Məhkəmə qərarları › İş №1(063)-13/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-13/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-13/2024 14.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 14 fevral 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Ucar rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Bağman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,72 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edərək həmin narkotik vasitənin 1,35 və 0,13 qramını üzərində, 4,24 qramını isə idarə etdiyi avtomobildə daşımaqla saxlamış, 04 iyul 2023cü il tarixdə saat 16:00 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar rayonu, Qarabörk kəndi ərazisində “4 Yol” adlanan yerdə idarə etdiyi “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq, üzərində şəxsi axtarış aparılması və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün Ucar rayon polis şöbəsinə gətirilib, həmin şöbənin inzibati binasının həyətində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd gümüşü-ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi - 1,35 qram, əynində olan göy rəngli cins şalvarın qabaq sağ üst balaca cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,13 qram, idarə etdiyi “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı sürətlər qutusunun yanında, oturacaqların arasından 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 4,24 qram olmaqla, ümumilikdə təmiz çəkiləri - 5,72 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş 5 (beş) ədəd çətənə bitkisi toxumlarını 2023-cü ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Ucar rayonu, Təzə Şilyan kəndi ərazisində çöl sahədə torpaqda əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla qulluq göstərib həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 5 (beş) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, sonra həmin bitkiləri çıxarıb yaşadığı Ucar rayonu, Bağman kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən yarımtikiliyə gətirib həmin bitkiləri qurutduqdan sonra bitkilərin qurumuş hissələrindən toplayaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 78,59 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq təkrarən əldə edib yaşadığı ünvanda saxlamış, 01 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvana baxış keçirilən zaman evin həyətindəki ağacların altında sellofan torbada saxladığı təmiz çəkisi - 78,59 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin həyətində yerləşən yarımtikildən isə əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 5 (beş) ədəd qurumuş vəziyyətdə təmiz çəkisi - 780,0 qram təşkil edən çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2-3 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 01 iyul 2023-cü il tarixdə piyada yaşadığı evə gedən zaman yol kənarında xatırlamadığı yerdə 1 ədəd sellofan torba görmüş, ardınca həmin torbanı yerdən götürüb içərisinə baxdıqda içərisində 2 ədəd şəffaf sellofan və 1 ədəd gümüşü kağız büküm tapmış, daha sonra həmin bükümləri açdıqda əvvələr də həmin narkotik vasitədən istifadə etdiyi üçün dərhal tanıdığından içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördükdə bükümləri götürüb cibinə qoymuş, bükümlərin olduğu sellofanı isə tullayaraq yaşadığı evə gəlmişdir. Bundan sonra, 1 ədəd sellofan torbada olan bükümü idarə etdiyi “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin oturacaqlarının arasına qoymuş, digər gümüşü və şəffaf sellofan bükümləri isə əynində olan cins şalvarının sağ və sol xırda cibinə qoymuşdur. 04 iyul 2023-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Ucar rayonu, Bağman kəndinə qayıdan zaman susadığı üçün Ucar rayonu, Qarabörk kəndi ərazisində “4 Yol” adlanan yerdə avtomobili saxlayıb su almaq istəmiş, avtomobili saxladıqdan sonra avtomobilinə mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün RPŞ-yə getməli olduğu bildirildikdə o, buna etiraz etməmişdir. Ucar RPŞ-yə gətirildikdən sonra RPŞ-nin inzibati binasının həyətində hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunaraq üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif olunduqda əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindəki içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim edib içərisində “nəşə”olduğunu bildirmişdir. Həmin bükülüyə keçirilən baxış zamanı orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Ardınca həmin gümüşü siqaret kağızı bükülüsü qablaşdırılması üçün idarə etdiyi avtomobilinin yük yerinin üzərinə qoyulmuş və bundan sonra əməliyyat müvəkkili tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi prosesi davam etdirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A02S” markalı mobil telefon, sənədlərini və bank kartlarını qoyduğu sənəd qabı, əynimdə olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Keno” markalı siqaret qutusu, 1 ədəd kibrit qutusu və 1 ədəd 5 manatlıq pul əskinası, əynimdə olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən isə 1 ədəd şəffaf sellofan bükülü aşkar olunmuşdur. Həmin bükülüyə baxış keçirilmiş və baxış zamanı orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı həmin kütlənin tütün olmasını bildirmiş, ardınca həmin bükülünün qablaşdırılması üçün aşkar olunmuş digər bükülünün yanına, avtomobilin arxa yük yerinin üzərinə qoyulmuş və həmin zaman çəkilişin aparıldığı kamerada nasazlıq yaranması səbəbindən çəkiliş dayanmış, çəkiliş dayandıqdan dərhal sonra qaldığı yerdən yenidən bərpa olunmuş və bu barədə iştirakçılara bildirilmişdir. Çəkiliş bərpa olunduqdan sonra üzərində şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdırılmış, daha sonra üzərindən aşkar olunmuş 1 ədəd “Samsung A02S” markalı mobil telefon 1 ədəd ağ zərfə yerləşdirilmiş və üzəri möhürlənib götürülmüşdür. Daha sonra, üzərindən aşkar olunmuş sellofan bükülü və gümüşü rəngli siqaret kağız bükülüsü digər 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və üzəri möhürlənib götürülmüşdür. Bundan o və digər iştirakçılar ardıcıllıqla, hər iki zərfin üzərində imza etmişlər, ardınca üzərindən aşkar olunmuş iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar ona geri qaytarılmaqla, şəxsi axtarışın bitdiyi və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra, idarə etidiyi avtomobilə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulduqda buna heç bir etirazının olmadığını bildirib bu barədə müvafiq ərizə təqdim etmişdir. Bundan sonra, avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmetlər varsa könüllü şəkildə təqdim etməsi təklif olunduqda idarə etdiyi avtomobildə “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirib idarə etdiyi avtomobildə sürətlər qutusunun yanında, oturacaqların arasında olan boş hissədə saxladığı 1 ədəd şəffaf sellofanda narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmin bükülüyə baxış keçirildikdə orada qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, daha sonra, həmin bükülü yenidən ağzı bağlanılıb qablaşdırılması üçün saxlanılmışdır. Bundan sonra, əməliyyat müvəkkili tərəfindən idarə etdiyi avtomobilə baxış keçirilməsi davam etdirilmiş, baxış zamanı avtomobildə qanunla qadağan edilmiş əlavə əşya və ya predmetlər aşkar edilməmişdir və daha sonra, avtomobildən aşkar olunmuş sellofan bükülü 1 ədəd ağ rəngli zərfə yerləşdirilib üzəri möhürlənib götürülmüşdür. Daha sonra, o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Bundan sonra, şəxsi axtarış və baxış keçirilməsi yekunlaşdırılmışdır. Həmçinin narkotik vasitə tapa bilmədiyi üçün tapdığı marixuanalardan əldə etdiyi 5 ədəd toxumu Ucar rayonu, Təzə Şilyan kəndi ərazisində əkmək qərarına gəlmiş və 2023-cü ilin may ayında həmin 5 ədəd toxumu həmin kənd ərazisində çöl sahədə əkmişdir. Əkdiyi toxumlara mütəmadi olaraq qulluq etmiş, toxumların olduğu torpağın dibini yumşaltmış, sulamış, həmin yerə özü ilə sellofanda peyin aparıb tökmüşdür. 2023-cü ilin iyul ayında Ucar RPŞ-nin əməkdaşları tərəfindən tutulduqda üzərindən və idarə etdiyi avtomobildən başqa yerdən tapdığı qurudulmuş marixuana aşkar edilmişdir. Amma qurudulmuş marixuanadan asılılıqdan yaxa qurtara bilməmiş, əkdiyi çətənə bitkilərinə baxmaq üçün Ucar rayyonu, Təzə Şilyan kəndi ərazisinə gedib həmin bitkilərə qulluq etməyə davam etmişdir. 2023-cü ilin iyul ayının axırlarında dəqiq günü yadında qalmayan günlərin birində gecə saatlarında 5 ədəd çətənə bitkisini əkdiyi yerdən çıxardıb yaşadığı ünvana gətirmiş və həyətində olan yarımtikilidə qurutmağa başlamışdır. 01 avqust 2023-cü il tarixdə Ucar rayonu, Təzə Şilyan kəndi ərazisində olarkən orada kiminsə çoxlu çətənə kolu əkdiyini görmüş, həmin şəxsin Əmiraslan adlı şəxs olduğunu öyrənmiş və özündə heç bir şübhə yaratmamaq üçün Əmiraslan adlı şəxsin narkotik vasitələrin qanunsuz əkilib-becərilməsi ilə məşğul olması barədə polisə məlumat vermişdir. Bu hadisə ilə bağlı həmin şəxs polis əməkdaşları tərəfindən tutulmuş, o, da bununla bağlı ifadə vermişdir. Həyətindəki yarımtikilidə saxladığı 5 ədəd çətənə bitkisindən isə nə polisin, nə də ailə üzvlərinin xəbəri olmamışdır. Rahatlıqla istifadə edə bilməsi üçün həmin bitki kollarının qurumuş yarpaqlarından yığıb sellofana qoymuş, sellofanı isə həyətindəki ağaclardan birinin altında gizlətmişdir. 01 sentyabr 2023-cü il tarixdə saat 11:00 radələrində yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu bildirdikdə polis əməkdaşlarına yaşadığı ünvana, həyətyanı sahəsinə və yardımçı tikiliyə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə müvafiq ərizəni təqdim etmişdir. Ona qanunla qadağan olunmuş əşya və predmet saxlayıbsaxlamadığı barədə soruşulduqda yaşadığı ünvanın həyətyanı sahəsində narkotik vasitə olduğunu bildirmiş və iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. Ardınca həyətə daxil olub irəlilədikdən sonra bağ sahəsinə daxil olmuş və arxın yaxınlığında olan ağaclardan birinin altından şəffaf rəngli sellofanı götürüb əməliyyat müvəkkilinə təqdim etmişdir. Həmin şəffaf sellofan bükülüyə baxış keçirilən zaman içərisində yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdikdən sonra aşkar olunmuş sellofan bükülü 1 ədəd içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyulmaqla ağzı bağlanmış və üzəri möhürlənməklə götürülmüşdür. Bundan sonra, o və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra, yaşadığı ünvana baxış keçirilməsinə başlanılmış, baxış zamanı qanunla qadağan edilmiş əşya və predmetlər aşkar olunmamışdır. Bundan sonra, həyətyanı sahədə yerləşən yarımçıq tikiliyə baxış keçirilməsinə başlanılmış, baxış zamanı həmin tikilidəki otaqlardan birində yerdə narkotik vasitə olan çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. Ardınca aqronom həmin kolların narkotik tərkibli çətənə bitkisi kolları olduğunu bildirmiş və həmin kollara baxış zamanı qurumuş vəziyyətdə və 5 ədəd olmaları müəyyən olunmuşdur. Şifahi sorğu zamanı tutulmaqdan qorxduğu üçün və həyəcanlı olduğuna görə həmin kolların özünə məxsus olmadığını bildirmişdir. Bundan sonra, aşkar olunmuş çətənə bitkisi kolları götürülərək 1 ədəd boş ağ rəngli kisənin içərisinə yerləşdirilmiş və üzərinə başqa kisə keçirilməklə yapışqan lentlə bağlanmışdır. O və bütün digər iştirakçıların üzərinə imza etdikləri A4 formatlı kağız zərflər üçün nəzərdə tutulmuş möhürdən istifadə etməklə kisənin üzəri yapışdırılmışdır. Baxış zamanı o və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış və bununla da baxış yekunlaşdırılmışdır. Baxış yekunlaşdırıldıqdan sonra üzərində şəxsi axtarış keçirilməsi üçün Ucar RPŞ-yə gətirilmiş, şəxsi axtarışa və baxışa başlamazdan əvvəl hüquqları, vəzifələri və müdafiə hüquqları izah olunmaqla bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Şəxsi axtarış zamanı müdafiə hüququ izah olunub axtarış zamanı Müdafiəçi iştirakının təmin edilməsi təklif olunduqda üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirak etməsini istədiyini bildirmişdir. Bundan sonra, şəxsi axtarışın keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı ərzində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməyi təklif olunduqda əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən isə, 1 ədəd alışqan ilə 1 qutu “Manchester” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyduqdan sonra üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Ardınca digər əşyaları ona qaytarıldıqdan sonra aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon 1 ədəd boş zərfə yerləşdirilmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmaqla zərflər üçün nəzərdə tutulmuş möhürdən istifadə olunmaqla möhürlənmişdir. Daha sonra, o və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmadığı üçün şəxsi axtarış prosesi yekunlaşdırılmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə cinayət əməli törətməsinin, eləcə də himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, Ucar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitə gəzdirməsi barədə 04 iyul 2023-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəhbərliyinin tapşırığı ilə 04 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində Ucar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi Ucar rayonu, Qarabörk kənd ərazisini müşahidəyə götürdükdən bir qədər sonra sonuncunu idarə etdiyi “VAZ 2106” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin ərazidə yerləşən “Bəyaz” marketin qarşısında dayandığını görmüşlər. Ardınca ona yaxınlaşıb özlərini təqdim edərək idarə etdiyi avtomobildə və üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirib üzərində şəxsi axtarışın və idarə etdiyi avtomobilə baxış keçirilməsi məqsədilə Ucar RPŞyə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın və idarə etdiyi avtomobilə baxışın aparılmasına etirazının olmadığını bildirib Ucar RPŞ-yə getməyə razılığını vermiş və daha sonra o, idarə etdiyi avtomobillə birlikdə Ucar RPŞ-yə gətirilmişdir. Ucar RPŞ-nin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu həmin vaxt əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibindən gümüşü rəngli siqaret kağızı bükülüsünü təqdim edib içərisində “nəşə”olduğunu bildirmişdir. Həmin bükülüyə baxış keçirildikdə çərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin gümüşü siqaret kağızı bükülüsü qablaşdırılması üçün avtomobilin arxa yük yerinin üzərinə qoyulmuş və bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi davam etdirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A02S” markalı mobil telefon, sənədlər və bank kartlarının qoyulduğu sənəd qabı, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Keno” markalı siqaret qutusu, 1 ədəd kibrit qutusu və 1 ədəd 5 manatlıq pul əskinası, əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən isə 1 ədəd şəffaf sellofan bükülü aşkar olunmuşdur. Həmin sellofan bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin tütün olmasını bildirmiş və daha sonra, həmin bükülü qablaşdırılması üçün aşkar olunmuş digər bükülünün yanına, avtomobilin arxa yük yerinin üzərinə qoyulmuşdur. Bu zaman çəkilişin aparıldığı kamerada nasazlıq yaranması səbəbindən çəkiliş dayanmış, çəkiliş dayandıqdan dərhal sonra qaldığı yerdən yenidən bərpa olunmuş və bu barədə iştirakçılara bildirilmişdir. Çəkiliş bərpa olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdırılmış və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Samsung A02S” markalı mobil telefon 1 ədəd ağ zərfə yerləşdirilmiş və üzəri möhürlənib götürülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükülü və gümüşü rəngli siqaret kağızı bükülüsü digər 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və həmin zərfin üzəri zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürdən istifadə olunmaqla möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar ardıcıllıqla, hər iki zərfin üzərində imza etdikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar ona geri qaytarılmaqla şəxsi axtarışın bitdiyi və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazı olubolmaması soruşulduqda sonuncu buna heç bir etirazının olmadığını bildirməklə bu barədə müvafiq ərizəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmetlər varsa onları könüllü çəkildə təqdim etməyi təklif olunduqda sonuncu idarə etdiyi avtomobildə “nəşə” yəni qurudulmuş marixuana olduğunu bildirmiş və idarə etdiyi avtomobildə sürətlər qutusunun yanında, oturacaqların arasında olan boş hissədə saxladığı 1 ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir. Həmin bükülüyə baxış keçirildikdə orada qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunduqdan sonra həmin bükülü yenidən ağzı bağlanılmış və qablaşdırılması üçün saxlanılmışdır. Bundan sonra tərəfindən avtomobilə baxış keçirilməsi davam etdirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan edilmiş əlavə əşya və ya predmetlər aşkar edilməmişdir. Avtomobildən aşkar olunmuş sellofan bükülü 1 ədəd ağ rəngli zərfə yerləşdirilmiş və zərfin üzəri möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar zəfin üzərinə imza etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və yaşadığı evin həyətində narkotik vasitələr əkibbecərməsi barədə 01 sentyabr 2023-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında tərəfindən raport yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 və RPŞ-nin PPXBnin komandiri Şahid2 ilə birlikdə həmin gün saat 11:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu Bağman kəndində yerləşən evinin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında gördükdə sonuncuya yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində və həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməkdə şübhəli olduğunu və buna görə də qeyd olunan həmin yerlərə videoçəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nin baş müstəntiqi X1 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında torpaq sahəsinə baxış keçirilməsi üçün baş müstəntiq Rəhmin Zeynalov mütəxəssis-aqronom qismində dəvət olunmuş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ucar X13 Mərkəzinin bitkiçilik sektorunun aparıcı məsləhətçisi, aqronom X2 ilə birlikdə həmin yerə gəlmiş, X7ə mütəxəssis kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmış, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmiş, ardınca sonuncudan yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşulduqda o, yaşadığı ünvanın həyətyanı sahəsində narkotik vasitə olduğunu bildirərək iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs həyətə girdikdən sonra irəliləyib bağ sahəsinə daxil olmuş və arxın yaxınlığında olan ağacların birinin altından şəffaf rəngli sellofanı götürüb əməliyyat müvəkkili Şahid3 təqdim etmişdir. Həmin şəffaf sellofan bükülüyə baxış keçirilən zaman orada yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Ardınca aşkar olunmuş sellofan bükülü 1 ədəd içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyulmaqla ağzı bağlanmış və üzəri möhürlənib götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmış, baxış zamanı evdə qanunla qadağan edilmiş əşya və predmetlərə rast gəlinməmişdir. Daha sonra, həyətyanı sahədə yerləşən yarımçıq tikiliyə baxış keçirilməsinə başlanılmış, baxış zamanı həmin tikilidəki otaqlardan birində yerdə narkotik vasitə olan çətənə bitkisinə oxşar kollar aşkar edilmişdir. X7 həmin kolların narkotik tərkibli çətənə bitkisi kolları olduğunu bildirmiş və həmin kollara baxış zamanı qurumuş vəziyyətdə və 5 ədəd olmaları müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kolların özünə məxsus olmadığını bildirmişdir. Aşkar olunmuş çətənə bitkisi kolları 1 ədəd boş ağ rəngli kisənin içərisinə yerləşdirilmiş və üzərinə başqa kisə keçirilməklə yapışqan lentlə bağlanmışdır. Daha sonra, iştirakçıların üzərinə imza etdikləri A4 formatlı kağız zərflər üçün nəzərdə tutulmuş möhürdən istifadə etməklə kisənin üzərinə yapışdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Ucar RPŞ-yə gətirilmişdir. RPŞ-də şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən isə, 1 ədəd alışqan ilə 1 qutu “Manchester” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş və bundan sonra Təqsirləndirilən şəxs üzərində NMQ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon 1 ədəd boş zərfə yerləşdirilmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənib götürülmüşdür. Şəxsi axtarış prosesinin sonunda Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd alışqan ilə 1 qutu “Manchester” markalı siqaret özünə geri qaytarılmışdır. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 və Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək istintaq zamanı ifadə vermiş məhkəmə iclas zalında ifadəsi elan edilmiş Ucar RPŞ-nin PPXB-nin komandiri Şahid2 da ifadəsi məhkəmə iclasında ifadə vermiş Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ifadəsi ilə eyni olmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 163-167-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli, 17/526 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs götürülmüş bükülülər...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki; 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 1,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmçinin, həmin seelofan bükümdəki, təmiz çəkisi 0,09 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş bükülü....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 4,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,06 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 5,66 qram təşkil etmişdir. Narkotik vasitə olmayan kütlədən tədqiqata sərf edilib 0,02 qram, qalıq çəkisi 0,07 qram təşkil etmişdir. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı) Cinayət işinin İ cild 164-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 54-58-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2023-cü il tarixli, 17/668 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs məxsus yarımtikilidən aşkar olunmuş 05 ədəd çətənə bitkisinə bənzər kol.” yazısı olan sintetik kisənin içərisindəki, ümumi çəkiləri - 780,0 qram olan 05 (beş) ədəd bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aparıcı məsləhətçi Ağarəhim Tağıyevin 01 sentyabr 2023-cü il tarixli rəyinə əsasaən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində aşkar olunmuş kütlə.” yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 78,59 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 05 (beş) ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Tədqiqata 0,50 qram sərf edildikdən sonra narkotik vasitə çətənə bitkisinin qalıq çəkisi 779,50 qram təşkil etmişdir. Qurudulmuş marixuanadan tədqiqata 0,10 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 78,49 qram təşkil etmişdir Cinayət işinin İ cild 55-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 249-251-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 17/689 saylı rəyindən görünür ki, tədqiqata təqdim təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisini əkdiyini bildirdiyi...çöl sahədən götürülmüş torpaq nümunəsi...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbada olan torpaq nümunəsində narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Torpaq nümunəsindən aşkar edilmiş çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin hissəciklərin təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Cinayət işinin İ cild 250-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 260-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 25 sentyabr 2023-cü tarixdə verilmiş 1613 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 215-ci vərəqəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Ucar rayon mərkəzi xəstəxanası” X14 tərəfindən verilmiş 08 iyul 2023-cü il tarixli, PHŞ-6-77/2-863/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 120-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 1-ci vərəqəsində olan cinayət işinin başlanması haqqında 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 19-20-ci vərəqələrində olan 01 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində ağacların birinin altından içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan şəffaf rəngli sellofan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 38-39-cu vərəqələrində olan 01 sentyabr 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən bir ədəd alışqan ilə bir qutu “Manchester” markalı siqaret qutusu aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 68-69-cu vərəqələrində olan 02 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikilidən 5 ədəd çətənə bitkisi kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 282-299-cu vərəqələrində olan 21 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittiham elan edilmiş, həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri qüvvəsində saxlanılmış, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs və idarə etdiyi avtomobilindən götürülmüş qalıq çəkisi 1,35 qram, 0.13 qram və 4,24 qram olmaqla ümumilikdə 5,72 qram çəkidə qurudulmuş marixuana və 0,09 qram narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlə, narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlənin 0,02 qram, narkotik vasitə qurudulmuş marixuanaların isə hər obyektə 0,02 qram olmaqla ümumilikdə 0,06 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi və qalan 5,66 qram narkotik vasitə qurudulmuş marixuana kütlələri, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş ümumilikdə yaş vəziyyətdə çəkiləri 780 qram narkotik tərkibli çətənə bitkiləri və 01 ədəd şəffaf sellofanda təmiz çəkisi 78,59 qram olan qurudulmuş marixuana kütləsinin iş üzrə maddi sübut hesab edilməsi, çətənə bitkilərinin hər birindən 0,10 qram olmaqla ümumilikdə 0,50 qram narkotik vasitə qurudulmuş marixuananın isə 0,10 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi və qalan 779,50 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmaqla, saxlanması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 04 iyul və 01 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, avtomobilinə və yaşadığı ünvana keçirilmiş baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin işinin İ cild 223-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 130-cu vərəqəsində olan 04 iyul 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 195-196-ci vərəqələrində olan 06 iyul 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 23-cü və 71-ci vərəqələrində olan 01 sentyabr 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 03 sentyabr 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Repsublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 237.1-ci maddələrinə tövsif olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 94-95-ci vərəqələrində olan 03 sentyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 117-118-ci vərəqələrində olan 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 49.1-ci maddəsindən görünür ki, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bildiyindən, ********* nömrəli və ********* nömrəli cinayət işləri 11 sentyabr 2023-cü il tarixdə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə istintaq ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 266-267-ci vərəqəsində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Bağman kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyətinin Baçşısının Bağman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materialların əlavə olunmuş “Elektron Məhkəmə” İnformasiya Sistemindən edilmiş şəxsi məlumatlara dair çıxarışdan görün ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü X3, 2016-cı il təvəllüdü X4 və 2019cu il təvəllüdlü X5 olması müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi, eləcə də satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittihamın, həmçinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını və ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsini, eləcə də satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdən 6 iyul 2023-cü il tarixə və 01 sentyabr 2023-cü il tarixdən 03 sentyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı cəmi dörd gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 14 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən götürülmüş müvafiq olaraq qalıq çəkisi 5,66 qram və 78,49 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 779.50 qram qalıq çəkidə olan iki ədəd başbaşa keçirilmiş ağ rəngli sintetik kisədə olan narkotik vasitə çətənə bitkiləri, həmçinin, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə birkilərini əkdiyi çöl sahədəki torpaq sahəsindən götürülmüş bir ədəd sellofan torbada olan torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə və idarə etdiyi avtomobilinə videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 106,49 (bir yüz altı manat qırx doqquz qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 4 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən götürülmüş müvafiq olaraq qalıq çəkisi 5,66 qram və 78,49 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də 779.50 qram qalıq çəkidə olan iki ədəd baş-başa keçirilmiş ağ rəngli sintetik kisədə olan narkotik vasitə çətənə bitkiləri, həmçinin, Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə birkilərini əkdiyi çöl sahədəki torpaq sahəsindən götürülmüş bir ədəd sellofan torbada olan torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə və idarə etdiyi avtomobilinə videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 106,49 (bir yüz altı manat qırx doqquz qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar