Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-36/2024 22.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Təqsirləndirilən şəxs iştirakları ilə 22 may 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1991-ci il tarixdə Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 6,23 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Ucar rayonu, Lək kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 02 yanvar 2024-cü il tarixdə saat 10 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evə keçirilmiş baxış zamanı yataq otağında paltar dolabının üzərindəki yastıqların altından 2 (iki) ədəd kibrit qutularında qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda 2,93 qram və 3,30 qram çəkilərdə olmaqla ümumi təmiz çəkiləri - 6,23 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, elan edilmiş ittihamın mənası ona aydındır, özünü təqsirli bilir, həmin maddədə nəzərdə tutulmuş məsuliyyəti başa düşür və törətmiş olduğu əmələ görə səmimi olaraq peşmandır. Ailə üzvləri, yəni həyat yoldaşı Brilyant Əliyeva və 2 azyaşlı övladları ilə birlikdə Ucar rayonun Lək kəndində yaşayır. Təxminən iki ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Başqa növ narkotik vasitə və psixotrop maddə ümumiyyətlə istifadə etməmişdir. Narkotik vasitə istifadə etməsindən ailə üzvlərinin xəbəri və məlumatı olmamışdır. X11 İstismar Sahəsində xətt baxıcısı kimi çalışır, əvvəllər məhkum olunmamışdır. 2023-cü ilin dekabr ayının son günlərində tək, piyada yaşadığı evdən şəhərə gəlmək üçün avtomobil yoluna çıxan zaman yaşadığı kənddə yolun kənarında 1 ədəd kiçik sellofan büküm görmüş, maraqlı olduğu üçün həmin sellofan bükümü qaldırıb içərisinə baxanda içərisində yaşıl rəngli bitki mənşəli kütlənin olduğunu müəyyən etmiş, nəzərdən keçirdikdə həmin kütlənin marixuana olduğunu bilmişdir. Həmin kütləni iylədikdə isə qoxusundan qurudulmuş marixuana olduğuna tam əmin olmuşdur. Həmin vaxt yanında və ətrafda heç kim olmadığından sonra özü istifadə etməsi üçün içərisində qurudulmuş marixuana olan həmin sellofan bükümü cibinə qoymuşdur. Səhəri gün, axşam yaşadığı evin həyətində təklikdə həmin bükümdəki marixuananı 2 ədəd kibrit qutularına yığıb dolduraraq, yeni il bayramından sonrakı günlərdə ailə üzvləri evdə olmayanda özü təklikdə istifadə etməsi üçün həmin kibrit qutularını yaşadığı evdə heç kimin düşünməyəcəyi və əl çatmayan yerdə, yəni yataq otağında giriş qapısı ilə üzbə-üz olan açıq-qəhvəyi rəngli paltar dolabının üstündə sağ tərəfdə yığılmış istifadə olunmayan qırmızı rəngli yastıqların altına qoyaraq gizlətmişdir. Tutulanadək həmin marixuanalardan istifadə etməmişdir. 02 yanvar 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evin yaxınında piyada kəndin mərkəzinə tərəf gedərkən bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib ona yaşadığı evə baxış keçiriləcəyini söyləmişlər. O, buna heç bir etirazının olmadığını bildirmiş və təxminən 15- 20 dəqiqə polislərlə yaşadığı evin yanında gözlədikdən sonra X6 həmin yerə gəlmişdir. Polis əməkdaşları X6ə onun narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmaqda, konkret olaraq yaşadığı evdə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. X1 və həmin ünvanda yaşayıb-yaşamadığını soruşmuş, o da müstəntiqə özü haqda qısa məlumat verəndən sonra, sonuncu onun yaşadığı ünvanda videoçəkilişlə baxış, eləcə də üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olubolmadığını soruşmuşdur. O, polislərin yataq otağında dolabın üzərində yastıqların altına baxış keçirməyəcəklərini, oradan iki ədəd kibrit qutusunda qurudulmuş marixuananı tapmayacaqlarını düşündüyü üçün, X6ə yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Eyni zamanda bu barədə ərizə yazaraq yaşadığı ünvana baxış keçirlməsinə ertirazının olmadığını göstərmişdir. Bundan sonra polis əməkdaşları ilə videoçəkilişlə boz rəngli dəmir qapıdan yaşadığı evin həyətinə daxil olmuşlar. Polislər həyətdə ilk öncə sağ tərəfdəki heyvan tövləsinə yaxınlaşıb tövləyə baxdıqdan sonra, qarşıda olan 1 mərtəbəli kürsülü evin ətrafında olan yardımçı kiçik tikiliyə, eləcə də həmin yerlərdə yığılmış müxtəlif əşyalara, qablara, həmçinin evin qarşı alt hissəsində olan zirzəmisinə baxış keçirmiş, lakin tövlədən və qeyd olunan yerlərdən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra qırmızı rəngli boya ilə rənglənmiş pilləkənlərlə evin eyvanına qalxmışlar. Eyvanda da baxış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra eyvandan sol tərəfdə olan ağ rəngli plastik qapıdan evin zalı hesab edilən böyük otağına daxil olmuşlar. Zala daxil olduqda ortada masa, masanın ətafında oturacaqlar, zalın solunda pəncərə, pəncərənin sağ tərəfində kondisioner və qabqacaq dolabı, pəncərədən sağda isə divan olmuşdur. Zalda qarşıda güzgülü trümo, həmin trümonun sol tərəfindən 1 otaq qapısı, sağ tərəfindən də 1 otaq qapısı vardır. Zalın sağ tərəfində də müxtəlf ev əşyaları, eləcə də kiçik dolab olmuşdur. Zala baxış zamanı zaldan qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra zalda trümodan solda olan otağa daxil olduqda həmin otaqda sağda odun sobası, ortada masa, qarşıda qırmızı rəngli sandıq, sandıqdan sağda isə divan, otağın sol tərəfində pəncərə, pəncərənin solunda kiçik altlıq üzərində televizor, pəncərənin sağ tərəfində paltar dolabı və çarpayı olmuşdur. Həmin otağa baxış zamanı oradan da qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra, yəni sonda həmin otaqdan çıxaraq zala keçib zaldakı trümonun sağ tərəfindəki ikinci, yəni onun yatdığı otağa daxil olmuşlar. Həmin otaqda girişdən solda odun sobası, sol divarda televizor, giriş qapısı ilə üzbə-üz qarşıda açıq qəhvəyi rəngli, üzəri güzgülü hündür paltar dolabı, dolabın sağında siyirmələri olan ağ rəngli uşaq çarpayısı, həmin çarpayıdan sağda isə böyük yataq çarpayısı olmuşdur. Otağın sağ tərəfindən pəncərə, pəncərənin sağında alçaqboylu üzərində güzgüsü və siyirmələri olan trümo olmuşdur. Həmin trümonun üzərində asılmış vəziyyətdə özünə məxsus paltarlar olmuşdur. Həmin otaqda polislər baxış keçirən zaman, bir daha ona evdə qanunla qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmişlər. Lakin o, həyacanlı olduğudan və tutulmaqdan qorxduğu üçün yalandan evdə qanunla qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Onun yataq otağına baxış zamanı polis əməkdaşlarının biri otağa girişlə üzbə-üz qarşıdakı açıq qəhvəyi rəngli paltar dolabının üzərində sağ tərəfdə üst-üstə düzülmüş qırmızı rəngli yastıqların altında gizlətdiyi 2 ədəd kibrit qutularında qurudulmuş marixuanaları aşkar edərək, qutuların ağızların açıb içərisində yaşıl rəngli kütlə olmalarını videokameraya göstərmiş və içərilərində qurudulmuş marixuanalar olan həmin 2 ədəd kibrit qutuları polis əməkdaşları tərəfindən həmin dolabın sağ tərəfindəki uşaq çarpayısının sivirməsinin üzərinə qoyulmuşdur. O, isə tutulmaqdan qorxduğu üçün həyəcanlı olduğundan özünü müdafiə etmək üçün yalandan həmin 2 ədəd kibrit qutularındakı kütlələrin nə olmasını bilmədiyini və həmin kibrit qutularının ona məxsus olmadığını bildirmişdir. X6 həmin kibrit qutularını yaxından nəzərdən keçirərək, kütlələrin qurudulmuş marixuanaya bənzər kütlə olduğunu bildirərək onları 1 ədəd kağız zərfə qoyub qablaşdırmışdır. Ona bir daha sorğu etdikdə isə o, yenə də yalandan həmin kibrit qutularındakı kütlələrin ona məxsus olmadığını bildirmişdir. Həmin kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürləndikdən sonra ona zərfin üzərini imzalamağı təklif olunmuşdur. Lakin o, həyəcanlı olduğundan zərfin üzərini imzalamamışdır. Digər iştirakçılar isə zərfin üzərini imzaladıqdan sonra onlar evdən həyətə çıxmış, həyətdə X6 baxışın yekunlaşdığını bildirmişdir. Baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar polislərlə birlikdə Ucar rayon polis şöbəsinə gəlmişlər. O, dərhal dövlət hesabına vəkil Müdafiəçila təmin olunaraq şübhəli şəxs kimi saxlanılmışdır. Vəkilinin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmağı barədə qərar ona təqdim olunmuşdur. Bundan sonra şifahi olaraq videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı hər hansı etirazının olub-olmadığı soruşulmuşdur. O da heç bir etirazının olmadığını bildirmiş və bundan sonra polis şöbəsinin Növbətçi Hissəsində ona videoçəkilişlə bir daha hüquq və vəzifələri izah olunaraq üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Əynində qara rəngli uzunqol gödəkçə, qara rəngli şalvar və köynək, eləcə də qara rəngli ayaqqabıları olmuşdur. Həmin vaxt gödəkçəsinin sol iç cibində özünə aid şəxsiyyət vəsiqəsi və 1 ədəd alışqan olmuş, başqa heçnə olmamışdır. O da əynindəki gödəkçəsinin sol iç cibindən özünə aid şəxsiyyət vəsiqəsi ilə 1 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Daha sonra polis əməkdaşı üzərinə axtarış keçirmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Şəxsiyyət vəsiqəsi ilə 1 ədəd alışqan ona qaytarılmışdır. Bundan sonra üzərinə şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, sonda o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı evin yataq otağından aşkar edilmiş marixuanalar onun özünə məxsus olmuşdur. Həmin marixuanalardan heç kimə istifadə etmək üçün heç vaxt verməmiş, nə də ki satmamış, həmçinin tutulanadək özü də istifadə etməmişdir. Polislər tərəfindən saxlanılarkən, yaşadığı evə baxış keçirilməmişdən əvvəl, baxış keçirilən zaman, polis şöbəsinə gətirilərkən, üzərinə şəxsi axtarış keçirilərkən və ilkin izahat verərkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmişdir. Narkotik vasitə istifadə etməsini və yaşadıqları evdə yataq otağında saxlamasını həyat yoldaşı Brilyant Əliyeva ümumiyyətlə bilməmişdir. Marixuana tapmağını, yaşadığı evdə marixuana saxlamasını başqa heç kim bilməmiş və bu barədə heç kimə heç nə deməmişdir. Heç kimə heç zaman narkotik vasitə satmamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmandır, himayəsində azyaşlı uşaqları vardır və buna görə də barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Lək kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də yaşadığı ünvanda saxlaması barədə 02 yanvar 2024-cü il tarixdə Ucar RPŞ-nin NMQ-na məlumat daxil olmuşdur. Məlumatda Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxacağı göstərilmişdir. Həmin məlumatla bağlı tərəfindən Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınıb bu barədə müvafiq qərar qəbul olunaraq və əməliyyat qrupu yaradılaraq qrup üzvləri təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs yerini müəyyən edib polis şöbəsinə gətirilməsi üçün o, əməliyyat qrupunun üzvləri, yəni Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin Əlaqə və Rabitə Qrupunun kiçik inspektoru Şahid3, Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 ilə 02 yanvar 2024-cü il tarixdə, saat 09 radələrindən sonra Ucar rayonun Lək kəndinə gedərək Təqsirləndirilən şəxs yaşadığı evin ətrafını müşahidəyə götürmüşlər. Az sonra, saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısından tək çıxıb piyada kəndin mərkəzinə doğru hərəkətə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında və ətrafda başqa heç kim olmamışdır. O, əməliyyat qrupunun digər üzvləri ilə yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmasında, yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu, odur ki, yaşadığı ünvana baxış keçiriləcəyi, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Ucar rayon polis şöbəsinə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Onlar tərəfindən dərhal bu barədə xidməti qrafikə əsasən həmin tarixdə əməliyyat-istintaq qrupunun üzvü olan Ucar RPŞ-nin müstəntiqi Mahir İsayevə məlumat verilmiş, bir az sonra X6 Ucar rayonun Lək kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişdir. Onlar qısa formada bir daha X6ə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyası ilə məşğul olmasında, konkret olaraq yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bidirmişlər. X6 Təqsirləndirilən şəxs kimliyini və həmin ünvanda yaşayıb-yaşamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs X6ə özü haqqında qısa məlumat verəndən sonra, sonuncu Təqsirləndirilən şəxs yaşadığı ünvanda videoçəkilişlə baxış, daha sonra polis şöbəsində üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə, eləcə də üzərinə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bu barədə ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını göstərmişdir. Bundan sonra videoçəkilişlə küçədə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin dəmir qapısının qarşısından baxışın keçirilməsinə başlanılmış, videoçəkilişi İTB-nin sahə polis nəfəri Şahid4 aparmışdır. X6 bir daha özünü, eyni zamanda baxışda iştirak edən polis əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra boz rəngli dəmir qapıdan həyətə daxil olmuşlar. Həyətə daxil olduqda sağ tərəfdə heyvan tövləsi, qarşıda isə 1 mərtəbəli kürsülü yaşayış evi olmuşdur. İlk öncə sağ tərəfdəki heyvan tövləsinə daxil olmuşlar, həmin yerdə narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş, eləcə də şübhə doğuran hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra, qarşıda olan 1 mərtəbəli kürsülü evin ətrafında olan ərazidə yardımçı kiçik tikiliyə, eləcə də evin ətrafında yığılmış müxtəlif əşyalara, qablara, həmçinin evin qarşı aşağı hissəsində olan zirzəmisinə baxış keçirilmiş, qeyd olunan yerlərdən qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra həyətdəki piləkənləri qırmızı rəngdə olan 1 mərtəbəli kürsülü evin açıq eyvanına qalxmışlar. Eyvanda da baxış zamanı qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra eyvanda sol tərəfdə üzərində pərdəsi olan ağ rəngli plastik qapıdan evin zal otağına daxil olmuşlar. Zalın ortasında masa, masanın ətafında oturacaqlar, qarşı tərəfdə güzgülü trümo, həmin trümonun sol tərəfində 1 otaq qapısı, sağ tərəfində isə 1 otaq qapısı olmuşdur. Zala baxış keçirilən zaman qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra zalda trümodan solda olan otağa daxil olduqda həmin otaqda sağda odun sobası, ortada masa, qarşıda qırmızı rəngli sandıq, otağın sol tərəfində pəncərə, pəncərənin sağ tərəfində paltar dolabı və çarpayı olmuşdur. Həmin otağa baxış zamanı oradan da qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra həmin otaqdan çıxaraq zala keçib zalda trümonun sağ tərəfindəki ikinci otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs polislərə həmin otağın yataq otağının olduğunu bildirmişdir. Həmin otaqda girişdən solda odun sobası, sol divarda televizor, giriş qapısı ilə üzbə-üz qarşıda açıq-qəhvəyi rəngli üzərində güzgüsü olan paltar dolabı, dolabdan sağda ağ rəngli uşaq çarpayısı, həmin çarpayıdan sağda isə böyük çarpayı olmuşdur. Otağın sağ tərəfindəki pəncərənin yanında alçaqboylu, siyirmələri olan trümonun üzərində paltarlar asılmışdır. Həmin otağa baxış keçirilən zaman bir daha Təqsirləndirilən şəxs evdə narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs ümumiyyətlə yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Həmin otağa baxış zamanı əməliyyat müvəkkili Şahid2 tərəfindən giriş qapısı ilə üzbə-üz olan paltar dolabının yuxarısında sağ tərəfdə üst-üstə düzülmüş qırmızı rəngli yastıqların altından 2 ədəd kibrit qutuları aşkar edilərək qutular açılmış və içərisində spesifik qoxuya malik yaşıl rəngli bitki mənşəli kütlələrin doldurulduğu müəyyən edilmişdir. Həmin iki ədəd kibrit qutuları dolabın sağ tərəfində olan ağ rəngli uşaq çarpayısının üzərinə qoyularaq kütlələrin nə olması və onları haradan əldə etməsi ilə bağlı Təqsirləndirilən şəxs sual verilmişdir. Təqsirləndirilən şəxs isə kibrit qutularının ona məxsus olmadığını bildirmişdir. Bundan sonra baxış davam etdirilmişdir. Lakin həmin otaqdan başqa qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. X6 dolabın üzərindəki yastıqların altından aşkar edilmiş 2 ədəd kibrit qutularını yaxından nəzərdən keçirərək, kütlələrin qurudulmuş marixuanaya bənzər kütlə olduğunu bildirərək kütlələri 1 ədəd kağız zərfə qoymuş və Təqsirləndirilən şəxs bir daha sorğu etdikdə sonuncu yenə də kibrit qutularındakı kütlələrin özünə məxsus olmadığını bildirmişdir. Həmin kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürləndikdən sonra həmin zərfin üzərini imzalamağı Təqsirləndirilən şəxs təklif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs zərfin üzərini imzalamaqdan imtina etmişdir. Digər iştirakçılar zərfin üzərini imzaladıqdan sonra zərf götürülmüş, daha sonra bütün iştirakçılarla evdən həyətə çıxmışlar. X6 baxışın yekunlaşdığını bildirmiş və videoçəkiliş dayandırılmışdır. Baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o, Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərinə şəxsi axtarışın keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs Ucar rayon polis şöbəsinə gətirilmiş və müstəntiq tərəfindən dərhal vəkil ilə təmin olunaraq şübhəli şəxs kimi saxlanılmışdır. O və əməliyyat müvəkkili Şahid2 xidməti zərurətlə əlaqədar olaraq getdikləri üçün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsində iştirak etməmişlər. Sonradan eşitmişdir ki, X6 müvafiq sənədləşdirmə apararaq Növbətçi Hissədə digər polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Təyin olunmuş məhkəmə-bioloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd kibrit qutularında aşkar edilmiş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmaları öz təsdiqini tapdığı sonradan ona məlum olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbrləri ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanananı haradan əldə etməsi, həmin narkotik vasitədən kiməsə verməsi, satması və kiminləsə bir yerdə istifadə etməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmiş, eləcə də bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin Əlaqə və Rabitə Qrupunun kiçik inspektoru Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Lək kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də yaşadığı ünvanda saxlaması barədə 02 yanvar 2024-cü il tarixdə Ucar RPŞ-nin NMQ-ya məlumat daxil olmuşdur. Məlumatda Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxacağı göstərilmişdir. Həmin məlumatla bağlı tərəfindən Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınıb bu barədə müvafiq qərar qəbul olunaraq və əməliyyat qrupu yaradılaraq qrup üzvləri təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs yerini müəyyən edib polis şöbəsinə gətirilməsi üçün o, əməliyyat qrupunun üzvləri, yəni Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 ilə 02 yanvar 2024-cü il tarixdə, saat 09 radələrindən sonra Ucar rayonun Lək kəndinə gedərək Təqsirləndirilən şəxs yaşadığı evin ətrafını müşahidəyə götürmüşlər. Az sonra, saat 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısından tək çıxıb piyada kəndin mərkəzinə doğru hərəkətə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında və ətrafda başqa heç kim olmamışdır. O, əməliyyat qrupunun digər üzvləri ilə yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmasında, yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu, odur ki, yaşadığı ünvana baxış keçiriləcəyi, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Ucar rayon polis şöbəsinə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Onlar tərəfindən dərhal bu barədə xidməti qrafikə əsasən həmin tarixdə əməliyyat-istintaq qrupunun üzvü olan Ucar RPŞ-nin müstəntiqi Mahir İsayevə məlumat verilmiş, bir az sonra X6 Ucar rayonun Lək kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişdir. Onlar qısa formada bir daha X6ə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyası ilə məşğul olmasında, konkret olaraq yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bidirmişlər. X6 Təqsirləndirilən şəxs kimliyini və həmin ünvanda yaşayıbyaşamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs X6ə özü haqqında qısa məlumat verəndən sonra, sonuncu Təqsirləndirilən şəxs yaşadığı ünvanda videoçəkilişlə baxış, daha sonra polis şöbəsində üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə, eləcə də üzərinə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs bu barədə ərizə yazaraq yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını göstərmişdir. Bundan sonra videoçəkilişlə küçədə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin dəmir qapısının qarşısından baxışın keçirilməsinə başlanılmış, videoçəkilişi İTB-nin sahə polis nəfəri Şahid4 aparmışdır. X6 bir daha özünü, eyni zamanda baxışda iştirak edən polis əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra boz rəngli dəmir qapıdan həyətə daxil olmuşlar. Həyətə daxil olduqda sağ tərəfdə heyvan tövləsi, qarşıda isə 1 mərtəbəli kürsülü yaşayış evi olmuşdur. İlk öncə sağ tərəfdəki heyvan tövləsinə daxil olmuşlar, həmin yerdə narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş, eləcə də şübhə doğuran hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra, qarşıda olan 1 mərtəbəli kürsülü evin ətrafında olan ərazidə yardımçı kiçik tikiliyə, eləcə də evin ətrafında yığılmış müxtəlif əşyalara, qablara, həmçinin evin qarşı aşağı hissəsində olan zirzəmisinə baxış keçirilmiş, qeyd olunan yerlərdən qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra həyətdəki piləkənləri qırmızı rəngdə olan 1 mərtəbəli kürsülü evin açıq eyvanına qalxmışlar. Eyvanda da baxış zamanı qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra eyvanda sol tərəfdə üzərində pərdəsi olan ağ rəngli plastik qapıdan evin zal otağına daxil olmuşlar. Zalın ortasında masa, masanın ətafında oturacaqlar, qarşı tərəfdə güzgülü trümo, həmin trümonun sol tərəfində 1 otaq qapısı, sağ tərəfində isə 1 otaq qapısı olmuşdur. Zala baxış keçirilən zaman qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra zalda trümodan solda olan otağa daxil olduqda həmin otaqda sağda odun sobası, ortada masa, qarşıda qırmızı rəngli sandıq, otağın sol tərəfində pəncərə, pəncərənin sağ tərəfində paltar dolabı və çarpayı olmuşdur. Həmin otağa baxış zamanı oradan da qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra həmin otaqdan çıxaraq zala keçib zalda trümonun sağ tərəfindəki ikinci otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs polislərə həmin otağın yataq otağının olduğunu bildirmişdir. Həmin otaqda girişdən solda odun sobası, sol divarda televizor, giriş qapısı ilə üzbə-üz qarşıda açıq-qəhvəyi rəngli üzərində güzgüsü olan paltar dolabı, dolabdan sağda ağ rəngli uşaq çarpayısı, həmin çarpayıdan sağda isə böyük çarpayı olmuşdur. Otağın sağ tərəfindəki pəncərənin yanında alçaqboylu, siyirmələri olan trümonun üzərində paltarlar asılmışdır. Həmin otağa baxış keçirilən zaman bir daha Təqsirləndirilən şəxs evdə narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs ümumiyyətlə yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı əşyanın olmadığını bildirmişdir. Həmin otağa baxış zamanı əməliyyat müvəkkili Şahid2 tərəfindən giriş qapısı ilə üzbə-üz olan paltar dolabının yuxarısında sağ tərəfdə üst-üstə düzülmüş qırmızı rəngli yastıqların altından 2 ədəd kibrit qutuları aşkar edilərək qutular açılmış və içərisində spesifik qoxuya malik yaşıl rəngli bitki mənşəli kütlələrin doldurulduğu müəyyən edilmişdir. Həmin iki ədəd kibrit qutuları dolabın sağ tərəfində olan ağ rəngli uşaq çarpayısının üzərinə qoyularaq kütlələrin nə olması və onları haradan əldə etməsi ilə bağlı Təqsirləndirilən şəxs sual verilmişdir. Təqsirləndirilən şəxs isə kibrit qutularının ona məxsus olmadığını bildirmişdir. Bundan sonra baxış davam etdirilmişdir. Lakin həmin otaqdan başqa qanunla qadağan olunmuş və yaxud şübhə doğuran hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. X6 dolabın üzərindəki yastıqların altından aşkar edilmiş 2 ədəd kibrit qutularını yaxından nəzərdən keçirərək, kütlələrin qurudulmuş marixuanaya bənzər kütlə olduğunu bildirərək kütlələri 1 ədəd kağız zərfə qoymuş və Təqsirləndirilən şəxs bir daha sorğu etdikdə sonuncu yenə də kibrit qutularındakı kütlələrin özünə məxsus olmadığını bildirmişdir. Həmin kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırılaraq üzəri möhürləndikdən sonra həmin zərfin üzərini imzalamağı Təqsirləndirilən şəxs təklif olunmuşdur. Lakin Təqsirləndirilən şəxs zərfin üzərini imzalamaqdan imtina etmişdir. Digər iştirakçılar zərfin üzərini imzaladıqdan sonra zərf götürülmüş, daha sonra bütün iştirakçılarla evdən həyətə çıxmışlar. X6 baxışın yekunlaşdığını bildirmiş və videoçəkiliş dayandırılmışdır. Baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o, Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərinə şəxsi axtarışın keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs Ucar rayon polis şöbəsinə gətirilmiş və müstəntiq tərəfindən dərhal vəkil ilə təmin olunaraq şübhəli şəxs kimi saxlanılmışdır. Əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 xidməti zərurətlə əlaqədar olaraq getdikləri üçün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsində iştirak etmədilər. Daha sonra, X6 müvafiq sənədləşdirmə apararaq Növbətçi Hissədə digər polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Təyin olunmuş məhkəmə-bioloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs yaşadığı evdən 2 ədəd kibrit qutularında aşkar edilmiş kütlələrin narkotik vasitə olan qurudulmuş marixuana olmaları öz təsdiqini tapmışdır. Keçirilmiş əməliyyat axtarış tədbrləri ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanananı haradan əldə etməsi, həmin narkotik vasitədən kiməsə verməsi, satması və kiminləsə bir yerdə istifadə etməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmiş, eləcə də bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs ümumiyyətlə narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4 digər Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 39-41-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 02 yanvar 2024-cü il tarixli, 17/7 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 2 ədəd kibrit qutusuna yığılmış qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri – 2,93 qr., 3,30 qr., ümumi təmiz çəkisi – 6,23 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata 0,10 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 6,13 qram təşkil etmişdir. Cinayət işinin 40-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 129-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli, 143 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-13-cü və 30-31-ci vərəqələrində olan 02 yanvar 2024-cü il tarixli baxış və götürmə haqqında və şəxsi axtarış və götürmə haqqında protokollardan görünür ki, 02 yanvar 2024-cü il tarixdə saat 11:01-dən saat 11:36-dək, müvafiq olaraq 12:10-dan 12:14-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində, eləcə də, yaşadığı ünvanda keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuana onun evində paltar dolabının üst hissəsinə qoyulmuş 4 ədəd qırmızı rəngli yastıqların altından 2 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış, baxış və götürmə zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci və 140-151-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 03 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanınma, eləcə də 18 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş 03 yanvar 2024-cü il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 6,13 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, saxlanması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 02 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 02 ədəd disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 109-110-cu səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 yanvar 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 02 yanvar 2024cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan 02 yanvar 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 28-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:03-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-ci vərəqəsində olan 03 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 116-118-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 2019-cu il təvəllüdlü Zümrüd adlı qızı, 2022-ci il təvəllüdlü Fateh adlı oğlu vardır (himayəsində iki azyaşlı uşaqlarının olması, eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan da görünür). Eyni zamanda, Təqsirləndirilən şəxs kənd sakinləri, eləcə də, qohum və qonşuları ilə münasibətləri normaldır, ərazidə yaşadığı müddət ərzində nümayəndəlik tərəfindən hər hansı intizam tədbiri görülməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 2 azyaşlı övladının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il saat 12:03-dən 03 yanvar 2024cü il saat 17:00-a kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 6,13 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 02 yanvar 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 6,13 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 02 yanvar 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-36/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-36/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver