Məhkəmə qərarları › İş №1(063)-14/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-14/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-14/2025 12.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə 12 mart 2025-ci il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2004-cü il tarixdə Göyçay rayonu, Kürdşaban kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olan və Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 250 ailəlik qəsəbə, bina 1, mənzil 45-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxx 2003-cü il tarixdə Göyçay rayonu, Çərəkə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 250 ailəlik qəsəbə, bina 3, mənzil 40-da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxxxxx 2006-cı il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Şıxlar kəndində qeydiyyatda olan və Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 250 ailəlik qəsəbə, bina 6, mənzil 23-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 2021-ci ilin may ayının axırlarında gecə saatlarında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən Ucar rayonu, Qarabörk kənd körpələr evi-uşaq bağçasının saxlanc yeri hesab olunan mətbəxinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq 2 ədəd soyuducuların hər biri 180 manat dəyərində, Hindistan istehsallı, 220 VT gücündə “FF-12” markalı motorlarını, qeyd edilən soyuducuların qaz və radiatorunu soyudan 2 ədəd, hər biri 35 manat dəyərində Çin istehsallı, 60 VT gücündə, “FAN” markalı motorlarını, 2 ədəd, hər biri 90 manat dəyərində soyuduculara məxsus qazı soyudan radiatorlarını, 2 ədəd, hər biri 90 manat dəyərində 1 kub santimetrlik buzxanalarını, soyuduculara məxsus qazı soyudan 1 metri 6 manat dəyərində 6 metr uzunluğunda 134lük kapliyar mis borunu, 1 metri 5 manat dəyərində, 10 millimetr diametrdə, 10 metr uzunluğunda mis borusunu 1 metri 4 manat dəyərində, 6 millimetr diametrdə, 10 metr uzunluğunda mis borusunu istintaqa məlum olmayan kəlbətin və burğacla söküb aparmaqla bağçaya ümumilikdə 916 mаnаt məbləğində, maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 2021-ci ilin may ayının axırlarında gecə saatlarında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən Ucar rayonu, Qarabörk kənd körpələr evi-uşaq bağçasının saxlanc yeri hesab olunan mətbəxinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq 2 ədəd soyuducuların hər biri 180 manat dəyərində, Hindistan istehsallı, 220 VT gücündə “FF-12” markalı motorlarını, qeyd edilən soyuducuların qaz və radiatorunu soyudan 2 ədəd, hər biri 35 manat dəyərində Çin istehsallı, 60 VT gücündə, “FAN” markalı motorlarını, 2 ədəd, hər biri 90 manat dəyərində soyuduculara məxsus qazı soyudan radiatorlarını, 2 ədəd, hər biri 90 manat dəyərində 1 kub santimetrlik buzxanalarını, soyuduculara məxsus qazı soyudan 1 metri 6 manat dəyərində 6 metr uzunluğunda 134lük kapliyar mis borunu, 1 metri 5 manat dəyərində, 10 millimetr diametrdə, 10 metr uzunluğunda mis borusunu, 1 metri 4 manat dəyərində, 6 millimetr diametrdə, 10 metr uzunluğunda mis borusunu istintaqa məlum olmayan kəlbətin və burğacla söküb aparmaqla bağçaya ümumilikdə 916 manat məbləğində, maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 2021-ci ilin may ayının axırlarında gecə saatlarında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlməklə birgə niyyətlə hərəkət edib küçədə dayanaraq kimsə gələrsə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəbər verməsindən ötrü gözləmiş, bundan sonra Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən Ucar rayonu Qarabörk kənd körpələr eviuşaq bağçasının saxlanc yeri hesab olunan mətbəxinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq 2 ədəd soyuducuların hər biri 180 manat dəyərində, Hindistan istehsallı, 220 VT gücündə “FF-12” markalı motorlarını, qeyd edilən soyuducuların qaz və radiatorunu soyudan 2 ədəd, hər biri 35 manat dəyərində Çin istehsallı, 60 VT gücündə, “FAN” markalı motorlarını, 2 ədəd, hər biri 90 manat dəyərində soyuduculara məxsus qazı soyudan radiatorlarını, 2 ədəd, hər biri 90 manat dəyərində 1 kub santimetrlik buzxanalarını, soyuduculara məxsus qazı soyudan 1 metri 6 manat dəyərində 6 metr uzunluğunda 134lük kapliyar mis borunu, 1 metri 5 manat dəyərində, 10 millimetr diametrdə, 10 metr uzunluğunda mis borusunu,1 metri 4 manat dəyərində, 6 millimetr diametrdə, 10 metr uzunluğunda mis borusunu istintaqa məlum olmayan kəlbətin və burğacla söküb aparmaqla bağçaya ümumilikdə 916 manat məbləğində, maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının axırlarında gecə saatlarında yaşadığı Ucar rayonu, Qarabörk kəndinin ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları 250 ailəlik qəsəbədə yerləşən uşaq bağçasının yaxınlığında məhlə uşaqları Rahim və Əli ilə dayanıb söhbət edərkən qərara gəlmişlər ki, bağçanın mətbəxində olan soyuducuların motorlarını söküb sataraq pul əldə etsinlər. Ona görə soyuducuların motorlarını sökmək məqsədi ilə Rahim atasının idarə etdiyi VAZ 2101 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən kəlbətin və burğac gətirmiş, kimsə gəlsə xəbər verməsindən ötrü Əli bağçanın yaxınlığında dayanmış, Rahimlə birlikdə bağçanın arxa tərəfindən hasardan aşaraq bağçanın həyətinə keçmişlər. Bağçanın binasına yaxınlaşıb əli ilə 1-ci mərtəbədə yerəşən mətbəxin plastik pəncərəsini açmaq istəyəndə pəncərənin açıq olmasını görüb oradan əvvəlcə özü, arxasınca isə Rahim bağçanın mətbəxinə daxil olmuş, köməkləşib ayrı-ayrı mətbəxlərdə olan 2 ədəd gümüşü rəngli soyuducuların motor və digər hissəllərini kəlbətin və burğacla söküb pəncərədən çıxararaq bağçanın arxa tərəfində yerləşən boş sahədə gizlətmişlər. Ertəsi gün günorta saatlarında Rahimlə motorları gizlətdikləri yerdən Rahimin atasına məxsus yuxarıda qeyd etdilən avtomobilin yük yerinə yığıb Əli ilə birlikdə motorları Göyçay şəhərində metal qəbulu məntəqəsinə satmaq üçün gedəndə Rahim avtomobil idarə etmək üçün sənədi olmadığından Göyçay şəhərinə getməmişdir. Bundan sonra Əli ilə motorları tanımadıqları sürücünün avtomobilinə yığıb Göyçay şəhərinə getsələr də, Rahim onlarla getməmiş, o, Göyçay şəhərində polis şöbəsinin yaxınlığında yerləşən tanımadığı şəxsin metal qəbulu məntəqəsinə gedəndə Əli getməyib yaxınlıqda gözləmiş, o, yalandan metal qəbul edən kişiyə motorlar və digər hisslərin özünə məxsus olmasını və yarasız olduğundan satmaq istədiyini deyib şəxsiyyət vəsiqəsinin mobil telefonda olan şəkilini göstərib motorları həmin şəxsə təxminən 30 manata sataraq Əli ilə Ucar şəhərinə qayıdıb əldə edilən məbləği Əli və Rahimlə birlikdə xərcləmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının, eləcə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının axırlarında gecə saatlarında yaşadığı Ucar rayonu Qarabörk kəndinin ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları 250 ailəlik qəsəbədə yerləşən uşaq bağçasının yaxınlığında məhlə uşaqları Ramiz və Əli ilə dayanıb söhbət edərkən qərara gəlmişlər ki, bağçanın mətbəxində olan soyuducuların motorlarını söküb sataraq pul əldə etsinlər. Ona görə soyuducuların motorlarını sökmək məqsədi ilə o, atasının idarə etdiyi VAZ 2101 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən kəlbətin və burğac gətirmiş, kimsə gəlsə xəbər verməsindən ötrü Əli bağçanın yaxınlığında dayanmış, Ramizlə birlikdə bağçanın arxa tərəfindən hasardan aşaraq həyətə keçmişlər. Ramiz binaya yaxınlaşıb əli ilə 1-ci mərtəbədə yerəşən mətbəxin plastik pəncərəsini açmaq istəyəndə pəncərənin açıq olmasını görüb oradan bağçaya daxil olanda Ramizin ardınca bağçanın mətbəxinə daxil olmuş, köməkləşib ayrı-ayrı mətbəxlərdə olan 2 ədəd gümüşü rəngli soyuducuların motor və digər hissələrini kəlbətin və burğacla söküb pəncərədən çıxararaq bağçanın arxa tərəfində yerləşən boş sahədə gizlətmişlər. Ertəsi gün günorta saatlarında motor və digər hissələri Ramizlə gizlətdikləri yerdən atasına məxsus yuxarıda qeyd edilən avtomobilin yük yerinə yığıb Əli ilə birlikdə motorları Göyçay şəhərində metal qəbulu məntəqəsinə satmaq üçün gedəndə avtomobil idarə etmək üçün sənədi olmadığından getməmiş, Əli və Ramiz motor və digər hissələri başqa avtomobillə aparmaqdan ötrü yerə yığandan sonra çıxıb getmişdir. Əli və Ramizlə görüşəndə məlum olmuşdur ki, motorlar Göyçay şəhərində metal qəbulu məntəqəsinə 30 manata qədər məbləğdə satılmış, əldə olunan pulu Ucar şəhərində hər üçü xərcləmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının, eləcə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının axırlarında gecə saatlarında yaşadığı Ucar rayonu Qarabörk kəndinin ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları 250 ailəlik qəsəbədə yerləşən uşaq bağçasının yaxınlığında məhlə uşaqları Rahim və Ramizlə ilə dayanıb söhbət edərkən qərara gəlmişlər ki, bağçanın mətbəxində olan soyuducuların motorlarını söküb sataraq pul əldə etsinlər. Ona görə soyuducuların motorlarını sökmək məqsədi ilə Rahim atasının idarə etdiyi VAZ 2101 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildən kəlbətin və burğac gətirmiş, kimsə gəlsə, xəbər verməsindən ötrü o, bağçanın yaxınlığında dayanmış, Rahimlə Ramiz bağçanın arxa tərəfindən hasardan aşaraq bağçanın həyətinə keçmişlər. Təxminən 1 saatdan sonra Rahim və Ramiz qayıdıb gələrək soyuducuların motorlarını söküb bağçanın yaxınlığında yerləşən çöllükdə gizlətmələrini və ertəsi günü Göyçay şəhərinə aparıb metal qəbulu məntəqəsinə satmağı planlaşdırdıqlarını bildirmişlər. Səhəri gün günorta saatlarında Rahimlə Ramiz motorları Rahimin atasına məxsus yuxarıda qeyd etdilən avtomobilin yük yerinə yığıb onu məhlədən götürüb Göyçay şəhərində metal qəbulu məntəqəsinə gedəndə Rahim avtomobil idarə etmək üçün sənədi olmadığından Göyçay şəhərinə getməmişdir. Bundan sonra Ramizlə motor və digər hissələri tanımadıqları sürücünün avtomobilinə yığıb Göyçay şəhərinə getsələr də, Rahim onlarla getməmiş, o, Göyçay şəhərində polis şöbəsinin yaxınlığında dayanmış, Ramiz motorları yaxınlıqda yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Sonra Ramiz geri qayıdıb metal qəbulu məntəqəsində şəxsiyyətini təsdiq edən sənədi göstərməklə motor və digər hissələri təxminən 30 manata satmasını demiş, sonra Ucar şəhərinə qayıdıb əldə edilən məbləği Ramiz və Rahimlə birlikdə xərcləmişlər. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının, eləcə də iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin verdiyi ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu Qarabörk kənd körpələr evi-uşaq bağçasına Ucar rayonu üzrə Təhsil Sektorunun rəhbərliyi tərəfindən nəzarət etmək həvalə edildiyindən 15 yanvar 2024-cü il tarixdə səhər saatlarında bağçanın 1-ci mərtəbəsində yerləşən mətbəxində olan 2 ədəd soyuducunun motor və digər hissələrinin sökülərək oğurlanmasını müəyyən edərək Ucar RPŞ-yə məlumat vermişdir. Şöbədən gələn polis əməkdaşları oğurluq baş verən yerə baxış keçirib fotoşəkillər çəkərək əlbarmaq izləri götürmüş, bu barədə tərtib edilmiş protokolu imzalayıb hadisə barədə izahat vermiş, sonra Ucar şəhərində soyuducu təmiri və hazırlanması ilə məşğul olan Nuşirəvan adlı şəxsə müraciət etmişdir. Sonuncu soyuduculara baxaraq soyuducuların “EFF12 markalı 2 ədəd hər biri 180 manat dəyərində motorlarının, 2 ədəd, hər biri 90 manat dəyərində buzluqlarının, 2 ədəd, hər biri 35 manat dəyərində “Fan” markalı motorlarının, 2 ədəd hər biri 90 manat dəyərində “Fan” markalı radiatorlarının, 1 metri 5 manat dəyərində 10 mm diamertdə, 10 metr uzunluğunda mis borusunun, 1 metri 4 manat dəyərində 6 mm diamertdə, 10 metr uzunluğunda mis borusunun və 1 metri 6 manat dəyərində 6 metr uzunluğunda kapliyar mis borusunun sökülüb oğurlanmasını bildirmişdir. Əvvəlcə bağçaya nəzarətə başlayanda mətbəxlərə baxsa da, soyuduculara fikir vermədiyini, oğurluğun hansı üsulla və konkret olaraq nə vaxt baş verməsini bilmədiyini, məhkəməəmtəəşünaslıq ekspertizasının rəylərində bağçaya dəymiş ziyanla bağlı göstərilən məbləğlə razı olduğunu, oğurluğu törətmiş şəxslər tərəfindən bağçaya dəyən zərərin tamamilə ödənilməsini bildirmiş, hazırda isə şikayəti, tələbinin olmadığını dəymiş ziyanın ödənildiyini bildirmişdir (bu barədə məhkəməyə yazılı ərizə də ünvanlamışdır). Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 31 yanvar 2024-cü il tarixli, 24/237R nömrəli ekspert rəyindən görünür ki, 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs ərizəsi əsasında Ucar rayonu, Qaçqınlar şəhərciyində yerləşən “Körpələr evi” adlı uşaq bağçasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 14 ədəd kağız parçasının üzərinə yapışdırılmış 14 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 04 ədəd əl barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl barmaq izi xx xxxxxxxx 2004-cü il tarixdə Göyçay rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin şəhadət (02 dəfə) barmağı ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 96-98-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli, 9/1779 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 9,00 manat müəyyən edilir. Digər 5 adda mal haqqında kifayət qədər məlumat (markaları, modelləri, ölçüləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamış, həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 96-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 125-127-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2024-cü il tarixli, 9/3668 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardan və Ucar MMC Ticarət Mərkəzi tərəfindən 17 fevral 2024-cü il tarixli, 565 saylı arayışa əsasən müxtəlif adda malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 401 manat müəyyən olunur, həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 125-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 162-163-cü vərəqələrindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 03 oktyabr 2024-cü il tarixli, 715 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətdiyi zaman və ona qədər X1, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs1 X1, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət hadisəsini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da X1, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs1 X1, Özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, halhazırda da öz hərəkətlərinə cavab vermək, yaxud onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 3-cü səhifəsində olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərtib etdiyi 15 yanvar 2024-cü il tarixli ərizədən görünür ki, 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək olan müddət ərzində Ucar rayonu, Qaçqınlar şəhərciyində yerləşən “Körpələr evi” adlı uşaq bağçasından 2 ədəd soyuducu mühərriklərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-10-cu vərəqələrində olan 15 yanvar 2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və fotoşəkillərdən görünür ki, Ucar rayonu, Qaçqınlar şəhərciyində yerləşən “Körpələr evi” adlı uşaq baxçasına baxış keçirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-79-cu səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 mart 2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-ci səhifəsində olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nərminə Eminova tərəfindən tərtib edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbim yoxdur, sonuncular tərəfindən baxçaya dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-cı səhifəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11 Dispanserinin 17 aprel 2024-cü il tarixli, 1308 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 X11 Dispanserində dispanser müşahidədə deyillər, lakin Təqsirləndirilən şəxs1 27 sentyabr 2023-cü il tarixdən X11 Dispanserində “mülayim dərəcədə ifadə olunmuş dissosativ (konversion) pozuntular, özünükəsmələrlə F 44.7” diaqnozu ilə dispanser müşahidəsindədir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-132-ci səhifələrində olan 30 sentyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-cü səhifəsində olan 30 sentyabr 2024-cü il tarixli başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 180-181-ci səhifələrində olan 10 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 203-cü səhifəsində olan 10 oktyabr 2024-cü il tarixli başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 206-207-ci səhifələrində olan 11 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 229-cu səhifəsində olan 11 oktyabr 2024-cü il tarixli başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165-170-ci səhifələrində olan arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 250 ailəlik qəsəbə, bina 1, mənzil 45-də, Təqsirləndirilən şəxs2 Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 250 ailəlik qəsəbə, bina 3, mənzil 40-da və Təqsirləndirilən şəxs3 Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı 250 ailəlik qəsəbə, bina 6, mənzil 23 yaşamaqla, sonuncular barəsində Ucar RİHB-nin Ucar şəhər İƏD üzrə nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır, yaşayış yerlərindən normal xarakterizə olunurlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 232-239-cu vərəqələrində olan 11 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 170.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası CM-nin 193-1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilmiş, hadisə yerindən götürülmüş 1 ədəd zərfdə olan Təqsirləndirilən şəxs1 məxsus 2 ədəd barmaq izi maddi sübut kimi tanınmış və digər izlər isə işdə saxlanılmaqla cinayət işinə əlavə olunmuş, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, tanınmaya təqdim edilməsi haqqında protokollar və məhkəmə-daktiloskopik, əmtəəşünaslıq ekspertizalarının rəyləri eləcə də, digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirakları və imzaları ilə təsdiq edilmiş yazılı şəkildə təqdim edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişlər. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1 və 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Qeyd olunan Məcəllənin 177.2.1 və 177.2.3-cü maddəsinə əsasən oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu mənada, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqirləndirildikləri CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməllərini 2021-ci ilin may ayının axırlarında törətmişlər ki, həmin vaxtdan da 03 il 09 aydan artıq müddət keçmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bu Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırmaqla, həmçinin müdafiə tərəfinin razılığını, habelə təqsirləndirilən şəxslərin özlərini cinayət əməlləri üzrə tam şəkildə təqsirli bilmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməli və onlar Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, hadisə yerindən götürülmüş 1 ədəd zərfdə olan Təqsirləndirilən şəxs1 məxsus 2 ədəd barmaq izinin maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin dindirilmələrinin görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məhkəmə xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi də nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 39-cu, 43-cü, 344-347-ci, 356-cı, 358-ci və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilsin və onlar Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, bəraətverici əsaslar olmadan cinayət məsuliyyətindən azad edilsinlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlu barələrində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirləri ləğv edilsin. Hadisə yerindən götürülmüş 1 ədəd zərfdə olan Təqsirləndirilən şəxs1 məxsus 2 ədəd barmaq izi maddi sübut kimi tanınması nəzərə alınsın. Təqsirləndirilən şəxslərdən məhkəmə məsrəfi hesab olunan 100 (yüz) manat məbləğində ekspertiza xərci müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxslərin dindirilmələrinin görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd disk cinayət işində saxlanılsın. Eyni zamanda, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar