Məhkəmə qərarları › İş №1(063)-27/2024

Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-27/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-27/2024 28.02.2024 UCAR RAYON MƏHKƏMƏSİ Ucar Rayon Məhkəməsinin hakimi Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi ilə, “Yeni Söz” qəzeti redaksiyasının təsisçisi Elnur Orucovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC-nin direktoru X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Ucar Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: “Yeni Söz” qəzeti redaksiyasının təsisçisi Elnur Orucovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC-nin direktoru X1 tərəfindən Ucar Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi, böhtan xarakterli məlumatların xx.xx.2023-cü il tarixdə “yenisoz.az” adlı veb saytında, daha sonra isə mənbəsi “aktualxeber” kimi göstərilərək “Elatus Azərbaycan brendi... yoxsa “Made in Azerbaijan” adına ləkə..” adlı başlığın paylaşılması ilə əlaqədar olmuşdur. Şikayət vermiş şəxs "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə təqdim edilən xüsusi ittiham qaydasında şikayəti geri götürdüyünü və bu səbəbdən də şikayətin sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hazırkı iş üzrə şikayət vermiş tərəf şikayətinin və əlavə edilmiş sənədlərinin geri qaytarılmasını tələb etdiyindən, xüsusi ittiham qaydasında şikayət və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 298, 299, 300 və 302ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Yeni Söz” qəzeti redaksiyasının təsisçisi Elnur Orucov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" MMC-nin direktoru X1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan 20 gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar