Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-19/2024 14.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 14 fevral 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 28 avqust 1979-cu il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 5,63 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 29 noyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, Nəriman Nərimanov küçəsində saxlanılıb gətirildiyi Ucar rayon polis şöbəsinin inzibati binasının həyətində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara-boz rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunda 5,63 qram çəkidə satış məqsədi olmadan qanunsuz əldə edib daşımaqla üzərində saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mənası ona aydındır, özünü həmin maddə ilə təqsirli bilir, həmin maddədə nəzərdə tutulmuş məsuliyyətini başa düşür və törətmiş olduğu əmələ görə səmimi olaraq peşmandır. ünvan 3 ünvanda qeydiyyatda olmaqla anası Rəhilə Nuriyeva ilə birlikdə Ucar şəhəri, H.B.Zərdabi küçəsi döngə 1, ev 1 ünvanında yaşayır, subaydır. Təxminən iki il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Başqa növ narkotik vasitə və psixotrop maddə ümumiyyətlə istifadə etməmiş, həmçinin əvvəllər məhkum olunmamışdır. Sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi “Kia- Rio” **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada Ucar rayonu ərazisində taksi kimi kafelərin, mağazaların qarşısında dayanıb müştəri aparıb gətirməklə özünü və anası Rəhiləni dolandırmaqla məşğul olur. 29 noyabr 2023-cü il tarixdə saat 17:00 radələrində yaşadığı küçədə piyada tək evə gedərkən yolun kənarında 1 ədəd kibrit qutusu görmüş və həmin qutunu qaldırıb içərisinə baxanda içərisində “nəşə” adlandırdığı qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin vaxt yanında və ətrafda heç kimin olmadığına görə, həmin marixuana ilə dolu 1 ədəd kibrit qutusunu öz istifadəsi üçün əynindəki qara-boz rəngli gödəkcənin sağ yan cibinə qoyaraq saxlamış və 1-2 gün sonra təklikdə həmin marixuananı istifadə edəcəyini düşünmüşdür. Həmin gün axşam saat 23:00 radələrində “Kia-Rio” **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhəri ərazisinə çıxaraq N.Nərimanov küçəsində “letni” deyilən kafenin qarşısına getmiş, həmin vaxt yanında heç kim olmamışdır. Avtomobili kafenin qarşısında avtomobil yoluna yaxın yerdə saxlayıb çay içmək üçün kafeyə doğru piyada getmiş, bu zaman yerdən tapdığı kibrit qutusunda olan marixuana da həmin vaxt üzərində olmuşdur. O, avtomobildən kafeyə tərəf aralaşan zaman bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmağında, yəni narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onlarla birlikdə Ucar rayon polis şöbəsinə getməyi dəvət etmişlər. O polislərə etiraz etməyərək onlarla bir yerdə idarə etdiyi “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə polis şöbəsinə getmişdir. Avtomobili polis şöbəsinin həyətində, inzibati binanın qarşısında saxlayaraq qapılarını pultlu açarla kilitləyib açarı özündə saxlamışdır. Daha sonra, polis işçiləri onu vəkil Müdafiəçi ilə təmin etmişlər və o, şübhəli şəxs kimi saxlanılaraq hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmağı barədə qərar ona təqdim olunmuşdur. Bundan sonra, şifahi olaraq videoçəkilişlə üzərinə şəxsi axtarış, atomobilinə və yaşadığı ünvana isə baxış keçiriləcəyi bildirilmiş, bununla bağlı hər hansı etirazının olub-olmadığı ondan soruşulmuşdur. O, buna heç bir etirazının olmadığını bildirmiş və bundan sonra, polis şöbəsinin həyətində “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında videoçəkilişlə ona bir daha hüquq və vəzifələri izah olunaraq üzərində narkotik maddə və vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa, təqdim etməyi ona təklif olunmuş, o, ilk öncə polislərə yalandan üzərində heç nəyin olmadığını bildirmək istəsə də, lakin polislərin həmin marixuananı hər bir halda aşkar edəcəklərini düşünərək gödəkcəsinin sağ yan cibindən içərisində marixuana olan bir ədəd kibrit qutusunu, eləcə də özünə məxsus 1 ədəd qara rəngli “Poco M3” markalı sensorlu telefonu çıxarıb pilləkənin üzərinə qoymuşdur. Bundan sonra, üzərində başqa nə varsa onları da təqdim etməyi təklif olunduqda o, əynindəki gödəkcənin sol yan cibindən siqaret qutusu ilə 1 ədəd siqareti çıxarıb piləkənin üzərinə qoymuşdur. Daha sonra, üzərinə axtarış davam etdirilmiş və əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını da çıxarıb pilləkənin üzərinə qoymuşdur. Üzərinə keçirilən şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa heç nə aşkar edilməmişdir. Üzərindən aşkar edilərək pilləkənin üzərinə qoyulmuş siqaret qutusu, içərisində olan siqaretlər, mobil telefonu, avtomobilinin açarı nəzərdən keçirilmişdir. Eyni zamanda, qurudulmuş marixuana ilə dolu 1 ədəd kibrit qutusu açıldıqda, içərisində spesifik qoxuya malik yaşıl rəngli bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlənin nə olması və haradan əldə etməsi soruşulduqda o, həmin kibrit qutusundakı kütlənin “nəşə” adlandırdığı marixuana narkotik vasitəsi olduğunu, marixuananı tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş içərisində marixuana olan 1 ədəd kibrit qutusu 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Eyni zamanda “Poco M3” markalı mobil telefonu da 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənərək bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Həmçinin ona məxsus olan siqaretlər və “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarı iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Bundan sonra, polis şöbəsinin həyətində saxladığı “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobildən narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Üzərinə şəxsi axtarış, avtomoblinə isə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, polis əməkdaşları ona yaşadığı Ucar şəhəri, H.B.Zərdabi küçəsi döngə 1, ev 1 ünvanda baxış keçiriləcəyini bildirərək, bununla bağlı etirazının olub olmadığını soruşmuşlar. O, da yaşadığı ünvanda baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Bundan sonra, o, vəkili Müdafiəçi və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər. Videoçəkilişlə onun yaşadığı evin həyətinə və fərdi yaşayış evinə baxış keçirilmişdir. Lakin baxış zamanı yaşadığı evdən və həyətindən narkotik vasitə, psixotrop maddə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş və baxışda iştirak edənlər tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş marixuanadan heç kimə istifadə etmək üçün heç vaxt verməmiş, nə də ki satmamış, həmçinin özü də istifadə etməmişdir. Polislər tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, üzərinə şəxsi axtarış, avtomobilinə və yaşadığı ünvana baxış keçirilməmişdən əvvəl, eləcə də ilkin izahat verərkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmişdir. Narkotik vasitə istifadə etməsini və üzərində gəzdirməsini anası Rəhilə Nuriyeva ümumiyyətlə bilməmişdir. Marixuana tapmağını, üzərində marixuana gəzdirməyini başqa heç kim bilməmiş və o, bu barədə heç kimə heç nə deməmişdir. Odur ki, əməlindən səmimi peşmanlıq hissi keçirməsinin, ilk dəfə cinayət törətməsinin, himayəsində köməyə ehtiyacı olan anasının olmasının nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan minimal həddə cəza verilməsini xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 3 ünvanda qeydiyyatda olan və Ucar şəhəri, H.B.Zərdabi küçəsi döngə 1 ev 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı münasibəti, düşmənçilik və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni üzərində və avtomobilində gəzdirməsi, eləcə də yaşadığı ünvanda saxlaması barədə 29 noyabr 2023-cü il tarixdə əməliyyat aparatına daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00 radələrində Ucar şəhəri, N.Nərimanov küçəsində yerləşən “Letni” adlanan kafeyə gedəcəyi bildirilmişdir. Həmin məlumatla bağlı tərəfindən Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yerini müəyyən edib polis şöbəsinə gətirilməsi üçün o, əməliyyat qrupunun üzvləri ilə yəni Ucar RPŞ-nın KCMQnun baş əməliyyat müvəkkili Şahid3 və NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə həmin tarixdə, yəni 29 noyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Ramilin gələ biləcəyi yeri, yəni Ucar şəhəri, N.Nərimanov küçəsində yerləşən “Letni” adlanan kafenin ətrafını müşahidəyə götürmüşlər. Bundan az sonra, saat 23:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək kafenin qarşısında avtomobili yola yaxın yerdə saxlayıb avtomobildən düşərək piyada kafeyə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında və ətrafda başqa heç kim olmamışdır. O, Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 və KCMQ-nun baş əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmasında, üzərində avtomobilində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu, bu səbəbdən də, onlarla birlikdə Ucar rayon polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və bir yerdə sonuncunun idarə etdiyi “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə getmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili polis şöbəsinin inzibati binasının həyətində saxlayıb, qapılarını pultlu açarla kilitləyərək açarı özündə saxlamışdır. Daha sonra, Ucar RPŞ-nin müstəntiqi Mahir İsayev tərəfindən sənədləşdirmə prosesinə başlanılmışdır. Təqsirləndirilən şəxs vəkil Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah olunaraq videoçəkilişlə üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, bununla bağlı hər hansı etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın, idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, polis şöbəsinin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və baxış prosesi NH-nin növbətçi köməkçisi Şahid4 tərəfindən “Panasonic” markalı videokamera ilə qeydə alınmışdır. X1 tərəfindən Təqsirləndirilən şəxs bir daha hüquq və vəzifələri izah olunaraq üzəridə narkotik vasitə, psixotrop maddə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər varsa, təqdim etməsi təklif olunduda sonuncu əynindəki qara-boz rəngli papaqlı gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunu, eləcə də 1 ədəd qara rəngli “Poco” markalı sensorlu telefonu çıxarıb pilləkənin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa nə varsa onları da təqdim etməsi təklif olunduqda sonuncu, əynindəki gödəkcənin sol yan cibindən siqaret qutusu ilə 1 ədəd siqareti də çıxarıb piləkənin üzərinə qoymuşdur. Daha sonra, tərəfindən Təqsirləndirilən şəxs üzəri bir daha yoxlanılmış və əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı aşkar olunaraq piləkənin üzərinə qoyulmuş, Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Ramilin üzərindən aşkar edilərək piləkənin üzərinə qoyulmuş siqaret qutusu, içərisində olan siqaretlər, mobil telefonu, avtomobilin açarı nəzərdən keçirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs gödəkcəsinin sağ yan cibindən çıxardığı bir ədəd kibrit qutusu açıldıqda, içərisində spesifik qoxuya malik yaşıl rəngli bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlənin nə olması və haradan əldə etməsi ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə, sonuncu həmin kibrit qutusundakı kütlənin “nəşə” adlandırdığı marixuana narkotik vasitəsi olduğunu, həmin marixuananı tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd kibrit qutusu 1 ədəd kağız zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Eyni zamanda, Ramilin üzərindən aşkar edilmiş 1 ədəd “Poco” markalı mobil telefon da 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Siqaretlər və “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra, “Kia-Rio” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobilindən narkotiok vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Şəxsi axtarış və avtomobilə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda baxış keçiriləcəyi bildirilmiş və bir daha bununla bağlı etirazının olub-olmadığı sonuncudan soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs, vəkili Müdafiəçi və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvana getmişlər. Videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış prosesi sahə rəisi Cəmşid Məcidov tərəfindən “Panasonic” markalı videokamera ilə qeydə alınmışdır. Lakin baxış zamanı Ramilin evindən və həyətindən də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuananı real olaraq haradan və ya kimdən əldə etməsini, eləcə də narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, KCMQ-nun baş əməliyyat müvəkkili Şahid3, NH-nin məsul növbətçinin köməkçisi Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-42-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2023-cü il tarixli, 17/824 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu ..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir(İ siyahı). Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 5,58 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 20 dekabr 2023-cü il tarixli, 2092 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqələrində olan 30 noyabr 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokolundan görünür ki, 30 noyabr 2023-cü il tarixdə saat 00:19-dan saat 00:34-dək, 01:20-dən 01:36-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində, eləcə də, idarə etdiyi avtomobildə və yaşadığı ünvanda keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara-boz rəngli papaqlı gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-66-cı və 126-135-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 01 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə barədə, eləcə də 21 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş 01 dekabr 2023-cü il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 5,58 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, saxlanması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 30 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana və avtomobilinə keçirilmiş baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 107-108-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 01-ci səhifəsində olan 30 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-ci vərəqəsində olan 30 noyabr 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 24-cü vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:10-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-cü vərəqəsində olan 01 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-120-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla Ucar şəhəri, H.B.Zərdabi küçəsi döngə 1, ev 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhəri üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməyini, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 2/3 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdən 01 dekabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 5,58 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 30 noyabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat 97 qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 5,58 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 30 noyabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana və avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 35,97 (otuz beş manat 97 qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-19/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-19/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver