Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-36/2025 11.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil X6, Təqsirləndirilən şəxs iştirakları ilə 11 iyun 2025-ci il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2011-ci il tarixli, 1(088)-40/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 500 manat məbləğində cərimə edilmiş, hazırda üzərində məhkumluğu olmayan, Daşkəsən rayonu, Gurbulaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 noyabr 2024-cü il tarixdə saat 06:40 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə riayət etməyərək 30 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 80-90 km/saat sürətlə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Opel Astra H» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı universal tipli minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Alpout kəndinin ərazisindən keçən 245-ci kilometrliyində Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili icazə verilən sürətlə idarə etməli, qarşıda yolun hərəkət hissəsinin təmirə bağlanmasını nəzərə alaraq vaxtında hərəkətin təhlükəsizliyini təmin edərək icazə verilən istiqamətdə hərəkət etdirməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətinin təmin olunması məqsədi ilə onun idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında yerinə yetirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, sərnişinlərlə söhbət edərək diqqətini yayındırmaqla avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyindən avtomobil yolun təmiri üçün bağlanan hissəsinə dəyərək aşmış, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan həmin avtomobilin sərnişini 1960-cı il təvəllüdlü X3 onurğa beyninə qansızma ilə müşayiət olunan Cİİ-Cİİİ fəqərələrinin sınığı xəsarətləri almaqla canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, BC dərəcəli sürücüdür, “Opel Astra H” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə əsasında idarə edir. Həmin avtomobillə Gəncə şəhərində sərnişin daşımaqla məşğul olur. 05 noyabr 2024-cü il tarixdə, saat 05:30 radələrində Goranboy rayonunun Nadirkənd kəndinə gəlib sifariş əsasında tanıdığı X4 və Şahid götürüb Bakı şəhərinə yola düşmüşdür. Avtomobili özü idarə etmiş, Əkbər qabaq oturacaqda, Mehriban isə arxa oturacaqda əyləşmişdir. Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olub həmin yolla hərəkət edərək saat 06:40 radələrində yolun Ucar rayonunun Alpout kədindən keçən ərazisinə çatmışdır. Hava tutqun, yol quru, avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Bakı istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən 3-4 metrdən yolun bağlı olduğunu və təmir işləri aparıldığını gec gördüyü üçün yola tökülmüş xırda çınqıl daşlarına və yola bağlanan plastmaslara vurmuş, avtomobil banı üstə aşıb asfaltda bir qədər sürüşərək dayanmışdır. Avtomobildən özü çıxıb daha sonra Mehribanı çıxartmış, tanımadığı yol adamlarının köməkliyi ilə Əkbəri də çıxardıb üzünə su vurmuşlar. Dərhal təcili yardıma və polisə zəng vurub hadisə barədə məlumat vermişdir. Az sonra polis və təcili yardım hadisə yerinə gəlmişdir. Təcili yardım əməkdaşları Əkbərə yardım etmək istəyəndə artıq ölmüş olduğunu bildirmiş və meyiti götürüb aparmışlar. Polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər. Hadisə zamanı özü sıyrıq xəsarəti almış, Mehriban isə yüngül əzilmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ölmüş zərərçəkmiş şəxs X3 hüquqi varisi qismində tanınmış X11 ifadə verərək göstərdi ki, Goranboy rayonunun Nadirkənd kənd sakini olmuş X10 onun doğma əmisidir. Belə ki, Əkbər Cəlilovun hazırda yaşayan yaxın qohumları yoxdur və o, məhkəməyə müraciət edərək özünün vəfat etmiş əmisi Əkbərin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. 05 noyabr 2024-cü il tarixdə, saat 06:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonunun Alpout kəndi ərazisindən keçən 245-ci kilometliyində 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra H» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı istiqamətində hərəkət etdirərkən avtomobili yolun təmiri üçün bağlanan hissəsinə vurub aşırması, nəticədə həmin avtomobilin sərnişini Goranboy rayonunun Nədirkənd kəndində qeydiyyatda olan 1960-cı il təvəllüdlü X3 almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölməsi, sürücünün özünün və həmin avtomobilin sərnişini Şahid xəsarət alması məlum olmuşdur. Təqsirləndirilən şəxs dəfn və yas xərclərini ödəmiş, eyni zamanda, əlavə xərclərin ödənilməsində də yaxından iştirak etmişdir. Odur ki, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncu ilə barışmışlar. Ona görə də göstərdiyi xüsusatların nəzərə alınmasını xahiş etdi (bununla bağlı notarial ərizə də iş materiallarına əlavə edilmişdir). Məhkəmə istintaqı zamanı Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, X10 doğma bibisi X2 əridir. Bibisi Sərəncam vəfat etmişdir. Əkbərlə Sərəncamın 1992-ci il təvəllüdlü anadan gəlmə şikəst, əqli qüsurlu və şəkər xəstəsi olan Cavad adlı övladları vardır. Cavad özünü qəti idarə edə bilmir. 2 ilə yaxın müddətdir ki, bibisi Sərəncama, onun əri Əkbərə və oğlu Cavada o baxır, onları həkimə aparır, bir sözlə onlarda yaşayıb onları saxlayırdı (hazırda isə oğlu Cavada qulluq etməkdə davam edir). Əkbər Cəlilov 2 il əvvəl ürəyindən əməliyyat olunmuş, 2024-cü ilin oktyabr ayının sonlarında gözləri tutulmuşdur. Bakı şəhərində “Batıgöz” klinikası ilə əlaqə saxlamış və Əkbəri həmin klinikaya aparmaq qərarına gəlmişdir. Buna görə də əvvəldən tanıdıqları Gəncədən Bakıya sərnişin daşıyan taksi sürücüsü Təqsirləndirilən şəxs Əkbəri “Batıgöz” klinikasının qarşısına aparmağına 60 manat pul istəmişdir. O, razılaşmış və İbrahim 05 noyabr 2024-cü il tarixdə saat 04:30-da idarə etdiyi “Opel Astra H” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaşadıqları Goranboy rayonunun Nərimankənd kəndinə gələrək onları evdən götürmüşdür. İbrahim özü avtomobili idarə edərək Bakı şəhərinə yola düşmüşlər. Əkbər qabaq oturacaqda, o isə arxada oturmuşdur. Bakı-Qazax-Gürcüstan sərhəddi yoluna daxil olub həmin yolla hərəkət edərək Ucar rayonunun Alpout kəndi ərazisinə çatmışlar. Əkbər və o, İbrahimlə söhbət etmiş, Əkbər İbrahimdən geri nə vaxt qayıdacağını soruşmuş, İbrahim Əkbərə adam yığmağından asılı olacağını bildirdikdə Əkbər geri qayıdarkən onlarla əlaqə saxlamasını xahiş etmiş, həkimdən tez çıxsalar onları da qaytarıb gətirməsini bildirmişdir. Bu vaxt gumbultu səsi eşitmiş, avtomobil 2-3 dəfə çevrilib aşmış, banı üstündə getmişdir. Qapıya təpik vurub açmaq istəsə də qapı açılmamış, tanımadığı yol adamları qapını açıb onu avtomobildən çıxartmışlar. Yol adamları Əkbəri də maşından çıxarıb yerə otuzdurmuşlar. Bu zaman İbrahim təcili yardıma zəng edərək Əkbərə kömək edilməsi məqsədilə hadisə yerinə həkim çağırmışdır. Əkbər Cəlilov ona söykənib bir neçə dəfə onlara nə olduğunu soruşmuş Əkbərə su verib üzünü yumuşdur. 25-30 dəqiqə sonra təcili yardım gəlib Əkbərə baxıb öldüyünü bildirmiş və meyiti Ucar rayon xəstəxanasına aparmışdır. Ekspertiza müayinəsindən sonra Əkbərin meyitini götürüb evə aparmış və həmin gün Nərimankənd kənd qəbiristanlığında dəfn etmişlər. Hadisə zamanı özü sol qolundan sıyrıq xəsarəti almış, hadisəyə görə heç bir şikayəti yoxdur. Bundan əlavə, onu da qeyd etdi ki, Təqsirləndirilən şəxs dəfn və yas xərclərini ödəmiş, eyni zamanda, əlavə xərclərin ödənilməsində də yaxından iştirak etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 56-59-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli, 8/3628 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü İ. Əhmədov maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80-90 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 57-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 128 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 40-42-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X12 məhkəmə-tibb ekspertizasının 05 noyabr 2024-cü il tarixli (27 noyabr 2024-cü il tarixdə imzalanmış), 18 saylı rəyindən görünür ki, X3 meyitində aşkar edilmiş xəsarətlər-onurğa beyninə qansızma ilə müşaiyət olunan Cİİ-Cİİİ fəqərələrin sınıqları bərk küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05 oktyabr 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa ağır zərər vuran xəsarətlərə xas əlamətlərə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol nəqliyyat hadisəsi nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş şəxsdə törənməsi istisna edilmir. X1 bilavasitə ölümünə səbəb onurğa beyninin boyun şöbəsinə qansızma ilə ağırlaşan boyun fəqərələrin sınığı olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 2-4 saat əvvəl baş verdiyini göstərir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlaması və işin icraata götürülməsi barədə 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 6-14-cü səhifələrində olan 05 noyabr 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu, Alpout kəndi ərazisindən keçən 245-ci km-dir. Hadisə yerinin hərəkət hissəsi quru, düz olmaqla asfalt örtüklüdür. Yol örtüyünün eni 7,5 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 7,5 metrdir. Hərəkət hissədə yol birtərəflidir. Hərəkət zolaqlarını ağ qırıq-qırıq xətlər ayırır. Yolda tərəzi qurğusu qurulduğundan yol çınqıl daşları ilə bağlanmışdır. Qazax istiqamətində yola yol ayrıcı qoyulmuşdur. Hadisə yerindən geriyə 160 metrdə 1.23, 5.46 yol nişanları sol və sağ istiqamətdə, 30 metr arxada 5.34.1 yol nişanları quraşdırılmışdır. Sürücü yolun təmir üçün bağlanan hissələrinə avtomobili vuraraq banı üzərində aşırmışdır. Məhkəmə iclasında elan edilmiş işin 15-ci səhifəsində olan AC621592 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2016-cı il tarixdən 19 fevral 2026-cı il tarixədək BC kateqoriyalı sürücülük hüququ verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 16-cı səhifəsində olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Opel Astra H” minik markalı, ** EL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi X7r və etibarnamə əsasında Təqsirləndirilən şəxs etibar edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 18-ci vərəqəsində olan 05 noyabr 2024-cü il tarixli, 229 saylı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sonuncunun 05 noyabr 2024-cü il tarixdə sərxoşluğu (spirtli içki qəbul etməsi) müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 39-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 noyabr 2024-cü il tarixdə verilmiş tələbnamədən, eləcə də, işin 81-90-cı vərəqələrində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2011-ci il tarixli, 1(088)- 40/2011 nömrəli hökmünün surətindən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2011-ci il tarixli, 1(088)-40/2011 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 500 manat məbləğində cərimə edilmişdir. Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-105-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 117-118-ci səhifələrində olan 27 fevral 2025-ci il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-95-ci vərəqələrində olan 24 fevral 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, “Opel Astra H” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin iş üzrə maddi sübut kimi tanınması və sahibinə qaytarılması nəzərə alınmış, eləcə də, iş üzrə ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-63-cü səhifələrində olan arayış və xasiyyətnamədən görünür ki, himayəsində 2018-ci il təvəllüdlü (azyaşlı) Uğur adlı oğlu olan, Daşkəsən rayonu, Gurbulaq kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daşkəsən Rayon İHB-nın Gurbulaq kənd İƏD-si üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəyən ziyan ödənilmiş, odur ki, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı övladının olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasın”a dair 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra H” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı minik avtomobili isə sahibi Təqsirləndirilən şəxs qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra H” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı minik avtomobili Təqsirləndirilən şəxs qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-36/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-36/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver