Məhkəmə qərarları › İş №1(063)-26/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-26/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-26/2024 08.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 08 may 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,770 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 24 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, 28 may küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib, şöbənin Növbətçi Hissəsində üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı sol əlində saxladığı 1 ədəd sellofana və ağ-qara kağıza bükülü halda təmiz çəkisi 0,770 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 24 noyabr 2023-cü il tarixdə, yəni Ucar RPŞ-nin əməkdaşları tərəfindən tutulmamışdan təxminən 4-5 ay əvvələ qədər heroini “falqaya” doldurma yolu ilə çəksə də, narkotikin növündən asılı olmayaq satışı ilə məşğul olmamışdır. 24 noyabr 2023cü il tarixdə, səhər saatlarında yaşadığı Ucar şəhəri, T.İsmayılov küçəsi ilə gedərkən yerdə siqaret qutusu görüb maraq üçün götürüb içərisinə baxanda kiçik sellofana bükülü halda 1 ədəd bükümü açanda ağ-qara kağıza bükülü bir qədər heroin olmasını görüb əgər “ürəyi” istəsə “falqaya” dolduraraq çəkəcəyini düşünüb cibinə qoymuş, həmin gün saat 17 radələrində Ucar şəhəri, 28 may küçəsi ilə yol gedərkən Ucar RPŞ-nin əməkdaşları ona yaxınlaşıb narkotik saxlamaqda şübhəli olduğunu bildirib Ucar RPŞ-nin Növbətçi Hissəsinə gətirmişlər. Əynində olan şalvarın sol cibinə küçədən tapıb qoyduğu həmin o, bükümü çıxarıb atmaq məqsədi ilə sol əlində saxlasa da, polislərin yanında ata bilmədiyindən məcbur olub əlində saxlamaqda davam etmiş, növbətçi hissədə Müdafiəçi və bir neçə polis əməkdaşlarının iştirakı ilə video çəkilişləüzəri axtarılmamışdan əvvəl hüquq və vəzifələri izah edilib, bu barədə bildiriş təqdim edilmiş, hüquq və vəzifələri aydın olduqdan sonra bildirişə imza etmişdir. Sonra orada üzərində qanunsuz hər nə varsa özünün təqdim etməsi təklif edildikdə sol əlində saxladığı bükümü stolun üzərinə qoymuşdur. Müstəntiq bükümün kimə və nədən ibarət olması sualını verdikdə məsuliyyətdən qorxduğu üçün bükümün kimə məxsus olmasını bilmədiyini qeyd etmişdir. Sonra gödəkcəsinin sağ cibindən 2 qutu siqareti və 1 ədəd alışqanı, şalvarının sol arxa cibindən isə 3 ədəd 1 manatlıq olmaqla, 3 manat pulu stolun üzərinə qoymuş, polis əməkdaşı Ramil kimi tanıdığı şəxs stolun üzərinə qoyduğu sellofan bükümü açanda həmin sellofan bükümdə olan ağ-qara kağıza bükülü küçədən tapdığı heroin olması müəyyən edilmişdir. Ramil Abullayev tərəfindən üzəri yoxlanılsa da, başqa heç nə aşkar olunmamış, büküm müstəntiq tərəfindən 1 ədəd zərfə qoyulub möhürləndikdən sonra iştirakçılarla birilikdə zərfin üzərini sonra isə bu barədə tərtib edilmiş protokolu imzalamışdır. 3 manat pul, 2 qutu siqaret və alışqan isə özünə qaytarılmışdır. Həmin vaxt müdafiəçi tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalmağı barədə sual verildikdə qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Əlavə olaraq dindirilərkən bildirmişdir ki, polis əməkdaşları onu saxlayaraq şöbəyə gətirməmişdən əvvəl heroin cibində olmuş, şöbədə heroin bükülmüş bükümü “yaxasını” bu işdən qutarmaq üçün cibindən çıxarıb atmaq istəsə də, bunu şöbədə polislərin yanında edə bilməyib stolun üzərinə qoymuş, şöbədə üzəri cəmi 1 dəfə növbətçi hissədə ancaq video çəkilişlə yoxlanmış, müdafiəçi əvvəlcə şöbədə onunla görüşəndə üzərində qanunla qadağan olunmuş nəyinsə olmasını soruşanda o, əlində saxladığı heroinin barəsində söhbət getdiyini başa düşüb əvvələr polis tərəfindən tutulmadığına görə müdafiəçinin nəyə görə soruşmasını başa düşmədiyindən müdafiəçiyə də inanmayıb üzərində nəyinsə olduğunu desə də, amma əlində olan bükümü və bükümdə olanın nədən ibarət olmasını bildirməyib üzərində olanın özünə məxsus olmadığını demişdir. Sonra müdafiəçi üzərində olanın polis əməkdaşları tərəfindən qoyulub-qoyulmamasını soruşanda yenə özünü müdafiə etmək məqsədi ilə “bilmirəm” demiş, müdafiəçi ona küçədə yaxınlaşanın kim olmasını soruşanda üzəri video çəkilişlə axtarılan zaman yanında dayanmış polis əməkdaşı Şahid2 göstərmiş, müdafiəçi şöbəyə gətiriləndə üzərinə nəsə qoyulmasını görüb hiss edib-etmədiyini soruşanda, belə bir şeyin olmadığını bildirib doğrudan da polis əməkdaşlarının üzərinə heç nə qoymadığını göstərmişdir. Həmçinin, polis şöbəsində videoçəkiliş zamanı üzərində şəxsi axtarış aparılan zaman heroinin üzərindən çıxmasını deməklə, əslində o, küçədə saxlanılan zaman həmin bükümün üzərində olmasını demək istədiyini bildirmək istəmiş, əlavə olaraq polis əməkdaşı Ramin Abdullayev üzəri axtarılanda narkotik istifadə etməsi barədə soruşanda əvvələr marixuana və heroindən istifadə etməsini etiraf etmişdir. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirməsinin, ilk dəfə cinayət törətməsinin, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasının və ağ ciyər xəstəliyi ilə (ağırlaşmış formada) mübarizə aparmasının nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan minimal həddə cəza verilməsini xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar şəhəri, T.İsmayılov küçəsi, ev 48-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən həmin gün şöbə rəhbərliyinə raportla məruzə edərək əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edib NMQ-nun əməliyyat müvəkkili Şahid3lə birlikdə həmin gün, saat 17 radələrində Ucar şəhəri, 28 May küçəsində yerləşən Ticarət Mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim təqdim edib narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Ucar RPŞ-nin Növbətçi Hissəsinə gətirib bu barədə protokol tərtib etməklə əvvəlcədən hazırlanmış əmrə əsasən şöbənin müstəntiqi Elməddin Əliyev məlumatlandırılmış, Növbətçi Hissədə müstəntiq Elmədin Əliyev tərəfindən Müdafiəçi iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılanda həmin prosesi məsul növbətçi Şahid1 video çəkilişlə həyata keçirməyə başlamışdır. Əvvəl müstəntiq X4 Əsgərova üzərində qanunla qadağan edilmiş əşya və sair vardırsa, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir şeyin olmadığını bildirib sol əlinin ovuc hissəsində saxladığı kiçik sellofana bükülü 1 ədəd bükümü, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 2 qutu siqareti, 1 ədəd alışqanı, eyni zamanda əynində olan cins şalvarın sol arxa cibindən 3 ədəd 1 manatlıq olmaqla, cəmi 3 manatı çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan büküm diqqəti cəlb etdiyindən müstəntiq X4 Əsgərovdan bükülünün nədən ibarət olmasını soruşduqda Təqsirləndirilən şəxs əvvəlcə sualı cavablandırmamış, təkrarən sual olunduqda isə bükülünün özünə məxsus olmadığını bildirmişdir. Sonra həmin büküm şəxsi axtarış və götürmədə iştirak edən Şahid3 tərəfindən açılmağa başlayanda sellofandan sonra ağ-qara kağıza bükülü toz halında narkotik vasitə heroinə oxşar vasitə aşkarlanmış, bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs bir daha sualla müraciət edildikə o, şöbəyə gətirilərkən üzərində həmin vasitənin olmasına baxmayaraq, özünə məxsus olmadığını göstərmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və maddə qəbul edib-etmədiyi barədə sual verildikdə sonuncu marixuana və heroin qəbul etməsini etiraf etmişdir. Həmçinin Müdafiəçi Təqsirləndirilən şəxs şöbəyə gətirilənədək və sonra hər hansı bir qanunsuz hərəkətin edilməsi barədə sual versə də, heç bir qanunsuzluğa məruz qalmadığını, aşkar edilmiş bükülünün şöbəyə gətirilərkən üzərində olmasını və hazırda özünə məxsus olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzəri axtarılan zaman qanunla qadağan edilmiş əşya və sair müəyyən edilməmiş, aşkar olunmuş 2 qutu siqaret və 3 manat Təqsirləndirilən şəxs qaytarılıb heroinə bənzər vasitə bükülmüş büküm isə kağız zərfə qablaşdırılıb möhürləndikdən sonra iştirakçılarla birlikdə zərfin üzərini və bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şöbənin Növbətçi Hissəsinə gətirilmiş, yalnız orada şəxsi axtarış və götürmə zamanı video çəkilişlə üzəri axtarılmış, Təqsirləndirilən şəxs özüdə əlində saxladığı heroinin üzərinə heç kim tərəfindən qoyulmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni özünü müdafiə etməsi üçün özünə məxsus olmadığını bildirdiyini göstərmişdir. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 24 noyabr 2023-cü il tarixdə Ucar RPŞ-nin Növbətçi Hissəsində növbətçi olmuşdur. Həmin gün, saat təxminən 17 radələrində əvvəllər tanımadığı Ucar şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Növbətçi Hissəyə gətirilib Müdafiəçi, Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2 və həmin qrupun əməliyyat müvəkkili Şahid3 iştirakları ilə Ucar RPŞ-nin İB-nin müstəntiqi Elməddin Əliyev tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanılanda həmin prosesin video çəkilişini həyata keçirməyə başlamışdır. Əvvəl müstəntiq X4 Əsgərova üzərində qanunla qadağan edilmiş əşya və sair vardırsa, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir şeyin olmadığını bildirib sol əlinin ovuc hissəsində saxladığı kiçik sellofana bükülü 1 ədəd bükümü, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 2 qutu siqareti, 1 ədəd alışqanı, eyni zamanda əynində olan cins şalvarın sol arxa cibindən 3 ədəd 1 manatlıq olmaqla, cəmi 3 manatı çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan büküm diqqəti cəlb etdiyindən müstəntiq X4 Əsgərovdan bükülünün nədən ibarət olmasını soruşduqda Təqsirləndirilən şəxs əvvəlcə sualı cavablandırmamamış, təkrarən sual olunduqda isə bükülünün özünə məxsus olmadığını bildirmiş, büküm Şahid3 tərəfindən açılmağa başlayanda sellofandan sonra ağ-qara kağıza bükülü toz halında narkotik vasitə heroinə oxşar vasitə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bir daha sualla müraciət edildikə o, şöbəyə gətirilərkən üzərində həmin vasitənin olmasına baxmayaraq, hazırda bükümün özünə məxsus olmadığını göstərmiş, Təqsirləndirilən şəxs polis əməkdaşı Ramin Abdullayev tərəfindən narkotik vasitə və maddə qəbul edib-etmədiyi barədə sual verildikdə marixuana və heroin qəbul etməsini etiraf etmişdir. Həmçinin, Müdafiəçi Təqsirləndirilən şəxs şöbəyə gətirilənədək və sonra hər hansı bir qanunsuz hərəkətin edilməsi barədə sual versə də, heç bir qanunsuzluğa məruz qalmadığını, aşkar edilmiş bükülünün isə yenə özünə məxsus olmadığını, amma bükülünün özündən aşkar edilməsini bildirmiş, Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzəri axtarılan zaman qanunla qadağan edilmiş əşya və sair müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 qutu siqaret və 3 manat özünə qaytarılıb heroinə bənzər vasitə bükülmüş büküm isə kağız zərfə qablaşdırılıb möhürləndikdən sonra iştirakçılarla birlikdə zərfin üzərini və bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şöbənin Növbətçi Hissəsinə gətirilmiş, yalnız orada şəxsi axtarış və götürmə zamanı video çəkilişlə üzəri axtarılmışdır. Şəxsi axtarış və götürmə zamanı müdafiəçi Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin üzərinə qoyulubqoyulmaması, eləcə də təzyiqə və digər qanunsuzluğa məruz qalması barədə sual verdikdə sonuncu belə bir halın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-35-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2023-cü il tarixli, 17/809 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə....” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,770 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik vasitə olan heroinin qalıq çəkisi 0,720 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 71,94 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 15 yanvar 2024-cü il tarixli, 50 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 24 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolundan görünür ki, 24 noyabr 2023-cü il tarixdə saat 17:24-dən saat 17:40-dək şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə olan heroin onun sol əlində saxladığı kiçik sellofanda aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-59-cu və 102-108-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 27 noyabr 2023-cü il tarixli maddi sübut kimi tanınma və saxlanca verilmə barədə, eləcə də 27 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,720 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 24 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 76-77-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 01-ci səhifəsində olan 25 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, HK-1/1672 nömrəli material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-ci vərəqəsində olan 24 noyabr 2023cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 22-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:20-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-57-ci vərəqəsində olan 26 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməklə barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:02-də Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-100-cü vərəqələrində olan arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhəri üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır, himayəsində 31 may 2014-cü il təvəllüdlü X1 və 02 sentyabr 2015-ci il təvəllüdlü X2 vardır. Məhkəmə iclasında elan edilmiş (təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 027 saylı, 14 iyul 2021-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sol ağ ciyərin infeltrativ vərəmi, dağılma mərhələsində diaqnozu təyin edilmiş və o, sözügedən xəstəlikdən 2017-ci ildən əziyyət çəkir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməyini, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 noyabr 2023-cü il tarixdən 26 noyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 0,720 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 24 noyabr 2023cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 0,720 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 24 noyabr 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar