Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-30/2024 22.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 22 may 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1992-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, “Laçının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni ümumi çəkisi 7,92 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi X1 məxsus “VAZ- 21074” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yeri hesab olunan yük yerində daşımaqla saxlamış, 31 dekabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Ucar şəhəri, Azərbaycan küçəsində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirilib, şöbənin inzibati binasının həyətində üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sol cibindən 2 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,32 qram və 0,33 qram, eləcə də “VAZ-21074” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən sellofana qoyulmuş 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 3,66 qram və 3,61 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 10 ilə yaxındır ki, narkotik vasitə olan marixuanadan siqaretə doldurma yolu ilə istifadə etsə də, satışı ilə məşğul olmayaraq yaşadığı ünvanda və digər yerdə saxlamamışdır. X1 məxsus “VAZ-21074” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olmuş, 44 günlük vətən müharibəsində iştirak etmişdir. Dəqiq xatırlamadığı vaxtda Ucar rayonu, Apout kəndi ərazisində yadında qalmayan yerdə yolun kənarında 1 ədəd qara rəngli sellofan görüb içərisinə baxdıqda göy rəngli başqa bir sellofanın içərisində 3 ədəd kibrit qutusu və 2 ədəd kiçik ölçülü kağız büküm tapmış, bükümləri açıb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğu üçün gələcəkdə istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. Sellofanın içərisində olan 3 ədəd kibrit qutusunun 2 ədədinin içərisində də qurudulmuş marixuana, digər bir qutuda isə kibrit çöpləri olmuş, 3 ədəd kibrit qutusunu əvvəlcə tapdığı sellofanlara qoyaraq idarə etdiyi avtomobilin yük yerində gizlətmişdir. 31 dekabr 2023-ci il tarixdə, saat 23 radələrində Ucar şəhəri Azərbaycan küçəsində idarə etdiyi “VAZ-21074” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman Ucar RPŞ-nin üç nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Ucar RPŞ-yə dəvət etmişlər. Orada müstəntiq tərəfindən bir neçə müdafiəçinin olduğu siyahı təqdim ediləndə Ucar şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan Müdafiəçi seçib bu barədə ərizə ilə müraciət etmiş, Müdafiəçi gələndən sonra şöbənin həyətində üzərində video çəkilişlə Müdafiəçi və bir neçə polis əməkdaşının iştirakı ilə hüquq və vəzifləri izah olunub bildiriş təqdim edilmiş, bildirişlə tanış olub imzası ilə təsdiq edəndən sonra müstəntiq üzərində qanunla qadağan olunmuş hər nə varsa təqdim etməsini təklif etmişdir. Üzərində qurudulmuş marixuana olmasını deyib avtomobilin qapı və yük yerinin açılmasını təmin edən elektron açarı avtomobilin arxa hissəsinin yük yerinin üzərinə qoyub əynində olan şalvarın sol yan cibində saxladığı 2 ədəd kağız bükümü avtomobilin arxa hissəsinin üzərinə qoymuş, müstəntiq bükümlərdə olanın nədən ibarət olmasını soruşanda qurudulmuş marixuana olmasını bildirmiş, polis əməkdaşı bükümləri açanda içərisində qurudulmuş marixuana olması məlum olmuşdur. Müstəntiq tərəfindən bir daha üzərində nə varsa təqdim etməsi təklif edildikə şalvarının cibində saxladığı “Ayfon s6” markalı mobil telefonu və gödəkcəsinin cibindən avtomobili işə salmaq üçün olan açarı çıxarıb təqdim etmiş, üzəri yoxlanılsa da, qanunsuz heç bir şey aşkar olunmamış, müstəntiq tərəfindən 2 ədəd kağız büküm və telefon ayrı-ayrı zərflərə qablaşdırılıb götürülmüş, zərfin üzəri möhürləndikdən sonra digər iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Bundan sonra razılığı və ərizəsinə əsasən idarə etdiyi avtomobilə baxış keçiriləndə qarşı sağ salonunda oturacağın üzərindən tanışı Kamil adlı şəxsdən müvəqqəti olaraq alıb geyindiyi qara rəngli qış gödəkcəsinin cibindən 1 qutu siqaret, alışqan və mobil telefonu batareya enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuş naqil, eləcə də sol iç cibindən 1 ədəd kağız bükümdə 2 ədəd dərman müəyyən edilmişdir. Sorğu zamanı gödəkcənin və dərmanın Kamilə məxsus olmasını demiş, siqaret, alışqan və batareya naqili kənara qoyularaq dərmanlar 1 ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, zərfin üzərinə iştirak edənlərlə birgə imza etmişdir. Avtomobilə baxış davam etdirildikdə yük yerində gizlətdiyi kibrit qutularında olan narkotik vasitənin onsuz da tapılacağını başa düşüb avtomobilin yük yerində narkotik vasitə olmasını bildirdikdə polis əməkdaşı elektron açarla kənardan avtomobilin yük yerini açdıqdan sonra özü avtomobilin yük yerinin sol tərəfində ehtiyat təkərin arxasında gizlətdiyi 1 ədəd qara rəngli sellofanı çıxarıb avtomobilin yük yerinin üzərinə qoymuş, polis əməkdaşı sellofanı açıb içərinə baxanda daha bir rəngli sellofana qoyulmuş 3 ədəd kibrit qutuları müəyyən edilmiş, qutuların 2 ədədində qurudulmuş marixuna olsa da, digər bir qutuda ancaq kibrit çöplərinin olması müəyyən olunmuşdur. Çəkiliş vaxtı marixuananı öz istifadəsindən ötrü əldə etməsini bildirmiş, içərisində qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusu götürülüb 1 ədəd zərfə qablaşdırıldıqdan sonra iştirakçılarla birgə zərfin üzərinə imza etmişdir. Avtomobilə baxış davam etdirildikdə qanunsuz heç nə müəyyən edilməmiş, müdafiəçi tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətin edilməsi barədə sualı heç bir qanunsuzluğa məruz qalmaması ilə cavablandırıldıqdan sonra müstəntiq tərəfindən şəxsi axtarış götürmə, baxış keçirilməsi yekunlaşdırılmış və bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Qazyan kənd sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “VAZ-21074” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlamasına görə Ucar RPŞ-yə gətirilib şöbənin inzibati binasının həyətində 01 yanvar 2024-cü il tarixdə, saat 00:59-da üzərində şəxsi axtarış və götürmə aparılanda həmin gün şöbədə məsul növbətçi olduğundan həmin prosesdə iştirak etməklə yanaşı prosesi video görüntüyə almışdır. Belə ki, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5, PPX-nin polis nəfərləri Şahid3, Şahid1 və DYPB-nin YPX-nin inspektoru polis nəfəri, Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün 31 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Ucar şəhəri, Azərbaycan küçəsində idarə etdiyi etdiyi VAZ 21074 markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılıb Ucar RPŞ-nin inzibati binasının həyətinə gətirilmiş, orada müstəntiq Elməddin Əliyev Müdafiəçi və yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olması, əgər varsa könüllü təqdim etməsi təklif etdikdə Elvin üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını etiraf edib sol əlində saxladığı avtomobilin qapı və yük yerinin açılmasında istifadə etdiyi elektron açarı avtomobilin yük yerinin üzərinə qoyub əynində olan cins şalvarın sol qarşı cibindən 2 ədəd kağız bükümü avtomobilin üzərinə qoyanda müstəntiq Elməddin Əliyev bükümlərə nəyin büküldüyünü soruşduqda Elvin qurudulmuş marixuana olmasını bildirmişdir. Şahid5 bükümləri açdıqda qurudulmuş marixuanaya bənzər kütlələr olması məlum olmuş, müstəntiq bir daha üzərində hər nə varsa, təqdim etməsini təklif edəndə şalvarının sol cibindən 1 ədəd “Ayfon s6” markalı mobil telefonu və gödəkcəsinin sol yan cibindən avtomobilin açarını vermiş, sonra üzəri yoxlanılsa da, qanunsuz heç bir şey aşkar edilməmiş, 2 ədəd büküm və mobil telefon müstəntiq tərəfindən götürülüb kağız zərflərə qablaşdırıldıqdan sonra möhürlənmiş və iştirakçılarla birlikdə o da zərfələrin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs razılıq ərizəsinə əsasən idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin qarşı sağ salonunda oturacağın üzərində olan qara rəngli qış gödəkcəsinin cibindən 1 qutu siqaret, alışqan və mobil telefonu batareya enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuş naqil, eləcə də sol iç cibindən 1 ədəd kağız bükümdə 2 ədəd dərman həbi Şahid5 tərəfindən müəyyən ediləndə Təqsirləndirilən şəxs gödəkcənin dostu Kamil adlı şəxsə məxsus olmasını və müvəqqəti olaraq Kamildən alıb geyinmək məqsədi ilə avtomobilə qoymasını dərmanların da gödəkcənin cibində olmasını bildirmişdir. Siqaret, alışqan və batareya naqili Elvinə qayarılmasından ötrü kənara qoyularaq 1 ədəd kağız bükümdə olan dərmanlar zərfə qablaşdırıldıqan sonra möhürlənib götürülmüş, zərfin üzərinə iştirak edənlərlə birgə imza etmiş, avtomobilə baxış davam etdirildikdə Elvin avtomobilin yük yerində narkotik vasitə olmasını dediyi üçün Şahid5 elektron açarla avtomobilin yük yerini kənardan idarə etmə üsulu ilə açmış, Elvin avtomobilin yük yerinin sol tərəfində ehtiyat təkərin arxasında gizlətdiyi 1 ədəd qara rəngli sellofanı çıxarıb avtomobilin yük yerinin arxasına qoymuş, həmin sellofanı Şahid5 axtaranda daha bir rəngli sellona qoyulmuş 3 ədəd kibrit qutuları müəyyən edilmiş, qutuların 2 ədədində qurudulmuş marixuanaya bənzər kütlə olsa da, digər bir qutuda ancaq kibrit çöplərinin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni özü istifadə etmək üçün əldə etdiyini bildirmiş, 2 ədəd kibrit qutusu 1 ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, sonra iştirakçılarla birlikdə zərfin üzərini o da imzalamışdır. Avtomobilə baxış davam etdirildikdə iş üçün əhəmiyyət kəsb edən əşya və sair müəyyən edilməmiş, həmin vaxt özünü yaxşı hiss etmədiyindən şöbənin həyətində təhlükəsizlik baxımından kənarda dayanan PPXB-nın manqa komandiri X3 video çəkiliş dayandırılmasın deyə çəkilişin sonunu davam etdirmiş, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz hərəkətin edilməsi barədə sualına sonuncu heç bir qanunsuzluğa məruz qalmadığı cavabını vermiş, bundan sonra şəxsi axtarış götürmə və baxış keçirilməsi müstəntiq tərəfindən yekunlaşdırılmış və bu barədə tərtib edlmiş protokolu imzalamış, Rəvan Bəyalıyev sənədləşdirmədə iştirak etmədiyindən bu barədə tərtib edilmiş sənədlərə imza etməmişdir. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 və Ucar RPŞ-nin PPXB-nün sürücü polis nəfəri Şahid3 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu, Qazyan kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində və idarə etdiyi avtomobildə qanunsuz saxlamaqla daşıması barədə daxil olmuş məlumata əsasən tərəfindən əməliyyat tədbiri keçirilməsi haqqında qəbul edilmiş qərar şöbə rəhbərliyinin imzası ilə təsdiq edilərək hazırlanmış, əmrlə şöbənin PPX-nin polis nəfələri Şahid1, Şahid3 və DYPB-nin YPX-nin inspektoru polis nəfəri Şahid4 iştirakları ilə 31 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturduğu zaman Ucar şəhəri, Azərbaycan küçəsində yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu idarə etdiyi avtomobillə birlikdə Ucar RPŞ-nin inzibati binasının həyətinə gətirmişlər. Orada müstəntiq Elməddin Əliyev Müdafiəçi və yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşlarının iştirakı ilə Növbətçi Hissənin məsul növbətçisi Şahid2 tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Əvvəlcə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və sair olması, əgər varsa könüllü təqdim etməsi təklif edildikdə o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını deyib sol əlində saxladığı avtomobilin qapı və yük yerinin açılmasını təmin edən elektron açarı avtomobilin arxa hissəsinin yük yerinin üzərinə qoyub əynində olan cins şalvarın sol qarşı cibindən 2 ədəd kağız bükümü avtomobilin həmin hissəsininin üzərinə qoyarkən müstəntiq Elməddin Əliyev bükümlərin nədən ibarət olması barədə sual verdikdə bükümlərdə qurudulmuş marixuana olmasını bildirmişdir. Tərəfindən həmin bükümlər açıldıqda qurudulmuş marixuanaya bənzər kütlələr olması məlum olmuş, müstəntiq tərəfindən bir daha üzərində hər nə varsa, təqdim etməsi təklif edildikə o, şalvarının sol cibindən 1 ədəd “Ayfon s6” markalı mobil telefonu və gödəkcəsinin sol yan cibindən avtomobili işə salmaq üçün olan açarı çıxarıb avtomobilin arxa yük yerinin üzərinə qoymuş, sonra üzəri yoxlanılsa da, qanunsuz heç bir şey aşkar edilməmiş, 2 ədəd büküm və mobil telefon müstəntiq tərəfindən kağız zərflərə qablaşdırılıb götürülərək möhürlənmiş və iştirakçılarla birlikdə o da zərflərin üzərini imzalamışdır. Ardınca Təqsirləndirilən şəxs razılığı ilə sonuncunun ərizəsinə əsasən idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin qarşı sağ salonunda oturacağın üzərində olan qara rəngli qış gödəkcəsinin cibindən 1 qutu siqaret, alışqan və mobil telefonu batareya enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuş naqil, eləcə də sol iç cibindən 1 ədəd kağız bükümdə 2 ədəd dərman həbi tərəfindən müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs gödəkcənin tanışı Ucar şəhər sakini Kamil adlı şəxsə məxsus olmasını və müvəqqəti olaraq Kamildən alıb geyinmək məqsədi ilə avtomobilə qoymasını dərmanların da gödəkcənin cibində olmasını bildirmişdir. Siqaret, alışqan və batareya naqili Elvinə qaytarılması üçün kənara qoyularaq 1 ədəd kağız bükümdə olan dərmanlar zərfə qablşadırıldıqan sonra möhürlənib götürülmüş, zərfin üzərinə iştirak edənlərlə birgə imza etmiş, avtomobilə baxış davam etdirildikdə Elvin avtomobilin yük yerində narkotik vasitə olmasını dediyi üçün tərəfindən elektron açarla avtomobilin yük yeri kənardan idarə etmə üsulu ilə açıldıqdan sonra Elvin avtomobilin yük yerinin sol tərəfində ehtiyat təkərin arxasında gizlətdiyi 1 ədəd qara rəngli sellofanı çıxarıb avtomobilin yük yerinin arxasına qoymuş, həmin sellofan tərəfindən açılanda daha bir rəngli sellona qoyulmuş 3 ədəd kibrit qutuları müəyyən edilmiş, qutuların 2 ədədində qurudulmuş marixuanaya bənzər kütlə olasa da digər bir qutuda ancaq kibrit çöplərinin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni özü istifadə etmək üçün əldə etdiyini bildirmiş, 2 ədəd kibrit qutusu 1 ədəd zərfə qablaşdırıldıqdan sonra möhürlənib götürülmüş, iştirakçılarla birlikdə zərfin üzərini o da imzalamışdır. Avtomobilə baxış davam etdirildikdə iş üçün əhəmiyyət kəsb edən əşya və sair müəyyən edilməmiş, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz hərəkətin edilməsi barədə sualına sonuncu heç bir qanunsuzluğa məruz qalmadığı cavabını vermiş, bundan sonra şəxsi axtarış, götürmə və baxış keçirilməsi müstəntiq tərəfindən yekunlaşdırılmış və bu bu barədə tərtib edlmiş protokolu imzalamışdır. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Ucar rayonu, Qazyan kənd sakini Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “VAZ-21074” markalı, **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması barədə ona məlumat daxil olmuş, ona görə də həmin tarixdə şöbə rəhbərliyinə raportla məruzə etmiş, bu barədə hazırlanmış əməliyyat tədbirində şöbənin Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5, PPXB-nin polis nəfəri Şahid3 və DYPB-nin YPX-nin inspektoru polis nəfəri Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs Ucar şəhəri, Azərbaycan küçəsində idarə etdiyi “VAZ-21074” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən yaxınlaşıb özlərini tədim edərək narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib idarə etdiyi avtomobillə birlikdə Ucar RPŞ-nin inzibati binasının həyətinə gətirmiş, orada müstəntiq Elməddin Əliyev Müdafiəçi və yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşlarının eləcə də özünün eyni zamanda Növbətçi Hissənin məsul növbətçisi Şahid2 tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və sair olması, əgər varsa könüllü təqdim etməsini təklif etdikdə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını deyib sol əlində saxladığı avtomobilin qapı və yük yerinin açılmasında istifadə olunan elektron açarı avtomobilin yük yerinin üzərinə qoyub əynində olan cins şalvarın sol qarşı cibindən 2 ədəd kağız bükümdə avtomobilin üzərinə qoyarkən müstəntiq Elməddin Əliyev bükümlərin içərisində nə olması barədə sual verdikdə Elvin qurudulmuş marixuana olmasını bildirmişdir. Şahid5 bükümləri açdıqda qurudulmuş marixuanaya bənzər kütlələr olmasını görmüş, müstəntiq bir daha üzərində hər nə varsa təqdim etməsini təklif edəndə şalvarının sol cibindən 1 ədəd “Ayfon s6” markalı mobil telefonu və gödəkcəsinin sol yan cibindən avtomobili işə salmaq üçün olan açarı çıxarmış, sonra üzəri yoxlanılsa da, qanunsuz heç bir şey aşkar edilməmiş, 2 ədəd büküm və mobil telefon müstəntiq tərəfindən kağız zərflərə qablaşdırıldıqdan sonra götürülüb möhürlənmiş və iştirakçılarla birlikdə o da zərflərin üzərini imzalamışdır. Təqsirləndirilən şəxs razılığı ilə ərizəsinə əsasən idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin qarşı sağ salonunda oturacağın üzərində olan qara rəngli qış gödəkcəsinin cibindən 1 qutu siqaret, alışqan və mobil telefonu batareya enerjisi ilə təmin etmək üçün nəzərdə tutulmuş naqil, eləcə də sol iç cibindən 1 ədəd kağız bükümdə 2 ədəd dərman həbi Şahid5 tərəfindən müəyyən edilmiş, Təqsirləndirilən şəxs gödəkcənin tanışı Ucar şəhər sakini Kamil adlı şəxsə məxsus olmasını və müvəqqəti olaraq Kamildən alıb geyinmək məqsədi ilə avtomobilə qoymasını dərmanların da gödəkcənin cibində olmasını bildirmişdir. Siqaret, alışqan və batareya naqili Elvinə qayarılmasından ötrü kənara qoyularaq 1 ədəd kağız bükümdə olan dərmanlar zərfə qablaşdırıldıqan sonra götürülmüş, zərfin üzərinə iştirak edənlərlə birgə imza etmiş, avtomobilə baxış davam etdirildikdə Elvin avtomobilin yük yerində narkotik vasitə olmasını dediyi üçün Şahid5 elektron açarla avtomobilin yük yerini kənardan idarə etmə üsulu ilə açmış, Elvin avtomobilin yük yerinin sol tərəfində ehtiyat təkərin arxasında gizlətdiyi 1 ədəd qara rəngli sellofanı çıxarıb avtomobilin yük yerinin arxasına qoymuş, həmin sellofanı Şahid5 yoxlayanda daha bir rəngli sellona qoyulmuş 3 ədəd kibrit qutuları müəyyən edilmiş, qutuların 2 ədədində qurudulmuş marixuanaya bənzər kütlə olasa da, digər bir qutuda ancaq kibrit çöplərinin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni özü istifadə etmək üçün əldə etdiyini bildirmiş, 2 ədəd kibrit qutusu 1 ədəd zərfə qablaşdırılıb götürülərək möhürlənmiş iştirakçılarla birlikdə zərfin üzərini o da imzalamışdır. Avtomobilə baxış davam etdirildikdə iş üçün əhəmiyyət kəsb edən əşya və sair müəyyən edilməmiş, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz hərəkətin edilməsi barədə sualına sonuncu heç bir qanunsuzluğa məruz qalmadığı cavabını vermiş, bundan sonra şəxsi axtarış götürmə və baxış keçirilməsi müstəntiq tərəfindən yekunlaşdırılmış və bu bu barədə tərtib edlmiş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-43-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 01 yanvar 2024-cü il tarixli, 17/2 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş......” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,32 qr., 0,33 qr., ümumi təmiz çəkisi 0,65 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş.....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri - 3,66 qr., 3,61 qr., ümumi təmiz çəkisi - 7,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd kağız bükümlərdə və 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) Tədqiqata 0,08 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 7,84 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 103-104-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/552 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №71”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd mavi rəngli dairəvi formalı həblərin tərkibində əsas komponent olan ketoprofen 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na, 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na və “Zəhərli maddələrin siyahısı”na daxil deyildir. Cinayət işinin 102-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 95-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 13 fevral 2024cü il tarixli, 228 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqələrində olan 01 yanvar 2024-cü il tarixli baxış, şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, 01 yanvar 2024-cü il tarixdə saat 00:59-dan saat 01:31-dək, olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində, eləcə də, avtomobilində keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuana onun əynində olan şalvarın sol cibindən 2 ədəd kiçik sellofana bükülmüş halda, eyni zamanda, idarə etdiyi avtomobilin yük yerində olan ehtiyyat təkərin arxasından qara rəngli sellofanın içərisindən 3 ədəd kibrit qutuları (narkotik vasitə qurudulmuş marixuana 2 ədəd kibrit qutusunda aşkar olunmuş, yerdə qalan 1 ədəd kibrit qutusu isə yalnız kibrit çöplərindən ibarət olmuşdur) aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və baxış və götürmə zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-55-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 52-ci və 114-125-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 01 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanınma barədə, eləcə də 23 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 7,84 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, saxlanması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, bundan başqa, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, avtomobilinə keçirilmiş baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 01 ədəd disk də maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 87-88-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 01-ci səhifəsində olan 01 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-ci vərəqəsində olan 01 yanvar 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 22-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 00:53-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı vərəqələrində olan 02 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:01-də Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-ci vərəqində olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, eyni zamanda, Vətən Müharibəsi iştirakçısı olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada güzəşt və imtiyazlardan istifadə hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazyan kənd üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını və “Laçının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdən (saat 00:53-dən) 02 yanvar 2024-cü il tarixə (saat 12:01-dək) kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 7,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 01 yanvar 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, avtomobilinə keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 149,97 (bir yüz qırx doqquz manat doxsan yeddi qəpik) manat məhkəmə xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 7,84 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 01 yanvar 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 149,97 (bir yüz qırx doqquz manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-30/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-30/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver