Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-18/2025 23.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 23 aprel 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1984-cü il tarixində Ucar rayonu, Bağman kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 28 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə şöbənin qeydiyyatından çıxarılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Raspublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Raspublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 15 gün müddət bir günə iki gün hesablanmaqla 01 ay ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə olunan niyyətlə özgə əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs sonuncunu Zərdab rayon Mərkəzi Xəstəxanasına kompüterçi kimi işə düzəldəcəyinə yalan vədlər verib aldatmaqla Zərərçəkmiş şəxs ona 25 may 2024-cü il tarixdə, saat 17:00-da Zərdab şəhəri ərazisindən “E manat” ödəmə terminalı vasitəsi ilə Şahid3 adına olan 4169 7388 6991 8452 nömrəli kart hesabına göndərdiyi 2000 manat pulu 25 may 2024-cü il tarixdə, saat 17 radələrində həmin kart hesabından Ucar şəhərində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, eləcə də Zərərçəkmiş şəxs 12 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Zərdab şəhəri ərazisindən taksi sürücüsü Şahid1 vasitəsi ilə göndərdiyi 120 manat pulu 12 iyun 2024-cü il tarixdə, saat 14 radələrində Ucar rayonunun Qazyan kəndində “Qazyan Bazarı” deyilən ərazidə vahid niyyətlə əhatə olunan qəsdlə alıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2120 (iki min yüz iyirmi) manat pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. 2023-cü ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İstifadəsində 051 *** ** ** nömrə vardır, başqa nömrə işlətmir. Zərərçəkmiş şəxs ilə arasında olan münasibət nəticəsində sonuncunun etibarını və inamını qazanmışdır. Beləliklə, Vüsalə ona işsiz olduğunu bildirmiş, o isə Vüsaləni Zərdab rayon Mərkəzi Xəstəxanasına kompüterçi kimi işə düzəldəcəyinə yalan vədlər vermişdir. Zərərçəkmiş şəxs ona bu məqsədlə 25 may 2024-cü il tarixdə, saat 17:00-da Zərdab şəhəri ərazisindən “E manat” ödəmə terminalı vasitəsi ilə Şahid3 adına olan 4169 7388 6991 8452 nömrəli kart hesabına 2000 manat pul göndərmiş, İlqar həmin pulu ona çatdırmışdır. Bundan başqa, yenidən Vüsalənin atası tərəfindən həmin işlə bağlı 12 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Zərdab şəhəri ərazisindən taksi sürücüsü Şahid1 vasitəsi ilə göndərilən 120 manat pulu Ucar rayonunun Qazyan kəndində “Qazyan Bazarı” deyilən ərazidə əldə etmişdir. İbtidai istintaq zamanı təqsirini etiraf etməməsi ilə bağlı hissəyə münasibətdə isə qeyd etdi ki, əvvəl məsuliyyətdən yayınmaq məqsədilə bu cür ifadə vermişdir. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam şəkildə ödəmiş, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, göstərilən halların nəzərə alınaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında ifadəsi alınmış Zərərçəkmiş şəxs bildirdi ki, Ucar rayon sakini Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 2120 (iki min yüz iyirmi) manat pulunun ələ keçirməsi ilə bağlı Zərdab rayon polis şöbəsinə 19 iyun 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş, bununla bağlı izahatlar vermişdir. Təqsirləndirilən şəxs “tik-tok” sosial platformada 2024-cü ilin ilk aylarında tanımışdır. Belə ki, həmin sosial şəbəkədə canlı yayımda Zərdablı olduğunu bildirəndə, canlı yayıma Təqsirləndirilən şəxs də qoşularaq onunla ünsiyyət qurmuşdur. Həmin vaxt bir-birilərinin nömrəsini götürüb əlaqə saxladıqda Anar polis əməkdaşı olduğunu, əvvəllər Zərdab rayonunda polisdə işlədiyini, hazırda isə İsmayıllı rayonunda polisdə “əməliyyatçı” kimi işlədiyini və polis zabiti olduğunu ona bildirmişdir. Bir müddət danışdıqdan sonra uzaq qohumu və tanışı Şahid4 ondan işə düzəltmək üçün aldığı, lakin işə düzəltmək üçün adam tapa bilmədiyindən geriyə qaytardıqdan sonra borc kimi götürdüyü 1500 manat pulu sonuncudan nə cür ala biləcəyi barədə maraqlandıqda, Təqsirləndirilən şəxs ona “Vüsaldan həmin pulu alaram narahat olma” deyərək cavab vermiş və hara işə düzəlmək istədiyini soruşmuşdur. O isə Təqsirləndirilən şəxs Zərdab rayon Mərkəzi Xəstəxanasına komputerçi kimi düzəlmək istədiyini bildirəndə, Anar ona bu işdə köməklik göstərə biləcəyini, belə ki, Vüsalın borclu olduğu 1500 manatı alıb üstünə də 500 manat pul qoyub 2000 manat pul müqabilində bu işi həll edə biləcəyini, Zərdab rayon Mərkəzi Xəstəxanasının baş həkiminin qohumu olduğunu, özünün də polis əməkdaşı olduğuna görə bu işi rahatçılıqla görə biləcəyini söyləmiş və 2000 manat pul qarşılığında onu xəstəxanaya işə düzəldəcəyinə dair vəd vermişdir. Təqsirləndirilən şəxs inandırıcı və polis əməkdaşı kimi danışdığını görmüş və etiraz etməmişdir. Daha sonra Şahid4 nömrəsini Anara vermişdir. Anar Şahid4lə danışandan sonra 24 may 2024-cü il tarixdə sonuncu gəlib Anar adlı polis əməkdaşının zəng vurub ona borclu olduğu pulu qaytarmasını tələb etdiyini, ona görə də həmin pulu gətirdiyini bildirərək 1500 manat pulu ona qaytarmışdır. Anar isə tez-tez zəng vurub Vüsalın pulu gətirib ona verib-vermədiyini maraqlandığı üçün Anara zəng vurub Vüsalın 1500 manat pulu gətirib qaytardığını söyləmişdir. Anar da ona “görürsən polisin gücünü, hələ bu nədir ki” deyərək dərhal Zərdab rayon Mərkəzi Xəstəxanasına 2000 manat qarşılığında işə düzəlməyi ilə bağlı təklif irəli sürmüşdür. Anarın polis əməkdaşı olmasına, Vüsalın borclu qaldığı pulu qaytartdırdığına görə onu aldatmayacağına tam əmin olmuş və artıq tam inanaraq Təqsirləndirilən şəxs təklifini qəbul etmişdir. Anar bu işi görmək üçün yenə də 2000 manat pul lazım olacağını, həmin pulu Zərdab rayon Mərkəzi Xəstəxanasının baş həkiminə çatdıracağını bildirmiş və pulu deyəcəyi kart hesabına göndərməsini söyləmişdir. Təqsirləndirilən şəxs onunla 25 may 2024-cü il tarixdə günortadan sonra, saat 16 radələrində əlaqə saxlayaraq 4169 7388 6991 8452 kart hesabına pul göndərməsini bildirmiş, həmin kartın Şahid3 adlı şəxsin adına olması barədə onu məlumatlandırmışdır. O da az sonra, həmin tarixdə, saat 17 radələrində Zərdab şəhəri ərazisindən “E manat” ödəmə terminalı vasitəsi ilə Anarın dediyi Şahid3 adına olan 4169 7388 6991 8452 kart hesabına 2000 AZN pul göndərmiş və qəbzi özündə saxlamışdır. Anar da əvvəlcə pulun karta köçdüyünü təsdiq edərək daha sonra isə Ucar şəhərində “Kapital bankın” bankomatından çıxardığını da bildirmiş, heç nədən narahat olmamağını tapşırmış, 01 avqust 2024-cü il tarixdə artıq işə çıxacağını və təxminən 600 manat maaş alacağını bildirmişdir. Bundan sonra da, Təqsirləndirilən şəxslə danışmağı davam etmiş, hətta “tik-tok” sosial platformada Anarla canlı yayıma çıxaraq sonuncunun arxa tərəfində asılmış polis formasını da gördüyü üçün polis əməkdaşı olmasına heç bir şübhəsi qalmamışdır. Bir neçə gün sonra Təqsirləndirilən şəxslə danışarkən ona yaxın zamanda səndlərini götürüb xəstəxanaya, sonra isə təsdiqlənməsi üçün Səhiyyə Nazirliyinə təqdim olunacağını demiş, növbəti günlərdə isə əlaqə saxlayaraq təhsil haqqında diplomunun, komputer kursları keçməsi ilə bağlı sertifikatın, şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayış və sağlamlıq haqqında arayışlar alıb toplamasını tapşıraraq, özü xəbər edən zaman göndərməli olacağını söyləmişdir. O da həmin sənədləri toplayaraq Təqsirləndirilən şəxs xəbər vermiş, Anar da 12 iyun 2024-cü il tarixdə həmin sənədləri Səhiyyə Nazirliyinə təqdim etmək üçün göndərməsini, eyni zamanda sənədlərin təsdiqlənməsi üçün əlavə 120 manat pul göndərməsini, hazırda özünün Ucar rayonunda olduğunu bildirmişdir. O da tanışı olan taksi sürücüsü Şahid1 atası Raqufun vasitəsi ilə sənədləri və 120 manat pulu həmin tarixdə saat 13 radələrində göndərmiş, Nazir isə Anarla danışıb sənədləri və 120 manat pulu aparıb Ucar rayonu Qazyan kəndi ərazisində sonuncuya vermişdir. Saat 14 radələrində Anar pulu alandan sonra zəng vurub bu barədə məlumat vermiş və narahat olmamağını tapşıraraq 01 avqust 2024-cü il tarixdə artıq işə çıxacağına dair ona yalan vəd vermişdir. Lakin həmin müddət çatsa da, işdən heç bir xəbər çıxmamış, Anarın onu aldatdığından şübhələnərək zəng vurub pulları tələb etməyə başlamış, lakin Anar müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Sonra Təqsirləndirilən şəxs barəsində maraqlandıqda ona sonuncunun əvvəllər X1 işlədiyi, sonra xidmətdən xaric olunduğu, hazırda ümumiyyətlə heç bir yerdə işləmədiyi və mənfi xarakterizə olunduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs yalandan özünü polis əməkdaşı kimi təqdim etmiş, Şahid4 borclu olduğu pulu ona qaytartdırıb inam və etibar qazanmaqla, bunlardan istifadə edib sonradan işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq pullarını ələ keçirmişdir. Ona görə də məcbur olub Anarın barəsində polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs onu Zərdab rayon Mərkəzi Xəstəxanasına komputerçi kimi işə düzəldəcəyinə söz verdiyinə görə inanıb 25 may 2024-cü il tarixdə saat 17 radələrində Zərdab şəhərindən “E manat” ödəmə terminal vasitəsi ilə dediyi 4169 7388 6991 8452 kart hesabına 2000 manat, sonra isə topladığı sənədlərin Səhiyyə Nazirliyinə təqdim etmək və təsdiq olunması adı ilə göndərməsini bildirən zaman əlavə 120 manat istədikdə, 12 iyun 2024-cü il tarixdə saat 13 radələrində topladığı sənədlərlə bərabər 120 manat pulu taksi sürücüsü Şahid1 vasitəsi ilə Anara göndərmiş, sonuncu həmin tarixdə saat 14 radələrində pulu alaraq əlaqə saxlayıb Qazyan kəndində taksi sürücüsü ilə görüşüb pulu və sənədləri götürdüyünü bildirmiş və narahat olmamağını tapşıraraq 01 avqust 2024-cü il tarixdə artıq işə çıxacağına dair bir daha ona vədlər vermişdir. Beləliklə də Anara işə düzəlmək üçün ümumilikdə 2120 manat pul vermiş, lakin sonuncu onu aldadaraq həmin pulları ələ keçirmişdir. Anar ondan ilkin 2000 manat pulu alan ərəfələrdə ona “Whatsapp” vasitəsi ilə səsli mesaj ataraq İsmayıllı rayonunda işdə olduğunu, baş həkimlə danışandan sonra gəlib Zərdab rayonuna onunla görüşəcəyini, baş həkimin ondan pul götürməyəcəyini, yaxın və qohum olduqlarını bildirmişdir. Həmin səsli mesajı 1 ədəd kompakt diskə köçürərək araşdırma dövründə 2000 manat pul köçürməsinə dair qəbzlə birlikdə ilkin izahatına əlavə etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, odur ki, cinayət işinə xitam verilməsini xahiş edir (bu barədə yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Ucar rayon sakini Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs aldadaraq 2120 manat pulunu ələ keçirmişdir. Belə ki, qızı Vüsalə 2024-cü ilin əvvəllərindən Zərdab rayon mərkəzi Xəstəxanasına komputerçi kimi işə düzəlmək istəmiş, ona görə əvvəlcə uzaq qohumu olan Şahid4 bununla bağlı müraciət etmiş, sonuncu bu işi həll edə bilməmiş və sonradan Vüsalədən borca 1500 manat pul istəmişdir. Vüsalə də Şahid4 1500 manat borca verdikdən sonra Təqsirləndirilən şəxslə tanış olmuş və söhbət əsnasında xəstəxanaya işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə qızı Vüsaləyə polis əməkdaşı olduğunu, Zərdab rayon mərkəzi Xəstəxanasında qohumunun olduğunu, 2000 manat pul müqabilində Vüsaləni işə düzəldəcəyini bildirmişdir. Bundan sonra qızı Vüsalə uzaq qohumu olan Şahid4 borca verdiyi pulu elə Anarın köməkliyi ilə tez qaytartdırıb üstünə 500 manat qoymaqla 25 may 2024-cü il tarixdə Zərdab şəhərindən ödəmə terminalı vasitəsi ilə Anara göndərmiş, Anar isə Vüsaləyə tez zamanda işə çıxacağını bildirərək sənədləri toplamasını tapşırmış, daha sonra isə sənədləri və üzərində əlavə 120 manat pul istəmişdir. Belə ki, Vüsalə sənədləri və 120 manat pulu 11 iyun 2024cü və yaxud 12 iyun 2024-cü il tarixdə ona verərək Vaz 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərdab-Ucar yolunda taksi kimi fəaliyyət göstərən tanışları Şahid1 çatdırmasını, Anarın Qazyan kəndi ərazisində həmin taksini gözləyəcəyini deyərək, Anarın istifadəsində olan ***-***-**-** nömrəsini də əlaqə saxlamaq üçün ona verərək taksi sürücüsü Nazirə verməsini tapşırmışdır. O da günorta saatlarında aparıb Vüsalənin topladığı sənədləri və 120 manat pulu Nazirə vermiş, Nazir isə həmin pulu və sənədləri götürüb Ucar rayonu, Qazyan kəndi ərazisində, “Qazyan bazarı” deyilən yerdə Anara çatdıraraq ona bu barədə xəbər vermişdir. Daha sonra Anardan işlə bağlı heç bir xəbər çıxmamışdır. Sonradan onlara Təqsirləndirilən şəxs qızı Vüsaləni aldadıb Zərdab rayon mərkəzi Xəstəxanasına işə düzəldəcəyinə dair yalandan vədləri verərək sonuncunun ümumilikdə 2120 manat pulunu ələ keçirdiyi məlum olmuşdur. Ona görə də qızı Vüsalə Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Vaz 2106 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərdab-Ucar istiqamətində taksi fəaliyyəti ilə məşğul olur, istifadəsində ***-***-**-** nömrə vardır və başqa nömrə işlətmir. Zərdab şəhər sakini Zərərçəkmiş şəxs ailə üzvlərini tanıyır. Onlarla yaxşı münasibətləri vardır. Səhv etmirsə, 12 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Zərdab şəhərində olarkən Vüsalənin atası Şahid2 ona yaxınlaşaraq Ucara gedirsə, orada təxminən Qazyan kəndində bir nəfər şəxslə görüşüb həmin şəxsə sənədləri və pul çatdırmağını xahiş edərək yol haqqı kimi 4 manat pul vermişdir. O da sellofanda Vüsaləyə aid sənədləri və 120 manat pulu Raqufdan götürmüş, sonuncu həmin sənədləri və pulu götürəcək adamla əlaqə saxlamaq üçün 051 ***-**-** nömrəsini də ona vermişdir. Ucar şəhərinə yola çıxarkən Qazyan kəndinə çatana yaxın 051 ***-**-** nömrə ilə əlaqə saxlamış və həmin şəxs Qazyan bazarının yanında olduğunu ona bildirmişdir. Saat 14 radələrində həmin yerə çataraq bir daha həmin nömrə ilə əlaqə saxlayıb yerlərini dəqiqləşdirəndə, avtomobilini harada saxladığını demiş və həmin şəxs yolun o biri tərəfindən maşınını saxladığı tərəfə keçmişdir. Özünü Anar kimi təqdim edən həmin şəxsi birinci dəfə idi görmüş, Anar ondan sənədləri və çatacaq pulu istəmiş, o da dəqiqləşdirmək üçün Anara çatacaq pulun məbləğini soruşduqda, sonuncu ona sənədlərlə bərabər 120 manat pulun veriləcəyini bildirmişdir. Ona görə də sellofanda olan sənədlərlə 120 manat pulu Anara verib yoluna davam etmişdir. Sonradan ona həmin Anar adlı şəxsin Vüsaləni işə düzəltmək adı ilə pulunu alıb vədinə əməl etmədiyi, ona görə də Vüsalə Anarın barəsində polisə şikayət etməsi məlum olmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Bağman kəndində yaşayır. Vaz 2104 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisidir. Həmkəndli kimi Anar ilə normal münasibətləri vardır. Zərdab rayon sakini Zərərçəkmiş şəxs kim olduğunu bilməmiş və belə bir adda şəxslə hər hansı tanışlığı ümumiyyətlə olmamışdır. 25 may 2024-cü il tarixdə günorta saat 16 radələrində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb qardaşının 2000 manat pul göndərməli olduğunu, ona görə də istifadəsində bank kartı vardırsa, nömrəsini deməsini, kartına köçürüləcək pulu isə sonra onun avtomobili ilə gedib Ucar şəhərində bankomatdan çıxarmalarını xahiş edərək yol haqqı kimi 20 manat pul verəcəyini bildirmişdir. O da razılaşmış, Anardan bu barədə başqa heç nə maraqlanmadan özünə məxsus "xxxx"a aid 4169 7388 6991 8452 nömrəli kart nömrəsini Anara demişdir. Anar isə ona pul köçürəndə səhv getməməsi üçün soyadını və ata adını dəqiqləşdirmişdir. Təqsirləndirilən şəxs adını, soyadını və ata adını demiş, az sonra həmin 4169 7388 6991 8452 nömrəli kartına 2000 manat pul köçürülmüş, bu barədə telefonunda olan “Birbank” proqramına bildiriş gəlmişdir. O da Təqsirləndirilən şəxs bu barədə xəbər vermişdir. Təqsirləndirilən şəxs ondan arxasınca gəlib həmin pulu çıxarmağa aparmasını xahiş etmiş, taksi kimi aparıb gətirəcəyinə görə pulunu verəcəyini bildirmişdir. O da Anarın arxasınca kənddə yaşadıqları evin yanına getmiş, Anar yaxınlaşıb idarə etdiyi Vaz 2104 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, bir yerdə Ucar şəhərinə gələrək “4 yol” deyilən yerdə "xxxx"a aid bankomata 4169 7388 6991 8452 nömrəli kartını daxil edərək Anara göndərilmiş 2000 manat pulu çıxarıb Anarın özünə vermişdir. Anarı daha sonra yaşadığı evə qaytarıb aparmış, taksi pulu kimi Anar ona 20 manat pul vermişdir. O da pulu götürüb sağollaşıb getmişdir. Həmin 2000 manat pulu Anara real kimin göndərməsindən xəbəri və məlumatı olmamış, Anar ona qardaşının pul göndərdiyini bildirdiyinə görə özü də bu haqda artıq heç nə maraqlanmamışdır. Sonradan həmin 4169 7388 6991 8452 nömrəli kartından istifadə etmədiyi üçün banka gedib orada həmin kartı bağlatdırmış, hazırda başqa kartdan istifadə edir, lakin 4169 7388 6991 8452 nömrəli kartı ilə bağlı bütün əməliyyatlara dair məlumatlar telefonunda olan “Birbank” proqramında qalmışdır. Eyni zamanda həmin pulun kartına köçməsi ilə bağlı “Kapital Bankdan” çıxarış alıb təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan Ucar rayon prokurorunun 08 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Zərdab şəhər sakini Zərərçəkmiş şəxs 2120 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 6-cı vərəqəsində olan 25 may 2024-cü il tarixli qəbzdən görünür ki, “e-manat” ödəmə terminalı vasitəsi ilə 2000 manat pul müştəri adı A***** İ***** S***** oğlunun hesabına mədaxil edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-22-ci vərəqələrində olan 30 iyul 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Ucar rayonu, Qazyan kəndində yerləşən “Qəzyan” Ticarət mərkəzinin qarşısına gələrək Zərərçəkmiş şəxs atası Raqufun ona verdiyi 120 manat pulu və sənədləri 12 iyun 2024-cü il tarixdə məhz həmin yerdə Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 149-152-ci vərəqələrində 26 noyabr 2024-cü il tarixli təqdim edilmiş mobil telefona və bank çıxarışına baxış keçirilməsi barədə protokoldan, fotoşəkillərdən və ödəniş kartı üzrə çıxarışdan görünür ki, istintaq zamanı Şahid3 təqdim etdiyi istifadəsində olan mobil telefona və 2024-cü ilin may və iyun ayları üçün istifadəsində olmuş 4169 7388 6991 8452 kart hesabına dair bank məlumatlarını əks etdirən çıxarışa baxış keçirilmişdir. Baxış zamanı Şahid3 “Samsung A3” markalı mobil telefonda olan “Birbank” proqramında həmin 4169 7388 6991 8452 nömrəli karta dair məlumatlara baxış keçirilərkən həqiqətən 25 may 2024-cü il tarixdə həmin kart hesabına “E manat” ödəmə terminalı vasitəsi ilə 2000 manat pulun mədaxil olunduğu, az sonra isə həmin pulun ardıcıl olaraq 1900 manat bir dəfəyə, 100 manat isə bir dəfəyə məxaric olunduğu müəyyən edilmişdir. Həmçinin istintaq zamanı Şahid3 təqdim etdiyi "xxxx" ASCdən alınmış 4169 7388 6991 8452 kart hesabına dair bank məlumatlarını əks etdirən çıxarışlarla da müəyyən edilmişdir ki, 4169 7388 6991 8452 kart hesabı Şahid3 adına olmaqla 25 may 2024-cü il tarixdə həmin kart hesabına 2000 manat pulun mədaxil olunmuş, həmin tarixdə də az sonra isə həmin pulun ardıcıl olaraq 1900 manat bir dəfəyə, 100 manat isə bir dəfəyə məxaric olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-cü vərəqəsində olan 17 oktyabr 2024-cü il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 89-cu vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:50-də Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-cı vərəqəsində olan 19 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqəsində olan 19 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:00-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-cu vərəqəsində olan 19 oktyabr 2024-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, sonuncuya dəymiş ziyan ödənilmişdir, odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ucar rayon mərkəzi xəstəxanası” X3 tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli, 18-1-77/2-1358/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 oktyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, İsmayıllı Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Raspublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 28 yanvar 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə şöbənin qeydiyyatından çıxarılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Raspublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-140-cı vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(006)-20/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Raspublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Raspublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 15 gün müddət bir günə iki gün hesablanmaqla 01 ay ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 142,143-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Bağban kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyətinin Baçşısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət və ərizə daxil olmamış, Ucar rayonu, Bağban kəndində yaşadığı müddət ərzində özünü nizamintizamlı aparmış, kənd sakinlərinin dərin hörmətini qazanmışdır. 2013-cü il təvəllüdlü Şahismayıl adlı oğlu, 2015-ci il təvəllüdlü Suraxanım adlı qızı vardır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-155-ci vərəqələrində olan 26 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarlardan və 157-169-cu vərəqələrində olan 26 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə material ayrılıb rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 311, 32.4, 312-ci maddələrinin tərkib əlamətlərinin olması istisna olunması, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkib əlamətlərinin olmasının istisna olunması, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə material ayrılıb Ucar rayon prokurorluğuna göndərilməsi, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 178.1 maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə material ayrılıb Ucar rayon prokurorluğuna göndərilməsi, istintaq materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ilkin izahatına Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə Zərdab şəhəri ərazisindən “E manat” ödəmə terminalı vasitəsi ilə Şahid3 adına olan 4169 7388 6991 8452 nömrəli kart hesabına 2000 manat pul köçürməsini əks etdirən 1 ədəd qəbz, Şahid3 təqdim etdiyi telefonunda olan “Birbank” proqramında həmin kart hesabına “E manat” ödəmə terminalı vasitəsi ilə 2000 manat pulun mədaxil və sonra məxaric olunmasını əks etdirən fotoşəkilərin, həmin faktı əks etdirən "xxxx" ASC-dən alınmış 4169 7388 6991 8452 kart hesabına dair çıxarışlar, eləcə də Təqsirləndirilən şəxs səsini əks etdirən 1 ədəd CD Disk 26 noyabr 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, odur ki, cinayət işinə xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə olunan niyyətlə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs sonuncunu Zərdab rayon Mərkəzi Xəstəxanasına kompüterçi kimi işə düzəldəcəyinə yalan vədlər verib aldatmaqla Zərərçəkmiş şəxs ona 25 may 2024-cü il tarixdə, saat 17:00-da Zərdab şəhəri ərazisindən “E manat” ödəmə terminalı vasitəsi ilə Şahid3 adına olan 4169 7388 6991 8452 nömrəli kart hesabına göndərdiyi 2000 manat pulu 25 may 2024-cü il tarixdə tarixdə, saat 17 radələrində həmin kart hesabından Ucar şəhərində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan çıxarmaqla, eləcə də Zərərçəkmiş şəxs 12 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Zərdab şəhəri ərazisindən taksi sürücüsü Şahid1 vasitəsi ilə göndərdiyi 120 manat pulu 12 iyun 2024-cü il tarixdə, saat 14 radələrində Ucar rayonunun Qazyan kəndində “Qazyan Bazarı” deyilən ərazidə vahid niyyətlə əhatə olunan qəsdlə alıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2120 (iki min yüz iyirmi) manat pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə göstərir ki, tərəflər arasındakı münasibətlər dəyişmişdir. Yəni təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödəmişdir. Belə ki, zərərçəkmiş şəxs ərizəsində, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ona tam şəkildə ödənildiyini göstərib, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin iş üzrə icraata xitam verilməsinə etirazı olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə işin hallarını, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Zərərçəkmiş şəxs ilkin izahatına Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə Zərdab şəhəri ərazisindən “E manat” ödəmə terminalı vasitəsi ilə Şahid3 adına olan 4169 7388 6991 8452 nömrəli kart hesabına 2000 manat pul köçürməsini əks etdirən 1 ədəd qəbz, Şahid3 təqdim etdiyi telefonunda olan “Birbank” proqramında həmin kart hesabına “E manat” ödəmə terminalı vasitəsi ilə 2000 manat pulun mədaxil və sonra məxaric olunmasını əks etdirən fotoşəkilərin, həmin faktı əks etdirən "xxxx" ASC-dən alınmış 4169 7388 6991 8452 kart hesabına dair çıxarışlar, eləcə də Təqsirləndirilən şəxs səsini əks etdirən 1 ədəd CD Diskin 26 noyabr 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmalı və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut, maddi zərər və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 40, 43, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs ilkin izahatına Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə Zərdab şəhəri ərazisindən “E manat” ödəmə terminalı vasitəsi ilə Şahid3 adına olan 4169 7388 6991 8452 nömrəli kart hesabına 2000 manat pul köçürməsini əks etdirən 1 ədəd qəbz, Şahid3 təqdim etdiyi telefonunda olan “Birbank” proqramında həmin kart hesabına “E manat” ödəmə terminalı vasitəsi ilə 2000 manat pulun mədaxil və sonra məxaric olunmasını əks etdirən fotoşəkilərin, həmin faktı əks etdirən "xxxx" ASC-dən alınmış 4169 7388 6991 8452 kart hesabına dair çıxarışlar, eləcə də Təqsirləndirilən şəxs səsini əks etdirən 1 ədəd CD Diskin 26 noyabr 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması nəzərə alınsın və cinayət işinin materiallarında saxlanılsın. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-18/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-18/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver