Məhkəmə qərarları › İş №1(063)-22/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-22/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-22/2024 08.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə 08 may 2024-cü il tarixdə, Ucar şəhəri, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə, saat 10 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ verən B1, B kateqoriyalı, BB 432424 nömrəli sürücülük vəsiqəsi əsasında, atası X7 məxsus olan, etibarnamə ilə ayıq halda idarə etdiyi safari rəngli, VAZ 2107 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ucar-Zərdab yolunun Ucar rayonu, Qazyan kəndi ərazisindən keçən 8-ci kilometrliyində asfalt örtüklü yolla Ucar rayonu istiqamətində hərəkətdə olarkən «X11» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və metereoloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda, buna əməl etməyərək yolun sağ tərəfində dayandığı yerdən hərəkətə başlayaraq Zərdab rayonu istiqamətinə dönmə manevri etmək istəyən X6 B kateqoriyalı sürücülük hüququ verən sənəd əsasında etibarnamə ilə ayıq halda idarə etdiyi göy rəngli, VAZ 2107 markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobili gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməyərək, sonuncu ilə toqquşub qapalı kəllə beyin travması, baş beyinin yumşaq qişası altına qansızma, sol tərəf qabırğaların və hər iki budun yuxarı 1/3-nin qapalı sınığı ilə müşayiət olunan ölümlə birbaşa səbəbli əlaqəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib ehtiyatsızlıqdan zərəçəkmiş şəxs X6 qapalı kəllə beyin travmasının ağırlaşması nəticəsində baş beyinə qansızma nəticəsində ölümünə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, mərhum, X10 onun atası olmuşdur. O, 27 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Zərdab rayonundan Ucar rayonu istiqamətində etibarnamə əsasında idarə etdiyi atası Tahir Əhədovun adına qeydiyyatda olan “VAZ 2107” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olmuşdur. Qazyan bazarı adlanan ərazini keçdikdən sonra, mərhum atasına məxsus “VAZ 2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ tərəfində Ucar şəhəri istiqamətində dayandığını görmüşdür. Həmin vaxt idarə etdiyi avtomobil ilə atasının idarə etdiyi avtomobil arasında təxminən 200 metr məsafə olmuşdur. O, hərəkətini davam etdirmiş, atasının idarə etdiyi avtomobilə təxminən 6-7 metr məsafə qalanda isə mərhum atası qəfildən avtomobilin sükanını sola döndərərək, geriyə dönmə manevri etməyə başlamışdır. Bu zaman onun idarə etdiyi avtomobilin hərəkət sürəti saatda 50 km/saat olmuşdur. Məsafə az olduğu üçün əyləci basa bilmədiyindən qəzanın qarşını almaq mümkün olmamış, nəticədə, idarə etdiyi avtomobilin ön hissəsi, atasının idarə etdiyi avtomobilin sol qapı hissəsinə dəymişdir. Qəzadan sonra ətrafda olan şəxslər təcili yardıma zəng edərək atasını xəstəxanaya aparmışlar. Lakin, həkimlərin səyinə baxmayaraq atası xəstəxanada ölmüşdür. Baş vermiş hadisədən sonra polis əməkdaşları Ucar RMX-na gəlmişlər. O, xəstəxanaya gəlmiş polis əməkdaşlarına yaxınlaşaraq özünü təqdim edərək hadisə yerini və hadisənin baş vermə şəraitini göstərmək istədiyini bildirərək polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Orada baş verənləri danışaraq hadisə yerini göstərmişdir. Bundan sonra, Ucar RMX-da sərxoşluq müayinəsindən keçirilmiş və sərxoşluğu yoxlanılan zaman onun sərxoş olmadığı müəyyən olunmuşdur. Daha sonra, Ucar RMX-da onun sağ və sol qollarının venasından hər birindən 5 ml olmaqla, 10 ml qan nümunəsi götürülərək ekspertizaya göndəriləcəyi bildirilmişdir. O, qan nümunəsi götürüldükdən sonra polis əməkdaşları ilə birlikdə Ucar rayon Polis Şöbəsinə ifadə vermək üçün getmişdir. “VAZ 2107” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum atası Tahirin adına qeydiyyatda olmuş və həmin avtomobili etibarnamə əsasında o, idarə etmişdir. Həmin avtomobilin bütün sənədləri, yəni texniki baxışı, sığortası, həmçinin, avtomobil idarə etmək üçün B1,B kateqoriyalı sürücülük vəsiqəsi mövcud olmuşdur. Hadisə zamanı avtomobili tam saz vəziyyətdə olmuşdur. Qəzanın baş verməsinə səbəb atasının idarə etdiyi avtomobili ilə qəfildən dönmə manevri etmək istəməsi olmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş, həmçinin digər avtomobildə də, atasından başqa heç kim olmamışdır. O, hadisə zamanı heç bir ciddi xəsarət almamışdır. Məsafə az olduğundan qəzanın qarşısını almaq üçün heç bir hərəkət edə bilməmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirməsinin, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasının, habelə barışmalarının nəzərə alınmasını xahiş edir (bununla bağlı yazılı ərizəsini də təqdim edir). Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, mərhum X10 atası, Təqsirləndirilən şəxs isə qardaşıdır. 27 avqust 2023-cü il tarixdə Ucar rayonu, Qazyan kəndi ərazisində Qazyan bazarı adlanan ərazidən bir qədər irəlidə Ucar rayonu istiqamətində qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum atası Tahir Əhədovun idarə etdiyi “VAZ 2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Qəzadan sonra mərhum atası xəstəxanaya aparılmışdır. O, da xəstəxanaya getmiş və orada olarkən atasına tibbi yardım göstərilsə də, sonuncu xəstəxanada ölmüşdür. Xəstəxanada olarkən qardaşı polis əməkdaşları ilə birlikdə hadisənin baş verdiyi yerə getmişdir. Hadisənin baş verdiyi yerdən qayıtdıqdan sonra atasının meyiti müayinə olunaraq onlara təqdim olunmuş və bundan başqa qardaşından qan nümunəsi götürülməklə ifadəsinin alınmasından ötrü Ucar RPŞ-yə aparılmışdır. O, baş vermiş hadisə ilə bağlı atasının hüquqi varisi qismində iş üzrə iştirak etməyə qərar vermiş və bu barədə ərizə ilə müraciət etmişdir. Hazırda, Təqsirləndirilən şəxsla barışmış, habelə sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur (bununla bağlı yazılı ərizəsini də təqdim edir). Məhkəmə iclasında şahid Ucar RPŞ-nin DYP-nin YPX-nin inspektoru Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 27 avqust 2023-cü il tarixədək Təqsirləndirilən şəxs, həmçinin mərhum X8 əvvəllər tanımamış, onlarla və ailələri ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 27 avqust 2023-cü il tarixdə xidmətdə olan zaman saat 10 radələrində RPŞ-nin X5 rayonu Qazyan kənd sakinləri Təqsirləndirilən şəxs və X6 idarəetdiyi avtomobillərin Ucar rayonu, Qazyan kəndi ərazisində toqquşmaları və sonuncunun Ucar RMX-na aparıldıqdan sonra orada aldığı xəsarətlərdən ölməsi barədə məlumat almışdır. Bundan sonra o, xidməti avtomobil ilə Ucar RMX-na getmişdir. Xəstəxanaya çatdıqdan sonra orada ona Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 idarə etdiyi göy rəngli “VAZ 2107” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ucar-Zərdab yolunun Ucar rayonu, Qazyan kəndindən keçən hissəsində toqquşması nəticəsində Tahir Əhədovun aldığı bədən xəsarətlərindən Ucar rayon Mərkəzi Xəstəxanasında ölməsi məlum olmuşdur. Ucar RMX-da olarkən sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş, sərxoşluğu yoxlanılan zaman qurğuda sonuncunun sərxoş olmadığı müəyyən olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs ilə birlikdə hadisənin baş verdiyi yerə getmişlər və orada hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə, təxminən saat 10 radələrində Zərdab rayonundan Ucar rayonu istiqamətində etibarnamə əsasında idarə etdiyi mərhum atası Tahir Əhədovun adına qeydiyyatda olan, “VAZ 2107” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğunu, Qazyan bazarı adlanan ərazini keçdikdən sonra, mərhum atasına məxsus “VAZ 2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ tərəfində Ucar şəhəri istiqamətində dayandığını gördüyünü, həmin vaxt onun idarə etdiyi avtomobil ilə atasının idarə etdiyi avtomobil arasında məsafənin təxminən 200 metr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətini davam etdirdiyini və mərhum atasının idarə etdiyi avtomobilə təxminən 6-7 metr məsafə qaldıqda isə mərhum atası Tahirin qəfildən avtomobilin sükanını sola döndərərək, geriyə dönmə manevri etməyə başladığını, həmin vaxt hərəkət sürətinin saatda 50 km/saat olduğunu, məsafə az olduğu üçün əyləci basa bilmədiyini, qəzanın qarşını almağın mümkün olmadığını və idarə etdiyi avtomobilin ön hissəsinin, atasının idarə etdiyi avtomobilin sol qapı hissəsinə dəydiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs təsvir etməsi əsasında istintaq bölməsinin baş müstəntiqi Rəhmin Zeynalov tərəfindən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra avtomobillər tərəfindən duracağa təmin edilmişdir. Məhkəmə iclasında şahid Ucar RMX-nin cərrahı Şahid3 ifadəsində göstərdi ki, baş vermiş hadisədən xeyli müddət keçdiyinə görə təfərrüatları dəqiq xatırlamasa da, onu qeyd etdi ki, Tahir adlı şəxslə sonradan oğlu olduğunu öyrəndiyi Abdul adlı şəxs avto qəza törətmişdir, qəza nəticəsində Tahir Əhədov vəfat etmişdir. Hadisə baş verən zaman o, öz evində olmuş, sonradan onu Ucar Rayon Mərkəzi Xəstəxanasına xəstəyə tibbi yardım göstərməsi üçün dəvət etmişlər. X13 Ucar Rayon Mərkəzi Xəstəxanasına gətiriləndən sonra xəstəxanada terapevt olmadığı üçün onu Göyçay RMX-ya aparmışlar, daha sonra yenidən Ucar RMX-ya gətirilmişdir. Tərəfindən xəstəyə ilkin tibbi yardım göstərildikdən bir qədər sonra, mərhum Tahir “rahatam, yaxşıyam” demişdir. Bir müddət yaxşı olduqdan sonra yenidən vəziyyəti ağırlaşmağa başlamış, tibbi protokola uyğun olaraq öz üzərinə düşən vəzifəni icra etsə də, xəstəni həyatda saxlamaq mümkün olmamış və təxminən 40- 45 dəqiqə sonra xəstə vəfat etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə iclasında isə ifadəsi elan edilmiş şahid Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 27 avqust 2023-cü il tarixədək Təqsirləndirilən şəxs, həmçinin mərhum X8 əvvəllər tanımamış, onlarla və ailələri ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, 27 avqust 2023-cü il tarixdə əməliyyat istintaq qrupunun üzvü kimi xidmətdə olan zaman saat 10:00 radələrində RPŞ-nin X5 rayonu Qazyan kənd sakinləri Təqsirləndirilən şəxs və X6 idarəetdiyi avtomobillərin Ucar rayonu, Qazyan kəndi ərazisində toqquşmaları və sonuncunun Ucar RMX-na aparıldıqdan sonra orada aldığı xəsarətlərdən ölməsi barədə məlumat almışdır. Bundan sonra o, Növəbətçi Hissəyə məxsus avtomobil ilə Ucar RMX-na getmişdir. Xəstəxanaya çatdıqdan sonra orada ona Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X6 idarə etdiyi göy rəngli “VAZ 2107” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ucar-Zərdab yolunun Ucar rayonu, Qazyan kəndindən keçən hissəsində toqquşması nəticədə Tahir Əhədovun aldığı bədən xəsarətlərindən Ucar rayon Mərkəzi Xəstəxanasında ölməsi məlum olmuşdur. Ucar RMX-da olarkən sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş, sərxoşluğu yoxlanılan zaman qurğuda sonuncunun sərxoş olmadığı müəyyən olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs ilə birlikdə hadisənin baş verdiyi yerə getmişlər və orada hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə, təxminən saat 10:00 radələrində Zərdab rayonundan Ucar rayonu istiqamətində etibarnamə əsasında idarə etdiyi mərhum atası Tahir Əhədovun adına qeydiyyatda olan, “VAZ 2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olduğunu, Qazyan bazarı adlanan ərazini keçdikdən sonra, mərhum atasına məxsus “VAZ 2107” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ tərəfində Ucar şəhəri istiqamətində dayandığını gördüyünü, həmin vaxt onun idarə etdiyi avtomobil ilə atasının idarə etdiyi avtomobil arasında məsafənin təxminən 200 metr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətini davam etdirdiyini və mərhum atasının idarə etdiyi avtomobilə təxminən 6-7 metr məsafə qaldıqda isə mərhum atası Tahirin qəfildən avtomobilin sükanını sola döndərərək, geriyə dönmə manevri etməyə başladığını görmüşdür. Həmin vaxt hərəkət sürətinin saatda 50 km/saat olduğunu, məsafə az olduğu üçün əyləci basa bilmədiyini, qəzanın qarşını almağın mümkün olmadığını və idarə etdiyi avtomobilin ön hissəsinin, atasının idarə etdiyi avtomobilin sol qapı hissəsinə dəydiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs təsviretməsi əsasında İstintaq Bölməsinin baş müstəntiqi Rəhmin Zeynalov tərəfindən hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra onun, tibbi işçisinin və müstəntiqin iştirakı ilə Təqsirləndirilən şəxs venasından qan nümunəsi götürülmüş, bu zaman onun tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra, istintaq zərurəti ilə əlqədar olaraq Təqsirləndirilən şəxs rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında elan edilmiş işin 59-60-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-tibb ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 17 saylı rəyindən görünür ki, X6 meyitinin müayinəsində qapalı kəllə beyin travması, baş beyinin yumşaq qişası altına qansızma, sol tərəf qabırğaların və hər iki budun yuxarı 1/3-nin qapalı sınığından ibarət bədən xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş avtonəqliyyat qəzası zamanı yarana bilər, yaranma müddəti şəxsin ölümündən bir az əvvəl baş vermiş və 27 avqust 2023-cü il tarixə uyğun gəlir və hamısı birlikdə canlı adamlarda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X1 bilavasitə ölümünə səbəb olan qapalı kəllə beyin travmasının ağırlaşması nəticəsində baş beyinə qansızma olmuşdur. Onun ölümünün baş vermə vaxtı ilkin meyit əlamətlərinə əsasən onun meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvələ uyğun gəlir. Məhkəmə iclasında elan edilmiş işin 61-64-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X12 məhkəmə-kimya şöbəsinin 21 sentyabr 2023-ci il tarixli, 3364/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 84-89-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2023-cü il tarixli, 8/3331 nömrəli rəyindən görünür ki, “VAZ-2107” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eləcə də, “VAZ-2107” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 86-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 128 manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilmiş işin 79-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 dekabr 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 227-ci səhifəsində olan Ucar RMX-nın 27 avqust 2023-cü il tarixli, 199 saylı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, sonuncunun 27 avqust 2023-cü il tarixdə sərxoş olmaması (spirtli içki qəbul etməməsi) müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 33-cü səhifəsində olan BB seriyalı, 432424 saylı sürücülük vəsiqəsinin, eləcə də işin 83-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax RQİ və TBŞ-nin 25 dekabr 2023-cü il tarixli, 3-13-16-11/2-5840/2023 nömrəli məktubunun surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdən 16 fevral 2024-cü il tarixədək “B” kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir və o, DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-128-ci səhifələrində olan 28 dekabr 2023-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-133-cü səhifələrində olan arayışdan xasiyyətnamədən, eləcə də, elektron məhkəmə informasiya sistemindən edilmiş şəxsi məlumatlara dair çıxarışdan görünür ki, himayəsində 2017-ci il təvəllüdlü Rəcəb adlı övladı olan, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 134-140-cı səhifələrində olan 09 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş rəylər, hadisə yerinə baxış protokolu, sxem və cədvəllər, meyitə baxış protokolu, fotocədvəlləri iş üzrə sübut növü kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, habelə sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasın”a dair 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar