Məhkəmə qərarları › İş №1(063)-23/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-23/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-23/2025 19.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1988-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ucar şəhəri, Nəsimi küçəsi, ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 0,47 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq, o cümlədən 8,42 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşıyaraq yaşadığı Ucar şəhəri, Nəsimi küçəsi, ev 18 ünvanında saxlamış, 12 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, Nəsimi küçəsində saxlanılıb üzəri yoxlanılarkən əynində olan şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunda 1 ədəd papirosa doldurulmuş vəziyyətdə təmiz çəkisi 0,47 qram, həmçinin yaşadığı Ucar şəhəri, Nəsimi küçəsi, ev 18 ünvanında yerləşən evin həyətində yarımtikilidə yerləşən divarda olan rəfdən 2 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,05 qram və 4,37 qram olmaqla, ümumilikdə 8,89 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Əvvəllər tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Şübhəli şəxs kimi tutulmamışdan təxminən 1 ay əvvəl Ucar şəhərində olan zaman, gecə vaxtı dəqiq xatırlamadığı ərazidə yerdə olan bükülü diqqətini cəlb etmişdir. O, həmin bükülünü açdıqda içərisində qurudulmuş marixuananın olduğunu müəyyən etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğu üçün həmin bükülüdə olan marixuanadan istifadə etmək məqsədi ilə özü ilə götürüb yaşadığı ünvana gətirmişdir. Evdə həmin narkotik vasitələri kibrit qutularının içərisinə yerləşdirmişdir. Arada həmin marixuananı siqaretin içərisinə doldurub istifadə etmişdir. 12 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Ucar şəhəri, Nəsimi küçəsində polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərinə və yaşadığı ünvana baxış keçirəcəklərini qeyd etmişlər. Polis əməkdaşı ondan üzərində və yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşmuş və o, saxladığını qeyd edərək əynində olan göy cins şalvarın sol yan cibində olan “Monte Qalaxy 520” yazılı siqaret qutusunu çıxararaq, qutunun içərisində olan 1 ədəd papirosu təqdim etmiş və papirosun içərisində qurudulmuş marixuananın olduğunu bildirmişdir. Daha sonra üstü yoxlanılsa da üzərində başqa qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd papiros polis əməkdaşları tərəfindən zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Daha sonra polis əməkdaşı tərəfindən yaşadığı ünvana baxış keçirilməyə başlanmışdır. Bu zaman o, könüllü şəkildə həyətdəki yarımtikilidə yerləşən, divardakı rəfin içərisində olan 2 ədəd kibrit qutusunu təqdim etmişdir. Şifahi sorğu zamanı o, kibrit qutularının içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kütlələrə baxış keçirildikdən sonra 2 ədəd kibrit qutusu zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Həmçinin, ona üzərində mobil telefonun olubolmaması barədə sual verildikdə olduğunu bildirmişdir. Ona məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Daha sonra yaşadığı ünvana baxış keçirilmiş və başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra onu Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində onun, Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərindən və yaşadığı ünvandan aşkar edilmiş kütlələrə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxışa başlamamışdan əvvəl müstəntiq tərəfindən bir daha hüquq və vəzifələri izah olunmaqla bununla bağlı bildiriş təqdim olunmuş və həmin bildiriş tərəfindən imzalanmaqla götürülmüşdür. Həmin kütlələrə baxış keçirilməsi ilə bağlı kiminsə etirazının olub-olmaması barədə sual verildikdə o və digər iştirakçılar etirazlarının olmadığını bildirmişlər. İlk növbədə onun yaşadığı ünvandan aşkar edilmiş 2 ədəd kibrit qutusunun qablaşdırıldığı zərfə baxış keçirilmiş və həmin qutuda olan kütlələr kibrit qutusu ilə birlikdə tərəzidə çəkilmiş və kibrit qutuları ilə birlikdə çəkilərinin 7,77 qram və 6,08 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o həmin kütlələrin özünə məxsus olduğunu və istifadə etmək məqsədi ilə yaşadığı ünvanda saxladığını bildirmişdir. Daha sonra 2 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Daha sonra üzərindən aşkar edilmiş 1 ədəd papirosun qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, papirosun özünə məxsus olduğunu və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Papirosun içərisində olan kütlə papirosla birlikdə tərəzidə çəkilmiş və papiros ilə birlikdə çəkisinin 1,05 qram olması müəyyən edilmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığı üçün yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Daha sonra yaşadığı ünvana baxış zamanı aşkar edilmiş “Samsung A21S” markalı mobil telefonun qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Şifahi sorğu zamanı o həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin mobil telefon əvvəlki zərfin tamlığı pozulmadığı üçün yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənmişdir. Bundan sonra müstəntiq tərəfindən baxışda iştirak edən şəxslərə hər hansı bir sualının, etirazın olub-olmadığı soruşulduqda müdafiəçi ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalıb-qalmadığını soruşmuş, o isə “yox” deyə cavab vermişdir. Bundan sonra baxışın keçirilməsi yekunlaşmışdır. Məhkəmədən himayəsində 2 azyaşlı uşağının olmasını, əməlini etiraf etməsini və peşimançılığını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, müddətsiz 2-ci dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımamış, əvvəllər aralarında heç bir münasibət olmamışdır. ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində, eləcə də yaşadığı evdə və evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə narkotik maddə gizlətməsi barədə Ucar Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və rayon polis şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Ucar Rayon Polis Şöbəsinin rəisinin əmrinə əsasən Ucar Rayon Polis Şöbəsinə NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, KCMQ-nin baş əməliyyat müvəkkili X7, CAB-ın əməliyyat müvəkkili X10, CAB-ın əməliyyat müvəkkili Şahid3 və onun iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində, eləcə də yaşadığı evdə və evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə narkotik maddə gizlətməsi barədə məlumat olduğundan KCMQ-nin baş əməliyyat müvəkkili X7, CAB-ın əməliyyat müvəkkili X10, CAB-ın əməliyyat müvəkkili Şahid3 və onun iştirakı ilə 12 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Ucar şəhəri, Nəsimi küçəsində yaşadığı evin yaxınlığında saxlamışlar. Ucar şəhəri, Nəsimi küçəsində Təqsirləndirilən şəxs üstü videoçəkiliş vasitəsilə onun, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvvəkili Şahid3, CAB-ın əməliyyat müvvəkili X10, çəkilişi aparan şəxs Ucar Rayon Polis Şöbəsinin KCMQ-nın baş əməliyyat müvəkkili X3 iştirakları ilə yoxlanılmışdır. Üstü yoxlanılmağa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifləri və müdafiə hüquqları izah olunmuş və bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla götürülmüşdür. Üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş predmetin olub-olmamasını soruşulduqda Təqsirləndirilən şəxs olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Monte Qalaksi 520” yazıları olan siqaret qutusundan 1 ədəd papirosun içərisində olan qurudulmuş marixuananı təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bundan əlavə üzərində qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Həmin 01 ədəd papiros qablaşdırılması üçün kənara qoyulmuş, həmin siqaret qutusunun içərisinə baxış keçirilmiş və siqaret qutusu Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Daha sonra Pünhan Umudov tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli “Monte Qalaksi 520” yazıları olan siqaret qutusundan 1 ədəd papirosun içərisində olan qurudulmuş marixuana papirosla birlikdə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş, həmin zərfin üzəri yazıldıqdan və iştirakçılar tərəfindən imzalandıqdan sonra ağzı bağlanılmaqla üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə götürülmüşdür. Daha sonra kiminsə şikayətinin və etirazının olubolmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün çəkiliş başa çatmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmetin olubolmaması soruşulmuş və Təqsirləndirilən şəxs yaşadığı ünvanda “marixuananın” olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana onun iştirakı və icazəsi ilə baxış keçirilməsinə başlanılmışdır. Ucar Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, Ucar Rayon Polis Şöbəsinə CAB-ın əməliyyat müvəkkili X10, çəkilişi aparan şəxs Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3 və onun iştirakı ilə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Evin həyətinə daxil olduqda sol tərəfdə yarımtikili olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin yardımçı tikilidən anbar kimi istifadə olunduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin yardımçı tikilidə yerləşən divardakı rəfin sol hissəsində olan 2 ədəd kibrit qutusunu təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kibrit qutularında olan kütlələrin “marixuana” olduğunu və yaşadığı ünvanda bundan başqa qanunla qadağan olunmuş əşya və predmet olmadığını qeyd etmişdir. Daha sonra 1 ədəd ağ rəngli zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra hər iki kibrit qutusunda olan qurudulmuş marixuana kibrit qutuları ilə birlikdə həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə götürülmüşdür. Bundan sonra yenidən Təqsirləndirilən şəxs yaşadığı ünvanda bundan başqa qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşulduqda o, olmadığını bildirmişdir. Daha sonra anbar kimi istifadə olunan həmin yarımtikiliyə, həyətyanı sahədə olan dəmir qabların içərisinə, yaşadığı evə baxış keçirilmiş, lakin baxış zamanı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus “Samsung A21S” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd ağ rəngli zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərfin içərisinə qoyulmuş və ağzı bağlanılmaqla üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu qeyd etmişdir. Daha sonra kiminsə şikayətinin və etirazının olub-olmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün baxış başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsində olan divardakı rəfin sol hissəsindən aşkar edilmiş qurudulmuş marixuanalar rayon polis şöbəsinə gətirilmişdir. Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3, Ucar Rayon Polis Şöbəsinin məsul növbətçisi X5, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil Müdafiəçi və onun iştirakı ilə Təqsirləndirilən şəxs üstündən və yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə, divardakı rəfdən aşkar edilmiş narkotik vasitələrə videoçəkiliş vasitəsilə Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X2 tərəfindən Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində baxış keçirilmişdir. Həmin vaxtı videoçəkilişi Ucar Rayon Polis Şöbəsinin məsul növbətçisi X5 həyata keçirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə yerləşən, divardakı rəfdən aşkar edilmiş qurudulmuş marixuananın qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılmış və 02(iki) ədəd kibrit qutusunun içərisində olan qurudulmuş marixuanaya baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini və yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə yerləşən, divardakı rəfdən aşkar edilən kütlələrin də özünə məxsus olduğunu bildirmişdir. Həmin qurudulmuş marixuana kibrit qutuları ilə birlikdə Feyruz Abdullayev tərəfindən elektron tərəzinin üzərinə qoyulmuş və kibrit qutuları ilə birlikdə çəkilərinin 7,77 qram və 6,08 qram olması müəyyən edilmişdir. Daha sonra əvvəlki zərfin tamlığı pozulmadığından həmin 02 (iki) ədəd kibrit qutusu yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuananın qablaşdırıldığı 01 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılmış və 01(bir) ədəd papirosun içərisində olan qurudulmuş marixuanaya baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananın üzərindən aşkar olunduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin qurudulmuş marixuana papiros ilə birlikdə Feyruz Abdullayev tərəfindən elektron tərəzinin üzərinə qoyulmuş və papiros ilə birlikdə çəkisinin 1,05 qram olması müəyyən edilmişdir. Daha sonra əvvəlki zərfin tamlığı pozulmadığından həmin 01(bir) ədəd papiros yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış zamanı üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A21S” mobil telefonun qablaşdırıldığı 01 (bir) ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılaraq baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün Feyruz Abdullayev tərəfindən yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Bununla da Feyruz Abdullayev tərəfindən baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 da şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2024-cü il tarixli, 17/822 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yarımtikili (damdan) götürülmüş..2 ədəd kibrit qutusunda...” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-4,05 qr., 4,37 qr., ümumi təmiz çəkisi -8,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində götürülmüş kütlə....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd papirosda, təmiz çəkisi-0,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin papirosdakı, təmiz çəkisi-0,21 qram olan tütünə oxşar digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd kibrit qutusunda və 01 (bir) ədəd papirosda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2024-cü il tarixli, 2029 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 noyabr 2024-cü il tarixli, 3-17-4/2-30960/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2015-ci il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 avqust 1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən normal xarakterizə olunur. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli, 5-80-11/2- 2025/148 nömrəli arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 iyun 2017-ci ildə doğulmuş X8 və 04 dekabr 2019-cu ildə doğulmuş X6 adlı iki uşağı vardır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(063)- 55/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivini yaratmır. Odur ki, Təqsirləndirilən şəxs cəza CM-in 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunmalıdır. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini və ikinci dərəcə əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işində olan Ucar rayon icra və probasiya şöbəsinin 54-137/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək Ucar Rayon Məhkəməsinin 1(063)-55/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli hökmü ilə 2 il 11 ay 26 gün müddətinə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 19 fevral 2025-ci il tarixə çəkilmiş hissəsi 2 il 4 ay 12 gün, çəkilməmiş hissəsi ilə 7 ay 14 gün təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(063)-55/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 (yeddi) ay 14 (on dörd) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2024-cü il tarixdə, saat 15:10-da şübhəli şəxs qismində tutulmuş, 14 oktyabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilərək saat 11:35-də müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsə elan olunmuş, həmçinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə olduğu 2 gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Hazırkı cinayət işi üzrə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın İİ bölməsinin 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, Təqsirləndirilən şəxs əlilliyi olan şəxs olduğundan ona narkomanlıq xəstəliyindən məcburi müalicə tətbiq edilməməli, lakin narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş цzrя maddi sцbut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 8,83 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar və 0,19 qram çəkidə narkotik vasitə olmayan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən bаrəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Hökmün maddi sübutun məhv edilməsi, habelə məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə tapşırılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 105 (bir yüz beş) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 1(063)-55/2022 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 7 (yeddi) ay 14 (on dörd) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş цzrя maddi sцbut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 8,83 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar və 0,19 qram çəkidə narkotik vasitə olmayan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün maddi sübutun məhv edilməsi, habelə məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə tapşırılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 105 (bir yüz beş) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar