Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-29/2025 15.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 may 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1983-cü il tarixdə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər Ucar Rayon Məhkəməsinin 20 iyun 2008-ci il tarixli, 1(063)-26/2008 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmiş, 02 aprel 2009-cu il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarla “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 20 iyun 2008-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad edilmiş, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 399,59 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq Ucar rayonu, Alpout kəndində yaşadığı evin həyətindəki tövlədə saxlamış, 14 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin tövlənin sağ künc hissəsində olan axurun arxasından 1 ədəd sellofan torbada - 393,81 qram çəkidə, həmin sellofan torbanın içərisində 2 (iki) ədəd kibrit qutularında qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda - 4,34 qram və 1,44 qram çəkilərdə olmaqla ümumi təmiz çəkiləri – 399,59 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində yaşayır, heç bir yerdə işləmir, fəhləliklə məşğul olaraq ailəsini dolandırır, iki azyaşlı övladı var. Uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmiş, başqa növ narkotik vasitə istifadə etməmişdir. Tutulmamışdan təxminən 10 gün əvvəl, yəni 2024-cü ilin noyabr ayının əvvəllərində kənddə ev heyvanlarını otlaq sahəsindən qaytarıb gətirərkən xatırlamadığı yerdə yolun kənarında kolluğun yanında 1 ədəd sellofan torba görüb onu yerdən qaldırmış, marixuana istifadə etdiyindən içərisindəki kütləni iylədikdə qurudulmuş marixuana olduğunu anlamışdır. Həmin sellofanın içərisində 2 ədəd kibrit qutularında da marixuana olmuşdur. Ətrafda heç kim olmadığına görə həmin marixuananı aparıb özü üçün saxlayıb hissə-hissə istifadə etməyə qərar vermişdir. Ona görə də, həmin 1 ədəd sellofan torbada olan marixuananı içərisində 2 ədəd kibrit qutuları ilə birlikdə gödəkcəsinin altına qoymuş, heyvanları həyətə gətirib girişdən solda olan tövləyə saldıqdan sonra, heç kimin bilməməsi və görməməsi üçün həmin sellofan torbanı tövlənin içərisində qarşıda sağ küncdə yem üçün düzəldilmiş taxta axurun arxasına qoyub gizlətmişdir. Bundan heç kimin xəbəri və məlumatı olmamış, eləcə də ailə üzvlərindən heç kim bilməmişdir. Həmin marixuanadan təklikdə istifadə etməyi düşünmüş, lakin şərait yaranmadığına görə hələ ki ondan istifadə etməmişdir. 14 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı evin yanına küçəyə siqaret çəkmək üçün çıxmış, təxminən 30-40 metr küçə qapısından aralanmışdır ki, bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyası ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və videoçəkilişlə üstünü yoxlayacaqlarını, eləcə də yaşadığı ünvana baxış keçirəcəklərini söyləmişlər. Həmin yerdə ətrafda avtomobillər və adamlar olduğundan yaşdığı evin küçə qapısının yanına gəlmişlər. O, həyətindəki tövlənin içərisində küncdə, taxta axurun arxasında gizlətdiyi sellofan torbadakı marixuananı polislərin tapmayacağını düşünmüş və üstünün yoxlanılmasına və yaşadığı ünvana baxışın keçirilməsinə etiraz etməmişdir. Videoçəkilişlə ona hüquq və vəzifələri izah olunaraq bu barədə bildiriş təqdim olunmuş, bundan sonra polis əməkdaşı tərəfindən üstünün yoxlanılmasına başlanmış, əynindəki qara rəngli qolsuz gödəkcəsinin ciblərindən özünə məxsus “Samsung” markalı telefonu, 2 ədəd 10 manatlıq əskinasla cəmi 20 manat pul, siqaret və alışqanı çıxarıb təqdim etmişdir. Üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “Samsung” markalı telefon polis tərəfindən götürülmüşdür. Bundan sonra ona yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, buna etiraz etməmişdir. Yaşadığı evin qarşısında ona qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. Polislərin tövlənin içərisində küncdə yem üçün düzəldilmiş taxta axurun arxasında gizlətdiyi marixuananı tapmayacaqlarını düşünmüş, ona görə də yalandan yaşadığı ünvanda qanunsuz hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra qapıdan həyətə və həyətdə girişdə solda olan heyvan tövləsinə daxil olmuşlar, həmin tövlənin içərisinə baxış zamanı giriş hissədə qarşıda sağ küncdə taxta axurun arxasında gizlədib saxladığı içərisində marixuana, həm də ki ayrıca 2 ədəd kibrit qutularında marixuanalar olan 1 ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba yerə qoyularaq açılmış, içərisindəki marixuana və 2 ədəd kibrit qutuları da açılaraq nəzərdən keçirilmiş, həmin kütlələrin nə olması və kimə məxsus olmaları ilə bağlı ona sual verildikdə, polislərə həmin kütlələrin “nəşə” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən içərisində marixuana və 2 ədəd kibrit qutuları olan sellofan torba üzəri bütün iştirakçılar tərəfindən imzalanmış 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra baxış davam etdirilmiş, tövlədən çıxaraq tövlənin digər tərəfindən olan hissəsinə, tavanına, tövlədən qarşıda olan qırmızı kərpicdən olan tikiliyə, daha sonra qarşıda olan 2 mərtəbəli evin 1-ci mərtəbəsində açıq yerdə olan əşyalara, mətbəxə, eləcə də otaqlara və hamam otağına, daha sonra 2-ci mərtəbədə açıq eyvana və otaqlara baxış keçirilmiş, lakin yaşadığı ünvandan marixuana, başqa narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Bununla da yaşadığı ünvana baxışın keçirlməsi yekunlaşaraq videoçəkiliş dayandırılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, yaşadığı ünvana videoçəkilişlə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş 1 ədəd sellofandakı marixuanaların qablaşdırıldığı 1 ədəd kağız zərfə Növbətçi hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Müstəntiq tərəfindən ona baxışın mahiyəti, eləcə də hüquq və vəzifələri bir daha izah olunmuşdur. Daha sonra həmin zərf ona təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. Həmin zərfin yaşadığı ünvandan aşkar edilmiş kütlələrin qablaşdırıldığı zərfin olduğunu təsdiq etmiş, daha sonra zərf açılaraq ona içərisindəki sellofan torba təqdim olunaraq ağzı açılmış, içərisindəki kibrit qutularındakı kütlələr bir daha təqdim olunaraq sellofan torbaya qoyulub elektron tərəzidə çəkilmişdir. Sellofan torba və kibrit qutuları ilə birlikdə marixuanaların ümumi çəkisi 375 qram olmuşdur. Daha sonra həmin sellofandakı kütlələrin nə olması və kimə məxsus olması ilə bağlı bir daha müstəntiq tərəfindən ona sual verildikdə, həmin kütlələrin marixuana olduğunu təsdiq edərək özünə məxsus olduğunu, özü istifadə etməsi üçün saxladığını demişdir. Həmin 1 ədəd sellofan torba olduğu zərfə qoyularaq başqa 1 ədəd kağız zərfə qablaşdırılmış, həmin zərf də möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra “Samsung” markalı telefon nümayiş etdirilmiş, həmin telefonun ona məxsus olduğunu təsdiq etmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin telefon götürülmüşdür. Polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması və hər hansı etiraz və vəsatətinin olub-olmaması ilə bağlı sual verilmiş, o da polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını, eləcə də hər hansı etiraz və vəsatətinin olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşaraq videoçəkiliş dayandırılmışdır. Baxışn keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. 14 noyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman, üstü yoxlanmamışdan əvvəl, yaşadığı ünvana baxış keçirilməmişdən əvvəl, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmiş, polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmamışdır. Yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş marixuanaları tapandan sonra özü gələcəkdə istifadə etmək üçün onları həmin yerdə gizlədib saxlamış, bu barədə heç kimə heç nə deməmiş, onda marixuana olduğunu ümumiyyətlə heç kim bilməmişdir. Ümumiyyətlə heç zaman heç kimə narkotik vasitə satmamış, nə də ki verməmişdir. Ailə üzvləri ümumiyyətlə onun narkotik vasitə istifadə etməsini, tövlədə marixuana saxlamasını bilməmiş, eləcə də marixuana tapmağını heç kim bilməmiş, bu barədə heç kimə heçnə deməmişdir. 15 noyabr 2024-cü il tarixli, 17/870 nömrəli ekspert rəyi ilə tanış olmuş və həmin rəyin nəticəsi ilə razıdır. Belə ki, növbətçi hissədə marixuana adi əl elektron tərəzisi ilə çəkilmiş, həmin tərəzilərdə çəki qram dəqiqliyi ilə göstərilməmiş, ekspertizada isə dəqiq və profesional tərəzi istifadə olunmuşdur. Ona görə də ona məxsus olan sellofanda və kibrit qutularındakı marixuanaların ümumilikdə təmiz çəkilərinin 399,59 qram olması ilə razıdır, bununla bağlı heç bir etirazı olmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində uşaqlarının olmasının nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı ünvanda narkotik vasitə gizlətməsi barədə Ucar rayon polis şöbəsinə 14 noyabr 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. O, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və yaşadığı ünvana keçirilmiş baxışı “Sony” markalı aparatla video çəkilişi qeydə almışdır. Belə ki, 14 noyabr 2024-cü il tarixdə həmin məlumatla bağlı Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. O, qrupun digər üzvləri, yəni Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və Ucar RPŞ-nin KCMQ-nın baş əməliyyat müvəkkili Şahid2 təlimatlandırıldıqdan sonra həmin tarixdə, yəni 14 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində Ucar rayonu Alpout kəndinə, Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə tək yaşadığı evin yaxınlığında bir qədər aralıda olmuşdur. Yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyası ilə məşğul olmasında, üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, sonuncuya videoçəkilişlə üstünün yoxlanılacağı və yaşadığı ünvana baxışın keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Saxlanıldığı yerdə hərəkət intensiv olduğundan, sənədləşdirmənin aparılması əlverişli olmadığından Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gətirilmişdir. Tərəfindən videokamera vasitəsi ilə videoçəkiliş aparılmış, yaşadığı evin qarşısında videoçəkilişlə bir daha baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının mahiyyəti bildirilərək Cinayət-Prosessual Мəcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla bu barədə bildiriş təqdim olunmuşdur. Üstü yoxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşayanın olmadığını bildirmişdir, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən sonucunun əynindəki qara rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd 10 manatlıq pul əskinasları olmaqla cəmi 20 manat pul, gödəkcəsinin sol yan cibindən isə içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu və alışqan aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs dayandıqları yerin yanında olan həyətin və həyətdəki evin özünə məxsus olduğunu bildirdikdə boz rəngli dəmir qapıdan həyətə daxil olmuşlar. Həyətə daxil olduqda girişdən sol tərəfdə üzəri suvaqlı, şifer örtüklü bir mertəbəli tikili, həmin tikilidən qarşda qırmızı kərpicdən olan tikili, qarşıda isə üzəri suvaqlı iki mərtəbəli fərdi yaşayış evin olduğu görünmüşdür. İlk öncə sol tərəfdəki 1-ci tikiliyə baxış keçirilmiş, həmin tikiliyə daxil olduqda oranın tövlə olması və bir neçə hissədən ibarət olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin yerdə mal-qara və toyuq saxladıqlarını bildirmişdir. Həmin tövləyə baxış zamanı giriş hissəsində qarşıda sağ küncdə taxta axurun arxa tərəfindən 1 ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba baş əməliyyat müvəkkili Şahid1 tərəfindən açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlənin, eləcə də 2 ədəd kibrit qutularının olduğu müəyyən edilmişdir. 2 ədəd kibrit qutuları da açıldıqda onların da içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlələrin olduğu müəyyən edilmişdir. Həmin sellofan torbadakı kütlələlərin nə olması və kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sual verilmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin “nəşə” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlənin, eləcə də 2 ədəd kibrit qutularının olduğu həmin sellofan torbanın qablaşdırılmasına başlanılmışdır. Ağ rəngli kağız zərfin üzəri yazılaraq bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin sellofan torba həmin zərfin içərisinə qoyularaq ağzı bağlanılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvanda başqa qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması barədə sual verilmiş, o başqa heç bir qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Bundan sonra baxış davam etdirilərək tövlənin qarşısı ilə qarşıya gedib həmin tövlənin sonunda olan digər kiçik girişi olan hissəsinə, eləcə də tavan hissəsinə, sonra isə yanında olan qırmızı rəngli kərpicdən olan tikiliyə baxış keçirilmişdir. Həmin yerlərdən narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra həyətdəki 2 mərtəbəli fərdi yaşayış evinə yaxınlaşmış və sağında olan piləkənlər tərəfdən evin 1-ci mərtəbəsinin açıq hissəsinə gəlmiş, həmin yerdə ortada masa, ətrafında oturacaqlar, digər ev əşyaları, yanlarında gül ağacları olmuşdur. Həmin yerdə olan soyuducuya, dolaba, eləcə də digər əşyalara, sonra isə sol tərəfdə 1-ci mətbəx kimi istifadə olunan otağa, sonra həmin otaqdan sağdakı 2 otaqlara və hamama baxış keçirilmişdir. Evin qeyd olunan hissələrindən, yəni 1-ci mərtəbəsində olan əşyalardan və otaqlardan, eləcə də hamam otağından narkotik vasitəyə bənzər hər hansı kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra baxış evin ikinci mərtəbəsində davam etdirilmiş, piləkənlərlə ikinci mərtəbəyə qalxdıqda açıq eyvanda ipin üzərində çarpayı üzlükləri ilə paltarlar asılmış, ortada masa, sol tərəfdə döşəmənin üzərində dəmir qablar, eləcə də sintetik torbalarda toyuq yemləri olmuşdur. Baxış zamanı evin ikinci mərtəbəsindən və ikinci mərtəbədəki otaqlardan da narkotik vasitəyə bənzər hər hansı kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxışın keçirilməsi ilə bağlı kiminsə etirazının və vəsatətinin olub-olmaması ilə bağlı baş əməliyyat müvəkkili Şahid1 tərəfindən sual verilmiş, Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılar tərəfindən heç bir ərizə, şikayət, təklif, etiraz və vəsatət daxil olmamışdır. Bununla da baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmış və polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanılması və yaşadığı ünvana baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilərək, Növbətçi Hissədə onun, Şahid2 və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə yaşadığı ünvanda tövlədən sellofan torbada aşkar edilərək götürülmüş kütlələrə və üzərindən aşkar edilmiş “samsung” markalı telefona baxış keçirilmişdir. Videoçəkilişi məsul növbətçi Şəmşir Lətifov aparmış, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs baxışın mahiyyəti, eləcə də bir daha hüquq və vəzifələri izah olunmuşdur. Daha snora 1 ədəd sellofan torbadakı kütlənin qablaşdırıldığı 1 ədəd kağız zərf müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. Təqsirləndirilən şəxs həmin zərfi nəzərdən keçirib yaşadığı ünvandan aşkar edilmiş kütlələrin qablaşdırıldığı zərfin olduğunu təsdiq etmiş, daha sonra zərf açılaraq içərisindəki sellofan torba ona təqdim olunaraq ağzı açılmış, içərisindəki kibrit qutularındakı kütlələr bir daha ona təqdim olunaraq sellofan torbaya qoyulub elektron tərəzidə çəkilmişdir. Sellofan torba və kibrit qutuları ilə birlikdə marixuanaların ümumi çəkisi 375 qram olmuşdur. Daha sonra həmin sellofandakı kütlələrin nə olması və kimə məxsus olması ilə bağlı bir daha müstəntiq tərəfindən sual verildikdə, Təqsirləndirilən şəxs həmin kütlələrin marixuana olduğunu təsdiq edərək özünə məxsus olduğunu bildirmişdir. Həmin 1 ədəd sellofan torba olduğu zərfə qoyularaq başqa 1 ədəd kağız zərfə qablaşdırılmış, həmin zərf də möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra üstü yoxlanılarkən aşkar edilmiş “Samsung” markalı telefon da Təqsirləndirilən şəxs nümayiş olunmuş, sonuncu həmin telefonun özünə məxsus olduğunu təsdiq etmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin telefon müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması, eləcə də hər hansı etiraz və vəsatətinin olub-olmaması ilə bağlı sual verilmiş, o polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını və heç bir vəsatət və etirazının olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşaraq videoçəkiliş dayandırılmış, baxışn keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 digər Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Ucar RPŞ-nin KCMQ-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu, Alpout kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı ünvanda narkotik vasitə gizlətməsi barədə Ucar rayon polis şöbəsinə 14 noyabr 2024-cü il tarixdə daxil olmuş məlumat əsasında həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Belə ki, 14 noyabr 2024-cü il tarixdə həmin məlumatla bağlı Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. O, qrupun digər üzvləri, yəni Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və Ucar RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 təlimatlandırıldıqdan sonra həmin tarixdə, yəni 14 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində Ucar rayonu Alpout kəndinə, Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə tək yaşadığı evin yaxınlığında bir qədər aralıda olmuşdur. Yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyası ilə məşğul olmasında, üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, sonuncuya videoçəkilişlə üstünün yoxlanılacağı və yaşadığı ünvana baxışın keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Saxlanıldığı yerdə hərəkət intensiv olduğundan, sənədləşdirmənin aparılması əlverişli olmadığından Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gətirilmişdir. Şahid4 tərəfindən videokamera vasitəsi ilə videoçəkiliş aparılmış, yaşadığı evin qarşısında videoçəkilişlə bir daha baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs saxlanılmasının mahiyyəti bildirilərək Cinayət-Prosessual Мəcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla bu barədə bildiriş təqdim olunmuşdur. Üstü yoxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hanası bir əşayanın olmadığını bildirmişdir, tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılrkən sonucunun əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd 10 manatlıq pul əskinasları olmaqla cəmi 20 manat pul, gödəkçəsinin sol yan cibindən isə içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu və alışqan aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs dayandıqları yerin yanında olan həyətin və həyətdəki evin özünə məxsus olduğunu bildirdikdə boz rəngli dəmir qapıdan həyətə daxil olmuşlar. Həyətə daxil olduqda girişdən sol tərəfdə üzəri suvaqlı, şifer örtüklü bir mertəbəli tikili, həmin tikilidən qarşda qırmızı kərpicdən olan tikili, qarşıda isə üzəri suvaqlı iki mərtəbəli fərdi yaşayış evin olduğu görünmüşdür. İlk öncə sol tərəfdəki 1-ci tikiliyə baxış keçirilmiş, həmin tikiliyə daxil olduqda oranın tövlə olması və bir neçə hissədən ibarət olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin yerdə mal-qara və toyuq saxladıqlarını bildirmişdir. Həmin tövləyə baxış zamanı giriş hissəsində qarşıda sağ küncdə taxta axurun arxa tərəfindən 1 ədəd sellofan torba aşkar edilmişdir. Həmin sellofan torba baş əməliyyat müvəkkili Şahid1 tərəfindən açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlənin, eləcə də 2 ədəd kibrit qutularının olduğu müəyyən edilmişdir. 2 ədəd kibrit qutuları da açıldıqda onların da içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlələrin olduğu müəyyən edilmişdir. Həmin sellofan torbadakı kütlələlərin nə olması və kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sual verilmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin “nəşə” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlənin, eləcə də 2 ədəd kibrit qutularının olduğu həmin sellofan torbanın qablaşdırılmasına başlanılmışdır. Ağ rəngli kağız zərfin üzəri yazılaraq bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin sellofan torba həmin zərfin içərisinə qoyularaq ağzı bağlanılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvanda başqa qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması barədə sual verilmiş, o başqa heç bir qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Bundan sonra baxış davam etdirilərək tövlənin qarşısı ilə qarşıya gedib həmin tövlənin sonunda olan digər kiçik girişi olan hissəsinə, eləcə də tavan hissəsinə, sonra isə yanında olan qırmızı rəngli kərpicdən olan tikiliyə baxış keçirilmişdir. Həmin yerlərdən narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra həyətdəki 2 mərtəbəli fərdi yaşayış evinə yaxınlaşmış və sağında olan piləkənlər tərəfdən evin 1-ci mərtəbəsinin açıq hissəsinə gəlmiş, həmin yerdə ortada masa, ətrafında oturacaqlar, digər ev əşyaları, yanlarında gül ağacları olmuşdur. Həmin yerdə olan soyuducuya, dolaba, eləcə də digər əşyalara, sonra isə sol tərəfdə 1-ci mətbəx kimi istifadə olunan otağa, sonra həmin otaqdan sağdakı 2 otaqlara və hamama baxış keçirilmişdir. Evin qeyd olunan hissələrindən, yəni 1-ci mərtəbəsində olan əşyalardan və otaqlardan, eləcə də hamam otağından narkotik vasitəyə bənzər hər hansı kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra baxış evin ikinci mərtəbəsində davam etdirilmiş, piləkənlərlə ikinci mərtəbəyə qalxdıqda açıq eyvanda ipin üzərində çarpayı üzlükləri ilə paltarlar asılmış, ortada masa, sol tərəfdə döşəmənin üzərində dəmir qablar, eləcə də sintetik torbalarda toyuq yemləri olmuşdur. Baxış zamanı evin ikinci mərtəbəsindən və ikinci mərtəbədəki otaqlardan da narkotik vasitəyə bənzər hər hansı kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxışın keçirilməsi ilə bağlı kiminsə etirazının və vəsatətinin olub-olmaması ilə bağlı baş əməliyyat müvəkkili Şahid1 tərəfindən sual verilmiş, Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılar tərəfindən heç bir ərizə, şikayət, təklif, etiraz və vəsatət daxil olmamışdır. Bununla da baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmış və polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən üstünün yoxlanılması və yaşadığı ünvana baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilərək, Növbətçi Hissədə onun, İTB-nin sahə rəisi Şahid4 və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə yaşadığı ünvanda tövlədən sellofan torbada aşkar edilərək götürülmüş kütlələrə və üzərindən aşkar edilmiş “samsung” markalı telefona baxış keçirilmişdir. Videoçəkilişi məsul növbətçi Şəmşir Lətifov aparmış, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs baxışın mahiyyəti, eləcə də bir daha hüquq və vəzifələri izah olunmuşdur. Daha snora 1 ədəd sellofan torbadakı kütlənin qablaşdırıldığı 1 ədəd kağız zərf müstəntiq tərəfindən Təqsirləndirilən şəxs təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. Təqsirləndirilən şəxs həmin zərfi nəzərdən keçirib yaşadığı ünvandan aşkar edilmiş kütlələrin qablaşdırıldığı zərfin olduğunu təsdiq etmiş, daha sonra zərf açılaraq içərisindəki sellofan torba ona təqdim olunaraq ağzı açılmış, içərisindəki kibrit qutularındakı kütlələr bir daha ona təqdim olunaraq sellofan torbaya qoyulub elektron tərəzidə çəkilmişlər. Sellofan torba və kibrit qutuları ilə birlikdə marixuanaların ümumi çəkisi 375 qram olmuşdur. Daha sonra həmin sellofandakı kütlələrin nə olması və kimə məxsus olması ilə bağlı bir daha müstəntiq tərəfindən sual verildikdə, Təqsirləndirilən şəxs həmin kütlələrin marixuana olduğunu təsdiq edərək özünə məxsus olduğunu bildirmişdir. Həmin 1 ədəd sellofan torba olduğu zərfə qoyularaq başqa 1 ədəd kağız zərfə qablaşdırılmış, həmin zərf də möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra üstü yoxlanılarkən aşkar edilmiş “Samsung” markalı telefon da Təqsirləndirilən şəxs nümayiş olunmuş, sonuncu həmin telefonun özünə məxsus olduğunu təsdiq etmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən həmin telefon müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması, eləcə də hər hansı etiraz və vəsatətinin olubolmaması iə bağlı sual verilmiş, o polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını və heç bir vəsatət və etirazının olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşaraq videoçəkiliş dayandırılmış, baxışn keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-42-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 15 noyabr 2024-cü il tarixli, 17/870 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tövlədən aşkar edilmiş kütlələr.” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 02 (iki) ədəd kibrit qutularında və 01(bir) ədəd sellofan torbada, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 4,34 qram, 1,44 qram və 393,81 qram, ümumi təmiz çəkiləri – 399,59 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qututlarında və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata 0,06 qram sərf edildikdən sonra narkotik vasitə olan marixuanaların qalıq çəkisi 399,53 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 132-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 119 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 385 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 15 noyabr 2024cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci və 14-15-ci vərəqələrində olan 14 noyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsinə dair və baxış keçirilməsi haqqında protokollardan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs həyətindəki tövlənin içərisində künc hissədə, yerdən qoyulmuş vəziyyətdə heyvanlara yem vermək üçün nəzərdə tutulan taxta axurun içərisinə qoyulmuş 1 ədəd sellofan torbada olan 2 ədəd kibrit qutularında içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələrə baxış keçirilmişdir. Zərfdəki içərisində yaşıl rəngli kütlə və iki ədəd kibrit qutuları olan bir ədəd sellofan torba çıxarılmış, masanın üzərinə qoyularaq açılmışdır. İçərisindəki 2 ədəd kibrit qutuları da çıxarılaraq ayrı-ayrılıqda açılmış, onların içərisində də yaşıl rəngli bitki mənşəli kütlələrin olduğu aşkar edilmişdir. Həmin 2 ədəd kibrit qutuları yenidən içərisində yaşıl rəngli kütlə olan sellofan torbaya qoyularaq hamısı birlikdə elektron tərəzidə çəkilmiş, kibrit qutuları ilə və sellofanla birlikdə ümumilikdə çəkilərinin 375 qram olduğu müəyyən edilmişdir. Eyni zamanda üstü yoxlanılarkən üzərindən götürülmüş 1 ədəd mobil telefon Təqsirləndirilən şəxs nümayiş etdirilərək həmin telefon nəzərdən keçirilmiş, həmin telefonun qara rəngli “Samsung A21S” markalı mobil telefon olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin telefonun ona məxsus, saxlanılan zaman üzərindən götürülmüş telefonun olduğunu bildirmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün götürülərək baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs qaytarılacağı izah olunmuşdur. Şübhəli şəxsin üstünün yoxlanılmasında və yaşayış sahəsində, eləcə də yardımçı tikililərə baxış keçirilməsində “Sony” markalı videokameradan istifadə olunmuş, baxış keçirilməsi zamanı isə “Panasonic” markalı aparatdan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Ucar rayon mərkəzi xəstəxanası” X10 tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 18-1-77/2-106/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji, ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-ci vərəqəsində olan 14 noyabr 2024-cü il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 35-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:25-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-cu vərəqəsində olan 16 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:00-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-ci vərəqəsində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində 050 *** ** ** nömrə olan 1 ədəd qara rəngli “Samsung A21S” markalı mobil telefonun 16 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saz vəziyyətdə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci, 80-ci və 134-146-cı vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 17 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanınma, eləcə də 23 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ilə bir ünvanda yaşayan arvadı X1 və digər ailə üzvlərinin əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 1 (bir) ədəd sellofan torbada və həmin sellofan torbanın içərisində 2 (iki) ədəd kibrit qutularında ümumilikdə - 399,59 qram çəkidə qurudulmuş marixuanaların 0,06 qram çəkidə olan hissəsinin tədqiqata sərf edilməsi, qalan- 399,53 qram qram çəkidə vasitə qurudulmuş marixuanaların 1 (bir) ədəd kağız paketdə qablaşdırılıb «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 X5 № 2» mətninə malik ştampla ştamplanmış vəziyyətdə 17 noyabr 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, 14 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı ünvana baxışın keçirilməsini əks etdirən video görüntünün köçürüldüyü 1 ədəd kompakt diskin 17 noyabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunması nəzərə alınmış, 14 noyabr 2024-cü il tarixdə saxlanılan zaman üstü yoxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş üzərində 050 *** ** ** nömrə olan 1 ədəd qara rəngli “Samsung A21S” markalı mobil telefonun 16 noyabr 2024-cü il tarixli qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmış, məhkəmə-bioloji ekspertizasının 15 noyabr 2024-cü il tarixli, 17/870 nömrəli rəyinin əsas götürülməsi və Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə olan marixuananın təmiz çəkisinin - 399,59 qram olması nəzərə alınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 1 (bir) ədəd sellofan torbada və həmin torbanın içərisində 2 (iki) ədəd kibrit qutularında olan ümumi təmiz çəkiləri - 399,59 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixunanaları əldə etdiyi vaxt və mənbə istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul olunmuş, cinayət işinin materiallarına uyğun obyektiv rəylər olduğundan məhkəmə-bioloji ekspertizası üzrə məhkəmə-bioloji ekspertizasının 15 noyabr 2024-cü il tarixli, 17/870 nömrəli, məhkəmə-tibbi ekspertizası üzrə 18 noyabr 2024cü il tarixli 385 nömrəli və məhkəmə-narkoloji ekspertizası üzrə 23 yanvar 2025-ci il il tarixli, 119 nömrəli ekspertiza rəyləri, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxışın keçirilməsinə dair protokol, həmin protokola əlavə edilmiş videogörüntünü əks etdirən 1 ədəd kompakt disk, həmin diskə baxışın keçirilməsi barədə protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 123-124-cü səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 yanvar 2025-ci il tarixli tələbnaməsindən və 127-129-cu vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 20 iyun 2008-ci il tarixli, 1(063)-26/2008 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 20 iyun 2008-ci il tarixli, 1(063)-26/2008 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 130-cu vərəqəsində olan 02 aprel 2009-cu il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 20 iyun 2008-ci il tarixli hökmü ilə təyin olunmuş cəzadan azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 113-114-cü vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 2009-cu il təvəllüdlü Surayə adlı qızı, 2011-ci il təvəllüdlü Fazil adlı oğlu vardır (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olması, eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan da görünür). Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladlarının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il saat 16:25-dən 16 noyabr 2024-cü il saat 11:00-a kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən tövlədən götürülmüş qalıq çəkisi 399,53 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd disk cinayət işində saxlanılmalıdır. Eləcə də, 14 noyabr 2024-cü il tarixdə saxlanılan zaman üstü yoxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş üzərində 050 *** ** ** nömrə olan 1 ədəd qara rəngli “Samsung A21S” markalı mobil telefonun 16 noyabr 2024-cü il tarixli qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvanda yerləşən tövlədən götürülmüş qalıq 399,53 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd disk cinayət işində saxlanılsın. 14 noyabr 2024-cü il tarixdə saxlanılan zaman üstü yoxlanılarkən Təqsirləndirilən şəxs götürülmüş üzərində 050 *** ** ** nömrə olan 1 ədəd qara rəngli “Samsung A21S” markalı mobil telefonun 16 noyabr 2024-cü il tarixli qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-29/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-29/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver