Məhkəmə qərarları › İş №1(063)-28/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-28/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-28/2024 06.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə 06 iyun 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 2000-ci il tarixdə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Umudallar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxxxx 2002-ci il tarixdə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1983-cü il tarixdə Bərdə rayonu, Qəhrəmanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qəhrəmanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 04 noyabr 2023cü il tarixdə gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 280 manat olmaqla 36 kq diri çəkidə 2 baş qoyunu aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 12 noyabr 2023cü il tarixdə saat 01 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 Məhəmməd oğluna məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 350 manat olan 52 kq çəkidə 1 baş qoç, hər biri 280 manat dəyərində 36 kq çəkidə 2 baş qoyun və hər biri 210 manat dəyərində 24 kq çəkidə 2 baş quzu olmaqla ümumilikdə 5 baş xırdabuynuzlu heyvanlarını aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1330 (bir min üç yüz otuz) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 20 noyabr 2023cü il tarixdə gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 Məhəmməd oğluna məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 280 manat dəyərində 36 kq çəkidə 1 baş qoyun və hər biri 204 manat dəyərində 24 kq çəkidə olmaqla 2 dişi və hər biri 200 manat dəyərində 22 kq çəkidə 5 erkək quzu, həmçinin 150 manat dəyərində 14 kq çəkidə 1 baş dişi quzu olmaqla ümumilikdə 9 baş xırdabuynuzlu heyvanlarını aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 04 noyabr 2023cü il tarixdə gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 280 manat olmaqla 36 kq diri çəkidə 2 baş qoyunu aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 12 noyabr 2023cü il tarixdə saat 01 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 Məhəmməd oğluna məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 350 manat olan 52 kq çəkidə 1 baş qoç, hər biri 280 manat dəyərində 36 kq çəkidə 2 baş qoyun və hər biri 210 manat dəyərində 24 kq çəkidə 2 baş quzu olmaqla ümumilikdə 5 baş xırdabuynuzlu heyvanlarını aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1330 (bir min üç yüz otuz) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 20 noyabr 2023cü il tarixdə gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 Məhəmməd oğluna məxsus fərdi yaşayış evinin həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 280 manat dəyərində 36 kq çəkidə 1 baş qoyun və hər biri 204 manat dəyərində 24 kq çəkidə olmaqla 2 dişi və hər biri 200 manat dəyərində 22 kq çəkidə 5 erkək quzu, həmçinin 150 manat dəyərində 14 kq çəkidə 1 baş dişi quzu olmaqla ümumilikdə 9 baş xırdabuynuzlu heyvanlarını aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 04 noyabr 2023cü il tarixdə gecə saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21015” markalı, 466- OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən cinayətkar məqsədlərini həyata keçirən zaman şübhəli və təhlükəli vəziyyət yaranacağı təqdirdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəbər vermək, eləcə də, oğurlayacaqları heyvanları avtomobilinə yükləmək üçün həmin avtomobildə bir qədər aralıda gözləmiş, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 avtomobildən düşüb Zərərçəkmiş şəxs2 həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər birinin dəyəri 280 manat olmaqla 36 kq diri çəkidə 2 baş qoyunu küçəyə çıxartdıqdan sonra onlarla birlikdə həmin heyvanları idarə etdiyi “VAZ 21015” markalı, 466-OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 12 noyabr 2023-cü il tarixdə saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21015” markalı, 466-OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən cinayətkar məqsədlərini həyata keçirən zaman şübhəli və təhlükəli vəziyyət yaranacağı təqdirdə xəbər vermək, eləcə də, oğurlayacaqları heyvanları avtomobilinə yükləmək üçün həmin avtomobildə bir qədər aralıda gözləmiş, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 avtomobildən düşüb Zərərçəkmiş şəxs2 həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus dəyəri 350 manat olan 52 kq çəkidə 1 baş qoç, hər biri 280 manat dəyərində 36 kq çəkidə 2 baş qoyun və hər biri 210 manat dəyərində 24 kq çəkidə 2 baş quzu olmaqla, ümumilikdə 5 baş xırdabuynuzlu heyvanları küçəyə çıxartdıqdan sonra onlarla birlikdə həmin heyvanları idarə etdiyi “VAZ 21015” markalı, 466-OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1330 (bir min üç yüz otuz) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 20 noyabr 2023-cü il tarixdə gecə saat 01 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21015” markalı, 466-OCX- 58 Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Alpout kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən cinayətkar məqsədlərini həyata keçirən zaman şübhəli və təhlükəli vəziyyət yaranacağı təqdirdə xəbər vermək, eləcə də, oğurlayacaqları heyvanları avtomobilinə yükləmək üçün həmin avtomobildə bir qədər aralıda gözləmiş, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 avtomobildən düşüb Zərərçəkmiş şəxs2 həyətində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 280 manat dəyərində 36 kq çəkidə 1 baş qoyun və hər biri 204 manat dəyərində 24 kq çəkidə olmaqla 2 dişi və hər biri 200 manat dəyərində 22 kq çəkidə 5 erkək quzu, həmçinin 150 manat dəyərində 14 kq çəkidə 1 baş dişi quzu olmaqla, ümumilikdə 9 baş xırdabuynuzlu heyvanları küçəyə çıxartdıqdan sonra onlarla birlikdə həmin heyvanları idarə etdiyi “VAZ 21015” markalı, 466-OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yükləyib aparmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 1838 (bir min səkkiz yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 03 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bərdə rayonu, Qəhrəmanlı kəndində çayxanada qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Səbuhi ilə görüşüb çay içən zaman maddi imkanlarının yaxşı olmaması ilə bağlı söhbət edərkən söhbət əsnasında haradansa xırdabuynuzlu heyvan oğurlayıb sataraq pul əldə etməyə qərarlaşdıqları üçün tanışı olan Səbuhinin idarə etdiyi VAZ 21015 markalı avtomobili ilə gedib qoyun-quzu oğurlamağı və oğurladıqları heyvanları da Səbuhinin idarə etdiyi avtomobil ilə daşıyıb satmalarını, əldə edəcəkləri pulu öz aralarında böləcəklərinə dair razılığa gəlib oğurluq etməyə qərarlaşmışlar. Eyni zamanda həyətlərə oğurluq etməyə qardaşı Heydər ilə girəcəklərini, Səbuhinin isə sonuncuları bir qədər aralıda idarə etdiyi avtomobilin yanında gözləyəcəyini, təhlükə, eləcə də hər hansı bir şübhəli məqam yaranarsa, xəbər verəcəyi ilə bağlı razılaşmışlar. Daha sonra bu formada hər üçü razılaşıb oğurluq etməyə qərarlaşdıqdan sonra haradan oğurluq edə biləcəkləri barədə düşünəndə qardaşı Məhəmmədlə elə Ucar rayonu, Alpout kəndində yaşayan ataları Neman və əmiləri Həsənin təsarüfatında xırdabuynuzlu heyvanlarının olduğunu və ataları Neymanla əmiləri Həsənin həyətlərini və qoyunlarının saxlanıldıqları yerləri tanıdıqları üçün hələ ki onların birinin həyətindəki tövləsindən bir neçə baş xırdabuynuzlu heyvanları oğurlmağa qərar vermişlər. Ona görə də qardaşı Məhəmməd və tanışı Səbuhi ilə əvvəlcədən danışıb razılaşdığı kimi sonuncunun idarə etdiyi Rusiya nömrəsi ilə olan VAZ 21015 markalı avtomobili ilə oğurluq etmək məqsədi ilə Bərdə rayonundan çıxıb 04 noyabr 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndinə çatdıqda avtomobil ilə atası Nemanın evinin yanına gəldikdə küçədə bir qədər gözləyib heç kimin olmadığına əmin olduqdan sonra qardaşı Məhəmməd ilə atası Nemanın yaşadığı evin həyətinin dəmirdən olan giriş qapısına yaxınlaşmışdır. Səbuhi küçədə kiminsə birdən nabələd avtomobilin görməməsi, hər hansı təhlükə və şübhəli məqam yaranarsa, xəbər verməsi üçün avtomobili ilə bir qədər kənara gedib gözləmiş, ardınca qardaşı Məhəmməd ilə birlikdə küçə qapısının bağlı olduğunu gördükdə hasarın üzərinə qalxmış və həyətdə heç kimin olmadığını görüb hamının yatmasına tam əmin olduqdan sonra atasının həyətinə keçib küçə qapısını sakitcə açmış və daha sonra qardaşı Məhəmməd də həyətə daxil olmuşdur. Ardınca Məhəmməd də qapıdan həyətə daxil olduqda qarşıda sağda yerləşən tövləyə yaxınlaşmış və daha sonra qardaşı ilə birlikdə tövləyə daxil olub oradan hərəsinə bir baş dişi boz rəngli qoyun götürməklə cəmi 2 baş qoyun oğurlayıb üzərlərində olan pres ipi ilə ayaqlarını bağlayıb həmin pres ipin vasitəsi ilə dartıb heyvanları darvazadan küçəyə çıxarmışlar. Ardınca Səbuhinin bir qədər qarşıya gəldiyini gördükdə qardaşı Məhəmməd ilə birlikdə sonuncunun avtomobilinə yaxınlaşmış, ardınca Səbuhi cəld avtomobildən düşüb avtomobilin yük hissəsini açaraq qoyunları avtomobilinin yük hissəsinə yükləməyə köməklik etmişdir. Bundan sonra hər üçü oğurladıqları qoyunları satmaq üçün Səbuhinin avtomobili ilə Ağcabədi rayon mal bazarına gedib elə bazarın girişində dayananda birinci maraqlanan tanımadıqları şəxsə həmin heyvanları ümumilikdə 250 manata satıb əldə etdikləri pulu öz aralarında bölmüşlər. Daha sonra sürücü Səbuhiyə 50 manat pul verdikdən sonra qardaşı Məhəmməd ilə yerdə qalan 200 manat pulu yarıya bölüb götürmüşlər. Bundan təxminən 1 həftə sonra, yəni 11 noyabr 2023-cü il tarixdə gecə saat 23 radələrində yenə hər üçü çayxanada görüşüb söhbət əsnasında yenə oğurluq etmək barədə razılaşıb bu səfər Səbuhinin avtomobli ilə gedib Ucar rayonu, Alpout kənidndə yaşayan əmisi Həsənin yaşadığı ünvandan qoyunları oğurlayaraq satıb əldə olunacaq pulları öz aralarında bölmələrinə qərar vermişlər. Eyni zamanda həyətlərə oğurluq etməyə qardaşı Məhəmməd ilə girəcəyini, Səbuhinin isə sonuncuları bir qədər aralıda idarə etdiyi avtomobilin yanında gözləyəcəyini, təhlükə, eləcə də hər hansı bir şübhəli məqam yaranarsa, xəbər verəcəyi ilə bağlı razılaşmışlar. Bundan sonra yenə Səbuhinin idarə etdiyi Rusiya nömrəli, VAZ 21015 markalı avtomobili ilə 12 noyabr 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Ucar rayonu, Alpoud kəndinə gəlib əmisi Həsənin yaşadığı evin yaxınlığında avtomobili saxladıqdan sonra qardaşı Məhəmməd ilə birlikdə avtomobildən yerə düşüb əmisi Həsənin yaşadığı evin yanına getmişdir. Ardınca Səbuhi küçədə kiminsə birdən nabələd avtomobilinin görməməsi üçün avtomobil ilə bir qədər kənara gedib gözləmişdir. Daha sonra mişar daşından hörülmüş hasarın üzərinə qalxmış və həyətdə heç kimin olmadığına, eyni zamanda evdə səs küy gəlmədiyinə əmin olduqdan sonra həyətə keçib küçə qapısını qardaşı Məhəmməd üçün sakitcə açmışdır. Ardınca qardaşı Məhəmməd də həyətə daxil olduqdan sonra darvazadan içəridə sol tərəfdə açıq yerdə qoyunların olduqlarını görmüşlər. Qardaşı Məhəmmədlə 5 baş qoyun oğurlamaqlarına qərar verdikdən sonra köməkləşib 5 baş qoyunu bir-bir tutub üzərlərində olan pres ipi ilə ayaqlarını bağlayıb küçəyə çıxardıqdan sonra dərhal hər üçü köməkləşib 5 baş qoyunları həmin yerə gələn Səbuhinin avtomobilinin yük hissəsinə yükləyib oradan uzaqlaşmışlar. Həmin 5 baş qoyunu Ağcəbədi rayon mal bazarına aparıb tanımadıqları şəxsə ümumilikdə 670 manata satıb əldə olunan pulları öz aralarında bölmüşlər. Ardınca 150 manat pulu Səbuhiyə verdikdən sonra qalan 420 manatı qardaşı Məhəmmədlə öz arasında bölmüşdür. Bundan sonra hər üçü ümumiyyətlə bir daha oğurluq etməyəcəklərinə dair söhbət edib buna dair bir-birilərinə söz vermişlər. Lakin bundan 1 həftə sonra, 19 noyabr 2023-cü il tarixdə saat 22 radələrində yenə üçü həmin çayxanada görüşüb söhbət əsnasında maddi vəziyyətlərinin yaxşı olmaması ilə bağlı söhbət edən zaman oğurluq etmək barədə danışıb haradansa oğurluq etməklə bağlı müzakirə aparmışlar. Ardınca söhbət əsnasında yenə oğurluq etmək barədə danışanda haradan oğurluq etməklərini müzakirə edən zaman Ucar rayonu, Alpout kəndinə qayıtmaqlarının təhlükəli olduğunu, artıq oradan iki dəfə oğurluq etdiklərini və gecə vaxtı kənddə görsənərlərsə şübhə yaradacaqları barədə danışdıqdan sonra ağıllarına başqa yer gəlmədiyindən risk edib yenə əmisi Həsənin yaşadığı ünvandan bir neçə baş qoyun oğurlayıb satmağa və əldə olunacaq pulları öz aralarında bölməyə qərarlaşmışlar. Eyni zamanda, həyətlərə oğurluq etməyə qardaşı Məhəmməd ilə girəcəyini, Səbuhinin isə sonuncuları bir qədər aralıda idarə etdiyi avtomobilin yanında gözləyəcəyini, təhlükə, eləcə də hər hansı bir şübhəli məqam yaranarsa, xəbər verəcəyi ilə bağlı razılaşmışlar. Bundan sonra Səbuhinin idarə etdiyi Rusiya nömrəli, VAZ 21015 markalı avtomobili ilə yenə 20 noyabr 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndinə gəlib əmisi Həsənin yaşadığı evin yaxınında avtomobili saxladıqdan sonra qardaşı Məhəmməd ilə birlikdə avtomobildən yerə düşüb əmisini evinin yanına getmiş, ardınca Səbuhi küçədə kiminsə birdən nabələd avtomobilinin görməməsi üçün avtomobil ilə bir qədər kənara gedib gözləmişdir. Daha sonra mişar daşından hörülmüş hasarın üzərinə qalxıb həyətdə heç kimin olmadığına, eyni zamanda evdə səs küy gəlmədiyinə əmin olduqda cəld şəkildə həyətə keçib küçə qapısını qardaşı Məhəmməd üçün sakitcə açmış, ardınca qardaşı Məhəmməd də həyətə daxil olmuş və daha sonra darvazadan içəridə sol tərəfdə açıq yerdə qoyunların olduqlarını gördükdə qardaşı ila köməkləşib ümumlikdə 9 baş qoyunları bir-bir tutub pres ipi ilə ayaqlarını bağlayıb küçəyə çıxardıqdan sonra dərhal həmin qoyunları ora gələn Səbuhinin avtomobilinə yükləmişlər. 4 baş qoyunu avtomobilin salonuna, 5 baş qoyunu isə avtomobilin yük yerinə yüklədikdən sonra həmin qoyunları Ağcəbədi rayon mal bazarına aparmaq istədikdə mal bazarının bağlı olduğu ağıllarına gəlmiş, ardınca Səbuhi həmin qoyunları Bərdə rayonunda yerləşən bir tanışına satacağını bildirmişdir. Daha sonra Səbuhi idarə etdiyi avtomobillə onu və qardaşı Məhəmmədi yaşadıqları evlərin qarşısına aparmış, özü isə həmin qoyunları satmaq üçün yola çıxmışdır. Elə həmin gün günorta radələrində Səbuhi, o və qardaşı Məhəmməd ilə görüşüb həmin 9 baş xırdabuynuzlu heyvanı 1100 manata satdığını bildirmiş, ardınca həmin pulları öz aralarında bölmüşlər. Həmin pulun 300 manatını Səbuhi götürmüş, qalan 800 manat pulu isə qardaşı Məhəmmədlə öz arasında bölmüşdür. Bundan başqa heç bir yerdən oğurluq etməmişlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasının, həmçinin himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 03 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bərdə rayonu, Qəhrəmanlı kəndində çayxanada qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Səbuhi ilə görüşüb çay içən zaman maddi imkanlarının yaxşı olmaması ilə bağlı danışarkən söhbət əsnasında haradansa xırdabuynuzlu heyvan oğurlayıb sataraq pul əldə etməyə qərarlaşdıqları üçün tanışı olan Səbuhinin idarə etdiyi VAZ 21015 markalı avtomobili ilə gedib qoyun-quzu oğurlamağı və oğurladıqları heyvanları da Səbuhinin idarə etdiyi avtomobil ilə daşıyıb satmaqlarını, əldə edəcəkləri pulu öz aralarında böləcəklərinə dair razılığa gəlib oğurluq etməyə qərarlaşmışlar. Eyni zamanda həyətlərə oğurluq etməyə qardaşı Heydər ilə girəcəyini, Səbuhinin isə sonuncuları bir qədər aralıda idarə etdiyi avtomobilin yanında gözləyəcəyini, təhlükə, eləcə də hər hansı bir şübhəli məqam yaranarsa, xəbər verəcəyi ilə bağlı razılaşmışlar. Daha sonra bu formada hər üçü razılaşıb oğurluq etməyə qərarlaşdıqdan sonra haradan oğurluq edə biləcəkləri barədə düşünəndə qardaşı Heydərlə elə Ucar rayonu, Alpout kəndində yaşayan ataları Neman və əmiləri Həsənin təsərrüfatında xırdabuynuzlu heyvanlarının olduğunu və ataları Neymanla əmiləri Həsənin həyətlərini və qoyunlarının saxlanıldıqları yerləri tanıdıqları üçün hələ ki onların birinin həyətindəki tövləsindən bir neçə baş xırdabuynuzlu heyvanları oğurlamağa qərar vermişlər. Ona görə də qardaşı Heydər və tanışı Səbuhi ilə əvvəlcədən danışıb razılaşdığı kimi sonuncunun idarə etdiyi Rusiya nömrəsi ilə olan VAZ 21015 markalı avtomobili ilə oğurluq etmək məqsədi ilə Bərdə rayonundan çıxıb 04 noyabr 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndinə çatdıqda avtomobil ilə atası Nemanın evinin yanına gəldikdə küçədə bir qədər gözləyib heç kimin olmadığına əmin olduqdan sonra qardaşı Heydər ilə atası Nemanın yaşadığı evin həyətinin dəmirdən olan giriş qapısına yaxınlaşmışdır. Ardınca Səbuhi küçədə kiminsə birdən nabələd avtomobilin görməməsi üçün, hər hansı təhlükə və şübhəli məqam yaranarsa xəbər verməsi üçün avtomobil ilə bir qədər kənara gedib gözləmiş, daha sonra qardaşı Heydər ilə birlikdə küçə qapısının bağlı olduğunu gördükdə sonuncu hasarın üzərinə qalxmış və həyətdə heç kimin olmadığını görüb hamının yatmasına tam əmin olduqdan sonra Heydər atasının həyətinə keçib küçə qapısını sakitcə açmış və daha sonra daxil olmuşdur. Ardınca Heydər ilə birlikdə həyətə daxil olduqda qarşıda sağda yerləşən tövləyə yaxınlaşmış və daha sonra tövləyə daxil olub oradan hərəsinə bir baş dişi boz rəngli qoyun götürməklə cəmi 2 baş qoyun oğurlayıb üzərlərində olan pres ipi ilə ayaqlarını bağlayıb həmin pres ipin vasitəsi ilə dartıb heyvanları darvazadan küçəyə çıxarmışlar. Ardınca Səbuhinin bir qədər qarşıya gəldiyini gördükdə qardaşı Heydər ilə birlikdə sonuncunun avtomobilinə yaxınlaşmış, ardınca Səbuhi cəld düşüb avtomobilin yük hissəsini açaraq qoyunları avtomobilinin yük hissəsinə yükləməyə köməklik etmişdir. Bundan sonra hər üçü oğurladıqları qoyunları satmaq üçün Səbuhinin avtomobili ilə Ağcabədi rayon mal bazarına gedib elə bazarın girişində dayananda birinci maraqlanan tanımadıqları şəxsə həmin heyvanları ümumilikdə 250 manata satıb əldə etdikləri pulu öz aralarında bölmüşlər. Daha sonra sürücü Səbuhiyə 50 manat pul verdikdən sonra qardaşı Heydər ilə yerdə qalan 200 manat pulu yarıya bölüb götürmüşlər. Bundan təxminən 1 həftə sonra, yəni 11 noyabr 2023-cü il tarixdə gecə saat 23 radələrində yenə hər üçü çayxanada görüşüb söhbət əsnasında yenə oğurluq etmək barədə razılaşıb bu səfər Səbuhinin avtomobili ilə gedib Ucar rayonu, Alpout kəndində yaşayan əmisi Həsənin yaşadığı ünvandan qoyunları oğurlayaraq satıb əldə olunacaq pulları öz aralarında bölmələrinə qərar vermişlər. Eyni zamanda həyətlərə oğurluq etməyə qardaşı Heydər ilə girəcəyini, Səbuhinin sonuncuları bir qədər aralıda idarə etdiyi avtomobilin yanında gözləyəcəyini, təhlükə, eləcə də hər hansı bir şübhəli məqam yaranarsa xəbər verəcəyi ilə bağlı razılaşmışlar. Bundan sonra yenə Səbuhinin idarə etdiyi Rusiya nömrəli VAZ 21015 markalı avtomobili ilə 12 noyabr 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndinə gəlib əmisi Həsənin yaşadığı evin yaxınlığında avtomobili saxladıqdan sonra qardaşı Heydər ilə birlikdə avtomobildən yerə düşüb əmisi Həsənin yaşadığı evin yanına getmiş, Səbuhi isə küçədə kiminsə birdən nabələd avtomobilin görməməsi üçün, hər hansı təhlükə və şübhəli məqam yaranarsa, xəbər verməsi üçün avtomobil ilə bir qədər kənara gedib onları gözləmişdir. Daha sonra qardaşı Heydər mişar daşından hörülmüş hasarın üzərinə qalxmış və həyətdə heç kimin olmadığına, eyni zamanda evdə səs küy gəlmədiyinə əmin olduqdan sonra həyətə keçib küçə qapısını onun üçün sakitcə açmışdır. Ardınca o da həyətə daxil olduqdan sonra darvazadan içəridə sol tərəfdə açıq yerdə qoyunların olduqlarını görmüşlər. Daha sonra qardaşı Heydərlə 5 baş qoyun oğurlamaları barədə qərar verdikdən sonra köməkləşib 5 baş qoyunu bir-bir tutub üzərlərində olan pres ipi ilə ayaqlarını bağlayıb küçəyə çıxardıqdan sonra dərhal hər üçü köməkləşib 5 baş qoyunları həmin yerə gələn Səbuhinin avtomobilinin yük hissəsinə yükləyib oradan uzaqlaşmışlar. Həmin 5 baş qoyunu Ağcəbədi rayon mal bazarına aparıb tanımadıqları şəxsə ümumilikdə 670 manata satıb əldə olunan pulları öz aralarında bölmüşlər. Ardınca 150 manat pulu Səbuhiyə verdikdən sonra qalan 420 manatı qardaşı Heydərlə öz arasında bölmüşdür. Bundan sonra ümumiyyətlə bir daha oğurluq etməyəcəklərinə dair söhbət edib bu barədə bir-birilərinə söz vermişlər. Lakin 1 həftə sonra, 19 noyabr 2023-cü il tarixdə saat 22 radələrində yenə hər üçü həmin çayxanada görüşüb söhbət edən zaman maddi vəziyyətinin yaxşı olmaması ilə bağlı söhbət edərkən oğurluq etmək barədə danışmışlar. Qardaşı Heydər və tanışı Səbuhi ilə müzakirə edən zaman Ucar rayonu, Alpout kəndinə qayıtmaqlarının təhlükəli olduğunu, artıq oradan iki dəfə oğurluq etdiklərini və gecə vaxtı kənddə görsənərlərsə şübhə yaradacaqları barədə danışdıqdan sonra ağıllarına başqa yer gəlmədiyindən risk edib yenə əmisi Həsənin yaşadığı ünvandan bir neçə baş qoyun oğurlayıb satmağa və əldə olunacaq pulları öz aralarında bölməyə qərarlaşmışlar. Eyni zamanda həyətlərə oğurluq etməyə qardaşı Heydər ilə girəcəyini, Səbuhinin isə bir qədər aralıda idarə etdiyi avtomobilin yanında gözləyəcəyini, təhlükə, eləcə də hər hansı bir şübhəli məqam yaranarsa, xəbər verəcəyi ilə bağlı razılaşmışlar. Bundan sonra yenə Səbuhinin idarə etdiyi Rusiya nömrəli VAZ 21015 markalı avtomobili ilə yenə 20 noyabr 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndinə gəlib əmisi Həsənin yaşadığı evin yaxınında avtomobili saxladıqdan sonra qardaşı Heydər ilə birlikdə avtomobildən yerə düşüb əmisini evinin yanına getmiş, ardınca Səbuhi küçədə kiminsə birdən nabələd avtomobilinin görməməsi üçün avtomobil ilə bir qədər kənara gedib gözləmişdir. Daha sonra mişar daşından hörülmüş hasarın üzərinə qalxıb həyətdə heç kimin olmadığına, eyni zamanda evdə səs küy gəlmədiyinə əmin olduqdan sonra cəld şəkildə həyətə keçib küçə qapısını qardaşı Heydər üçün sakitcə açdıqdan sonra qardaşı Heydər də həyətə daxil olmuş və daha sonra darvazadan içəridə sol tərəfdə açıq yerdə qoyunların oluqlarını gördükdə qardaşı ila köməkləşib ümumlikdə 9 baş qoyunu bir-bir tutub pres ipi ilə ayaqlarını bağlayıb küçəyə çıxardıqdan sonra dərhal həmin qoyunları ora gələn Səbuhinin avtomobilinə yükləmişlər. 4 baş qoyunu avtomobilin salonuna, 5 baş qoyunu isə avtomobilin yük yerinə yüklədikdən sonra həmin qoyunları Ağcəbədi rayon mal bazarına aparmaq istədikdə mal bazarının bağlı olduğu ağıllarına gəlmiş, ardınca Səbuhi həmin qoyunları Bərdə rayonunda yerləşən bir tanışına satacağını bildirmişdir. Daha sonra Səbuhi idarə etdiyi avtomobillə onu və qardaşı Heydəri yaşadıqları evlərin qarşısına aparmış, özü isə həmin qoyunları satmaq üçün yola çıxmışdır. Elə həmin gün günorta radələrində Səbuhi o və qardaşı Heydər ilə görüşüb həmin 9 baş xırdabuynuzlu heyvanı 1100 manata satdığını bildirmiş, ardınca həmin pulları öz aralarında bölmüşlər. Həmin pulun 300 manatını Səbuhi götürmüş, qalan 800 manatı pulu isə qardaşı Heydərlə öz arasında bölmüşdür. Bundan başqa heç bir yerdən oğurluq etməmişlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 03 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bərdə rayonu, Qəhrəmanlı kəndində çayxanada tanışları Ucar rayon sakinləri Heydər və Məhəmməd ilə görüşüb çay içib maddi imkanlarının yaxşı olmaması ilə bağlı söhbət edən zaman Heydər söhbət əsnasında haradansa xırdabuynuzlu heyvan oğurlayıb avtomobili ilə oğurlayacaqları qoyunları aparıb satmaqla pul əldə etmək barədə təklif etmiş, Heydərin təklifindən sonra Məhəmməd oğurluq etmək barədə razılaşsa da, o buna razılaşmaq istəməmişdir. X1 Ucar rayonu, Alpout kəndində yaşayan ataları Nemanın tövləsindən xırda buynuzlu heyvan oğurlayacaqlarını bildirdikdə razılaşmışlar. Ardınca aralarında oğurluğu nə cür edəcəkləri, yəni kimin nə edəcəyi barədə danışan zaman avtomobili ilə oğurluğa gedəcəklərinə, oğurluq yerinə gəldikdə isə Heydərlə Məhəmmədin həyətə daxil olub heyvanları küçəyə çıxarmalarına, onun isə biraz aralıda avtomobilinin yanında dayanıb gözləyəcəyinə və hər hansı bir təhlükəli və ya şübhəli məqam yaranarsa, xəbər verəcəyinə, heyvanları gətirdikdə isə tez birlikdə avtomobilə yükləmələrinə dair razılaşmışlar. Bundan sonra hər üçü idarə etdiyi 466- OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı, VAZ 21015 markalı avtomobil ilə Bərdə rayonundan Ucar rayonuna gəlib 04 noyabr 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Alpout kəndinə çatıb Məhəmməd və Heydərin istiqamətləndirməsindən sonra sonuncuların ataları Nemanın evinin yanında avtomobili saxlamış və əvvəlcədən aralarında olan razılığa əsasən Məhəmməd və Heydər oğurluq etmək üçün içəri daxil olduqda bu müddət ərzində kənarda avtomobilinin yanında gözləməli və hər hansı bir təhlükəli və şübhəli məqam yaranarsa, xəbər etməsini planlaşdırmışlar. Daha sonra qeyd etdiyi formada Məhəmməd və Heydəri Nemanın qapısında düşürdükdən sonra bir qədər kənarda avtomobilində onları gözləmiş, 10-15 dəqiqə sonra Heydərlə Məhəmmədin küçə qapısından qoyunları çıxardıqlarını görüb dərhal avtomobilini sonuncuların yanına sürüb saxlamış və tez avtomobildən düşərək yük yerini açmış, Məhəmməd və Heydər ilə birlikdə cəld şəkildə köməkləşib 2 baş qoyunu avtomobilin yük yerinə yükləyib satmaq üçün Ağcəbədi rayon mal bazarına aparmış, elə bazarın girişində dayananda birinci maraqlanan tanımadıqları şəxsə iki baş qoyunu ümumilikdə 250 manata satıb əldə etdikləri pulu öz aralarında bölmüşlər. Həmin puldan 50 manat pul ona verilmiş, qalan pulu Heydər və qardaşı Məhəmməd isə öz aralarında yarıya bölüb götürmüşlər. Bundan sonra isə ikinci dəfə, 11 noyabr 2023-cü il tarixdə axşam saat 23 radələrində yenə hər üçü Bərdə rayonu, Qəhrəmanlı kəndində həmin çayxanada görüşüb söhbət əsnasında yenə oğurluq etmək barədə razılaşmışlar. Bu dəfə Heydərgilin əmisi Həsənin yaşadığı ünvandan qoyunları oğurlayıb avtomobili ilə aparıb satmaq və əldə olunacaq pulları öz aralarında bölmək barədə qərarlaşmışlar. Həmin vaxt öz aralarında danışıb əvvəlki kimi avtomobili ilə oğurluğa gedəcəklərini, onun isə bir az aralıda avtomobilinin yanında dayanıb gözləyəcəyinə və hər hansı bir təhlükəli və ya şübhəli məqam yaranarsa xəbər verəcəyinə, Məhəmməd və Heydər heyvanları gətirdikdə isə tez birlikdə avtomobilə yükləmələrinə dair razılaşmışlar. Bundan sonra yenə idarə etdiyi 466-OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı, VAZ 21015 markalı avtomobil ilə 12 noyabr 2023-cü il tarixinə keçən gecə saat 01 radələrində Ucar rayonu, Alpout kəndinə gəlib Həsənin yaşadığı evin yaxınlığında avtomobili saxladıqdan sonra Heydər və qardaşı Məhəmməd yerə düşüb evin yanına getmişlər. Yenə ilk dəfə olduğu kimi əvvəlcədən aralarında olan razılığa əsasən Məhəmməd və Heydər oğurluq etmək üçün içəri daxil olmalı, o isə bu müddət ərzində onları kənarda avtomobilinin yanında gözləməli və hər hansı bir təhlükəli və şübhəli məqam yaranarsa, onlara xəbər verməsi planlaşdırılmışdır. Daha sonra Heydər ilə Məhəmmədi avtomobildən düşürdükdən sonra oradan biraz uzaqlaşıb gözləmiş, 10-15 dəqiqə keçmişdir ki, Məhəmmədin və Heydərin 5 baş qoyunu ayaqlarını bağlamaqla qapıdan çölə çıxarıb yığdıqlarını gördükdə dərhal avtomobilini onların yanına sürüb saxlayıb yük yerini açdıqdan sonra hər üçü birlikdə cəld şəkildə 5 baş qoyunu avtomobilinin yük yerinə yığmışdır. Həmin 5 baş qoyunları idarə etdiyi avtomobil ilə Ağcabədi rayon mal bazarına aparıb tanımadıqları şəxsə ümumilikdə 670 manata satıb əldə olunan pulları öz aralarında bölmüşlər. Həmin puldan 150 manat özü götürmüş, qalan 420 manatı isə Heydər və Məhəmməd öz aralarında bölmüşlər. Bundan sonra bir daha oğurluq etməyəcəklərinə dair öz aralarında bir-birilərinə söz vermiş, lakin bundan təxminən 1 həftə sonra, 19 noyabr 2023-cü il tarixdə saat 22 radələrində hər üçü həmin çayxanada görüşüb söhbət əsnasında maddi vəziyyətlərinin yaxşı olmaması ilə bağlı söhbət edərkən oğurluq etmək barədə danışıb yenə haradansa oğurluq etməklə bağlı müzakirə aparmışlar. Ardınca söhbət zamanı yenə əmiləri Həsənin yaşadığı ünvandan qoyunları oğurlayıb avtomobili ilə aparıb satmağı və əldə olunacaq pulları öz aralarında bölməyi təklif etmişlər. Ardınca ilk növbədə razılaşmaq istəməmiş, lakin maddi imkanının yaxşı olmadığına görə birlikdə oğurluğa getməyə razılaşmışdır. Həmin vaxt öz aralarında danışıb əvvəlki kimi avtomobili ilə oğurluğa gedəcəklərini, onun isə biraz aralıda avtomobilinin yanında dayanıb gözləyəcəyinə və hər hansı bir təhlükəli və ya şübhəli məqam yaranarsa, xəbər verəcəyinə, Məhəmməd və Heydər heyvanları gətirdikdə isə tez birlikdə avtomobilə yükləmələrinə dair razılaşmışlar. Bundan sonra yenə idarə etdiyi 466-OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı, VAZ 21015 markalı avtomobil ilə 20 noyabr 2023-cü il tarixinə keçən gecə saat 23 radələrində Ucar rayonu, Alpout kəndinə gəlib Həsənin yaşadığı evin yaxınlığında avtomobili saxladıqdan sonra Heydər və qardaşı Məhəmməd yerə düşüb evin yanına getmişlər. Əvvəlcədən aralarında olan razılığa əsasən, Məhəmməd və Heydər oğurluq etmək üçün içəri daxil olmalı, o isə bu müddət ərzində onları kənarda avtomobilinin yanında gözləməli və hər hansı bir təhlükəli və şübhəli məqam yaranarsa, onlara xəbər verməsi nəzərdə tutulmuşdur. Daha sonra Heydər ilə Məhəmmədi avtomobildən düşürdükdən sonra oradan bir az uzaqlaşıb gözləmiş, 10-15 dəqiqə keçmişdir ki, Heydər ilə Məhəmmədin 9 baş qoyunu ayaqları bağlı vəziyyətdə çölə çıxarıb yığdıqlarını gördükdə dərhal avtomobili ilə həmin yerə sürüb saxlayıb yerə düşüb dərhal cəld şəkildə qoyunları avtomobilə yükləməyə köməklik etməyə başlamış və qoyunların 5 ədədini yük yerinə, 4 ədədini isə avtomobilin salonuna yığmışdır. Oğurladıqları 9 baş qoyunları idarə etdiyi 466- OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı, VAZ 21015 markalı avtomobil ilə Ağcabədi rayon mal bazarına aparmaqlarını düşünsələr də, bazarın işləmədiyi ağıllarına gəldikdən sonra Orxan adlı Həsənqaya kəndində yaşayan tanışının olduğunu, sonuncuların qoyunları ala biləcəyini bildirmişdir. Daha sonra Heydər və qardaşı Məhəmmədi yaşadığı ünvanın qarşısında düşürdükdən sonra idarə etdiyi 466-OCX-58 Rusiya dövlət qeydiyyat nişanlı, VAZ 21015 markalı avtomobil ilə Orxanın yaşadığı ünvana gedib qoyunları Orxana ümumilikdə 1400 manat müqabilində satmışdır. Geri qayıtdıqdan sonra Heydər və Məhəmməd ilə kafedə görüşüb sonunculara onlara yalandan qoyunları 1100 manata satdığını demişdir. Ardınca pulun 300 manatını götürmüş, qalan 800 manatı isə Heydər ilə Məhəmməd öz aralarında bölmüşlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasının, həmçinin himayəsində biri azyaşlı olmaqla biri yetkinlik yaşına çatmayan 2 övladının olmasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, eləcə də şahidin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla həmin kənddə yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evinin giriş qapısının sağ tərəfində tövlə var və həmin tövlədə özünə məxsus 67 baş xırdabuynuzlu heyvanı var. 11 noyabr 2023-cü il tarixdə səhər saatlarında qoyunlara ot verib həyətindəki tövləyə salmış və ardınca həmin gün Sumqayıt şəhərində qohumunun toy məclisində iştirak etmək üçün hazırlaşmışdır. Saat 10 radələrində yaşadığı kənddən çıxıb taksilərin dayandığı Ucar rayonu, Qarabörk kəndinə getmiş və arada taksiyə minib Sumqayıt şəhərinə getmişdir. Axşam saatlarında evdəkilərlə mobil telefonla danışan zaman heyvanlara ot və su verib tövləyə salacaqlarını bildirmişlər. 12 noyabr 2023-cü il tarixdə səhər saat 05 radələrində Sumqayıt şəhərindən qayıdıb yaşadığı Ucar rayonu, Alpout kəndinə gəlmiş, saat 08 radələrində qoyunları çöl sahəsinə aparmaq üçün tövləyə getmişdir. Həmin vaxt tövlənin kənd yoluna çıxan qapısının açıq olduğunu görmüş və oğurluq olmasından şübhələnib dərhal tövlədə olan qoyunları saymağa başlamışdır. Heyvanları sayarkən onların içərisində 1 ədəd toxumluq erkəyin, 2 baş ana qoyunun və 2 baş quzunun olmadığını aşkar etmiş və ardınca fərdi yaşayış evinin həyətində tikilən tövlədən həmin heyvanları çıxararaq evinin önündə yerləşən tövləyə salaraq saymağa başladıqda 5 baş xırdabuynuzlu heyvanlarının oğurlandığından əmin olmuşdur. Daha sonra dərhal bu barədə polisə müraciət etmişdir. Bildirmişdir ki, baş vermiş həmin oğurluq hadisəsi nəticəsində ona 1600 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, 19 noyabr 2023-cü il tarixdə səhər saatlarından saat 13 radələrinədək Ucar rayonu, Alpout kəndində yerləşən otlaq sahəsində biçdirdiyi otu həyətinə yığmaq ilə məşğul olmuş və həmin vaxtadək xırdabuynuzlu heyvanlar evinin önündə yerləşən boş sahədə tikilən tövlədə olmuşdur. Həmin tarixdə saat 16 radələrinədək xırdabuynuzlu heyvanlarını Ucar rayonu, Alpout kəndində yerləşən otlaq sahəsində otarmışdır. Xırdabuynuzlu heyvanlarını həmin sahədən gətirib sayan zaman saylarının 62 olduğundan dəqiq əmin olmaq üçün bir daha saymış və daha sonra tövlənin qapısını bağlayıb yatmağa getmişdir. 20 noyabr 2023-cü il tarixdə səhər saat 06 radələrində həyətində saxladığı iribuynuzlu heyvanlara ot vermiş və ardınca xırdabuynuzlu heyvanlarına ot verməyə gedən zaman tövlənin qapısının açıq olduğunu gördükdə dərhal tövlədə olan heyvanları çıxarıb saymağa başlamışdır. Həmin zaman heyvanlardan 9 başının olmadığını aşkar etmiş və ardınca dərhal bununla bağlı polisə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2400 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-ekspertiza mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizası üzrə 09 fevral 2024-cü il tarixli 9/67 nömrəli rəyi ilə tanış olub ona məxsus oğurlanmış 14 baş xırdabuyuzlu heyvanların ümumi qiymətinin müvafiq ekspert rəyində göstərildiyi kimi 3168 manat olması ilə razılaşaraq heç bir etiraz və şikayətinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla həmin kənddə yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evinin giriş qapısının sağ tərəfində tövlə vardır. Həmin tövlədə özünə məxsus 25 baş xırdabuynuzlu heyvanları var. Həmin xırdabuynuzlu heyvanları hər gün saat 10 radələrində evinin yaxınlığında yerləşən boş otlaq sahəsinə aparıb axsam saat 16 radələrində həmin otlaq sahəsindən heyvanları gətirib həyətində yerləşən tövləyə salmışdır. Həmin tövlənin qapısını taxtadan olan kilidlə bağlıyırmış. 03 noyabr 2023-cü il tarixində axsam saatlarında qoyunları otlaq sahəsindən bir az gec gətirib tövləyə salmış, tövləyə salarkən həmin heyvanları sayaraq 25 baş olmasından bir daha əmin olmuş və daha sonra tövlənin qapısını bağlayıb yaşadığı fərdi yaşayış evinə getmişdir. Axsam saat 01 radələrində yatmış, səhəri gün, yəni 04 noyabr 2023-cü il tarixdə saat 09 radələrində xırdabuynuzlu heyvanlarını otlaq sahəsinə aparmaq üçün tövləyə getdikdə tövlənin qapısını açıq vəziyyətdə görmüşdür. Daha sonra cəld qoyunları tövlədən çıxarıb həyətində yerləşən hərtərəfi bağlı olan boş sahəyə salıb saydıqda onlardan 2 baş dişi ana qoyunun olmadığını görmüş, ardınc səhv saydığını fikirləşib yenidən saymağa başladıqda həmin 2 ədəd qoyunun olmadığından əmin olmuşdur. Əvvəlcə qoyunların itməsindən şübhələnib otlaq sahələrini axtarmaq üçün getmiş, buna görə də bir müddət polisə məlumat verməmişdir. Ardınca çarəsiz vəziyyətdə qaldığı üçün bununla bağlı Ucar RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan öyrənmişdir ki, həmin qoyunları oğurlayan övladları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sonuncuların tanışları Təqsirləndirilən şəxs3 olmuşdur. Bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsinə ona 600 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə-ekspertiza mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 09 fevral 2024-cü il tarixli 9/67 nömrəli rəyi ilə tanış olub ona məxsus oğurlanmış 02 baş xırdabuyuzlu heyvanların ümumi qiymətinin müvafiq ekspert rəyində göstərildiyi kimi 560 manat olması ilə razılaşaraq heç bir etiraz və şikayətinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birgə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 12-13 ildir ki, xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğuldur. 20 noyabr 2023-cü il tarixdə səhər saatlarında tanışı olan Səbuhi adlı şəxs ona zəng edərək idarə etdiyi VAZ 21015 markalı avtomobil ilə 9 baş qoyunu satmaq üçün gətirdiyini bildirdikdə Səbuhidən heyvanlara baxmağı üçün yaşadığı ünvana gətirilməsini xahiş elədikdən bir qədər sonra Səbuhi həmin heyvanları yaşadığı evin qarşısına gətirmiş və ardınca Səbuhi həmin heyvanları 1 ay əvvəl aldığını, lakin xalası xəstə olduğu üçün pul lazım olduğundan satdığını bildirmişdir. Daha sonra Səbuhiyə həmin 9 baş xırdabuynuzlu heynanları almağı üçün 1400 manat pul təklif etdikdə sonuncu bununla razılaşmışdır. Ardınca 1400 manat pulu Səbuhiyə verib heyvanları yaşadığı fərdi yaşayış evinin həyətinə salmışdır. 24 noyabr 2023-cü il tarixdə saat 01 radələrində Səbuhidən aldığı 9 baş heyvanı Bərdə rayonunda yerləşən mal bazarına aparmış, həmin heyvanlardan birini 180 manata, birini isə 150 manat olmaqla 2 quzunu satmış, digərlərini isə yenidən yaşadığı fərdi yaşayış evinə gətirmişdir. 24 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Ucar RPŞ-nin əməkdaşları onun yaşadığı evə gəlib 20 noyabr 2023-cü il tarixdə həmkəndlisi olan Səbuhinin ona satdığı 9 baş xırdabuynuzlu heyvanın oğlurluq olmasını bildirmişlər. Daha sonra polis əməkdaşlarının iştirakları ilə həyətində olan, yəni Səbuhidən aldığı 7 baş xırdabuynuzlu heyvanlar sabininə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci cild 1-ci səhifəsində olan 25 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Məhəmməd oğluna məxsus tövlədən 14 baş qoyunun naməlum şəxs(lər) tərəfindən oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild, 8-9-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 9/67 nömrəli ekspert rəyindən görünür ki, 36 kq diri çəkidə olmaqla iki baş dişi ana qoyunun qiyməti 560 manat, 52 kq diri çəkidə bir baş qoçun (qoyun) qiyməti 350 manat, 36 kq diri çəkidə iki baş dişi ana qoyunun qiyməti 560 manat, 24 kq diri çəkidə iki baş erkək qoyunun (quzu) qiyməti 420 manat, 36 kq diri çəkidə bir baş dişi (ana) qoyunun qiyməti 280 manat, 24 kq diri çəkidə iki baş dişi qoyunun (quzu) qiyməti 408 manat, 22 kq diri çəkidə beş baş erkək qoyunun (quzu) qiyməti 1000 manat və 14 kq diri çəkidə olan bir baş dişi quzunun qiyməti 150 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3728,0 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild, 7-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 47-48-ci səhifələrində olan 24 noyabr 2023-cü il tarixli baxış keçirmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 qoyunları oğurlayaraq satdığı Şahid yaşadığı ünvana Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs2 7 ədəd qoyunun ona məxsus olduğunu bildirmiş, qeyd olunan qoyunlar götürülməklə qəbz vasitəsilə iş üzrə məhkəmə hökmü çıxarılanadək saxlanılması üçün sonuncuya təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 59-cu və 68-ci səhifələrində olan 25 noyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 17:00 radələrində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 81-ci və 90-cı səhifələrində olan 25 noyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 19:00 radələrində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 103-cü və 112-ci səhifələrində olan 25 noyabr 2023-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün saat 21:00 radələrində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 157-158-ci səhifəsində olan 27 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 12:00-da tutulmadan azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 177-178-ci səhifəsində olan 27 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 16:14-də tutulmadan azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 195-196-cı səhifəsində olan 27 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 19:15-də tutulmadan azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild, 24-43-cü səhifəsində olan 09 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın məzmununda əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri yenidən ittiham elan olunmuş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişiklik edilmədən saxlanılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın məzmununda əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri yenidən ittiham elan olunsun və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişiklik edilmədən saxlanılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs3 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın məzmununda əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri yenidən ittiham elan olunsun və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişiklik edilmədən saxlanılmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilməklə, bu barədə material ayrılaraq Ucar rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası CMin 177.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə materiallar ayrılaraq Ucar rayon prokurorluğuna göndərilmişdir. İş üzrə oğurluq hadisədən sonrakı vəziyyətdə olan 7 baş qoyun heyvanı 29 dekabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və tərtib olunmuş qəbzlə məhkəmə hökmü çıxarılanadək saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 211-216-cı səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 dekabr 2023-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 1-3-cü səhifələrində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Bərdə rayon mərkəzi xəstəxanası” X5 məktublarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Bərdə RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdurlar. Cinayət işinin İ cild, 232-233-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 2012-ci il təvəllüdlü Nəzrin və 2018-ci il təvəllüdlü Nərmin adında iki uşağı vardır və barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild, 22-23-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 08 may 2019-cu il təvəllüdlü Yusif və 24 noyabr 2023-cü il təvəllüdlü Nəfəs adında iki uşağı vardır və barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin İİ cild, 20-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 aprel 2024-cü il tarixli, 272 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Umudallar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən imzalanmaqla yazılmış ərizələrindən görünür ki, sonunculara dəymiş ziyan tam şəkildə ödənilmiş və onların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı hər hansı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərinin etirafı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onların əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, eləcə də, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsini, o cümlədən sonuncuların onlara qarşı şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmaması, himayəsində 2 azyaşlı övladlarının olması, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 25 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bərdə rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bərdə rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bərdə rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, eləcə də, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsini, o cümlədən sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 25 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməlləri etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, eləcə də, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam şəkildə ödənilməsini, o cümlədən sonuncuların onlara qarşı şikayət və tələblərinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin Təqsirləndirilən şəxs3 himayəsində biri azyaşlı olmaqla, digəri yetkinlik yaşına çatmayan 2 övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, biri azyaşlı olmaqla, digəri yetkinlik yaşına çatmayan 2 övladlarının olması, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 25 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bərdə rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bərdə rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Əliyev Təqsirləndirilən şəxs3 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bərdə rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid yaşadığı ünvanın tövləsindən aşkar edilərək götürülmüş ümumilikdə 7 baş xırdabuynuzlu heyvanlar Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bərdə rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bərdə rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bərdə rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bərdə rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bərdə rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bərdə rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 7 baş qoyunun Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar