Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-21/2024 18.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, 18 noyabr 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1978-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, X6 küçəsi, ev 8-də qeydiyyatda olan və Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 10 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının CMnin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ucar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 4(063)-2/2024 saylı qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində Şahid1 işlətdiyi mağazanın qarşısında həmin küçədə yaşayan Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında olan mübahisəni bəhanə edib sonuncunu söyüb təhqir edərək saymazyana hərəkətlərlə özünü ətrafdakılara qarşı qoyub, davranışı ilə ictimai qaydalara açıq hörmətsizlik edən, əxlaq normalarını kobud surətdə pozan və qarşılıqlı davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər törətməklə, aralarında yaranmış mübahisəni ictimai qaydalara zidd olaraq, zor tətbiq etmək yolu ilə həll etmək iqtidarında olduğunu nümayiş etdirib ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xüsusilə qərəzli hərəkətlər edərək idarə etdiyi VAZ 21100 markalı, 6072 PH-7 dövlət qeydiyyat nişanlı avtomobildən götürdüyü istintaqla müəyyən edilməyən kəsici əşyadan silah qismində istifadə edib Zərərçəkmiş şəxs qarşı zor tətbiq olunması ilə müşayiət olunan zərbə vuraraq, sonuncuya sağ əlin İV-V barmaqlararası nahiyənin kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirib xüsusilə qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CMin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə baş verməzdən təxminən 01 ay əvvəl o, Zərərçəkmiş şəxsla mübahisəsi olmuşdur. Belə ki, Qamət həmin zaman spirtli içki qəbul etdiyindən onunla mübahisə etmişdir. O, Qaməti həmin vaxt sakitləşdirmişdir. 09 avqust 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Ucar şəhəri Azərbaycan küçəsində yerləşən Şahid1 işlədən mağazadan alış-veriş etmək məqsədi ilə idarə etdiyi VAZ 21100 markalı, 6072 PH-7 dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlmişdir. Bu zaman Qaməti orada görmüş və sonuncuya barışmaq məqsədilə yaxınlaşaraq telefon nömrəsini istəmişdir. Lakin Qamət razı olmamış və onunla mübahisə etməyə başlamışdır. Daha sonra o, mübahisənin dərinləşməməsi üçün Qamətdən aralanıb mağazaya tərəf hərəkət etmiş, Qamət isə onun dalınca mağazaya tərəf gəlmiş və qəfildən ona yumruq zərbəsi vurmaq istəsə də, zərbə ona dəyməmişdir. Bu haldan o, qıcıqlanaraq Qamətə əks zərbə endirməyə başlamışdır. Qamətə vurduğu zərbənin təsirindən sonuncu yerə yıxılmış və o hadisə yerindən uzaqlaşaraq idarə etdiyi avtomobilə tərəf getmiş, Qamət isə onun ardınca gəlmiş və onu avtomobilinə minməyə imkan verməmişdir. O, yaranmış vəziyyətdən çıxamaq üçün, yəni özünü müdafiə etmək üçün avtomobilin yanında, yerdə olan qıymakeşi götürmüş və özünü müdafiə etmək istəmiş və bu zaman Qamətə qiymakeşlə zərbə dəydiyindən xəbəri olmamışdır. Daha sonra, hadisə yerinə yol polisinin əməkdaşları gəlmiş və o, avtomobilinə minərək hadisə yerindən uzaqlaşmışdır. Dava təxminən 5 dəqiqə davam etmişdir. Hesab edir ki, baş vermiş hadisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladığından onun əməli ibtidai istintaq orqanı tərəfindən səhv olaraq Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs yaxınlaşmaqda məqsədi mübahisə etmək deyil, əksinə aralarında barışıq əldə etmək istəmişdir. Zərərçəkmiş şəxs isə həmin gün də, yəni 09 avqust 2023-cü il tarixdə spirtli içki qəbul etmiş vəziyyətdə olduğundan ona qarşı aqressiv davranmış və mübahisəni başlayaraq ona yumruq zərbəsi endirməyə çalışmış, lakin buna nail ola bilməmiş, eyni zamanda, o, zərərçəkmiş şəxsə vurduğu zərbədən sonra hadisə yerini tərk etmək istəsə də, Qamət ona qarşı davanı davam etdirmək niyyətində olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq onun əməlinin Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsindən Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinə tövsif edilməsini, eləcə də Zərərçəkmiş şəxsla aralarında barışıq əldə edildiyindən və sonuncunun ona qarşı heç bir şikayəti və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ucar RPŞ-nin müstəntiqi tərəfindən araşdırmanın düzgün aparılmaması, həmçinin hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxsla əvvəllər yaxşı münasibəti olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təxminən 2023-cü ilin iyul ayında Ucar şəhərində Qamətlə aralarında mübahisələri olandan sonra münasibətləri pozulmuşdur. 09 avqust 2023-cü il tarixdə, saat təxminən 22 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən Şahid1 işlədən mağazadan alış-veriş etmək məqsədi ilə idarə etdiyi VAZ 21100 markalı, 6072 PH-7 dövlət qeydiyyat nişanlı avtomobillə oraya gələndə mağazanın qarşısında dayanan Qamətə salam verərək çay içməyə dəvət edib barışıq təklif etmiş, lakin Qamət razı olmayıb ona yumruq atmış, zərbə sifətinə dəysə də, xəsarət almamış, bundan sonra o da Qaməti yumruqla vurmağa başlayanda Qamət yerə yıxılmışdır. Orada olan Şahid2 onları aralaşdırmağa başlayanda idarə etdiyi avtomobilə tərəf qaçıb Qamət və orada olanlardan ehtiyat edib avtomobildə olan ət doğramaq üçün nəzərədə tutulmuş “qıymakeşi” özünü müdafiə etməsi üçün əlinə götürmüşdür. Orada olan və hadisədən xeyli vaxt keçdiyi üçün yadında qalmayan adamlar onları aralaşdırmış və o, idarə etdiyi avtomobilə oturub gedəndə “qıymakeşi” gecə vaxtı avtomobildən yadında qalmayan yerə atmışdır. O, “qıymakeşlə” Qaməti vurmadığını, söyüb təhqir etmədiyini və mobil nömrəsini istəmədiyini aralarında olan dava-dalaşın təxminən 5 dəqiqə davam etməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Aralarında heç bir ədavət və ya düşmənçilik olmayıb. 09 avqust 2023-cü il tarixdə spirtli içi qəbul etdiyindən baş vermiş hadisə ilə bağlı bəzi xüsusatları dəqiq xatırlamır, yaddaşında qaldığı qədəri ilə həmin gün təxminən saat 22 radələrində yaşadığı Ucar şəhəri, Azərbaycan küçəsində Şahid1 işlətdiyi mağazanın qarşısında olarkən Rüstəm idarə etdiyi avtomobillə oraya gəlib ona yaxınlaşmış və onu çay içməyə dəvət etmişdir. O, qıcıqlanaraq buna etiraz etmiş və həmin zaman aralarında mübahisə başlamışdır. Daha sonra, Rüstəm ondan aralaşaraq mağazaya tərəf getdikdə o, Rüstəmə tərəf gedərək sonuncuya yumruq zərbəsi endirmiş, lakin zərbə Rüstəmə dəyməmişdir. Rüstəm isə onu yumruqla vurmuş və o, ayağı ilişərək yerə yıxılmışdır. Daha sonra, Rüstəmə qarşı aqressiv olduğundan dava davam etmiş, lakin Rüstəmin qıymakeşi haradan və hansı şəraitdə götürməsini xatırlamır. Sonradan əlinin qanını görmüş və mağazaya tərəf yaxınlaşaraq əlinin qanını yumuşdur. Orada olan şahidləri dəqiq tanımır və hadisəni təxmini xatırlayır. Dava-dalaş təxminən 5-10 dəqiqə davam etmiş İş materiallarına əlavə edilmiş və özündə hadisənin görüntüsünü əks etdirən video disklə tanış olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (bununla bağlı yazılı ərizəsinidə təqdim etmişdir). Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış və yaxın münasibətləri olmuş, sonralar arlarında baş vermiş şəxsi məsələ ilə bağlı olan mübahisəyə görə münasibətləri pozulmuşdur. 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı Ucar şəhəri, Azərbaycan küçəsində Şahid1 işlətdiyi mağazanın qarşısında olarkən Rüstəm idarə etdiyi avtomobillə oraya gəlib onu başı ilə işarə verib yanına çağıraraq mobil nömrəsini istəyəndə nömrəsinin Rüstəmdə olmasını bildirsə də, sonuncu əl çəkmədiyi üçün mobil nömrəsini vermişdir. Rüstəm zəng edib başqa vaxt görüşmək istədiyini deyəndə görüşəsi olsa dava-dalaş olmasından ehtiyat edib görüşməkdən imtina etmişdir. Həmin vaxt Rüstəm görüşməyənin ünvanına söyüşlər söydüyü üçün məcbur olub sonuncuya 1 dəfə yumruq atmış, amma yumruq Rüstəmə dəyməmiş, bundan sonra Rüstəm hücum çəkib yumruqla onun harasına gəldi vurub yerə yıxmışdır. Ayağa qalxanda Rüstəm bir daha hücüm çəkib onu vurmağa cəhd edəndə qonşuluqda yaşayan Şahid2 onları aralaşdırmış, Rüstəm idarə etdiyi avtomobilə doğru qaçaraq avtomobildən ət doğramaq üçün nəzərdə tutulmuş metal rəngli "qıymakeş" götürüb yenə ünvanına söyüşlər söydüyündən Rüstəmə tərəf gedərək yumruq atmış, Rüstəm isə əlində olan kəsici əşya ilə hücüm çəkib zərbələr atmağa başlayanda zərbələrdən biri sağ əlinin barmaqlar arası nahiyəsinə dəyib həmin nahiyəni kəsmişdir. Orada olan adamlar Rüstəmi sakitləşdirməyə çalışanda o, əlinin qanını yumuş, Rüstəm avtomobilinə oturub gedəndən sonra yarasının qanı kəsmədiyindən məcbur olub Ucar RMX-ya müraciət etmişdir. Rüstəmin onu çay içməyə dəvət etməsinin düzgün olmadığını, dava-dalaşın baş verməsinə səbəb Rüstəmin ünvanına söyüşlər söyməsi, hadisə zamanı orada qonşuları Teymur, İlham, Ceyhun və Ucar şəhər sakini Mahir adlı və adları yadında qalmayan şəxslərin olmaları, dava-dalaşın təxminən 10-15 dəqiqə davam etməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ilkin və əlavə ifadələrində göstərdi ki, Ucar şəhəri, Azərbaycan küçəsində özünə məxsus ərzaq mağazası vardır. Ucar şəhər sakinləri Rüstəm və Qamət adlı şəxsləri tanıyır, onların heç biri ilə ədavəti və sair münasibəti olmamışdır. 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Mahir və Asif adlı şəxslər mağazada alış-veriş edərkən Mahir mağazadan çölə çıxanda mağazanın qarşısında küçədə dava-dalaşın olmasını bilmişdir. O, mağazadan bayıra çıxanda görmüşdür ki, Rüstəm idarə etdiyi avtomobilə oturub çıxıb getmiş, sonra hadisə yerinə gələn polis əməkdaşları onun razılığı ilə mağazasına quraşdırdığı kameradan Rüstəm və Qamətin arasında baş vermiş dava-dalaşın görüntülərini köçürüb götürmüşlər. Dava-dalaş başlamazdan əvvəl mağazada olduğundan göstərdiklərindən başqa heç nə eşidib, görmədiyini, mağazasında elektrik tez-tez kəsildiyi üçün müşahidə kamerasında saat sistemi pozulduğundan hadisənin saatı texniki səbəblərə görə 14 radələrində olması kimi çəkilmiş, əslində hadisə 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində baş vermişdir. Baş vermiş dava-dalaş təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada qonşulardan Teymur, İlham, Ucar şəhər sakinləri Mahir, Asif və tanımadığı adamlar da olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Ucar şəhəri, Azərbaycan küçəsində özünə məxsus ərzaq mağazası vardır. Ucar şəhər sakinləri Rüstəm və Qamət adlı şəxsləri tanımış, onların heç biri ilə ədavəti və sair münasibəti olmamışdır. 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Mahir və Asif adlı şəxslər mağazada alış-veriş edərkən Mahir mağazadan bayıra çıxanda mağazanın qarşısında küçədə dava-dalaşın olmasını bildirmişdir. O, mağazadan bayıra çıxanda görmüşdür ki, Rüstəm idarə etdiyi avtomobilə doğru qaçaraq avtomobildən “qıymakeş” götürüb Qamət yaxınlaşan kimi Qamətə bir neçə dəfə zərbə atmış və zərbələrdən biri Qamətin əlinə dəyib əlini kəsmişdir. Qonşuluqda yaşayan Şahid2 onları dava etməyə qoymayıb aralaşdırmış, Qamət yarasından axan qanı yumuş, Rüstəm isə idarə etdiyi avtomobilə oturub çıxıb getmişdir. Sonra hadisə yerinə gələn polis əməkdaşları onun razılığı ilə mağazasına quraşdırdığı kameradan Rüstəm və Qamətin arasında baş vermiş dava-dalaşın görüntülərini köçürüb götürmüşlər. Baş vermiş dava-dalaş təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada qonşulardan Teymur, İlham, Ucar şəhər sakinləri Mahir, Asif və tanımadığı adamlar olmuşdur. Dava-dalaş başlamazdan əvvəl mağazada olduğundan göstərdiklərindən başqa heç nə eşidib, görmədiyini mağazasında elektrik tez-tez kəsildiyi üçün müşahidə kamerasında saat sistemi pozulduğundan hadisənin saatı texniki səbəblərə görə 14 radələrində olması kimi çəkilmiş, əslində hadisə 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi kəsici alət əlində idarə etdiyi avtomobilə oturub çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ilkin və əlavə ifadələrində göstərdi ki, Ucar şəhər sakinləri Rüstəm və Qaməti tanıyır, onların heç biri ilə ədavət və düşməçiliyi münasibəti olmamışdır. 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində Şahid1 işlətdiyi mağazanın yaxınlığında olarkən həmin mağazanın qarşısında səs-küy gəldiyi üçün oraya getmiş və aralaşdırmışdır. Davanın kim tərəfindən başlandığını bilməsə də, sonradan zərərçəkmiş şəxs Qamətin təqsirləndirilən şəxs Rüstəmin ardınca gedərək davanı davam etdirməsini görmüşdür. Baş vermiş dava-dalaş zamanı orada bir neçə nəfər olsa da, heç biri yadında qalmamış, dava-dalaş 5-10 dəqiqə davam etmiş, bunlardan başqa heç nə görüb eşitməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Ucar şəhər sakinləri Rüstəm və Qaməti tanıyır, onların heç biri ilə ədavət və sair münasibəti olmamışdır. 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində Şahid1 işlətdiyi mağazanın yaxınlığında olarkən həmin mağazanın qarşısında səs-küy gəldiyi üçün oraya getmiş və orada Rüstəmin Qaməti yerə yıxılmış vəziyyətdə yumruqla vurmasını görüb aralaşdırmağa başlamış, Rüstəm oradan qaçaraq kənarda saxladığı avtomobildən ət doğramaq üçün nəzərdə tutulan “qıymakeş” götürüb söyüş söyməyə başlayan zaman Qamət Rüstəmin üzərinə gedəndə Rüstəm əlində olan kəsici əşya ilə Qamətə bir neçə zərbə atmış, zərbələrdən biri Qamətin əlinə dəydiyi üçün əli kəsilib qanamağa başlamışdır. Qamət əlinin qanını yuyanda Rüstəm avtomobilə oturub çıxıb getmişdir. Baş vermiş dava-dalaş zamanı orada bir neçə nəfər olsa da, yalnız Şahid1 yadında qalmış, dava-dalaş 5-10 dəqiqə davam etdi bunlardan başqa heç nə görüb eşitməmişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş (məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, bu halın üzrlü sayılmasını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir) Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar şəhər sakinləri Rüstəm və Qaməti əvvəllər tanısa da, heç biri ilə münasibəti və sair əlaqəsi olmamışdır. 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən Şahid1 işlətdiyi mağazadan ərzaq alarkən mağazanın qarşısında səs-küy gəldiyi üçün mağazadan bayıra çıxanda iki nəfərin dava-dalaş etməsini və Şahid2 adlı şəxsin onları aralaşdırmasını görmüşdür. Dava-dalaş edənlərdən biri oradan qaçıb avtomobilinə tərəf getmişdir. Sonradan dalaşanların Rüstəm və Qamət olmasını, onlardan hansınınsa “qıymakeşlə” digərini vurub xəsarət yetirməsini eşitmişdir. Həmin vaxt orada Mahir və Teymur adlı şəxslərin olması yadında qalmışdır. Bundan başqa ona heç nəyin məlum olmadığını bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş (məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, bu halın üzrlü sayılmasını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini bildirmişdir) Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar şəhər sakinləri Qamət və Rüstəm adlı şəxsləri bir Ucarlı kimi tanımış, onlarla münasibəti yaxşı olmuşdur. 09 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində Şahid1 işlətdiyi mağazadan ərzaq alarkən mağazanın qarşısında Qamətlə Rüstəmin əlbəyaxa dava-dalaş etmələrini və Şahid2 adlı şəxsin isə onları aralaşdırmasını görmüşdür. Sonra Rüstəm idarə etdiyi avtomobilə tərəf qaçıb avtomobildən “qıymakeş” götürmüş, Qamət Rüstəmin üzərinə getdiyindən Rüstəm həmin kəsici əşya ilə Qaməti vurmağa başlayanda kəsici əşya Qamətin əlinə dəyərək əlini kəsmiş, Rüstəm isə avtomobilə oturub çıxıb getmişdir. Bunlardan başqa heç nə eşidib görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid (müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş) Ucar RPŞ-nin İB-nin müstəntiqi X3 ifadəsində göstərdi ki, hazırkı cinayət işi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq iş icraatına qəbul olunmuşdur. Bundan sonra tərəfindən ibtidai araşdırmalar davam etdirilmiş, hadisə yerinə baxış keçirilmiş və hadisə yerində yerləşən videokameraya baxış keçirilmişdir. Tərəfindən şahid ifadələri alınmış və sonuncular səmimi ifadələr (ifadələri özlərinə oxunmaqla) verərək hadisəni videogörüntüdə olduğu kimi bildirmişlər. Şahidlərə tərəfindən və yaxud da Ucar RPŞ-də hər hansı fiziki, psixi təsir və ya təzyiq olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsinə tövsif edilmiş və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 20-ci səhifəsində olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” X5 11 avqust 2023-cü il tarixli, 331 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ əlin lV-V barmaqlararası nahiyənin kəsilmiş yarası iti kənarlı alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 09 avqust 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-9-cu vərəqələrində olan 09 avqust 2023-cü il tarixli baxış keçirib götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ucar şəhəri, Azərbaycan küçəsi olmaqla yanaşı Şahid1 işlətdiyi mağazanın qarşısıdır və ictimai yerdir. Eləcə də həmin protokolla Şahid1 mağazasına quraşdırılmış kameranın yaddaşından Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaşın video görüntüsünə baxış keçirilərkən müəyyən edilmişdir ki, çəkilişdə səs yazıları eşidilmir. 09 avqust 2023-cü il tarixdə saat “14” radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21010 markalı, göy rəngli dövlət qeydiyyat nişanı çəkilişə düşməyən avtomobillə Şahid1 mağazasının qarşısına gələrək avtomobildən düşüb Zərərçəkmiş şəxsla bir qədər söhbət etdikdən sonra Zərərçəkmiş şəxs nəsə dediyi üçün Zərərçəkmiş şəxs ona 1 dəfə yumruq atanda o da hadisə yerində olan adamların yanında Zərərçəkmiş şəxs bir neçə yumruq zərbəsi vuraraq yerə yıxır. Həmin vaxt kənardan əynində ağ şalvar və köynək olan orta yaşlı bir kişi dərhal onlara yaxınlaşaraq onları dava etməyə qoymayıb aralaşdırmağa başlayır. Şahid1 aralaşdıran şəxsin yaxınlıqda yaşayan Teymur adlı şəxs olmasını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə tərəf qaçıb avtomobilin qapısını açaraq sürücü oturan qarşı solundan Teymur adlı şəxsin yanında əlinə parıldayan ət doğramaq üçün nəzərdə tutulan el arasında “qıymakeş” kimi tanınan kəsici əşya götürür. Yenə nəsə dediyi üçün Zərərçəkmiş şəxs onun üzərinə gedəndə o, əlində olan kəsici alətlə Zərərçəkmiş şəxs bir neçə dəfə zərbələr atır və zərbələrdən biri Zərərçəkmiş şəxs əlinə dəydiyi üçün Zərərçəkmiş şəxs əli qanayır. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan kəsici alətlə birlikdə idarə etdiyi avtomobilə oturub oradan uzaqlaşır. Zərərçəkmiş şəxs isə orada əlinin qanını yuyub təmizləyir. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, mağazada elektirik xətti tez-tez sönüb yandığı üçün müşahidə kamerasının saatı pozulduğundan çəkilişin saatı 14 radələri kimi qeyd edilmişdir. Əslində hadisə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əlindən “qıymakeşlə” xəsarət aldığı üçün xəstəxanaya getməmişdən təxminən 1 saat əvvəl baş vermişdir. Şahid1 razılığı ilə mağazasına quraşdırılmış müşahidə kamerasının yaddaşından baş vermiş hadisənin video görüntüsü müvafiq proqram və naqil vasitəsi ilə diskin yaddaşına köçürülməsindən ötrü “Samsung A20” markalı mobil telefona köçürülmüşdür. Baxış zamanı iş üçün digər əhəmiyyət kəsb edən izlərə və sair hallara rast gəlinməmişdir. Eyni zamanda “Sony” markalı foto aparatla hadisə yerinin foto şəkilləri protokola əlavə edilməsindən ötrü çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-cü və 112-119-cu vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin 24 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında və 12 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı etdiyi qanunsuz hərəkətləri özündə əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs əlavə olaraq Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ittiham elan edilməməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228-ci maddəsinə əsasən əməlinə hüquqi qiymət verilməsinin lüzumsuzluğunun nəzərə alınması, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, material ayrılıb rayon prokurorluğuna göndərilməsi, eləcə də onun istintaq zamanı ifadələrində göstərdiyi ziddiyətli xüsusatların qeyri-səmimi ifadə kimi qiymətləndirilməsi, Ucar RMX-dan daxil olmuş 09 avqust 2023-cü il tarixli xəstəxana məlumatı, məhkəmə-tibbi ekspertizasının 14 avqust 2023-cü il tarixli, 331 nömrəli rəyi, təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, 09 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirib götürmə haqqında tərtib edilmiş protokol, 12 yanvar 2024-cü il tarixli əməliyyat tapşırığı və digər sənədlər işin obyektiv halları ilə birlikdə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 noyabr 2023-cü il tarixli tələbnaməsindən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 14 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58 və 59-cu vərəqələrində olan 13 noyabr 2023-cü il tarixli cinayət əməlinin tövsif olunması və təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsindən Azərbaycan Respublikasının CM-nin 221.3cü maddəsinə tövsif edilmiş və sonuncu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Ucar rayon mərkəzi xəstəxanası” X7 tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli, 18-1-77/2-1458/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 14 avqust 2023-cü il tarixli məktubundan görünür ki, 09 avqust 2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixə qədər İbrahimov X1 Ucar şöbəsində məhkəmə-tibbi ekspertizadan keçirilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-ci vərəqəsində olan 23 dekabr 2023cü il tarixli polisin nəzarəti altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-ci vərəqəsində olan 24 dekabr 2023-cü il tarixli, diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə 4 ədəd fayl mövcud olmuşdur. Fayllardan görünür ki, çəkilişlər səsiz qeydə alınmışdır. 1-ci fayldan görünür ki, Zərərçəkmiş şəxs 09 avqust 2023-cü il tarixdə, texniki səbəblər görə saat “13:27”-də lakin iş materiallarında və hava şəraitində olduğu kimi saat 22 radələrində yaşadığı Ucar şəhəri Azərbaycan küçəsinin girişində bir neçə nəfərlə dayanıb söhbət etmiş, Təqsirləndirilən şəxs idarə etdityi göy rəngli dövlət qeydiyyat nişanı çəkilişdə dəqiq görünməyən avtomobillə Şahid1 işlətdiyi mağazasının qarşısına gələrək avtomobildən düşüb Zərərçəkmiş şəxs yaxınlaşıb nə barədəsə söhbət etdikdən sonra hər iki şəxs birbirlərinə mobil telefonlarını göstərmiş, bundan sonra Təqsirləndirilən şəxs uca səslə danışırmış kimi əl-qol atmaqla Zərərçəkmiş şəxsla mübahisə edib mağazaya daxil olmaq istədikdə Zərərçəkmiş şəxs nəsə dediyi üçün saat “14:23”-də Zərərçəkmiş şəxs ona 1 dəfə yumruq atmış, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurub yerə yıxmış, həmin vaxt kənradan ağ şalvar və köynəkdə olan iş üzrə şahid qismində dindirilmiş Şahid2 və digər şəxslər qaçaraq Təqsirləndirilən şəxs bir daha Qaməti vurmaması üçün aralaşdırmağa çalışmış, Təqsirləndirilən şəxs isə oradan qaçıb mağazanın qarşısında saxladığı avtomobilin sürücü oturan qarşı salonunun qapısını açaraq Şahid2 yanında saat “14:24"-də el arasında “qıymakeş” kimi tanınan gümüşü rəngli gecə vaxtı parıldayan kəsici əşya götürüb Zərərçəkmiş şəxs ünvanına uca səslə nəsə işlətdiyindən Zərərçəkmiş şəxs onun üzərinə getmiş o, isə həmin kəsici əşya ilə bir neçə dəfə Zərərçəkmiş şəxs zərbələr atmış, zəbələrdən biri Zərərçəkmiş şəxs əlinə dəyərək əlini kəsdiyi üçün əlindən qan axmağa başlamış, bundan sonra Təqsirləndirilən şəxs dava-dalaşı görüb kənardan gələn şəxslərin köməyi ilə sakitləşdirilmiş və o, əlində olan kəsici əşya ilə birlikdə idarə etdiyi avtomobilə oturub hadisə yerindən uzaqlaşıb getmiş, Zərərçəkmiş şəxs isə mağazanın qarşısında əlinin qanını yusa da, qan kəsmədiyindən Şahid2 tibbi sarğı ilə əlini sarmış baş vermiş hadisə ilə əlaqədar olaraq mağazanın iş fəaliyyəti saat “15:45”-dək pozulmuşdur. Digər fayıllara baxış zamanı hadisə qeyd edildiyi kimi baş verməsi lakin digər kameralardan çəkildiyi müşahidə edilmişdir. Eləcə də o biri fayllarda iş üçün əhəmiyyət kəsb edən görüntülər müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci vərəqələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər İƏD üzrə nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır və sonuncu yaşayış yerindən yaxşı xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə olunmuş Ucar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 4(063)-2/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri həbsin seçilməsi haqqında vəsatət qismən təmin edilmiş, xx xxxxxxx 1978-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ucar rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə istintaqı aparılan (məhkəmə istintaqı mərhələsində olmaqla), ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri həbsin seçilməsi, həbsdə saxlama müddəti istintaq müddəti həddində, yəni 03 (üç) ay həddində müəyyən edilməsi, həbs etmənin əvvəlinin 22 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı tərtib edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda məhkəmə istintaqı zamanı tərtib edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs soyuq silahdan istifadə etməklə özünü ətrafdakılara qarşı qoyub davranışı ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 221.3-cü maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla yaxşı xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin barışaraq şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Bundan əlavə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın xüsusilə ağırlaşdırıcı tərkib əlaməti qismində bu cinayətin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Bu, xüsusilə qərəzli xuliqanlıq hesab edilir. Xüsusilə qərəzli xuliqanlıq təkcə təqsirkarın silah və ya silah qismində istifadə edilən əşyaların köməyilə zərərçəkmişin sağlamlığına zərər vurduğu və ya zərər vurmağa cəhd etdiyi halları deyil, həm də vətəndaşların həyatı və ya sağlamlığı üçün real təhlükə yaratdığı halları əhatə edir. Silah tətbiq etmə dedikdə, yalnız zərərçəkmişin sağlamlığına fiziki zərər vurulması və ya buna cəhd etmə deyil (məsələn, insana atəş açarkən güllənin yan keçməsi, bıçaqla zərbə vurmağa cəhd etmə və s.), həm də silahı nümayiş etdirməklə hədələmə başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011 -ci il tarixli Qərarında da deyilir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Xüsusilə qərəzli xuliqanlıq bu cinayətin törədilməsi prosesində silahın və ya silah qismində istifadə edilən əşyaların faktiki tətbiq edildiyi andan başa çatmış hesab edilir. Məhkəmə hazırkı cinayət işi üzrə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil edən ifadə verməklə özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətini aşkar nümayiş etdirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş maddi sübut hesab edilən və hadisənin görüntülərini özündə əks etdirən video diskə məhkəmə iclasının audio-video qeydi zamanı baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi avtomobillə Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən mağazaya gələrək orada dayanmış Zərərçəkmiş şəxs yaxınlaşmaqla mübahisənin başlanmasına təşəbbüskar olaraq zəmin yaratmışdır. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ictimai təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, yaşayış yeri üzrə barəsində şikayət daxil olmamaqla yaxşı xarakterizə olunması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxsin barışaraq şikayət və tələbinin olmaması kimi halların cəzanı yüngülləşdirən hallar hesab edilməsini və Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs növündə qətimkan tədbiri seçilməli, Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, cinayət işi üzrə hadisənin görüntüsü köçürülmüş 01 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs növündə qətimkan tədbiri seçilsin, Azərbaycan Respublikasının CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan cinayət işi üzrə hadisənin görüntüsü köçürülmüş 01 (bir) ədəd disk cinayət işində saxlanılsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-21/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-21/2024
18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver