Məhkəmə qərarları › İş №1(063)-15/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-15/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-15/2024 08.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 08 may 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1968-ci il tarixdə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Republikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş 03 (üç) ədəd çətənə bitkisi toxumlarını 2023-cü ilin aprel ayının axırlarında istintaqa məlum olmayan gündə və saatda yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evinin həyətyanı sahəsindəki torpaqda əkərək, həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 03 (üç) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, həmin bitkilərdən əmələ gələn 105,91 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkilərinin yarpaqlarından yığmaqla onlardan "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun "Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda təmiz çəkisi 13,58 qram narkotik vasitə qurudulmamış marixuananı və və 13,85 qram qurudulmuş marixuananı satış məqsədilə əldə etmiş, 13,58 qram narkotik vasitə qurudulmamış marixuananın 5,24 qramını 27 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı evin yaxınlığında həmkəndlisi Şahid1 100 manat müqabilində satmış, geri qalan 8,34 qram çəkidə qurudulmamış marixuananı və xeyli miqdarda, yəni 13,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə yaşadığı Ucar rayonu Qarabörk kəndində yerləşən evinin giriş hissəsində açıq eyvana qoyulmuş qab-qacaq dolablarında saxlamışdır. 27 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evinə və evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı evin giriş hissəsində yerləşən açıq eyvanın sağ tərəfindəki qab-qacaq dolabının üst gözündən açıq halda xeyli miqdarda satış məqsədilə saxladığı təmiz çəkisi 13,85 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin eyvanın sol tərəfindəki qab-qacaq dolabının alt gözündən açıq halda xeyli miqdarda satış məqsədilə saxladığı təmiz çəkisi 8,34 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana, evin həyətində meyvə ağaclarının arasından əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan xeyli miqdarda, ümumi çəkiləri 78,48 qram olan 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.2 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək (yəni, CM-nin 234.2-ci maddəsi ilə deyil, 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilərək) ifadəsində göstərdi ki, uzun illərdir ki, qurudulmuş marixuanadan istifadə edir. Sonuncu dəfə xatırlamadığı vaxtda və yerdən tapdığı 3 ədəd marixuana toxumunu 2023-cü ilin aprel ayının axırlarında yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evinin arxa tərəfində həyətindəki ağacların arasında əkərək su və gübrə verməklə qulluq edib yetişdirmiş, yarpaqlarından 2023-cü ilin sentyabr ayının ortalarında istifadə etmək üçün yığıb toplayaraq evinin giriş hissəsində arxa tərəfdə yerləşən qab-qacaq dolabında gizlətmiş, yarpaqlar orada quruduqdan sonra az-az istifadə etməyə başlamışdır. 27 sentyabr 2023-cü il tarixdə səhər saatlarında əkdiyi çətənə kollarının yararlı hissələrindən yığıb yaş halda, bir qədər də yığıb evin giriş hissəsində sol tərəfə qoyulmuş digər qabqacaq dolabında gizlətmiş, həmin gün saat 11 radələrində yaşadığı kənddə həmkəndlisi, əvvəllər heç bir ədavəti olmayan Şahid1 ilə qarşılaşanda Ariflə əvvəllər narkotik vasitə qəbul etdiklərindən Arif ondan narkotik vasitə olub-olmadığını soruşmuş, o isə Arifə narkotik vasitəni hədiyyə verə biləcəyini bildirdikdə sonuncu razılaşmış, bundan sonra, o, dolaba qoyduğu yaş marixuanadan bir qədər kağıza bükülü vəziyyətdə gətirib Arifə vermişdir. Sonuncu marixuananı ondan alaraq getmiş, qarşılığında isə heçnə verməmişdir (pay olaraq vermişdir). Həmin gün saat 21 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlanmasında, habelə narkotik tərkibli çətənə bitkilərinin əkilib becərilməsində şübhəli olduğunu deyib yaşadığı ünvana video çəkilişlə baxış keçiriləcəyini bildirdikdə o, buna etiraz etməyib ərizə ilə öz razılığını vermişdir. Sonra yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulanda o, yaşadığı evin eyvanında olan dolabda gizlətdiyi qurudulmuş marixuananın yerini göstərmişdir. Eyni zamanda, baxış zamanı digər dolabda gizlətdiyi yaş halda olan marixuana da tapılmış və hər iki kütlələr götürülüb qablaşdırıldıqdan sonra iştirakçılarla birlikdə qablaşdırmaya imza edilmişdir. Daha sonra, evin həyətyanı sahəsinə baxış zamanı evin arxasında ağacların arasına əkdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunub köklərindən çıxarılmışdır. Baxışda iştirak edən mütəxəssis bitkilərin narkotik xassəli olduğunu və aqrotexniki qulluq edildiyi bildirmişdir. Kökərindən çıxarılmış 3 ədəd bitki götürülüb 1 ədəd sintetik kisəyə qablaşdırılmış və kisənin üzəri onunla yanaşı, digər iştirakçılar tərəfindən imzalanmışdır. Odur ki, barəsində Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsini, CM-nin 237.1-ci maddəsi ilə isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması zərərçəkmiş şəxsin, məhkəmə iclasında, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlərin verdiyi ifadələrlə, eləcə də məhkəməyədək istintaq dövründə toplanmaqla, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, uzun illər olar ki, qurudulmuş marixuanadan istifadə edir. Sonuncu dəfə xatırlamadığı vaxtda və yerdən tapdığı 3 ədəd marixuana toxumunu 2023-cü ilin aprel ayının axırlarında yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evinin arxa tərəfində həyətindəki ağacların arasında əkərək su və gübrə verməklə qulluq edib yetişdirmiş, yarpaqlarından 2023-cü ilin sentyabr ayının ortalarında istifadə etmək üçün yığıb toplayaraq evinin giriş hissəsində sağ tərəfdə yerləşən qab-qacaq dolabında gizlətmişdir. Yarpaqlar orada quruduqdan sonra az-az istifadə etməyə başlamışdır. 27 sentyabr 2023-cü il tarixdə səhər saatlarında əkdiyi çətənə kollarının yararlı hissələrindən yığıb yaş halda evin giriş hissəsində sol tərəfə qoyulmuş digər qab-qacaq dolabında gizlətmişdir. Həmin gün saat 11:00 radələrində yaşadığı kənddə həmkəndlisi əvvəllər heç bir ədavəti olmayan Şahid1 ilə qarşılaşanda Ariflə əvəllər narkotik vasitə qəbul etdiklərindən sonuncu ondan narkotik vasitə olubolmadığını soruşmuş, o, isə 100 manat pulun müqabilində Arifə narkotik vasitə verə biləcəyini bildirdikdə Arif onunla razılaşmışdır. Bundan sonra, o, dolaba qoyduğu yaş marixuandan bir qədər kağıza bükülü vəziyyətdə gətirib Arifə vermişdir. Arif isə marixuananı ondan alaraq gedib əvəzində 100 manat gətirib vermiş, o isə 100 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gün saat 21:00 radələrində yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlanmasında, habelə narkotik tərkibli çətənə bitkilərinin əkilib becərilməsində şübhəli olduğunu və yaşadığı ünvana video çəkilişlə baxış keçiriləcəyini bildirdikdə o, buna etiraz etməyərək ərizə ilə öz razılığını vermişdir. Sonra yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığı soruşulanda o, yaşadığı evin eyvanında olan dolabda gizlətiyi qurudulmuş marixuananın yerini göstərmişdir. Eyni zamanda, baxış zamanı digər dolabda gizlətdiyi yaş halda olan marixuana da tapılmış və hər iki kütlələr götürüldükdən sonra qablaşdırılmış və iştirakçılarla birlikdə qablaşdırmaya imza etmişdir. Daha sonra, evin həyətyanı sahəsinə baxış zamanı evin arxasında ağacların arasına əkdiyi 3 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunub köklərindən çıxarılmışdır. Baxışda iştirak edən mütəxəssis bitkilərin narkotik xassəli olduğunu və aqrotexniki qulluq edildiyi bildirmişdir. Kökərindən çıxarılmış 3 ədəd bitki götürülüb 1 ədəd sintetik kisəyə qablaşdırılmış və kisənin üzərini iştirakçılarla birlikdə o da imzalamışdır. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, 27 sentyabr 2023cü il tarixdə, saat 11:00 radələrində əvvəllər bir yerdə narkotik vasitə istifadə etdikləri və aralarında heç bir ədavəti olmadığı həmkəndlisi Təqsirləndirilən şəxs ilə kənddə qarşılaşıb görüşdükdən sonra istifadə etmək üçün narkotik vasitəsi olub-olmadığını soruşduqda Qnyaz 100 manat pulun müqabilində ona bir qədər marixuana verə biləcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə gədərək kağıza bükülü vəziyyətdə bir qədər yaş halda olan marixuananı gətirmiş, o da əvəzində sonuncuya 100 manat pul vermişdir. Həmin gün axşam saat 20:00 radələrində yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlanmasında şübhəli olduğunu bildirib Ucar RPŞyə dəvət edib şöbənin növbətçi hissəsində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə həyata keçirilərkən ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etməsi təklif olunanda o, Qnyazdan alıb şalvarının sağ yan cibinə qoyduğu kağıza bükülü vəziyyətdə yaş halda olan marixuananı təqdim etmiş, həmin kütlə zərfə qablaşdırılaraq götürüldükdə zərfin üzərini iştirakçılarla birlikdə imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə, saat təxminən 21:00 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində əvvəllər tanımadığı Ucar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri həyətində əkib-becərməsi və evində saxlamasında şübhəli olduğundan Ucar rayonu, Qarabörk kəndində yerləşən evinin həyət darvazasının qarşısında saxlanılmış və sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilərək yaşadığı evə və həyətə baxış keçirilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bununla razılaşıb baxış keçirilməsi barədə ərizə yazdıqdan sonra video çəkilişlə evə və həyətə baxış keçirilməsinə başlandıqda təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin eyvanında olan qab-qacaq yığılmış dolabda gizlətdiyi qurudulmuş marixunanın yerini göstərmişdir. Dolabdan açıq halda bir qədər qurudulmuş marixuana aşkarlanmış, eyni zamanda eyvana qoyulmuş digər bir dolabdan da yaş halda bir qədər marixuana hissələri tapılmışdır. Qeyd edilənlərdən başqa, evdən qanunsuz heç nə aşkar edilməmişdir. Hər iki aşkar olunan kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş, iştirakçılarla birlikdə həmin qablaşdırma barədə tərtib edilən sənədləşməyə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətinə baxış davam etdirilərkən evinin arxasında olan ağacların arasında əkilmiş 3 ədəd çətənə kolu aşkar edilmiş, baxışda iştirak edən mütəxəssis həmin bitkilərin xüsusi qulluqla yetişdirilmiş narkotik tərkibli çətənə bitkisi olduğunu vurğulamışdır. Həmçinin Təqsirləndirilən şəxs bitkiləri özü tərəfindən əkilməsini etiraf etmiş, bitkilər köklərindən çıxarılıb sintetik kisəyə qablaşdırıldıqdan sonra kisənin üzərinə müvafiq qaydada imza etmək üçün qoyulan vərəqi iştirakçılarla birlikdə imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə, saat təxminən 21:00 radələrində əvvəllər tanımadığı Ucar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri həyətində əkib-becərməsi və evində saxlamasında şübhəli olduğundan Ucar rayonu, Qarabörk kəndində yerləşən evinin həyət darvazasının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirildikdən sonra yaşadığı evə və həyətə baxış keçirilməsinə başlanılmış və baxışda o, da iştirak etmişdir. Baxış keçirilməsinə başlanılmazdan əvvəl, Təqsirləndirilən şəxs video çəkilişlə yaşadığı evə və həyətə baxış keçirilməsi təklif edildikdə sonuncu bununla razılaşaraq ərizə təqdim etmişdir. Bundan sonra, tərəfindən video çəkilişlə evə və həyətə baxış keçirilməsinə başlanılmış və Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin eyvanında olan qab-qacaq yığılmış dolabda gizlətdiyi qurudulmuş marixunanın yerini göstərmişdir. Dolabdan açıq halda bir qədər qurudulmuş marixuana aşkarlanmış, eyni zamanda eyvana qoyulmuş digər bir dolabdan da yaş halda bir qədər marixuana hissələri tapılmışdır. Qeyd edilənlərdən başqa evdən qanunsuz heç nə aşkar edilməmişdir. Hər iki aşkar olunan kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş, iştirakçılarla birlikdə o da, həmin qablaşdırma barədə tərtib edilən sənədləşməyə imza etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həyətinə baxış davam etdirilərkən evinin arxasında olan ağacların arasında əkilmiş 3 ədəd çətənə kolları aşkar edilmiş, baxışda iştirak edən mütəxəssis həmin bitkilərin xüsusi qulluqla yetişdirilmiş narkotik tərkibli çətənə bitkisi olduğunu vurğulamışdır. Həmçinin, Təqsirləndirilən şəxs bitkiləri özü tərəfindən əkilməsini etiraf etmiş, bitkilər köklərindən çıxarılıb sintetik kisəyə qablaşdırıldıqdan sonra kisənin üzərinə müvafiq qaydada imza etmək üçün qoyulan vərəqi iştirakçılarla birlikdə imzalamışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, o, ali təhsilli aqronomdur, ixtisası torpaqşünaslıq və аqrokimyadır və hazırda Ucar DAİM-də bitkiçilik sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir. 27 sentyabr 2023-cü il tarixdə, təxminən saat 21:00 radələrində əvvəllər tanımadığı Ucar rayonu, Qarabörk kənd sakini Təqsirləndirilən şəxs həmin kənddə yerləşən yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsinə görə mütəxəssis qismində dəvət olunduğundan həmin gün Ucar RPŞ-nin bir neçə əməkdaşı ilə Təqsirləndirilən şəxs evinə və həyətinə video çəkiliş vasitəsilə baxış keçirilərkən iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmamasını bildirərək polis əməkdaşlarına ərizə yazıb verdikdən sonra təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin eyvanında olan qab-qacaq yığılmış dolabda qurudulmuş marixuna olmasını bildirdiyindən oradan bir qədər qurudulmuş marixuana aşkar edilərək qablaşdırılmış, eyni zamanda eyvana qoyulmuş digər bir dolabdan da yaş halda marixuana bitkisinin hissələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs evinə baxış zamanı oradan qeyd edilənlərdən başqa qanunla qadağan edilmiş prediment və sair aşkarlanmamışdır. Hər iki aşkar olunan kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş və iştirakçılarla birlikdə o da həmin qablaşdırma barədə tərtib edilən sənədləşməyə imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyətinə baxış davam etdirilərkən evinin arxasında olan ağacların arasında əkilmiş 3 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edildikdə bitkilərə xüsusi qulluq göstərilməsi açıq-aydın göründüyündən bu barədə öz fikrini bildirmiş, Təqsirləndirilən şəxs özü də bitkilərin tərəfindən əkilərək onlara qulluq etməsini etiraf etmişdir. Bitkilər köklərindən çıxarılıb sintetik kisəyə qablaşdırılıb götürülmüş və üzərinə müvafiq qaydada imza etmək üçün qoyulan vərəqi iştirakçılarla birlikdə o da imzalamış, bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy tərtib edərək istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid4 şahidlər Şahid2 və Şahid3 ifadələrinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq dövründə ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilmiş UQSİQ-nun operatoru Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 27 sentyabr 2023-cü il tarixdə, saat təxminən 21:00 radələrində əvvəllər tanımadığı Ucar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri həyətində əkib-becərməsi və evində saxlamasında şübhəli olduğundan Ucar rayonu, Qarabörk kəndində yerləşən evinin həyət darvazasının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirildikdən sonra yaşadığı evə və həyətə baxış keçirilməsinə başlanılmış və baxışda o, da iştirak etmişdir. Baxış keçirilməsinə başlanılmazdan əvvəl, Təqsirləndirilən şəxs video çəkilişlə yaşadığı evə və həyətə baxış keçirilməsi təklif edildikdə sonuncu bununla razılaşaraq ərizə təqdim etmişdir. Bundan sonra, tərəfindən video çəkilişlə evə və həyətə baxış keçirilməsinə başlanılmış və Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin eyvanında olan qab-qacaq yığılmış dolabda gizlətdiyi qurudulmuş marixunanın yerini göstərmişdir. Dolabdan açıq halda bir qədər qurudulmuş marixuana aşkarlanmış, eyni zamanda eyvana qoyulmuş digər bir dolabdan da yaş halda bir qədər marixuana hissələri tapılmışdır. Qeyd edilənlərdən başqa evdən qanunsuz heç nə aşkar edilməmişdir. Hər iki aşkar olunan kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüş, iştirakçılarla birlikdə o da, həmin qablaşdırma barədə tərtib edilən sənədləşməyə imza etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həyətinə baxış davam etdirilərkən evinin arxasında olan ağacların arasında əkilmiş 3 ədəd çətənə kolları aşkar edilmiş, baxışda iştirak edən mütəxəssis həmin bitkilərin xüsusi qulluqla yetişdirilmiş narkotik tərkibli çətənə bitkisi olduğunu vurğulamışdır. Həmçinin, Təqsirləndirilən şəxs bitkiləri özü tərəfindən əkilməsini etiraf etmiş, bitkilər köklərindən çıxarılıb sintetik kisəyə qablaşdırıldıqdan sonra kisənin üzərinə müvafiq qaydada imza etmək üçün qoyulan vərəqi iştirakçılarla birlikdə imzalamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin şifahi vəsatəti əsasında məhkəməyə şahid qismində dəvət edilmiş Şahid7 ifadəsində göstərdi ki, Şahid1 onun doğma dayısıdır. O, heç zaman dayısı Arifdən narkotik vasitə almamış və ya dayısı ilə birlikdə heç vaxt narkotik vasitə istifadə etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs da tanımır və sonuncunun dayısı Arifə hər hansı narkotik vasitə satıb-satmaması barədə məlumatı yoxdur. Eyni zamanda, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 89-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 sentyabr 2023-cü il tarixli, 17/720 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid1 götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə kağız bükümdə (yaş halda)”. yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 5,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narotik vasitə-qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə (yaş halda)” yazısı yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 8,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narotik vasitə-qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlə” yazısı yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 13,85 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 03 ədəd çətənə bitkilərinə bənzər bitkilər” yazısı olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki uzunluqları 88 sm-dən 141 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri – 78,48 qram olan 03 (üç) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 8,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narotik vasitə-qurudulmamış marixuanadır. Aparıcı məsləhətçi Şahid6 28 sentyabr 2023-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 03 (üç) ədəd çətənə bitkiləri, qurudulmuş və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata 0,30 qram sərf edildikdən sonra çətənə bitkilərinin qalıq çəkisi 78,18 qram (ümumi çəkisi 78,48 qram olmaqla) təşkil etmişdir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra qurudulmamış marixuananın qalıq çəkisi 5,19 qram (ümumi çəkisi 5,24 qram olmaqla) təşkil etmişdir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra qurudulmamış marixuananın qalıq çəkisi 8,29 qram (ümumi çəkisi 8,34 qram olmaqla) təşkil etmişdir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra qurudulmuş marixuananın qalıq çəkisi 13,80 qram (ümumi çəkisi 13,85 qram olmaqla) təşkil etmişdir. Cinayət işinin 90-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-ci vərəqəsində olan 28 sentyabr 2023-cü il tarixli aqronom rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həyətindən aşkar edilərək götürülümüş 3 ədəd bitkilər narkotik xassəli çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq göstərilmiş və kultivasiya edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 192-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 18 noyabr 2023-cü tarixdə verilmiş 1896 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 159-cu vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X2 “Ucar rayon mərkəzi xəstəxanası” X4 tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli, 18-1-77/2-1276/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-50-ci vərəqələrində olan 27 sentyabr 2023-cü il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, 27 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda keçirilən baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evin eyvanında olan dolabda gizlətdiyi yeri göstərmiş, eyni zamanda baxış zamanı eyvanda olan digər bir dolbdan qurudulmamış marixuana, həmçinin evinin arxasında ağacların arasında əkdiyi 3 ədəd narkotik tərkibli çətənə kolları aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci vərəqəsində olan 28 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 28 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-151-ci və 200-212-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 04 oktyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə barədə, eləcə də 02 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş qalıq çəkiləri 5,19 qram (ümumi çəkisi 5,24 qram) və 8,29 qram (ümumi çəkisi 8,34 qram) olan qurudulmamış, qalıq çəkisi 13,80 qram (ümumi çəkisi 13,85 qram) olan qurudulmuş marixuana, 3 ədəd, ümumi çəkisi 78,48 qram (qalıq çəkisi 78,18 qram) olan çətənə kolları maddi sübut kimi tanınmaqla, saxlanması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 27 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxışın və üzləşdirmə zamanı videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin işinin 167-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-ci vərəqəsində olan 27 sentyabr 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, 29 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Repsublikası CM-in 234.2 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 140-142-ci vərəqələrindəki Ucar Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 4(063)-46/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 182-183-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Qarabörk kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyətinin baçşısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi, eləcə də satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xeyli miqdarda ümumi təmiz çəkiləri 13,58 qram qurudulmamış və 13,85 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə etməsi, 13,58 qram narkotik vasitə qurudulmamış marixuananın 5,24 qramını 27 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində yaşadığı evin yaxınlığında həmkəndlisi Şahid1 100 manat müqabilində satması, geri qalan 8,34 qram çəkidə qurudulmamış marixuananı və xeyli miqdarda, yəni 13,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə yaşadığı Ucar rayonu Qarabörk kəndində yerləşən evinin giriş hissəsində açıq eyvana qoyulmuş qab-qacaq dolablarında saxlaması, onun qanunsuz olaraq narkotik vasitənin satışını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, Təqsirləndirilən şəxs hərəkətlərinin məqsədinin gələcəkdə bir daha satışın həyata keçirilməsi olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini qismən etiraf edərək törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsini, eləcə də narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.2-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Ucar RPŞnin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətyanı sahəsindən götürülmüş müvafiq olaraq qalıq çəkisi 5,19 qram və 8,29 qram təşkil edən narkotik vasitə olan qurudulmamış, qalıq çəkisi 13,80 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuna, eləcə də, qalıq çəkisi 78,18 qram təşkil edən narkotik vasitə olan 3 ədəd çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin, eləcə də üzləşdirmənin görüntülərinin yaddaşına köçürüldüyü 3 (üç) ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən və evin həyətyanı sahəsindən götürülmüş müvafiq olaraq qalıq çəkisi 5,19 qram və 8,29 qram təşkil edən narkotik vasitə olan qurudulmamış, qalıq çəkisi 13,80 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuna, eləcə də, qalıq çəkisi 78,18 qram təşkil edən narkotik vasitə olan 3 ədəd çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə videoçəkiliş vasitəsilə keçirilmiş baxış və götürmənin, eləcə də üzləşdirmənin görüntülərinin yaddaşına köçürüldüyü 3 (üç) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar