Məhkəmə qərarları › İş №1(063)-3/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-3/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-3/2025 02.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə 02 iyul 2025-ci il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1987-ci ildə Saatlı rayonu, Qarayevkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qusar Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 206.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 09 ay şərti sınaq müddəti müəyyən edilmiş, Saatlı Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 7(055)-21/2020 saylı qərarı ilə cəzadan azad edilmiş və məhkum olunmayan şəxs hesab edilmiş, Saatlı rayonu, Qarayevkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağları, fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində etibarnamə ilə idarə etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texniki cəhətdən saz vəziyyətdə olan X13 1845 markalı yəhərli dartıcı tipli, **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən 241-ci kilometrliyində Bakı istiqamətində 60-65 km/saat sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, qarşıda piyadanın olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi hərəkətlər etməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla avtomobili həmin piyadaya çatmadan dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyib yolu sağdan-sola doğru keçən 1970-ci il təvəllüdlü piyada X3 avtomobilin qabaq qarşı hissəsi ilə vurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Tərlan Mirzəyevin kəskin daxili qanitirmə ilə ağırlaşan qara ciyərin cırılmış yarası, sağ İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, о «ВСЕ» dərəcəli sürücüdür. X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. O, həmin MMC-də sürücü işlədiyindən X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobili etibarnamə ilə idarə edir. 25 noyabr 2023-cü il tarixdə o, idarə etdiyi X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Türkiyə Respublikasından Bakı şəhərinə qayıtmağa başlamışdır. Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olmuş və Bakı şəhərinə doğru hərəkət etmişdir. Həmin yolla hərəkət edib yolun Ucar rayonu Qarabörk kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Tək olmuş, avtomobilin yük yerində 14,435 ton çəkidə yük olmaqla avtomobilin özü və qoşqusu da texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 17:20 radələrində hava gündüz və yol quru olmaqla 60-65 km/saat sürətlə üzü Bakı istiqamətinə hərəkət etmişdir. Ondan qarşıda tanımadığı və nömrə nişanı bilmədiyi Kamaz yük avtomobili yolun sağ zolağında hərəkət etdiyindən o, yolun sol zolağına çıxıb, 60-65 km/saat sürətlə Kamaz yük avtomobilini ötüb keçmək istəyərkən idarə etdiyi nəqliyyat vasitəsinin avtomatik tormozlama (idarə etdiyi avtomobil hərəkət və tormozlama həssaslığına malikdir) etdiyini görmüşdür. Avtomobili saxlayıb yerə düşərkən iki yolu ayıran sərhəd zolağının kənarında (avtomobilin hərəkət istiqamətində sol tərəfdə) sonradan adını bildiyi piyada X2 yerə uzandığını, burnundan və qulağından qan axdığını görmüşdür. O, da dərhal təcili yardıma və polisə məlumat vermişdir. Onlar gələnə kimi vurduğu piyadanın üzünə su vurmuş və bir qədər sonra onun öldüyünü bilmişdir. Az sonra polis və təcili yardım hadisə yerinə gəlmişdir. Ölən piyadanın meyitini təcili yardım götürüb aparmışdır. Daha sonra polis əməkdaşları onun və eləcə də 2 nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Bundan sonra hadisə yerinin sxemi və foto şəkilləri çəkilmişdir. Lakin hesab edir ki, ibtidai istintaq düzgün aparılmamış, belə ki, onun idarə etdiyi avtomobildə olan texniki system qarşıda olan maneəni dərhal görməklə tormozlama sistemini işə salır. Məhkəmə istintaqı zamanı hadisə yerinə keçirilmiş baxışdan görünür ki, onun hadisənin törədilməsində heç bir təqsiri yoxdur. Bundan başqa, hesab edir ki, məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza rəyi ibtidai istintaq zamanı təyin edilmiş rəydən fərqlənmir və bu da rəyin obyektiv verilmədiyinin sübutudur. Odur ki, hesab edir ki, onun heç bir təqsiri yoxdur və buna görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, о «ВСЕ» dərəcəli sürücüdür. X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. O, həmin MMC-də sürücü işlədiyindən X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı, **- ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobili etibarnamə ilə idarə edir. 25 noyabr 2023-cü il tarixdə o, idarə etdiyi X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə Türkiyə Respublikasından Bakı şəhərinə qayıtmağa başlamışdır. Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna daxil olmuş və Bakı şəhərinə doğru hərəkət etmişdir. Həmin yolla hərəkət edib yolun Ucar rayonu Qarabörk kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Tək olmuş, avtomobilin yük yerində 14,435 ton çəkidə yük olmaqla avtomobilin özü və qoşqusu da texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 17:20 radələrində hava gündüz və yol quru olmaqla 60-65 km/saat sürətlə üzü Bakı istiqamətinə hərəkət etmişdir. Ondan qarşıda tanımadığı və nömrə nişanı bilmədiyi Kamaz yük avtomobili yolun sağ zolağında hərəkət etdiyindən o, yolun sol zolağına çıxıb, 60-65 km/saat sürətlə Kamaz yük avtomobilini ötüb keçmişdir. Bu vaxt yolun sağından soluna doğru sonradan adını bildiyi piyada X2 yolu keçdiyini görmüşdür. O, piyadanı gec gördüyü üçün avtomobilinin qabaq qarşı hissəsi ilə onu vurmuşdur. Piyadanı vurandan sonra dərhal avtomobili saxlamışdır və yerə düşmüşdür. Görmüşdür ki, vurduğu piyada yolun sol kənarına düşüb, yerə yıxılıb, burnundan və qulaqından qan axır. O, da dərhal təcili yardıma və polisə məlumat vermişdir. Onlar gələnə kimi vurduğu piyadanın üzünə su vurmuş və bir qədər sonra onun öldüyünü bilmişdir. Az sonra polis və təcili yardım hadisə yerinə gəlmişdir. Vurduğu və ölən piyadanın meyitini təcili yardım götürüb aparmışdır. Daha sonra polis əməkdaşları onun və eləcədə 2 nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. O, da piyadanı vurduğu yeri göstərmişdir. Bundan sonra hadisə yerinin sxemi və foto şəkilləri çəkilmişdir. O, da protokolu və sxemin doğruluğunu imza etmişdir. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, mərhum X5 onun qardaşıdır. Onlar bir bacı və bir qardaş olmaqla, qardaşı Tərlan subay olmuşdur. Onunla bir evdə yaşamışdır. Qardaşı orta təhsilli olmaqla əqli yerində olmuş, özünü və hərəkətlərini tam düzgün yerinə yetirmişdir. Lakin qardaşı Tərlanın anadan gəlmə nitqində qusuru olduğundan İİ qrup əlil olmaqla təqaüdçü olmuşdur. 25 noyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində eşitmişdir ki, qardaşı Tərlan Mirzəyevi Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu Qarabörk kəndi ərazisindən keçən hissəsində yolda avtomobil vurmuş və qardaşı almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. O, da hadisə yerinə gəlmiş və görmüşdür ki, təcili yardım avtomobili qardaşını aparır. Hadisə yerinə baxanda beton səkinin kənarına qan töküldüyünü görmüşdür. Hadisə yerində olan qabaq qarşı hissəsi göy rəngli tir yük avtomobilinin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona bildirmişdir ki, qardaşı Tərlanı yolu keçən zaman görmədiyi üçün avtomobili ilə vurmuşdur. Bundan sonra o, Ucar rayon MX-na getmişdir. Xəstəxanada qardaşının meyitinin morqda olduğunu bilmişdir. Ekspertiza mayinəsindən sonra qardaşı Tərlanın meyitini təhvil alıb yaşadığı evə aparmışdır. Səhəri günüdə qardaşını Ucar rayonu Qarabörk kəndi qəbirsanhqmda dəfn etmişdir. Bildirmişdir ki, qardaşını vuran sürücü Təqsirləndirilən şəxs heç bir şikayəti və hər hansı bir tələbi yoxdur. Hazırda, Təqsirləndirilən şəxslə barışmış, habelə sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru X8 ifadəsində göstərdi ki, 25 noyabr 2023cü il tarixdə, saat 17:20 radələrində xidmətdə olan zaman Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən 241-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verməsilə bağlı məlumat daxil olmuşdur. Hadisə yerinə çatanda artıq ölmüş zərərçəkmiş şəxsi TTY briqadası aparmışdır. Bundan başqa hadisə yerinə müstəntiq Elnur Cəfərov dəvət olunmuş və ölçmə işləri aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası DİN-nin Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi X6 ifadəsində göstərdi ki, 25 noyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində xidmətdə olan zaman Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən 241-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verməsilə bağlı məlumat daxil olmuşdur. Hadisə yerinə çatdıqdan sonra Təqsirləndirilən şəxslə birlikdə ölçmə işlərinə başlanılıb hadisənin plan sxemləri çəkilmiş və birlikdə imza edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 39-40-cı səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X12 Şəxsinin 22 dekabr 2023-cü il tarixli, 22 saylı rəyindən görünür ki, mərhum X2 meyitdən aşkar edilmiş xəsarətlər-kəskin daxili qanitirmə ilə ağırlaşan qara ciyərin cırılmış yarası, sağ İV-V-Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları bərk küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, həyatidir, ölümlə bir başa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 25 noyabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb qara ciyərin cırılması nəticəsində baş vermiş kəskin daxili qanaxma olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Mərhumun meyitindən götürülmüş duru qanın kimyəvi tədqiqatında etil spirti, narkotik vasitələr və digər güclü təsir edici preparatlar aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş, işin 53-54-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 8/408 nömrəli rəyindən görünür ki, X13 1845 markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 52-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 85 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2024-cü il tarixli, 8/3633-4/174 nömrəli rəyindən görünür ki, tədqiqi hissədə göstərilən səbəblərdən ekspertizaya təqdim olunmuş 01 ədəd optic diskdə qeydə alınmış videoyazıdakı görüntülərə görə yol-nəqliyyat hadisəsinin iştirakçıları olan nəqliyyat vasitəsinin və piyadanın hərəkət parametrlərini müəyyən etmək mümkün olmadı. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 25 noyabr 2023-cü il tarixli protokoldan məlum olur ki, hadisə yerində icazə verilən maksimum sürət həddi 90 km/saatdır. Ötmə əməliyyatı aparmazdan əvvəl ötmə əməliyyatı aparmaq üçün çıxacağı hərəkət zolağında görünüş məsafəsinin nə qədər olması ilkin hadisə yerinin müayinəsi zamanı istintaq (təhqiqat) tərəfindən müəyyən edilir. Hadisəni əks etdirən videogörüntüdən məlum olur ki, X13 1845 markalı avtomobil sol zolağa çıxdıqdan sonra piyada yolun hərəkət hissəsini sağdan sola doğru keçməyə başlayır. Təhlükəsiz ötmə əməliyyatı aparıb başa çatması üçün lazım olan məsafə nəqliyyat vasitəsinin qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı şəraitdə müəyyən edilir. Lakin iş materiallarından məlum olur ki, X13 1845 markalı avtomobil qarşı hərəkət zolağına çıxmaqla deyil, eyni istiqamətdə olan hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparmışdır. Yolda ötmə əməliyyatının aparılmasının icazə verilib-verilməməsi yolda quraşdırılmış yol nişanları ilə müəyyən olunur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. X13 1845 markalı avtomobilin sürücü tərəfindən və yaxud maneə tanıma sistemi vasitəsilə dayandırılmasının müəyyən edilməsi yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. X13 1845 markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının dəyəri 200 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 1-ci səhifəsində olan 25 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması və işin icraata götürülməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 6-12-ci səhifələrində olan 25 noyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsinin yeri Bakı- Qazax yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisi 241-ci km-dir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt, örtüyün vəziyyəti quru, yol örtüyünün hərəkət hissəsinin eni 7,50 m-dir. Hərəkət zolağının sayı 2, hərəkət hissəsinin eni 7,50 metrdir. Məhkəmə iclasında elan edilmiş, işin 15-ci səhifəsində olan BB seriyalı, 336309 saylı sürücülük vəsiqəsinin, eləcə də işin 45-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin 29 yanvar 2024-cü il tarixli, 3-13-16-2-14750/2024 nömrəli məktubunun surətlərindən görünür ki, DİN-in Baş X15 İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə (30 iyul 2033-cü il tarixədək etibarlı olan) BB 336309 nömrəli “B C CE” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmayıb. Məhkəmə iclasında elan edilmiş işin 20-ci vərəqəsində olan 25 noyabr 2023-cü il tarixli, 295 saylı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sonuncunun 25 noyabr 2023-cü il tarixdə sərxoşluğu (spirtli içki qəbul etməsi) müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 42-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24 yanvar 2024-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də, işin 58-60-cı vərəqələrində olan Saatlı Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 7(055)-21/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cnin 70-ci maddəsi tətbiq edilməklə 09 ay müddətə şərti sınaq müddəti müəyyən edilmiş, Saatlı Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 7(055)-21/2020 saylı qərarı ilə cəzadan azad edilmiş və hazırda məhkum olunmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-70-ci vərəqələrində olan 04 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobili iş üzrə maddi sübut hesab edilmiş və məhkəmə baxışınadək saxlanması üçün "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 79-80-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-92-ci səhifələrində olan 06 mart 2024-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli sadə yazılı ərizədən, eləcə də, 25 iyun 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncu tərəfindən ona dəymiş ziyanın əvəzi ödənildiyindən sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-64-cü səhifələrində olan arayış, xasiyyətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, himayəsində 04 iyun 2018-ci il təvəllüdlü Esmanur adlı övladı olan, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Saatlı Rayon İcra Hakimiyyəti başçısının orta Muğan kənd İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasın”a dair 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 285 (iki yüz səksən beş) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X13 1845 markalı yəhərli dartıcı tipli **-JE-*** dövlət qeydiyyat nişanlı «Schmıtz» markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobil "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 285 (iki yüz səksən beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar