Məhkəmə qərarları › İş №1(063)-14/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-14/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-14/2024 31.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçiləri-fərdi qaydada fəaliyyət göstərən vəkillər, Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi4, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə 31 oktyabr 2024-cü il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1999-cu ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxxx 1993-cü ildə Kürdəmir rayonu, Qarasaqqal kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay (deməsinə görə evli), Ucar Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 1(063)-21/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti verilməklə şərti hesab edilmiş, 02 fevral 2018-ci il tarixdə sınaq müddətinin başa çatması ilə əlaqədar Ucar rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmış, hazırda üzərində məhkumluğu olmayan, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxx 2007-ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, subay, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 20 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib vahid niyyətlə əhatə olunan qəsdlə Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin qarşı tərəfdəki pəncərəsinin şüşəsini sındırmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan sonuncuya məxsus 130 manat dəyərində 4 mm-lik (qalınlıqda) ölçüdə olan, ümumilikdə 200 metr uzunluqda elektrik mis naqilini götürərək həyətdən çıxıb həmin naqilləri birlikdə evin yaxınlığındakı ağaclıq ərazidə gizlətdikdən sonra, vahid qəsdlə əhatə olunan oğurluq niyyətini davam etdirərək tanışı Təqsirləndirilən şəxs2la qayıdıb eyni üsulla həmin evə daxil olaraq oradan zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 60 manat dəyərində istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “BİRUSA 22” markalı soyuducunun mühərrikini götürməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 190 (yüz doxsan) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin sağ yan tərəfindəki pəncərəsinin şüşəsini sındırmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan 120 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “Samsung LE20S53BP” markalı televizoru, 150 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatını, 35 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “İnterskol MP-65G-01” markalı elektrik mişarını, 20 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “İnterskol D-11/540GR” markalı elektrik direli, 40 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “Daewo XM-111E” markalı musiqi mərkəzinə aid üzərində “ E402 05 77 T105N-01S1-3” sözləri yazılmış 1 ədəd səsgücləndirici kolonkanı götürməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 365 (üç yüz altmış beş) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 01 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin arxa tərəfindəki pəncərəsini açmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan 200 manat dəyərində işlək vəziyyətdə olan “32” ölçüdə 1 ədəd “Supermax SM 3270 TS 2 EX” markalı televizoru və 20 manat dəyərində, işlək vəziyyətdə olan 1 ədəd “Supermax MİNİ FTA 200” markalı anten aparatını götürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 20 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib vahid niyyətlə əhatə olunan qəsdlə Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin qarşı tərəfdəki pəncərəsinin şüşəsini sındırmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan sonuncuya məxsus 130 manat dəyərində 4 mm-lik (qalınlıqda) ölçüdə olan, ümumilikdə 200 metr uzunluqda elektrik mis naqilini götürərək həyətdən çıxıb həmin naqilləri birlikdə evin yaxınlığındakı ağaclıq ərazidə gizlətdikdən sonra, vahid qəsdlə əhatə olunan oğurluq niyyətini davam etdirərək tanışı Təqsirləndirilən şəxs1la qayıdıb eyni üsulla həmin evə daxil olaraq oradan zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 60 manat dəyərində istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “BİRUSA 22” markalı soyuducunun mühərrikini götürməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 190 (yüz doxsan) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin sağ yan tərəfindəki pəncərəsinin şüşəsini sındırmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan 120 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “Samsung LE20S53BP” markalı televizoru, 150 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatını, 35 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “İnterskol MP-65G-01” markalı elektrik mişarını, 20 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “İnterskol D-11/540GR” markalı elektrik direli, 40 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “Daewo XM-111E” markalı musiqi mərkəzinə aid üzərində “E402 05 77 T105N-01S1-3” sözləri yazılmış 1 ədəd səsgücləndirici kolonkanı götürməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 365 (üç yüz altmış beş) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 01 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin arxa tərəfindəki pəncərəsini açmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan 200 manat dəyərində işlək vəziyyətdə olan “32” ölçüdə 1 ədəd “Supermax SM 3270 TS 2 EX”markalı televizoru və 20 manat dəyərində, işlək vəziyyətdə olan 1 ədəd “Supermax MİNİ FTA 200” markalı anten aparatını götürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 20 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin qarşı tərəfdəki pəncərəsinin şüşəsini sındırmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan sonuncuya məxsus 130 manat dəyərində 4 mm-lik (qalınlıqda) ölçüdə olan, ümumilikdə 200 metr uzunluqda elektrik mis naqilini götürərək Zərərçəkmiş şəxs1 ümumilikdə 130 (yüz otuz) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 25 avqust 2023-cü il tarixdə, saat 22 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin sağ yan tərəfindəki pəncərəsinin şüşəsini sındırmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan 120 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “Samsung LE20S53BP” markalı televizoru, 150 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatını, 35 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “İnterskol MP-65G-01” markalı elektrik mişarını, 20 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “İnterskol D-11/540GR” markalı elektrik direli, 40 manat dəyərində işlək vəziyyətdə olan 1 ədəd “Daewo XM-111E” markalı musiqi mərkəzinə aid üzərində “ E402 05 77 T105N-01S1-3” sözləri yazılmış 1 ədəd səsgücləndirici kolonkanı götürməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 365 (üç yüz altmış beş) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 01 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonun Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan yaşayış evinin arxa tərəfindəki pəncərəsini açmaqla həmin pəncərədən evə qanunsuz daxil olub oradan 200 manat dəyərində işlək vəziyyətdə olan “32” ölçüdə 1 ədəd “Supermax SM 3270 TS 2 EX” markalı televizoru və 20 manat dəyərində, işlək vəziyyətdə olan 1 ədəd “Supermax MİNİ FTA 200” markalı anten aparatını götürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 220 (iki yüz iyirmi) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Qazyan kəndində yaşayır. 02 sentyabr 2023-cü il tarixdə, saat 17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 kəndlərində evlərinin yaxınlığından motosikleti ilə keçərkən onu görüb yaxınlaşaraq sellofanda ona bir topada 50-60 metr uzunluğunda elektrik naqili göstərərək həmin naqilləri 30 manata satmaq istədiyini bildirmişdir. O da həmin elektrik naqilləri alıb sonra 5- 10 manat bahasına satmaq məqsədi ilə razılaşıb 10 manat Təqsirləndirilən şəxs2 nağd pul vermiş, səhəri günü isə əlavə 20 manat verəcəyini bildirmişdir. Elşən onunla razılaşmış və o, həmin elektrik naqillərini Elşəndən alıb evlərinə aparmışdır. Tövlələrinin arxa tərəfində nar ağaclarının yanında həmin elektrik naqillərini yandırmışdır ki, səhəri gün aparıb həmin naqilləri mis kimi metal qəbulu məntəqəsinə satsın. Belə də olmuşdur. O, naqilləri yandıraraq səhəri günü satmağa aparmaq istəyəndə təsadüfən Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmiş və ona Ucar şəhərinə metal qəbulu məntəqəsinə soyuducu mühərriki satmağa aparmaq istədiyini bildirmişdir. O da Elşən ilə birgə Ucar şəhərinə gedib sonuncudan aldığı elektrik naqillərini satmağa qərarlaşmışdır. Həmin vaxt Elşənin motosikletində soyuducu mühərriki də olmuşdur. Elşən ona həmin mühərriki zibillikdən tapdığını bildirmişdir. Elşənlə birlikdə Ucar şəhərində dördyol deyilən ərazinin yaxınında “Vəlinin Sexi” kimi tanınan metal qəbulu məntəqəsinə getmişlər. Onlar ikisi mühərriklə elektrik naqillərini adını bilmədiyi cavan oğlana sataraq əritdiyi elektrik naqillərin misinə görə 50 manat almış, Elşən isə soyuducu müəhərrikinə görə 3 manat pul almışdır. Daha sonra onlar ikisi razılaşdıqları kimi Elşənə misdən əldə olumuş puldan 20 manat pul vermiş, bununla da sonuncu ilə hesablaşmışlar. Daha sonra o, polis şöbəsinə çağırılanda bilmişdir ki, Təqsirləndirilən şəxs2 ona satdığı elektrik naqilləri digər həmkəndliləri Təqsirləndirilən şəxs3la birlikdə həmkəndlisi Zərərçəkmiş şəxs1 evindən oğurlamışlar. O, hər hansı bir oğurluqda iştirak etməmiş, həmkəndliləri Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evindən oğurluq etməmişdir. 05 sentyabr 2023-cü il tarixinə keçən gecə polis əməkdaşları yaşadığı evə gəlib ona oğurluqda şübhəli olduğunu bildirərək polis şöbəsinə çağıran zaman Pünhan Umudov, Cavad Hümbətov və Qorxmaz İslamov adlı polis əməkdaşlarına narazılıq edib gecə vaxtı heç bir yerə getməyəcəyini bildirəndə, aralarında mübahisə yaranmış, həmin vaxt o, adları çəkilən polis əməkdaşları tərəfindən Ucar polis şöbəsinə gətirilərək Növbətçi hissəyə təhvil verilmişdir. Həmin tarixdə səhər tezdən isə Nizami İsayev adlı təhqiqatçının yanında izahat verərkən ona sorğu sual edilərkən həyacanlı olduğundan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birgə 20 avqust 2023-cü il tarixdə və 25 avqust 2023-cü il tarixdə Qazyan kəndində Zərərçəkmiş şəxs1 evindən, eləcə də 01 sentyabr 2023-cü il tarixdə isə digər həmkəndliləri Zərərçəkmiş şəxs2 evindən müxtəlif əşyaları oğurlamalarını və əməlindən peşman olduğunu göstərmişdir. Daha sonra o, polis şöbəsində 3-cü mərtəbədə Cavad Hümbətov adlı əməliyyatçının otağına dəvət olunmuş və soğru sual edilərkən orada sonuncuya həyacanlı olduğu üçün izahat verərkən yalandan oğurluqları etiraf etdiyini bildirmiş, X13 ona inanmamış və onu hər şeyi etiraf etməsini, əks halda onu daha da ağır maddələrlə “yükləyib sroka” göndərəcəyini bildirmiş, o isə Cavad Hümbətova təhqiqatçının yanında izahat verdiyini və oğurluq etməyini etiraf etdiyini bildirmiş və onu döyməmələrini, nə lazımdırsa izahatında yenə də yazacağını bildirmişdir. X1 məhəl qoymayaraq özü və yanında olan Pünhan Umudov və Rafiq Abışov adlı polis əməkdaşı ilə birlikdə onu heç bir səbəb olmadan təpik və yumruqla vəhşicəsinə bədəninin bütün nahiyyələrinə vuraraq bir neçə dəqiqə ərzində döymüşlər. Cavad Hümbətov əlavə olaraq ayyaqqabısı ilə onun sol ayağının baş barmağından vurması nəticəsində həmin barmağımın dırnağı ortadan sınmışdır. Polislər tərəfindən döyüldükdən sonra isə gecə gətirilən zaman mübahisə etdiyinə görə polis şöbəsində onun barəsində protokol yazılaraq məhkəməyə aparılmış və 8 sutka müddətinə inzibati həbs olunmuşdur. Məhkəmə qarşısına çıxarılarkən düşünmüşdür ki, məhkəmə barəsində hər hansı qərar çıxardıqdan sonra polislər ondan əl çəkər, ona görə də gecə gətirilən zaman polislərlə mübahisə etdiyini bildirsə də, polis şöbəsində döyülməsi barədə məhkəmədə hakimə heç nə deməmişdir. Məhkəmə onun barəsində qərar çıxaranda da yenə də düşünmüşdür ki, 8 sutka yatıb çıxar, ona görə də heç kimə döyülməsi barədə heç nə deməmişdir. Sonra o, yenə döyüləcəyindən qorxmuş və ona görə də şübhəli şəxs qismində tutulduğu günü verdiyi ifadələrdə də məcbur qalıb yalandan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birgə 20 avqust 2023-cü il tarixdə və 25 avqust 2023-cü il tarixdə Qazyan kəndində Zərərçəkmiş şəxs1 evindən, 01 sentyabr 2023-cü il tarixdə isə digər həmkəndliləri Zərərçəkmiş şəxs2 evindən müxtəlif əşyaları oğurladıqlarını göstərmişdir. 15 sentyabr 2023-cü il tarixdə isə o, təqsirləndirilən şəxs qismində cəlb olunarkən ona 3 maddələrlə, yəni Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunduğunu görüb, məsuliyyətini yüngülləşdirmək üçün heç olmasa bir maddə ilə ittiham olunmağı üçün məcbur olub 20 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 evindən guya elektrik naqilləri ilə soyuducu mühərrikini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birgə oğurladığını etiraf etmişdir. İlk dəfə təqsirləndirilən şəxs qismində dindirilən zaman düşünmüşdür ki, bir oğurluğu yalandan etiraf etsə, cəzası yüngül olar, tutulmaz və polislər onu bir daha döyməzlər. Ona görə də vəkilinə də polislər tərəfindən döyülməsi barədə heç nə deməmiş və ifadəsinin yerində yoxlanılması zamanı da Asifgilin evindən oğurluqla bağlı ifadəsində göstərdiklərini bir daha əyani şəkildə vəkilinin yanında göstərmişdir. Əslində o, heç kimlə heç bir yerdən oğurluq etməmiş, eyni zamanda heç kimə oğurluq etməyi təklif etməmişdir. Elşənlə Nihatın onun barəsində göstərdikləri yalandır. Elşən və Nihatla aralarında heç bir düşmənçilik və ədavətləri olmamış, lakin sonuncuların qəsdən özləri etdikləri oğurluqda iştirakçı kimi adını hallandırmaq məqsədi ilə onun barəsində yalan ifadə verdiklərini güman etmişdir. Əlavə olaraq bildirdi ki, 05 sentyabr 2023-cü il tarixdə məhkəmədə inzibati həbs olunmamışdan əvvəl polis şöbəsində döyüldüyünü 08 sentyabr 2023-cü il tarixdə məhkəmə-tibbi ekspertizasına təqdim olunarkən bildirmişdir. Həmin vaxt bədənində xəsarətlər olmuş, eləcə də sol ayağının birinci barmağının dırnağı da qopmuşdur. Vahid Xıdırov adında məhkəmə-tibbi eksperti ona soğru edən zaman bir daha bədənində, yəni ayaqlarında, qarnında, belində, başında olan xəsarətləri, eyni zamanda qopmuş dırnağını da ekspertə göstərərək polislər tərəfindən 05 sentyabr 2023-cü il tarixdə döyüldüyünü bildirmişdir. X5 bədəninin bütün nahiyyələrinə baxıb bütün xəsarətləri, eləcə də sol ayağının baş barmağındakı dırnağının qopmasını görmüşdür. 20 avqust 2023-cü il tarixdə, 25 avqust 2023-cü il tarixdə və 01 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs2la ola bilsin ki, telefon əlaqəsi saxlamış, lakin oğurluqla bağlı onlarla heçnə danışmamışdır. Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs2la müxtəlif vaxtlarda telefon əlaqəsi saxlamaqda məqsədləri yalnız hal əhval öyrənmək olmuşdur. O, ümumiyyətlə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxs olmasını, yəni sonuncunun 18 yaşının tamam olmamasını bilməmişdir. Məktəbdə oxumadığı üçün Nihatın artıq məktəbi bitirdiyini düşünmüş, ona görə də sonuncunun 18 yaşının olmamasını bilməmiş, əksinə fizioloji quruluşuna görə Nihatın artıq 19-20 yaşının olduğunu bilmişdir. Nihatın özündən isə yaşı barədə heç zaman soraqlaşmamış, nə də ki Nihat özü ona bu barədə heçnə deməmişdir. Odur ki, ittiham edildiyi maddələr üzrə özünü təqsirli bilməməklə barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu Qazyan kəndində yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun həmkəndliləridir. Yusif və Nihatla heç bir düşmənçilik və ədavəti olmamışdır. 20 avqust 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1la birlikdə yaşadıqları Ucar rayonu, Qazyan kəndində yerləşən “Çinar” adlanan kafedə oturub çay içmişlər. Həmin vaxt Yusif öz telefonundan Təqsirləndirilən şəxs3 zəng vurub sonuncunu yanlarına çağırmışdır. Bir az sonra Nihat gəldikdə onlar üçü oturub çay içərkən, söhbət əsnasında dolanışıqlarının yaxşı olmadığını müzakirə edəndə Təqsirləndirilən şəxs1 onlara haradansa oğurluq etməyi təklif etmiş və üçü birlikdə oğurluq etmək barədə razılığa gələrək oğurlayacaqları əşyaları satıb əldə olunan pulu öz aralarında bölməyə qərara almışlar. Yusif həmkəndliləri və hazırda Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 yaşayış olmayan evindən oğurluq etməyi təklif etmiş, o və Nihat da razılaşmışlar. Bir qədər sonra isə yəni 20 avqust 2023-cü il tarixdə, saat 22 radələrində üçü birlikdə, yəni o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 yaşadığı evin yanına getmişlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün onları görən olmamışdır. O, Yusif və Nihat yanı kolluq olan taxta-setkalı kimi yerdən Asifin yaşadığı evin həyətinə daxil olmuşlar. Onlar öz aralarında danışmışlar ki, Nihat həyətdə qalıb göz-qulaq olacaq, o isə Yusiflə evə daxil olub nəsə götürəcəklər. Həyətdə olarkən Yusif oradan götürdüyü ağacla evin qarşı sol tərəfindəki plastik pəncərənin şüşəsini sındırmışdır. Daha sonra o və Yusif köməkləşib içəridən pəncərəni açmış və həmin pəncərədən evə daxil olmuşlar. Nihat isə həyətdə qalıb gəlib-gedən olubolmamasına nəzarət etmişdir. Yusif ilə girdikləri sol tərəfdəki otaqda köhnə ağ rəngli soyuducunun olduğunu, eləcə də divara mis naqildən təzə elektrik xəttin çəkildiyini, naqillərin üstünün örtülmədiyini görmüşlər. Onlar həmin vaxt evdən elektrik naqillərini və soyuducunun mühərrikini söküb oğurlamağı qərarlaşıb, ilk olaraq elektrik naqillərin çəkildiyi yerdən, yəni divardan çıxara-çıxara getmişlər. Elektrik naqilləri hamama, mətbəxə və zal otağına qədər çəkilsə də, sağ tərəfdəki otaq bağlı olduğundan oraya daxil olmamışlar. Naqillərin isə heç yerdə üstü hələ örtülmədiyindən hamısını rahat divardan çıxardıqdan sonra, sökdükləri ümumilikdə təxminən 200 metr uzunluqda elektrik naqillərini götürüb topa halına gətirərək pəncərədən həyətə Nihatın yanına çıxmışlar. Oğurladıqları elektrik naqillərini yaxınlıqdakı şor kanalının yanında yulğun ağacının dibində gizlətmişlər ki, sonra onları aparıb satsınlar. Nihata evdə soyuducu mühərrikinin də olduğunu və onu da götürəcəklərini bildirib geriyə qayıdanda, Nihata atası zəng vurub evə çağırmış, Nihat da evlərinə getməli olmuşdur. Yusif ilə o, oğurluq niyyətlərini sona çatdırmaq üçün Asifin həyətinə qayıdaraq Yusifin sındırdığı pəncərədən yenə evə daxil olmuşlar. Orada olan işlənmiş soyuducunun mühərrikini Yusif ilə köməkli söküb pəncərədən həyətə çıxarmış, sonra isə küçədə elektrik naqillərini gizlətdikləri yerə aparmışlar. Həmin vaxt evdə sağ tərəfdəki bağlı otağa daxil olmağa qərar verməmiş və bununla bağlı hər hansı bir niyyətləri yaranmamışdır. Orada öz aralarında oğurladıqları naqillərlə soyuducu mühərrikini səhər tezdən onun motosikleti ilə aparıb “Vəlinin sexi” deyilən yerdə metal qəbulu məntəqəsinə satıb və əldə olunacaq pulu öz aralarında böləcəklərinə dair razılaşmışlar. Daha sonra o, mühərriki aparıb öz evinə həyətə qoymuş, Yusif də elektrik mis naqillərini yaşadığı evə aparmışdır. Onlar öz aralarında Yusifi səhər saat 10 radələrində özü gəlib evdən götürəcəyinə dair razılaşmışlar. Növbəti gün, yəni 21 avqust 2023-cü il tarixdə saat 10 radələrində o, soyuducunun mühərrikini motosikletinə qoyub danışdıqları kimi Yusifin yaşadığı ünvana getmişdir. Yusif isə tövlələrinin arxasında elektrik naqillərini yandırıb mislərini satmaları üçün ayırıb hazırlamışdır. Onlar həmin elektrik naqillərindən qalan misləri və mühərriki götürüb Yusif ilə Ucar şəhəri, “Dördyol” kimi tanınan əraziyə gəlmişlər. Orada oğurladıqları soyuducu mühərrikini və 200 metr mis naqilləri aparıb şəhərdə “Vəlinin sexi” adlanan yerin yaxınında metal qəbulu məntəqəsində Hüseyn adlı şəxslə danışıb ümumilikdə 50 manata satmışlar. Hüseynlə hər ikisi danışmış, lakin sonuncuya oğurluqla bağlı heçnə deməmiş və Hüseyn onların oğurluq etmələrini bilməmişdir. Hüseyn onlardan aldığı əşyaların oğurluq yolu ilə əldə olunmasını bilməmişdir. Yusif Hüseyndən 50 manat pul almış, ona isə cəmi 22 manat pul vermişdir. Bundan sonra onlar birlikdə kəndə qayıtmış və oğurluqla bağlı heç kimə heç nə deməmişlər. Yusiflə əldə etdikləri puldan Nihata heçnə verməmişlər. Bundan 5 gün sonra, yəni 25 avqust 2023-cü il tarixdə axşam saatlarında Yusif və Nihat ilə birlikdə Qazyan kəndində “Çinar” adlı kafedə görüşüb söhbət edərkən, yenə oğurluq etməyi qərarlaşmış, Yusif Asifin evindən yenə oğurluq etmələrini təklif etmiş, o və Nihat da razılaşmışlar. Eyni zamanda onlar Asifin evindəki sağ tərəfdəki bağlı otağa oğurluğa girməyi və oğurlayacaqları əşyaları satıb əldə olunacaq pulu böləcəkləri ilə bağlı razılığa gəlib oğurluq etməyə qərarlaşmışlar. Daha sonra, yəni 25 avqust 2023-cü il tarixdə, saat 22 radələrində onlar üçü birlikdə, yəni o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Asifin yaşadığı evin yanına gəlmişlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün onları görən olmamışdır. Onlar hər üçü yanı kolluq olan taxtasetkalı kimi yerdən Asifin yaşadığı evin həyətinə daxil olmuşlar. Onlar öz aralarında Nihatın keçən səfərki kimi həyətdə qalıb göz-qulaq olması və kimsə gələrsə onlara xəbər verməsinə, onun isə Yusiflə evə daxil olub nəsə götürəcəklərinə dair danışıb razılaşmışlar. Həyətdə olarkən Yusif oradan götürdüyü ağacla evin sağ yan tərəfindəki birinci böyük plastik pencərənin şüşəsini sındırmışdır. Daha sonra o və Yusif köməkləşib içəridən həmin pəncərəni açmış, oradan evin sağ tərəfindəki otağına daxil olmuşlar. Nihat isə həyətdə qalıb gəlib-gedən olub-olmamasına nəzarət etmişdir. Yusif ilə girdikləri sağ tərəfdəki otaqdan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd elektrik direl, bir ədəd səsgücləndirici kolonka, 1 ədəd elektrik mişar və 1 ədəd svarka (qaynaq) aparatını götürüb həyətə Nihatın yanına çıxarmışlar. Daha sonra isə bir yerdə köməkləşib oğurladıqları sadalanan əşyaları aparıb yaxınlıqda şor kanalın yanında yulğun ağaclarının dibində gizlətmişlər ki, ara sakitləşsin və bir neçə gün keçdikdən sonra onları aparıb satsınlar. Həmin əşyalar gizlətdikləri yerdə qalmışdır. Onlar isə öz işlərinın arxasınca getmişlər. Daha bir neçə gün sonra, 01 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında o, Yusif və Nihat ilə birlikdə “Çinar” adlanan kafenin yaxınında görüşüb yenə söhbət edərkən, Yusif hazırda kənddə yaşamayan digər həmkəndliləri Zərərçəkmiş şəxs2 evinə daxil olaraq oradan da oğurluq etmələrini onlara təklif etmiş və o Nihatla razılaşdıqdan sonra onlar Zərərçəkmiş şəxs2 evinə daxil olaraq oğurluq etməyi və oğurlayacaqları əşyaları satıb əldə olunacaq pulu öz aralarında böləcəkləri ilə bağlı razılığa gəlib oğurluq etməyə qərarlaşmışlar. Bundan az sonra, yəni 01 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində onlar üçü birlikdə, yəni o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 yaşadığı evin yanına gəlmişlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün onları görən olmamışdır. Kamranın həyətinin kənarları “şifer dəmir” deyilən, dam örtüyü kimi istifadə olunan dəmir laylarla hasarlanmış və giriş qapısı da həmin dəmirdən olmaqla bağlı olmuşdur. Nihat dəmir hasarın üzərindən keçib, həyətin giriş qapısını açmışdır. O və Yusif həmin qapıdan Kamranın həyətinə daxil olmuşlar. Onlar öz aralarında Nihatın keçən səfərki kimi həyətdə qalıb göz-qulaq olmasına və kimsə gələrsə onlara xəbər verməsinə, onun isə Yusiflə evə daxil olub nəsə götürməsinə dair danışıb razılaşmışlar. Yusiflə o, üzərində qara rəngli giriş qapısı olan suvaqlı evin ətrafını gəzmiş, giriş qapısı isə bağlı olmuşdur. Onlar evin arxa tərəfindəki pəncərənin yanına gəlmişlər. Yusifin əlində kiçik burğac olmuşdur. Həyətdən nərdivan tapıb həmin yerdən pencərəyə söykəmişlər. Yusif nərdivana çıxıb, pəncərəni yumruqla möhkəm vurmuş, əli ilə basıb açmışdır. Yusif ilə birlikdə həmin pəncərədən evə daxil olmuş, Nihat isə həyətdə qalmışdır. Onlar pəncərəsindən daxil olduqları otaq yataq otağı olmuşdur və həmin otaqda maraqlı heç nə olmamışdır. Həmin otaqdan sağdakı digər otağa keçib baxdıqda, orada otaqda masa və stulların olduğunu, eləcə də qarşı divarda quraşdırılmış üzərində anten aparatı olan “Supermax” markalı televizorun olduğunu görüb, Yusifin əlindəki burğacın köməkliyi ilə həmin televizoru sökmüşlər. Daha sonra isə televizoru Yusiflə birlikdə yerindən söküb, üzərindəki eyni markada olan anten aparatı birlikdə gəldikləri yolla pəncərədən Nihatın yanına çıxarmışlar. Həyətdə olarkən Kamranın evindən oğurladıqları televizorla anten aparatını, elecə də 25 avqust 2023-cü il tarixdə Asifin evindən oğurladıqları və yulğunluqda gizlətdikləri digər əşyalarla birlikdə sonra satmaq üçün onun həyətinə aparıb qoymalarına dair yekun qərara gəlmişlər. Belə də etmişlər. Həmin əşyaları daşıyıb onun evinin həyətinə qoyub, üçü öz aralarında bir neçə gün keçdikdən sonra oğurladıqları bütün əşyaları satmağa razılaşmışlar. 05 sentyabr 2023-cü il tarixdə Ucar RPŞ-nin əməkdaşları onu polis şöbəsinə çağırdıqda artıq oğurluq etmələrinin aşkara çıxdığını bilmişdir. İlk dəfə Asifin evindən oğurlayıb satdıqları 200 metr uzunluğunda mis naqillərdən və soyuducu mühərrikindən başqa sonrakı oğurluqlar nəticəsində əldə olunmuş, yəni Asifin evindən ikinci dəfə 25 avqust 2023-cü il tarixdə oğurladıqları əşyaları, eləcə də 01 sentyabr 2023-cü il tarixdə Kamranın evindən oğurladıqları televizorla anten aparatını polislərə təqdim etmişdir. Həmin əşyalara baxış keçirilən zaman əşyaların adları qeyd olunarkən Asifin evindən oğurlanmış əşyaların 1 ədəd “Samsung LE20S53BP” markalı televizor, 1 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatı, 1 ədəd “İnterskol MP-65G-01” markalı elektrik mişar, 1 ədəd “İnterskol D-11/540GR” markalı elektrik direl, “Daevo” markalı musiqi mərkəzinə aid 01 ədəd səsgücləndirici kolonkasının olduğu, Kamranın evindən isə 1 ədəd “Supermax” markalı televizorla, eyni markada anten aparatının olduğunu bilmişdir. 20 avqust 2023-cü il tarixdə və 25 avqust 2023-cü il tarixdə Qazyan kəndində Zərərçəkmiş şəxs1 evindən, 01 sentyabr 2023-cü il tarixdə isə digər həmkəndlisi Zərərçəkmiş şəxs2 evindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la bir yerdə oğurluq etmişlər. Onlardan başqa oğurluqlarda heç kim iştirak etməmiş və onlara heç kim köməklik göstərməmişdir. Oğurluq etməmişdən əvvəl hər dəfə oğurluq etməyi Yusif təklif etmiş, o və Nihat da Yusifin təklifi ilə razılaşmışlar. Hər dəfə oğurluq etməmişdən əvvəl öz aralarında danışaraq oğurlayacaqları əşyaları satıb əldə oluncaq pulları böləcəklərinə dair razılığa gəldikdən sonra oğurluğa getmişlər. Təqsirləndirilən şəxs1 hər üç oğurluqlarda iştirak etmiş, Yusif sadəcə adının bu işdə hallanmaması üçün, kənddə el arasında cinayətkar kimi tanınmaq istəməməsi səbəbindən müxtəlif yollara əl ataraq özünü günahsız kimi qələmə verməyə çalışmışdır. Yusif hər dəfə onu görəndə narazılıq edərək hər dəfə onu istintaqa verdiyi ifadəsini dəyişməyə, oğurluğu onsuz törətmələrini bildirməyini xahiş etmiş və bunun qarşılığında ona məhkəmədə köməklik edəcəyinə vədlər vermiş, lakin o bununla razılaşmamışdır. Əlavə olaraq bildirdi ki, istifadəsində 050 *** ** ** Azercell nömrə olmuş və hər dəfə Təqsirləndirilən şəxs1 ona öz istifadəsində olan ***-***-**-** Azercell nömrəsindən zəng vuraraq əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs3 istifadəsində isə 050 *** ** ** Azercell nömrə olmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsində heç bir yerdən oğurluq etməməsi, 02 sentyabr 2023-cü il tarixdə ondan naqil alaraq sonradan birlikdə satmaları ilə bağlı göstərdikləri həqiqəti əks etdirmir. Yusifin nəzərdə tutduğu həmin mis naqilləri elə bir yerdə Asifin evindən 20 avqust 2023-cü il tarixdə saat 22 radələrində soyuducu mühərrikini oğurladıqları zaman oğurlamış və səhəri günü Yusiflə birlikdə onları aparıb Hüseyn adlı şəxsə 50 manata satmışlar. Satmağa aparmamışdan əvvəl isə həmin naqilləri Yusif tövlələrinin yanında yandırmışdır ki, təmiz misi aparıb satsınlar. O, ümumiyyətlə Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxs olmasını, yəni sonuncunun 18 yaşının tamam olmamasını bilməmişdir. Məktəbdə oxumadığı üçün Nihatın artıq məktəbi bitirdiyini düşünmüş, ona görə də sonuncunun 18 yaşının olmamasını bilməmiş, əksinə fizioloji quruluşuna görə Nihatın artıq 19-20 yaşının olduğunu bilmişdir. Nihatın özündən isə yaşı barədə heç zaman soraqlaşmamış, nə də ki Nihat özü ona bu barədə heçnə deməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin nəzərə alınıb, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında qanuni nümayəndəsi, yəni atası Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Qazyan kəndində yaşayır. Məktəbdə oxumur, 9-cu sinifdən çıxdıqdan sonra fərdi qaydada evlərinin həyətində təsərrüfatda atasına köməklik edir və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. Yusif və Elşənlə aralarında düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə 20 avqust 2023-cü il tarixdə, saat 22 radələrində və 25 avqust 2023-cü il tarixdə saat 22 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs1 evindən, eləcə də 01 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində digər həmkəndliləri Zərərçəkmiş şəxs2 evindən oğurluq etmişlər. Belə ki, ilk dəfə 20 avqust 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı kənddə olan zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsindən anası Gülnarə İbrahimovanın adına olan, lakin onun istifadəsində olan 050 *** ** ** nömrəsinə zəng vurub kəndlərində yerləşən “Çinar” adlı kafeyə çağırmışdır. O da “Çinar” adlı kafeyə gedərkən Təqsirləndirilən şəxs1 digər həmkəndliləri Təqsirləndirilən şəxs2 ilə birlikdə çay içdiklərini görmüşdür. Sonuncularla söhbət əsnasında maddi imkanlarının yaxşı olmaması ilə bağlı müzakirələr apararkən Yusif ona və Elşənə oğurluq etmələrini təklif etmiş və onlar oğurlayacaqları əşyaları satıb əldə olunan pulu üçünün arasında bölməyə dair razılığa gələrək birgə oğurluq etməyə qərarlaşmışlar. Yusif həmin vaxt onlara həmkəndliləri və hazırda Bakı şəhərində yaşayan Zərərçəkmiş şəxs1 yaşayış olmayan evindən oğurluq etməyi təklif etmiş, o və Elşən də razılaşmışlar. Bir qədər sonra, yəni 20 avqust 2023-cü il tarixdə, saat 22 radələrində üçü birlikdə, yəni o, Yusif və Elşən Bakıda yaşayan həmkəndliləri Zərərçəkmiş şəxs1 məxsus, lakin hazırda heç kimin yaşamadığı evin yanına getmişlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün onları görən olmamışdır. Onlar hər üçü, yəni o, Elşən və Yusif kolluq və taxta-setkalı kimi yerdən Asifin yaşadığı evin həyətinə daxil olmuşlar. Onlar öz aralarında onun həyətdə qalıb göz-qulaq olmasına, yəni gəlibgedən olsa Yusiflə Elşən xəbər verməsinə, sonuncuların isə evə daxil olub nəsə oğurlayıb çıxacaqlarına dair danışıb razılaşmışlar. Onlar həyətdə olarkən Yusif oradan götürdüyü ağacla evin qarşı tərəfindəki pəncərənin şüşəsini sındırmış və Elşənlə köməkləşib əlləri ilə içəridən həmin pəncərəni açıb oradan evə daxil olmuşlar. Bir az sonra isə Yusif ilə Elşən həmin pəncərədən köməkləşərək təxminən 200 metr uzunluğunda topa halında elektrik naqilləri çıxararaq həyətə düşürmüşlər. Oğurladıqları elekterik naqillərini yaxınlıqdakı şor kanalının yanında yulğun ağacının dibində gizlətməyə və sonra satmağa qərarlaşmışlar. Ona görə də elektrik naqillərini köməkləşərək aparıb yulğun ağacının dibində gizlətmişlər. Həmin vaxt Elşən ilə Yusif oğurluq etdikləri evdə sağ tərəfdəki otağın qapısının bağlı olduğunu, lakin daxil olduqları otaqda soyuducu mühərrikinin də olduğunu və onu da elə sındırılmış pəncərədən daxil olub götürəcəklərini bildirmişlər. Lakin geriyə Asifin evinə qayıdarkən yolda atası Rəşad ona zəng edib evə çağırmışdır. O, da bu barədə Yusif ilə Elşənə xəbər vermiş, evə getməli olduğunu bildirmişdir. Yusif ilə Elşən isə geri qayıdıb həmin evdə olan soyuducunun mühərrikini də sökəcəkləri barədə danışmış, o isə öz evlərinə getmişdir. Daha sonra Yusif ilə Elşənin həmin soyuducu mühərrikini də oğurladıqlarını və metal qəbulu məntəqəsində 50 manata sataraq pulu öz aralarında böldüklərini özlərindən öyrənmiş, lakin Yusiflə Elşənə oğurluqda köməklik etdiyinə görə, yəni onun da əziyyəti olduğuna görə özü üçün sonunculardan pul istəməyə utanmış və ona görə də Elşən ilə Yusifdən heç nə istəməmişdir. Birinci oğurluqdan 5 gün sonra, yəni 25 avqust 2023-cü il tarixdə, axşam saatlarında Elşən və Yusif ilə birlikdə kəndlərindəki “Çinar” adlı kafenin yanında görüşüb üçü söhbət edərkən, yenə oğurluq etməyə qərarlaşaraq Yusif Asifin evindən yenə oğurluq etməyi, konkret olaraq Asifin evindəki sağ tərəfdəki qapısı bağlı olan otağa oğurluğa girməyi onlara təklif etmiş, o və Elşən də razılaşmışlar. Eyni zamanda o, Yusif və Elşən oğurluq etməyə qərarlaşaraq oğurlayacaqları əşyaları satıb əldə olunacaq pulu böləcəklərinə dair razılığa gəlmişlər. Həmin tarixdə, yəni 25 avqust 2023-cü il tarixdə saat 22 radələrində üçü birlikdə, yəni o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yenə Zərərçəkmiş şəxs1 yaşadığı evin yanına gəlmişlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün onları görən olmamışdır. Onlar hər üçü əvvəlki taxta-setkalı kimi yerdən Asifin yaşadığı evin həyətinə daxil olmuşlar. Onlar öz aralarında danışmışlar ki, keçən səfərki kimi o, həyətdə qalıb göz-qulaq olsun, kimsə gələrsə xəbər versin, Elşənlə Yusif isə evə daxil olub nəsə oğurlayıb çıxsınlar. Həyətdə olarkən Yusif oradan götürdüyü ağacla evin sağ yan tərəfindəki birinci böyük pəncərənin şüşəsini sındırmışdır. Daha sonra Elşənlə Yusif içəridən həmin pəncərəni açaraq oradan evin sağ tərəfindəki otağına daxil olmuşlar. O, isə həyətdə qalıb gəlibgedən olub-olmamasına nəzarət etmiş, bu formada Elşənlə Yusifə köməklik etmişdir. Bir az sonra Yusif ilə Elşən girdikləri sağ tərəfdəki otaqdan 1 ədəd “Samsung” markalı televizor, 1 ədəd elektrik direl, bir ədəd səsgücləndirici kolonka, 1 ədəd elektrik mişar və 1 ədəd svarka (qaynaq) aparatını oradan götürüb həyətə onun yanına çıxarmışlar, daha sonra bir neçə gün keçdikdən sonra həmin əşyaları aparıb satıb əldə olunacaq pulu bölmələri üçün bir yerdə köməkləşib oğurladıqları sadalanan əşyaları yenə aparıb yaxınlıqda şor kanalının yanında yulğun ağaclarının dibində gizlətmişlər. Sonuncu dəfə 01 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Yusif və Elşən ilə birlikdə “Çinar” adlı kafenin qarşısında görüşüb söhbət edərkən, Yusif hazırda kənddə yaşamayan digər həmkəndliləri Zərərçəkmiş şəxs2 evinə daxil olaraq oradan da oğurluq etməyi təklif etmiş və onlar yenə oğurluq etməyi qərarlaşaraq Zərərçəkmiş şəxs2 evinə daxil olaraq oğurluq etməyi və oğurlayacaqları əşyaları satıb əldə olunacaq pulu böləcəklərinə dair razılığa gəlmişlər. Bundan az sonra, yəni həmin günü, 01 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində üçü birlikdə, yəni o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus, hazırda heç kimin yaşamadığı evin yanına gəlmişlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün onları görən olmamışdır. Kamranın həyətinin kənarları “şifer dəmir” deyilən, dam örtüyü üçün istifadə olunan dəmir laylarla hasarlanmış və giriş qapısı da həmin dəmirdən olmaqla bağlı olmuşdur. O, köməkli şəkildə həmin dəmir laylarla hörülmüş hasarın üzərinə qalxıb həyətə keçmiş və həyətin giriş qapısını Elşənlə Yusifin həyətə daxil olmaları üçün açmışdır. Yusiflə Elşən də Kamranın həyətinə daxil olmuşlar. Onlar öz aralarında danışmışlar ki, o keçən səfərki kimi həyətdə qalıb göz-qulaq olsun, kimsə gələrsə xəbər versin, Yusif isə Elşənlə evə daxil olub nəsə oğurlasınlar. Yusifin əlində həmin vaxt kiçik burğac olmuşdur. Yusif ilə Elşən qarşıda olan suvaqlı üzərində qara rəngi dəmir giriş qapısı olan yaşayış evinin ətrafını gəzib evin arxa tərəfindəki plastik pəncərənin yanına gəlib, həyətdən götürdükləri nərdivanı həmin pəncərəyə söykəmişlər. Yusif nərdivana çıxıb, pəncərəni yumruqla vurub açmışdır. Elşənlə Yusif həmin pəncərədən evə daxil olmuş, o isə həyətdə qalmışdır. Bir az sonra Elşənlə Yusif pəncərədən üzərində anten aparatı olan “Supermax” markalı televizoru çıxarıb həyətə qoymuşlar. Orada qərarlaşdırmışlar ki, Kamranın evindən oğurladıqları televizorla anten aparatını, elecə də 25 avqust 2023-cü il tarixdə Asifin evindən oğurladıqları və gizlətdikləri digər əşyaları onlar üçü birlikdə Elşənin həyətinə aparıb qoysunlar. Daha sonra həmin televizorla anten aparatını, eləcə də gizlətdikləri Asifin evindən oğurlanmış əşyaları daşıyıb Elşənin evinin həyətinə qoymuşlar. Onlar üçü öz aralarında bir neçə gün keçdikdən sonra oğurladıqları bütün əşyaları satmağa razılaşmışlar. 05 sentyabr 2023-cü il tarixdə isə Ucar rayon polis şöbəsinə çağırıldıqda artıq oğurluq etməklərinin aşkara çıxdığını bilmişdir. Ona görə də izahat verən zaman hər şeyi etiraf etmişdir. İlk dəfə Yusif və Elşənlə 20 avqust 2023-cü il tarixdə Asifin evinə oğurluq etməyə gedəndən sonra, Yusif onu hər dəfə görəndə, heç kimə onların oğurluq etməyi barədə heçnə deməməyini və kimsə nəsə bilərsə, adını heç harada çəkməməyini bildirmişdir. Yusif ona əgər kimsə onların oğurluqları barədə bilərsə, adının haradasa hallanarsa ondan şübhələnəcəyini deyərək sözlə hədə qorxu gəlmiş, onun adını heç harada hallandırmamağını, sakit qalmağını tapşırmışdır. Yusif ikinci dəfə də Asifin evindən, sonuncu dəfə isə Kamranın evindən oğurluq etdikdən sonra, yəni hər dəfə oğurluqdan sonrakı vaxtlarda bu barədə heç kimə heç nə deməməyini ona tapşırmış, əks halda ona problem yaşadacağını bildirmişdir. Ona görə də o, oğurluqlarla bağlı heç kimə heç nə deməmişdir. Sonrakı vaxtlarda isə polis şöbəsində izahat və ifadə verəndən sonra Yusiflə kənddə rastlaşan zaman dəfələrlə ondan polisdə adını çəkdiyi üçün narazılıq edərək verdiyi izahatını və ifadəsini dəyişməyini, Yusif güya o, və Elşənlə birlikdə oğurluqlarda iştirak etməməsi barədə izahat verməyini xahiş etmiş, bunun qarşılığında ona maddi köməklik göstərəcəyinə, məhkəmədə kömək edəcəyinə söz vermiş, lakin o, buna razılaşmamışdır. Təqsirləndirilən şəxs1 o və Elşənlə oğurluq etməməsi ilə bağlı göstərdikləri yalandır. Yusif hər dəfə onlarla bir yerdə oğurluğa getmiş, ilk dəfə 20 avqust 2023-cü il tarixdə saat 20 radələrində Yusif özü ona zəng vuraraq yanına çağırmış və birlikdə əvvəlcədən danışıb razılaşaraq həmin tarixdə, saat 22 radələrində həmkəndliləri Zərərçəkmiş şəxs1 evindən oğurluq etmişlər. İkinci dəfə də Yusiflə birlikdə 25 avqust 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 evindən təkrarən, sonuncu dəfə isə yenə Yusiflə birlikdə 01 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində digər həmkəndliləri Zərərçəkmiş şəxs2 evindən oğurluq etmişlər. Bütün qeyd etdiyi tarixlərdə Təqsirləndirilən şəxs1 onlarla birlikdə oğurluğa getmiş və onlar əvvəlcədən razılaşıb oğurluq etməyə qərarlaşmışlar. Hər dəfə oğurluqla bağlı təklifləri Yusif özü etmiş, o və Elşən də razılaşmışlar. Onlardan başqa oğurluqlarda heç kim iştirak etməmiş və onlara heç kim köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs1 hər dəfə oğurluq etməyi təklif edərkən heç zaman ona hədə qorxu gəlməmiş, nə də ki yalandan ona hansısa vədlər verməmişdir. Yusif ona və Elşənə oğurluq etməyi təklif edəndə, hər dəfə özü könüllü olaraq onlarla birlikdə oğurluq etməyə razılaşmışdır. Oğurluq etməmişdən əvvəl, eləcə də oğurluq etməyə təklif edərkən Yusif ona hədə qorxu gəlməmiş və hər hansı bir formada onu oğurluq etməyə məcbur etməmişdir. Eyni qaydada Elşən də ona hər hansı bir formada hədə qorxu gəlməmişdir. Təqsirləndirilən şəxs1, eləcə də Təqsirləndirilən şəxs2 onun 18 yaşının olmamasını, ümumiyyətlə onun yaşı barədə heçnə bilməmişlər, nədə ki özü Elşənlə Yusifə yaşı barədə heçnə deməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin nəzərə alınıb, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai və məhkəmə istintaqı zamanı təqsirini etiraf etməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirini tam etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittiham üzrə tam təqsirli olması zərərçəkmiş şəxslərin məhkəmə iclasında, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlərin verdiyi ifadələrlə, eləcə də məhkəməyədək istintaq dövründə toplanmaqla, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu Qazyan kəndində qeydiyyatda olmaqla uzun müddət həmin kənddə yaşamış, hazırda o, işi və ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində yaşayır. Ucar rayonu Qazyan kəndində özünə məxsus 40 sot torpaq sahəsində, kənarları “şifer dəmir” deyilən, dam örtüyü üçün istifadə olunan dəmir laylarla hasarlanmış, həmin dəmir laydan düzəldilmiş giriş qapısı olan həyətdə özünə məxsus 1 mərtəbəli, kürsülü yaşayış evi vardır. Həmin ev bir neçə ildir ki, təmir olunmuş, çöl tərəfindən suvanaraq, hələki rəngli boya ilə boyanmamış, üzərinə isə plastik pəncərələr qoydurmuşdur. Evin otaqlarında çox əşya olmamış, yataq otağında çarpayı və boş dolab, mətbəxdə qab-qacaq, böyük otaqda isə bir neçə stul ilə masa, qarşı divara quraşdırılmış üzərində “Supermax” markalı anten aparatı olan eyni markalı, yəni “Supermax” markalı televizor və xırda para ev əşyaları olmuşdur. Evin qarşıdan qara rəngli dəmir giriş qapısı vardır, həmin qapı açarla bağlanır. Bakıda yaşadıqları üçün gəlib həmin evdə qalıb qayıdarkən, həyətin giriş qapısının, eləcə də evin giriş qapısını bağlayıb açarlarını həyətə və evə nəzarət etməsi üçün həmin kənddə yaşayan qardaşı Şahid2 verir. Sonuncu dəfə isə yay aylarında gəlib kənddə qaldıqdan sonra yenidən Bakı şəhərinə qayıdarkən həmişəki kimi evin və həyətin qapısının açarlarını qardaşı Şahid2 vermiş və sonuncu da həyətlə evə nəzarət etmişdir. 04 sentyabr 2023-cü il tarixdə səhər saatlarında qardaşı Şahid2 ona zəng vuraraq Qazyan kəndindəki həmin evinə nəzarət etmək üçün getdiyini, lakin kiminsə evin həyətinə daxil olaraq evin arxa yataq otağına aid pəncərəsindən girib böyük otaqda olan üzərində antenası ilə birlikdə televizoru oğurladığını aşkar etdiyini, bu barədə polisə məlumat verdiyini bildirmişdir. O da bir az sonra Bakı şəhərindən çıxıb Ucar rayonu, Qazyan kəndinə gəlib evinə baxdıqda görmüşdür ki, naməlum şəxs və ya şəxslər evin arxa tərəfindəki yataq otağın plastik pəncərəsini açaraq evə daxil olmuş, evin pəncərələrinin şüşələri sındırılmamışdır. Daha sonra evə daxil olub həmin yataq otağından sağdakı böyük otağa daxil olduqda otaqda qarşıdakı divardan üzərində “Supermax” markalı anten aparatı olan “Supermax” markalı televizorun sökülərək oğurlandığını aşkar etmişdir. Qardaşı Şahid2 polislərin gəlib evlərinə baxış keçirdiklərini, polislərə televizorun oğurlandığı yeri və açılmış pəncərini göstərdiyini, fotoşəkillərin çəkilərək sənədləşdirilmənin aparıldığını bildirmişdir. O, özü də polisə dəvət olunaraq bu barədə izahat vermişdir. Sonrakı günlərdə müəyyən olunmuşdur ki, evindən oğurluq edən şəxslər həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuş və sonuncular törətdikləri əməli etiraf etmişlər. Oğurluqla bağlı ona dəymiş ziyanla bağlı soğru edildikdə isə evindən 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “32” ölçüdə “Supermax SM 3270 TS 2 EX” markalı televizor, eləcə də həmin televizorun üzərində olmuş 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “Supermax MİNİ FTA 200” markalı anten aparatı oğurlandığını bununla da təxminən 530 manat ziyanın dəydiyini göstərmişdir. Evindən başqa heç nə oğurlanmamış və heç bir əmlakına ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə və onların ailə üzvləri ilə heç bir düşmənçilk və ədavətləri olmamışdır. Evindən oğurlanmış “32” ölçüdə “Supermax SM 3270 TS 2 EX” markalı televizoru təxminən 7-8 il əvvəl yenisini 500 manata almış, “Supermax MİNİ FTA 200” markalı anten aparatını isə 2-3 il əvvəl yenisini 30 manata almışdır. Ona görə də həmin televizor və anten aparatını yeni aldığı qiymətlərlə hesablayaaq ilkin izahatında və ifadələrində qiymətlərini çox göstərmişdir. 20 noyabr 2023-cü il tarixli, 9/8590 nömrəli məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. Həmin rəydə oğurlanmış əşyaların ayrı ayrılıqda göstərilmiş qiymətləri ilə tanış olmuş, 20 noyabr 2023-cü il tarixli, 9/8590 nömrəli ekspert rəyi ilə “32” ölçüdə “Supermax SM 3270 TS 2 EX” markalı televizorun 200 manat dəyərində və işlək vəziyyətdə olan “Supermax MİNİ FTA 200” markalı anten aparatının 20 manat dəyərində olmaları, onların birlikdə isə ümumilikdə dəyərlərinin 220 manat olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, dəymiş ziyanın ödənilmədiyini qeyd etməklə təqsirləndirilən şəxslərdən şikayətçi olmasını bildirmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, Zərərçəkmiş şəxs2 evindən oğurlanmış 01 ədəd “32” ölçüdə “Supermax SM 3270 TS 2 EX” markalı televizorun və 01 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “Supermax MİNİ FTA 200” markalı anten aparatının hazırda Ucar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanması və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı yazılı ərizə verərək dəymiş ziyanın tam şəkildə ödənilməsini qeyd etməsi və təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirməsi ilə öz təsdiqini tapır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla uzun müddət həmin kənddə yaşamış, hazırda o və həyat yoldaşı X6 ilə Bakı şəhərində işlədikləri üçün ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayırlar. Ucar rayonu, Qazyan kəndində özlərinə məxsus 60 sot torpaq sahəsində mişar daşından tikilmiş, 1 mərtəbəli kürsülü yaşayış evi vardır. Onlar yay aylarında, eyni zamanda iki-üç aydan bir gəlib bir neçə günlük qohumlarını yad edərkən həmin evdə qalmışlar. Həmin ev 3 otaqdan ibarət olmaqla qarşı tərəfindən 1 ədəd plastik pəncərəsi, yan sağ tərəfindən 1 kiçik, iki böyük plastik pəncərələri, sol yan tərəfindən də 2 plastik pəncərələri vardır. Evinin qara rəngli dəmir qapısı açarla bağlanır. Həyətlərinə giriş yeri isə taxta-setkalı olan yerdəndir. Həmin yeri məftillə bağlamışlar. O, ailə üzvləri ilə həmin evə gəlib sonra Bakı şəhərinə qayıdanda evin dəmirdən olan giriş qapısını bağlayıb açarını nəzarət etməsi üçün həmişə qaynı Şahid1 vermişdir. Hərdənbir Silduz da gəlib onların evinə nəzarət etmişdir. 21 avqust 2023-cü il tarixdə səhər saatlarında qaynı Şahid1 ona və arvadı Səidə Əliyevaya zəng vurmuş, onların Qazyan kəndindəki evlərinin qarşı tərəfindəki pəncərəsinin sındırıldığını və evdən yeni çəkilmiş elektrik naqillərin oğurlandığını aşkar etməsini, başqa nəyinsə oğurlandığını bilmədiyini demişdir. O da arvadı Səidə ilə məsləhətləşib qərarlaşdırmışlar ki, özləri bir neçə gündən sonra Ucar rayonuna qayıdıb, nə baş verdiyini aydınlaşdırdıqdan və nə kimi əşyalarının oğurlandığını müəyyən etdikdən sonra polisə müraciət edərlər. Ona görə də polisə bu barədə məlumat verməmişlər. Lakin 03 sentyabr 2023-cü il tarixdə səhər saatlarında qaynı Şahid1 təkrar onlara zəng vuraraq Qazyan kəndindəki evlərinin sağ yan tərəfində birinci böyük pəncərəsinin də sındırıldığını, lakin həmin otağın qapısının bağlı olduğuna görə nəyin oradan oğurlanıb-oğurlanmadığını bilə bilmədiyini onlara demiş, ona görə də, arvadı Səidə DİN-nin 102 xidmətinə zəng edib evlərindən ikinci dəfədir ki oğurluq olması barədə məlumat vermişdir. Özü isə 04 sentyabr 2023-cü il tarixdə Bakı şəhərindən gəlib Qazyan kəndindəki evinin həyətinə daxil olduqda, qarşıdakı pəncərənin şüşəsinin, eləcə də sağ yan tərəfindəki pəncərəsinin şüşəsinin sındırıldığını görmüşdür. Evin giriş qapısından içəri daxil olub otaqlara baxdıqda qarşıda sol tərəfdə, yəni evin qarşı pəncərəsindən daxil olunmuş otaqa baxdıqda üstü örtülməmiş və istifadə olunmamış, yəni xəttə qoşulmamış 200 metr uzunluqda 4 millimetr qalınlıqda elektrik naqilin yerindən çıxarıldığını, eyni zamanda isə sol otaqdan 1 ədəd işlənmiş, lakin işlək vəziyyətdə olan “BİRUSA 22” markalı soyuducunun mühərrikinin sökülərək oğurlandığını aşkar etmişdir. Daha sonra sağ tərəfdəki pəncərədən daxil olunan qapısı bağlı olan otağın qapısını açıb içəriyə daxil olduqda oradan 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “Samsung LE20S53BP” markalı televizorun, 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatının, 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “İnterskol MP-65G-01” markalı elektrik mişarın, 1 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olan “İnterskol D-11/540GR” markalı elektrik drelin, istifadə olunmuş, işlək vəziyyətdə olan “Daewo XM-111E” markalı musiqi mərkəzinə aid üzərində “E402 05 77 T105N-01S1-3” sözləri yazılmış 01 ədəd səsgücləndirici kolonkasının yerlərində olmadıqlarını, yəni oğurlandıqlarını görmüşdür. Oğurluqla bağlı ona dəymiş ziyanla bağlı sorğu edildikdə isə təxminən 560 manat ziyanın dəydiyini göstərmişdir. Eyni zamanda evinin üzərindəki sıdnırılmış 2 ədəd plastik pəncələrin adi şəffaf şüşələri hər biri 1,40m X 1,60 m ölçülərdə olmuşlar. Həmin sındırılmış 2 ədəd şüşələrin hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində olmuşdur. Hadisə baş verəndən sonra polisdə araşdırma aparılan zaman evlərindən oğurluq edən şəxslərin həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmaları müəyyən olunmuş və sonuncular törətdikləri əməli etiraf etmişlər. Təqsirləndirilən şəxs1 əvvəllər iki dəfə onun evinə oğurluğa girməsini etiraf etsə də, polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana gələn zaman və Təqsirləndirilən şəxs1 verdiyi ifadə yoxlanılan zaman vəkilinin yanında güya cəmi bir dəfə oğurluq etdiyini, evindən yalnız naqil ilə soyuducu mühərriki oğurladığını, digər əşyaların oğurlanmasında iştirak etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların ailə üzvləri ilə heç bir düşmənçilik və ədavətləri olmamışdır. Əvvəl evindən oğurlanmış əşyaların qiymətini, yəni dəyərini təxminən göstərmişdir. Ona görə də, dəymiş ziyanın ümumilikdə təxminən elə 560 manat olduğunu bildirmişdir. 20 noyabr 2023-cü il tarixli 9/8590 nömrəli məhkəməəmtəəşunaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. Həmin rəydə oğurlanmış əşyaların ayrı ayrılıqda göstərilmiş qiymətləri ilə tanış olmuş, 20 noyabr 2023-cü il tarixli 9/8590 nömrəli ekspert rəyi ilə oğurlanmış 4 ml-lik (qalınlıqda) ölçüdə olan 200 metr uzunluqda elektrik mis naqilin ümumilikdə 130 manat dəyərində, istifadə olunmuş, işlək vəziyyətdə olan “BİRUSA 22” markalı soyuducunun mühərrikini 60 manat dəyərində, işlək vəziyyətdə olan “Samsung LE20S53BP” markalı televizorun 120 manat dəyərində, işlək vəziyyətdə olan “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatının 150 manat dəyərində, işlək vəziyyətdə olan “İnterskol MP-65G-01” markalı elektrik mişarın 35 manat dəyərində, işlək vəziyyətdə olan “İnterskol D-11/540GR” markalı elektrik drelin 20 manat dəyərində, “Daewo XM-111E” markalı musiqi mərkəzinə aid üzərində “ E402 05 77 T105N-01S1-3” sözləri yazılmış 01 ədəd səsgücləndirici kolonkanın 40 manat dəyərində olmaları, həmin əşyaların ümumilikdə isə dəyərlərinin 555 manat olması müəyyən edilmiş və həmin qiymətlərlə tam razı olmuş, ekspert rəyində göstərilənlərə etiraz etməmişdir. Ona görə də oğurluq nəticəsində ona dəymiş ziyanın 555 manat olmasını nəzərə alınmasını xahiş etmişdir. Evindən başqa heçnə oğurlanmamış, yalnız evin üzərində olan 2 ədəd, hər biri 1,40m X 1,60 m ölçülərdə, hər biri 30 manat dəyərində olmaqla ümumi 60 manat dəyərində olan adi şəffaf şüşələr sındırılmışdır. Başqa heç bir əşya və əmlakına ziyan dəyməmişdir. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və təqsirləndirilən şəxslərdən şikayətçi olmasını bildirmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanmış 01 ədəd “Samsung LE20S53BP” markalı televizorun, 01 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatının, 01 ədəd “İnterskol MP-65G-01” markalı elektrik mişarının, 01 ədəd “İnterskol D-11/540GR” markalı elektrik drelinin, 01 ədəd “Daewo XM- 111E” markalı musiqi mərkəzinə aid üzərində “E402 05 77 T105N-01S1-3” sözləri yazılmış səsgücləndirici kolonkanın hazırda Ucar RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanması və Zərərçəkmiş şəxs1 evindən oğurlanmış 4 ml-lik (qalınlıqda) ölçüdə olan 200 metr uzunluqda elektrik mis naqilinin, istifadə olunmuş, işlək vəziyyətdə olan “BİRUSA 22” markalı soyuducunun mühərrikinin isə dəyərinin zərərçəkmişə ödənilməsi ibtidai istintaq zamanı sonuncunun yazılı ərizə verərək dəymiş ziyanın tam şəkildə ödənilməsini qeyd etməsi və təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirməsi ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edilənlərdən əlavə vurğulayır ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məxsus, hazırda mövcud olmayan 4 ml-lik (qalınlıqda) ölçüdə olan 200 metr uzunluqda elektrik mis naqilinin, istifadə olunmuş, işlək vəziyyətdə olan “BİRUSA 22” markalı soyuducunun mühərrikinin oğurlanması nəticəsində dəymiş (qiymətləndirilmiş) ziyanın (nəzərə alınsa ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 oğurlanmış və sözügedən əşyaların ekspert tərəfindən təyin edilmiş qiymətləri ilə razılaşmış və həmin məbləğ mübahisələndirilməmişdir) təqsirləndirilən şəxslər tərəfindən ödənilmə cəhdi və Zərərçəkmiş şəxs1 tərəfindən həmin məbləğin qəbul edilməsindən imtina etməsi də nəzərə alınmalıdır. Məhkəmə iclasında Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs2 yaşadıqları kənddə özünə məxsus kənarları “şifer dəmir” deyilən, dam örtüyü üçün istifadə olunan dəmir laylarla hasarlanmış həyətdə 1 mərtəbəli yaşayış evi vardır. Həmin ev bir neçə ildir ki təmir olunub, çöl tərəfindən suvanmış, hələlik rəngli boya ilə boyanmamış, üzərində plastik pəncərələri vardır. Evin otaqlarında çox əşya olmamış, yataq otağında çarpayı və boş dolab, mətbəxdə qabqacaq, böyük otaqda isə bir neçə stul ilə masa, qarşı divara quraşdırılmış üzərində “Supermax” markalı anten aparatı olan eyni markalı, yəni “Supermax” markalı televizor və xırda para ev əşyaları vardır. Evin qarşıdan qara rəngli dəmir giriş qapısı olmaqla həmin qapı açarla bağlanır. Qardaşı Kamran uzun müddətdir ki, işi ilə əlaqədar Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, kəndə və yaxud onlara qonaq gələndə isə həmin öz evində qalır. Həmin evin və həyətinin qapılarının açarlarını Kamran ona vermiş, o da hərdən gedib evə və həyətə nəzarət etmişdir. 04 sentyabr 2023-cü il tarixdə səhər saatlarında qardaşı Kamranın Qazyan kəndindəki evinə baxmağa gedərkən həyəti gəzib baxanda, arxa tərəfdən yataq otağın pəncərəsinin açıq olduğunu və divara nərdivanın söykəndiyini görmüşdür. O, dərhal evin qarşıdan giriş qapısını açıb evə daxil olmuşdur. Yataq otağına daxil olanda, oradan heç nəyin oğurlanmadığını aşkar etmiş, lakin böyük otağa keçdikdə isə oradan divara quraşdırılmış 1 ədəd üzərində “Supermax MİNİ FTA 200” markalı anten aparatı olan “32” ölçüdə “Supermax” markalı televizorun oğurlandığını görmüşdür. Bu barədə dərhal polisə məlumat verdikdən sonra qardaşı Kamrana da zəng vurub xəbər vermişdir ki, gəlib özü də evi nəzərdən keçirsin. Kamran özü də Bakı şəhərindən gəlib evindən oğurluq olduğunu görmüşdür. Qardaşı Kamran Bakıdan gələnədək Ucar rayon polis şöbəsinin polis əməkdaşları onunla əlaqə saxlayıb Qazyan kəndinə gələrək Kamranın evinə baxış keçirmişlər. O, polislərə üzərində “Supermax” markalı anten aparatı olan həmin markada olan televizorun haradan oğurlandığını göstərmişdir. Həmin vaxt fotoşəkillər çəkilərək sənədləşdirilmə aparılmışdır. Daha sonra qardaşı Kamran özü evə gəldikdə bir daha evini nəzərdən keçirmiş və yalnız o, qeyd etdiyi otaqdan divara quraşdırılmış üzərində “Supermax MİNİ FTA 200” markalı anten aparatı olan “32” ölçüdə 1 ədəd “Supermax” markalı televizorun oğurlandığını bildirmişdir. Polisdə araşdırma aparılan zaman onlara müəyyən olunmuşdur ki, qardaşı Kamranın evindən oğurluq edən şəxslər həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuşlar və sonuncular törətdikləri əməli etiraf etmişlər. Oğurluq hadisəsi 2023-cü ilin avqust ayının 28-29 tarixlərindən 04 sentyabr 2023-cü il tarixinədək olan müddət ərzində, lakin dəqiq bilmədiyi vaxtda baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun, oxşar məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəməyədək ibtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclası zamanı ifadəsi elan edilmiş Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Uzun müddətdir ki, Ucar şəhəri dördyol deyilən ərazidə “Vəlinin sexi” deyilən yerdə metal qəbulu məntəqəsi işlədir. O, metal qəbulu ilə məşğul olaraq aldığı metal əlvan əşyalarını Bakı şəhərindən və ətraf rayonlardan gələn topdan alış veriş edən müştərilərə satır. Bakı şəhərindən və başqa rayonlardan yük avtomobilləri ilə hər həftə gələn alverçilər aldığı metal əlvan əşyaları metal əritmə zavodlarına aparıb satırlar. Ucar rayonun Qazyan kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2023-cü ilin avqust ayının təxminən 20 tarixindən sonrakı günlərdə tanımışdır. Təxminən həmin tarixlərdə səhər saatlarında Təqsirləndirilən şəxs2 idarə etdiyi motosikletlə Yusif adında həmkəndlisi ilə onun yanına gəlmişlər. Yusifin əlində bir topada mis naqillər, eyni zamanda Elşənin əlində isə köhnə soyuducu mühərriki olmuşdur. Sonuncular hər ikisi onunla görüşmüş ona həmin əşyaları almağını təklif etmişlər. O, Elşən və Yusifə oğurluq olub olmadığını soruşduqda, sonuncular ona həmin əşyaların özlərinə məxsus olduğunu bildirmişlər. Elşən və Yusifin adlarını heç bir yerə qeyd etməsə də, sonunculardan kimlikləri barədə soruşanda motosikleti idarə edən oğlan ona Qazyan kənd sakini Təqsirləndirilən şəxs2 olduğunu, yanındakı oğlan isə Qazyan kənd sakini Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. O da Elşən ilə Yusifə inanıb, mis naqilləri tərəzidə çəkmiş, eyni zamanda soyuducu mühərrikini nəzərdən keçirib lom metal kimi həmin əşyalar üçün ümumilikdə sonunculara təxminən 50 manat civarında pul verə biləcəyini demişdir. Elşən ilə Yusif biraz çox pul verməyini xahiş etsələr də, sonunculara dəqiq xatırlamadığı məbləğdə, 5, 10 və 20 manatlıq əskinaslarla təxminən 50 manat pul vermişdir. Elşən ilə Yusif razılaşmış və pulu sonunculara vermişdir. Lakin pulu konkret kimə verdiyini dəqiq xatırlamamışdır. Daha sonra Yusiflə Elşən sonuncunun idarə etdiyi motosikletlə metal qəbulu məntəqəsindən çıxıb getmişlər. Elşən ilə Yusif onun yanına cəmi bir dəfə gəlmiş, başqa vaxtlarda nə Elşən, nədə ki Yusif ona satmaq üçün heçnə gətirməmiş və heçnə satmamışlar. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 ona satdıqları mis naqillərlə soyuducu mühərikinin oğurluq nəticəsində əldə olunmasını bilməmiş, bilsəydi sonunculardan heçnə almazdı. Lom metal kimi həmin əşyaların dəyəri təxminən 50 manat təşkil etdiyi üçün oğurluq olması ilə bağlı onda şübhələr yaranmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 9/8590 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 775 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, 2023-cü ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə qərarda göstərilən əşyaların ayrı ayrılıqda orta istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq qiymətləri: yeni vəziyyətdə 4 ml-lik (qalınlıqda) ölçüdə olan 200 metr uzunluqda elektrik mis naqilin ümumilikdə 130 manat dəyərində, istifadə olunmuş, işlək vəziyyətdə olan “БИРUСА 22” markalı soyuducunun mühərrikini 60 manat dəyərində, işlək vəziyyətdə olan “Samsung LE20S53BP” markalı televizorun 120 manat dəyərində, işlək vəziyyətdə olan “PECAHTA CAИ-140” markalı elektrik qaynaq aparatının 150 manat dəyərində, işlək vəziyyətdə olan “Интерскол МП-65Э-01” markalı elektrik mişarın 35 manat dəyərində, işlək vəziyyətdə olan “Интерскол Д-11/540ЭР” markalı elektrik drelin 20 manat dəyərində, “Daewo XM- 111E” markalı musiqi mərkəzinə aid üzərində “E402 05 77 T105N-01S1-3” sözləri yazılmış səsgücləndirici kolonkanın 40 manat dəyərində, “32” ölçüdə “Supermax SM 3270 TS 2 EX”markalı televizorun 200 manat dəyərində və işlək vəziyyətdə olan “Supermax MİNİ FTA 200” markalı anten aparatının 20 manat dəyərində olmaları göstərilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 155-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 209-210-cu vərəqələrində olan 23 sentyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında və İİİ cild 1-33-cü vərəqələrində olan 24 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 təhqiqat bölməsinə təqdim etdiyi Zərərçəkmiş şəxs1 evindən oğurlanmış 1 ədəd “Samsung LE20S53BP” markalı televizorun, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatının, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “İnterskol MP- 65G-01” markalı elektrik mişarının, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “İnterskol D-11/540GR” elektrik drelinin və istifadə olunmuş, işlək vəziyyətdə “Daewo XM- 111E” markalı musiqi mərkəzinin 01 ədəd səsgücləndirici kalonkası, eləcə də Zərərçəkmiş şəxs2 evindən oğurlanmış 32 ölçüdə 1 ədəd “Supermax SM 3270 TS 2 EX” markalı televizoru və 1 ədəd “Supermax MİNİ FTA 200” markalı anten aparatının 23 sentyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmaları və saxlanılmaları üçün Ucar RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmələri, eləcə də, oğurluqlar baş verən tarixlərdə və saatlarda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la mütəmadi olaraq əlaqə saxlamaları əks olunan məlumatların köçürüldüyü 01 ədəd kompakt diskin də maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CMnin 170-ci maddəsi (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) ilə cinayət işinin başlanılmasının rədd edilməsi, 20 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs1 evindən 130 manat dəyərində, 200 metr uzunluqda mis naqillərini oğurlasa da, sonradan 60 manat dəyərində “Biryusa” markalı soyuducunun mühərrikini sonuncularla birlikdə oğurlamadığına görə həmin xüsusatın, yəni 60 manat dəyərində “Biryusa” markalı soyuducunun mühərrikini oğurlamamasının Təqsirləndirilən şəxs3 verilmiş ittihama daxil edilməməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 1-ci vərəqəsində olan 06 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanılması və ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Ucar RPŞ-nin İB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 24-26-cı vərəqələrində olan 05 sentyabr 2023-cü il tarixli baxış və götürmə barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilən 1 ədəd “Supermax” markalı anten aparatı və 1 ədəd “Supermax” markalı televizor iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı “xiaomi” markalı telefon vasidəsilə fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 74-76-cı vərəqələrində olan 05 sentyabr 2023-cü il tarixli baxış və götürmə barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən təqdim edilən 1 ədəd “Samsung LE20S53BP” markalı televizor, işlək vəziyyətdə olan 1 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatının, işlək vəziyyətdə olan 1 ədəd “İnterskol MP-65G-01” markalı elektrik mişarının, işlək vəziyyətdə olan 1 ədəd “İnterskol D-11/540GR” elektrik drelinin və işlək vəziyyətdə “Daewo XM-111E” markalı musiqi mərkəzinin 01 ədəd səsgücləndirici kalonkası iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı “xiaomi” markalı telefon vasitəsilə fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 110 və 138-ci vərəqələrində olan 13 sentyabr 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında qərarlardan, eləcə də İ cild 125 və 153-cü səhifələrindəki müvafiq olaraq 13 sentyabr 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsləri tutma haqqında protokollardandan görünür ki, Təqsirləndirilən şəxs1 13 sentyabr 2023-cü il tarixdə, saat 18:00-da, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə, Təqsirləndirilən şəxs2 13 sentyabr 2023-cü il tarixdə, saat 20:00-da, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 194 və 195-ci vərəqələrində olan 15 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 17:30-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 178 və 179-ci vərəqələrində olan 15 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 12:40-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 195 və 196-cı vərəqələrində olan 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 135-137-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 noyabr 2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxslərdirlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 133-134-cü səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Ucar Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli, 1(063)-21/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs2 hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 160-cı vərəqində olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, sonunculara qarşı heç bir şikayəti və tələbi yoxdur, lakin evinə qanunsuz daxil olaraq oğurluq etdiklərinə görə barələrində olan cinayət işinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 163-cü vərəqində olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, sonunculara qarşı heç bir şikayəti və tələbi yoxdur, lakin evinə qanunsuz daxil olaraq oğurluq etdiklərinə görə barələrində olan cinayət işinin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 132-ci səhifəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Ucar rayon mərkəzi xəstəxansı” X8 17 noyabr 2023-cü il tarixli, 18-1-77/2-1432/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ucar RMX PHŞ-nın poliklinika şöbəsinin ruhi əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdurlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 122-124-cü vərəqələrində olan xasiyyətnamədən, arayışdan və eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 28 may 2022-ci il təvəllüdlü Turanə və 06 iyul 2017-ci il təvəllüdlü İlahə adında iki azyaşlı uşağı olmaqla, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 barəsində Ucar RİHB-nin Qazyan kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 116-117-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Ucar rayonu Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs1 barəsində Ucar RİHB-nin Qazyan kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 119-121-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Ucar rayonu Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs3 barəsində Ucar RİHB-nin Qazyan kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 100-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” PHŞ-nin 08 sentyabr 2023-cü il tarixli, müvafiq olaraq 371, 372 və 374 saylı ekspert rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bədənlərində onların travma almalarını göstərən obyektiv məhkəmə tibbi əlamətləri (qançır, sıyrıq və şişkinlik və s) aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 228-233-cü vərəqələrində olan 13 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Ucar RPŞ-də inzibati qaydada həbsdə olduğu müddət ərzində polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi və azadlığa buraxılması müqabilində atası X12 RPŞ-nin PPXB-nin komandiri Alı Həsənzadənin on beş min manat məbləğdə rüşvət istəməsi barədə toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin 28 dekabr 2023-cü il tarixli, 331 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş və ehtiyyata buraxılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini, həmçinin yaşayış yeri üzrə hər hansı şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsi, həmçinin yaşayış yeri üzrə hər hansı şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 13 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı övladı olmaqla, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini, barəsində yaşayış yeri üzrə nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayətin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində iki azyaşlı övladları olmaqla, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini, həmçinin yaşayış yeri üzrə hər hansı şikayətin daxil olmamasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 13 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini, yaşayış yeri üzrə hər hansı şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini, yaşayış yeri üzrə hər hansı şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-də saxlanılan 1 ədəd “Samsung LE20S53BP” markalı televizor, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatı, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “İnterskol MP-65G- 01” markalı elektrik mişarı, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “İnterskol D- 11/540GR” elektrik dreli və istifadə olunmuş, işlək vəziyyətdə “Daewo XM-111E” markalı musiqi mərkəzinin 01 ədəd səsgücləndirici kalonkası Zərərçəkmiş şəxs1 və 32 ölçüdə 1 ədəd “Supermax SM 3270 TS 2 EX” markalı televizor və 1 ədəd “Supermax MİNİ FTA 200” markalı anten aparatı Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini törətmələri nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə olduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 (iki) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə olduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-də saxlanılan 1 ədəd “Samsung LE20S53BP” markalı televizor, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “PECAHTA CAİ-140” markalı elektrik qaynaq aparatı, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “İnterskol MP-65G-01” markalı elektrik mişarı, istifadə olunmuş, işlək vəziyyətdə olan 1 ədəd “İnterskol D-11/540GR” elektrik dreli və istifadə olunmuş, işlək vəziyyətdə “Daewo XM-111E” markalı musiqi mərkəzinin 01 ədəd səsgücləndirici kalonkası Zərərçəkmiş şəxs1 və 32 ölçüdə 1 ədəd “Supermax SM 3270 TS 2 EX” markalı televizor və 1 ədəd “Supermax MİNİ FTA 200” markalı anten aparatı Zərərçəkmiş şəxs2 qaytarılsın. Həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini törətmələri nəticəsində onlara dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüquqlarının olması izah edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar