Məhkəmə qərarları › İş №1(063)-32/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-32/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-32/2025 02.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 02 aprel 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxx 1988-ci il tarixdə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 10,88 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq Ucar rayonu, Alpout kəndində yaşadığı evin birinci mərtəbəsindəki zirzəmidə saxlamış, 02 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin zirzəmidə əşyaların saxlanıldığı rəfin üzərində 1 ədəd sellofan bükümdə - ümumi 10,88 qram çəkidə olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Alpout kəndində yaşayır, 2 azyaşlı övladı var, hazırda heç bir yerdə işləmir. Bir-iki aydır ki, narkotik vasitə olan marixuanadan istifadə etmiş, başqa növ narkotik vasitələrdən ümumiyyətlə istifadə etməmişdir. Təxminən 5 gün əvvəl yaşadığı kənddə evə tək piyada qayıdarkən dəqiq xatırlamadığı yerdə yolun kənarında 1 ədəd göy rəngli sellofan büküm görüb həmin bükümü qaldırmış, marixuana istifadə etdiyindən içərisindəki yaşıl rəngli kütləni iylədikdə həmin kütlənin qurudulmuş marixuana olduğunu anlamışdır. Ətrafda heç kim olmadığına görə həmin marixuananı aparıb özü üçün saxlayıb hissə-hissə istifadə etməyə qərar vermişdir. Ona görə də, həmin 1 ədəd sellofan bükümdə olan marixuananı gödəkcəsinin cibinə qoyaraq yaşadığı ünvana aparmış, heç kim bilməməsi və görməməsi üçün evin birinci mərtəbəsində olan zirzəmidə girişdən sağda əşyaların yığıldığı şifer layından olan yuxarı rəfin üzərinə qoyaraq sonra özü istifadə etməsi üçün gizlətmişdir. Bundan heç kimin xəbəri və məlumatı olmamış, ailə üzvlərindən də heç kim bilməmişdir. Həmin marixuanadan istifadə etməmişdir. 02 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı evin küçə qapısının yanına özünə məxsus “Chevrolet Lacetti” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobili təmizləməyə çıxmış, tək olmuş, yanında heç kim olmamışdır. Həmin vaxt bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və videoçəkilişlə üstünü yoxlayacaqlarını, həmçinin yaşadığı ünvana və avtomobilinə baxış keçirəcəklərini söyləmişlər. O da polis əməkdaşlarına etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunaraq bu barədə bildiriş təqdim olunmuş, daha sonra videoçəkilişlə Şahid1 bir daha narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üstünün yoxlanılacağını, yaşadığı ünvana, eləcə də avtomobilinə baxışın keçiriləcəyini bildirmiş və üzərində narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş əşya və predmetin olub-olmadığını soruşmuşdur. O da üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən üstü yoxlanılmış və əynindəki qara rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd təsbeh, 1 ədəd alışqan, şalvarının sağ yan cibindən açar və dırnaq tutan, 80 qəpik pul, şalvarının sol arxa cibindən isə müxtəlif əskinaslarla 24 manat kağız pullar aşkar edilmiş, üzərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş ümumilikdə 24 manat 80 qəpik pullar sayılaraq digər əşyalarla birlikdə özünə qaytarılmışdır. Daha sonra küçədə qapının yanında saxladığı “Chevrolet Lacetti” markalı, **-GO-*** dövlət qeydiyyat nömrəli avtomobilinə baxış keçirilmiş, avtomobilindən də narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və həyətdə, evdə və yaxud digər yerdə qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitə vardırsa təqdim etməsi ona təklif olunmuşdur. O da, evin birinci mərtəbəsində zirzəmidə gizlətdiyi 1 ədəd sellofan bükümdəki marixuananın polis əməkaşları tərəfindən tapılmayacağını güman edib yalandan yaşadığı ünvanda narkotik vasitə, eləcə də qanunsuz hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra polislərlə birlikdə həyətə daxil olmuş və həyətdə qarşıda sağda yerləşən evin sol tərəfində olan qaraj kimi istifadə etdiyi alçaq çardaqlı yerə gəlmişlər. Həmin yerə, ardınca həyətdə həmin qarajdan sol tərəfdə çardağında ot bağlamaları olan tövlənin ətrafına baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra həyətdə olan 2 mərtəbəli evə yaxınlaşaraq birinci mərtəbəsində sol tərəfdən dəmir giriş qapısı olan zirzəmiyə daxil olmuşlar. Zirzəmidə əşyaların yığıldığı yerlərə baxış keçirilərkən girişdən sağda əşyaların yığıldığı şifer layından olan yuxarı rəfin üzərində əşyaların arasında gizlətdiyi içərisində qurudulmuş marixuana olan 1 ədəd göy rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm ona təqdim olunaraq açılmış, içərisindəki yaşıl rəngli kütlənin nə olması ilə bağlı ona sual verildikdə, artıq polislərin gizlətdiyi marixauananı tapdıqlarını görüb həmin kütlənin marixuana olduğunu və özü istifadə etməsi üçün orada saxladığını etiraf etmişdir. Polis əməkdaşları tərəfindən həmin sellofan bükümdəki kütlə olduğu sellofanda 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. Zirzəmiyə baxış davam etdirilmiş, lakin oradan başqa narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra zirzəmidən çıxıb evin içərisinə daxil olaraq baxış davam etdirilmişdir. Evin birinci mərtəbəsində olan iki otaqlara, hamam otağına, orada olan əşyalara baxış keçirilmiş, həmin yerlərdən, yəni evin birinci mərtəbəsindəki otaqlarından, eləcə də asılqandan asılmış paltarlardan narkotik vasitə və qanunla qadağan olunmuş digər əşya və predmet aşkar edilməmişdir. O, evin iki otaqdan ibarət olduğunu və evin ikinci mərtəbəsində yaşayışın olmadığını qeyd etmiş, evin ikinci mərtəbəsinə baxış keçirilməmişdir. Evdən çıxarkən əynindəki qara rəngli gödəkcəsi nazik olduğundan həmin gödəkcəni çıxarıb asılqanda olan özünə məxsus açıq qəhvəyi rəngli digər gödəkcəsini geyinmişdir. Evdən çıxdıqdan sonra polislər evin arxa tərəfinə baxış keçirmiş, lakin həmin yerdən də narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Həyətdə ona bir daha evin zirzəmisindən aşkar edilmiş sellofandakı kütlənin nə olması və kimə məxsus olması ilə bağlı sual verilmiş, o həmin kütlənin marixuana olduğunu və şəxsi istifadəsi üçün orada saxladığını bildirmişdir. Ona polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmaması, videoçəkilişlə keçirilmiş baxışla bağlı narazılığının olub-olmaması ilə bağlı sual verilmiş, o polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir narazılığının olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmış və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində isə üstünə, avtomobilinə və yaşadığı ünvana videoçəkilişlə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı ünvandan zirzəmidən aşkar edilmiş 1 ədəd sellofandakı marixuananın qablaşdırıldığı 1 ədəd zərfə Növbətçi Hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Müstəntiq tərəfindən baxışın mahiyəti, eləcə də hüquq və vəzifələri bir daha izah olunmuşdur. Daha sonra həmin zərf ona təqdim olunmuş, zərfin tamlığının pozulmadığını görmüşdür. O, həmin zərfin yaşadığı ünvandan aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfin olduğunu təsdiq etmiş, daha sonra zərf açılaraq içərisindəki sellofan bükümdəki kütlə ona təqdim olunub elektron tərəzidə çəkilmişdir. Sellofanla birlikdə marixuana - 22,93 qram çəkidə olmuşdur. Həmin marixuana olduğu zərfə qoyularaq başqa bir ədəd kağız zərfdə qablaşdırılmış, həmin zərf də möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması ilə bağlı ona sual verilmiş, o da heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Bununla da videoçəkiliş dayandırılmış, protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. 02 dekabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman, üstü yoxlanılmamışdan, avtomobilinə və yaşadığı ünvana baxış keçirilməmişdən əvvəl, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmiş, polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmamışdır. Yaşadığı ünvandan aşkar edilmiş marixuananı olduğu göy rəngli sellofan bükümdə tutulmamışdan təxminən 5 gün əvvəl yaşadığı kənddə xatırlamadığı yerdən tapmış, tapandan sonra özü gələcəkdə istifadə etmək üçün aparıb həmin marixuananı evin zirzəmisində əşyaların arasında gizlədib saxlamış, bu barədə heç kimə heç nə deməmiş, marixuana tapmasını, onda marixuana olduğunu ümumiyyətlə heç kim bilməmişdir. Ümumiyyətlə heç zaman heç kimə narkotik vasitə satmamış, nə də ki verməmişdir. Ailə üzvləri ümumiyyətlə onun narkotik vasitə istifadə etməsini, yaşadıqları ünvanda marixuana saxlamasını bilməmiş və bu barədə heç kimə heç nə deməmişdir. O, polislərin zirzəmidə gizlətdiyi marixuananı tapmayacaqlarını güman etmiş, ona görə də baxışa başlamazdan əvvəl polislərə yalandan yaşadığı ünvanda narkotik vasitə və qanunla qadağan olunmuş digər əşya və predmetin olmadığını bildirmiş, baxış zamanı həmin marixuana aşkar olunanda isə, artıq səmimi olaraq həmin kütlənin marixuana olduğunu və özü istifadə etməsi üçün həmin yerdə saxladığını etiraf etmişdir. Həmin marixuana ona məxsus olmuşdur. Hazırda əməlindən peşmandır, himayəsində iki azyaşlı uşaqlarının olmasının və ailə vəziyyətinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxsla hər hansı münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı 02 dekabr 2024-cü il tarixdə keçirlimiş əməliyyat-axtarış tədbirində, yəni onun saxlanılmasında və sənədləşdirilməsində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni üzərində, idarə etdiyi avtomobildə, eləcə də yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 məlumat daxil olmuş, həmin məlumatla bağlı NMQnin əməliyyat müvəkkili Şahid2 tərəfindən Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun rəhbəri təyin olunmuşdur. Əməliyyat qrupunun digər üzvləri, yəni Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, CAB-nin əməliyyat müvəkkili Şahid4 və Ucar RPŞ-nin PPXB-nin komandiri Şahid3 ilə həmin tarixdə, yəni 02 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində Ucar rayonu, Alpout kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə tək göy rəngli “Chevrolet Lacetti” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında dayanmışdır. Yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını, ona görə də videoçəkilişlə üstünün yoxlanılacağını, avtomobilinə, eləcə də yaşadığı ünvana baxışın keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Əvvəlcə tərəfindən Cinayət Prosessual Мəcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları Təqsirləndirilən şəxs izah olunmaqla sonuncuya bu barədə bildiriş təqdim olunmuşdur. Daha sonra PPXB-nin komandiri Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmış, üstü yoxlanılmamışdan əvvəl sonuncuya üzərində narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki qara rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd təsbeh, 1 ədəd alışqan, şalvarının sağ yan cibindən açar və dırnaq tutan, 80 qəpik pullar, şalvarının sol arxa cibindən isə müxtəlif əskinaslarla 24 manat kağız pullar aşkar edilmiş, üzərindən narkotik vasitəyə bənzər kütlə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş ümumilikdə 24 manat 80 qəpik pullar sayılaraq digər əşyalarla birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Ardınca həmin yerdə dayanmış və Təqsirləndirilən şəxs məxsus “Chevrolet Lacetti” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, avtomobildən narkotik vasitəyə bənzər kütlə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək əgər yaşadığı ünvanda narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra boz rəngli dəmir qapıdan iştirakçılarla həyətə daxil olmuşlar. Həyətə daxil olduqda sağ və sol tərəf dəmir hasarla əhatə olunmuş, qarşıda çardağında ot bağlamaları yığılmış tikili, həmin tikilidən sağ tərəfdə isə iki mərtəbəli fərdi yaşayış evi olmuşdur. İlk öncə qarşıda sağ tərəfdə olan fərdi yaşayış evinin sol tərəfindəki alçaq çardaqlı olan yerə yaxınlaşmış, Təqsirləndirilən şəxs onlara həmin yerin qaraj kimi istifadə olunduğunu bildirmişdir. Həmin yerdə avtomobilə aid və digər əşyalar olmuşdur. Həmin yerə baxış zamanı oradan narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Ardınca həyətə, həmin qarajın sol tərəfinə, çardağında ot bağlamaları olan tikilinin ətrafına baxış keçirilmiş, həyətdən heç nə aşkar edilməmişdir. Bundan sonra sağ tərəfdə olan iki mərtəbəli kürsülü fərdi yaşayış evinə yaxınlaşaraq həmin evin birinci mərtəbəsinin sol tərəfində dəmir qapısı olan yerə daxil olmuşlar. Həmin yerin zirzəmi kim istifadə olunduğu, girişdən sağ tərəfdə şiferdən düzəlmiş rəflərin üzərində, eləcə də yerdə müxtəlif əşyaların, yəni qazanlar, şüşə balonlar, butulkalar, plastik qablar və digər əşyaların yığıldığı müəyyən edilmişdir. Qeyd olunan zirzəmiyə baxış zamanı NMQ-nun əməliyyat müvəkkili Şahid2 tərəfindən girişdən sağ tərəfdə olan şifer örtüyündən olan yuxarı rəfin üzərindən əşyaların arasından 1 ədəd göy rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm Təqsirləndirilən şəxs təqdim olunaraq açılmış, içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlənin nə olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün orada saxladığını bildirmişdir. 1 ədəd kağız zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra aşkar edilmiş 1 ədəd sellofan bükümdəki yaşıl rəngli kütlə tərəfindən həmin kağız zərfdə qablaşdırılaraq zərfin üzəri möhürlənib götürülmüşdür. Bir daha Təqsirləndirilən şəxs həmin kütlənin nə və kimə məxsus olması ilə bağlı sual vermiş, sonuncu həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs nə vaxtdan narkotik vasitə qəbul etməsi ilə bağlı sual verildikdə, sonuncu “bir az var, bir-iki ay olar” deyərək cavab vermişdir. Daha sonra zirzəmidə baxış davam etdirilsə də oradan başqa narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra fərdi yaşayış evinin sağ tərəfində olan girişindən içəri daxil olaraq evin birinci mərtəbəsindəki otaqlara, hamam otağına baxış keçirilmiş, evin birinci mərtəbəsindəki otaqlarından, eləcə də asılqandan asılmış paltarlardan heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evin iki otaqdan ibarət olduğu və ikinci mərtəbəsində yaşayışın olmadığını bildirdiyinə görə ikinci mərtəbədə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin nazik olduğunu bildirərək asılqanda olan özünə məxsus açıq qəhvəyi rəngli digər gödəkcəni geyinmiş və iştirakçılarla birlikdə evdən çıxaraq evin arxa tərəfinə keçmişlər. Həmin yerə baxış zamanı narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmaması, videoçəkilişlə bağlı etirazının olub-olmaması ilə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir etirazının olmadığını bildirdikdən sonra baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmışdır. Bundan sonra iştirakçılarla birlikdə polis şöbəsinə gələrək Ceyhunun üstünün yoxlanılması, avtomobilinə və yaşadığı ünvana videoçəkilişlə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Qeydə alınmış videogörüntü 1 ədəd kompakt diskə köçürülərək kütlənin qablaşdırıldığı 1 ədəd kağız zərflə birlikdə materiala əlavə edilmiş və toplanmış material aidiyyəti üzrə İstintaq Bölməsinə təqdim olunmuşdur. Daha sonra müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilərək X7 İsmayılovun yaşadığı ünvandan aşkar edilmiş və 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş kütləyə videoçəkilişlə baxış keçirilmişdir. Baxışda o, məsul növbətçinin köməkçisi Qalib Rəhimov və Təqsirləndirilən şəxs iştirak etmişlər. Videoçəkilişi polis serjantı Qalib Rəhimov aparmışdır. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs baxışın mahiyəti, eləcə də hüquq və vəzifələri bir daha izah olunmuş, daha sonra həmin 1 ədəd kağız zərf Təqsirləndirilən şəxs təqdim olunmuş, zərfin tamlığı pozulmamışdır. Təqsirləndirilən şəxs həmin zərfin yaşadığı ünvandan aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfin olduğunu təsdiq etmiş, daha sonra zərf açılaraq içərisindəki kütlə göstərilərək elektron tərəzidə çəkilmişdir. Sellofan bükümlə birlikdə kütlənin çəkisi - 22,93 qram olmuşdur. Həmin kütlənin nə olması və kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, sonuncu həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu, özü istifadə etməsi üçün yaşadığı ünvanda saxladığını bildirmişdir. Sellofan bükümdəki kütlə olduğu zərfə qoyularaq başqa 1 ədəd kağız zərfdə qablaşdırılmış, həmin zərf də möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması ilə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Bununla da videoçəkiliş yekunlaşdırılmış protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan həmin kütlənin məhkəmə-bioloji ekspertizasının rəyi ilə qurudulmuş marixuana olmasının öz təsdiqini tapması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş qurudulmuş marixuanaları real olaraq haradan və ya kimdən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də bu günədək Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş qurudulmuş marixuanadan kiməsə verməsi, satması və kiminləsə bir yerdə istifadə etməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmiş, eləcə də bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, onun ümumiyyətlə narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yaşadığı ünvanda saxlamasından ailə üzvlərinin və başqa kimlərinsə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Ucar RPŞ-nin PPXB-nin komandiri Şahid3 ifadəsində göstərmişdir ki, Ucar rayonu, Alpout kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı 02 dekabr 2024-cü il tarixdə keçirlimiş əməliyyat-axtarış tədbirində, yəni onun saxlanılmasında və sənədləşdirilməsində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni üzərində, idarə etdiyi avtomobildə, eləcə də yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 məlumat daxil olmuş, həmin məlumatla bağlı NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun rəhbəri təyin olunmuşdur. Əməliyyat qrupunun digər üzvləri, yəni Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 və Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ilə həmin tarixdə, yəni 02 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində Ucar rayonu, Alpout kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə tək göy rəngli “Chevrolet Lacetti” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında dayanmışdır. Yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını, ona görə də videoçəkilişlə üstünün yoxlanılacağını, avtomobilinə, eləcə də yaşadığı ünvana baxışın keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Əvvəlcə Şahid1 tərəfindən Cinayət Prosessual Мəcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları Təqsirləndirilən şəxs izah olunmaqla sonuncuya bu barədə bildiriş təqdim olunmuşdur. Daha sonra tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmış, üstü yoxlanılmamışdan əvvəl sonuncuya üzərində narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki qara rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd təsbeh, 1 ədəd alışqan, şalvarının sağ yan cibindən açar və dırnaq tutan, 80 qəpik pullar, şalvarının sol arxa cibindən isə müxtəlif əskinaslarla 24 manat kağız pullar aşkar edilmiş, üzərindən narkotik vasitəyə bənzər kütlə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş ümumilikdə 24 manat 80 qəpik pullar sayılaraq digər əşyalarla birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Ardınca həmin yerdə dayanmış və Təqsirləndirilən şəxs məxsus “Chevrolet Lacetti” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, avtomobildən narkotik vasitəyə bənzər kütlə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca Şahid1 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək əgər yaşadığı ünvanda narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra boz rəngli dəmir qapıdan iştirakçılarla həyətə daxil olmuşlar. Həyətə daxil olduqda sağ və sol tərəf dəmir hasarla əhatə olunmuş, qarşıda çardağında ot bağlamaları yığılmış tikili, həmin tikilidən sağ tərəfdə isə iki mərtəbəli fərdi yaşayış evi olmuşdur. İlk öncə qarşıda sağ tərəfdə olan fərdi yaşayış evinin sol tərəfindəki alçaq çardaqlı olan yerə yaxınlaşmış, Təqsirləndirilən şəxs onlara həmin yerin qaraj kimi istifadə olunduğunu bildirmişdir. Həmin yerdə avtomobilə aid və digər əşyalar olmuşdur. Həmin yerə baxış zamanı oradan narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Ardınca həyətə, həmin qarajın sol tərəfinə, çardağında ot bağlamaları olan tikilinin ətrafına baxış keçirilmiş, həyətdən heç nə aşkar edilməmişdir. Bundan sonra sağ tərəfdə olan iki mərtəbəli kürsülü fərdi yaşayış evinə yaxınlaşaraq həmin evin birinci mərtəbəsinin sol tərəfində dəmir qapısı olan yerə daxil olmuşlar. Həmin yerin zirzəmi kim istifadə olunduğu, girişdən sağ tərəfdə şiferdən düzəlmiş rəflərin üzərində, eləcə də yerdə müxtəlif əşyaların, yəni qazanlar, şüşə balonlar, butulkalar, plastik qablar və digər əşyaların yığıldığı müəyyən edilmişdir. Qeyd olunan zirzəmiyə baxış zamanı NMQ-nun əməliyyat müvəkkili Şahid2 tərəfindən girişdən sağ tərəfdə olan şifer örtüyündən olan yuxarı rəfin üzərindən əşyaların arasından 1 ədəd göy rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm Təqsirləndirilən şəxs təqdim olunaraq açılmış, içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlənin nə olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün orada saxladığını bildirmişdir. 1 ədəd kağız zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra aşkar edilmiş 1 ədəd sellofan bükümdəki yaşıl rəngli kütlə Şahid1 tərəfindən həmin kağız zərfdə qablaşdırılaraq zərfin üzəri möhürlənib götürülmüşdür. Bir daha Təqsirləndirilən şəxs həmin kütlənin nə və kimə məxsus olması ilə bağlı sual vermiş, sonuncu həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs nə vaxtdan narkotik vasitə qəbul etməsi ilə bağlı sual verildikdə, sonuncu “bir az var, bir-iki ay olar” deyərək cavab vermişdir. Daha sonra zirzəmidə baxış davam etdirilsə də oradan başqa narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra fərdi yaşayış evinin sağ tərəfində olan girişindən içəri daxil olaraq evin birinci mərtəbəsindəki otaqlara, hamam otağına baxış keçirilmiş, evin birinci mərtəbəsindəki otaqlarından, eləcə də asılqandan asılmış paltarlardan heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evin iki otaqdan ibarət olduğu və ikinci mərtəbəsində yaşayışın olmadığını bildirdiyinə görə ikinci mərtəbədə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin nazik olduğunu bildirərək asılqanda olan özünə məxsus açıq qəhvəyi rəngli digər gödəkcəni geyinmiş və iştirakçılarla birlikdə evdən çıxaraq evin arxa tərəfinə keçmişlər. Həmin yerə baxış zamanı narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmaması, videoçəkilişlə bağlı etirazının olubolmaması ilə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir etirazının olmadığını bildirdikdən sonra baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmışdır. Bundan sonra iştirakçılarla birlikdə polis şöbəsinə gələrək Ceyhunun üstünün yoxlanılması, avtomobilinə və yaşadığı ünvana videoçəkilişlə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, o, xidməti zərurətlə əlaqədar polis şöbəsindən uzaqlaşmış, ona görə də X7 İsmayılovun yaşadığı ünvandan aşkar edilmiş kütləyə keçirilmiş baxışda iştirak etməmişdir. Məhkəməyədək istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X2 ifadəsində göstərmişdir ki, Ucar rayonu, Alpout kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı 02 dekabr 2024-cü il tarixdə keçirlimiş əməliyyat-axtarış tədbirində, yəni onun saxlanılmasında və sənədləşdirilməsində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni üzərində, idarə etdiyi avtomobildə, eləcə də yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 məlumat daxil olmuş, həmin məlumatla bağlı NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun rəhbəri təyin olunmuşdur. Əməliyyat qrupunun digər üzvləri, yəni Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 və Ucar RPŞ-nin PPXB-nin komandiri Şahid3 ilə həmin tarixdə, yəni 02 dekabr 2024-cü il tarixdə, saat 16 radələrində Ucar rayonu, Alpout kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə tək göy rəngli “Chevrolet Lacetti” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında dayanmışdır. Yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını, ona görə də videoçəkilişlə üstünün yoxlanılacağını, avtomobilinə, eləcə də yaşadığı ünvana baxışın keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Əvvəlcə Şahid1 tərəfindən Cinayət Prosessual Мəcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları Təqsirləndirilən şəxs izah olunmaqla sonuncuya bu barədə bildiriş təqdim olunmuşdur. Daha sonra PPXBnin komandiri Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlanılmış, üstü yoxlanılmamışdan əvvəl sonuncuya üzərində narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki qara rəngli uzunqol gödəkcəsinin sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd təsbeh, 1 ədəd alışqan, şalvarının sağ yan cibindən açar və dırnaq tutan, 80 qəpik pullar, şalvarının sol arxa cibindən isə müxtəlif əskinaslarla 24 manat kağız pullar aşkar edilmiş, üzərindən narkotik vasitəyə bənzər kütlə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş ümumilikdə 24 manat 80 qəpik pullar sayılaraq digər əşyalarla birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Ardınca həmin yerdə dayanmış və Təqsirləndirilən şəxs məxsus “Chevrolet Lacetti” markalı, **-GO- *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, avtomobildən narkotik vasitəyə bənzər kütlə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca Şahid1 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilərək əgər yaşadığı ünvanda narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra boz rəngli dəmir qapıdan iştirakçılarla həyətə daxil olmuşlar. Həyətə daxil olduqda sağ və sol tərəf dəmir hasarla əhatə olunmuş, qarşıda çardağında ot bağlamaları yığılmış tikili, həmin tikilidən sağ tərəfdə isə iki mərtəbəli fərdi yaşayış evi olmuşdur. İlk öncə qarşıda sağ tərəfdə olan fərdi yaşayış evinin sol tərəfindəki alçaq çardaqlı olan yerə yaxınlaşmış, Təqsirləndirilən şəxs onlara həmin yerin qaraj kimi istifadə olunduğunu bildirmişdir. Həmin yerdə avtomobilə aid və digər əşyalar olmuşdur. Həmin yerə baxış zamanı oradan narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Ardınca həyətə, həmin qarajın sol tərəfinə, çardağında ot bağlamaları olan tikilinin ətrafına baxış keçirilmiş, həyətdən heç nə aşkar edilməmişdir. Bundan sonra sağ tərəfdə olan iki mərtəbəli kürsülü fərdi yaşayış evinə yaxınlaşaraq həmin evin birinci mərtəbəsinin sol tərəfində dəmir qapısı olan yerə daxil olmuşlar. Həmin yerin zirzəmi kim istifadə olunduğu, girişdən sağ tərəfdə şiferdən düzəlmiş rəflərin üzərində, eləcə də yerdə müxtəlif əşyaların, yəni qazanlar, şüşə balonlar, butulkalar, plastik qablar və digər əşyaların yığıldığı müəyyən edilmişdir. Qeyd olunan zirzəmiyə baxış zamanı NMQ-nun əməliyyat müvəkkili Şahid2 tərəfindən girişdən sağ tərəfdə olan şifer örtüyündən olan yuxarı rəfin üzərindən əşyaların arasından 1 ədəd göy rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm Təqsirləndirilən şəxs təqdim olunaraq açılmış, içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən edilmişdir. Həmin kütlənin nə olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, Təqsirləndirilən şəxs həmin kütlənin qurudulmuş marixuana olduğunu və şəxsi istifadəsi üçün orada saxladığını bildirmişdir. 1 ədəd kağız zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra aşkar edilmiş 1 ədəd sellofan bükümdəki yaşıl rəngli kütlə Şahid1 tərəfindən həmin kağız zərfdə qablaşdırılaraq zərfin üzəri möhürlənib götürülmüşdür. Bir daha Təqsirləndirilən şəxs həmin kütlənin nə və kimə məxsus olması ilə bağlı sual vermiş, sonuncu həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs nə vaxtdan narkotik vasitə qəbul etməsi ilə bağlı sual verildikdə, sonuncu “bir az var, bir-iki ay olar” deyərək cavab vermişdir. Daha sonra zirzəmidə baxış davam etdirilsə də oradan başqa narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra fərdi yaşayış evinin sağ tərəfində olan girişindən içəri daxil olaraq evin birinci mərtəbəsindəki otaqlara, hamam otağına baxış keçirilmiş, evin birinci mərtəbəsindəki otaqlarından, eləcə də asılqandan asılmış paltarlardan heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evin iki otaqdan ibarət olduğu və ikinci mərtəbəsində yaşayışın olmadığını bildirdiyinə görə ikinci mərtəbədə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin nazik olduğunu bildirərək asılqanda olan özünə məxsus açıq qəhvəyi rəngli digər gödəkcəni geyinmiş və iştirakçılarla birlikdə evdən çıxaraq evin arxa tərəfinə keçmişlər. Həmin yerə baxış zamanı narkotik vasitəyə bənzər kütlə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmaması, videoçəkilişlə bağlı etirazının olubolmaması ilə bağlı sual verilmiş, Təqsirləndirilən şəxs heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir etirazının olmadığını bildirdikdən sonra baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmışdır. Bundan sonra iştirakçılarla birlikdə polis şöbəsinə gələrək Ceyhunun üstünün yoxlanılması, avtomobilinə və yaşadığı ünvana videoçəkilişlə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, o, xidməti zərurətlə əlaqədar polis şöbəsindən uzaqlaşmış, ona görə də X7 İsmayılovun yaşadığı ünvandan aşkar edilmiş kütləyə keçirilmiş baxışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-41-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 03 dekabr 2024-cü il tarixli, 17/895 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki digər 01(bir) ədəd zərfin içərisində olan 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 10,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 10,83 qram qalıq qalmışdır. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 138-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli, 267 nömrəli rəydən görünür ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2024-cü il tarixli, 404 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 03 dekabr 2024cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 10-11-ci və 13-14-cü vərəqələrində olan 02 dekabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, nəqliyyat vasitəsinə və yaşadığı evə baxış keçirilməsinə dair və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış zamanı girişdən sağ tərəfdə şiferdən düzəlmiş yuxarı rəfin üzərindən əşyaların arasından 1 ədəd göy rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm açıldıqda içərisində marixuanaya bənzər yaşıl rəngli kütlənin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus “Chevrolet Lacetti” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxış, eləcə də üzərinə keçirilmiş şəxsi axtarış zamanı hər hansı qanunla qadağan olunmuş kütlə və predmet aşkar edilməmişdir. Baxış və götürmə hərəkətləri zamanı “Sony” və “Panasonic” markalı videokameralardan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan 02 dekabr 2024-cü il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 31-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-ci vərəqəsində olan 04 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:40-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-93-cü, 103-cü və 140-151-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 05 və 15 dekabr 2024-cü il tarixli maddi sübut kimi tanınma, eləcə də 20 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ilə bir ünvanda yaşayan arvadı X1 və digər ailə üzvlərinin əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükümdə olan ümumilikdə 10,88 qram çəkidə qurudulmuş marixuananın 0,05 qram çəkidə olan hissəsinin tədqiqata sərf edilməsi nəzərə alınmış, qalan 10,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd kağız paketdə qablaşdırılıb «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 X6 № 2» mətninə malik ştampla ştamplanmış vəziyyətdə 05 dekabr 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, 04 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Ələkbər oğlunun üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və yaşadığı ünvana baxış keçirilməsini əks etdirən video görüntünün köçürüldüyü 1 ədəd kompakt diskin 15 dekabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs Ələkbər oğlunun yaşadığı ünvanda aşkar olunaraq götürülmüş ümumi təmiz çəkiləri – 10,88 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuanaları əldə etdiyi vaxt və mənbə istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul olunmuş, cinayət işinin materiallarına uyğun obyektiv rəylər olduğundan məhkəmə-bioloji ekspertizası üzrə məhkəmə-bioloji ekspertizasının 03 dekabr 2024-cü il tarixli, 17/895 nömrəli, məhkəmətibbi ekspertizası üzrə 04 dekabr 2024-cü il tarixli 404 nömrəli və məhkəmə-narkoloji ekspertizası üzrə 20 fevral 2025-ci il tarixli, 267 nömrəli ekspertiza rəyləri, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına, nəqliyyat vasitəsinə və yaşadığı evə baxışın keçirilməsinə dair protokol, həmin protokola əlavə edilmiş videogörüntünü əks etdirən 1 ədəd kompakt disk, həmin diskə baxışın keçirilməsi barədə protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 123-124-cü səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 08 oktyabr 2013-cü il təvəllüdlü Fərid və 02 iyun 2020-ci il təvəllüdlü İsmayıl adlı uşaqları vardır (himayəsində iki azyaşlı uşaqlarının olması, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan da görünür). Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 azyaşlı övladlarının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il saat 19:50-dən 04 dekabr 2024-cü il saat 14:40-a kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən götürülmüş qalıq 10,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının, nəqliyyat vasitəsinin və yaşadığı evə baxışın keçirilməsinin görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən götürülmüş qalıq 10,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının, nəqliyyat vasitəsinin və yaşadığı evə baxışın keçirilməsinin görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar