Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-17/2024 15.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 15 may 2024-cü il tarixdə, Ucra şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1996-cı il tarixdə Şəki rayonu, Baş Göynük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə, xx xxx 1994-cü il tarixdə Şəki rayonu, Baş Göynük kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə (cinayət hadisəsinin baş verdiyi vaxt qüvvədə olan redaksiyada) müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 14,39 qram çəkidə qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində və idarə etdiyi avtomobildə saxlamış, həmin narkotik vasitənin 7,33 qramını tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan əvəzsiz olaraq vermiş, 12 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu, Qarabörk kəndi ərzisində saxlanılıb gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol iç qabaq cibindən 1 ədəd qara sellofanda 6,98 qram və Ucar rayon polis şöbəsinin inzibati binasının həyətində idarə etdiyi “Mercedes Benz” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı 1 ədəd siqaret formasında kağız bükümdə 0,08 qram olmaqla, ümumilikdə 7,06 qram satış məqsədi olmadan qanunsuz əldə edib daşımaqla üzərində və idarə etdiyi avtomobildə saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan 12 sentyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan yerdə və saatda tanışı Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə (cinayət hadisəsinin baş verdiyi vaxt qüvvədə olan redaksiyada) müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,33 qram çəkidə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı daşımaqla üzərində saxlamış, 12 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu, Qarabörk kəndi ərzisində saxlanılıb gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd şəffaf sellofanda 7,33 qram satış məqsədi olmadan qanunsuz əldə edib daşımaqla üzərində saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, əvvəllər heç vaxt məhkum olunmamış, həmçinin, hər hansı ruhiəsəb və psixi xəstəliyi də olmamışdır. Təxminən 2 ildən artıqdır ki, tapdıqca narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə kirayə ev tutmaqla, Bakıda günəmuzd işlərdə işləmiş, iş olmadıqda isə yaşadığı Şəki rayonu, Baş Göynük kəndinə gedərək orada yaşamışdır. Təxminən 2 ildən artıq olar ki, narkotik vasitə olan qurudulmuş marixuadan istifadə edir. Təqsirləndirilən şəxs2 və Şahid4 uşaqlıqdan tanıyır. Onlarla həmkəndli olmuş və aralarında heç bir ədavət olmamışdır. Ələkbərin son vaxtlar qurudulmuş marixuanadan istifadə etməyə başladığını və narkotik vasitə istifadə etdiyini bildiyindən kəndə getdiyi zaman sonuncu ilə arabir görüşüb gəzmiş, çay içməyə getmiş, eləcə də, tapdıqca birlikdə narkotik vasitələr də istifadə etmişlər. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllində dəqiq xatırlamadığı vaxtda gecə saatlarında piyada müvəqqəti kirayə qaldığı evə gedərkən yerdən 2 ədəd sellofan torba tapmışdır. Həmin torbalardan biri ağ, digəri isə qara rəngdə olmuşdur. O, torbaları açdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüş, narkotik vasitədən istifadə etdiyi üçün dərhal tanımışdır. Həmin sellofan torbaları götürüb gələcəkdə içərisindəki narkotik vasitədən istifadə etmək məqsədilə əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibinə qoymuşdur. 12 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində olmuşdur. Ələkbər onunla mobil telefonla əlaqə saxlayaraq harada olduğunu soruşduqda, o, Ələkbərə Bakı şəhərində olduğunu və həmkəndlisi Tural ilə görüşüb Şəki rayonu, Baş Göynük kəndinə geri qayıdacağını bildirmişdir. Ələkbər ondan özü üçün “nəşə”, yəni qurudulmuş marixuana istəmişdir. Ələkbərə narkotik vasitənin avtomobilində olduğunu, lakin Turalın bundan xəbərinin olmadığını, birlikdə Şəki rayonuna qayıdacağı təqdirdə həmin narkotik vasitənin bir qismini pay kimi verə biləcəyini bildirmiş, bu zaman Ələkbər də onunla razılaşmışdır. O, Ələkbər və Tural ilə görüşməzdən əvvəl ağ rəngli sellofanda olan torbanı Ələkbərə gizlincə verməyin rahat olması üçün əynində olan qış gödəkcəsinin sağ yan cibinə qoymuş, sol iç cibində olan qara rəngli sellofandakı narkotik vasitə olan qurudulmuş marixunadan az miqdarda götürüb siqaretin kağız bükümünə büküb çəkmişdir. Geri qalan hissəni isə avtomobilin sürücü tərəfdən olan qapısının cibində gizlətmiş, qara rəngli sellofanda olan narkotik vasitəni isə yenidən qış gödəkcəsinin sol iç cibinə qoymuşdur. Həmin gün təxminən saat 20:00 radələrində əvvəlcə Turalı şəhərdə xatırlamadığı yerdən götürmüş, daha sonra isə Ələkbər ilə əlaqə saxlamışdır. Ələkbər ilə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında görüşmüşlər. Ələkbər idarə etdiyi “Mercedes Benz” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında, Tural isə ön sağ oturacaqda əyləşmiş və Bakı-Qazax yolu ilə Şəki rayonu istiqamətində hərəkətə başlamışlar. Yolda olarkən Ələkbər ona güzgüdən işarə etdikdə o, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində olan sellofanı götürüb sağ əlini ovucu bağlı şəkildə Ələkbərə uzatmış, sonuncu onun əlindəki sellofanı götürmüşdür. Ucar rayonu ərazisindən keçərkən artıq saat 23:00 radələri olmuşdur. Ələkbər çay içmək üçün avtomobili saxlamasını xahiş etdiyindən o, Ucar rayonu “Dörd yol” deyilən ərazidə yolun kənarında avtomobilini saxlamışdır. Avtomobildən yenicə düşmək istədikdə polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlanmasında şübhəli olduqlarını bildirməklə Ucar RPŞ-yə dəvət etmişlər. Onlar buna etiraz etməmiş, Tural arxa tərəfə keçib Ələkbərin yanında, polis əməkdaşlarından biri isə avtomobilin ön sağ oturacağına əyləşmişdir. Bundan sonra, o, avtomobili polis şöbəsinə sürmüş və RPŞ-nin inzibati binasının həyətində avtomobildən düşmüşlər. Bundan bir qədər sonra üzərilərində şəxsi axtarış aparılacağı və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Ucar RPŞ-nin NH-də o, hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuş və üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa, təqdim etməsi təklif olunduqda o, üzərində olan şəxsi əşyalarını çıxartdıqdan sonra həmin vaxt əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindəki içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan qara rəngli sellofanı təqdim etmiş, şifahi şəkildə həmin kütlənin “nəşə” olduğunu bildirmişdir. Həmin sellofana baxış keçirilərkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra, müstəntiqin göstərişinə əsasən əməliyyat müvəkkili tərəfindən üzərində şəxsi axtarış keçirilməsi davam etdirilsə də, üzərindən əlavə predmetlər aşkar olunmamışdır. Müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar zərfin üzərinə imza etdikdən sonra üzərindən aşkar olunmuş 1 ədəd sellofanda olan qurudulmuş marixuana kütləsi həmin boş ağ rəngli zərfə yerləşdirilmiş və üzəri möhürlənmişdir. Eyni qaydada ona məxsus 1 ədəd “Redmi” markalı mobil telefon da qablaşdırılıb götürülmüşdür. Digər şəxsi əşyaları yəni, 1 ədəd 100 manatlıq, 2 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq olmaqla kağız, eləcə də 2 ədəd 50 qəpiklik və 2 ədəd 20 qəpiklik dəmir pullardan ibarət olmaqla ümumilikdə 121 manat 40 qəpik pul, həmçinin avomtobilin açarı isə özünə qaytarılmışdır. Müdafiəçi həmin narkotik vasitənin ona məxsus olub-olmamasını, eləcə də ona qarşı təzyiq olunub-olunmamasını soruşduqda, o, narkotik vasitənin özünə məxsus olduğunu və heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Şəxsi axtarış yekunlaşdırıldıqdan sonra müstəntiq avtomobilə baxış keçiriləcəyini qeyd etmişdir. Bir qədər sonra avtomobilə baxış keçirilməsində o da iştirak etmişdir. Müstəntiq onlardan avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşduqda onlar etiraz etmədiklərini bildirmişlər. O, avtomobilə baxış keçirilməsinə etirazı olmadığı barədə ərizə vermişdir. Yağış yağdığı üçün baxışa şöbənin girişində dayanılmaqla başlanılmışdır. Sonra müstəntiq avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşduqda, o, avtomobildə özünə məxsus “nəşə” olduğunu bildirmişdir. O və digər iştirakçılar pilləkəndən düşüb avtomobilin yanına gəlmişlər. Avtomobilin qapısını açaraq, sürücü tərəfdən qapının iç tərəfini göstərib “nəşə”nin orada olduğunu demişdir. Əməliyyat müvəkkili tərəfindən onun bildirdiyi yerdən 1 ədəd siqaretin kağızında olan yarı çəkilmiş formalı kütlə aşkar olunmuşdur. O, həmin kütlənin “nəşə” olduğunu və özünün çəkdiyini bildirmişdir. Daha sonra, avtomobilə baxış keçirilməsi davam etidirilsə də, avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Onlar həmin predmetin müstəntiq tərəfindən qablaşdırılması üçün yenidən pilləkənlə polis şöbəsinin giriş hissəsinə qayıtmışlar. Orada çəkilişin yenicə texniki səbəbdən dayandığı müəyyən olunmuş, bu səbəbdən pilləkəndən aşağı düşüb çəkiliş qaldığı yerdən davam etdirilmişdir. O və digər işitrakçılar şifahi olaraq heç bir etirazlarının olmadığını bildirmişlər və bundan sonra pilləkəndən yuxarı qalxmışlar. Avtomobildən aşkar olunmuş kütlə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfə imza etdikdən sonra baxış yekunlaşdırılmışdır. O, nə Ələkbərə, nə də digər şəxsə narkotik vasitə satmamış, Ələkbər ilə dostluq münasibətlər olmuş, sonuncu narkotik vasitəyə ehtiyacı olduğu barədə bildirdiyindən, aralarında dostluq münasibətləri olduğu üçün öz istifadəsi üçün saxladığı narkotik vasitənin bir qismini ona pay vermişdir. O, həmin narkotik vasitəni Ələkbərə tam olaraq əvəzsiz vermiş, narkotik vasitəni Ələkbərə verməkdə nə maddi, nə də başqa formada hər hansı marağı olmamışdır. Üzərində şəxsi axtarış aparılarkən, habelə idarə etdiyi avtomobilə baxış keçirilən zaman, eləcə də RPŞdə izahat verərkən ona qarşı hər hansı fiziki və ya psixi zor və yaxud da zor tətbiqi hədəsi edilməmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, eləcə də himayəsində iki azyaşlı övladının olması nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər heç bir məhkumluğu, həmçinin, hər hansı ruhi-əsəb və psixi xəstəliyi olmamışdır. Təxminən bir il müddətdir ki, tapdıqca narkotik vasitə olan qurudulmuş marixuadan istifadə etmişdir. Təqsirləndirilən şəxs1 və Şahid4 uşaqlıqdan tanımış, onlarla həmkəndli olmuş, yaxşı münasibətləri olmaqla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təbriz son vaxtlar narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamış və onun bu barədə məlumatı olmuşdur. Təbriz ilə arabir görüşüb gəzmiş, çay içməyə getmiş və bəzən birlikdə narkotik vasitə istifadə etmişlər. 12 sentyabr 2023-cü il tarixdə işi ilə bağlı Bakı şəhərində olmuşdur. Təbrizlə mobil telefon əlaqəsi saxlamış və bu zaman Bakı şəhərində olduğunu, həmkəndlisi Tural ilə Şəki rayonu Baş Göynük kəndinə geri qayıdacağını öyrənmişdir. O, Təbrizdən özü üçün nəşə, yəni qurudulmuş marixuana istəmişdir. Təbriz avtomobilində narkotik vasitə olduğunu, lakin Turalın bundan xəbərinin olmadığını, birlikdə qayıdacağı təqdirdə gizlincə narkotik vasitədən bir qismini verə biləcəyini demiş, o, Təbrizlə razılaşmışdır. Həmin gün təxminən saat 20:00 radələrində Təbriz və Tural ilə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında görüşmüşdür. O, Təbrizin idarə etdiyi “Mercedes Benz” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağında oturmuş, Tural isə ön sağ oturacaqda əyləşmiş və Bakı-Qazax yolu ilə Şəki rayonu istiqamətində hərəkətə başlamışlar. Yolda olarkən güzgüdən Təbrizə işarə etmiş, sonuncu da sağ əlini ovucu bağlı şəkildə ona uzatmışdır. O, Təbrizin əlindəki sellofanı alıb əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. Ucar rayonu ərazisindən keçərkən artıq saat 23:00 radələri olmuşdur. O, Təbrizdən çay içmək üçün maşını saxlamasını xahiş etdiyindən Təbriz Ucar rayonu “Dörd yol” adlanan ərazidə yolun kənarında avtomobili saxlamışdır. Avtomobildən yenicə düşmək istəyərkən polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlanmasında şübhəli olduqlarını bildirməklə onları Ucar RPŞ-yə dəvət etdikdə onlar RPŞ-yə getməyə etiraz etməmişlər. Tural arxa tərəfə keçib onun yanında, polis əməkdaşlarından biri isə avtomobilin ön sağ oturacağına əyləşmiş və bundan sonra Təbriz avtomobili polis şöbəsinə sürmüşdür. Ucar RPŞ-nin inzibati binasının həyətində avtomobildən düşdükdən bir qədər sonra üzərilərinə şəxsi axtarış aparılacağı və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Ucar RPŞ-yə gətirildikdən sonra Növbətçi Hissədə ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuş və üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif olunduqda o, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ qabaq cibindəki içərisində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan sellofanı təqdim etmiş, şifahi şəkildə həmin kütlənin “nəşə” olduğunu bildirmişdir. Daha sonra, özünə məxsus 1 ədəd elektrik cihazını, 1 ədəd alışqanı və 1 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Həmin sellofana baxış keçirilərkən içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra, müstəntiqin göstərişinə əsasən əməliyyat müvəkkili tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilsə də, üzərindən əlavə predmetlər aşkar olunmamışdır. Müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar zərfin üzərinə imza etdikdən sonra üzərindən aşkar olunmuş 1 ədəd sellofanda olan qurudulmuş marixuana kütləsi həmin boş ağ rəngli zərfə yerləşdirilərək üzəri möhürlənmişdir. Eyni qaydada ona məxsus 1 ədəd “Samsung” markalı mobil telefon da qablaşdırılıb götürülmüş, digər şəxsi əşyalar isə özünə qaytarılmışdır. Şəxsi axtarış yekunlaşdırıldıqdan sonra müstəntiq avtomobilə baxış keçiriləcəyini bildirmişdir. Bir qədər sonra avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Müstəntiq iştirakçılardan avtomobilə baxış keçirilməsinə etirazları olub-olmadığını soruşduqda onlar etiraz etmədiklərini bildirmişlər. Təbriz bununla bağlı ərizə də təqdim etmişdir. Bu zaman yağış yağdığı üçün baxışa şöbənin girişində dayanaraq başlanılmışdır. Sonra müstəntiq avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşmuş, Təbriz avtomobildə özünə məxsus “nəşə” olduğunu bildirmişdir. Bundan sonra, o və digər iştirakçılar pilləkəndən düşərək avtomobilin yanına getmişlər. Orada Təbriz avtomobili açaraq sürücü tərəfdən qapının iç tərəfini göstərib “nəşə”nin orada olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən Təbrizin bildirdiyi yerdən 1 ədəd siqaretin kağızında olan yarı çəkilmiş formalı kütlə aşkar olunmuşdur. Təbriz həmin kütlənin “nəşə” olduğunu və özünün çəkdiyini bildirmişdir. Daha sonra, avtomobilə baxış keçirilməsi davam etdirilsə də, avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İştirakçılar aşkar olunmuş predmetin müstəntiq tərəfindən qablaşdırılması üçün yenidən pilləkənlə polis şöbəsinin giriş hissəsinə qayıtmışlar. Bu zaman orada çəkilişin yenicə texniki səbəbdən dayandığı müəyyən olunmuşdur. Bu səbəbdən yenidən pilləkəndən aşağı düşülməklə çəkiliş qaldığı yerdən davam etdirilmişdir. O və digər işitrakçılar şifahi olaraq heç bir etirazlarının olmadığını bildirmişlər və bundan sonra pilləkəndən yuxarı qalxmışlar. Avtomobildən aşkar olunmuş kütlə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. O və digər iştirakçılar zərfə imza etdikdən sonra baxış yekunlaşdırılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni həmkəndliləri Təbriz ona pay olaraq vermişdir. Təbriz cəmi bir dəfə, yəni 12 sentyabr 2023-cü il tarixdə 1 ədəd sellofan bükümdə narkotik vasitə olan quruduluş marixuananı ona pay vermiş, hər hansı şəxs və ya şəxslərə narkotik vasitə satmamışdır. Təbriz istifadəsi üçün saxladığı narkotik vasitənin bir qismini ona ehtiyacı olduğu üçün pay vermişdir. Narkotik vasitənin əvəzində Təbrizə pul verməmiş, bu barədə ümumiyyətlə aralarında razılıq olmamışdır. Ona RPŞ-də olarkən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmişdir. Hazırda əməlindən peşman olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Şəki rayonu Baş Göynük kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər heç bir məhkumluğu olmamış, həmçinin, narkotik vasitələrdən istifadə etməmişdir. Eləcə də, əvvəllər hər hansı ruhi-əsəb və psixi xəstəliyi olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanımış, aralarında yaxşı münasibət olmuş, heç bir düşmənçilik və ədavət isə olmamışdır. İşi ilə əlaqədar çox vaxt Bakı şəhərində olmuşdur. 12 sentyabr 2023-cü il tarixdə Təbriz ilə mobil telefon əlaqəsi saxlayan zaman Təbriz Bakı şəhərində olduğunu və Şəki rayonu Baş Göynük kəndinə geri qayıdacağını bildirdikdə, o, Təbrizdən onu da kəndə aparmasını xahiş etmiş, sonuncu da buna etiraz etməmişdir. Həmin gün saat 20:00 radələrində danışdıqları kimi xatırlamadığı yerdə Bakı şəhəri ərazisində Təbriz ilə görüşüb idarə etdiyi “Mercedes Benz” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına əyləşmişdir. Təbriz ona həmkəndliləri Ələkbəri də yoldan götürəcəyini bildirmişdir. Onlar Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında Ələkbəri götürmüşlər, Ələkbər arxa sağ oturacaqda əyləşdikdən sonra Bakı- Qazax yolu ilə Şəki rayonu istiqamətində hərəkətə başlamışlar. Onlar Ucar rayonu ərazisindən keçərkən artıq saat 23:00 radələri olmuşdur. Ələkbər Təbrizdən çay içmək üçün maşını saxlamasını xahiş etdiyindən Təbriz Ucar rayonu “Dörd yol” deyilən ərazidə yolun kənarında avtomobili saxlamışdır. Avtomobildən yenicə düşmək istəyərkən polis əməkdaşları yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlanmasında şübhəli olduqlarını bildirməklə onları Ucar RPŞ-yə dəvət etdikdə onlar RPŞ-yə getməyə etiraz etməmişlər. O, arxa tərəfə keçib Ələkbərin yanında, polis əməkdaşlarından biri isə avtomobilin ön sağ oturacağına əyləşmiş və bundan sonra Təbriz avtomobili polis şöbəsinə sürmüşdür. Ucar RPŞ-nin inzibati binasının həyətində avtomobildən düşdükdən bir qədər sonra üzərilərinə şəxsi axtarış aparılacağı, avtomobilə isə baxış keçiriləcəyi bildirilmişdir. Ucar RPŞ-yə gətirildikdən sonra Növbətçi Hissədə ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuş, lakin real olaraq bir daha təqdim edilmiş vəkil Müdafiəçi2 hüquqi yardımına ehtiyacı olmadığını, özünü müdafiə edə biləcəyini, bunun maddi vəziyyəti ilə əlaqədar olmadığını, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Bundan sonra, vəkil Müdafiəçi2 şəxsi axtarış prosesini tərk etmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda o, üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olmadığını bildirirək özünə məxsus 1 ədəd mobil telefonu və 1 ədəd alışqanı masanın üzərinə qoymuşdur. Mobil telefonun üzlüyünün altında ona məxsus şəxsiyyət vəsiqəsi olduğu müəyyən edilmiş, bundan sonra, əməliyyat müvəkkili tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilsə də, əlavə hər hansı əşya və ya predmet aşkar olunmadığından şəxsi axtarış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Şəxsi axtarış yekunlaşdırıldıqdan sonra müstəntiq avtomobilə baxış keçiriləcəyini bildirmiş, bir qədər sonra avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Müstəntiq avtomobilə baxış keçirilməsinə etirazlarının olub-olmadığını soruşmuş, onlar etiraz etmədiklərini bildirmişlər və Təbriz bununla bağlı ərizə də təqdim etmişdir. Bu zaman yağış yağdığı üçün baxışa şöbənin girişində dayanaraq başlanılmışdır. Müstəntiq avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşmuş, Təbriz avtomobildə özünə məxsus “nəşə” olduğunu bildirmişdir. Bundan sonra, o və digər iştirakçılar pilləkəndən düşərək avtomobilin yanına getmişlər. Təbriz avtomobili açaraq, sürücü tərəfdən qapının iç tərəfini göstərib “nəşə”nin orada olduğunu bildirmişdir. Əməliyyat müvəkkili tərəfindən Təbrizin bildirdiyi yerdən 1 ədəd siqaretin kağızında olan yarı çəkilmiş formalı kütlə aşkar olunmuşdur. Təbriz həmin kütlənin “nəşə” olduğunu və özünün çəkdiyini bildirmişdir. Daha sonra, avtomobilə baxış keçirilməsi davam etidirilsə də, avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Onlar həmin predmetin müstəntiq tərəfindən qablaşdırılması üçün yenidən pilləkənlə polis şöbəsinin giriş hissəsinə qayıtmışlar. Bu zaman orada çəkilişin yenicə texniki səbəbdən dayandığı müəyyən olunmuşdur. Bu səbəbdən pilləkəndən yenidən aşağı düşərək çəkiliş qaldığı yerdən davam etdirilmişdir. O və digər iştirakçılar şifahi olaraq heç bir etirazlarının olmadığını bildirdikdən sonra pilləkəndən yuxarı qalxmışlar. Avtomobildən aşkar olunmuş kütlə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. O və digər iştirakçılar zərfə imza etdikdən sonra baxış yekunlaşdırılmışdır. Təbrizin və Ələkbərin narkotikdən istifadə etdiklərini bilməmiş, onlardan narkotik vasitə almamış, ümumiyyətlə narkotik vasitə satmamış, ümumiyyətlə onların narkotik vasitə istifadə etmələri, üzərilərində narkotik vasitə olması və narkotik vasitələrin satışı ilə məşğul olub-olmamaları barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 Heydər oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan Şahid4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz saxlanılmasında və dövriyyəsində şübhəli olduqları, onların Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs1 məxsus “Mercedes” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olacaqları barədə 12 sentyabr 2023-cü il tarixdə əməliyyat məlumatı almışdır. Həmin gün tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Adları qeyd olunan şəxslərin ətrafında əməliyyat tədbirinin keçirilməsindən ötü əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı tərəfindən təlimatlandırılmışdır. Faktla bağlı araşdırılma aparılması RPŞ-nin İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. 12 sentyabr 2023-cü il tarixdə təxminən saat 23:00 padələrində birlikdə Ucar rayonu 4 yol adlanan ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs2, Şahid4 və Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “Mercedes” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobildə qeyd olunan ərazidə dayanması müəyyən olunmuşdur. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz saxlanılması və dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirməklə sürücüyə üzərilərində şəxsi axtarış, avtomobilə isə baxış keçirilməsi üçün idarə etdiyi avtomobil və sərnişinlər ilə birlikdə Ucar RPŞ-yə getməli olduqlarını bildirmişlər. Həmin şəxslər heç bir etiraz etməyərək onlarla razılaşıb Ucar RPŞ-yə getmişlər. RPŞ-yə getdikdən sonra ilk öncə o, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 və həmin gün məsul növbətçi vəzifəsini icra edən X1 iştirakları ilə Şahid4 üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Şahid4 hüquq və vəzifələri, həmçinin müdafiə hüquqları izah olunmaqla ona bu barədə müvafiq bildiriş və Müdafiəçi2 təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Şahid4 ona təqdim edilmiş vəkil Müdafiəçi2 hüquqi yardımına ehtiyacı olmadığını, öz-özünü müdafiə edə biləcəyini, bunun maddi vəziyyəti ilə əlaqədar olmadığını və üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirərək bu barədə ərizəni təqdim etmişdir. Bundan sonra, vəkil Müdafiəçi2 şəxsi axtarış presesini tərk etmişdir. Şəxsi axtarış zamanı Şahid4 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirirək özünə məxsus 1 ədəd mobil telefonu və 1 ədəd alışqanı masanın üzərinə qoymuşdur. Mobil telefonun üzlüyünün alt hissəsində Tural Məsimova məxsus şəxsiyyət vəsiqəsi olduğu müəyyən edilmişdir. Bundan sonra, əməliyyat müvəkkili Şahid1 tərəfindən Şahid4 üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilsə də, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmadığında şəxsi axtarış prosesi müstəntiq Kamran Vəliyev tərəfindən yekunlaşdırılmışdır. Şəxsi axtarış NH-nin məsul növbətçisi vəzifəsini icra edən X2 tərəfindən “Panasonic” markalı aparat vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Şahid4 və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış, Tural Məsimovun üzərindən aşkar olunmuş iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar geri qaytarılmışdır. Şahid4 üzərində şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdıqdan sonra yuxarıda adları qeyd olunan əməkdaşların və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri, həmçinin müdafiə hüquqları izah olunmaqla ona bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu əynində olan mavi rəngli cins şalvarın sağ qabaq cibindəki sellofanı təqdim etmiş və şifahi şəkildə həmin sellofandakı kütlənin “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra, özünə məxsus 1 ədəd elektrik cihazını, 1 ədəd alışqanı və 1 ədəd “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Həmin şəffaf sellofana müstəntiq tərəfindən baxış keçirilmiş və orada yaşıl rəngli spessifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra, əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi davam etdirilsə də, əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin üzəri yazılmış, Təqsirləndirilən şəxs2 və bütün digər iştirakçılar zərfin üzərinə imza etdikdən sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 ədəd sellofanda olan qurudulmuş marixuana kütləsi həmin boş ağ rəngli zərfə yerləşdirilmiş və üzəri möhürlənərək qablaşdırılmaqla götürülmüşdür. Eyni qaydada Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon da müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzəri yazıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmış və həmin mobil telefon zərfin içərisinə qoyulub möhürləndikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış videoçəkiliş vasitəsilə həyata keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs2 və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamış, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar sonuncuya qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdırıldıqdan sonra yuxarıda adları qeyd olunan əməkdaşların və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri, həmçinin müdafiə hüquqları izah olunmaqla ona bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu üzərində olan şəxsi əşyalarını çıxartdıqdan sonra həmin vaxt əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindəki qara rəngli sellofanı təqdim edərək şifahi şəkildə bükülünün içərisində “nəşə” olduğunu bildirmişdir. Həmin sellofana müstəntiq tərəfindən baxış keçirilərkən içərisində narkotik vasitə olan yaşıl rəngli spessifik qoxuya malik qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra, əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi davam etdirilsə də, qanunla qadağan edilmiş əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin üzəri yazılmış, Təqsirləndirilən şəxs1 və bütün digər iştirakçılar zərfin üzərinə imza etdikdən sonra aşkar olunmuş 1 ədəd sellofanda olan qurudulmuş marixuana kütləsi həmin boş ağ rəngli zərfə yerləşdirilmiş və üzəri möhürləndikdən sonra qabalaşdırılıb götürülmüşdür. Eyni qaydada Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfdə qablaşdırılmaqla müvafiq qaydada götürülmüşdür. Digər şəxsi əşyalar, yəni Təqsirləndirilən şəxs1 məxsus 121 manat 40 qəpik məbləğində pul, həmçinin avtomobilin açarı sonuncunun özünə qaytarılmışdır. Müdafiəçi Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin ona məxsus olub-olmamasını, eləcə də ona qarşı təzyiq olunub-olunmamasını soruşduqda sonuncu narkotik vasitənin özünə məxsus olduğunu və heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Şəxsi axtarış yekunlaşdırılmazdan əvvəl müstəntiq tərəfindən iştirakçılara Təqsirləndirilən şəxs1 məxsus avtomobilə, həmin avtomobildə sərnişin olmuş digər şəxslərin də iştirakı ilə baxış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış video çəkiliş vasitəsilə həyata keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs1 və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdırıldıqdan sonra Şahid4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və müdafiəçilərinin iştirakları ilə sonuncuya məxsus avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxışda adları qeyd olunan şəxslərdən başqa o, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 və həmin gün məsul növbətçi vəzifəsini icra edən X2 və şübhəli şəxslərin say çoxluğu ilə əlaqədar olaraq nizam intizamın qorunması məqsədilə PPXB-nin polis nəfəri Şahid3 da iştirak etmişdir. Hava şəraiti yağışlı olduğu üçün baxışa şöbənin girişində dayanılmaqla başlanılmışdır. Təqsirləndirilən şəxs2, Şahid4 və sürücü Təqsirləndirilən şəxs1 ilkin olaraq avtomobilə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər, həmçinin, Təqsirləndirilən şəxs1 bununla bağlı ərizə təqdim etmişdir. Bundan sonra, onlara avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, könüllü təqdim etmələri təklif olunduqda, Təqsirləndirilən şəxs1 avtomobildə özünə məxsus “nəşə” olduğunu bildirmişdir. Bu zaman bütün iştirakçılar pilləkəndən düşərək avtomobilin yanına gəlmişlər. Təqsirləndirilən şəxs1 avtomobilin qapısını açaraq, sürücü tərəfdən qapının iç tərəfini göstərib “nəşə”nin orada olduğunu bildirmişdir. Əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 bildirdiyi yerdən 1 ədəd siqaretin kağızında olan yarı çəkilmiş formalı kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlənin “nəşə” olduğunu və özünün çəkdiyini bildirmişdir. Bundan sonra, Şahid1 tərəfindən avtomobilə baxış keçirilməsi davam etdirilsə də, avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün iştirakçıların razılığı ilə həmin predmetin müstəntiq tərəfindən qablaşdırılması üçün yenidən pilləkənlə polis şöbəsinin giriş hissəsinə qayıtmışlar. Bu zaman orada çəkilişin yenicə texniki səbəbdən dayandığı müəyyən olunmuşdur. Bu səbəbdən pilləkəndən aşağı düşülməklə çəkiliş qaldığı yerdən davam etdirilmişdir. Təqsirləndirilən şəxs1 və bütün digər iştirakçılar şifahi olaraq heç bir etirazlarının olmadığını bildirmişlər. Sonra bütün iştirakçılar birlikdə pilləkəndən yuxarı qalxmış, avtomobildən aşkar olunmuş kütlə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə müvafiq qaydada götürülmüş, bütün iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan sonra, müstəntiq tərəfindən baxış yekunlaşdırılmışdır. Şəxsi axtarış və avtomobilə keçirilmiş baxış NH-nin məsul növbətçisi vəzifəsini icra edən X2 tərəfindən “Panasonic” markalı aparat vasitəsi ilə qeydə alınmışdır. Baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Ucar RPŞnin PPXB-nin polis nəfəri Şahid3 btidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 13 sentyabr 2023-cü il tarixdə xidmətdə olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün iştirakçıların say çoxluğu ilə əlaqədar olaraq nizam intizamın qorunması məqsədilə dəvət edilmişdir. Keçirilən tədbir barədə heç bir məlumatı olmamışdır. Hava şəraiti yağışlı olduğu üçün baxışa şöbənin girişində dayanılmaqla başlanılmışdır. Təqsirləndirilən şəxs2, Şahid4 və sürücü Təqsirləndirilən şəxs1 ilkin olaraq avtomobilə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər, həmçinin, Təqsirləndirilən şəxs1 bununla bağlı ərizə təqdim etmişdir. Bundan sonra, onlara avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, könüllü təqdim etmələri təklif olunduqda, Təqsirləndirilən şəxs1 avtomobildə özünə məxsus “nəşə” olduğunu bildirmişdir. Bu zaman bütün iştirakçılar pilləkəndən düşərək avtomobilin yanına gəlmişlər. Təqsirləndirilən şəxs1 avtomobilin qapısını açaraq, sürücü tərəfdən qapının iç tərəfini göstərib “nəşə”nin orada olduğunu bildirmişdir. Əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs1 bildirdiyi yerdən 1 ədəd siqaretin kağızında olan yarı çəkilmiş formalı kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlənin “nəşə” olduğunu və özünün çəkdiyini bildirmişdir. Bundan sonra, Şahid1 tərəfindən avtomobilə baxış keçirilməsi davam etdirilsə də, avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün iştirakçıların razılığı ilə həmin predmetin müstəntiq tərəfindən qablaşdırılması üçün yenidən pilləkənlə polis şöbəsinin giriş hissəsinə qayıtmışlar. Bu zaman orada çəkilişin yenicə texniki səbəbdən dayandığı müəyyən olunmuşdur. Bu səbəbdən pilləkəndən aşağı düşülməklə çəkiliş qaldığı yerdən davam etdirilmişdir. Təqsirləndirilən şəxs1 və bütün digər iştirakçılar şifahi olaraq heç bir etirazlarının olmadığını bildirmişlər. Sonra bütün iştirakçılar birlikdə pilləkəndən yuxarı qalxmış, avtomobildən aşkar olunmuş kütlə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə müvafiq qaydada götürülmüş, bütün iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan sonra, müstəntiq tərəfindən baxış yekunlaşdırılmışdır. Şəxsi axtarış və avtomobilə keçirilmiş baxış NH-nin məsul növbətçisi vəzifəsini icra edən X2 tərəfindən “Panasonic” markalı aparat vasitəsi ilə qeydə alınmışdır. Baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 98-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 17/688 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş,üzərinə “Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd sellofanda qurudulmuş marixuanaya bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 7,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd qara rəngli sellofanda qurudulmuş marixuanaya bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 6,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən götürülmüş 1 ədəd siqaretin kağız bükümündə qurudulmuş marixuanaya bənzər kütlə.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd siqaret formasında bükülmüş kağız bükümdə, təmiz çəkisi 0,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin bükümün içərisində təmiz çəkisi 0,19 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd şəffaf sellofan bükümdə, 01 (bir) ədəd qara rəngli sellofan bükümdə və 01 (bir) ədəd siqaret formasında bükülmüş bükümün içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi – 7,33 qram, cəmi tədqiqata sərf edilmişdir - 0,05 qram, qalıq 7,28 qram, narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi – 6,98 qram, cəmi tədqiqata sərf edilmişdir - 0,05 qram, qalıq 6,93 qram, narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi – 0,08 qram, cəmi tədqiqata sərf edilmişdir - 0,02 qram, qalıq 0,06 qram, narkotik vasitələrə aid olmayan kütlənin təmiz çəkisi – 0,19 qram, tədqiqata sərf edilmişdir - 0,02 qram, qalıq 0,17 qram. Cinayət işinin 99-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 275-ci vərəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən 21 noyabr 2023-cü il tarixdə verilmiş 1928 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 278-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən 21 noyabr 2023-cü il tarixdə verilmiş 1929 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 263-cü vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Şəki rayon mərkəzi xəstəxanası” X9 13 noyabr 2023-cü il tarixli, PHŞ-18-1-71/2-917/2023 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan, xx xxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 Şəki RMX-nın poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 264-cü vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Şəki rayon mərkəzi xəstəxanası” X9 13 noyabr 2023-cü il tarixli, PHŞ-18-1-71/2-918/2023 nömrəli məktubundan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olan, xx xxxxxx 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Şəki RMX-nın poliklinika şöbəsinin narkoloji və psixiatriya kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 46-47-ci vərəqələrində olan şəxsi axtarış və götürmə haqqında 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin gün, saat 00:40-dan saat 00:53-dək olan müddət ərzində Ucar RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd şəffaf sellofanda 7,33 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-ci vərəqələrində olan 13 sentyabr 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 13 sentyabr 2023-cü il tarixdə saat 01:32-dən saat 01:45-dək, saat 02:46-dan saat 03:10-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərinə, eləcə də, idarə etdiyi avtomobilə keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd qara rəngli sellofanda 6,98 qram çəkidə, idarə etdiyi “Mercedes Benz” markalı **-XR- *** dövlət qeydiyyat nişanlı avtomobilindən isə 1 ədəd siqaret formasında olan kağız bükümdə 0,08 qram çəkidə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 281-297-ci vərəqələrində olan 03 dekabr 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 14 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmaqla, onların barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6,93 qram, sonuncunun idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,06 qram və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 7,28 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri, eləcə də, narkotik vasitələrə aid olmayan 0,19 qram bitki mənşəli kütlə cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə 13 sentyabr 2023-cü il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş ilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd disklər də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 273-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 274-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31 və 51-ci vərəqələrində olan 13 sentyabr 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 196-197 və 201-202-ci vərəqələrindəki 14 sentyabr 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ucar RPŞ-nin MSY-dən azad edilmiş və onların barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 268-269-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 2022-ci il təvəllüdlü Uğur və 2023-cü il təvəllüdlü Ümid adında iki azyaşlı uşağı olan, eləcə də Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs1 barəsində Şəki Rayon İcra Hakimiyyəti başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 267, 270-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2 barəsində Şəki Rayon İcra Hakimiyyəti başçısının Baş Göynük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu Mənzil-İstismar Hissəsi 3 nömrəli Mənzil-İstismar Sahəsinin 14 may 2024-cü il tarixli, 43 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasında elan edilmiş məhkəmənin 21 fevral 2024-cü il tarixli, 1(063)- 17/2024 saylı qərarı əsasında "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə edilmiş disklərə məhkəmə istintaqı zamanı baxış keçirilmiş (audio-video qeydiyyatla) və baxış nəticəsində cinayət işinin mahiyyətinə aid olmayan məlumatlar olduğu aşkar edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlama və daşıma cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən İB-nin rəisi cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 03 dekabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, habelə sonuncuların əməllərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və onlar, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını və eləcə də, ailədə yeganə faydalı əməklə məşğul olmaqla, qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına, ailə şəraitinə təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 13 sentyabr 2023-cü il saat 01:25-dən 14 sentyabr 2023-cü il saat 17:10-dək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 21:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhəri ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 21:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bakı şəhəri daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşmançılıq hissi çəkməsini, ilk dəfə az ağır cinayət törətməsini əməlini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına, ailə şəraitinə təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 13 sentyabr 2023-cü il saat 00:35-dən 14 sentyabr 2023-cü il saat 16:30-dək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 21:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Şəki rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 21:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Şəki rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6,93 qram, sonuncunun idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,06 qram və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 7,28 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri, eləcə də, narkotik vasitələrə aid olmayan 0,17 qram bitki mənşəli kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə 13 sentyabr 2023-cü il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198-ci, 344-347-ci, 349cu, 351-353, 356, 358, 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 21:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 21:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bakı şəhəri daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 21:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Şəki rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 21:00-dan növbəti gün saat 09:00-dək yaşayış yerini və ümumiyyətlə, Şəki rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Şəki rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 6,93 qram, sonuncunun idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,06 qram və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş 7,28 qram qalıq çəkidə narkotik vasitə qurudulmuş marixuana kütlələri, eləcə də, narkotik vasitələrə aid olmayan 0,17 qram bitki mənşəli kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə 13 sentyabr 2023-cü il tarixdə videoçəkiliş ilə keçirilmiş şəxsi axtarışın, eləcə də Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı, ** XR *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan cəmi 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-17/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-17/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver