Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-27/2025 11.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 11 mart 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1979-cu il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ucar Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sözügedən hökmdən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə Ucar Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək, CM-nin 234.1 və 66.2-ci maddələri hökmdən xaric olunmuş və 237.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Şəki Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(107)-413/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixdə Milli Məclisin Amnistiya qərarının 4, 9.2.5, 9, 3, 30-cu bəndləri tətbiq edilmiş, cəzası 06 ay azaldılaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 14 iyun 2023-cü il tarixdə 07 ay 10 gün cəza müddəti başa çatmış, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş tərkiblərinə görə eyni olan xeyli miqdarda, yəni 6,64 qram, 5,16 qram, 5,44 qram, 6,81 qram, 5,73 qram, 6,79 qram, 5,57 qram, 6,75 qram, 6,36 qram, 5,37 qram, 6,16 qram, 5,68 qram, 6,46 qram, 6,48 qram, 6,10 qram, 6,72 qram, 6,49 qram, 6,81 qram, 6,67 qram, 6,42 qram, 4,89 qram, 5,66 qram, 6,18 qram, 4,71 qram, 5,82 qram, 3,23 qram, 0,22 qram, 3,22 qram və 0,92 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evin həyətində tikilmiş yardımçı tikilidə və evin giriş hissəsində olan pilləkənin aşağısında düzəldilmiş saxlanc yerində saxlamış, 13 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Ucar rayonu, Gəraybəyli kəndində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq yaşadığı ünvana baxış keçirilərəkən evin həyətində tikilmiş yadımçı tikilidə olan rəfin üzərinə qoyulmuş qazanın içərisindən 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,23 qram, 0,22 qram, 3,22 qram və 0,92 qram eləcə də, evin giriş hissəsində olan pilləkənin aşağısında düzəldilmiş saxlanc yerində 10 ədədi 1 ədəd sellofan torbada, 9 ədədi 1 ədəd sellofan torbada, 6 ədədi isə 1 ədəd sellofan torbada, cəmi 25 ədəd kibrit qutusunda ayrı-ayrılıda təmiz çəkiləri 6,64 qram, 5,16 qram, 5,44 qram, 6,81 qram, 5,73 qram, 6,79 qram, 5,57 qram, 6,75 qram, 6,36 qram, 5,37 qram, 6,16 qram, 5,68 qram, 6,46 qram, 6,48 qram, 6,10 qram, 6,72 qram, 6,49 qram, 6,81 qram, 6,67 qram, 6,42 qram, 4,89 qram, 5,66 qram, 6,18 qram, 4,71 qram, 5,82 qram ümumilikdə 159,46 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər CM-nin 234.1 və 237.1-ci maddələri ilə məhkum olmuş, 2023-cü ildə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. Qurudulmuş marixuananı siqaretə doldurma yolu ilə istifadə etmiş, 2024cü ilin noyabr ayının 10-dan sonra saat 12 radələrində idarə etdiyi avtomobili yuduzdurmaq məqsədi ilə Ucar rayonu, Rəstəcə kəndinin ərazisində yerləşən yuyucu məntəqəsinə getmişdir. Məntəqənin arxasında yerləşən zibilliyə zibil atarkən orada 1 ədəd sellofan diqqətini cəlb etmiş, sellofanı götürüb baxanda 3 ədəd ayrı-ayrılıqda sellofanlara qoyulmuş içərilərində qurudulmuş mariuxuana olan 25 ədəd kibrit qutusu və 4 ədəd kağız büküm olmasını görmüşdür. Qurudulmuş mariuxuana istifadəçisi olduğundan tapdıqlarını istifadə etmək üçün yaşadığı evə gətirmiş 4 ədəd qurudulmuş mariuxuana bükülmüş bükülü ilə birlikdə yaşadığı evin arxasında tikilmiş yardımçı tikilidə kiçik rəfin üzərində olan qazanın içinə qoymuşdur. 25 ədəd kibrit qutularını isə yaşadığı evin girişində pilləkənin sol tərəfində ayaqqabı yığılmasından ötrü nəzərədə tutulan saxlanc yerində saxlamışdır. 13 noyabr 2024-cü il tarixdə, saat 16:55 radədələrində Ucar rayonu, Gəraybəyli kəndində yaşadığı evin yaxınlığında polis əməkdaşları narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib onu saxlayaraq video çəkilişlə üzərinə və yaşadığı ünvana baxış keçiriləcəyini bildirdikdə buna etiraz etməmişdir. Bundan sonra hüquq və vəzifələri izah edilib yaşadığı ünvanın qarşısına gətirilərək orada üzərində qanunsuz nə varsa təqdim etməsi təklif olunduqda üzərində qanunsuz heç bir şey olmadığını bildirmişdir. Orada üzərini yoxlayanda üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmiş, ardınca həyətlərinə daxil olub evin arxasında tikilmiş yardımçı tikiliyə baxış keçiriləndə orada rəfin üzərinə qoyulmuş qazanın içərisindən 4 ədəd qurudulmuş marixuana bükülmüş kağız büküm tapılmışdır. Eləcə də qazanın içərisindən qızıl qalanda istifadə etdiyi 1 ədəd elektron tərəzi müəyyən edilmiş, aşkar edilənlər tərəzi də daxil olmaqla zərflərə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərini imzalamışdır. Bundan sonra yaşadığı evə baxış keçiriləndə evin girişində pilləkənin sol tərəfində ayaqqabı yığılması üçün nəzərədə tutulan saxlanc yerinə 3 ədəd ayrı-ayrı sellofanda qoyduğu 25 ədəd kibrit qutularında olan qurudulmuş marixuana aşkar olunmuşdur. 25 ədəd içərilərinə qurudulmuş marixuana doldurulan kibrit qutusu sellofanla birlikdə zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərini iştirakçılarla birlikdə imzalamışdır. Yaşadığı evə baxış keçiriləndə oradan qanunsuz heç nə müəyyən edilməmiş, bundan sonra baxış yekunlaşdırılmış və onu Ucar RPŞ-yə gətirmişlər. X1 yaşadığı ünvandan aşkar edilənlər video çəkilişlə öz iştirakı ilə açılıb baxış keçirildikdə bir daha yaşadığı ünvandan aşkar edilənlərin özünə məxsus olmasını etiraf etdikdən sonra yaşadığı ünvandan aşkar edilənlər yenidən qablaşdırılıb götürülmüş və iştirakçılarla birlikdə zərflərin üzərini imzalamışdır. Narkotik vasitə və ya sairin satışı ilə məşğul olmadığını, sorğu zamanı aşkar edilmiş elektron tərəzinin üzərində qurudulmuş marixuana hissəciklərinin olmasını ola bilsin ki, qazana qoyduğu qurudulmuş marixuanadan üzərinə tökülməsilə izah etmişdir. Eləcə də elektron tərəzinin plasmas qapağının olmasına görə qurudulmuş marixuana hissəciklərinin tərəzinin çəki hissəsinin üzərinə tökülməsinin mümkünsüzlüyü barədə suala cavab verməkdən imtina etmiş, polis tərəfindən saxlanarkən və ya sonra heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Hazırda yaşının, ailə vəziyyətinin və tutduğu əməldən səmimi peşmançılıq hissi keçirməsinin, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 Qabil oğlu ifadəsində göstərdi ki, əvvəllər Ucar rayonu, Gəraybəyli kənd sakini Təqsirləndirilən şəxs bir Ucarlı kimi tanısa da, aralarında heç bir ədavət və başqa bir münasibət olmamış, 13 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də Şahid1 tərəfindən əməliyyat tədbiri keçirilməsi ilə bağlı şöbə rəhbərliyinə müvafiq raportla məruzə olunmuş, şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbiri keçirilməsi haqqında əmr imzalanmış, əmrə əsasən tədbirdə Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, RPŞ-nin İTB-nin sahə rəisi Şahid3, RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1, RPŞ-nin PPXB-nin sürücü polis nəfəri Şahid5 və özünün iştirak edəcəyi təsdiqlənmişdir. Şahid2 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra 13 noyabr 2024-cü il tarixdə, saat 16:55 radələrində Təqsirləndirilən şəxs Ucar rayonu, Gəraybəyli kəndində yaşadığı evin yaxınlığında yuxarıda adları çəkilən polis əməkdaşlarının iştirakı ilə saxlayıb özlərini tədqim edərək saxlanmasının səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs saxlanılan yerdə adamların və nəqliyyat vasitələrinin hərəkətini nəzərə alıb Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının qarşısına gətirib orada Şahid3 tərəfindən çəkilən video çəkiliş vasitəsi ilə Şahid2 saat 17:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra üzərinin yoxlanılmasına başlanmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir şey olmadığını bildirmiş, bundan sonra tərəfindən üzəri yoxlanıldıqda üzərindən qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə dəmir darvazadan daxil olmaqla baxış keçirilməsinə başlandıqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş nəsə varmı sualı verildikdə Təqsirləndirilən şəxs xeyir cavabını vermişdir. Həyətə baxış zamanı evin arxsında tikilən yardımçı tikiliyə baxış keçirildikdə oraya qoyulmuş taxtda dolabın üzərində olan iç-içə keçirilmiş birinci qazanın içərisindən 1 ədəd elektron tərəzi, 1 ədəd qəzet kağızına bükülmüş qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd adi kağız parçasında qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd qəhvəyi kağız parçasına bükülü vəziyyətdə qurudulmuş marixuanaya bənzər kütlə, aşkar edilmişdir. Aşkar edilmiş bükümlər Şahid2 tərəfindən 1 ədəd zərfə qablaşdırılıb Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulan 71 №-li möhürü ilə möhürlənib götürülməklə iştirakçılar tərəfindən zərfin üzəri imzalanarkən sorğu zamanı Təqsirləndirilən şəxs kütlələrin özünə məxsus olmasını etiraf etmiş, eləcə də aşkar edilmiş elektron tərəzi digər bir zərfə göstərilən qaydada qablaşdırılıb götürüldükdə tərəzinin üzərində qurudulmuş marixuanaya bənzər hissəciklərin olması müəyyən olunmuşdur. Sorğu zamanı Rahim Cavdov tərəzinin özünə aid olmasını və qızıl çəkmək üçün istifadə etdiyini bildirmiş, tərəzi qablaşdırılan zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, baxış Təqsirləndirilən şəxs yaşayan evdə həyata keçirilərkən evin pilləkəninin sol tərəfində düzəldilmiş saxlanc yerindən Şahid1 tərəfindən 3 ədəd ayrı-ayrı sellofan torbalarda kibrit qutuları müəyyən edilmişdir. Tapılan birinci sellofan torbadan 10 ədəd, ikinci sellofan torbadan 9 ədəd, üçüncü sellofan torbadan isə 6 ədəd içərilərinə qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş kibrit qutuları aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutularının özünə məxsus olmasını etiraf etmişdir. 3 ədəd sellofanda aşkar edilmiş cəmi 25 ədəd içərisinə qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş kibrit qutuları Şahid2 tərəfindən 1 ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs yaşayan evə baxış keçirilərkən oradan qanunla qadağan olunmuş əşya, predmet aşkar olunmamış, sonda Təqsirləndirilən şəxs sorğu zamanı aşkar edilmiş kütlələrin bir daha özünə məxsus olmasını təsdiqləmiş, baxışda iştirak edənlər tərəfindən şikayət, tələb daxil olmamış, baxış Şahid2 tərəfindən yekunlaşdırılmışdır. 13 noyabr 2024cü il tarixdə, saat 21 radələrində Ucar RPŞ-nin NH-də Təqsirləndirilən şəxs, Şahid2, mütəxəssis Ağarəhim Tağıyevin iştirakları ilə NH-nin köməkçisi Muxtar Səmədzadə tərəfindən həyata keçirilən videoçəkiliş vasitəsi ilə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşayan ünvandan götürülmüş kütlələrə baxış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs bir daha şübhəli şəxs kimi hüquq və vəzifələri izah edildikdə o, hüquq və vəzifələrinin izah olunduğunu və bu barədə tərtib edilmiş bildirişi almasını bildirmişdir. Baxışdan əvvəl sorğu zamanı Təqsirləndirilən şəxs barəsində baxış keçiriləcək nə varsa, özünə məxsus olduğunu bildirmiş, 1 ədəd zərfə baxış zamanı zərfin tamlığının pozulmadığı məlum olmuş, zərf açılıb baxış keçirildikdə zərfdən 4 ədəd kağız bükümdə qurudulmuş marixuanaya bənzər kütlə çıxmış, digər bir zərfə baxış zamanı zərfin tamlığının pozulmaması müəyyən edilmiş, zərf açıldıqda içərisində üzərinə qurudulmuş marixuanaya bənzər kütlənin hissəcikləri tökülmüş işlək vəziyyətdə gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələr bükülmüş bükümlər həmin elektron tərəzi ilə bükümlə birlikdə çəkilməyə başlandıqda 1-ci büküm 6,27 qram, 2ci büküm 1,33 qram, 3-cü büküm 4,71 qram, 4-cü bükümün isə 1,67 qram olması müəyyən olmuşdur. Daha bir zərfə baxış zamanı zərfin tamlığının pozulmadığı aşkarlanmış, zərf açıldıqda zərfin içərisindən ayrı-ayrılıqda 3 ədəd içərilərinə kibrit qutuları yığılmış sellofan müəyyən edilmiş, 1-ci sellofandan 10 ədəd, 2-ci sellofandan 6 ədəd, 3-cü sellofandan 9 ədəd ümumilikdə 25 ədəd kibrit qutusu aşkar olunmuşdur. Kibrit qutularının hər birinə ayrı-ayrılıqda baxış keçiriləndə içərilərində qurudulmuş marixuanaya bənzər kütlənin doldurulmasını görmüş, 25 ədəd kibrit qutusu 1 ədəd sellofana yığılıb digər bir elektron tərəzidə çəkildikdə ümumi çəkisi 210 qram çəkidə olmuş, 25 ədəd kibrit qutusu olan 1 ədəd sellofan, 4 büküm qurudulmuş marixuanaya bənzər kütlə bükülmüş 1 ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzərinə iştirakçılarla birlikdə imza etmiş, eləcə də 1 ədəd elektron tərəzi zərfə qablaşdırılıb möhürlənib götürülmüş, zərfin üzərini iştirakçılarla birlikdə imzalamış, Təqsirləndirilən şəxs sorğu zamanı polis tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını, yaşadığı ünvandan aşkar edilənlərin özünə məxsus olduğunu və şəxsi istifadəsindən ötrü əldə etdiyini bildirmiş, bundan sonra baxış keçirmə yekunlaşdırılmışdır. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid3, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 və Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı dindirilmiş şahid Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr verdilər. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Ucar rayonu, Gəraybəyli kənd sakini Təqsirləndirilən şəxs bir Ucarlı kimi tanısa da, aralarında heç bir ədavət və başqa bir münasibət olmamış, 13 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə məlumat daxil olmuşdur. Ona görə də Ucar NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat tədbiri keçirilməsi ilə bağlı şöbə rəhbərliyinə müvafiq raportla məruzə olunmuş, şöbə rəhbərliyi tərəfindən əməliyyat tədbiri keçirilməsi haqqında əmr imzalanmış, əmrə əsasən tədbirdə Ucar NMQ-nın əməliyyat müvəkkili Şahid1, RPŞ-nin İTB-nin sahə rəisi Şahid3, RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4, RPŞ-nin PPXB-nün sürücü polis nəfəri Şahid5 və özünün iştirak edəcəyi təsdiqlənmişdir. Tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra 13 noyabr 2024-cü il tarixdə, saat 16:55 radələrində Təqsirləndirilən şəxs Ucar rayonu, Gəraybəyli kəndində yaşadığı evin yaxınlığında yuxarıda adları çəkilən polis əməkdaşlarının iştirakı ilə saxlayıb özlərini tədqim edərək saxlanmasının səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs saxlanılan yerdə adamların və nəqliyyat vasitələrinin hərəkətini nəzərə alıb Təqsirləndirilən şəxs yaşadığı evin həyət darvazasının qarşısına gətirib orada Şahid3 tərəfindən çəkilən video çəkiliş vasitəsi ilə o, saat 17:00 radələrindən başlayaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra üstünün yoxlanılmasına başlanmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir şey olmadığını bildirmiş, bundan sonra tərəfindən üzəri yoxlanıldıqda üzərindən qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə dəmir darvazadan daxil olmaqla baxış keçirilməsinə başlandıqda Təqsirləndirilən şəxs yaşadğı ünvanda qanunla qadağan edilmiş nəsə varmı sualı verildikdə Təqsirləndirilən şəxs xeyir cavabını vermişdir. Həyətə baxış zamanı evin arxsında tikilən yardımçı tikiliyə baxış keçirildikdə oraya qoyulmuş taxtda dolabın üzərində olan iç-içə keçirilmiş birinci qazanın içərisindən 1 ədəd elektron tərəzi, 1 ədəd qəzet kağızına bükülmüş qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd adi kağız parçasında qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd qəhvəyi kağız parçasına bükülü vəziyyətdə qurudulmuş marixuanaya bənzər kütlə, aşkar edilmişdir. Aşkar edilmiş bükümlər tərəfindən 1 ədəd zərfə qablaşdırılıb Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulan 71 №-li möhürü ilə möhürlənib götürülməklə iştirakçılar tərəfindən zərfin üzəri imzalanarkən sorğu zamanı Təqsirləndirilən şəxs kütlələrin özünə məxsus olmasını etiraf etmiş, eləcə də aşkar edilmiş elektron tərəzi digər bir zərfə göstərilən qaydada qablaşdırılıb götürüldükdə tərəzinin üzərində qurudulmuş marixuanaya bənzər hissəciklərin olması müəyyən olunmuşdur. Sorğu zamanı Rahim Cavdov tərəzinin özünə aid olmasını və qızıl çəkmək üçün istifadə etdiyini bildirmiş, tərəzi qablaşdırılan zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, baxış Təqsirləndirilən şəxs yaşayan evdə həyata keçirilərkən evin pilləkəninin sol tərəfində düzəldilmiş saxlanc yerindən tərəfindən 3 ədəd ayrı-ayrı sellofan torbalarda kibrit qutuları müəyyən edilmişdir.Tapılan birinci sellofan torbadan 10 ədəd, ikinci sellofan torbadan 9 ədəd, üçüncü sellofan torbadan isə 6 ədəd içərilərinə qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş kibrit qutuları aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutularının özünə məxsus olmasını etiraf etmişdir. 3 ədəd sellofanda aşkar edilmiş cəmi 25 ədəd içərisinə qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş kibrit qutuları tərəfindən 1 ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs yaşayan evə baxış keçirilərkən oradan qanunla qadağan olunmuş əşya, predmet aşkar olunmamış, sonda Təqsirləndirilən şəxs sorğu zamanı aşkar edilmiş kütlələrin bir daha özünə məxsus olmasını təsdiqləmiş, baxışda iştirak edənlər tərəfindən şikayət, tələb daxil olmamış, baxış tərəfindən yekunlaşdırıldırılmış, bundan sonra Təqsirləndirilən şəxs Ucar RPŞ-yə gətirilmişdir. Toplanmış materialın aidiyyatı üzrə araşdırma davam etdirilməsindən ötrü raport tərtib etmişdir. Material Ucar RPŞ-nin İB-nə göndərildiyindən 13 noyabr 2024-cü il tarixdə, saat 21 radələrində Ucar RPŞ-nin NH-də Təqsirləndirilən şəxs, Şahid4, mütəxəssis Ağarəhim Tağıyevin iştirakları ilə NH-nin köməkçisi Muxtar Səmədzadə tərəfindən həyata keçirilən videoçəkiliş vasitəsi ilə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşayan ünvandan götürülmüş kütlələrə baxış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs bir daha şübhəli şəxs kimi hüquq və vəzifələri izah edildikdə o, hüquq və vəzifələrinin izah olunduğunu və bu barədə tərtib edilmiş bildirişi almasını bildirmişdir. Baxışdan əvvəl sorğu zamanı Təqsirləndirilən şəxs barəsində baxış keçiriləcək nə varsa, özünə məxsus olduğunu bildirmiş, 1 ədəd zərfə baxış zamanı zərfin tamlığının pozulmadığı məlum olmuş, zərf açılıb baxış keçirildikdə zərfdən 4 ədəd kağız bükümdə qurudulmuş marixuanaya bənzər kütlə çıxmış, digər bir zərfə baxış zamanı zərfin tamlığının pozulmaması müəyyən edilmiş, zərf açıldıqda içərisində üzərinə qurudulmuş marixuanaya bənzər kütlənin hissəcikləri tökülmüş işlək vəziyyətdə gümüşü rəngli elektron tərəzi aşkar edilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlələr bükülmüş bükümlər həmin elektron tərəzi ilə bükümlə birlikdə çəkilməyə başlandıqda 1-ci büküm 6,27 qram, 2-ci büküm 1,33 qram, 3-cü büküm 4,71 qram, 4-cü bükümün isə 1,67 qram olması müəyyən olmuşdur. Daha bir zərfə baxış zamanı zərfin tamlığının pozulmadığı aşkarlanmış, zərf açıldıqda zərfin içərisindən ayrı-ayrılıqda 3 ədəd içərilərinə kibrit qutuları yığılmış sellofan müəyyən edilmiş, 1-ci sellofandan 10 ədəd, 2-ci sellofandan 6 ədəd, 3-cü sellofandan 9 ədəd ümumilikdə 25 ədəd kibrit qutusu aşkar olunmuşdur. Kibrit qutularının hər birinə ayrı-ayrılıqda baxış keçiriləndə içərilərində qurudulmuş marixuanaya bənzər kütlənin doldurulmasını görmüş, 25 ədəd kibrit qutusu 1 ədəd sellofana yığılıb digər bir elektron tərəzidə çəkildikdə ümumi çəkisi 210 qram çəkidə olmuş, 25 ədəd kibrit qutusu olan 1 ədəd sellofan, 4 büküm qurudulmuş marixuanaya bənzər kütlə bükülmüş 1 ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Zərfin üzərinə iştirakçılarla birlikdə imza etmiş, eləcə də 1 ədəd elektron tərəzi zərfə qablaşdırılıb möhürlənib götürülmüş, zərfin üzərini iştirakçılarla birlikdə imzalamış, Təqsirləndirilən şəxs sorğu zamanı polis tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını, yaşadığı ünvandan aşkar edilənlərin özünə məxsus olduğunu və şəxsi istifadəsindən ötrü əldə etdiyini bildirmiş, bundan sonra baxış keçirmə yekunlaşdırılmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 47-49-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 14 noyabr 2024-cü il tarixli, 17/866 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşayan ünvandan aşkar edilmiş kibrit qutuları, toxumlar və kağız bükümlər..” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisində - 01 (bir) ədəd sellofan torbadakı 25 (iyirmi beş) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri – 6,64 qr., 5,16 qr., 5,44 qr., 6,81 qr., 5,73 qr., 6,79 qr., 5,57 qr., 6,75 qr., 6,36 qr., 5,37 qr., 6,16 qr., 5,68 qr., 6,46 qr., 6,48 qr., 6,10 qr., 6,72 qr., 6,49 qr., 6,81 qr., 6,67 qr., 6,42 qr., 4,89 qr., 5,66 qr., 6,18 qr., 4,71 qr., 5,82 qr., ümumi təmiz çəkisi – 151,87 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, - 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş 04 (dörd) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 3,23 qr., 0,22 qr., 3,22 qr., 0,92 qr., ümumi təmiz çəkisi – 7,59 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, - həmçinin həmin 01(bir) ədəd ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd kağız bükümdə, ümumi təmiz çəkisi – 4,81 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşayan ünvandan 2 ədəd qabda aşkar edilmiş bitki hissələri və toxumlar..” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki; - 03 (üç) ədəd, uzunluqları 1,5 sm-dən 3 sm-dək, ümumi təmiz çəkiləri – 0,02 qram bitki ştilləri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli bitkilərə aid deyil, - 07 (yeddi) ədəd, ümumi təmiz çəkisi – 0,16 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşayan ünvandan aşkar edilmiş 1 ədəd elektron tərəzi...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-boz rəngli elektron tərəzinin üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Həmin çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı, tədqiqata təqdim olunmuş, 25 (iyirmi beş) ədəd kibrit qutularında və 04 (dörd) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin hissəciklərlə təqdim edilmiş qurudulmuş marixuanaların müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından həmin toxumlarla təqdim edilmiş qurudulmuş marixuanaların müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 3 (üç) ədəd bitki ştilləri narkotik tərkibli bitkilərə aid olmadığından həmin ştillərlə təqdim edilmiş qurudulmuş marixuanaların müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata 0,58 qram qurudulmuş marixuana sərf olunduqdan sonra qurudulmuş marixuanaların qalıq çəkisi 158,88 qram təşkil etmişdir. Cinayət işinin 38-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizası tədqiqatnın dəyəri 35,97 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 16 yanvar 2025-ci il tarixdə verilmiş, 65 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alnması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 384 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 14 noyabr 2024cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-14-cü və 21-24-cü vərəqələrində olan 13 noyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsinə dair və baxış keçirilməsi haqqında protokollardan görünür ki, həyətdə evin arxasında tikilən yardımçı tikiliyə baxış keçirildikdə oraya qoyulmuş taxtda rəfin üzərində olan qazanın içərisindən 1 ədəd elektron tərəzi, 2 ədəd ağ rəngli kağız parçasında qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd qəhvəyi rəngli kağız büküm, 1 ədəd qəzet kağızı bükümü və 2 ədəd çətənə bitkisinin toxumuna bənzər toxumlar aşkar olunmuş, daha sonra yardımçı tikilidə içərisində bəziləri cücərmiş vəziyyətdə olan toxumlar əkilmiş 2 ədəd dibçək aşkar edilmiş, saxlanc yerinə baxış keçirildikdə oradan 3 ədəd sellofan torba aşkar olunmuş, birinci sellofan torbadan 10 ədəd, ikinci sellofan torbadan 9 ədəd, üçüncü sellofan torbadan isə 6 ədəd olmaqla, cəmi 25 ədəd içərilərinə qurudulmuş marixuanaya bənzər kütlə doldurulmuş kibrit qutuları müəyyən edilmişdir. Videoçəkiliş zamanı “sony” markalı aparatdan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-cı vərəqəsində olan 13 noyabr 2024-cü il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 37-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:02-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-83-cü vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 4(063)-29/2024 nömrəli Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilməsi barədə qərardan görünür ki, xx xxxx 1979cu ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94, 99-cu və 166-176-cı vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 19 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma, eləcə də, 17 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, X2 barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmamasını göstərməsi özünü müdafiə xarakteri daşıdığı üçün vəsatəti kimi qəbul edilib rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitəni 2024-cü ilin noyabr ayının ortalarında Ucar rayonu, Rəstəcə kəndi ərazisində olan zibilikdən tapmasını göstərməsi aparılmış istintaqla sübuta yetirilmədiyindən, elecə də həmin narkotik vasitəni əldə etdiyi mənbəni və vaxtı müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən hallar istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi-159 qram, tədqiqata hər obyekt üçün 0,58 və 0,02 qram sərf edildikdən sonra qalıq 158,88 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana, 4 ədəd marixuana bükülmüş kağız büküm, 25 ədəd içərilərinə marixuana doldurulmuş kibrit qutusu və 1 ədəd elektron tərəzinin 19 noyabr 2024-cü il tarxli qərarla maddi sübut kimi tanınıb saxlanmasından ötrü Ucar RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi, həmçinin çətənə (kannabis) bitkisinin toxumları və narkotik bitkilərə aid olmayan şitillər, içərilərində torpaq olan plasmas və dəmir qab isə məhkəmə hökmündən sonra məhv edilməsindən ötrü RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi nəzərə alınmış, əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şühbəli şəxsin üstünün yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi həyata keçirilərkən çəkilmiş video görüntü köçürülən 1 ədəd diskin 19 noyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınıb iş materiallarına əlavə olunması nəzərə alınmış, iş üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsi, şühbəli şəxsin üstünün yoxlanılması və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi, təqsirləndirilən şəxsin, şahidlərin dindirilməsi, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şühbəli şəxsin üstünün yoxlanılması və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi zamanı çəkilmiş video görüntü köçürülmüş diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-bioloji, narkoloji ekspertizalarının rəyləri və digər sənədlər işin obyektiv halları ilə birlikdə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 145-147-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 yanvar 2025 il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sözügedən hökmdən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə Ucar Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilərək, CM-nin 234.1 və 66.2-ci maddələri hökmdən xaric olunmuş və 237.1 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Şəki Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(107)-413/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05 noyabr 2021-ci il tarixdə Milli Məclisin Amnistiya qərarının 4, 9.2.5, 9, 3, 30-cu bəndləri tətbiq edilmiş, cəzası 06 ay azaldılaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 14 iyun 2023-cü il tarixdə 07 ay 10 gün cəza müddəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan (məhkumluğu ödənilmiş) şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-119-cu vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 2014-cü il təvəllüdlü Xədicə adlı qızı, 2008-ci il təvəllüdlü Mirəli adlı oğlu vardır (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olması, eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan da görünür). Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni 6,64 qram, 5,16 qram, 5,44 qram, 6,81 qram, 5,73 qram, 6,79 qram, 5,57 qram, 6,75 qram, 6,36 qram, 5,37 qram, 6,16 qram, 5,68 qram, 6,46 qram, 6,48 qram, 6,10 qram, 6,72 qram, 6,49 qram, 6,81 qram, 6,67 qram, 6,42 qram, 4,89 qram, 5,66 qram, 6,18 qram, 4,71 qram, 5,82 qram, 3,23 qram, 0,22 qram, 3,22 qram və 0,92 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən evin həyətində tikilmiş yardımçı tikilidə və evin giriş hissəsində olan pilləkənin aşağısında düzəldilmiş saxlanc yerində saxlamış, 13 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Ucar rayonu, Gəraybəyli kəndində yaşadığı evin yaxınlığında küçədə saxlanılaraq yaşadığı ünvana baxış keçirilərəkən evin həyətində tikilmiş yadımçı tikilidə olan rəfin üzərinə qoyulmuş qazanın içərisindən 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,23 qram, 0,22 qram, 3,22 qram və 0,92 qram eləcə də evin giriş hissəsində olan pilləkənin aşağısında düzəldilmiş saxlanc yerində 10 ədədi 1 ədəd sellofan torbada, 9 ədədi 1 ədəd sellofan torbada, 6 ədədi isə 1 ədəd sellofan torbada cəmi 25 ədəd kibrit qutusunda ayrı-ayrılıda təmiz çəkiləri 6,64 qram, 5,16 qram, 5,44 qram, 6,81 qram, 5,73 qram, 6,79 qram, 5,57 qram, 6,75 qram, 6,36 qram, 5,37 qram, 6,16 qram, 5,68 qram, 6,46 qram, 6,48 qram, 6,10 qram, 6,72 qram, 6,49 qram, 6,81 qram, 6,67 qram, 6,42 qram, 4,89 qram, 5,66 qram, 6,18 qram, 4,71 qram, 5,82 qram ümumilikdə 159,46 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın və elektron tərəzinin aşkar olunaraq götürülməsi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, habelə psixotrop maddə satmasını və satış niyyətini özündə ehtiva etmişdir ki, bu da nəticə etibarilə, sonuncunun hərəkətlərinin məqsədinin bir daha satış həyata keçirmək olmasına dəlalət edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Sözügedən normanın mövcudluğu Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsini özündə ehtiva edən hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmçinin barəsində yaşayış yeri üzrə şikayət olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, (əvvəllər məhkum edilməsinə və məhkuluğunun ödənilməsinə baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi, bu halın onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, hüquqazidd əməllərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, pis vərdişi (narkomaniyadan xəstəliyindən əzab çəkməsi, bir ata kimi uşaqlarının şəxsiyyət kimi inkişafına mənfi təsir göstərməsini) bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, şəxsiyyətini, o cümlədən narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını, bununla belə yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 158,88 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana, 4 ədəd marixuana bükülmüş kağız büküm, 25 ədəd içərilərinə marixuana doldurulmuş kibrit qutusu və 1 ədəd elektron tərəzi, həmçinin çətənə (kannabis) bitkisinin toxumları və narkotik bitkilərə aid olmayan şitillər, içərilərində torpaq olan plasmas və dəmir qab məhv edilməli, Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi həyata keçirilərkən çəkilmiş video görüntü köçürülən 02 ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr barədə məlumatlar köçürülmüş 1 ədəd disk, cəmi 03 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 158,88 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana, 4 ədəd marixuana bükülmüş kağız büküm, 25 ədəd içərilərinə marixuana doldurulmuş kibrit qutusu və 1 ədəd elektron tərəzi, həmçinin çətənə (kannabis) bitkisinin toxumları və narkotik bitkilərə aid olmayan şitillər, içərilərində torpaq olan plasmas və dəmir qab məhv edilsin, Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi həyata keçirilərkən çəkilmiş video görüntü köçürülən 02 ədəd disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələr barədə məlumatlar köçürülmüş 01 ədəd disk, cəmi 03 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-27/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-27/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver