Məhkəmə qərarları › İş №1(063)-20/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-20/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-20/2025 21.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2001-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar şəhəri, Koroğlu küçəsi, ev 28-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 03 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Ucar rayonu, Gəraybəyli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi sayılan evinin həyətinə hasarın üzərindən keçərək həyətdə olan saxlanc yeri hesab edilən hamama qanunsuz daxil olub oradan sonuncuya məxsus 300 manat dəyərində 1 ədəd qara rəngli 29 ölçüdə, “Berkut” markalı velosipedini götürərək Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanda valideynləri ilə birlikdə yaşamış, lakin bir müddətdir ki, valideynləri Bakı şəhərinə köçmüşlər. Ucar rayonu, Gəraybəyli kəndində yaşayan Zərərçəkmiş şəxs onun dayısıdır. Valideynləri Bakı şəhərinə getdikdən sonra tək qalmaması üçün dayısı Zərərçəkmiş şəxs onu öz evinə ailəsi ilə birlikdə yaşamağa dəvət etmiş, eyni zamanda onu Qarabağ zonasına özü ilə ustalıq etməyə aparmış, o da hər ay maaş alaraq qazanc əldə etmiş və dolanışığı yaxşı olmuşdur. Dayısı Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə qalmış və xərcləri ümumi olmuşdur. Hadisədən bir neçə ay əvvəl dayısı Zərərçəkmiş şəxs borclarını qaytarmaq üçün ondan pul istəmiş, o da sonuncuya maaşından pul vermişdir. Eyni zamanda, dayısı Elşad evin həyətində saxlayıb artırmaq üçün birlikdə toyuq, qaz və ördək almağı ona təklif etmiş, bunun üçün sonuncuya təxminən 1000 manat pul vermişdir. Lakin bir müddət sonra xəstəlik düşdüyündən həmin quşların hamısı tələf olmuşlar. Onların aralarında pul ilə bağlı heç bir problem olmamış, bir yerdə yaşadıqları üçün pul ilə bağlı heç bir zaman narazılıqları yaranmamışdır. Birgə yaşadığı dayısı Elşadgilin evinə bir neçə dəfə sərxoş vəziyyətdə gəlmiş, dayısı Elşadın və ailə üzvlərinin isə dindar olduqları, yəni namaz qıldıqları üçün sonuncular tərəfindən ona qarşı narazılıqlar yaranmışdır. Həmçinin işə getmək istəmədiyindən dayısı Zərərçəkmiş şəxs ona spirtli içkini tərgitməyəcəyi halda onunla münasibətlərini pozacağını və evində bir yerdə yaşaya bilməyəcəyini ona söyləmişdir. Oğurluq etməmişdən təxminən bir ay əvvəl bir neçə dəfə dayısı Elşadgilə sərxoş getdiyinə görə aralarında yenə narazılıq yaranmış, dayısı Elşad və arvadı Şəhla ona öz evinə çıxıb getməsini bildirərək bir daha yaşadıqları evə gəlməsinə qadağa qoymuşlar. Dayısı Elşad spirtli içkini tərgitməyəcəyi halda onu öz evinə buraxmayacaqlarını bildirmişdir. O, dayısı Elşaddan incidiyi üçün oradan ayrılaraq öz qeydiyyatda olduğu ünvana, yəni ünvan 2ir. O, işləmədiyi və maaş almadığı üçün dolanışığı çətinləşdiyindən 2024-cü ilin oktyabr ayının əvvəllərində dayısı Elşadı Ucar şəhərində görüb sonuncudan 100 manat borca pul istəmiş, sonuncuya Bakı şəhərinə getmək üçün pul lazım olduğunu bildirmişdir. Dayısı Elşad isə həmin pulu da spirtli içkiyə verəcəyini söyləyərək ona pul verməkdən imtina etmişdir. O, dayısı Elşada narazılıq edərək dəfələrlə borclarını qaytarmaq, eləcə də toyuq, qaz və ördək almaq üçün pul verdiyini, ümumilikdə onlarda qaldığı dövrdə 2000 manat pul xərclədiyini, indi isə ona 100 manat verə bilmədiyini söyləmiş və belə olduğu halda onun xərclədiyi pulları qaytarmasını tələb edərək narazılıq etmişdir. Dayısı Elşad isə ona “mənimlə qalmısan, özün xərcləmisən da, əlindən almışdım, yoxsa səni məcbur etmişdim” deyərək ona cavab vermişdir. Dayısı Elşadın sözləri ona çox pis təsir etmiş, bu sözlərinə əsəbləşərək dayısı Elşada ziyan vurmağı barədə, hər hansı dəyərli və lazım olan əşyasını götürməyi barədə fikrləşmiş və sonuncunun sürdüyü qara rəngli “Berkut” markalı velosipedinin olduğunu xatırlamışdır. Həmin velosipedi oğurlayıb evinə aparmağına, sonra isə mümkün olsa satıb pul əldə etməyə qərarlaşmışdır. Spirtli içki qəbul etdiyinə görə dayısı Zərərçəkmiş şəxs və arvadı Şəhla onu evlərinə gəlməyinə qadağa qoyduqları üçün həmin velosipedi Elşadgil yatanda, yəni gecə saatlarında oğurlamaq barədə fikirləşmişdir. 08 oktyabr 2024-cü il tarixdə, gecə saat 01 radələrində sərxoş vəziyyətdə evə gedərkən dayısı Elşaddan acıq almaq üçün, sonuncunun velosipedini oğurlayıb evinə aparmağa qərar vermişdir. Ona görə də saat 03-dən sonra dayısı Elşadgilin yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evinin qarşısına getmişdir. Elşadgilin həyət qapısı bağlı vəziyyətdə olmuş, həmçinin küçədə heç kim olmamışdır. O, ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra küçədən giriş qapısından sol tərəfdə olan hasara yaxınlaşaraq ayağını qaz borusunun üzərinə qoyub hasarın üzərinə çıxmış və hasardan hamamın üzəri ilə həyətə keçərək həyətdə hasarın yanında küncdə bir qədər dayanıb gözləmiş, həyətdə heç kimin olmadığına və onu görmədiyinə tam əmin olmuşdur. Eyni zamanda, həyəti nəzərdən keçirmiş, lakin velosipedi orada görməmiş, həyətdəki küçə qapısından sol tərəfdə olan hamamın qapısını açıb içəriyə baxdıqda dayısı Elşadın “Berkut” markalı velosipedinin orada olduğunu görmüşdür. Daha sonra səs çıxmaması və heç kimin həyətə çıxmaması üçün asta-asta həyətin küçə qapısının kilidini arxadan açmış və qapını açıq saxlamışdır. Daha sonra “Berkut” markalı velosipedi oğurlamaq üçün tez hamama daxil olmaqla həmin velosipedi oradan götürüb həyətin qapısına yaxınlaşaraq küçəyə çıxmış və qapını örtmədən velosipedlə ordan uzaqlaşıb velosipedi öz yaşadığı evin həyətinə aparmışdır. Dayısı Elşadın həyətinə keçməsini, eləcə də velosipedi həyətdən çıxarmasını heç kim görməmişdir. Oğurluğa tək getmiş, yanında heç kim olmamış, nə oğurluq barədə əvvəlcədən, nə də sonradan heç kimə heç nə deməmişdir. Polisdə ilkin izahat verəndən sonra araşdırma zamanı onun və dayısı Zərərçəkmiş şəxs iştirakı ilə müşahidə kameralarından götürülmüş görüntülərə baxış keçirilmiş, həmin görüntülərdə açıq-aydın onun həyətə hasardan keçərək velosipedi götürüb həyətdən çıxmağının əks olunduğunu görmüşdür. Məhkəmədən dəymiş ziyanı tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, törətdiyi əməli etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə edilməsini və ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Gəraybəyli kəndində yaşayır. Ev ustası kimi çalışaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun bacısı oğludur, İlqar ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Bacısı oğlu Təqsirləndirilən şəxs ünvan 3 ünvanda valideyinləri ilə birlikdə yaşamış, valideyinləri Bakı şəhərinə köçdükdən sonra həmin evdə tək qalmışdır. Ona görə də, İlqarı öz evinə dəvət edərək sonuncuya ailə üzvləri ilə birlikdə yaşamasını təklif etmişdir. Xeyli müddət bacısı oğlu Təqsirləndirilən şəxs onun evində yaşamış, eyni zamanda maraqlanıb İlqara iş də tapmışdır. 2024-cü ilin ilk aylarından İlqar onunla birlikdə Qarabağ zonasında usta kimi işləyərək maaş almaqla özünü dolandırmışdır. İlqar ilə bir yerdə qalıb, pulu bir yerdə xərcləmiş, münasibətləri də yaxşı olmuşdur. Onun borcları olduğundan həmin borcları qaytarmaq üçün bir neçə dəfə bacısı oğlu Təqsirləndirilən şəxs pul istəmiş, sonuncu da ona pul vermişdir. Əvəzində o da İlqar üçün pul xərcləmişdir. Eyni zamanda, 2024-cü ilin yay aylarında İlqara toyuq, qaz və ördək alıb həyətdə saxlamaqla artırmaq istədiyini bildirmiş, İlqar da qaz, ördək almaq üçün ona təxminən 1000 manat pul vermişdir. O, ev quşlarının alınması ilə yanaşı özü də pul qoyaraq, ördək, qaz və çolpa, həmçinin yemlərini alıb həyətə gətirmişdir. Lakin bir müddət sonra həmin ev quşlarına xəstəlik düşdüyündən həmin quşların hamısı tələf olmuşlar. İlqar ilə aralarında pul ilə bağlı heç bir problem olmamış, bir yerdə yaşamağa və bir yerdə pul xərcləməyə davam etmişlər. Son zamanlar isə İlqar spirtli içkiyə qurşandığından və işinə laqeyd yanaşdığından aralarında narazılıq yaranmış, İlqara spirtli içkini tərgitdirmək istəmiş, lakin buna nail ola bilməmişdir. İlqar onu sözlərinə məhəl qoymamış, eyni zamanda işdən də çıxmışdır. 2024-cü ilin sentyabr ayının ilk günlərində bir neçə dəfə Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onun evinə gəldiyindən o və həyat yoldaşı Şahid1 buna narazılıq etmişlər və özü də daxil olmaqla ailə üzvlərinin namaz qıldıqları üçün sərxoş vəziyyətdə evlərinə gəldiyinə görə İlqardan çıxıb öz evinə getməsini tələb edərək bir daha yaşadıqları evə gəlməsini qadağan etmişlər. İlqara əgər tövbə edərsə və spirtli içki qəbul etməyi təmiz tərgidəcəyi halda evlərinə buraxacağını bildirərək şərt qoymuşlar. İlqar da təxminən 2024-cü ilin sentyabr ayının əvvələrində onlardan ayrılaraq Ucar şəhəri, Koroğlu küçəsi, ev 28 ünvanda yerləşdiyi evinə köçmüşdür. İlqarı işə qaytarmaq istəmiş, lakin sonuncu onun sözlərinə əməl etməmiş, əksinə ondan incikli qalmış və spirtli içki qəbul etməyə davam etmişdir. İlqara yaşadığı evdə özünün, həyat yoldaşı Şahid1 və oğlu Şahid2 namaz qıldıqlarını, ona görə də onların evinə ümumiyyətlə spitli içkinin, eləcə də spirtli içki qəbul edən şəxslərin daxil olmasını dini prinsiplərə zidd olduğunu, spirtli içkini tərgidərsə, onların evinə gəlib yenidən onlarla yaşaya biləcəyini bildirmiş, əks halda onlara bir daha gəlməməsini tələb etmiş, yəni evlərinə bir daha gəlməsinə İlqara qadağa qoymuşdur. Eyni zamanda, həyat yoldaşı Şəhla da Təqsirləndirilən şəxs hər dəfə sərxoş vəziyyətdə onların evinə gəldiyinə görə narazılıq etmiş və İlqara yaşadıqları evə gəlməsinə qadağa qoyaraq bir daha onların evinə gəlməməsini bildirmişdir. Bundan sonra İlqar onların evinə bir aydan artıq müddət ərzində gəlməmişdir. Özünə məxsus qara rəngli 29-luq “Berkut” markalı velosipedi olmuşdur. O, həmin velosipedi yeni vəziyyətdə, 1 il əvvəl bazardan 450 manata almış və işdə olmayanda gündəlik sürmüşdür. Həmçinin, o, heç kimə həmin velosipedi sürməyə verməmiş, yəni özündən başqa həmin velsipedi heç kimin sürməsinə icazə verməmişdir. Ona görə də, özü sürməyəndə velosipedi həyətindəki hamamda gözə görünməyən yerdə saxlamışdır. 2024-cü ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs şəhərdə onu görmüş və 100 manat borca pul istəmiş, Bakı şəhərinə getmək üçün pulunun olmadığını bildirmişdir. O isə İlqarın həmin pulu spirtli içkiyə verəcəyini güman edib, sonuncuya pul verməkdən imtina etmişdir. İlqar isə ona borclarını qaytarmaq, eləcə də toyuq, qaz və ördək almaq üçün ona dəfələrlə pul verdiyini, birlikdə işlədikləri zaman və onun evində qalan zaman da pul xərclədiyini bildirərək 100 manat pul vermədiyinə görə ona narazılıq etmişdir. O isə İlqara pulu xərcləməyə heç kimin onu məcbur etmədiyini bildirmiş, İlqar isə deyinə-deyinə ondan aralanıb getmişdir. Elə ən çoxu bu səbəbdən də, yəni İlqarın ondan 100 manat pul istəyərkən pul verməkdən imtina etməyini, bu səbəbdən də İlqarın ondan qərəzli qala biləcəyi və hər an gəlib evlərindən xəlbət oğurluq edə biləcəyi ehtimalının olmasını nəzərə alaraq səhəri günü oğlu Nərimanla həyətini və küçə tərəfdən həyətin qarşısını əhatə edən hissəyə müşahidə kameraları quraşdırmışlar. Bundan isə Təqsirləndirilən şəxs xəbəri olmamışdır. 07 oktyabr 2024-cü il tarixdə o, 29” ölçülü, “Berkut” markalı velosipedini şəhərdə sürdükdən sonra, axşam saat 18 radələrində yaşadığı evə qayıdaraq həmin velosipedi həyətində giriş qapsından sol tərəfdə olan hamamda saxlamışdır. Gecə saat 23 radələrində yatmağa gedərkən isə küçə qapısını arxadan bağlamışdır. 08 oktyabr 2024-cü il tarixdə, saat 06 radələrində o, sübh namazına yuxudan ayıldıqdan sonra həyətə düşmüş və küçə qapısının açıq olduğunu görüb kiminsə gecə həyətinə daxil olaraq küçə qapısını içəridən açıb çıxdığını anlamışdır. O, həyəti nəzərdən keçirəndə heç nəyin oğurlanmadığını aşkar etmiş, həyətdəki hamama daxil olanda isə orada saxladığı həmin 29 ölçülü, “Berkut” markalı velosipedinin oğurlandığını aşkar etmişdir. DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, polislər yaşadığı ünvana gəldikdə o, “Berkut” markalı velosipedinin oğurlanmasında bacısı oğlu Təqsirləndirilən şəxs şübhələndiyini söyləmişdir. Polis əməkdaşları tərəfindən sənədləşdirmə aparılaraq hadisə yerinə baxış keçirilmiş, eyni zamanda evinin həyətində olan videomüşahidə kameralarına polislərlə birlikdə baxdıqda velosipedinin həqiqətən Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 03 radələrində həyətinə hasardan keçərək küçə qapısının kilidini ehtiyatla açıb qapını açıq saxladığını, daha sonra sol tərəfdəki hamamdan velosipedi oğurlayaraq qapıdan küçəyə çıxardaraq qapını açıq saxlayıb getdiyini görmüşlər. İlkin araşdırma zamanı həmin görüntülərə polis şöbəsində onun və İlqarın iştirakları ilə baxış keçirilərkən İlqar həmin görüntülərdə olan şəxsin özünün olmasını bir daha təsdiq etmişdir. Əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Gəraybəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, ev ustası kimi çalışaraq ailəsini dolandırır. Özü və ailə üzvləri dindar olduqları üçün hamısı namaz qılırlar. Təqsirləndirilən şəxs onların qohumu, yəni həyat yoldaşı Elşadın bacısı oğludur. İlqar valideynləri ilə birlikdə Ucar şəhəri, Koroğlu küçəsi, ev 28 ünvanda yaşamış, valideynləri Bakı şəhərinə köçdükdən sonra Təqsirləndirilən şəxs tək həmin ünvanda yaşamağa davam etmişdir. Onlar heç zaman İlqara qarşı pis münasibəti olmamış, əksinə İlqarı heç zaman tək qalmağa qoymamışlar. Tək qalmaması üçün həyat yoldaşı Zərərçəkmiş şəxs bacısı oğlu İlqarı evlərinə gətirmiş, eləcə də İlqara iş taparaq öz yanında birlikdə işləməyə aparmışdır. İlqar onlarla bir evdə qalmış, Elşadla birlikdə işə gedib gəlmişdir. Həyat yoldaşı Elşadla İlqar arasında heç bir zaman narazılıq və mübahisə olmamışdır. Elşad İlqardan bir neçə dəfə pul istəmiş, sonuncu Elşada pul vermişdir. 2024-cü ilin sentyabr ayının əvvəllərindən Təqsirləndirilən şəxs bir neçə dəfə onların evinə sərxoş vəziyyətdə gəlmiş, evdə hamı namaz qıldığı üçün İlqarın sərxoş vəziyyətdə evə gəlməsi bütün ailə üzvlərinin, ilk növbədə özünün ciddi narazılığına səbəb olmuşdur. İlqara bu barədə xəbərdarlıq etsələr də, sonuncu onların sözlərinə məhəl qoymamışdır. Ona görə də, o və həyat yoldaşı Elşad İlqardan çıxıb öz evinə getməsini, bir daha onların evə gəlməməsini tələb edərək, İlqara bir daha yaşadıqları evə gəlməsinə ümumiyyətlə qadağa qoymuşlar. İlqar da inciyərək özünün əvvəllər tək yaşadığı Ucar şəhəri, Koroğlu küçəsi, ev 28 ünvanda yerləşən evinə getmiş və bir daha onlara gəlməmişdir. 2024-cü ilin oktyabr ayının əvvələrində həyat yoldaşı Zərərçəkmiş şəxs evə gələrək şəhərdə İlqarın ondan Bakı şəhərinə getmək adı ilə 100 manat pul istədiyini, sonuncuya pulu spirtli içkiyə verəcəyini deyərək pul verməkdən imtina etdiyini, İlqarın da onlarla bir yerdə yaşadığı dövrdə xərclədiyi, eləcə də Elşadla işləyən zaman sonuncuya verdiyi pulları qaytarmasını tələb etdiyini, narazılıq edərək və deyinərək uzaqlaşdığını bildirmişdir. Elşad həmin vaxt “İlqardan hər şey gözləmək olar, oğurluq üçün evə gəlib girər birdən” deyərək hər ehtimala görə həyətə və küçə qapısının qarşısına müşahidə kameraları quraşdırmağı təklif etmişdir. Oğlu Şahid2 da səhəri günü bir neçə müşahidə kamerası alıb həyətə və küçə qapısının qarşısına quraşdırmışdır. Kameraların quraşdırılmasından İlqarın məlumatı olmamışdır. Bir neçə gün sonra isə, yəni 08 oktyabr 2024-cü il tarixdə səhər tezdən həyat yoldaşı Zərərçəkmiş şəxs yuxudan ayılıb həyətə düşərkən gecədən kilidini bağlı saxladığı küçə qapısının açıq olduğunu görmüş, kiminsə gecə həyətlərinə daxil olaraq küçə qapısını içəridən açıb çıxdığını bilmişdir. Elşad həmin vaxt həyətdəki hamamda axşamdan saxladığı özünə məxsus qara rəngli “Berkut” markalı velosipedinin oğurlandığını aşkar etmiş, ona görə də DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Polislər yaşadıqları ünvana gəldikdə həyat yoldaşı Elşad “Berkut” markalı velosipedinin oğurlanmasında bacısı oğlu Təqsirləndirilən şəxs şübhələndiyini bildirmiş, polis əməkdaşları tərəfindən sənədləşdirmə aparılarkən videomüşahidə kameralarına da baxış keçirilmiş, həmin görüntülərlə velosipedin həqiqətən də Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 03 radələrində həyətlərinə hasardan keçərək hamamdan oğurladığı və həyətin qapısından küçəyə çıxardaraq qapını açıq saxlayaraq getdiyi müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Gəraybəyli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, ailə üzvləri ilə birlikdə onunla yaxınlıqda yaşayırlar. Elşadın həyat yoldaşı Şahid1 ilə yaxşı münasibətləri olduğundan sonuncuların evinə gediş-gəlişi vardır. Şəhla heç bir yerdə işləmir, Elşad isə ev ustası olmaqla ailəliklə dindardılar. Rəhimov X3 bacısı oğludur. Sonuncunun valideyinləri Bakı şəhərinə köçdükdən sonra Ucar şəhərində tək yaşamaması üçün Elşad İlqarı öz evlərinə gətirmiş, eyni zamanda yanında iş taparaq özü ilə işə aparıb gətirmişdir. 2024-cü ilin yay aylarında Təqsirləndirilən şəxs dayısı Elşadın evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Səhla namaz qıldıqları üçün İlqarın sərxoş vəziyyətdə onların evinə gəlməsindən həmişə gileylənmidir. Həmin ilin sentyabr ayında İlqar tez-tez sərxoş vəziyyətdə birgə yaşadıqları evə gəldiyindən Şəhlagil İlqardan çıxıb öz evinə getməsini tələb etmiş və sonuncunu evə buraxmamışlar. Həmin vaxtdan sonra İlqar dayısı Elşadın evinə ümumiyyətlə gəlməmişdir. Söhbət əsnasında Şahid1 Elşadla birlikdə ümumiyyətlə İlqara evlərinə gəlməsinə qadağa qoyduqlarını bildirmişdir. 2024-cü ilin oktyabr ayının təxminən 10-da Şəhla söhbət zamanı ona 08 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında Elşadın bacısı oğlu İlqarın həyətlərinə xəlbət hasardan keçərək küçə qapısını arxadan açaraq həyətdəki hamamdan Elşada məxsus velosipedi oğurlayıb apardığını, oğurluq hadisəsinin təzəliklə quraşdırdıqları müşahidə kameralarına düşdüyünü, İlqarın barəsində polisdə araşdırmanın getdiyini bildirmişdir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 noyabr 2024-cü il tarixli, 9/8822 nömrəli rəyindən görünür ki, anoloji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Berkut” markalı 29 ölçülü velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 167,50 manat (175 manat+160 manat): 2 müəyyən olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən yaxşı xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini və törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Ucar şəhəri, Koroğlu küçəsi, ev 28-də yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd qara rəngli, 29 ölçüdə olan “Berkut” markalı velosiped Zərərçəkmiş şəxs qaytarılmalı, habelə iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun qaytarılması hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs оğluna göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar şəhəri, Koroğlu küçəsi, ev 28 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd qara rəngli, 29 ölçüdə olan “Berkut” markalı velosiped Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun qaytarılması hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar