Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-24/2025 04.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, 1-ci qrup əlil, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Ucar rayonu, Qazyan kəndində yerləşən evində olarkən səs-küy eşidib həyətə çıxdığı zaman küsülü olduğu baldızı Zərərçəkmiş şəxs Şahid1, Şahid2 və Şahid3 ilə birlikdə Ucar rayonu, Qazyan kəndində yaşadığı evin həyətinə gəlmələrini başa düşərək onların çıxıb getmələrini tələb etdikdə, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, əlindəki əsa ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vuraraq hər iki budun, sol qoltuqaltı nahiyəsinin qançırı və əli ilə boynunun sol yan səthinin 1/3-nin sıyrığı xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X6 onun həyat yoldaşıdır, Ramazan Mahmudovla 2008-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahdan 2 oğlan uşaqları olmuşdur. Şahid1 və Zərərçəkmiş şəxs onun baldızları, Sadiq isə digər baldızı Xədicənin oğludur. Təxminən 1 ildən çoxdur ki, Mədinə ilə aralarında mübahisə və davadalaşları olmuş, bununla bağlı da polis orqanlarına müraciət də etmişdir. 2016-cı ildən gözdən İİ qrup əlil olmuşdur. 2024-cü ilin sentyabr ayının 19-da X9 adına göz klinikasına getmiş və orada gözünün birinin sıfır, digərinin isə 0,02 faiz görməsi məlum olmuşdur. Həmin vaxtı lupa eynəklərdən istifadə edərək uzaq məsafəni görə bilməsə də, yaxın məsafəni ala-toran da olsa görə bilmişdir. 09 oktyabr 2024-cü ildə, saat 16 radələrində ailəsi ilə bir yerdə evdə oturan zaman həyətdə olan itlərin hürməyini eşitmişdir. Bu zaman oğlanları Araz və Cəmil həyətə düşmüş və daha sonra Araz gələrək Sadiqin hasardan hoppanıb darvazanı açmasını demişdir. Həmin vaxt Cəmil əlindəki mobil telefonla videoçəkilişi həyəta keçirmişdir. Daha sonra bunu da ona həyat yoldaşı Ramazan demişdir. Bundan sonra yoldaşı ona həyətə düşdüyünü demişdir. Bir müddətdən sonra həyətdə olan səs-küyə görə balaca oğlu Araz onu həyətə çıxarmış və o, yoldaşından nə olduğunu soruşmuş, yoldaşı da Sadiqgilin həyətə gəldiyini demişdir. Bundan sonra o, həmin şəxslərə yaxınlaşmış və çıxıb getmələrini istəmişdir. Sadiqin üzərinə gedən zaman bir nəfər onun sifət nahiyyəsinə şillə ilə vurmuş və əlindəki əsanı yerə tullamışdır. Digər oğlu Cəmil əsanı yerdən götürmüş və ona vermişdir. O, həmin vaxt Sadiqin onu vurduğunu fikirləşmiş və buna görə də özünü müdafiə etmək üçün əsanı sağa-sola yelləməyə başlamışdır. Daha sonra yoldaşı onun sifətinə vuran şəxsin Sadiq yox, Sevil olduğunu demişdir. Həmçinin yoldaşı ona əlindəki əsa ilə Sevili vurduğunu, lakin Mədinə və Sadiqi vurmadığını demişdir. Həmin vaxtı orada Mədinə, Sevil, Sadiq, Ramazan, Həsən adlı taksi sürücüsü və oğlanları olmuşlar. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmü çıxarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də onun ittiham elan olunan əməlinin törədilməsində təqsirli olması məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı X2 həyat yoldaşıdır. Əvvəllər Təqsirləndirilən şəxs ilə aralarında mübahisələr olmuş, lakin bu barədə polis orqanlarına müraciət etməmişdir. 09 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində o, bacısı Mədinə və digər bacısı Xədicənin oğlu Sadiq ilə birgə taksi ilə qardaşı Ramazanın həyətində olan toyuq hininə toyuqlarına dən verməyə getmişdir. Bu zaman Sadiq həyət darvazasını açmış və maşını içəri salmışdır. Həyətə daxil olduqda Ramazan və Çinarə onlara yaxınlaşıb nə üçün gəldiklərini soruşub çıxıb getmələrini tələb etmişlər. O və bacısı Mədinə oranın ata evləri olduğunu demiş və elə bu zaman Çinarə ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Çinarə və Ramazan onları təhqir etməyə başlamış və Çinarə ilk olaraq Sadiqin üzərinə gəlib əlində olan əsa ilə Sadiqin ayağına vurmuşdur. Daha sonra Çinarə əlindəki əsa ilə onun ayağına, sol qolunun altına əsa ilə, boynunun sol tərəfinə isə əli ilə xəsarət yetirmişdir. Bacısı Mədinə araya girmək istəyən zaman Çinarə əlindəki əsa ilə Mədinənin də ayaq nahiyyələrinə vurmağa başlamışdır. Daha sonra Çinarənin əlindəki əsa yerə düşmüş və Ramazan əsanı yerdən götürərək Çinarəyə vermişdir. Çinarə əsanı götürdükdən sonra yenidən həmin əsa ilə onun ayaq nahiyyələrinə xəsarət yetirmişdir. Daha sonra Mədinə onu həyətdən çıxarmışdır. Onların Çinarə ilə aralarında dava Ucar rayonu, Qazyan kəndində yerləşən ata evlərinin həyətində baş vermişdir. Onlar küçəyə çıxandan sonra Çinarə ilə aralarında dava olmamışdır. Həmin vaxtı Ramazan onların çıxıb getmələri üçün onları itələmişdir. Zərərçəkmiş şəxs çıxışında təqsirləndirilən şəxsin yüksək məbləğdə cərimə olunmasını tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 11 oktyabr 2024-cü il tarixli, 351 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs hər iki budun, sol qoltuqaltı nahiyənin şişkinliyi, qançırı, boyunun sol yan səthinin yuxarı 1/3-nin sıyrığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 09 oktyabr 2024-cü il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənir. Qeyd olunan xəsarətlərdən hər iki budun iri ölçülü qançırları səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sağlamlığa zərər vurmadığı üçün qalan digər xəsarətlərin dərəcəsi təyin edilmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 noyabr 2024-cü il tarixli, 5-80-18/2-827/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cü il təvəllüdlü X3 və 2011-ci il təvəllüdlü X4 adlı iki uşağı vardır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs birinci dərəcəli əlildir. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, birinci dərəcəli əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs isnad olunan CM-in 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallara və onların mahiyyətinə, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü, yəni cərimə cəzası təyin edilməsi məqsədəmüvafiq hesab edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 1 ədəd disk iş materiallarında saxlanılmalı, habelə iş üzrə maddi sübut olan 1 (bir) ədəd əsanın Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Hökmün icra edilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 320 (üç yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib min manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icra edilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd əsanın Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 320 (üç yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-24/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-24/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver