istintaqının nəticələrinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi yuxarıda şərh edilən əməl cinayət hadisəsidir və həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə araşdırmasında Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, himayəsində biri azyaşlı olmaqla bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, eləcə də, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa az ağır zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq–aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və iş materallarına əlavə edilmiş 01 ədəd fotoşəkil və xəsarətə dair sənəd cinayət işində saxlanılmalıdır. İş üzrə maddi zərər, mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. İş materallarına əlavə edilmiş 01 ədəd fotoşəkil və xəsarətə dair sənəd cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar