Məhkəmə qərarları › İş №1(063)-32/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-32/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-32/2024 13.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə 13 iyun 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 28 avqust 2005-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olmaqla Ucar rayonu, Əlikənd kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 170.1 və 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2009-cu ildə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 16 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq tamala qərarına gəlib bu məqsədlə yetkinlik yaşına çatmayan, yəni xx xxxxxx 2009-cu il təvəllüdlü əmisi oğlu Təqsirləndirilən şəxs1 əvəzində özünə məxsus köhnə velosipedini verəcəyini vəd verərək sonuncunu cinayətkar fəaliyyətə cəlb edib onunla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində yerləşən otlaq sahəsinin kənarından həmin kənd sakini Zərərçəkmiş şəxs nəzarətsiz saxladığı 380 manat dəyərində 1 ədəd 2023cü il istehsalı olan “Adidas” markalı velosipedini götürərək Zərərçəkmiş şəxs ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində ziyan vuraraq, yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməklə özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 16 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq tamala məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində yerləşən otlaq sahəsinin kənarından həmin kənd sakini Zərərçəkmiş şəxs nəzarətsiz saxladığı 380 manat dəyərində 1 ədəd 2023-cü il istehsalı olan “Adidas” markalı velosipedini götürərək Zərərçəkmiş şəxs ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Əlikənd kəndində yaşayır. Məktəbi bitirdikdən sonra heç bir yerdə işləmir. Yaşadığı evin həyətyanı sahəsində təsarüfatla məşğul olur. 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. Əmisi oğlu Təqsirləndirilən şəxs1 yaşadığı kəndlə qonşu kənd olan Ağdaş rayonu, Yenicə kəndində valideynləri və babası Sərdar ilə birlikdə yaşayır, həmin kənddə orta mktəbdə 9-cu sinifdə oxuyur. Yaşadıqları kəndlər qonşu kənd olduğundan əmisi oğlu Təqsirləndirilən şəxs1la tez-tez görüşüb bir yerdə vaxt keçirirlər. 16 noyabr 2023-cü il tarixdə Ağdaş rayonu, Yenicə kəndinə əmisi oğlu Təqsirləndirilən şəxs1gilə getmiş, həmin tarixdə günortadan sonra, saat 16 radələrində Rusif ilə ikisi Ucar rayonu, Əlikənd kəndinə onlara getməyi qərarlaşaraq piyada yola düşmüşlər. Yaşadığı Ucar rayonu, Əlikənd kəndinə gedən qısa yol Ucar rayonu, Qazıqumlaq kəndi ərazisindəki otlaq sahəsindən su arxının yanından keçdiyindən həmin yol ilə piyada ikisi Ucar rayonu, Əlikənd kəndinə getmişlər. Saat 17 radələrində Ucar rayonu, Qazıqumlaq kəndində otlaq sahəsindən keçərkən su arxının yaxınlığında yerdə 1 ədəd “Adidas” markalı, yəni üzərində qırmızı hərflərlə “Adidas” sözü yazılmış velosipedin olduğunu görmüşlər. Həmin velosipedin yaxınında və ətrafda heç kim olmamışdır. İlk olaraq o, həmin velosipedi əmisi oğlu Rusiflə oğurlamağı və öz köhnə velosipedini əmisi oğlu Rusifə verərək, “Adidas” markalı velosipedi özünə saxlamağı barədə düşünmüş və əmisi oğlu Rusifə əvəzində özünün köhnə velosipedini verəcəyini vəd edərək gördükləri “Adidas” markalı velosipedi özü üçün birlikdə oğurlamağı təklif etmişdir. O, Rusifə həmin verlosipedi birlikdə oğurlayıb özünə saxlamağı, əvəzində Rusifə özünün köhnə velosipedini verəcəyini bildirərək bu cür təklif irəli sürmüşdür. Əmisi oğlu Rusif də köhnə velosipedini ona verəcəyinə görə razılıq vermiş, yəni gördükləri “Adidas” markalı velosipedi birlikdə oğurlamağa razılaşmışdır. Ətrafa bir daha nəzər yetirdikdə onları heç kimin görmədiyinə tam əmin olduqdan sonra həmin velosipedi Rusif ilə birlikdə yerdən götürüb üzərinə minərək heç kimin onları görməməsi və velosiped oğurladıqlarını bilməməsi üçün bir qədər irəliyə sürüb kolluqların arasında gizlətmişlər. Onları həmin vaxt heç kim görməmişdir. Daha sonra piyada yollarına davam edərək Əlikənd kəndinə onun yaşadığı evə gəlmişlər. Onlar heç kimə bu barədə heçnə deməmişlər. Həmin gün axşama qədər onlarda qalıb, havanın qaralmasını gözləmiş, saat 22 radələrində isə yenidən ikisi Rusif ilə Qazıqumlaq kəndinə oğurladıqları “Adidas” markalı velosipedi gizlətdikləri yerə qayıdaraq həmin velosipedi götürüb onun yaşadığı evə qayıtmışlar. Oğurladıqları “Adidas” markalı velosipedi valideyinlərinin görməməsi üçün gizlin aparıb bağın arxa tərəfində gizlətmişlər. Onlar Rusif ilə hər ehtimala görə, yəni oğurluğun üstü açılmaması üçün, bir neçə gün velosipedi üzə çıxarmamalarına, 5-10 gün keçdikdən sonra Rusifə öz velosipedini verəcəyinə dair söhbət edib razılaşmışlar. Daha sonra Rusif elə həmin gecəni onlarda qalıb səhəri günü Ağdaş rayonu, Yenicə kəndinə öz evlərinə qayıtmışdır. 23 noyabr 2023-cü il tarixdə isə o və əmisi oğlu Təqsirləndirilən şəxs1 atası ilə Ucar rayon polis şöbəsinə dəvət olunub onların izahatları alınmış və onlar izahatlarında 16 noyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində otlaq sahəsinin kənarından su arxının yaxınlığından 1 ədəd “Adidas” markalı velosipedi oğurlayaraq onun yaşadığı evə aparıb gizlətdiklərini etiraf edib, eyni zamanda həmin velosipedi polislərə təqdim etmişlər. Polisdə həmin velosipedin Ucar rayonu, Qazıqumlaq kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olduğu onlara məlum olmuşdur. Onun Zərərçəkmiş şəxsla hər hansı bir tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. Rusiflə həmin “Adidas” markalı velosipedi oğurlamalarını və yaşadığı ünvana gətirib bağda gizlətmələrindən ailə üzvləri və başqa kimlərinsə xəbəri və məlumatları olmamışdır. Başqa heç bir oğurluq əməli törətməmişdir. Polis şöbəsinə dəvət olunarkən sərbəst izahat vermiş, polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmişdir. 16 noyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndi ərazisindəki otlaq sahəsindən keçərkən, su arxının yaxınlığında 1 ədəd “Adidas” markalı velosipedi oğurlamaqla bağlı təklifi özü etmiş, Təqsirləndirilən şəxs1 isə doğma əmisi oğlu olduğundan sonuncunun 9-cu sinif şagirdi olmaqla 18 yaşının tamam olmadığını bilmişdir. Təqsirləndirilən şəxs1 cinayət fəaliyyətinə cəlb etdiyi, eləcə də özünün törətdikləri əməllərlə bağlı səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə (məhkəmə istintaqı zamanı qanuni nümayəndə qismində tanınmış) ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Yenicə kəndində yaşayır, həmin kənddə orta məktəbdə 9-cu sinifdə təhsil alır. Təqsirləndirilən şəxs2 onun əmisi oğludur. Əmisi oğlu Təqsirləndirilən şəxs2 yaşadığı kəndlə qonşu və yaxın kənd olan Ucar rayonu, Əlikənd kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadıqları kəndlər qonşu kənd olduğundan və yaşadıqları evlər yaxın olduğundan əmisi oğlu Təqsirləndirilən şəxs2la tez-tez görüşüb bir yerdə vaxt keçirirlər. 16 noyabr 2023-cü il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs2la yaşadığı evdə Ağdaş rayonu, Yenicə kəndində olmuş və saat 16 radələrində onlar ikisi Ucar rayonu, Əlikənd kəndinə Ruzigilin yaşadığı evə getməyə qərarlaşaraq piyada yola düşmüşlər. Ucar rayonu, Əlikənd kəndinə gedən qısa yol Ucar rayonu, Qazıqumlaq kəndi ərazisindəki otlaq sahəsindən su arxının yanından keçdiyindən həmin yol ilə piyada ikisi Ucar rayonu, Əlikənd kəndinə getmişlər. Ucar rayonu, Qazıqumlaq kəndində otlaq sahəsindən keçərkən, su arxının yaxınlığında yerdə 1 ədəd “Adidas” markalı, yəni üzərində qırmızı hərflərlə “Adidas” sözü yazılmış velosipedin olduğunu görmüşlər. Həmin vaxt, saat 17 radələri olmuşdur. Velosipedin yanında və ətrafında heç kim olmamışdır. Əmisi oğlu Ruzi özünün köhnə velosipedini ona verəcəyini vəd edib gördükləri “Adidas” markalı velosipedi birlikdə oğurlamalarını təklif etmişdir. Ruzi oğurlayacaqları velosipedi özünə saxlayacağını, öz köhnə velosipedini isə ona verəcəyini vəd etmişdir. O, da fikirləşmiş və Ruzinin ona öz velosipedini verəcəyini düşünərək sonuncunun irəli sürdüyü təklifi qəbul etmiş, dərhal həmin velosipedi birlikdə oğurlamağa qərar verərək razı olduğunu bildirmişdir. Bundan sonra ətrafa bir də nəzər yetirdikdə həmin velosipedin sahibinin görünmədiyini nəzərə alaraq, eləcə də onları heç kimin görmədiyinə tam əmin olduqdan sonra həmin “Adidas” markalı velosipedi Ruzi ilə birlikdə yerdən götürüb üzərinə minərək heç kimin onları görməməsi və velosiped oğurladıqlarını bilməməsi üçün bir qədər irəliyə sürüb sonra götürmək üçün kolluqların arasında gizlətmişlər. Velosipedi oğurlamalarını və aparıb kolluqda gizlətmələrini heç kim görməmişdir. Daha sonra piyada yollarına davam edərək Ruzinin yaşadığı evə gəlmişlər. Həmin gün Ruzigildə axşama qədər qalıb, havanın qaralmasını gözləmiş, saat 22 radələrində isə Qazıqumlaq kəndinə oğurladıqları “Adidas” markalı velosipedi gizlətdikləri yerə qayıdaraq həmin velosipedi götürüb Ruzinin yaşadığı evə qayıtmışlar. Velosipedi isə Ruzinin valideyinləri görməməsi üçün gizlin aparıb bağlarının arxa hissəsində gizlətmişlər. Ruzinin evində heç kim bu barədə heçnə bilməmişdir. Onlar Ruzi ilə hər ehtimala görə, yəni bir qədər vaxt keçməsindən ötrü və heç kimin onların oğurluq etmələrini bilməməsi üçün bir neçə gün velosipedi üzə çıxarmamağı, 5-10 gün keçdikdən sonra Ruzinin ona öz velosipedini verəcəyinə dair söhbət edib razılaşmışlar. Daha sonra o, gecəni Ruzigildə qalmış, səhər isə öz yaşadığı evə qayıtmışdır. 23 noyabr 2023-cü il tarixdə isə o, atası və əmisi oğlu Təqsirləndirilən şəxs2 Ucar rayon polis şöbəsinə dəvət olunaraq izahatları alınmış və onlar izahatlarında 16 noyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində otlaq sahəsinin kənarından su arxının yaxınlığından 1 ədəd “Adidas” markalı velosipedi oğurlayaraq Ruzigilə aparıb gizlətdiklərini etiraf etmiş, eyni zamanda həmin velosipedi Təqsirləndirilən şəxs2la polislərə təqdim etmişlər. Polisdə həmin velosipedin Ucar rayonu, Qazıqumlaq kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olduğu onlara məlum olmuşdur. Zərərçəkmiş şəxsla hər hansı bir tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. Yalnız bir dəfə əmisi oğlu Təqsirləndirilən şəxs2la birlikdə 16 noyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində otlaq sahəsinin kənarından su arxının yaxınlığından 1 ədəd “Adidas” markalı velosiped oğurlamış, başqa hər hansı oğurluq əməli törətməmişdir. O, polis şöbəsinə dəvət olunarkən atası Qanuni nümayəndə1la birlikdə gedərək, atası Ramilin iştirakı ilə sərbəst izahat vermiş, polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmişdir. O, cinayət əməlini səmimi olaraq etiraf etmiş və olduğu kimi izahat verərək əməlindən peşman olduğunu qeyd etmişdir. Velosipedi oğurlamağı əmisi oğlu Ruzi ona təklif etmişdir. O, tək olsaydı və əmisi oğlu Ruzi ona öz velosipedini verəcəyini vəd etməsəydi, sonuncunun oğurluq etmək təklifini qəbul etməyəcək və və oğurluq etməyəcəyini bildirmişdir. Ruzi ona öz köhnə velosipedini verəcəyini vəd etdiyinə görə o, razılaşmış və sonuncu ilə birlikdə “Adidas” markalı velosipedi oğurlamışdır. O, əmisi oğlu Təqsirləndirilən şəxs2 onun 9-cu sinif şagirdi olmağını və 18 yaşının olmadığını yəni yetkinlik yaşına çatmayan şəxs olmasını bilmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Həmin kəndin məktəbində gündüz gözətçisi kimi işləyir. Heç kimlə düşmənçiliyi və ədavəti yoxdur. Yaşadığı evdən bir qədər aralıda isə ona məxsus torpaq sahəsi var, özünə məxus olan iribuynuzlu heyvanları hər gün səhərlər həmin sahəyə aparıb orada otlamaq üçün bağlayır və axşam saat 17 radələrində həmin yerə gedib heyvanları geriyə qaytarır. Əvvəllər o, iribuynuzlu heyvanlarını həmin sahəyə piyada aparıb gətirmişdir. Lakin 2023-cü ilin yay aylarında, yəni 2023-cü ilin avqust ayının ortalarında qaynı Elşən Seyidov ona əziyyət çəkməməsi üçün mağazadan 380 manata üzərində qırmızı hərflərlə “Adidas” sözü yazılmış 28-lik yeni velospied alıb ona hədiyyə etmişdir. Həmin velosiped ona məxsus olmuşdur. O, da həmin vaxtdan özünə məxsus həmin velosipedlə sahəyə gedib gəlmişdir. Səhərlər heyvanları sahəyə aparıb bağlayarkən, eyni zamanda axşamlar heyvanları sahədən gətirmək üçün açarkən velosipedini sahənin kənarında, su arxının yaxınında yerdə saxlamış, sonra yenidən velosipedə minib gəlmişdir. 16 noyabr 2023-cü il tarixdə isə o, özünə məxsus həmin “Adidas” markalı velosipedi ilə növbəti dəfə iribuynuzlu heyvanları sahəyə aparıb evə qayıtmış və heyvanları gətirmək üçün saat 17 radələrində həmin sahəyə velosipedlə getmişdir. O, sahədə olan iribuynuzlu heyvanları açmaq üçün həmişəki kimi “Adidas” markalı velosipedini su arxının yaxınında sahənin kənarında yerdə saxlamış, özü sahəyə heyvanlar olan yerə uzaqlaşmışdır. Velosipedi isə yerdə qalmış, sahədən həmin yer görünməmişdir. O, sahəlikdə 15-20 dəqiqə gəzib heyvanları açıb velosipedinin yanına qayıdarkən, velosipedi saxladığı yerdə aşkar etməmişdir. O, kiminsə onunla zarafat etdiyini düşünüb bir qədər yaxın ətrafı gəzsə də, velosipedi tapmamışdır. Orada isə heç kimin olmadığına görə velosipedinin oğurlandığını anlamışdır. O, da qaynı Elşənə bu barədə xəbər vermiş, sonuncu isə ona polisə müraciət etməyini məsləhət görmüşdür. O, da polisə bu barədə səhəri gün məlumat verərək 16 noyabr 2023-cü il tarixdə sahənin kənarından “Adidas” markalı velosipedinin oğurlandığını bildirmişdir. Polis əməkdaşları yaşadığı kəndə gəlib onun iştirakı ilə velosipedinin oğurlandığı yerə baxış keçirib, fotoşəkillər çəkərək protokol tərtib etmişlər. Sonrakı günlərdə ona məlum olmuşdur ki, ona məxsus “Adidas” markalı velosipedi qonşu kəndlərdə yaşayan, yəni Ağdaş rayonu, Yenicə kənd sakini Təqsirləndirilən şəxs1 və Ucar rayonu, Əlikənd kəndində yaşayan Təqsirləndirilən şəxs2 oğurlamışlar. Rusif və Ruzi ilə hər hansı bir tanışlığı olmamış, sonuncularla düşmənçiliyi və ədavəti yoxdur. Özünə məxsus “Adidas” markalı velosiped 16 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Ucar rayonu, Qazıqumlaq kəndində otlaq sahəsinin kənarından su arxının yaxınlığından oğurlanmışdır. Həmin yer ümumi hamının istifadə etdiyi kənd yolunun kənarıdır və heç nə ilə əhatə olunmamış, açıq yerdir. 11 dekabr 2023-cü il tarixli, 9/9268 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertezisanın rəyinə heç bir etirazı yoxdur. Ekspert həmin velosipedin 3 ay istismarda olmasını nəzərə alaraq 150 manat dəyərində qiymətləndirmiş, lakin özü həmin “Adidas” markalı velosipedi 380 manata dəyərləndirmiş, ona görə də oğurluq nəticəsində ona 380 manat ziyan dəyməsini hesablanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur və onlar barışmışlar. (bu barədə notarial qaydada təsdiq edilmiş, eləcə də məhkəmə iclası zamanı təqdim etdiyi ərizələr də vardır). Məhkəmə iclasında Şahid1 Sərdar oğlu məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Əlikənd kəndində yaşayır. Təqsirləndirilən şəxs2 onun oğludur. 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 isə onun qardaşı oğludur. Qardaşı Ramil ailə üzvləri və atası Sərdarla yaşadığı kəndlə qonşu kənd olan Ağdaş rayonu, Yenicə kəndində yaşayır. Qardaşı oğlu Təqsirləndirilən şəxs1 həmin kənddə orta məktəbdə 9-cu sinifdə oxuyur. Yaşadıqları kəndlər qonşu kənd olduğundan tez-tez bir-birlərinin evinə gedib-gəlmişlər. Övladları, yəni oğlu Ruzi ilə qardaşı Ramilin oğlu Təqsirləndirilən şəxs1 da çox vaxtlarını bir yerdə keçirmişlər. 16 noyabr 2023-cü il tarixdə oğlu Ruzi qardaşı Ramilgilə getmiş, sonra isə həmin gün axşam qardaşı oğlu Təqsirləndirilən şəxs1la onların evinə gəlmiş, eyni zamanda küçəyə-bayra çıxmışlar, lakin həmin axşam Rusif onların evində qalmış, səhəri gün öz evlərinə Ağdaş rayonu, Yenicə kəndinə qayıtmışdır. 23 noyabr 2023-cü il tarixdə isə oğlu Ruzi və qardaşı oğlu Təqsirləndirilən şəxs1 Ucar rayon polis şöbəsinə çağrılmış, qardaşı Ramil də Ruzi və Rusif ilə birlikdə polis şöbəsinə getmişlər. Daha sonra oğlu Ruzi polislərlə gəlib yaşadıqları evin həyətyanı sahəsindəki bağlarının arxa tərəfindən 1 ədəd “Adidas” markalı velosiped götürüb polis şöbəsinə aparanda ona məlum olmuşdur ki, oğlu Ruzi ilə qardaşı oğlu Təqsirləndirilən şəxs1 16 noyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində otlaq sahəsinin kənarından su arxının yaxınlığından 1 ədəd “Adidas” markalı velosipedi oğurlayaraq yaşadıqları evin bağında gizlətmişlər. Oğlu Ruzi polis şöbəsində bu barədə izahat verib evə qayıdandan sonra sonuncu ilə bu barədə söhbət edən zaman oğlu Ruzi ona 16 noyabr 2023-cü il tarixdə Rusiflə bir yerdə Yenicə kəndindən evlərinə gələrkən Ucar rayonu, Qazıqumlaq kəndindən keçərkən otlaq sahəsinin kənarında “Adidas” markalı velosipedi görüb həmin velosipedi Rusiflə oğurlayıb əvəzində sonuncuya öz velosipedini verməklə oğurladıqları velosipedi özünə saxlamaq qərarına gəlmiş, bu barədə Rusifə təklif etdiyini, yəni sonuncuya öz köhnə velosipedini verəcəyini vəd edib həmin velosipedi oğurlamağı təklif etdiyini, Rusifin də razılaşıb birlikdə həmin velosipedi oğurlayıb aparıb bir qədər qarşıda kolluqda gizlətdiklərini, daha sonra evə gəlib, hava qaralandan sonra, saat 22 radələrində qayıdıb həmin velosipedi gizlin gətirib bağlarında gizlətdiklərini, bir müddət gözləyib sonra həmin velosipedi üzə çıxartmaq fikrində olduqlarını bildirmişdir. Oğlu Ruzi ona əməlindən peşman olduğunu bildirmişdir. Polisdə araşdırma aparılarkən həmin velosipedin Ucar rayonu, Qazıqumlaq kənd sakini Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olduğu ona məlum olmuşdur. Onun Zərərçəkmiş şəxsla hər hansı bir tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. Oğlu Təqsirləndirilən şəxs2la qardaşı oğlu Təqsirləndirilən şəxs1 Ucar rayonu, Qazıqumlaq kəndi ərazisindən “Adidas” markalı velosipedi oğurlamalarından, eləcə də həmin velosipedin bağına gətirilməsindən və orada gizlədilməsindən özü və ailə üzvlərinin xəbərləri və məlumatları olmamışdır. Bağın arxa tərəfinə gediş-gəliş az olduğundan həmin yerə getməmişlər və orada velosipedin gizlədilməsini bilməmişlər. Yalnız oğlu Ruzi və qardaşı oğlu Rusif 23 noyabr 2023-cü il tarixdə polis şöbəsinə çağırılandan sonra və həmin velosiped polisə aparılıb təqdim ediləndə hadisədən xəbəri olmuşdur. Məhkəmə iclasında Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 və 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 onun nəvələridir. O, oğlu Qanuni nümayəndə1 və ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Yenicə kəndində yaşayır. 2009cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 da onlarla birlikdə yaşayır. Digər nəvəsi 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 isə ailə üzvləri ilə birlikdə qonşu kənd hesab edilən Ucar rayonu, Əlikənd kəndində yaşayır. Nəvəsi Təqsirləndirilən şəxs1 yaşadığı kənddə orta məktəbdə 9-cu sinifdə oxuyur. Yaşadıqları kəndlər yaxın olduğundan oğlu Nailgilə tez-tez gedib-gəlmişlər. 16 noyabr 2023-cü il tarixdə nəvəsi Təqsirləndirilən şəxs2 onlara qonaq gəlmiş, həmin gün saat 16 radələrində isə Rusif ilə birlikdə Ucar rayonu, Əlikənd kəndinə getmişlər. Nəvəsi Rusif səhəri gün evlərinə qayıtmışdır. 23 noyabr 2023-cü il tarixdə isə nəvələri Ruzi və Təqsirləndirilən şəxs1 Ucar rayon polis şöbəsinə çağırılmışlar. Rusif oğlu Ramil ilə yəni öz atası və digər nəvəsi Ruzi ilə polis şöbəsinə getmişlər. Sonuncular evə qayıdandan sonra onlara məlum olmuşdur ki, 16 noyabr 2023-cü il tarixdə Rusif ilə Ruzi onların evindən sonuncunun yaşadığı evə Ucar rayonu, Əlikənd kəndinə gedərkən yolda, Ucar rayonu Qazıqumlaq kəndində otlaq sahəsindən 1 ədəd “Adidas” markalı velosipedi oğurlayaraq aparıb həmin velosipedi Ruzigildə bağda gizlətmişlər. X1 ilə yəni öz atası ilə evə qayıdandan sonra nəvəsi Rusiflə bu barədə söhbət etdikdə Rusif ona 16 noyabr 2023-cü il tarixdə Ruzi ilə onların evindən çıxıb Əlikənd kəndinə gedərkən yolda Ucar rayonu, Qazıqumlaq kəndindən keçərkən otlaq sahəsinin kənarında “Adidas” markalı velosipedi gördüklərini, Ruzinin həmin velosipedi oğurlayıb əvəzində öz velosipedini verməklə oğurladıqları velosipedi özünə saxlamağı, yəni öz köhnə velosipedini verəcəyini vəd edib gördükləri velosipedi birlikdə oğurlamağı ona təklif etdiyini, birlikdə razılaşıb həmin velosipedi oğurlayıb aparıb bir qədər qarşıda kolluqda gizlətdiklərini, daha sonra Ruzigilə gedib, saat 22 radələrində qayıdıb oğurladıqları velosipedi gizlin gətirib bağda gizlətdiklərini söyləmişdir. Nəvələri Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 velosipedi oğurlamalarını bilməmiş, eləcə də həmin velosipedi aparıb oğlu Nailgilin bağında gizlədilməsindən xəbərləri və məlumatları olmamışdır. Nəvələri Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 23 noyabr 2023-cü il tarixdə polis şöbəsinə çağırılandan sonra onlar bu barədə bilmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci səhifəsində olan 25 dekabr 2023cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus tövlədən bir ədəd velosipedin naməlum şəxs(lər) tərəfindən oğurlanması faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli, 9/9268 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 2023-cü il istehsallı 1 ədəd “Adidas” markalı, 3 ay müddətində istifadədə olmuş velosipedin hadisə baş verən tarixə, yəni 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 150,00 manat müəyyən olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 30-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 20-21-ci səhifələrində olan 23 noyabr 2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan oğurlanmış 1 ədəd “Adidas” markalı velosipedə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Adidas” markalı velosipedi təqdim edərək həmin velosipedi 16 noyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində yerləşən otlaq sahəsinin kənarından oğurladıqlarını bildirmiş, həmin velosiped iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-ci səhifəsində olan 15 fevral 2024cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 140-cı səhifəsində olan 15 fevral 2024cü il tarixli barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 162-173-cü səhifələrində olan 23 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 15 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 170.1 və 177.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 isə həmin Məcəllənin Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması və barələrində seçilmiş qətimkan tədbirləri qüvvədə saxlanılmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə material ayrılıb Ucar rayon prokurorluğuna göndərilmişdir. Cinayət işi üzrə əldə olunmuş 1 ədəd “Adidas” markalı velosipedin 18 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması və saxlanılması üçün Ucar RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67-cı səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 yanvar 2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 149-cu vərəqində olan X2 Təhsil İdarəsi Ağdaş rayon Yenicə kənd R.Allahyarov adına tam orta məktəbin direktoru tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 152-ci vərəqində olan Ucar RİHB-nın Əlikənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərinin etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 170.1 və 177.2.1-ci maddələri və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yaşını, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən CM-nin 58-ci maddəsindəki müəyyən edilmiş hallardan başqa həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 təqsirini tam etiraf etməsini, əməlindən səmimi peşimançılıq çəkməsini, yetkinlik yaşına çatmamasını, eləcə də zərərçəkmiş şəxsə dəyən ziyanın tam ödənilməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını və yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 84-cü maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yetkinlik yaşına çatmamasını, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Ağdaş rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 təqsirini tam etiraf etməsini, əməlindən səmimi peşimançılıq çəkməsini, eləcə də zərərçəkmiş şəxsə dəyən ziyanın tam ödənilməsini, sonuncunun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, müsbət xarakterizə olunmasını və yaşını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yaşını, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 170.1-ci və 177.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 13 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-nin maddi subutlar saxlama otağında saxlanılan 1 ədəd “Adidas” markalı velosiped Zərərçəkmiş şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdaş rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-nin maddi subutlar saxlama otağında saxlanılan 1 ədəd “Adidas” markalı velosiped Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar