Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-15/2025 19.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 19 fevral 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1968-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Rusiya Federasiyasının CM-nin 30-cu maddəsinin 3-cü hissəsinin və 158-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3000 RUBL cərimə edilmiş, Ucar Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmiş, hazırda üzərində məhkumluğu olmayan, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 3 (üç) ədəd çətənə bitkisi toxumlarından 2 ədədini 2024-cü ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda ünvan 2 evin həyətyanı bağ sahəsinin sol tərəfində, 1 ədədini isə bağ sahəsinin sağ tərəfində ağacların arasında torpaqda əkib sulamaqla, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla qulluq göstərib həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 3 (üç) ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirilməklə kultivasiya etmiş, habelə istintaqa dəqiq məlum olmayan vaxtda yaşadığı Ucar rayonu, Bərgüşad kəndi ərazisində əkib yetişdirdiyi çətənə bitkilərinin yarpaqlarını qoparıb qurutmaqla satış məqsədi olmadan qanunsuz əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 205,93 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və istintaqa dəqiq məlum olmayan vaxtda yaşadığı Ucar rayonu, Bərgüşad kəndi ərazisində əkib yetişdirdiyi çətənə bitkilərinin yarpaqlarını qoparmaqla satış məqsədi olmadan qanunsuz əldə etdiyi xeyli miqdarda, yəni 44,79 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmayan marixuananı üzərində daşıyaraq yaşadığı ünvanda saxlamış, 23 avqust 2024-cü il tarixdə saat 13 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar rayonu, Bərgüşad kəndi ərazisində saxlanılaraq yaşadığı evə və həyətyanı bağ sahəsinə baxış zamanı 1 ədədi bağ sahəsinin sağ tərəfində ağacların arasında torpaqda, 2 ədəd hissələri ilə birlikdə digər 1 ədədi isə yaşadığı evin həyətyanı bağ sahəsinin sol tərəfində torpaqda olmaqla ümumi çəkisi 725,0 qram təşkil edən ümumilikdə 2 ədəd yaş vəziyyətdə əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin zirzəmisindən ümumi çəkisi 305,0 qram təşkil edən 1 ədəd torpaqdan çıxarılmış əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, evin eyvanında olan pəncərənin qarşısından 44,79 qram açıq vəziyyətdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmayan mariuxana, evin mətbəxində olan rəfin aşağısındakı iki ədəd ayrı-ayrı siyirtmələrdən açıq vəziyyətdə müvafiq olaraq 69,40 qram və 86,45 qram çəkilərdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, yataq otağında olan pəncərənin qarşısından 1 ədəd papiros halına salınmış bükümdə 0,53 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, evin yataq otağında olan pəncərənin qarşısından 1 ədəd qəhvəyi rəngli bükümdə və evin mətbəxində olan rəfin üzərindən 1 ədəd qəhvəyi rəngli bükümdə ayrı-ayrılıqda 20,78 qram və 28,77 qram çəkilərdə olmaqla ümumilikdə 205,93 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2-3 ildir ki, tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2024-cü ilin aprel ayının sonlarında ünvan 2 ünvana gedərkən dəqiq xatırlamadığı ərazidə yerdə olan bükülü diqqətini cəlb etmişdir. O, həmin bükülünü açdıqda içərisində çətənə bitkisinin toxumlarının olmasını müəyyən etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğu üçün həmin toxumları gələcəkdə əkmək məqsədilə özü ilə götürüb yaşadığı ünvana gətirmişdir. May ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə iki ədəd toxumu yaşadığı ünvanın həyətyanı sahəsində ailə üzvlərinin görə bilməyəcəyi şəkildə həyətyanı sahənin yuxarı hissəsində ağacların arasında, digər bir ədəd toxumu isə eyni qaydada həyətyanı sahənin aşağı hissəsində ağacların arasında əkmişdir. O, vaxtı-vaxtında bitkiyə qulluq etmiş, gübrələmiş və su verməklə dibini yumşaltmışdır. Daha sonra həyətyanı sahəyə əkdiyi çətənə bitkisinin birini torpaqdan çıxarıb yarpaqlarının quruması üçün zirzəmiyə qoymuşdur. O, təxminən 10 gündür ki, çətənə bitkisinin yarpaqlarından qoparmış və istifadə etmək üçün qurutmuşdur. Həmin quruması üçün qopardığı yarpaqlardan bir qədərini mətbəxə, bir qədəri yataq otağına, bir qədəri isə eyvanda pəncərənin qarşısına qoymuşdur. 23 avqust 2024-cü il tarixdə, saat 13 radələrində yaşadığı ünvanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik tərkibli bitkilərin əkilib-becərilməsində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, yaşadığı ünvana baxış keçiriləcəyini qeyd etmişlər. Baxışa başlamazdan əvvəl ona hüquq və vəzifələri izah olunmaqla bununla bağlı bildiriş təqdim olunmuş və həmin bildiriş tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra baxış keçirilməsinə etirazının olmadığını bildirərək bununla bağlı ərizəni təqdim etmişdir. Müstəntiq ondan ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşmuş və o, saxladığını qeyd edərək iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. O, evin yanından keçərək irəliləmiş və həyətyanı sahənin sol tərəfində olan 1 ədəd çətənə bitkisini göstərmişdir. Daha sonra həmin kola aqronom baxış keçirmiş və həmin kola aqrotexniki qulluq göstərildiyini qeyd etmişdir. Həmin kol torpaqdan çıxarılarkən hissələrə bölünmüşdür. Bundan sonra o, digər kolu polis əməkdaşlarına təqdim etmiş və həmin kola da aqronom tərəfindən baxış keçirilmiş və qulluq olunduğu qeyd olunmuşdur. Həmin kol da torpaqdan çıxarıldıqdan sonra onlar həyətə getmiş və kolların qablaşdırılmasına başlanılmışdır. Orada aşkar olunmuş çətənə bitkiləri və hissələr ayrı-ayrılıqda ölçülmüş və uzunluqlarının 2,30, 1,60, 1,33 və 1,27 metr olması müəyyən olunmuşdur. Daha sonra müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağızın üzərinə adlar yazılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra aşkar olunmuş bitkilər bir ədəd sintetik torbaya yerləşdirilməklə üst hissəsinə digər 1 ədəd sintetik torba keçirilməklə möhürlənərək yapışqan lent vasitəsilə bağlanmışdır. Daha sonra üzəri o və digər iştirakçılar tərəfindən imzalanmış və 1 ədəd kağız qablaşdırmanın üzərinə möhürdən istifadə olunmaqla yapışqan lent vasitəsilə yapışdırılmışdır. Daha sonra baxış keçirilməsi davam etdirilmişdir. Bundan sonra evin zirzəmi kimi istifadə olunan alt hissəsinə baxış keçirilmişdir. Zirzəmiyə baxış zamanı girişdən sol tərəfdə torpaqdan çıxarılaraq quruması üçün kənara qoyulmuş vəziyyətdə 1 ədəd çətənə bitkisinə bənzər kol aşkar olunmuşdur. Həmin kol qablaşdırılması üçün götürülərək həyətə gətirilmiş və 1 ədəd çətənə bitkisinə bənzər kol bir ədəd sintetik torbaya yerləşdirilməklə üst hissəsinə digər bir ədəd sintetik torba keçirilməklə möhürdən istifadə olunaraq möhürlənməklə yapışqan lent vasitəsilə bağlanmışdır. Daha sonra üzəri iştirakçılar tərəfindən imzalanmış və 1 ədəd kağız qablaşdırmanın üzərinə möhürdən istifadə olunmaqla yapşıqan lent vasitəsilə yapışdırılmışdır. Daha sonra baxış keçirilməsi davam etdirilmişdir. Ona daha əvvəl baxış zamanı saxladığını bildirdiyi qurudulmuş marixuanaları təqdim etməyi təklif olunmuşdur. O, pilləkənlə evə qalxaraq eyvana qalxdıqda sol tərəfdə olan mətbəxə daxil olmuş və orada olan rəfin üst hissəsində olan 1 ədəd qəhvəyi rəngli kağız bükülünü təqdim etmişdir. Həmin bükülüyə müstəntiq tərəfindən baxış keçirilərkən içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin bükülü bağlanmaqla qablaşdırılması üçün götürülmüş və ona digər əlavə predmetlər varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, eyvanda qarşı tərəfdə yerləşən özünə məxsus yataq otağına girərək, pəncərənin qarşısında olan kütləni təqdim etmişdir. Pəncərənin qarşısına baxış zamanı orada 1 ədəd qəhvəyi rəngli kağız büküm və 1 ədəd papiros formasına salınmış bükülü aşkar olunmuşdur. Həmin qəhvəyi bükülü və papiros formasına salınmış bükülülərə baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən olunmuşdur. Bundan sonra o, eyvanın aşağı tərəfində olan pəncərənin qarşısında quruması üçün qoyduğu çətənə bitkisi yarpaqlarını təqdim etmişdir. Müstəntiq, aşkar olunmuş predmetlər qablaşdırıldıqdan sonra həmin yarpaqların da, qablaşdırılacağını qeyd etmişdir. Bundan sonra aşkar olunmuş 2 ədəd qəhvəyi rəngli bükülü və 1 ədəd papiros formasında olan bükülü 1 ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri möhürlənmişdir. Bundan sonra zərfin üzəri yazılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra eyvanda olan pəncərənin qarşısındakı çətənə bitkisinin yarpaqlarına bənzər kütlə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə yığılmış və daha sonra ağzı bağlanılmaqla üzəri möhürlənməklə və bütün iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Bu zaman aşkar olunmuş predmetlərin ona məxsus olub-olmaması barədə soruşulmuş və o, aşkar olunmuş predmetlərin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən yaşadığı ünvana baxış keçirilməsi davam etdirilmişdir. İlk öncə mətbəxə baxış keçirilmiş və bu zaman mətbəxdə olan rəfin aşağı siyirtmələrindən iki ədədinin içərisində çətənə bitkisinin yarpaqları aşkar olunmuşdur. Həmin siyirtmələrin hər ikisi çıxarılmış və yerə qoyulmuşdur. Şifahi sorğu zamanı o, həmin kütlələrin marixuana olduğunu bildirərək, təqdim etməyi unutduğunu qeyd etmişdir. Daha sonra iki ədəd siyirtmə içərisində olan kütlələrlə birlikdə qablaşdırılması məqsədilə götürülərək eyvanda olan masanın üzərinə qoyulmuşdur. Daha sonra birinci siyirtmədə olan kütlə yığılmaqla müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmışdır. Daha sonra digər siyirtmədə olan kütlə də, digər 1 ədəd ağ rəngli zərfin içərisinə yığılaraq qablaşdırılmış və zərfin ağzı bağlanmışdır. Daha sonra hər iki zərfin üzəri müstəntiq tərəfindən Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla hər iki zərfin üzərində imza etdikdən sonra kütlələr müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra evə baxış davam etdirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış yekunlaşdıqdan sonra Ucar RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilmişdir. Ona müdafiəçi təqdim olunmaqla, hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuş və bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdırılmışdır. Həmçinin, o, heç kimə narkotik vasitə satmadığını, əvəzsiz olaraq vermədiyini və ya satmaq və vermək niyyətinin olmadığını, ona qarşı məlum vaxtlarda hər hansı zor və ya zor hədəsi tətbiqi edilmədiyini bildirmişdir. Hazırda əməlindən peşman olduğunu, yaşının nəzərə alınaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımamış, əvvəllər aralarında heç bir münasibət olmamışdır. Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və yaşadığı evdə narkotik vasitə saxlaması, eləcə də yaşadığı evin həyətində narkotik vasitələrin əkibbecərilməsi ilə məşğul olması barədə Ucar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəisinin əmrinə əsasən isə Ucar RPŞ-nin İB-nin müstəntiqi X5, Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, PPXB-nin polis nəfəri Şahid3 və onun iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi və yaşadığı evdə narkotik vasitə saxlaması, eləcə də yaşadığı evin həyətində narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olması barədə məlumat olduğundan əməliyyat-istintaq qrupunda olan şəxslərin iştirakı ilə 23 avqust 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Ucar rayonu, Bərgüşad kəndində yaşadığı evin qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz istifadəsi və yaşadığı evdə narkotik vasitə saxlaması, eləcə də yaşadığı evin həyətində narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək əməliyyat-istintaq qrupunda olan müstəntiqi məlumatlandırmışlar. Daha sonra Ucar RPŞ-nin İB-nin müstəntiqi X1 Kərimovun yaşadığı ünvana gələrək Ucar RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, PPXB-nin polis nəfəri Şahid3, PPXB-nin manqa komandiri X3, Ucar regional aqrokimya laboratoriyasında böyük aqrotexnik vəzifəsində işləyən, ixtisasca aqronom X11 və onun iştirakı ilə baxış keçirməyə başlamışdır. Videoçəkilişi PPXB-nin manqa komandiri Nicat Məmmədov həyata keçirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs evin yanından keçərək irəliləmiş və həyətyanı sahənin sol tərəfində yerləşən bağ sahəsinin sol tərəfində olan 1 ədəd çətənə bitkisinə bənzər kolu göstərmişdir. Həmin kola ilkin olaraq baxış iştirakçıları və X18 tərəfindən gözlə vizual olaraq baxış keçirilmişdir. X18 ilkin olaraq orada 4 ədəd çətənə kolu olmasını və aqrotexniki qaydada kollara qulluq göstərilməsini qeyd etmişdir. Şifahi sorğu zamanı isə Təqsirləndirilən şəxs orada 4 ədəd deyil, 1 ədəd kol əkdiyini bildirmişdir. Daha sonra PPXB-nin polis nəfəri Şahid3 tərəfindən həmin kollar torpaqdan çıxarılan zaman orada həqiqətən 1 (bir) ədəd çətənə bitkisinə bənzər bitkinin olması, lakin həmin bitkinin kökünün üzərində budaq formasında 4 ədəd çətənə bitkisi bənzər bitkinin hissəsinin olması müəyyən olunmuşdur. Həmin çətənə bitkisinə bənzər bitki torpaqdan çıxarılarkən ehtiyatsızlıqdan bitkinin kökü üzərində olan 2 hissəsi kökdən ayrılaraq qırılmışdır. X18 tərəfindən yenidən həmin çətənə bitkisinə bənzər bitkiyə baxış keçirilən zaman çətənə bitkisinə bənzər bitkinin kökü üzərində 2 ədəd, qırılmış vəziyyətdə isə 2 ədəd çətənə bitkisinin bənzər bitkinin hissəsinin olması müəyyən olunmuşdur. Həmin çətənə bitkisinin kökü üzərində 2 (iki) ədəd hissəsi qaldığından həmin hissə 1 (bir) ədəd çətənə bitkisinə bənzər bitki kimi, digər qopmuş iki ədəd hissələr isə həmin 1 ədəd çətənə bitkisinə bənzər bitkisinin hissələri kimi qəbul olunmuşdur. Daha sonra həmin kollar qablaşdırılması üçün götürülmüş və Təqsirləndirilən şəxs digər bitkini əkdiyi yeri göstərmək üçün həyətyanı sahənin aşağı tərəfinə istiqamətlənmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahənin sol tərəfində yerləşən bağ sahəsinin sağ tərəfində olan bir ədəd çətənə kolunu təqdim etmişdir. Həmin kola X18 tərəfindən baxış keçirilmiş və çətənə kolu olmaqla aqrotexniki qaydada kollara qulluq göstərilməsini qeyd etmişdir. Daha sonra bitkilər qablaşdırılması üçün həyətyanı sahədə olan boş əraziyə gətirilmiş, orada aşkar olunmuş çətənə bitkilərinə bənzər bitkilər və hissələr ayrı ayrılıqda ölçülmüşdür. Daha sonra Rəhmin Zeynalov tərəfindən bir ədəd ağ rəngli kağızın üzərinə adlar yazılmaqla imzalanmışdır. Bundan sonra aşkar olunmuş bitkilər bir ədəd sintetik torbaya yerləşdirilməklə üst hissəsinə digər bir ədəd sintetik torba keçirilməklə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə yapışqan lent vasitəsilə bağlanmışdır. Daha sonra baxış keçirilməsi davam etdirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlavə predmetlər olmadığını bildirmişdir. Bundan sonra evin zirzəmi kimi istifadə olunan alt hissəsinə baxış keçirilmişdir. Zirzəmiyə baxış zamanı girişdən sol tərəfdə torpaqdan çıxarılaraq quruması üçün kənara qoyulmuş vəziyyətdə 1 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Həmin çətənə bitkisi qablaşdırılması üçün götürülərək həyətə gətirilmiş və bir ədəd sintetik torbaya yerləşdirilməklə üst hissəsinə digər bir ədəd sintetik torba keçirilməklə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə yapışqan lent vasitəsilə bağlanmışdır. Daha sonra üzəri imzalanmış 1 ədəd kağız qablaşdırmanın üzərinə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürdən istifadə olunmaqla yapşıqan lent vasitəsilə yapışdırılmışdır. Daha sonra baxış keçirilməsi davam etdirilmişdir. Təqsirləndirilən şəxs daha əvvəl baxış zamanı saxladığını bildirdiyi qurudulmuş marixuanaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs pilləkənlə evə qalxaraq eyvana qalxdıqda sol tərəfdə olan mətbəxə daxil olmuş və orada olan rəfin üst hissəsində olan 1 ədəd qəhvəyi rəngli kağız bükülünü təqdim etmişdir. Həmin bükülüyə Rəhmin Zeynalov tərəfindən baxış keçirilərkən içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin bükülü bağlanmaqla Rəhmin Zeynalov tərəfindən qablaşdırılması üçün götürülmüş və Təqsirləndirilən şəxs digər əlavə predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs eyvanda qarşı tərəfdə yerləşən özünə məxsus yataq otağına girərək, pəncərənin qarşısında olan kütləni təqdim etmişdir. Pəncərənin qarşısına baxış zamanı orada 1 ədəd qəhvəyi rəngli kağız büküm və 1 ədəd papiros formasına salınmış bükülü aşkar olundu. Həmin qəhvəyi bükülü və papiros formasına salınmış bükülülərə baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuanaya olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs eyvanın aşağı tərəfində olan pəncərənin qarşısında quruması üçün qoyduğu çətənə bitkisi yarpaqlarını təqdim etmişdir. Rəhmin Zeynalov, aşkar olunmuş predmetlər qablaşdırıldıqdan sonra həmin yarpaqların da, qablaşdırılacağı qeyd etmişdir. Bundan sonra aşkar olunmuş 2 ədəd qəhvəyi rəngli bükülü və 1 ədəd papiros formasında olan bükülü 1 ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs həmin vaxt “o papirosdakını ver çəkim dayana bilmirəm” deyə bildirmişdir. Bundan sonra zərfin üzəri Rəhmin Zeynalov tərəfindən yazılmış və onlar tərəfindın imzalanmışdır. Daha sonra evyanda olan pəncərənin qarşısındakı çətənə bitkisinin yarpaqları Rəhmin Zeynalov tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə yığılmış və ağzı bağlanılmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmiş və imzalanmaqla götürülmüşdür. Bu zaman Rəhmin Zeynalov tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərin ona məxsus olub-olmaması barədə soruşulmuş və sonuncu aşkar olunmuş predmetlərin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Rəhmin Zeynalov tərəfindən verilmiş göstərişə əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi davam etdirilmişdir. İlk öncə mətbəxə baxış keçirilmiş və bu zaman mətbəxdə olan rəfin aşağı siyirtmələrindən iki ədədinin içərisində çətənə bitkisinin yarpaqları aşkar olunmuşdur. Həmin siyirtmələrin hər ikisi çıxarılmış və yerə qoyulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin marixuana olduğunu bildirərək, təqdim etməyi unutduğunu qeyd etmişdir. Daha sonra iki ədəd siyirtmə içərisində olan kütlələrlə birlikdə qablaşdırılması məqsədilə götürülərək eyvanda olan masanın üzərinə qoyulmuşdur. Daha sonra birinci siyirtmədə olan kütlə yığılmaqla Rəhmin Zeynalov tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmışdır. Daha sonra digər siyirtmədə olan kütlə də, digər 1 ədəd ağ rəngli zərfin içərisinə yığılaraq qablaşdırılmış və zərfin ağzı bağlanmışdır. Daha sonra hər iki zərfin üzəri Rəhmin Zeynalov tərəfindən Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Zərfin üzəri Rəhmin Zeynalov tərəfindən yazılmaqla onlar tərəfindən imza edildikdən sonra kütlələr Rəhmin Zeynalov tərəfindən götürülmüşdür. Daha sonra evə baxış davam etdirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış qurtardıqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirmək üçün Ucar RPŞ-nə gətirmişlər. Həmin gün saat 14 radələrində Növbətçi hissədə Ucar RPŞ-nin İB-nin baş müstəntiqi X14 Kərimovun özünün seçdiyi Müdafiəçi iştirakının təmin etməklə Ucar RPŞ-nin məsul növbətçi köməkçisi X8, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Adil oğlu və onun iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Həmin vaxt videoçəkiliş Şahid3 tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş predmeti təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmişdir. Bundan sonra Rəhmin Zeynalov tərəfindən verilmiş göstərişə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bununla da Rəhmin Zeynalov tərəfindən şəxsi axtarış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 və Ucar RPŞ-nin PPXB-nın polis nəfəri Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 52-55-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 24 avqust 2024-cü il tarixli, 17/736 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunub götürülmüş...bitki...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 02(iki) ədəd, uzunluqları 160sm və 230sm, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-580,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmçinin həmin sintetik kisədə 02(iki) ədəd, uzunluqları 130sm və 127sm, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-145,0 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus evin zərzəmisindən aşkar olunmuş 1 ədəd quru vəziyyətdə kol..i..” sözləri, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, 01(bir) ədəd, uzunluğu 204sm, quru vəziyyətdə təmiz çəkisi-305,0 qram bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Tədqiqata təqdim olunmuş, üzərində “Açıq vəziyyətdə yarpaqlar.. 1) /imza/Təqsirləndirilən şəxs..” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki, açıq vəziyyətdə, təmiz çəkisi-69,40 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Açıq vəziyyətdə yarpaqlar.. 1) /imza/Təqsirləndirilən şəxs..” yazısı,adlar və imzalar olan digər 01(bir) ədəd zərfin içərisindəki, açıq vəziyyətdə, təmiz çəkisi-86,45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdiqata təqdim olunmuş, üzərində “Eyvandakı pəncərənin qarşısından aşkar olunmuş açıq vəziyyətdə çətənə yarpaqları...” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki, açıq vəziyyətdə, yaş halda, təmiz çəkisi-44,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Aşkar olunmuş 2 ədəd bükümlər və 01 ədəd papiros...” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki; - 02 (iki) ədəd qəhvəyi rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 20,78 qram və 28,77 qram, ümumi təmiz çəkisi- 49,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. - 01(bir) ədəd papirosda, təmiz çəkisi-0,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin papirosdakı, təmiz çəkisi-0,31 qram olan tütünə oxşar digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. X15 23 avqust 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, 02(iki) ədəd zərfə açıq vəziyyətdə və 01(bir) ədəd zərfdəki 02(iki) ədəd bükümdə, 01(bir) ədəd papirosda olan qurudulmuş marixuanalar və 01(bir) ədəd zərfə açıq vəziyyətdə olan qurudulmamış marixuana tərkiblərinə görə eynidirlər. Çətənə bitkilərindən tədqiqata 0,04 qram sərf edildikdən sonra 579,96 qram qalmışdır, çətənə bitkisi hissələrindən tədqiqata 0,06 qram sərf edildikdən sonra 449,94 qram qalmışdır, qurudulmuş marixuanalardan tədqiqata 0,10 qram sərf edildikdən sonra 205,83 qram qalmışdır, qurudulmamış marixuanadan 0,02 qram tədqiqata sərf edildikdən sonra 44,77 qram qalmışdır, narkotik vasitə olmayan kütlədən 0,02qram tədqiqata sərf edildikdən sonra 0,29 qram qalmışdır. Cinayət işinin 52-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 96-97-ci vərəqələrindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi” X17 26 avqust 2024-cü il tarixli, 290 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətləri (qançır, sıyrıq şişkinlik və s.) aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 152-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 22 oktyabr 2024-cü il tarixdə verilmiş 1735 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alnması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-cü vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Ucar rayon mərkəzi xəstəxanası” X22 tərəfindən verilmiş 31 avqust 2024-cü il tarixli, 18-1-77/2-1144/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-20-ci vərəqələrində olan 23 avqust 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer Ucar rayonu, Bərgüşad kəndində yerləşən Təqsirləndirilən şəxs yaşdığı ünvan və həyətyanı sahəsi olmuşdur. Təqsirləndirilən şəxs evin yanından keçərək irəlilədi və həyətyanı sahənin sol tərəfində yerləşən bağ sahəsinin sol tərəfində olan 1 ədəd çətənə bitkisinə bənzər kolu göstərmiş, həmin kola ilkin olaraq baxış iştirakçıları və X18 tərəfindən gözlə vizual olaraq baxış keçirilmişdir. X18 ilkin olaraq orada 4 ədəd çətənə kolu olmasını və aqrotexniki qaydada kollara qulluq göstərilməsini qeyd etmişdir. Şifahi sorğu zamanı isə Təqsirləndirilən şəxs orada 4 ədəd deyil, 1 ədəd kol əkdiyini bildirmiş, daha sonra PPXB-nin polis nəfəri Şahid3 tərəfindən həmin kollar torpaqdan çıxarılan zaman orada həqiqətən 1(bir) ədəd çətənə bitkisinə bənzər bitkinin olması, lakin həmin bitkinin kökünün üzərində budaq formasında 4 ədəd çətənə bitkisinə bənzər bitkinin hissəsinin olması müəyyən olunmuşdur. Həmin çətənə bitkisinə bənzər bitki torpaqdan çıxarılarkən ehtiyatsızlıqdan bitkinin kökü üzərində olan 2 hissəsi kökdən ayrılaraq qırılmışdır. X18 tərəfindən yenidən həmin çətənə bitkisinə bənzər bitkiyə baxış keçirilən zaman çətənə bitkisinə bənzər bitkinin kökü üzərində 2 ədəd, qırılmış vəziyyətdə isə 2 ədəd çətənə bitkisinə bənzər bitkinin hissəsinin olması müəyyən olunmuşdur. Həmin çətənə bitkisinə bənzər bitkinin kökü üzərində 2(iki) ədəd hissəsi qaldığından həmin hissə 1(bir) ədəd çətənə bitkisinə bənzər bitki kimi, digər qopmuş iki ədəd hissələr isə həmin 1 ədəd çətənə bitkisinə bənzər bitkisinin hissələri kimi qəbul olunmuşdur. Daha sonra həmin kollar qablaşdırılması üçün götürülmüş və Təqsirləndirilən şəxs digər bitkini əkdiyi yeri göstərmək üçün həyətyanı sahənin aşağı tərəfinə istiqamətlənmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahənin sol tərəfində yerləşən bağ sahəsinin sağ tərəfində olan bir ədəd çətənə kolunu təqdim etmişdir. Həmin kola X18 tərəfindən baxış keçirilmiş və çətənə kolu olmaqla aqrotexniki qaydada kollara qulluq göstərilməsini qeyd etmişdir. Daha sonra bitkilər qablaşdırılması üçün həyətyanı sahədə olan boş əraziyə gətirilmiş və orada aşkar olunmuş çətənə bitkilərinə bənzər bitkilər və hissələr ayrı ayrılıqda ölçüldü və uzunluqlarının 2,30, 1,60, 1,33 və 1,27 metr olması müəyyən olunmuşdur. Daha sonra bir ədəd ağ rəngli kağızın üzərinə adlar yazılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra əməliyyat müvəkkili Şahid1 və PPXB-nin polis nəfəri Şahid3 köməkliyi ilə aşkar olunmuş bitkilər bir ədəd sintetik torbaya yerləşdirilməklə üst hissəsinə digər 1 ədəd sintetik torba keçirilməklə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə yapışqan lent vasitəsilə bağlanmışdır. Daha sonra üzəri iştirakçılar tərəfindən imzalanmış 1 ədəd kağız qablaşdırmanın üzərinə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürdən istifadə olunmaqla yapşıqan lent vasitəsilə yapışdırılmışdır. Daha sonra baxış keçirilməsi davam etdirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs əlavə olaraq qanunla qadağan olunmuş əşya və predmetlərin olmadığını bildirmişdir. Bundan sonra evin zirzəmi kimi istifadə olunan alt hissəsinə baxış keçirilmişdir. Zirzəmiyə baxış zamanı girişdən sol tərəfdə torpaqdan çıxarılaraq quruması üçün kənara qoyulmuş vəziyyətdə 1 ədəd çətənə bitkisinə bənzər kol aşkar olunmuşdur. Həmin kol qablaşdırılması üçün götürülərək həyətə gətirilmiş və 1 ədəd çətənə bitkisinə bənzər kol bir ədəd sintetik torbaya yerləşdirilməklə üst hissəsinə digər bir ədəd sintetik torba keçirilməklə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə yapışqan lent vasitəsilə bağlanmışdır. Daha sonra üzəri iştirakçılar tərəfindən imzalanmış 1 ədəd kağız qablaşdırmanın üzərinə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürdən istifadə olunmaqla yapşıqan lent vasitəsilə yapışdırılmışdır. Daha sonra baxış keçirilməsi davam etdirilmişdir. Təqsirləndirilən şəxs daha əvvəl baxış zamanı saxladığını bildirdiyi qurudulmuş marixuanaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs pilləkənlə evə qalxaraq eyvana qalxdıqda sol tərəfdə olan mətbəxə daxil olmuş və orada olan ədviyyatların yığılması üçün nəzərdə tutulan rəfin üst hissəsində olan 1 ədəd qəhvəyi rəngli kağız bükülünü təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilərkən içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin bükülü bağlanmaqla qablaşdırılması üçün götürülmüş və Təqsirləndirilən şəxs digər əlavə predmetlər varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs eyvanda qarşı tərəfdə yerləşən özünə məxsus yataq otağına girərək, pəncərənin qarşısında olan kütləni təqdim etmişdir. Pəncərənin qarşısına baxış zamanı orada 1 ədəd qəhvəyi rəngli kağız büküm və 1 ədəd papiros formasına salınmış bükülü aşkar olunmuşdur. Həmin qəhvəyi bükülü və papiros formasına salınmış bükülülərə baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs eyvanın aşağı tərəfində olan pəncərənin qarşısında quruması üçün qoyduğu çətənə bitkisi yarpaqlarını təqdim etmişdir. Aşkar olunmuş predmetlər qablaşdırıldıqdan sonra həmin yarpaqların da, qablaşdırılacağı qeyd olunmuşdur. Bundan sonra aşkar olunmuş 2 ədəd qəhvəyi rəngli bükülü və 1 ədəd papiros formasında olan bükülü 1 ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Daha sonra evyanda olan pəncərənin qarşısındakı çətənə bitkisinin yarpaqlarına bənzər kütlə 1 ədəd ağ rəngli zərfin içərisinə yığılmış və daha sonra ağzı bağlanılmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə və bütün iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs aşkar olunmuş predmetlərin ona məxsus olub-olmaması barədə soruşulmuş və sonuncu aşkar olunmuş predmetlərin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra verilmiş göstərişə əsasən əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi davam etdirilmişdir. İlk öncə mətbəxə baxış keçirilmiş və bu zaman mətbəxdə olan rəfin aşağı siyirtmələrindən iki ədədinin içərisində çətənə bitkisinin yarpaqlarına bənzər kütlələr aşkar olunmuşdur. Həmin siyirtmələrin hər ikisi çıxarılmış və yerə qoyulmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin marixuana olduğunu bildirərək, təqdim etməyi unutduğunu qeyd etmişdir. Daha sonra iki ədəd siyirtmə içərisində olan kütlələrlə birlikdə qablaşdırılması məqsədilə götürülərək eyvanda olan masanın üzərinə qoyulmuşdur. Daha sonra birinci siyirtmədə olan kütlə yığılmaqla 1 ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilmiş və zərf bağlanmışdır. Daha sonra digər siyirtmədə olan kütlə də, digər 1 ədəd ağ rəngli zərfin içərisinə yığılaraq qablaşdırılmış və zərf bağlanmışdır. Daha sonra hər iki zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Zərfin üzəri yazılmış və bütün iştirakçılar ardıcıllıqla hər iki zərfin üzərində imza etdikdən sonra kütlələr götürülmüşdür. Daha sonra evə baxış davam etdirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış keçirilərkən ““Panasonic” markalı aparatla video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-cu vərəqəsində olan 23 avqust 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış keçirilərkən “panasonic” markalı aparatla video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-94-cü vərəqələrində olan 25 avqust 2024-cü il tarixli və 115-116-cı vərəqələrində olan 10 sentyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarlardan və 156-171-ci vərəqələrində olan 22 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 23 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxışın video görüntülərinin əks olunduğu 01(bir) ədəd Kompakt Diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işi materiallarına əlavə olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş tərkibində narkotik maddələr olan ümumi çəkisi 580,0 qram olan 02(iki) ədəd çətənə(kannabis) bitkisi, yaş və quru vəziyyətdə ümumi çəkisi 450,0 qram olan 03(üç) ədəd çətənə(kannabis) bitkisinin hissələri, ümumi təmiz çəkisi 205,93 qram olan qurudulmuş marixuana, təmiz çəkisi 44,79 qram olan qurudulmayan marixuana və 1 ədəd papirosdakı, təmiz çəkisi 0,31 qram olan narkotik vasitə olmayan kütlənin iş üzrə maddi sübut hesab edilməsi, həmin çətənə bitkilərindən 0,04 qramının, çətənə bitkisinin hissələrinin 0,06 qramının, narkotik vasitə olan qurudulmuş marixuananın 0,10 qramının, narkotik vasitə olan qurudulmayan marixuananın 0,02 qramının və narkotik vasitə hesab edilməyən kütlənin 0,02 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsinin nəzərə alınması, qalan 579,96 qram çəkidə tərkibində narkotik maddələr olan 2 ədəd çətənə bitkisi, 449,94 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisinin hissələri 2 ədəd sintetik kisəyə, 205,83 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 0,29 qram çəkidə narkotik vasitə olmayan kütlə 3 ədəd zərfdə və 44,77 qram çəkidə narkotik vasitə olan qurudulmayan marixuananın 1 ədəd zərfdə qablaşdırılıb saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə materialın ayrılıb rayon prokurorluğuna göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə materialın ayrılıb rayon prokurorluğuna göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni təxminən 2024-cü ilin aprel ayında ünvan 2 ünvana gedərkən dəqiq xatırlamadığı ərazidə yerdə olan bükülünün diqqətini cəlb etməsi, həmin bükülünü açdıqda içərisində çətənə bitkisinin toxumlarının olmasını müəyyən etməsi, həmin toxumları gələcəkdə əkmək məqsədilə özü ilə götürüb yaşadığı ünvana gətirməsi aparılmış istintaqla sübuta yetirilmədiyindən qeyd edilən halların istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilməyən papirosdakı təmiz çəkisi-0,31 qram olan tütünə oxşar digər bitki mənşəli kütlənin hökm çıxanadək maddi sübutların saxlama otağında saxlanılması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən şəxsi axtarış, baxış keçirilməsi və götürmə haqqında protokollar, məhkəmə-bioloji ekspertizasının 24 avqust 2024-cü il tarixli, 3-16-16/2-17/736 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 1735 nömrəli, məhkəmətibbi ekspertizasının 26 avqust 2024-cü il tarixli, 290 nömrəli rəyləri, təqsirləndirilən şəxsin və şahidlərin dindirmə protokolları, şəxsi axtarış və götürmə, yaşadığı ünvana baxış keçirilməsinin video görüntüləri köçürülmüş 2 ədəd disk və həmin diskə baxış keçirilməsi barədə olan protokolların işin obyektiv halları ilə birlikdə sübut növü kimi qiymətləndirilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs götürülmüş özünə məxsus 1 ədəd “KGTEL” markalı mobil telefonun 10 sentyabr 2024-cü il tarixli qəbzin vasitəsilə geri qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində aşkar edilmiş 1 ədəd çətənə bitkisi torpaqdan çıxarılan zaman əlavə 2 ədəd yaş vəziyyətdə çətənə bitkisinin hissəsinə ayrılması 1 ədəd çətənə bitkisi kimi, torpaqdan çıxarılıb quruması üçün zirzəmiyə qoyulmuş 1 ədəd quru vəziyyətdə çətənə bitkisinin hissəsi isə 1 ədəd çətənə bitkisi kimi ittihama daxil edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2009-cu il tarixdə Rusiya Federasiyası X2 Nijnevartovsk Rayon Məhkəməsinin hökmü ilə Rusiya Federasiyasının CM-nin 30-cu maddəsinin 3-cü hissəsinin və 158-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3000 RUBL cərimə edilmiş, Ucar Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü vərəqəsində olan 23 avqust 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 37-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:28-də Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-cü vərəqəsində olan 25 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan 25 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:35-də Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154,155-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyətinin Baçşısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət xarakterli məlumat daxil olmamış, qonşular və kənd camaatı ilə münasibətlərində heç bir narahatçılıq olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi, eləcə də satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittihamın, həmçinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını və yaşını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsini, eləcə də, xeyli miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il, saat 14:28-dən 25 avqust 2024cü il, saat 11:35-ə kimi həbsdə saxlanıldığı cəmi iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, yaşadığı evdən və həyətyanı sahədən götürülmüş qalıq çəkisi – 579,96 qram 2 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, qalıq çəkisi – 449,94 qram 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələri, qalıq çəkisi – 205,83 qram qurudulmuş marixuana, qalıq çəkisi – 44,77 qram qurudulmamış marixuana, qalıq çəkisi – 0,29 qram papirosdakı narkotik vasitə olmayan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs evinə, həyətyanı sahəyə baxış keçirmə və götürmənin, üzərinə şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən götürülmüş müvafiq olaraq qalıq çəkisi – 579,96 qram 2 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, qalıq çəkisi – 449,94 qram 3 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələri, qalıq çəkisi – 205,83 qram qurudulmuş marixuana, qalıq çəkisi – 44,77 qram qurudulmamış marixuana, qalıq çəkisi – 0,29 qram papirosdakı narkotik vasitə olmayan kütlə toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs evinə, həyətyanı sahəyə baxış keçirmə və götürmənin, üzərinə şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-15/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-15/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver