Məhkəmə qərarları › İş №1(063)-22/2025

Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-22/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-22/2025 12.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2007-ci ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin (bundan sonra-CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində Ucar rayonu, Lək kəndi ərazisində yerləşən örüş sahəsində xırdabuynuzlu heyvanlarını həmin yerdə otarması ilə bağlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən bir neçə dəfə yumruqla zərbə endirərək sonuncuya sağ gözətrafı nahiyyəsinin qançırı, dərialtı hematoması, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün və qığırdağının sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarətlər yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Lək kəndində yaşayır. Kəlbəcər rayonundan köçkün olan və Ucar rayonu, Lək kəndində məskunlaşmış Zərərçəkmiş şəxs və valideynlərini tanımış, sonuncularla yaxşı münasibətləri olmuşdur. Yaşadığı kənddə geniş örüş sahəsi vardır ki, kənd sakinləri uzun illərdir ki, şifahi razılaşma əsasında həmin sahənin özünə münasib və yaxın hissəsində heyvanlarını otarmaqla istifadə etmişlər. Ramingilin məskunlaşdıqları yerin yaxınlığında 2023-cü ildə vəfat etmiş atası Tahir də hamı kimi bələdiyyəyə məxsus 2 hektardan artıq örüş təyinatlı torpaq sahəsindən uzun illərdir ki, xırdabuynuzlu heyvanlarını otarması üçün istifadə etmişdir. Ərazi baxımındən münasib olduğundan və atası Tahirin daimi həmin yerdə xırdabuynuzlu heyvanlarını otardığından, həmin yer kənddə “Tahirin yeri” kimi tanınmışdır. Həmin yer örüş sahəsi olduğundan Raminin atası Fazil Tahirdən həmin yerdən istifadə etmək, yəni qoyun-quzularını otarmaq üçün icazə almış, atası Tahir də sağ vaxtında həmin yerdən xırdabuynuzlu heyvanları otarması üçün Raminin atası Fazilə razılıq vermiş, sonuncu və ailə üzvləri həmin vaxtdan orada xırdabuynuzlu heyvanlarını otarmışlar. Raminin əmisi oğlu olan və sonuncu ilə bir məhəllədə yaşayan Şahid1la dost münasibətləri olduğundan 2024-cü ilin yay aylarında sonuncuya sözügedən yerdə xırdabuynuzlu heyvanlarını otarmasına icazə vermiş, bununla yanaşı Zərərçəkmiş şəxs həmin yerə bir daha xırdabuynuzlu heyvanlarını salmamalarını, həmin yeri artıq sonuncunun əmisi oğlu Şahid1 xırdabuynuzlu heyvanlarını otarmağa verdiyini bildirmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs həmin yerə xırdabuynuzlu heyvanlarını salıb otarmağa davam etmişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs həmin yerə heyvan salmamağını bildirsə də, Ramin həmin yerin bələdiyyə torpağı olmasını vurğulayaraq, orada əziyyətlərinin olduğunu, atası Tahirin sağ vaxtında həmin yerə su arxı çəkdiklərini, əmisi oğlu Amilin həmin yerə heç bir aidiyyətinin olmadığını bildirmiş və oradan bundan sonra da istifadə edəcəyini söyləmişdir. Buna görə də Ramin ilə aralarında narazılıq yaranmışdır. Buna baxmayaraq Şahid1la yanaşı Ramin də xırdabuynuzlu heyvanlarını həmin yerdə otarmağa davam etmiş, onun xahişinə və tələbinə məhəl qoymamışdır. 05 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində Şahid1 ona zəng vurub həmin örüş sahəsində xırdabuynuzlu heyvanlarını otardığını, Zərərçəkmiş şəxs da öz heyvanlarını yenə gətirib orada otardığını bildirmişdir. O da buna əsəbləşmiş, Amilə orada olmasını tapşıraraq öz yanında gəlib Zərərçəkmiş şəxs həmin yeri Amilə verdiyini deyəcəyini və xırdabuynuzlu heyvanlarını oradan çıxarmasını tələb edəcəyini bildirmişdir. Bundan sonra o, əmisi oğlu Şahid3la həmin yerə, yəni örüş sahəsinə getmişlər. Saat 16 radələrində həmin sahəyə çatanda həm Zərərçəkmiş şəxs, həm də bir az aralıda dostu Şahid1 xırdabuynuzlu heyvanlarını otardıqlarını görmüşdür. O, ilk olaraq Şahid1 yaxınlaşaraq söhbət etmiş və daha sonra Raminlə söhbət etməsi üçün sonuncuya yaxınlaşmışdır. Nicatla Amil də onun yanında olmuşlar. Həmin vaxt Raminin digər əmisi oğlu Şahid2 da atla onların yanına yaxınlaşmışdır. Onlar bir yerdə dayanıb mübahisə etmədən söhbət etməyə başlamışlar. O, Zərərçəkmiş şəxs heyvanları çıxarmasını tələb edərək həmin yeri artıq Amilə xırdabuynuzlu heyvanlarını otarması üçün verdiyini, sonuncunun həmin yerdə xırdabuynuzlu heyvanları otara biləcəyini söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsla aralarında sözlə mübahisə yaranmış, sonuncu ona etiraz edərək həmin yerdən uzun illərdir ki, atası Tahirin sağlığında ailəsinin istifadə etdiyini, sahənin kənarında su arxı çəkdiklərini, orada böyük əziyyətlərinin olduğunu bildirmişdir. Aralarında həmin vaxt dava-dalaş olmamış və bir-birlərinə söyüş söyməmişlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs “harda, nə əziyyətiniz olub ki? hər dəfə deyirsən su arxı çəkmişik, gedək, göstər hardadı o arx” ifadəsini işlədərək hər dəfə dediyi yeri göstərməsini təklif etmişdir. Zərərçəkmiş şəxs da həmin yerdən sahənin kənarına tərəf getməyə başlamış və onlar ikisi Zərərçəkmiş şəxsla birlikdə olduqları yerdən, yəni Amil, Alim və Nicatın yanından təxminən 100 metr həmin su arxı tərəfə aralaşmışlar. Amil, Alim və Nicat onların arxasınca gəlməmişlər. Sahənin kənarı ilə gedən su arxına çatmamış Zərərçəkmiş şəxs dayanıb həmin su arxını ona göstərərək atası Tahirin sağlığı dövründə həmin arxı çəkdiklərini, odur ki, oradan haqlı istifadə etdiklərini ona bildirmişdir. O isə əsəbləşərək Zərərçəkmiş şəxs qarşı kobud formada sözlər işlədərək oradan çıxmağını, bir daha həmin yerə heyvan salmamağını tələb etmişdir. Zərərçəkmiş şəxs da ona kobud formada sözlə cavab qaytarmış və həmin yerdən çıxmayacağını, həmişə orada heyvan otaracağını bildirmişdir. Aralarında yenidən bu səbəbdən sözlə mübahisə yaranmışdır. O da əsəbləşib Zərərçəkmiş şəxs yaxasından tutub yerə yıxmış və yerdə yaxalaşaraq qəsdən bir dəfə yumruqla Zərərçəkmiş şəxs sağ göz nahiyyəsindən vuraraq sonuncuya xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs da bir dəfə yumruqla onun sağ göz nahiyyəsindən vurmuş, onlar yerdə yaxalaşmağa davam etmiş və o, qəsdən 2 dəfə də yumruqla Zərərçəkmiş şəxs burnundan vurub sonuncuya xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs da cavab olaraq əli ilə onun bel nahiyyəsindən və sağ ayağının budundan vuraraq ona xəsarət yetirmişdir. Onlar yerdə dartışıb yaxalaşan zaman uzaqdan qaçaraq gələn Raminin əmisi uşaqları Amil və Alim, eləcə də öz əmisi oğlu Nicat yaxınlaşıb onları aralamışlar. Bununla da Ramin ilə aralarındakı mübahisə bitmiş, o aralaşıb Nicatla birlikdə yaşadığı evə qayıtmışdır. Zərərçəkmiş şəxsla aralarında mübahisə 05 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində Ucar rayonu, Lək kəndində onun yaşadığı evdən bir az aralıda olan örüş sahəsində baş vermiş, mübahisəyə səbəb isə vəfat etmiş atası Tahirin xırdabuynuzlu heyvanlarını otardığı “Tahirin yeri” kimi tanınan yerdə Raminin öz xırdabuynuzlu heyvanlarını otarması olmuşdur. Həmin vaxt yanlarında heç kim olmamış, Raminin əmisi oğlu Amil və Alim, eləcə də öz əmisi oğlu Nicatın yanından təxminən 100 metr aralaşıb kənarda dalaşmışlar. Amil, Alim və Nicat sonradan qaçaraq onların yanına gəlmiş, sonuncular onların yanına gələnədək Ramin ilə bir-birinə artıq xəsarət yetirmişlər. Həmin yer sahə olduğundan, yaxında yaşayış evləri olmadığından başqa heç kim mübahisəni görməmiş, heç kim yanlarına gəlməmiş və toplaşmamışdır. Mübahisə təxminən 3-4 dəqiqə davam etmiş və səs-küy yaranmamışdır. O, məhkəmə iclasında zərərçəkmiş şəxs Ramil Təhməzovla barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, təqsirini etiraf etdiyini, əməlindən peşiman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Kəlbəcər rayonu, Mollabayramlı kəndində qeydiyyatda olsa da, ailə üzvüləri ilə birlikdə Ucar rayonu, Lək kəndində məskunlaşaraq həmin kəndin ərazisində yaşayırlar. Heyvandarlıqla məşğul olaraq xırdabuynuzlu heyvanlar saxlayırlar. Ucar rayonu, Lək kənd sakini Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Belə ki, Cavidin 2023-cü ildə vəfat etmiş atası Tahir onların yaşadıqları yerin yaxınında bələdiyyə mülkiyyətində olan 2 hektardan artıq örüş təyinatlı torpaq sahəsindən istifadə etmiş, hamı həmin yeri “Tahirin yeri” kimi tanımışdır. Vəfat etməmişdən əvvəl Tahir həmin yerdə onların ailəsinə qoyun otarmasına icazə verdiyi üçün xırdabuynuzlu heyvanlarını uzun illərdir ki, həmin yerdə otarmışlar. Tahir vəfat etdikdən bir müddət sonra, 2024-cü ilin yay aylarında oğlu Cavid ilə söhbət zamanı həmin yeri onunla eyni ərazidə məskunlaşıb yaşayan əmisi oğlu Şahid1 verdiyini, Amillə dost olduqlarını, sonuncunun oradan istifadə edəcəyini bildirmiş, ona görə də həmin yerə qoyunlarını salmamağını ondan xahiş etmişdir. Həmin yerdən uzun illərdir ki, o və ailə üzvləri xırdabuynuzlu heyvanlarının otarmaları məqsədi ilə istifadə etdikləri və sahənin yanından su arx çəkdikləri üçün, eləcə də əmisi oğlu Amilin həmin yerdə heç bir əziyyətinin olmadığına görə Cavidi ciddi qəbul etməmiş və hərdənbir ailəsinə məxsus xırdabuynuzlu heyvanları həmin yerdə otarmağa davam etmişdir. Onunla yanaşı əmisi oğlu Şahid1 da həmin yerə öz xırdabuynuzlu heyvanlarını saldığını görmüş, ona görə də Amil ilə də aralarında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə ona həmin yerə xırdabuynuzlu heyvanları salmamağını bildirsə də, xırdabuynuzlu heyvanları “Tahirin yeri” kimi tanınan həmin örüş sahəsinə aparıb otarmağa davam etmişdir. Cavid ona narazılıq edəndə isə həmin yerin ümumiyyətlə bələdiyyə torpağı olmaqla örüş sahəsi olduğunu, uzun illərdir ki, atasının həmin yerdə əziyyət çəkdiyini, onların sahənin kənarından su arxı da çəkdiklərini, əmisi oğlu Amilin həmin yerə heç bir aidiyyətinin olmadığını bildirmişdir. 05 oktyabr 2024-cü il tarixdə, saat təxminən 14 radələrində o, xırdabuynuzlu heyvanlarını həmin sahəyə aparıb otararkən ondan bir qədər aralıda öz heyvanlarını əmisi oğlu Şahid1 da otardığını görmüş, lakin aralarında heç bir söz-söhbət yaranmamışdır. Bir qədər sonra, saat 16 radələrində Təqsirləndirilən şəxs öz əmisi oğlu Şahid3la həmin sahəyə gəlib, ilk öncə Amilə yaxınlaşmış, daha sonra sonuncularla birlikdə onun yanına gəlmişlər. Həmin vaxtı atla onların yanına digər əmisi oğlu Şahid2 da gəlmişdir. Sonuncuların yanında Cavid ona həmin yerə xırdabuynuzlu heyvanları salıb otardığına görə narazılıq edərək həmin yeri istifadə etməsi üçün Amilə verdiyini, həmin yerdə yalnız əmisi oğlu Şahid1 xırdabuynuzlu heyvanlarını otara biləcəyini, başqa heç kimə oradan istifadə etməsinə icazə vermədiyini bildirərək ondan həmin yerdən heyvanlarını çıxarmağını tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla aralarında sözlə mübahisə yaranmış, o da Cavidə etiraz edərək həmin yerdən uzun illərdir ki, atası Tahirin sağlığında onun ailəsinin istifadə etdiyini, orada əziyyət çəkdiklərini və sahənin kənarında su arxı da çəkdirdiklərini bildirmişdir. Aralarında həmin vaxt dava-dalaş olmamış və bir-birlərinə söyüş söyməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona “harda, nə əziyyətiniz var? hər dəfə deyirsən su arxı çəkmişik, gedək göstər hardadı o arx” deyib sual verərək ona həmin yeri göstərməyini təklif etmişdir. O da Cavidlə birlikdə olduqları yerdən, yəni Amil, Alim və Nicatın yanından təxminən 100 metr həmin su arxı tərəfə aralaşmışlar. Amil, Alim və Nicat onların arxasınca gəlməmişlər. Su arxına çatmamış, dayanıb Cavidə həmin su arxını göstərərək atası Tahirin sağlığı dövründə həmin arxı onların çəkdiklərini bildirmiş, Cavid isə narazılıq edərək kobud sözlər işlətməklə oradan çıxmağını bir daha ondan tələb etmişdir. Həmin vaxt o da əsəbləşib Cavidin dediyi sözləri sonuncuya qaytarmış, eyni zamanda həmin yerdən çıxmayacağını bildirmişdir. Aralarında yenidən bu səbəbdən sözlə mübahisə yaranmışdır. Həmin vaxt Cavid onun yaxasından tutub yerə yıxmış və bir dəfə yumruqla onun sifətindən, sağ göz nahiyyəsindən vuraraq ona xəsarət yetirmişdir. O da cavab olaraq 1 dəfə Cavidin sağ göz nahiyyəsindən yumruqla vurmuş, onlar yerdə yaxalaşan zaman Cavid 2 dəfə də onun burnundan yumruqla vurub ona xəsarət yetirmiş, o isə cavab olaraq əli ilə Cavidin bel nahiyyəsindən və sağ ayağından vurmuşdur. Onlar yerdə dartışıb yaxalaşan zaman uzaqdan qaçaraq gələn əmisi uşaqları Amil və Alim, eləcə də Cavidin əmisi oğlu Nicat yaxınlaşıb onları aralamışlar. Bununla da aralarında mübahisə bitmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs həmçinin, məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, onun təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kəlbəcər rayonu, Mollabayramlı kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Lək kəndində məskunlaşmışlar, həmin kəndin ərazisində yaşayırlar. Heyvandarlıqla məşğul olaraq xırdabuynuzlu heyvanlar saxlayırlar. Həmin xırdabuynuzlu heyvanları yaşadığı evin yaxınında otarır. Ucar rayonu, Lək kənd sakini Təqsirləndirilən şəxs dostu, Zərərçəkmiş şəxs isə əmisi oğludur. Zərərçəkmiş şəxs da ailəsi həmin kənddə eyni ərazidə məskunlaşmışlar. Yaşadığı yerin yaxınlığında Cavidin 2023-cü ildə vəfat etmiş atası Tahirin xıradabuynuzlu heyvanlarını otardığı bələdiyyəyə aid örüş sahəsi vardır. Həmin sahə bələdiyyə mülkiyyətində olan 2 hektardan artıq örüş təyinatlı torpaq sahəsi olmuş və hamı oranı “Tahirin yeri” kimi tanımışdır. Belə ki, örüş sahəsi uzun müddətdir ki sakinlər arasında əraziyə görə qeyri-rəsmi şəkildə şifahi razılığa əsasən, yəni sözlə heyvanların otarılması üçün ərazilərə bölünmüşdür. Buna səbəb isə həmin örüş sahəsindən hamının yaşadığı əraziyə yaxınlıq məsafəsinə, heyvan sayına uyğun olaraq və nəticədə həmin örüş sahəsində hamının bərabər istifadə etməsi, bir sözlə heç kimin əziyyət çəkməməsi və narazılıqlar yaranmaması üçün birdəfəlik hərənin təxminən harada heyvan otarmasını bilməsi olmuşdur. Bu qaydada da elə həmişə hamı öz heyvanlarını özünə uyğun ərazidə otarmış, heç kimin arasında heç bir narazılıq olmamışdır. Cavidin vəfat etmiş atası Tahir İbrahimov həmin yerdə Raminin atası, yəni Fazil Təhməzova qoyunlarını otarmasına icazə vermiş, Fazil də ailəsi ilə birlikdə xırdabuynuzlu heyvanlarını uzun illərdir ki həmin yerdə otarmışlar. Cavidin atası Tahir vəfat etdikdən bir müddət sonra, 2024-cü ilin yay aylarında Cavid həmin yeri şifahi sözlə ona verdiyini bildirmiş, yəni Cavid ona orada qoyun-quzlarını otarmağını bildirmiş, eyni zamanda bu barədə Zərərçəkmiş şəxsgilə xəbərdarlıq edərək sonuncuya qoyunlarını həmin yerdə bir daha otarmamağını söyləmişdir. Lakin Zərərçəkmiş şəxs həmin yerdə xırdabuynuzlu heyvanlarını otarmaqda davam etmiş, uzun illər ərzində oradan istifadə etdikləri üçün Cavidin sözünə məhəl qoymamışdır. Ona görə də Zərərçəkmiş şəxsla aralarında da narazılıq yaranmış, o da sonuncuya Cavidin həmin yeri ona verdiyini bildirsə də, Ramin yenə də həmin yerə heyvanlarını gətirib otarmağa davam etmişdir. 05 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində xırdabuynuzlu heyvanlarını həmin sahəyə aparıb otladarkən bir qədər aralıda öz heyvanlarını əmisi oğlu Zərərçəkmiş şəxs da otardığını görmüş, lakin Raminə heç nə deməmişdir. O, Təqsirləndirilən şəxs zəng vurub Zərərçəkmiş şəxs yenə heyvanlarını gətirib həmin yerdə otardığını bildirmiş, Cavid isə ona həmin yerə gəlib buna aydınlıq gətirəcəyini bildirərək orada gözləməyini tapşırmış, Ramin və onunla birlikdə söhbət edəcəyini bildirmişdir. O da Cavidi sahədə gözləmişdir. Saat 16 radələrində Təqsirləndirilən şəxs öz əmisi oğlu Şahid3la həmin sahəyə gələrək ilk öncə ona yaxınlaşıb, bir az söhbət etdikdən sonra Raminlə söhbət etməsi üçün sonuncuya yaxınlaşmışlar. Həmin vaxt digər əmisi oğlu Alim də atla onların yanına gəlmişdir. Onlar hamısı bir yerdə dayanıb söhbət edərkən Cavid əmisi oğlu Zərərçəkmiş şəxs həmin yeri ona verdiyini, odur ki, oradan heyvanları çıxartmalı olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında sözlə kiçik mübahisə yaranmış, Ramin Cavidə etiraz edərək həmin yerdən uzun illərdir ki, atası Tahirin sağlığında ailəsinin istifadə etdiyini, sahənin kənarında su arxı çəkdiklərini, orada böyük əziyyətlərinin olduğunu söyləmişdir. Həmin vaxt Cavid əsəbləşərək Zərərçəkmiş şəxs “hardadı o su arxı, nə əziyyətiniz olub ki sizin? hər dəfə deyirsən su arxı çəkmişik, gedək göstər hardadı o arx” ifadəsini işlədərək Raminə həmin yeri göstərməsini təklif etmişdir. Ramin də razılaşmış və həmin yerdən sahənin kənarına tərəf getməyə başlamışlar. Onlar Cavidlə ikisi birlikdə dayandıqları yerdən təxminən 100 metr həmin su arxı tərəfə uzaqlaşmışlar. Sonuncular onların yanında ciddi mübahisə etmədikləri üçün Cavidlə Raminin dalaşacaqlarını güman etməmişlər. O, Alim və Nicat dayandıqları yerdə başları söhbətə qarışmış, birdən uzaqda Cavidlə Raminin yerdə süpürləşdiklərini görmüşlər. Həmin zaman onlar Cavidlə Raminin dalaşdıqlarını anlamış, lakin aralarında məsafə uzaq olduğu üçün kimin kimi nə ilə vurmasını görməmişlər. O, əmisi oğlu Alim və Cavidin əmisi oğlu Nicat dərhal qaçaraq Cavidlə Raminin yanına gedib sonuncuları aralamışlar. Həmin vaxt Cavidlə Ramin yerdə yaxlaşdıqları üçün hər ikisi də tənginəfəs vəziyyətdə olmuşlar. Həm Cavidin, həm də Raminin sifətində xəsarət izləri olmuşdur. Həmin zaman onlar Cavidlə Raminin birbirilərinə xəsarət yetirdiklərini bilmişlər. Cavidlə Raminin arasında mübahisə örüş sahəsində, onun yanından təxminən 100 metr aralıda su arxı tərəfdə baş vermiş, həmin yer sahə olduğundan, yaxında yaşayış evləri olmadığından başqa heç kim mübahisəni görməmiş və oraya başqa heç kim toplaşmamışdır. Cavidlə Raminin arasında mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, səs-küy yaranmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan canlı şəxsin cinsi məhkəmə-tibbi ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 341 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ gözətrafı nahiyyənin qançırı, dərialtı hematoması, burun tənəffüsünün pozulması ilə müşaiət olunan burun sümüyünün və qığırdağının sınığı olmuşdur. Bu xəsarətlər küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05 oktyabr 2024-cü il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işində оlan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində оlan Ucar Rayon İcra Hakimiyyəti başçısının Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs Ramil Təhməzovla barışmışdır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, təqsirini etiraf edir, əməlindən peşimandır, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, onun təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin (bundan sonra-CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə хitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbiri ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən hazırkı iş üzrə müdafiəçiyə məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 (altı) manat miqdarında, cəmi 105 manat haqq ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 40, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 127.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 73.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışması və dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 105 (bir yüz beş) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar