Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-35/2025 02.04.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2000-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar şəhəri, Mirzə İbrahimov küçəsi, ev 24-də qeydiyyatda olan və Ucar şəhəri, Məhəmməd ünvan 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 23,14 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində, yəni sağ ayağında olan corabın içərisində daşıyaraq saxlamış, 13 yanvar 2025-ci il tarixdə, saat 20:45 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən Ucar şəhər mədəniyyət evinin arxa tərəfində piyada hərəkətdə olarkən saxlanılıb üstünün yoxlanılması zamanı sağ ayağında olan corabın içərisində saxladığı 01 ədəd kağız bükümdə, təmiz çəkisi-23,14 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da valideynləri ilə birlikdə Ucar şəhəri, Məhəmməd ünvan 2 ünvanında yaşayır. Tutulmamışdan əvvəl narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Tutulmamışdan 2-3 gün əvvəl axşam saatlarında balıq tutmaq üçün piyada Ucar rayonu, Qarabörk kəndinə gedərkən həmin kənd ərazisində, dəqiq xatırlamadığı yerdə bir ədəd ağ rəngli kağız büküm olduğunu görmüşdür. Yerdə olan kağız büküm onun diqqətini çəkmiş və yaxınlaşıb həmin kağız bükümü əlinə götürüb açanda içərisində başqa bir kağız büküm olduğunu, həmin kağız bükümü açdıqda isə içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitədən istifadə etdiyi üçün qurudulmuş marixuananı tanımışdır. O, tapdığı qurudulmuş marixuananı atmamış və üzərində saxlayaraq özü ilə yaşadığı evə gətirmişdir. Sonrakı günlərdə tapdığı qurudulmuş marixuananı başqa yerə qoymayaraq üzərində saxlamışdır ki, həm valideynləri görməsin, həm də sonradan özü istifadə edə bilsin. Çünki, valideynlərinin onun narkotik vasitə istifadə etməsindən məlumatları olmamışdır. 13 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində evdən çıxarkən kağız bükümdə tapdığı qurudulmuş marixuananı sağ ayağında olan corabın içərisinə qoymuş, sonra isə evdən çıxıb piyada Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar şəhər mədəniyyət evinin arxa tərəfinə gəlmişdir. 13 yanvar 2025-ci il tarixdə, saat 20:45 radələrində piyada Ucar şəhəri, H.Əliyev prospektində yerləşən mədəniyyət evinin arxa tərəfindən keçib gedərkən ona mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim etdikdən sonra ondan harada yaşadığını soruşmuşlar. O, yaşadığı evin nömrəsini və yerləşdiyi küçəni dəqiq bilmədiyi üçün səhvən özünün Ucar şəhəri, M.Ə.Sabir küçəsi, 36 nömrəli evdə yaşadığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşlarından biri ona narkotik vasitə əldə edib daşıması ilə bağlı məlumat daxil olduğunu, 13 yanvar 2025-ci il tarixdə, saat 20:45-də Ucar şəhər mədəniyyət evinin arxa tərəfində saxlanıldığını və videoçəkilişlə üstünün yoxlanılacağını bildirərək digər polis əməkdaşlarını ona təqdim etdikdən sonra narkotik vasitə qəbul edibetmədiyini soruşmuş, o, etiraf edərək «nəşə», yəni narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Sözlərindən sonra həmin polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif edərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, o, üzərində marixuana olduğunu, tapdığını, öz istifadəsi üçün saxladığını, zəif təsirli olduğu üçün siqaret əvəzi çəkdiyini bildirmişdir. Çünki o, bilmişdir ki, üzərində saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etməsə polis əməkdaşları tərəfindən üstü yoxlanılacaq və sağ ayağında olan corabın içərisində gizlədib saxladığı kağız bükümdəki qurudulmuş marixuana aşkar olunacaqdır. Ona görə də əyilib əynində olan şalvarın sağ balağını yuxarı qaldırmış və sağ ayağında olan qara rəngli corabın içərisində gizlədib saxladığı ağ rəngli kağız bükümü çıxarıb polis əməkdaşına təqdim elmişdir. Polis əməkdaşı onun təqdim etdiyi kağız bükümü açanda içərisində başqa bir ədəd kağız büküm, həmin kağız bükümü açdıqda isə içərisində olan qurudulmuş marixuananı görmüş, kağız bükümdə olan qurudulmuş marixuananın ekspertizaya göndəriləcəyini bildirərək çantasından götürdüyü zərfin üzərinə kağız bükümdə olan qurudulmuş marixuananın ondan götürüldüyünü yazmış, onun və digər polis əməkdaşlarının soyadlarını qeyd etdikdən sonra kağız bükümdə təqdim etdiyi qurudulmuş marixuananı elektron tərəzinin üzərinə qoyub çəkmiş və qurudulmuş marixuananın kağızla birlikdə çəkisinin 29 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin polis əməkdaşı onun kağız bükümdə təqdim etdiyi qurudulmuş marixuananı onun və üstünün yoxlanılmasında iştirak edən digər polis əməkdaşlarının iştirakı ilə üzərinə soyadlarının yazıldığı ağ rəngli kağız zərfin içərisinə qoyub qablaşdırmış, o və digər polis əməkdaşları zərfin üstünə imza etdikdən sonra isə zərf möhürlənərək götürülmüşdür. Sonra ondan üzərində əlavə qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığı soruşulmuş, o, üzərində başqa qadağan olunmuş əşya olmadığını bildirdikdə üstünün yoxlanılmasında iştirak edən digər polis əməkdaşı tərəfindən üstü yoxlanılmış və əynində olan gödəkçənin sağ yan cibində 03 ədəd siqaret dənəsi, 01 ədəd alışqan, şalvarının sağ yan cibindən isə 01 ədəd bank kartı və 01 ədəd 5 manatlıq əskinas aşkar olunmuşdur. Üzərindən aşkar olunmuş 03 ədəd siqaret dənəsi, 01 ədəd alışqan, 01 ədəd bank kartı və 01 ədəd 5 manatlıq əskinas sübut əhəmiyyəti kəsb etmədiyi bildirilərək götürülməyib özünə qaytarılmışdır. Polis əməkdaşı bir daha ondan üzərində aşkar olunmuş qurudulmuş marixuananın ona məxsus olduğunu, nə məqsədlə üzərində gəzdirdiyini, nə vaxt, haradan əldə eldiyini soruşmuş, o, yenə də bildirmişdir ki, üzərində aşkar olunmuş kağız bükümdəki qurudulmuş marixuana özünə məxsusdur, zəif təsirli olduğu üçün siqaret əvəzi çəkmiş, tutulmamışdan 2-3 gün əvvəl balığa gedərkən yol qırağından tapmış və özünün istifadə etməsi üçün saxlamışdır. Bundan sonra üstünün yoxlanılmasında iştirak edən polis əməkdaşı şübhəli şəxsin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair yazılı bildirişə ona imza etdirmiş və həmin bildirişi onun özünə vermişdir. Sonra ondan saxlanılarkən hansısa bir zorakılığa məruz qalıb-qalmadığı, nədənsə narazı olub-olmadığı, yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuş, o, da polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir zorakılıq tətbiq edilmədiyini və yaşadığı evdə narkotik vasitə saxlamadığını bildirmişdir. Üstünün yoxlanılmasının görüntüləri polis əməkdaşları tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və videoçəkiliş başa çatdırılıb dayandırıldıqdan sonra onlar həmin gün, yəni 13 yanvar 2025-ci il tarixdə, saat 21:15 radələrində onun yaşadığı Ucar şəhəri, Məhəmməd ünvan 3 ünvana və həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək bir daha özlərini ona təqdim etmiş və ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını, yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmadığını soruşmuş, o, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını və yaşadığı evdə qanunla qadağan olunmuş əşya saxlamadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı evin həyətinə daxil olub əvvəlcə həyətdə olan sanitar qovşağına, hamama, evin həyətinə, daha sonra isə mətbəxə və otaqlara baxış keçirmişlər. Baxış zamanı yaşadığı evdə narkotik vasitə və başqa qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Yaşadığı Ucar şəhəri, Məhəmməd Füzuli küçəsi, 34 saylı evə baxış keçirilməsinin görüntüləri də polis əməkdaşları tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və videoçəkiliş başa çatdırılıb dayandırıldıqdan sonra polis əməkdaşları sənədləşmə aparılmasından ötrü onu Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Ucar Rayon Polis Şöbəsinə gəlmiş və polis şöbəsində üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokol yazılmış, o, protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokolların hər bir səhifəsinə imza etmişdir. Sonra barəsində toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsinə həvalə olunmuş, həmin gün Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində, üzərində aşkar edilib 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya müstəntiq tərəfindən videoçəkilişdən istifadə olunmaqla onun və üstündə aşkar olunmuş qurudulmuş marixuananı zərfdə qablaşdıraraq möhürləyib götürmüş polis əməkdaşının iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl üzərində aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı zərf ona göstərilmiş, o, zərfin tamlığının pozulmadığına əmin olduqdan sonra müstəntiq tərəfindən zərf açılmış və içərisində olan kağız bükümdəki qurudulmuş marixuana çıxarılıb ona məxsus olması soruşulmuş, o, bir daha etiraf edərək bildirmişdir ki, zərfdə qablaşdırılmış bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, tapmışdır, özünə məxsusdur, onun üzərində aşkar olunmuşdur və istifadə etməsi üçün üzərində saxlamışdır. Bundan sonra üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana müstəntiq tərəfindən yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Sonra hüquqlarının müdafiəsi məqsədi ilə seçdiyi vəkil dəvət olunmuş və o, vəkilin iştirakı ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra isə müdafiəçisinin iştirakı ilə izahat verərək göstərmişdir ki, üzərində aşkar olunmuş kağız bükümdəki bitki kütləsi qurudulmuş marixuananı tapmış və sonradan özü istifadə etməsi üçün üzərində saxlamışdır. Üzərində aşkar olunmuş qurudulmuş marixuana onun özünə məxsus olmuş, həmin qurudulmuş marixuananı tapmış və gələcəkdə istifadə etməsi üçün üzərində saxlamışdır. O, özü heç kimdən narkotik vasitə almamış və heç kimə narkotik vasitə salmamışdır. Məhkəmədən əməlini etiraf etməsini, təqsirini boynuna alaraq əməlindən peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini nəzərə alıb ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ucar şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Ucar Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Ucar şəhəri, Məhəmməd ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 13 yanvar 2025-ci il tarixdə onun tərəfindən raportla şöbə rəisinə məruzə olunub Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış, bundan sonra isə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyala keçirilməsi haqqında qərar qəbul edilb şöbə rəisi tərəfindən təsdiq olunmuş və şöbə rəisinin əmri ilə onun, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 və CAB-ın əməliyyat müvəkkili X2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 13 yanvar 2025-ci il tarixdə, saat 20:45 radələrində Təqsirləndirilən şəxs Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Ucar şəhər mədəniyyət evinin arxa tərəfində, piyada hərəkətdə olduğunu müəyyənləşdirib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduğunu, Ucar şəhər mədəniyyət evinin arxa tərəfində saxlanıldığını və üstünün yoxlanılacağını bildirərək digər iştirakçılar olan Ucar Rayon Polis Şöbəsinin CAB-n əməliyyat müvəkkili X3 və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntülərini «SONY» markalı videokamera vasitəsi ilə qeydə alan əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona narkotik vasitə qəbulu və saxlanılmasında şübhəli olduğunu bildirərək narkotik vasitə qəbul edib-etmədiyin soruşmuş, Təqsirləndirilən şəxs da «nəşə», yəni narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif edərək üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs üzərində marixuana olduğunu, tapdığını, öz istifadəsi üçün saxladığını, zəif təsirli olduğu üçün siqaret əvəzi çəkdiyini bildirərək əyilib əynində olan şalvarın balağını bir qədər yuxarı qaldırdıqdan sonra sağ ayağında olan qara rəngli corabın içərisindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb ona təqdim elmişdir. Təqsirləndirilən şəxs təqdim eldiyi kağız bükümü açanda içərisində başqa bir ədəd kağız büküm, digər kağız bükümü açdıqda isə içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki kütləsinin olduğu görmüş, həmin kağız bükümdə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin ekspertizaya göndəriləcəyini bildirərək çantasından götürdüyü zərfin üzərinə bitki kütləsinin Təqsirləndirilən şəxs götürüldüyünü yazmış, iştirakçıların soyadlarını qeyd eldikdən sonra kağız bükümdə olan bitki kütləsini elektron tərəzinin üzərinə qoyub çəkmiş və həmin bitki kütləsinin kağızla birlikdə çəkisinin 29 qram olması müəyyən edilmişdir. Bundan sonra kağız bükümdə olan bitki kütləsini Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə ağ rəngli kağız zərfə qoyub qablaşdırmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üstünə imza etdikdən sonra isə zərfi Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürləyərək götürmüşdür. Sonra üzərində əlavə qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs üzərində başqa qadağan olunmuş əşya olmadığını bildirdikdə əməliyyat müvəkkili Zamin Xəlilzadə tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış və onun əynində olan gödəkçənin sağ yan cibində 03 ədəd siqaret dənəsi, 01 ədəd alışqan, şalvarının sağ yan cibindən isə 01 ədəd bank kartı və 01 ədəd 5 manatlıq əskinas aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 03 ədəd siqaret dənəsi, 01 ədəd alışqan, 01 ədəd bank kartı və 01 ədəd 5 manatlıq əskinas iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. O, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş yaşıl rəngli bitki kütləsinin ona məxsus olduğunu, nə məqsədlə üzərində gəzdirdiyini, nə vaxt, haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs da bildirmişdir ki, üzərində aşkar olunmuş bitki kütləsi özünə məxsusdur, zəif təsirli olduğu üçün siqaret əvəzi çəkmiş, tutulmamışdan 2-3 gün əvvəl balığa gedərkən yol qırağından tapmış və özünün istifadə etməsi üçün yaşadığı evə aparmaq istəmişdir. Bundan sonra o, şübhəli şəxsin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair yazılı bildirişi çıxarıb imza etdikdən sonra Təqsirləndirilən şəxs da imza etdirmiş və həmin bildirişi sonuncunun özünə təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən hansısa bir zorakılıq tətbiq edildiyi, nədənsə narazı qaldığı, yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqca Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir zorakılıq tətbiq edilməmiş və yaşadığı evdə narkotik vasitə saxlamamışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntüləri Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və saat 21:02-də videoçəkiliş başa çatdırılıb dayandırıldıqdan sonra onlar həmin gün, yəni 13 yanvar 2025-ci il tarixdə, saat 21:15-də Təqsirləndirilən şəxs yaşadığı Ucar şəhəri, Məhəmməd Füzuli küçəsi, 34 nömrəli evin qarşısına getmişlər. O, Təqsirləndirilən şəxs onun yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək baxışda iştirak edən digər iştirakçılar, yəni Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X3 və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini görüntülərini «SONY» markalı videokamera vasitəsi ilə qeydə alan əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını, yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını və yaşadığı evdə qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətinə daxil olub əvvəlcə həyətdə olan sanitar qovşağına, hamama, evin həyətinə, daha sonra isə mətbəxə və otaqlara baxış keçirmişlər. Baxış zamanı mətbəxdə gündəlik məişətdə istifadə olunan əşyaların, otaqlarda isə stol, stul, divan, kreslo, yataq dəstlərinin və başqa əşyaların olması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və başqa qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı Ucar şəhəri, Məhəmməd Füzuli küçəsi, 34 saylı evə baxış keçirilməsinin görüntüləri Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və həmin gün saat 21:26-da baxış başa çatdırılıb videoçəkiliş dayandırıldıqdan sonra onlar sənədləşmə aparılmasından ötrü Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. O, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokol yazıb Təqsirləndirilən şəxs və digər iştirakçılara imza etdirdikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsinin video görüntülərini ayrı-ayrılıqda 02 ədəd kompakt diskə köçürərək protokola əlavə etmiş və bununla bağlı raport yazıb polis şöbəsinin növbətçi hissəsinə təqdim etdikdən sonra araşdırma aparılması istintaq bölməsinin müstəntiqi Feyruz Abdullayevə həvalə olunmuşdur. Həmin gün Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində aşkar edilib 01 ədəd kağız zərfdə qablaşdırılmaqla götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinə müstəntiq Feyruz Abdullayev tərəfindən onun və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı zərfin tamlığının pozulmaması yoxlanılmış və zərf açılıb içərisində olan bitki kütləsi çıxarılaraq Təqsirləndirilən şəxs göstərilmişdir. Təqsirləndirilən şəxs bir daha etiraf edərək bildirmişdir ki, zərfdə qablaşdırılmış bitki kütləsi narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, onun üzərində aşkar olunmuş və istifadə etməsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi müstəntiq Feyruz Abdullayev tərəfindən elektron tərəzidə çəkildikdən sonra yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 və Şahid2 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadələrindən görünür ki, onlar da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 14 yanvar 2025-ci il tarixli, 17/36 nömrəli ekspert rəyindən (məhkəmə-bioloji ekspertizası) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Təqsirləndirilən şəxs könüllü götürülmüş yaşıl kütlə....» sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərsindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-23,14 qram olan bitki mənşəli küllə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 22 yanvar 2025-ci il tarixli, 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadəsi elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar rayon mənzil istismar təmir istehsalat sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar şəhəri, Məhəmməd ünvan 2 ünvanında yerləşən evdə yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 20:45-dən hesablanmaqla şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilərək saat 11:45-də təqsirləndirilən şəxsə təqdim olunmuş, həmçinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 23,09 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və onun narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutunnarkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar şəhəri, Məhəmməd ünvan 2 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 23,09 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və onun narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutunnarkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-35/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-35/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver