Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-33/2025 02.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 02 aprel 2025-ci il tarixdə Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1989-cu il tarixdə Ucar rayonu, Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə saat 16 radələrində Ucar rayonu, Gəraybəyli kəndi ərazisində olan zaman atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir neçə dəfə yumruq ilə Zərərçəkmiş şəxs üzündən və baş nahiyyəsindən vurmaqla sonuncuya sol qaşın bayır bucağının ənsə nahiyyəsinin əzilmiş yarası, sol göz ətrafı nahiyyənin qançırları xəsarəti ilə müşaiyət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat material Ucar Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş və sadə yazılı şəkildə ərizələr ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirməklə iclasların onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, sonuncuya dəymiş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmadığını bildirərək işin məhkəmə baxışına verilmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini xahiş etdi (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Məhkəmə hazırlıq iclasında iştirak edən müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi da öz növbəsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, sonuncuya dəymiş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı tələb və şikayətinin olmadığını bildirərək işin məhkəmə baxışına verilmədən məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmalarını və işin məhkəmə baxışına verilmədən icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-ci maddəsində göstərilir ki, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-ci maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.7-ci maddələrinə görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış və iş materiallarına əlavə edilən 05 mart 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş və sadə yazılı şəkildə ərizələrdən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirməklə iclasların onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən 02 aprel 2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, təqsirləndirilən şəxsi və dövlət ittihamçısını dinləyib, zərərçəkmiş şəxsin notarial qaydada təsdiq edilmiş və sadə yazılı ərizələrini nəzərə alıb, iş materiallarını ilkin araşdırıb, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin məhkəmə hazırlıq iclasında barışmalarını, dəyən ziyanın tam şəkildə ödənilməsini, həm zərərçəkmiş şəxsin, həm də təqsirləndirilən şəxsin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilməsinə və işin məhkəmə baxışına təyin edilməsinə lüzum yoxdur və məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsаslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəсini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata xitam verilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-33/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-33/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver