Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-35/2024 24.04.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 23 avqust 2008-ci ildə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 08 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli оlaraq talamaq məqsədi ilə Ucar rayonu, Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi sayılan evin həyətinə hasardan aşma yolu ilə keçərək pəncərdən yataq otağına qanunsuz daxil olub çarpayının üzərindəki saxlanc yeri sayılan əl çantasını açaraq içərisindən 2000 manat pulu və "xxxx" ASC-nin Ucar rayon filialı tərəfindən verilmiş və yenisi ilə əvəzlənərkən 15 manat dəyərində qiymətləndirilmiş 5239 1517 4813 5491 nömrəli, 348 kodlu, 2026-cı ilin sentyabr ayınadək etibarlı olan “Birbank Cashback” plastik kartı götürüb aparmaqla sonuncuya ümumilikdə 2015 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu Qazyan kəndində yaşayır, kənd orta məktəbinin 9-cu sinifi bitirdikdən sonra təhsilini davam etdirməmiş, atası Qanuni nümayəndə anası ilə boşandıqdan sonra anası Bakı şəhərində, o isə atası ilə qalmışdır. Zərərçəkmiş şəxs Ucar rayonu, Qazyan kəndində onlarla qonşuluqda yaşamış və qonşu kimi münasibəti yaxşı olmuşdur. Qərənfil ailə üzvləri ilə son zamanlar Bakı şəhərinə köçüb orada yaşamış, ayda 2-3 dəfə Qazyan kəndindəki evinə baş çəkməyə gəlmişdir. O, heç bir yerdə işləmədiyindən Bakı şəhərinə iş axtarmağa getsə də, iş tapa bilməyib yenidən kəndə qayıtmışdır. 08 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində Qərənfilin qaynanası Minayə ilə evlərindən çıxaraq küçə qapılarını açarla bağladıqlarını və harasa getmələrini gördüyü üçün bundan istifadə edib oğurluq etmək məqsədi ilə həyəti əhatə edən daş hasarın darvaza olan hissəsindən hasardan aşma yolu ilə həyətə keçmişdir. O, evin dəmir giriş qapısının olduğu yerin sağ tərəfindən eyvana çıxmaqla evə daxil olmaq üçün ayağının altına 2 ədəd daş qoyub oradan eyvana çıxıb pilləkənin sol tərəfində olan pəncərinin pərdəsini əli ilə aralayaraq otağa daxil olmuşdur. Orada, uşaq çarpayısının üzərində qadın əl çantasının içərisindən müxtəlif əskinazdan ibarət cəmi 2000 manat pulu və "xxxx" ASCdən verilmiş 1 ədəd “Birbank” plastik kartı götürüb evi tərk etmiş, həmin gün tanımadığı taksi ilə Göyçay şəhərinə gedərək oradan da Bakı şəhərinə getmişdir. Mobil telefonu olmadığından heç kimlə əlaqə saxlamamışdır. Bakı şəhərində Zərərçəkmiş şəxs evindən oğurladığı pulu yadında qalmayan müxtəlif yerlərdə xərcləsə də, “Birbank” kartından pul çıxarmaq üçün istifadə etməyərək buna cəhd də göstərməmişdir. 13 oktyabr 2023-cü il tarixdə, Ucar rayonu, Qazyan kəndinə qayıdanda atası Ramin Qərənfilin evindən pul oğurlamasını soruşanda oğurluqdan əvvəl Qərənfil və Minayə tərəfindən küçədə görülməsini bilib artıq oğurluq etməsinin üstünün açıldığını başa düşdüyündən əməlini etiraf edərək oğurladığı puldan 800 manat qaldığı üçün həmin məbləği atasına vermişdir. Atası isə pulun üzərinə əlavə edib Qərənfilin pulunu özünə qaytarmışdır. Məhkəmədən törətdiyi əməldən peşman olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını, cinayət nəticəsində dəymiş zərərin tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb ona tərbiyə xarakterli məcburi tədbirlər tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ucar rayonu Qazyan kənd sakini olsa da, hazırda ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 06 oktyabr 2023-cü il tarixdə qaynanası Şahid ilə birlikdə kənddə olan yas mərasimində iştirak etmək məqsədi ilə Bakı şəhərindən Ucar rayonu, Qazyan kəndində yerləşən evlərinə gəlmişdir. 08 oktyabr 2023-cü il tarixdə, saat 11 radələrində Şahid ilə yas mərasiminə gedərəkən həyət darvazasını bağlayıb küçəyə çıxanda qonşusu, əvvəllər heç bir ədavəti olmadığı Raminin oğlu Əlövsəti küçədə görmüşdür. Həmin gün, saat 16 radələrində yas mərasimindən evə qayıdanda otaqda olan uşaq çarpayısının üzərinə kiçik əl çantasında qoyduğu 1100 manatın, "xxxx" ASC-nin Ucar rayon filialından kredit götürdüyü və ümumilikdə 2000 manat pulun, eyni zamanda kredit götürərkən həmin bankdan verilən “Birbank Cashback” 5239 1517 4813 5491 nömrəli, 348 kodlu, 2026-cı ilin sentyabr ayınadək etibarlı olan plastik kartının oğurlanmasını görüb bu barədə Şahid bildirmişdir. Buna görə də Şahid 102 xidmətinə hadisə barədə məlumat verdiyi üçün Ucar Rayon Polis Şöbəsinin əməkdaşları evlərinə gələrək əl-barmaq izi götürüb hadisə yerinə baxış keçirib izahat alanda o, yaşadığı evdən oğurluğu qonşusu Təqsirləndirilən şəxs etməsindən şübhələndiyini deyib izahatında qeyd etmişdir. Bundan sonra Əlövsətin yaşadığı ünvana gedərək atası Raminə Əlövsətin evindən pulunun və kartının oğurlamasını demiş, Ramin də Əlövsət tərəfindən oğurlanan 2000 manatı ödəmişdir. “Birbank” kartı oğurlansa da, həmin kartda hadisə zamanı heç bir məbləğdə pul olmamış, yəni kartdan oğurluq edilməməklə buna cəhd də edilməmiş, dəymiş ziyan ödənildiyi üçün şikayət və tələbinin olmaması ilə bağlı Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan tamamilə ödənilmişdir, odur ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid da zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verdi. Cinayət işində olan məhkəmə daktiloskopik ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 23/764R nömrəli ekspert rəyindən görünür ki, 08 oktyabr 2023-cü il tarixdə Ucar rayonu, Qazyan kəndində vət.Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadis yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 11 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 15 ədəd ovuc və 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 15 ədəd ovuc və 02 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri arasında eynilik müəyyən edilməmişdir. İşdə olan "xxxx" ASC-nin Ucar filialının 23 fevral 2024-cü il tarixli, 33 nömrəli məktubuna əlavə edilmiş ödəniş kartları üzrə xidmət tariflərindən görünür ki, “Birbank Cashback” debet kartı (növbəti dəfə) verilərkən müştəri 15 manat xidmət haqqı ödəyir. Cinayət işində olan şəxsi məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2008-ci ildə doğulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan “Ucar Rayon Mərkəzi Xəstəxanası” X10 01 fevral 2024-cü il tarixli, 18-1-77/2-49/2024 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Qazyan kənd sakini, 23 avqust 2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ucar Rayon Mərkəzi Xəstəxanası” X8 poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(063)-362/2020 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Qanuni nümayəndə qarşı nikahın pozulması və aliment tələbi barədə iddiası qismən təmin edilmiş, iddiaçı X4 ilə cavabdeh Qanuni nümayəndə arasında bağlanmış və 17 oktyabr 2007-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kəndi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 03 avqust 2011-ci ildə doğulmuş X3 iddiaçı X2 yanında və 23 avqust 2008-ci ildə doğulmuş Təqsirləndirilən şəxs cavabdeh Qanuni nümayəndə yanında qalmaları qət edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, ekspert rəyini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində məhkəmə baxışı zamanı məhkəmə iclasında sədrlik edən bu Məcəllənin 429-434-cü maddələrinin tələblərinin təmin olunmasını müəyyən etməlidir. Həmin Məcəllənin 435.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cinayət işinin məhkəmə baxışında yetkinlik yaşına çatmayan şəxsin valideynləri və ya digər qanuni nümayəndələri iştirak etmək hüququna malikdirlər. Yetkinlik yaşına çatmayan şəxsin mənafeyi naminə məhkəmə özünün əsaslandırılmış qərarı ilə həmin şəxslərin məhkəmə baxışında iştirakını tələb edə və ya yetkinlik yaşına çatmayan şəxsin mənafeləri üçün zəruri olduğunu güman etməyə əsaslar olduqda, valideynlərin və ya digər qanuni nümayəndələrin iştirakından imtina edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 88.2, 88.2.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək kimi tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 18-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah və tərbiyə olunmasını mümkün hesab edərsə həmin şəxsləri cinayət məsuliyyətindən azad edə bilər. Yetkinlik yaşına çatmayan şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun cinayət məsuliyyətindən azad olunması məsələsinin həlli zamanı nəzərə alınmalıdır ki, belə şəxsin barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiqinin mümkünlüyü nəticəsinə gəlmiş məhkəmə bu əsasla cinayət işinin icraatına həm məhkəmə hazırlıq iclasında, həm də məhkəmə baxışının nəticəsi olaraq xitam verə bilər. Sadalanan qanunvericilik aktlarını əsas götürən məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cəza təyin edilmədən onun islah və tərbiyə olunmasını mümkün hesab edir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1 və 88.2.2-ci maddələri tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və valideynin-atasının nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbirin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd 5239 1517 4813 5491 nömrəli “Birbank Cashback” plastik kartı Zərərçəkmiş şəxs qaytarılmalı, iş üzrə maddi sübut kimi 1 (bir) ədəd zərfdə olan əl-barmaq və ovuc izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 81 (səksən bir) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.2.2-ci maddəsinə əsasən valideynin-atasının nəzarətinə vermək növündə tərbiyəvi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd 5239 1517 4813 5491 nömrəli “Birbank Cashback” plastik kartı Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi 1 (bir) ədəd zərfdə olan əl-barmaq və ovuc izləri cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 81 (səksən bir) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rаyоn Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-35/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-35/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver