Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-30/2025 06.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1990-cı ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 15,66 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq Ucar rayonu, Alpout kəndində yaşadığı ünvana aparıb həyətyanı sahəsindəki bağda olan ot tayasının arasında, fərdi yaşayış evinin çardağın altındakı yardımçı otaqda və həmin çardağın altındakı dolabda, qış gödəkçəsinin cibində saxlamış, 14 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvana keçirilmiş baxış zamanı həyətyanı sahəsindəki bağda olan ot tayasının arasından 1 ədəd göy rəngli sellofan torbada-7,90 qram çəkidə, həyətindəki 1 mərtəbəli fərdi yaşayış evinin çardağının altındakı yardımçı otaqdan ayrı-ayrılıqda, yəni böyük taxta və karton qutuların içərisində 2 ədəd kibrit qutularında müvafiq olaraq-2,69 qram və 2,78 qram çəkilərdə və həmin otaqda kiçik taxta qutunun içərisində bir hissəsi kağızda qablaşdırılmış, bir hissəsi isə açıq vəziyyətdə-2,19 qram çəkilərdə, eləcə də həmin çardağın altında olan paltar dolabında asılmış özünə məxsus qış gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə qablaşdırılmış vəziyyətdə-0,10 qram çəkidə olmaqla, ümumi təmiz çəkiləri- 15,66 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində yaşayır, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır, 1 azyaşlı övladı var. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş, başqa növ narkotik vasitədən istifadə etməmişdir. 2024-cü ilin oktyabr ayının sonlarında yaşadığı kənddə balıq tutmağa gedərkən xatırlamadığı yerdə arx kənarında 1 ədəd göy rəngli sellofan torba görüb həmin torbanı qaldırmış, marixuana istifadə etdiyi üçün içərisindəki kütləni iylədikdə, həmin kütlənin qurudulmuş marixuana olduğunu anlamışdır. Həmin sellofanda 2 ədəd kibrit qutusunda da marixuana olduğunu görmüşdür. Ətrafda heç kim olmadığına görə həmin marixuanaları aparıb özü üçün saxlayıb hissə-hissə istifadə etməyə qərar vermişdir. Ona görə də, içərisində 2 ədəd kibrit qutuları ilə birlikdə marixuana olan həmin 1 ədəd göy rəngli sellofan torbanı cibinə qoyub evə qayıdarkən heç kimin bilməməsi və görməməsi üçün həyətyanı sahədə olan bağda olan ot tayasının arasına qoymuşdur. Bağ, evdən bir qədər aralıda olduğu üçün həmin göy rəngli sellofandakı 2 ədəd kibrit qutusunda olan marixuanaları özü ilə götürmüş, eləcə də sellofandakı marixuanadan götürüb kağız parçasına bükərək qış gödəkçəsinin cibinə qoymuşdur. Kibrit qutularındakı marixuanaları evin çardağının altında, sol tərəfdə olan anbar kimi istifadə edilən yardımçı otağa aparıb birini iri taxta qutunun, birini isə karton qutunun içərisinə əşyaların arasına qoyub gizlətmiş, kağız parçasına büküb götürdüyü marixuananın az hissəsini həmin kağızda boş tüfəng gilizlərinin saxlandığı kiçik taxta qutuya qoyaraq həmin yardımçı otaqda soldakı pəncərənin rəfində saxlamışdır. Bundan sonra kiçik taxta qutuda, kağız parçasında saxladığı marixuanadan 2-3 dəfə götürüb təklikdə papirosa doldurub gizlincə özü çəkərək istifadə etmişdir. Ona görə də həmin kağızdakı marixuanadan götürəndə yarpaqlarından həmin qutuya da tökülmüş və qutuda açıq vəziyyətdə qalmışdır. Sonuncu dəfə 09 noyabr 2024-cü il tarixdə həmin marixuanadan bir dəfə istifadə edəcək qədər götürüb 1 ədəd kiçik şəffaf selofana qoyub bağda təklikdə işləyərkən tütünlə qarışdırıb istifadə etmiş, az bir hissəsi isə tütünlə qarışıq vəziyyətdə həmin şəffaf sellofan bükümdə geyindiyi qış gödəkçəsinin cibində qalmışdır. Sonradan, yəni bir neçə gün ərzində o, həmin marixuanalardan istifadə etməmiş, ona görə də marixuanalar saxladığı yerlərdə, yəni göy rəngli sellofan torbada bağda, ot tayasının arasında, evin çardağının altındakı anbar kimi istifadə edilən otaqda, 1 ədəd kibrit qutusunda iri taxta qutuda, 1 ədəd kibrit qutusunda karton qutuda, 1 ədəd kağızda və açıq formada kiçik taxta qutuda, eləcə də 1 ədəd xırda şəffaf sellofan bükümdə tütünlə qarışıq vəziyyətdə qara rəngli qış gödəkçəsinin sol yan cibində qalmışlar. 14 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində küçədə, yaşadığı evin yaxınında olan zaman bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib və videoçəkilişlə onun üstünü yoxlayacaqlarını, eləcə də, yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. O, buna heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxt evindən təxminən 30 metr aralıda olduğundan yaşadığı evin küçə qapısının yanına gəlmişlər. Orada videoçəkilişlə ona hüquq və vəzifələri izah olunduqdan sonra bu barədə bildiriş təqdim olunmuşdur. Üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuş, o, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitənin olmadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən onun üzəri yoxlanılmış, əynindəki göy rəngli şalvarının sağ arxa cibindən özünə məxsus “Nokia” markalı telefonu və 1 ədəd alışqan aşkar edilmişdir. Üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “Nokia” markalı telefon polis tərəfindən götürülmüş, alışqan isə özünə qaytarılmışdır. Bundan sonra, onun yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Yaşadığı evin qarşısında ona qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, polislərə ot tayasında, el arasında “ot” deyilən marixuana narkotik vasitəsi gizlətdiyini bildirərək polis əməkdaşlarını həyətə dəvət etmişdir. Həyətə daxil olduqdan sonra polis əməkdaşlarını xeyli qarşıda olan bağ sahəsinə aparmış və orada sağ tərəfdə olan ot tayasına yaxınlaşaraq tayanın sol tərəfindən bir qədər yuxarı hissəsindən otların arasından 1 ədəd göy rəngli sellofan torbada olan marixuananı çıxardıb polis əməkdaşlarına göstərmişdir. Həmin sellofan torba açılaraq içərisindəki kütlə nəzərdən keçirilmiş, o həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin göy rəngli sellofan üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış, 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Ona başqa haradasa qanunla qadağan olunmuş əşya və predmet, narkotik vasitə saxlayıbsaxlamaması barədə sual verilmişdir. O, polis əməkdaşlarının başqa yerlərə baxmayacaqlarını düşünmüş, ona görə də polislərə başqa heç yerdə narkotik vasitə saxlamadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları həyətyanı sahəyə baxışı davam etdirmişlər. Həmin bağdan həyətə qayıdarkən həyətdə olan təndir, təndirin ətrafı, evin yan tərəfində olan toyuq damı, hamam və sanitar qovşağı, eləcə də evin arxa hissəsində olan sahəyə, həmin yerdə olan tikiliyə baxış keçirilmiş, həmin yerlərdən narkotik vasitə və qanunla qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Bundan sonra polis əməkaşları onun yaşadığı 1 mərtəbəli, kürsülü evə yaxınlaşmış və çardağın altında sol tərəfdən ikinci olan, anbar kimi istifadə edilən yardımçı otağa daxil olaraq orada baxış keçirməyə başlamışlar. Həmin vaxt həmin otaqda saxladığı marixuanalar da aşkar edilmişdir. Belə ki, ilk öncə sol tərəfdəki pəncərənin rəfində kiçik taxta qutunun boş gilizlərin arasında ağ rəngli kağız parçasında, eləcə də həmin kağızdan qutuya tökülüb qalmış marixuanalar aşkar edilmiş, qutuya dağılmış marixuana da həmin kağıza qoyularaq götürülmüş, həmin kütlənin nə olması ilə bağlı ona sual verildikdə, həmin kütlənin də “nəşə” olduğunu bildirmişdir. Daha sonra həmin yardımçı otaqda, elə həmin pəncərənin yanında olan dəmirlərin üzərindəki iri taxta qutudan 1 ədəd kibrit qutusunda olan marixuana aşkar edildikdə həmin marixuananın da onun özünə məxsus olduğunu qeyd etmiş, karton qutunun içərisində 1 ədəd kibrit qutusundakı marixuana aşkar ediləndə isə, artıq həyəcanlanmış, tutulmaqdan qorxduğu üçün yalandan sonuncu aşkar edilmiş kibrit qutusunun ona məxsus olmadığını bildirmişdir. Daha sonra yardımçı otaqdan aşkar edilmiş 1 ədəd kağıza yığılmış, eləcə də 2 ədəd kibrit qutularında olan marixuanalar 1 ədəd kağız zərfdə qablaşdırılmağa başlanmış, o, həmin vaxt həyəcanlı olduğundan kibrit qutularındakı marixuanaları həmin yerlərə qoymasını xatırlamadığını bildirmişdir. Aşkar edilmiş 2 ədəd kibrit qutularındakı və kağıza yığılmış marixuanalar üzəri iştirakçılar tərəfindən imzalanmış, 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra elə həmin yerdə olan nərdivanla evin tavan hissəsinə qalxıb tavan hissəsinə baxış keçirilmiş, həmin yedən narkotik vasitə və qanunla qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları baxışı davam etdirmişlər. Çardağın altında, yem torbaları yığılan yerdə olan əşyaların və paltarların saxlanıldığı dolabın içərisindəki qara rəngli qış gödəkcəsinin sol yan cibində 1 ədəd şəffaf sellofan bükümdə tütünlə qarışıq vəziyyətdə saxladığı marixuana da aşkar edilmişdir. Ona bu barədə sorğu edildikdə həmin kütlənin “nəşə” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş 1 ədəd şəffaf sellofan bükümdəki marixuana üzəri baxışda iştirak edənlər tərəfindən imzalanmış 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmin dolabın yan sağ tərəfindən asılmış digər gödəkçəsinin cibindən isə istifadəsində olan “Kapital Bank”a məxsus bank kartı aşkar edilərək götürülmüşdür. Bundan sonra çardağın altında baxış davam etdirilmiş, həmin yerdə olan soyuducu və digər əşyalara baxılmış, daha sonra sağ tərəfdə evin girişindən piləkənlərlə evin zalına qalxmışlar. Polis əməkaşdaşları zalda, onun yataq otağında, digər otaqlarda olan dolablara, çarpayılara və digər əşyalara, eləcə də mətbəxə və mətbəxdə olan əşyalara baxış keçirmişlər. Həmin yerlədən, yəni evin otaqlarından və mətbəxindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. Ona baxışın keçirilməsi ilə bağlı hər hansı şikayətinin və yaxud vəsatətinin olub-olmaması ilə bağlı sual verilmişdir. O da, heç bir şikayət və vəsatətinin olmadığını bildirmişdir. Bununla da yaşadığı ünvana baxışın keçirilməsi yekunlaşmış, videoçəkiliş dayandırılmışdır. Bundan sonra onlar polis şöbəsinə gəlmişlər, yaşadığı ünvana videoçəkilişlə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun yaşadığı ünvandan aşkar edilmiş marixuanaların qablaşdırıldığı 3 ədəd zərflərə növbətçi hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Müstəntiq tərəfindən ona baxışın mahiyəti, eləcə də hüquq və vəzifələri bir daha izah olunmuşdur. Daha sonra həmin zərflər ona təqdim olunmuş, zərflərin tamlığı pozulmamışdır. O, həmin zərflərin yaşadığı ünvandan aşkar edilmiş kütlələrin qablaşdırıldığı zərflərin olduğunu təsdiq etmiş, daha sonra zərflər ardıcıl açılaraq ona içərisindəki kütlələr təqdim olunaraq ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişlər. Kibrit qutularındakı marixuanalar ayrı-ayrılıqda kibrit qutuları ilə birlikdə çəkildikdə, uyğun olaraq çəkiləri 11,14 qram və 10,88 qram, 1 ədəd kağıza qoyulmuş marixuanaların kağızla birlikdə ümumi çəkisi 6,04 qram, çardağın altındakı dolabdakı qış gödəkçəsinin sol yan cibindən aşkar edilmiş şəffaf sellofan bükümdəki marixuana sellofanla birlikdə 0,72 qram, həyətyanı sahəsindəki bağda ot tayasının arasında aşkar edilmiş göy rəngli sellofan torbadakı marixuana isə sellofanla birlikdə 27,92 qram olmuşdur. Ona həmin kütlələrin nə və kimə məxsus olması ilə bağlı sual verildikdə, həmin kütlələrin “nəşə”, yəni marixuana olduğunu və ona məxsus olduğunu bildirmişdir. Həmin marixuanalar olduqları zərflərə qoyularaq başqa 1 ədəd kağız zərfdə qablaşdırılmış, həmin zərf möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra ona məxsus “Nokia” markalı telefonu və “Kapital Bank”a məxsus bank kartı da nümayiş olunmuş, telefonun və kartın özünə məxsus olduğunu bildirmişdir. Həmin telefon və bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Ona polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması ilə bağlı sual verilmişdir. O, da heç bir qanunsuzluğa məruz qalmadığını bildirdikdən sonra videoçəkiliş dayandırılmışdır. Baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. 14 noyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman, üstü yoxlanmamışdan əvvəl, yaşadığı ünvana baxış keçirilməmişdən əvvəl, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmiş, polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmamışdır. Yaşadığı ünvandan aşkar edilmiş marixuanaları tapandan sonra özü gələcəkdə istifadə etmək üçün onları gətirib həmin yerlərdə gizlədib saxlamış, bu barədə heç kimə heç nə deməmiş, onda marixuana olduğunu ümumiyyətlə heç kim bilməmişdir. Ümumiyyətlə heç zaman, heç kimə narkotik vasitə satmamış, nə də verməmişdir. Ailə üzvləri ümumiyyətlə onun narkotik vasitə istifadə etməsini, yaşadıqları ünvanda marixuana saxlamasını bilməmişlər, eləcə də marixuana tapmağını heç kim bilməmiş, bu barədə heç kimə, heç nə deməmişdir. Yaşadığı ünvana baxış keçirilən zaman tutulacağından qoruxduğu üçün həyəcanlı olduğundan kibrit qutularındakı marixuanaları həmin yerlərə qoymağını xatırlamadığını bildirmiş, əslində aşkar edilmiş bütün marixuanalar özünə məxsus olmuşdur. Məhkəmədən əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, Ucar Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ucar rayonu, Alpout kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni üzərində, yaşadığı evdə və evin həyətyanı sahəsində yerləşən tikililərdə narkotik vasitə saxlaması barədə 14 noyabr 2024-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuş, həmçinin həmin məlumatda Təqsirləndirilən şəxs hazırda öz yaşadığı ünvanda olması qeyd edilmişdir. Həmin məlumatla bağlı ünvan 2əruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvləri, yəni Ucar Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid3 və Ucar Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid4 təlimatlandırıldıqdan sonra həmin tarixdə, yəni 14 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində Ucar rayonu, Alpout kəndinə, Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə tək, yaşadığı evdən 30-40 metr aralıda olmuşdur. O, əməliyyat qrupunun digər üzvləri ilə yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim edərək saxlayıb, narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmasında, üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu, odur ki, videoçəkilişlə üstünün yoxlanılacağı və yaşadığı ünvana baxışın keçiriləcəyini Təqsirləndirilən şəxs bildirmiş, sonuncu da onlara etiraz etməmişdir. Saxlanıldığı yerdə hərəkət intensiv olduğundan, sənədləşdirmənin aparılması əlverişli olmadığından Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gətirilmişdir. Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid3 tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmışdır. Yaşadığı evin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs saxlanılmasının mahiyyəti bir daha bildirilərək Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla sonuncuya bu barədə bildiriş təqdim olunmuşdur. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq götürülmüşdür. Üstü yoxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hanası bir əşyanın olmadığını bildirmişdir. Ucar Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki göy rəngli şalvarın sağ arxa cibindən 1 ədəd mobil telefon və 1 ədəd alışqan aşkar edilmiş, üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefonun “Nokia” markalı telefon olduğu müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb edə bilinəcəyi nəzərə alınaraq götürülmüş, alışqan isə özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Baxışa başlanılmamışdan əvvəl qarşısında dayandıqları küçə qapısının yanında Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs onlara həyətindəki ot tayasında narkotik vasitə saxladığını bildirmişdir. Hansı narkotik vasitə saxlaması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, sonuncu “ot” deyilən narkotik vasitə olduğunu bildirmişdir. Həyətə daxil olub düz gedərək qarşıda bağ sahəsinə gəlmişlər. Təqsirləndirilən şəxs sağ tərəfə gedərək yarısı taxtadan, yarısı isə dəmir tellərdən düzəlmiş alçaqboylu hasarla əhatə olunmuş yerdə olan hündür ot tayasına yaxınlaşaraq həmin tayanın yuxarı sol tərəfindən, otların arasından 1 ədəd göy rəngli sellofan torba çıxardıb onlara göstərmişdir. Həmin göy rəngli sellofan açıldıqda içərisində yaşıl rəngli spesifik qoxuya malik olan bitki mənşəli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olması və kimə məxus olması ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs həmin kütlənin “ot” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs “ot nəyə deyirsən?” deyərək sual verdikdə, sonuncu “nəşə” deyərək cavab vermişdir. Bundan sonra ot tayasının hər tərəfinə baxış keçirilmiş, lakin narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Həmin göy rəngli sellofan torba üzəri iştirakçılar tərəfindən imzalanmış 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs başqa haradasa qanunla qadağan olunmuş əşya və predmet, narkotik vasitə saxlayıbsaxlamamağı barədə sual verilmişdir. Təqsirləndirilən şəxs başqa heç harada narkotik vasitə saxlamadığını bildirmişdir. Həmin yerdən ev tərəfə gedərək həyətyanı sahədə bütün yerlərə, yəni qarşıda olan təndirə və təndirin ətrafına, həmin yerdən kiçik əl qapısı olan yerdən fərdi yaşayış evin olduğu yerə keçdikdə isə orada olan əşyalara, sağ tərəfdə olan toyuq hininə, birləşik olan hamam və sanitar qovşağına, evin arxa hissəsinə və orada olan yardımçı tikililərə, ağaclardan asılmış sellofanlara, daha sonra evin alt hissəsinə, müxtəlif ev əşyalarının saxlanıldığı yerlərə baxış keçirilmiş, lakin həmin yerlərdən narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra həyətdəki 1 mərtəbəli, kürsülü fərdi yaşayış evinin çardağın altına gəlmişlər. Həmin yerdə çardağın altında sol tərəfdə otaqlar, orta hissəsində yem torbaları, sağ tərəfində kiçik masa və paltar dolabı, ev əşyaları, soyuducu, əl-üz yuma, eləcə də sağ tərəfdə isə evin giriş hissəsi olmuşdur. Həmin yerdə, ilk olaraq çardağın altında sol tərəfdən yardımçı otağa daxil olmuşlar, oradan baxışın keçirilməsi davam etdirilmişdir. Həmin otağın anbar kimi istifadə edilən otağın olduğu qeyd edilmiş və həmin otağa baxış zamanı sol tərəfdəki pəncərənin rəfində Ucar Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən kiçik taxta qutu aşkr edilərək içərisində ağ rəngli kağız parçasında, eləcə də həmin qutuda açıq şəkildə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli kütlələr aşkar edilmiş, həmin kütlələrin nə olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, sonuncu həmin kütlələrin də “nəşə” yarpaqları olduğunu bildirmişdir. Açıq şəkildə olan kütlələr də kağızdakı kütlənin üzərinə qoyulmuş, daha sonra əməliyyat müvəkkili Şahid2 həmin yardımçı otaqda elə həmin pəncərənin yanında olan dəmirlərin üzərindəki iri taxta qutudan 1 ədəd kibrit qutusu aşkar etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisində marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu edildikdə isə Təqsirləndirilən şəxs həmin kibrit qutusundakı kütlənin də nəşə olduğunu və özünə məxus olduğunu bildirmişdir. Eyni zamanda, həmin yerdə karton qutunun içərisində əşyaların arasından da 1 ədəd kibrit qutusu aşkar edilərək açılmış, içərisində marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusundakı kütlənin özünə məxsus olmadığını bildirmişdir. Daha sonra çardağın aldtında yardımçı otaqdan aşkar edilmiş 1 ədəd kağıza yığılmış, eləcə də 2 ədəd kibrit qutularında olan marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli kütlələrin zərfdə qablaşdırılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş hər iki kibrit qutularının özünə məxsus olmadığını, həmin yerə nə vaxt qoymasını xatırlamadığını bildirmişdir. Aşkar edilmiş 2 ədəd kibrit qutuları və kiçik taxta qutudan aşkar edilmiş kağıza yığılmış kütlələr 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Daha sonra elə həmin yerdə olan nərdivanla evin tavan hissəsinə baxış keçirilmiş, həmin yerdən narkotik vasitə və qanunla qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Videokameranın yaddaşının az olması səbəbindən köhnə videofaylların silinməsi üçün onun tərəfindən videoçəkiliş dayandırılaraq videokameradan köhnə videofayllar silinərək yaddaşı artırıldıqdan sonra videoçəkiliş həmin yerdən davam etdirilmişdir. İştirakçılar tərəfindən bununla bağlı heç bir narazılıq qeydə alınmamışdır. Baxış zamanı əməliyyat müvəkkili Şahid2 çardağın altında, yem torbaları yığılan yerdən sağ tərəfdə dolabda asılmış qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofan büküm aşkar edərək təqdim etmişdir. Həmin sellofan bükümdə də marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli kütlə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin də “nəşə” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş 1 ədəd sellofan bükümdəki marixuana üzəri iştirakçılar tərəfindən imzalanmış 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Həmin dolabın yan sağ tərəfindən asılmış digər gödəkçəsinin cibindən isə 1 ədəd “Kapital Bank”a aid bank kartı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kartın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra baxış davam etdirilmiş, həmin yerdə olan masanın üzərində olan əşyalara, soyuducuya və digər yerlərə baxılmış, daha sonra sağ tərəfdə evin girişindən piləkənlərlə evin zalına qalxmışlar. Zala, Təqsirləndirilən şəxs yataq otağına, digər otaqlara, mətbəxə, həmçinin otaqlarda olan dolablara, çarpayıların altına, əşyalara, mətbəxdə olan əşyalara baxış keçirilmiş, lakin narkotik vasitəyə bənzər hər hansı kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxışın keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs hər hansı şikayətinin və yaxud vəsatətinin olub-olmaması ilə bağlı sual verilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və vəsatətinin olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşdırılmış və videoçəkiliş dayandırılaraq onlar polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı ünvana baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qeydə alınmış videogörüntülər 1 ədəd kompakt diskə köçürülərək “Nokia” markalı telefonu və 1 ədəd “Kapital Bank”a aid bank kartı ilə birlikdə materiala əlavə edilmiş və toplanmış material aidiyyəti üzrə İstintaq bölməsinə təqdim olunmuşdur. Daha sonra müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilərək növbətçi hissədə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş və 3 ədəd ayrı-ayrı zərflərdə qablaşdırılıb götürülmüş kütlələrə videoçəkilişlə baxış keçirilmişdir. Baxışda o, məsul növbətçi Şəmşir Lətifov və Təqsirləndirilən şəxs iştirak etmişlər. X2 aparmışdır. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs baxışın mahiyəti, eləcə də hüquq və vəzifələri bir daha izah olunmuş, daha sonra həmin 3 ədəd kağız zərflər Təqsirləndirilən şəxs təqdim olunmuş, həmin zaman zərflərin tamlığı pozulmamışdır. Təqsirləndirilən şəxs həmin zərflərin yaşadığı ünvandan aşkar edilmiş kütlələrin qablşadırıldığı zərflərin olduğunu təsdiq etmiş, daha sonra zərflər açılaraq içərisindəki kütlələr ona təqdim olunaraq ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Kibrit qutularındakı yaşıl rəngli kütlələr ayrı-ayrılıqda kibrit qutuları ilə birlikdə çəkildikdə, çəkiləri 11,14 qram və 10,88 qram, 1 ədəd kağıza qoyulmuş kütlənin kağızla birlikdə ümumi çəkisi 6,04 qram, çardağın altındakı dolabdan asılmış qış gödəkçəsinin sol yan cibindən aşkar edilmiş şəffaf sellofan bükümdəki kütlə sellofanla birlikdə 0,72 qram, ot tayasının arasından aşkar edilmiş kütlə isə göy rəngli sellofanla birlikdə 27,92 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin nə və kimə məxsus olması ilə bağlı sual verildikdə, sonuncu bir daha həmin kütlələrin “nəşə”, yəni marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Həmin marixuanalar olduqları zərflərə qoyularaq başqa 1 ədəd kağız zərfdə qablaşdırılmış, həmin zərf möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus “Nokia” markalı telefonu və Kapital Bank”a məxsus bank kartı da nümayiş olunmuş, sonuncu telefonun və bank kartının özünə məxsus olduğunu bildirmişdir. Həmin telefon və bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması ilə bağlı sual verilmiş, sonuncu da, heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Bununla da videoçəkiliş dayandırılmışdır. Sonradan həmin kütlələrin məhkəmə-bioloji ekspertizasının rəyi ilə qurudulmuş marixuana olmalarının öz təsdiqini tapması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş qurudulmuş marixuanaları real olaraq haradan və ya kimdən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, bu günədək Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş qurudulmuş marixuanadan kiməsə verməsi, satması və kiminləsə bir yerdə istifadə etməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmiş, eləcə də bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, onun ümumiyyətlə narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 15 noyabr 2024-cü il tarixli, 17/871 nömrəli ekspert rəyindən (məhkəməbioloji ekspertizası) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr (3 ədəd ayrı-ayrı zərfdə)” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki: digər 01 (bir) ədəd zərfin içərisində olan 02 (iki) ədəd kibrit qutularında və 01 (bir) ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri- 2,69 qram, 2,78 qram və 2,19 qram, ümumi çəkiləri-7,66 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-7,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Həmin sellofan bükümün içərisindəki təmiz çəkisi-0,06 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutularında, 01 (bir) ədəd kağız bükümdə, 01 (bir) ədəd sellofan torbada və 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2025-ci il tarixli, 120 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 5-80-15/2-14/2025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 yanvar 2016-cı ildə doğulmuş X4 adlı bir uşağı vardır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar rayonu, Alpout kəndində yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2024-cü il tarixdə, saat 17:55-də şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilərək saat 13:10-da təqsirləndirilən şəxsə elan olunmuş, həmçinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sцbut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 15,60 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun-narkotik vasitənin (qurudulmuş marixuanaların) məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar rayonu, Alpout kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş цzrя maddi sцbut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 15,60 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun-narkotik vasitənin (qurudulmuş marixuanaların) məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-30/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-30/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver