Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-37/2024 08.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Ucar rayonu, Şahlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonu, Şahlıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin (bundan sonra-CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı Ucar rayonu, Şahlıq kəndində yerləşən evlərində qardaşı Zərərçəkmiş şəxs arvadı Şahid1 mobil telefon vasitəsi ilə yad adamla danışmasını Zərərçəkmiş şəxs irad tutduğundan aralarında yaranmış mübahisə zamanı başı ilə bir dəfə Zərərçəkmiş şəxs sifətinə zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sol gözüstü nahiyənin əzilmiş yarası xəsarətini yetirib qəsdən onun sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, 2 azyaşlı övladı vardır, valideyinləri ilə Ucar rayonu, Şahlıq kəndində qardaşı Turalla ata evində yaşayır. Tural da evlidir, ailəsi ilə birlikdə həmin evdə qalır. 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Turalın arvadı Nuranənin gizlicə kiminləsə mobil telefonla danışmasını güman edib əsəbləşərək Turala zəng edib harada olmasını soruşanda, Tural mağazadan ərzaq alıb evə gəlməsini bildirmişdir. Təxminən 30 dəqiqə sonra Tural evə gələndə Nuranənin kiminləsə mobil telefonla danışmasını Turala deyərək irad tutmuş, cavabında Tural Nuranəyə “şər” atdığını deyib yaşadıqları evin eyvanında üzərinə gəldiyi üçün başı ilə 1 dəfə Turalın sifətindən vurmuş, anası Tamarə onları dava etməyə qoymayıb aralaşdırmışdır. Dava-dalaş zamanı Tural onu vurmamış, orada nalayiq söyüşlər söyülməmiş, dava-dalaş təxminən 5 dəqiqə müddətində davam etmiş, ailə üzvülərindən başqa evdə heç kim olmamışdır. O, məhkəmə iclasında Zərərçəkmiş şəxsla barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, özünü təqsirli bilməsini, törətdiyi əmələ görə peşiman olmasını, gələcəkdə bu cür hərəkətə yol verməyəcəyini, dəymiş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ucar rayonu, Şahlıq kəndində qardaşı Toğrulla ata evində yaşayır. Toğrul da evlidir, ailəsi ilə birlikdə həmin evdə qalır. 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Şahlıq kəndində mağazadan ərzaq alıb evə gələrkən Toğrul ona zəng edib harada olmasını soruşanda, o, mağazadan ərzaq alıb evə gəldiyini bildirmişdir. Yaşadıqları evin eyvanında Tural ona bildirmişdir ki, “sən necə kişisən ki, arvadın Nuranə başqa adamla telefonla danışır”. O, Nuranəyə “şər” atılmasını bildirib Toğrul ilə mübahisə edəndə Toğrul qəfil başı ilə bir dəfə sifətindən vurub ona xəsarət yetirmiş, anası Tamarə onları aralaşdırıb dava etməyə qoymamış, almış olduğu xəsarətlə bağlı həmin gün Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət etmişdir. Dava-dalaş zamanı Toğrulu vurmamış, orada nalayiq söyüşlər söyülməmiş, dava-dalaş təxminən 5 dəqiqə davam etmiş və ailə üzvülərindən başqa evdə heç kimin olmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, şikayəti və tələbi yoxdur, dəymiş ziyan tamamilə ödənilmişdir, odur ki, qeyd olunanları nəzərə alıb cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs həmçinin, məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, şikayəti və tələbinin olmadığını, dəymiş ziyanı tamamilə ödənildiyini göstərmiş və qeyd olunanları nəzərə alıb cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar rayonu, Şahlıq kəndində əri Zərərçəkmiş şəxs qardaşı Toğrulun ailə üzvüləri, qaynanası və qaynatası ilə birlikdə Turalın ata evində yaşayır. 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində o, mobil telefonla yaxınları ilə danışarkən Toğrul onun yad adamla danışmasından şübhələndiyini Turala deyəndə Tural bunun düzgün olmadığını deyib Toğrulla mübahisə edən zaman Toğrul qəfil başı ilə bir dəfə Turalın sifətindən vurub xəsarət yetirmiş, qaynanası Tamarə hər ikisini aralaşdırıb dava etməyə imkan verməmişdir. Dava-dalaş zamanı Tural Toğrulu vurmamış, orada nalayiq söyüşlər söyülməmiş, dava-dalaş təxminən 5 dəqiqə davam etmiş və ailə üzvülərindən başqa evdə heç kim olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan canlı şəxsin məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) 06 yanvar 2024-cü il tarixli, 06 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol gözüstü nahiyənin əzilmiş yarası olmuşdiur. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 29 dekabr 2023-cü il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət səhhətin qısa müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işində оlan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində оlan Ucar Rayon İcra Hakimiyyəti başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxsla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur, özünü təqsirli bilir, törətdiyi əmələ görə peşimandır, gələcəkdə bu cür hərəkətə yol verməyəcəkdir, dəymiş zərər tamamilə ödəmişdir, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxsla barışdığını, şikayətinin və tələbinin olmadığını, dəymiş ziyanı tamamilə ödənildiyini göstərmiş və qeyd olunanları nəzərə alıb cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Мəcəlləsinin (bundan sonra-CPM) 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə хitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbiri ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə cinayət təqibinə xitam verildiyindən təqsirləndirilən şəxs X2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən hazırkı iş üzrə müdafiəçiyə məhkəmədə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 (altı) manat miqdarında, cəmi 124 manat haqq ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 40, 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 73.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs ilə barışması və dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 124 (bir yüz iyirmi dörd) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-37/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-37/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver