Məhkəmə qərarları › İş №1(063)-2/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-2/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-2/2025 26.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə 26 fevral 2025-ci il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü ildə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ucar Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(063)-34/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan, Ucar Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(063)-25/2024 saylı qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 26 yanvar 2015-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ucar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(063)-115/2015 saylı, 25 fevral 2015-ci il tarixli qətnaməsini, həmçinin alimentin miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-6057/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ucar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(063)-41/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 01 aprel 2023-cü il, 01 may 2023-cü il və 01 iyun 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 03 oktyabr 2018-ci il tarixdən sonuncu təqdimat verilənədək, yəni 24 iyun 2023-cü il tarixinə kimi 5841,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə onlara məxsus həyət evinin tikintisi zamanı tanış olmuş və belə münasibətləri yaranmışdır. Təxminən 2010-cu ildə el adəti ilə ailə qurmuşlar, 2012-ci ildə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 22 fevral 2012-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhərində kirayə yaşamışlar. Həmin vaxtlar Bakı şəhərində inşaat şirkətində işləmişdir. Əvvəllər Hüsniyə ilə münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Belə ki, Hüsniyənin xəyanət etdiyini bildikdən sonra ayrılmaq qərarına gəlmişlər. Hüsniyə himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(063)-115/2015 saylı, 25 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən ondan 26 yanvar 2015-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, daha sonra Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-6057/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək ondan 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ucar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə aliment ödənişləri etsə də, imkanının kifayət qədər olmadığından aliment borcu yaranmışdır. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ucar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmişdir. Təqdimat verilən günə, yəni 24 iyun 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 5841,00 manat təşkil etmişdir. Hazırda əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə olan aliment borcunu tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində başlanmış cinayət işinə xitam verilməsini xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxs, şahid ifadəsi və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin sakini kimi tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2010-cu il tarixdə el adəti ilə ailə qurmuşlar, 2012-ci il tarixdə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 22 fevral 2012-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra ilk vaxtlar kirayə daha sonra onun valideynləri ilə birlikdə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs tikinti şirkətində usta kimi fəaliyyət göstərmiş və yetərli qazanc əldə etmişdir. Əvvələr Qismət ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Qismət xəyanət edib başqa qadınla münasibətdə olduğundan, qazandığı pulları həmin qadına xərclədiyindən, övladı ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(063)- 115/2015 saylı, 25 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 yanvar 2015-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ucar Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-6057/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 22 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bundan sonra da, Qismət məhkəmə qətnaməsi üzrə təyin edilmiş alimenti ödəməmişdir. Məhkəmə qətnamələrini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ucar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli inzibati qərarına əsasən isə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 24 iyun 2023-cü il tarixə ödənməmiş aliment borcu 5841,00 manat təşkil etmişdir. Hazırda təqsirləndirilən şəxs ona olan aliment borcunu tam olaraq ödəmişdir, odur ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmamasının nəzərə alınaraq cinayət işinə xitam verilməsinə etirazı yoxdur (bununla bağlı yazılı şəkildə ərizə ilə məhkəməyə müraciət etmişdir). Məhkəmə iclasında dindirilmiş şahid Ucar rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar Rayon Məhkəməsinin 2(063)115/2015 saylı 25 fevral 2015-ci il tarixli icra sənədinə əsasən,borclu Təqsirləndirilən şəxs 26 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 90,00 manat aliment tutulub 22 fevral 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6057/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2(063)- 1150/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 22 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Ucar rayon icra və probasiya şöbəsində müvafiq olaraq 31 mart 2015-ci il və 19 noyabr 2021-ci il tarixlərində icraata başlanılmış, 19 noyabr 2021-ci il tarixdə ümumi icraatda birləşdirilmiş, icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. İcra məmurunun çağırışlarından yayındığı üçün axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, şöbənin əməkdaşları tərəfindən borclu 12 fevral 2018-ci il tarixdə şöbəyə təqdim edilmiş, borclunun izahatı alınaraq yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir, lakin borclu tələbi icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ucar Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli,3(063)-31/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin yaranmış aliment borcunun ödənişini təmin edilməmişdir. Ucar Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 8(063)-36/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu barəsində 01 oktyabr 2018-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat istintaq orqanına göndərilmiş, 12 noyabr 2018-ci il tarixli qərarla cinayət işi başlanılmış və ibtidai istintaqı aparılmış,cinayət işi məhkəməyə göndərilmişdir. Ucar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 1(063)0-34/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə olan cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra edildiyindən ona qarşı cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Lakin bundan sonra borclu aliment öhdəliklərin icrasından yayınaraq yaranmış aliment borcunun və cari alimentin ödənişlərini təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə Ucar rayon Polis Şöbəsi tərəfindən saxlanılaraq Ucar RİPŞ-nə təqdim edilmiş, izahatı alınmış, həmin tarixə hər iki icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Ucar Rayon Məhkəməsinin 3(063)-41/2023 saylı 14 mart 2023-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən protokol təmin edilmiş, borclu 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş,lakin yaranmış aliment borcunun ödənişi təmin edilməmişdir. Nəticədə borclu Təqsirləndirilən şəxs tərəfindən 02 oktyabr 2018-ci il tarixdən 25 iyun 2023-cü il tarixə qədər Ucar rayon Məhkəməsinin 2(063)115/2015 saylı 25 dekabr 2015-ci il tarixli icra sənədi üzrə 984,00 manat ödənilib, 2166,00 manat ödənilməmişdir, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6057/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 175,00 manat ödənilib, 3675,00 manat ödənilməmişdir. Hər iki icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs 5841,00 manat ödənilməmiş aliment borcu qalmışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün İsitintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayon Məhkəməsinin 2(063)115/2015 saylı 25 fevral 2015-ci il tarixli icra sənədinə əsasən, borclu Təqsirləndirilən şəxs 26 yanvar 2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 90,00 manat aliment tutulub 22 fevral 2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6057/2021 nömrəli, 06 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli, 2(063)- 1150/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 22 fevral 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində aliment tutulub tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Ucar rayon icra və probasiya şöbəsində müvafiq olaraq 31 mart 2015-ci il və 19 noyabr 2021-ci il tarixlərində icraata başlanılmış, 19 noyabr 2021-ci il tarixdə ümumi icraatda birləşdirilmiş, icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. İcra məmurunun çağırışlarından yayındığı üçün axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Ucar Rayon Polis Şöbəsinə göndərilmiş, şöbənin əməkdaşları tərəfindən borclu 12 fevral 2018-ci il tarixdə şöbəyə təqdim edilmiş, borclunun izahatı alınaraq yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir, lakin borclu tələbi icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ucar Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli,3(063)-31/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Borclu Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, lakin yaranmış aliment borcunun ödənişini təmin edilməmişdir. Ucar Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 8(063)-36/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən borclu barəsində 01 oktyabr 2018-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat istintaq orqanına göndərilmiş, 12 noyabr 2018-ci il tarixli qərarla cinayət işi başlanılmış və ibtidai istintaqı aparılmış,cinayət işi məhkəməyə göndərilmişdir. Ucar rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli 1(063)0-34/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə olan cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra edildiyindən ona qarşı cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Lakin bundan sonra borclu aliment öhdəliklərin icrasından yayınaraq yaranmış aliment borcunun və cari alimentin ödənişlərini təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə Ucar rayon Polis Şöbəsi tərəfindən saxlanılaraq Ucar RİPŞ-nə təqdim edilmiş, izahatı alınmış, həmin tarixə hər iki icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Ucar Rayon Məhkəməsinin 3(063)-41/2023 saylı 14 mart 2023-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən protokol təmin edilmiş, borclu 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş,lakin yaranmış aliment borcunun ödənişi təmin edilməmişdir. Nəticədə borclu Təqsirləndirilən şəxs tərəfindən 02 oktyabr 2018-ci il tarixdən 25 iyun 2023-cü il tarixə qədər Ucar rayon Məhkəməsinin 2(063)115/2015 saylı 25 dekabr 2015-ci il tarixli icra sənədi üzrə 984,00 manat ödənilib, 2166,00 manat ödənilməmişdir, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6057/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 175,00 manat ödənilib, 3675,00 manat ödənilməmişdir.Hər iki icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs 5841,00 manat ödənilməmiş aliment borcu qalmışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün İsitintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 10-11-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 fevral 2015-ci il tarixli, 2(063)-115/2015 saylı qətnaməsinin, eləcə də işin 9-cu vərəqəsində olan eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, 26 yanvar 2015-ci il tarixdən başlayaraq 22 fevral 2012-ci il təvəllüdlü Aynurun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 90 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-ci vərəqəsində olan 31 mart 2015ci il tarixli Ucar rayon icra və probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 25 fevral 2015-ci il tarixli, 2(063)-115/2015 saylı icra sənədi icra olunması üçün 31 mart 2015-ci il tarixdə Ucar rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 32, 105-106-cı vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli, 3(063)-31/2018 saylı və 14 mart 2023-cü il tarixli, 3(063)41/2023 saylı qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək hər iki qərar üzrə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(063)-34/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-82-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış 06 avqust 2021-ci il tarixli, 2(060)-6057/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı aliment miqdarının artırılması tələbi barədə iddiası təmin edilmiş, alimentin miqadarı dəyişdirilərək 22 fevral 2012-ci il təvəllüdlü Aynurun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 175 manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60, 61, 63 və 86-cı vərələrdə olan bildirişlərdən və 73,114,115 və 116-cı vərələrində olan xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 163-cü vərəqəsində Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 sentyabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 1(063)-34/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış cinayət işinə xitam verilmişdir və sonuncu əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 169-cu vərəqəsində olan 06 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 201-202-ci vərəqələrində olan 27 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçilmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 dekabr 2023-cü il tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Bərgüşad kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-168-ci vərəqələrində olan 06 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin, digər şahid ifadələrin, protokolların və toplanmış digər sənədlərin iş üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilərək məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona olan aliment borcu tam olaraq ödənilmişdir, odur ki, cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. İş materiallarına əlavə olunmuş Ucar Rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(063)-25/2024 saylı qərarından görünür ki, xx xxxx 1984-cü ildə Ucar rayonu, Bərgüşad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməsi və onun barəsində axtarış elan olunması, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsi, tutma protokolunun surətinin məhkəməyə göndərilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilməsinə dair məhkəməyə məlumat verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 21 dekabr 2024-cü tarixli, 3-13-115/2-22933/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RPŞ-yə gətirilib 21 dekabr 2024-cü il tarixdə, saat 01:40-da Ucar RPŞ-nin NH-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərarını qərəzli olaraq tam icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı məhkəmə göstərir ki, tərəflər arasındakı münasibətlər dəyişmişdir. Yəni təqsirləndirilən şəxs aliment borcunu zərərçəkmiş şəxsə tamamilə ödəmişdir. Belə ki, zərərçəkmiş şəxs ərizəsində, təqsirləndirilən şəxs tərəfindən aliment borcunun ona tam şəkildə ödənildiyini göstərib, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ittiham üzrə olan aliment borcunu tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin iş üzrə icraata xitam verilməsinə etirazı olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 iyul 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxsin həmin maddənin “Qeyd” hissəsinə əsasən təkrarən cinayət məsuliyyətindən azad edilməsi istisna edilmir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində təsbit olunmuş cinayət əməlini törətmiş şəxs həmin maddənin “Qeyd” hissəsində göstərilmiş şərtləri yerinə yetirdiyi halda, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 175.2 və 175.5-ci maddələrinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut, maddi zərər və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39, 40, 43.3, 321.2.1, 344-347, 356, 358 və 384-cü maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar