Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-17/2025 14.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 14 mart 2025-ci il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1997-ci il tarixdə Salyan rayonu, Qardili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Tatlar kəndində qeydiyyatda olan və Ağdaş rayonu, Ovçulu kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.1-ci maddəsi, xx xxxx 1995-ci il tarixdə Ucar rayonu, Müsüslü kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Ağdaş rayonu, Ovçulu kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 01 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan gündə və saatda tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib sonuncunun etibarnamə əsasında idarə etdiyi Qaz-3302 yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs məxsus Ucar rayonu, Şahlıq kəndi ərazisində yerləşən fermanın ərazisinə gəlib həyətyanı sahədə olan 1200 manat dəyərində hər birinin uzunluğu 6 metr təşkil edən, ümumilikdə 500 kiloqram çəkidə 8 ədəd mal-qaranın su içməsi üçün nəzərdə tutulmuş dəmir materialından olan “axur”ları götürməklə Zərərçəkmiş şəxs ümumilikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 01 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan gündə və saatda tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib özünün etibarnamə əsasında idarə etdiyi Qaz-3302 yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs məxsus Ucar rayonu, Şahlıq kəndi ərazisində yerləşən fermanın ərazisinə gəlib həyətyanı sahədə olan 1200 manat dəyərində hər birinin uzunluğu 6 metr təşkil edən, ümumilikdə 500 kiloqram çəkidə 8 ədəd mal-qaranın su içməsi üçün nəzərdə tutulmuş dəmir materialından olan “axur”ları götürməklə Zərərçəkmiş şəxs ümumilikdə 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, dayısı oğlu Təqsirləndirilən şəxs1 Qaz-3302 yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onunla birlikdə iki ay əvvəl həyətdən metalları yığaraq metal qəbulu məntəqəsinə təhvil verəndə o, Xəyal adlı kənd sakininə zəng edib dəmir satmaq istədiklərini demişdir. Xəyal Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan Ramil adlı şəxsin metal alıb-satmasını deyib onları Ramil yaşayan həyətə göndərmiş, Ramil metalı alsa da, hazırda hansı məbəğdə pul verməsi yadında qalmamışdır. 2024-cü ilin avqust ayının ortalarında Məftunla söhbət əsnasında metal işinin yaxşı olduğunu deyib davam etdirmək qərarına gəlmiş, bu məqsədlə Məftunun idarə etdiyi yuxarıda qeyd edilən avtomobillə Ucar rayonu, Şahlıq kəndi ərazisinə Türyançay çayın yaxınlığında yerləşən Rəşid adlı şəxsin fermasına gəlmişlər. Fermanın yaxınlığında açıq sahədə gəzişərkən yerdə mal-qaranın su içməsi üçün istifadə olunan açıq sahədə yerə qoyulmuş 8 ədəd təxminən 5-7 metr ölçülərdə dəmir “axur”lar görüb Məftunla axurları avtomobilin yük yerinə yığıb Məftunun yaşadığı ünvana gətirmişlər. Səhəri günü axurlar uzun olduqlarından köməkli iki yerə bölərək Qazelə yükləyib Ramil adlı şəxsə dəmirlərin özlərinə məxsus olmasına inandırıb təxminən 500 kq çəkidə axurları 225 manata Ramilə satmışlar. Əldə olunan məbləği Məftunla bərabər şəkildə bölüb xərcləmişdir. Onların bu əməlindən heç kimin məlumatı olmamış, oğurluğu ancaq Məftunla birlikdə törətmiş, bundan başqa heç bir oğurluq və sair qanunsuz əməl törətməmişdir. X1 fermasında olan dəmirlərin özünə məxsus olmasını, Ramilə satdıqları dəmirin pulundan Xəyala verilməsinin, ümumiyyətlə Xəyalın bu işdən xəbəri olmadığını bildirib Məftunun bu məzmunda ifadə verməsinin düzgün olmadığını bildirmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, odur ki, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, etibarnamə ilə idarə etdiyi Qaz-3302 yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşımaqla məşğul olmuş, bibisi oğlu Raufla həyətlərində olan metalları qeyd edilən avtomobilə yığaraq metal qəbulu məntəqəsinə təhvil verəndə Rauf Ağdaş rayonu Ləki qəsəbəsində yaşayan Xəyal adlı tanışına zəng edərək metal satmaq istədiyini bildirmişdir. Xəyal metal qəbul etmədiyini, amma Ağdaş rayonu Lək qəsəbəsində yaşayan Ramil adlı şəxsin metal alıb-satmasını deyib onları Ramilin ünvanına göndərmiş və Ramil də metalı yadında qalmayan qiymətə onlardan almışdır. 2024-cü ilin avqust ayının ortalarında saat 01 radələrində Raufla söhbət əsnasında metal işini davam etdirmək lazım olduğunu bildirib həmin Qazel markalı avtomobillə Ucar rayonu, Şahlıq kəndi ərazisinə Türyançay çayının yaxınlığına gəlmişlər. Orada əvvəllər tanıdıqları Rəşid adlı şəxsin çöllükdə yerləşən fermasının açıq sahədə yerə qoyulmuş 8 ədəd olmaqla 5-7 metr ölçülərdə heyvan yemləmək üçün nəzərdə tutulan dəmir axurları avtomobilin yük yerinə yığıb yaşadığı ünvana aparmışlar. Ertəsi günü axurlar uzun olduqları üçün Raufla iki yerə bölərək Qazelə yükləyib Ramil adlı şəxsə satanda Ramilə dəmirlərin oğurluq olmadığına inandıraraq ümumilikdə 500 kq çəkidə olan axurları 225 manata Ramilə satmışlar. Əldə olunan pulu aralarında bölüb xərcləmiş, onların bu əməlindən heç kimin məlumatı olmadığını, oğurluğu ancaq Raufla birlikdə törətməsini, bundan başqa heç bir oğurluq və sair qanunsuz əməl törətmədiyini bildirmişdir. 2024-cü ilin avqust ayının ortalarında günorta saatlarında Raufla yaşadıqları Ağdaş rayonu, Ovçulu kəndində söhbət edirkən Xəyal özünə məxsus Ucar rayonu Şahlıq kəndində Rəşid adlı şəxsin fermasında olan dəmirləri satmaq istəməsini, sadəcə vaxtı olmadığından sata bilməməsini bildirmişdir. Xəyaldan dəmirlərin qiymətini soruşanda Xəyal orada dəmirin çox olmasını,100 manata hamısını götürə biləcəklərini demiş, ertəsi günü Raufla birlikdə gecə saat 01 radələrində Ucar rayonu Şahlıq kəndində gedərək Rəşidin fermasından 8 ədəd axuru Qazelə yığıb həyətlərinə gətirmişdir. Səhəri Raufla birlikdə axurları iki yerə bölərək yenidən Qazelə yükləyib Ramilə dəmirlərin özlərinə məxsus olduğunu deyərək 225 manata Ramilə satıb sonra Raufun yanında əldə olunan puldan Xəyala 100 manat vermişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, odur ki, barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin verdiyi ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu Şahlıq kəndi ərazisində qamış və ağacdan tikilmiş və hazırda istifadəsiz olan hər bir tərəfi açıq hasarlanmamış ferması vardır. Fermanın hər bir tərəfi açıq olduğu üçün oraya hər kəsin girib çıxması mümkündür. 01 avqust 2024-cü il tarixdən, 15 avqust 2024cü il tarixədək olan müddətdə Fermanın yaxınlığında yerə qoyulmuş hər biri 6 metr uzunluğunda, 1,55 milli metr qalınlığında, 40 milli metrlik dəmir borudan hazırlanmış və 20 milli mertlik dəmir borudan ayaqlıqları olan 8 ədəd heyvan yemləmək üçün axurlar oğrulanmışdır.Oğurluq nəticəsində ona 1200 manat ziyan dəymiş və dəymiş ziyan hazırda ona ödənilmişdir. Həmçinin ifadəsində təhqiqat zamanı izahatında oğurluqla bağlı ona 2000 manat ziyan dəyməsini bildirsə də, sonradan hesablama yolu ilə 1200 manat ziyan dəyməsini müəyyən etdiyini qeyd etmişdir. Eyni zamanda, məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsi ilə təq sirləndirilən şəxslərdən şikayətçi olmadığını, dəyən maddi ziyanın ödənilməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, heç bir yerdə işləmədiyindən ailəsini dolandırmaq üçün Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən həyətində kimsə “xırda-para” dəmir və sair metal gətirdikdə alıb üzərinə 1-2 qəpik əlavə edərək bir yerdən metal qəbul edən şəxslərə satıb çörək pulu əldə etmişdir. 2024-cü ilin iyun ayında Xəyal adlı tanışı zəng edərək həmkəndliləri adlarını sonradan bildiyi Məftun və Rauf adlı şəxslərin metal gətirəcəyini bildirmiş, həmin şəxslər bir qədər yararsız dəmir parçalarını satıb çıxıb getmişlər. 2024-cü ilin avqust ayında Raufla Məftun yenidən yaşadığı ünvana mal-qaranın su içməsi üçün istifadə olunan dəmir borudan kəsilib hazırlanan təxminən 6-7 metr uzunluğunda 15 ədəd aşağı hissələrinə dəmir borudan qaynaqla ayaqlıqlar yapışdırılmış təxminən 500 kq ağırlığında axurlar gətirib özlərinə məxsus olmasını bildirmişlər. O, 225 manata axurları alıb bir qədərini tanımadığı şəxslərə satsa da, 1 ədədi ayaqlıqları ilə birlikdə həyətində qaldığı üçün polisə təqdim etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 140-cı vərəqində olan 24 oktyabr 2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərarda göstərilən 8 ədəd hər biri təxminən 6 metr ölçüdə olmaqla, qalınlıqları 1,55 mm və ümumi çəkisi 500 kq olan, 400 mm diamertlik dəmir borunu iki hissəyə bölməklə əldə olunan malqaranın su içməsi üçün istifadə olunan axurun satışı barədə yerli internet saytlarında elan olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 4-cü vərəqəsində olan 15 avqust 2024-cü il tarixdli şifahi ərizə protokolundan görünür ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, 01 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək olan müddət ərzində ona məxsus olan və Ucar rayonu, Şahlıq kəndi ərazisində yerləşən fermadan 8 ədəd dəmir axurlar oğurlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-10-cu vərəqələrində olan 15 avqust 2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və fotoşəkillərdən görünür ki, Ucar rayonu, Şahlıq kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus Ucar rayonu, Şahlıq kəndində yerləşən fermanın həyətinə baxış keçirilmiş, baxış zamanı fermanın ərazisinin ümumi 20 ha olması, fermanın ərazisində 2 yardımçı tikilinin və bir evin olması müşahidə edilmişdir, sorğu zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 01 avqust 2024-cü il tarixdən 15 avqust 2024-cü il tarixədək olan müddət ərzində ona məxsus fermanın mərkəzində olan tut ağacının yanında qoyulmuş və heyvanları yemləmək üçün nəzərdə tutulan 8 ədəd dəmir axurlar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar edilməmişdir. Baxış zamanı “Sony” markalı fotoaparatla hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32-34-cü vərəqələrində olan 21 avqust 2024-cü il tarixli təqdim edilən əşyalara baxış keçirib götürmə aparılması haqqında protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus dəmir axurları Ucar rayonu, Şahlıq kəndindən Zərərçəkmiş şəxs məxsus fermadan oğurlayaraq Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan Şahid satmışlar. Araşdırma zamanı Şahid həyətində olan 2,73 metr uzunluğunda, 1,55 mm qalılığında, 400 mm dəmir borudan hazırlanmış 1 ədəd heyvanların bəslənməsi üçün istifadə edilən əşyanı və 24 ədəd 20 mm-lik, 50 sm uzunluğunda dəmir boruları təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən həmin əşyaların satıldığını bildirdi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs yem axurunu və ayaqlarını tanıyaraq ona məxsus olmasını və oğurlanmış əşyaların bir hissəsinin olmasını bildirdi. Odur ki, həmin əşyalara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı “Samsung” markalı mobil telefonla şəkil çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 35-ci vərəqəsində olan 21 avqust 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan, eləcə də 50-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 18:49-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-ci vərəqəsində olan 21 avqust 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan, eləcə də 70-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:30-da Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-76-cı səhifələrində olan 22 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-ci səhifəsində olan 22 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 10:16da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci səhifələrində olan 22 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-cı səhifəsində olan 22 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 11:49da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-116-cı səhifələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Ovçulu kəndində yaşayırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində nümayəndəliyə heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 137-ci səhifəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ucar rayon mərkəzi xəstəxanası” X9 22 oktyabr 2024-cü il tarixli, 18-1-77/2-1353/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Ucar RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-ci səhifəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Salyan rayon mərkəzi xəstəxanası” X9 21 oktyabr 2024-cü il tarixli, 18-1-68/2-2009/2024 nömrəli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin, həkim-psixiatr Xatirə Ağayevanın məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 Salyan RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 149-cu səhifəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ağdaş rayon mərkəzi xəstəxanası” X9 23 oktyabr 2024-cü il tarixli, 18-1-22/2-1463/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhiəsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 150-ci səhifəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ağdaş rayon mərkəzi xəstəxanası” X9 23 oktyabr 2024-cü il tarixli, 18-1-22/2-1464/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhiəsəb xəstəlikləri üzrə qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 145-146-cı və 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 oktyabr 2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142-ci və 171-177-ci vərəqələrində olan müvafiq olaraq 24 oktyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma və 11 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 Xəyal Zəkəriyyəyevin əli ilə Zərərçəkmiş şəxs məxsus dəmir axurları oğurlamasını bildirməsi, sonradan isə üzləşdirmə zamanı bunu təsdiq etməməsi qeyri səmimi ifadə kimi nəzərə alınmış, Xəyal Zəkəriyyəyevin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X5 barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid həyətindən aşkar edilərək götürülmüş 2,73 sm uzunluğunda, 1,55 mm qalınlığında, 400 mm dəmir borudan hazırlanmış 1 ədəd axur və 50 sm uzunluğunda 20 mm diametrli 24 ədəd dəmir boruların 24 oktyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq Ucar RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi nəzərə alınmış və təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, hadisə yerinə baxış keçirilməsi, baxış keçirib götürmə aparılması, ifadələrin yerində yoxlanılması haqqında protokollar və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X4 tərəfindən notarial qaydada ərizədən görünür ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama, cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin elan olunmuş ifadəsi, şahidin ifadəsi, ekspertiza məlumatı və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə tövsif edilmiş və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə heç bir şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin, yaşayış yeri üzrə şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 21 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi və kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ağdaş rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə heç bir şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin, yaşayış yeri üzrə şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 21 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi və kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ağdaş rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-də saxlanılan 2,73 sm uzunluğunda, 1,55 mm qalınlığında, 400 mm dəmir borudan hazırlanmış 1 ədəd axur və 50 sm uzunluğunda 20 mm diametrli 24 ədəd dəmir borular zərərçəkmiş şəxs X2 qaytarılmalıdır. Eyni zamanda, zərərçəkmiş şəxs X2 dəymiş ziyanın ödənilməsi də nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ağdaş rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 01 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ağdaş rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-də saxlanılan 2,73 sm uzunluğunda, 1,55 mm qalınlığında, 400 mm dəmir borudan hazırlanmış 1 ədəd axur və 50 sm uzunluğunda, 20 mm diametrli 24 ədəd dəmir borular zərərçəkmiş şəxs X2 qaytarılsın. Eyni zamanda, zərərçəkmiş şəxs X2 dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-17/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-17/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver