Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-37/2025 23.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 19 avqust 1980-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1-də qeydiyyatda olmaqla Ucar rayonu, Rəstəcə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, 20 oktyabr 2024-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan saatda, Ucar şəhəri, Oğuz küçəsində, işlədiyi yerdə tanışı Şahid6 “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 12,41 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edərək 0,36 qram olan hissəsini 1 (bir) ədəd kağız bükümdə qablaşdırılmış vəziyyətdə 23 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən çayxananın yanında tanışı Şahid5 razılaşma yolu ilə 10 manat pul müqabilində sataraq, qalan 12,05 qram çəkidə olan qurudulmuş marixuananı daşıyaraq satış məqsədilə Ucar rayonu, Rəstəcə kəndində yaşadığı evin yataq otağında, televizor altlığının rəfində qanunsuz saxlamış, 29 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar şəhəri, Oğuz küçəsində saxlanılıb Ucar rayonu, Rəstəcə kəndindəki yaşadığı evinə keçirilmiş baxış zamanı evin yataq otağında olan televizor altlığının rəfindəki DVD pleyerin yanından 1 ədəd kağızda qablaşdırılmış vəziyyətdə 12,05 qram olan xeyli miqdarda qanunsuz əldə edib daşıyaraq satış məqsədi ilə saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Ucar rayonu, Rəstəcə kəndində yaşamışdır. Narkotik vasitə olan marixuanadan hərdənbir istifadə etmişdir. Tanışları arasında onu “malış”, eləcə də “matangül” deyərək çağırmışlar. 29 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Ucar şəhəri, Oğuz küçəsində olarkən bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah edərək üzərini videoçəkilişlə yoxlayacaqlarını söyləmişlər. O, buna heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzəri yoxlanılmış, ciblərindən siqaret, alışqan və arxasında “Kapital Bank”a aid qaynatasına məxsus bank kartı olan “Samsung” markalı telefonu aşkar edilmişdir. Üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş “Samsung” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüş, siqaretlə alışqan özünə qaytarılmışdır. Bundan sonra onun yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Yaşadığı evin qarşısına gəldikdə küçə qapısının yanında videoçəkilişlə baxışın keçirilməsinə başlanmışdır. Həyətə daxil olaraq həyətə baxış keçirilmiş, həyətdən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra həyətdə olan evə daxil olmuşlar, evin otaqlarında və mətbəxə baxış keçirilmiş, onun yataq otağına daxil olduqda girişdən sağda televizor altlığında olan DVD pleyerin yanında 1 ədəd kağız büküm aşkar edilmişdir. Həmin büküm götürülərək açılmış, içərisində yaşıl rəngli kütlə aşkar edilmişdir. Sorğu edildikdə o, həmin kütlənin nə olmasını bilmədiyini və ona məxsus olmadığını bildirmişdir. Daha sonra həmin otaqda olan paltar dolabına baxış zamanı orada asılmış paltosunun cibindən içərisində tütün qırıntıları olan şəffaf sellofan torba aşkar edilmişdir. İçərisindəki kütlənin nə olması ilə bağlı ona sual verildikdə o, həmin torbanın içərisindəki qırıntıların tütün qırıntıları olduğunu demişdir. Daha sonra həmin içərisində tütün qırıntıları olan 1 ədəd şəffaf sellofan torba 1 ədəd kağız zərfə qoyulmuş, DVD pleyerin yanından aşkar edilmiş, içərisində yaşıl rəngli kütlə olan 1 ədəd kağız büküm isə ayrıca 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. İçərisində tütün qırıntıları olan 1 ədəd şəffaf sellofan torbanın qablaşdırıldığı kağız zərfin üzərini imzalasa da, DVD pleyerin yanından aşkar edilmiş içərisində yaşıl rəngli kütlə ona məxsus olmadığına görə qablaşdırıldığı kağız zərfin üzərini imzalamaqdan imtina etmişdir. Bundan sonra onlar polis şöbəsinə gedərək protokol tərtib olunmaqla ucadan oxunmuş, protokol imzalandıqdan sonra yaşadığı evdən aşkar edilmiş kütlələrin qablaşdırıldığı 2 ədəd zərflərə, mobil telefonuna və bank kartına növbətçi hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Zərflər bir daha ona təqdim olunmuş, həmin zərflərin tamlıqları pozulmamışdır. Həmin zərflərin yaşadığı evdən aşkar edilmiş kütlələrin qablaşdırıldığı zərflər olduqlarını təsdiq etmiş, daha sonra hər bir zərf ayrı-ayrılıqda açılmaqla içərisindəki kütlələr bir daha ona təqdim olunaraq ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişlər. Belə ki, 1 ədəd zərfdə qablaşdırılmış yataq otağından televizor altlığındakı DVD pleyerin yanından aşkar edilmiş, içərisində yaşıl rəngli kütlə olan 1 ədəd kağız bükümdəki kütlə kağızla birlikdə elektron tərəzidə çəkildikdə kağızla birlikdə çəkisi 13,62 qram olmuş, 1 ədəd zərfdə qablaşdırılmış paltosunun cibindən aşkar edilmiş sellofan torbadakı kütlə sellofanla birlikdə elektron tərəzidə çəkildikdə sellofanla birlikdə çəkisi 4,94 qram olmuşdur. Ona həmin kütlələrin kimə məxsus olması ilə bağlı sual verildikdə, yenə də 1 ədəd zərfdə qablaşdırılmış yataq otağından televizor altlığındakı DVD pleyerin yanından aşkar edilmiş 1 ədəd kağız bükümdəki kütlənin nə olmasını bilmədiyini, həmin kütlənin ona məxsus olmadığını, həmin otaqda paltar dolabından paltosunun cibindən aşkar edilmiş sellofan torbadakı kütlənin isə tütün olduğunu və ona məxsus olduğunu demişdir. Həmin sellofan torbada olan tütün sellofan torba ilə birlikdə olduğu zərfə, kağız bükümdə olan kütlə də kağız bükümün olduğu zərfə qoyularaq başqa 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Həmin zərf möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra ona məxsus “Samsung” markalı telefonu da nümayiş olunmuş, arxasında olan bank kartının qaynatasına məxsus olduğunu, telefonun isə özünə məxsus olduğunu bildirmişdir. Həmin telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Ona polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması ilə bağlı sual verilmişdir. O da polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Baxışla bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştitakçılar tərəfindən imzalanmışdır. 29 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman, üstü yoxlanmamışdan əvvəl, yaşadığı evə baxış keçirilməmişdən əvvəl, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmiş, polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmamışdır. 29 oktyabr 2024-cü il tarixdə yaşadığı evin yataq otağından televizor altlığından DVD pleyerin yanından aşkar edilmiş 1 ədəd kağız bükümdəki kütlənin nə, kimə məxsus olmasını və kimin oraya qoymasını bilmir, həmin kütlə ona məxsus deyildir. Ucar rayonu, Alpı kənd sakini Şahid5 və Ucar şəhər sakini Şahid6 tanımışdır. Şahid6 ustadır, sonuncunun yanında fəhlə kimi çalışmış, tutulmamışdan əvvəl Ucar şəhəri, Oğuz küçəsində obyektdə Valehin yanında işləmişdir. Valeh ilə normal münasibətləri olmuşdur. Şahid5 isə soyuducu ustası kimi tanımışdır. Seymur hərdənbir işlədiyi yerə gəlib-getmiş, normal münasibətləri olmuş, lakin nə Şahid6la, nə də Şahid5la birlikdə narkotik vasitə istifadə etməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, Şahid5 narkotik vasitə satmamışdır. 23 oktyabr 2024-cü il tarixdə 1 dəfə 1 ədəd xırda kağız bükümdə narkotik vasitə olan marixuananı əvəzsiz olaraq sonuncuya vermişdir. Belə ki, 23 oktyabr 2024-cü il tarixdə Şahid5 ***-***-**-** nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə “vızov” ataraq onu axtarmış, daha sonra Seymura zəng vurub nə istədiyini soruşanda sonuncu ondan çəkmək üçün marixuana istəmişdir. Üzərində həmin vaxt 1 ədəd kağız bükümdə, az miqdarda marixuana olmuş, yazığı gəldiyi üçün Seymura Ucar şəhəri, 20 Yanvar küçəsində, çayxanada olduğunu demiş və Seymur həmin yerə gəldikdə çayxananın yanında sonuncuya təmənnasız 1 ədəd xırda bükümdə qurudulmuş marixuana vermişdir. Orada Seymur ilə 2-3 dəqiqə söhbət etdikdən sonra sonuncu çıxıb getmişdir. Şahid5 üzərindən aşkar edilmiş qalan 2 ədəd kibrit qutularında olan marixuanaları haradan əldə etməsini, eləcə də Şahid6 narkotik vasitə satıb-satmamasını bilməmiş, sonuncunun narkotik vasitə satmasını görməmiş və eşitməmişdir. Şahid6 heç zaman pul qarşılığında narkotik vasitə almamışdır. 23 oktyabr 2024-cü il tarixdə Şahid5 verdiyi 1 ədəd xırda kağız bükümdə narkotik vasitə olan marixuananı ona yanında fəhlə kimi çalışdığı, ustası Şahid6 çəkmək üçün 20 oktyabr 2024-cü il tarixdə Ucar şəhəri, Oğuz küçəsində işlədikləri yerdə təmənnasız olaraq pay vermişdir. O da məhz həmin 1 ədəd xırda kağız bükümdə olan marixuananı 23 oktyabr 2024-cü il tarixdə Şahid5 əvəzsiz olaraq vermiş, qarşılığında Seymurdan heç nə almamışdır. Şahid6 həmin marixuananı ona satmamış, pay kimi vermiş, qarşılığında ondan heç nə almamış, nə də özü Valehə heç nə verməmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini, buna görə də ona yüngül, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Həmçinin, özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmədiyini göstərdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsirli olması məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ucar rayonu, Rəstəcə kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı münasibəti, düşmənçilyi və ədavəti olmamışdır. Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması faktı üzrə İstintaq bölməsində istintaq edilən cinayət işinin gedişində 29 oktyabr 2024-cü il tarixdə Ucar rayonu, Rəstəcə kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində, eləcə də yaşadığı evdə və həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə külli miqdarda narkotik maddə gizlətməsi barədə Ucar Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun ətrafında keçirilmiş əməliyyat axtarış tədbirində iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun digər üzvləri, yəni CAB-ın baş əməliyyat müvəkkili Şahid1, NMQ-nin baş əməliyyat müvəkkili Şahid3, CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə həmin tarixdə, yəni 29 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs ilə Ucar şəhəri, Oğuz küçəsində rastlaşaraq sonuncuya yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanıldığını, videoçəkilişlə üstünün yoxlanılacağını, eləcə də yaşadığı ünvana baxışın keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Videoçəkilişi videokamera ilə CAB-ın əməliyyat müvəkkili Şahid2 aparmışdır. CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla sonuncuya bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya saxlayıb-saxlamaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet saxlamadığını bildirmişdir. Tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən “Keno” markalı siqaret qutusu və 1 ədəd alışqan, şalvarının sol yan cibindən isə arxasında “Kapital Bank”a aid bank kartı olan 1 ədəd narıncı rəngli “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Sorğu edildikdə Təqsirləndirilən şəxs həmin telefonun və bank kartının istifadəsində olduğunu bildirmiş, siqaret və alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmış, lakin “Kapital Bank”a aid bank kartı və 1 ədəd “Samsung” markalı mobil telefon CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. İştirakçılara, həmçinin Təqsirləndirilən şəxs üstünün yoxlanılması prosesi ilə bağlı hər hansı bir vəsatətinin olub-olmaması barədə sual verilmiş, heç bir etiraz və vəsatət daxil olmadığı üçün Talehin üstünün yoxlanılması prosesi yekunlaşdırılaraq videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs Ucar rayonu, Rəstəcə kəndində yaşadığı ünvanında narkotik vasitə saxlaması ehtimalı olduğundan sonuncunun yaşadığı ünvana bütün qrup üzvləri ilə gedərək videoçəkilişlə baxış keçirilmişdir. Videoçəkilişi həmin videokamera ilə özü aparmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısının qarşısında yaşadığı ünvana baxışın keçiriləcəyi bir daha izah olunmuşdur. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs əgər yaşadığı ünvanda narkotik vasitə və yaxud qanunla qadağan olunmuş başqa əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra sonuncunun yaşadığı evə və həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərə baxış keçirilmişdir. Belə ki, həyətə daxil olduqda girişdən çardağın başlandığı, qarşıda 1 mərtəbəli evin, həmin evə gedən yolun sağ tərəfində isə uzun tikilinin olduğu müəyyən edilmişdir. Həmin tikilinin nə olması ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs həmin tikilinin toyuq damı kimi istifadə edildiyini bildirmişdir. Həmin tikilinin bütün otaqlarına baxış keçirilsə də oradan narkotik vasitə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra yaşayış evinə baxışın keçirilməsinə başlanılmış, qırımızı rəngli taxta piləkənlərlə eyvana qalxıb orada olan dolablara və əşyalara baxış keçirilmiş, daha sonra zal otağına baxış keçirilmiş, zaldan, eləcə də zalın girişindən sol tərəfindəki 1-ci otağından narkotik vasitə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra zalın girişindən sol tərəfdəki 2-ci otağa daxil olunaraq həmin otağın kimə aid olması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin otağın özünə aid otağın olduğunu bildirərək içəriyə daxil olub özü işığı yandırmışdır. Həmin otağa baxış keçirilərkən CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən girişdə sağda, pərdənin yanında olan qara rəngli televizor altlığının yuxarı rəfindən, DVD pleyerin yanından 1 ədəd kağız büküm aşkar edilmişdir. Həmin kağız büküm açıldıqda içərisində qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu edildikdə Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını bilmədiyini, özünə məxsus olmadığını söyləmiş, sonra qarşıda, sağ tərəfdə olan çarpayının altına baxılmış, ardınca şabalıdı rəngli paltar dolabına baxış zamanı dolabda asılmış qış paltosunun cibindən içərisində bitki mənşəli kütlənin qırıntıları olan şəffaf sellofan torba aşkar edilmişdir. Həmin sellofandakı kütlənin nə olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə sonuncu həmin kütlənin tütün qırıntılarının olduğunu bidirmişdir. Daha sonra həmin içərisində tütün qırıntıları olan 1 ədəd şəffaf sellofan torba 1 ədəd kağız zərfdə qablaşdırılmış, televizor altlığının rəfində DVD pleyerin yanından aşkar edilmiş içərisində yaşıl rəngli kütlə olan 1 ədəd kağız büküm isə ayrıca 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs televizor altlığından aşkar edilmiş kütlənin özünə məxsus olmadığını bildirərək narazılıq etməyə başlamış, içərisində tütün qırıntılarını bildirdiyi 1 ədəd şəffaf sellofan torbanın qablaşdırıldığı kağız zərfin üzərini imzalamış, lakin televizor altlığındakı DVD pleyerin yanından aşkar edilmiş içərisində yaşlı rəngli kütlənin özünə məxsus olmadığını əsas gətirərək həmin kağız bükümün qablaşdırıldığı kağız zərfin üzərini imzalamaqdan imtina etmişdir. Həmin 2 ədəd zərflər möhürlənərək götürülmüşdür. Bundan sonra evin digər otaqlarına baxış keçirilməsinə davam etdirilmişdir. Lakin evdən qanunla qadağan olunmuş başqa hər hansı əşya və predmet aşkar edilməmişdir. İştirakçılara, həmçinin Təqsirləndirilən şəxs yaşadığı ünvana baxışın keçirilməsi ilə bağlı hər hansı bir vəsatətinin olub-olmaması barədə sual verilmişdir. Heç bir etiraz və vəsatət daxil olmadığı üçün baxışın yekunlaşdığı elan edilərək videoçəkiliş yekunlaşdırılmışdır. Daha sonra iştirakçılar polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı ünvana baxışın keçirlməsi ilə bağlı protokollar tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilərək növbətçi hissədə Təqsirləndirilən şəxs evinin otağındakı televizor altlığının rəfindən kağız bükümdə və həmin otaqdakı dolabda saxlanılan paltonun cbindən sellofan torbada aşkar edilərək götürülmüş və 2 ədəd ayrı-ayrı zərflərdə qablaşdırılmış, qurudulmuş marixuanaya bənzər kütlələrə, üzərindən aşkar edilmiş mobil telefona və bank kartına videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxışda o və CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və NMQ-nin baş əməliyyat müvəkkili Şahid3 baxışda iştirak etməmişlər. Videoçəkilişi məsul növbətçi, polis kapitanı Tural Bəkirov aparmışdır. Növbətçi hissədə Təqsirləndirilən şəxs bir daha hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla yaşadığı evə baxış zamanı aşkar edilərək götürülmüş kütlələrə baxışın keçirilməsinə etirazının olub-olmaması ilə bağlı sual verilmişdir. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra masanın üzərində olan 2 ədəd kağız zərflər Təqsirləndirilən şəxs təqdim olunaraq tamlıqlarının pozulmadığı göstərilmişdir. Daha sonra zərfin biri açılaraq içərisindən 1 ədəd kağız büküm çıxarılıb açılmış və kağızda yaşıl rəngli bitki mənşəli kütlənin olduğu müəyyən edilərək Təqsirləndirilən şəxs həmin kütlənin nə olması ilə bağlı sual verilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin yaşadığı evdən aşkar edilsə də, nə olmasını bilmədiyini və özünə məxsus olmadığını bildirmişdir. Həmin kağız bükümdəki kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, kağızla birlikdə çəkisinin 13,62 qram olduğu müəyyən edilmişdir. Daha sonra digər zərf açılaraq içərisində sellofan torbada bitki mənşəli kütlə qırıntıları sellofanla birlikdə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisinin 4,94 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin tütün qırıntılarının olduğunu bildirmişdir. Həmin kütlələrin olduqları 2 ədəd zərflər açılan zaman tamlıqları pozulduğu üçün ayrıca 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin ağzı bağlanmaqla və üzəri iştirakçılar tərəfindən imzalanmaqla möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra üstü yoxlanılarkən üzərindən götürülmüş arxasında “Kapital Bank”a aid bank kartı olan 1 ədəd narıncı rəngli “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs həmin telefonun özünə məxsus telefon olduğunu, arxasında isə qaynatasına məxsus, lakin öz istifadəsində olan “Kapital Bank”a aid bank kartının olduğunu bildirmişdir. Həmin mobil telefon və bank kartı iş üçün əhəmiyyət kəsb edə biləcəyi üçün müstəntiq tərəfindən götürülərək baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs qaytarılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələrə baxışın keçirilməsi ilə bağlı hər hansı bir vəsatətinin olub-olmaması barədə sual verilmişdir. Heç bir etiraz və vəsatət daxil olmadığı üçün baxışın yekunlaşdığı elan edilərək videoçəkiliş dayandırılmışdır. Baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 da şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Alpı kəndində yaşayır. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. İstifadəsində ***-***-**-** mobil telefon nömrəsi vardır. 23 oktyabr 2024-cü il tarixdə, axşam saat 18 radələrindən sonra Ucar şəhəri, 20 Yanvar küçəsində çayxananın yanında “matangül” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs adlı şəxslə təklikdə görüşüb sonuncudan 10 manat pul müqabilində 1 ədəd kağız bükümdə qurudulmuş marixuana almışdır. Belə ki, 23 oktyabr 2024-cü il tarixdə marixuana çəkmək istədiyi üçün öz istifadəsində olan ***-***-**-** nömrəsində kontur olmadığına görə Talehin istifadəsində olan ***-***-**-** nömrəsinə bir neçə dəfə “vızov” atmış, lakin Təqsirləndirilən şəxs ona geri dönüş etmədiyi üçün sonuncunun Ucar şəhəri, Oğuz küçəsində fəhlə kimi işlədiyi obyektə getmişdir. Talehi orada tapmadığı üçün sonuncunun birlikdə işlədiyi Valeh adlı ustanın nömrəsinə də “vızov”, yəni qısa zəng bildirişi göndərmiş, Valeh ona geri dönüş edəndə sonuncudan Talehi maraqlanmışdır. Valeh ona başqa yerdə olduğunu, Talehin harada olduğunu bilmədiyini və sonuncuya zəng vurub axtarmağını deyəcəyini bildirmişdir. Az sonra “matangül”, yəni Təqsirləndirilən şəxs ona zəng vurmuşdur. O, Talehə marixuana istədiyini bildirmiş, Taleh ona “gəl çayxanaya ordayam” deyərək telefonu söndürmüşdür. O da Talehin həmişə oturduğu Ucar şəhəri, 20 Yanvar küçəsində yerləşən kiçik çayxanaya tək getmişdir. Həmin zaman, saat 18 radələri olmuşdur. O, Talehi çayxanadan küçəyə çağırmış, sonuncu ilə təklikdə görüşdükdə Taleh cibindən 1 ədəd kağız bükümdə marixuana çıxarıb ona verərək əvəzində 10 manat pul istəmişdir. Taleh ona bundan başqa üzərində marixuana olmadığını bildirmişdir. O da Talehə 10 manat pul verməklə həmin marixuananı əldə etmiş, daha sonra Talehlə bir az söhbət etmiş, sonra aralaşmışlar. O, həmin kağız bükümdəki marixuananı sonra şərait yarananda özü istifadə etməsi üçün özündə saxlamış, heç kim görməməsi üçün cibinə qoyub gəzdirmişdir. Həmin marixuana az vaxtda ona bəs edəcəyini nəzərə alıb gələcəkdə istifadə etməsi üçün daha çox, yəni 2- 3 kibrit qutusu narkotik vasitə alıb saxlamaq istəmiş, Talehdən 10 manata aldığı 1 ədəd kağız bükümdəki marixuanadan istifadə etməmişdir. Ona görə də səhəri günü, yəni 24 oktyabr 2024-cü il tarixdə, axşam saat 20 radələrində Talehin ustası olan Ucar şəhər sakini Şahid6 adlı şəxsdən Ucar şəhəri, Vidadi küçəsində 140 manat pul müqabilində 2 kibrit qutusunda marixuana alaraq cibinə qoyub saxlamışdır. O, əvvəllər də Şahid6 1-2 dəfə kibrit qutularında marixuana aldığından sonunucuda narkotik vasitə olmasını bildiyi üçün həmin günü Şahid6 daimi işlədiyi yerə gedib Oğuz küçəsində, işlədiyi yerin yaxınında sonuncu ilə görüşərək marixuana istəmişdir. Şahid6 da ona 1 ədəd kibrit qutusunu 70 manata satdığını bildirmiş, o da Valehə 2 ədəd kibrit qutusunda marixuana lazım olduğunu bildirərək, üzərində 140 manat olmadığından və hələ kəndə evə qayıtmağı üçün pul lazım olacağını bildirib Şahid6 100 manat pul verib, 40 manat borclu qalmaqla 2 ədəd kibrit qutusunda qurudulmuş marixuana almağa razılaşmışlar. Daha sonra onlar ikisi Valehin yaşadığı evin yanına getmişlər. Valehi küçədə gözləmiş, sonuncu yaşadığı evə daxil olub az sonra çıxaraq ona 2 ədəd kibrit qutusunda marixuana vermişdir. Bunun qarşılığında danışdıqları kimi Valehə 100 manat vermiş, 40 manat borclu qalmışdır. 25 oktyabr 2024-cü il tarixdə isə Valehin işlədiyi yerin yanına gedərək qalan 40 manatı təklikdə Valehə qaytarmışdır. 26 oktyabr 2024-cü il tarixdə, saat 11:30-dan sonra Ucar şəhəri, Oğuz küçəsində, “Təzə bazar” deyilən yerdə yolun kənarında dayanıb əl edib taksi saxladan zaman qırmızı rəngli “VAZ-2107” markalı, ** BL *** dövlət qeydiyyat nömrəli avtomobil yanında saxlamış, şifahi tanıdığı sürücü İlqara Ucar rayonu, Alpı kəndinə getməli olduğunu bildirmiş, sonuncu onu 5 manata aparmağa razılaşmışdır. Avtomobildə qarşıda, sağda əyləşmişdir. Yolda Ucar rayonu, Qarabörk kəndi ərazisində, “dörd yol” deyilən yerdə sürücü İlqardan mağazaya düşmək üçün avtomobili saxlamağını xahiş etmişdir. Sürücü İlqar avtomobili saxladıqda, o yerə düşüb bir qədər aralandıqda bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah etmişlər. Polislər ona üstünü videoçəkilişlə yoxlayacaqlarını söyləmişlər. O, buna heç bir etirazının olmadığını bildirmişdir. Həmin yerdə çox adam olduğundan onlar qırmızı rəngli “VAZ-2107” markalı, ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşib təxminən 25 metr aralıda dayanmışlar. Avtomobildən düşdükdə videoçəkilişlə sənəədləşdirmənin aparılacağı ona bildirilmişdir. Həmin vaxt onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində 23 oktyabr 2024-cü il tarixdə Talehdən aldığı 1 ədəd kağız bükümdə və 24 oktyabr 2024-cü il tarixdə Valehdən aldığı 2 ədəd kibrit qutusunda qurudulmuş marixuanalar olmuşdur. Polis əməkdaşları ona üzərində narkotik vasitə vardırsa, təqdim etməyini təklif etmişlər. O da gödəkçəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə saxladığı qurudulmuş marixuanaları çıxarıb polislərə göstərmişdir. Həmin marixuanaya yaxından baxış keçirilərək həmin kütlələrin nə olması ilə bağlı ona sorğu edilmiş, o da həmin kütlələrin narkotik vasitə marixuana olduğunu, özünə məxsus olduğunu və özü istifadə etməsi üçün üstündə saxladığını bildirmişdir. Ona sərnişin olduğu avtomobilə nə isə qoyub-qoymaması barədə sorğu edilmiş, o, da avtomobilə heç nə qoymadığını bildirmişdir. Həmin vaxt avtomobil də yoxlanılmış, lakin avtomobilin salonundan heç nə aşkar edilməmişdir. Bundan sonra onun üzərini polis əməkdaşı yoxlamış, cibindən “Samsung” markalı telefonu, siqareti, alışqanı və 83 manat pul aşkar edilmiş, pullar, siqaret və alışqan özünə qaytarılmış, telefonu isə iş üçün əhəmiyyət kəsb etdiyinə görə polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə saxladığı qurudulmuş marixuana 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini o və iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra o, polis şöbəsinə gətirilərək sənədləşdirmə aparılmış, protokol tərtib olunub oxunduqdan sonra baxış iştirakçıları tərəfindən imzalanmışdır. Ardınca müstəntiq tərəfindən növbətçi hissədə saxlanılarkən və üstü yoxlanılarkən aşkar edilmiş 2 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə saxladığı qurudulmuş marixuanalar olan 1 ədəd kağız zərf videoçəkilişlə açılaraq ona təqdim olunmuş, 2 ədəd kibrit qutuları və 1 ədəd kağız bükümdə olan marixuanalar ayrı-ayrılıqda olduqları kibrit qutularında və kağız bükümdə elektron tərəzidə çəkilmiş, 1 ədəd kibrit qutusunda olan marixuana kibrit qutusu ilə birlikdə 12,20 qram, digər 1 ədəd kibrit qutusunda olan marixuana kibrit qutusu ilə birlikdə 9,96 qram, 1 ədəd kağız bükümdə olan marixuana isə kağızla birlikdə 1,05 qram olmuşdur. Həmin marixuanalar olduqları vəziyyətdə elə olduqları zərfə qoyularaq başqa 1 ədəd kağız zərfdə qablaşdırılmış, daha sonra möhürlənməklə üzəri iştirakçılar tərəfindən imzalanaraq müstəntiq tərəfindən götürülmüşdür. “Samsung” markalı telefonu barədə də ona sual verilmiş, həmin telefonun özünə məxsus olduğunu bildirdikdən sonra həmin telefonu da götürülmüşdür. Bununla bağlı da protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, vəkil ilə təmin olunaraq şübhəli şəxs kimi saxlanılmışdır. O, saxlanılan zaman Təqsirləndirilən şəxs onu polislərə satdığını düşünmüş, ona görə də ilkin ifadələrində üzərindən aşkar edilmiş marixuanaların hamısını Təqsirləndirilən şəxs aldığını bildirmiş, eyni zamanda Valehdən bir qədər çəkinmiş, lakin Təqsirləndirilən şəxs həbs olunduğunu görüb, istintaqa düzgün ifadə verməyi qərarlaşdırmışdır. Ona görə də ərizə ilə müraciət edərək düzgün ifadə verərək həqiqəti danışmış, yəni 26 oktyabr 2024-cü il tarixdə saxlanılan zaman üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutularında marixuanalar Valehin ona 24 oktyabr 2024-cü il tarixdə, axşam saat 20 radələrində 140 manata razılaşma yolu ilə satdığını, 1 ədəd kağız bükümdə olan marixuananı isə 23 oktyabr 2024-cü il tarixdə, axşam saat 18 radələrindən sonra Təqsirləndirilən şəxs 10 manata aldığını bildirmişdir. Valehdən aldığı kibrit qutularının birindən az miqdarda marixuana götürüb elə aldığı günü evə qayıdarkən təklikdə istifadə etmişdir. 26 oktyabr 2024-cü il tarixdə Ucar rayonu, Qarabörk kəndi ərazisində polis əməkdaşları tərəfindən saxlanılan zaman, üstü yoxlanmamışdan əvvəl, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmiş, polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmamışdır. Tutulmamışdan bir-iki həftə əvvəl də Təqsirləndirilən şəxs 20 Yanvar küçəsində yaşadığı evin yaxınında istifadə etməsi üçün 10 manata 1 ədəd kağız bükümdə qurudulmuş marixuana almış və özü istifadə etmişdir. Eyni zamanda, tutulmamışdan təxminən 1 ay əvvəl də iki dəfə Şahid6 Ucar şəhərində evinin yaxınında istifadə etməsi üçün 70 manata kibrit qutusunda qurudulmuş marixuana almış və özü istifadə etmişdir. Təqsirləndirilən şəxs və Şahid6 marixuananı hər birindən ayrı-ayrılıqda almış və onların heç birinə digərindən marixuana almağı barədə heç nə deməmişdir. Heç zaman onların ikisindən eyni vaxtda narkotik vasitə almamış, birgə narkotik vasitə satmalarını görməmiş və eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Əlbaba oğlu ifadəsində göstərdi ki, o, tutulmamışdan əvvəl ailə üzvləri ilə birlikdə Ucar şəhəri, Vidadi küçəsi, ev 10-da yaşamış və narkotik vasitələrdən istifadə etməmişdir. Ucar şəhəri, Oğuz küçəsində obyektdə usta işləyərək, hörgü hörmüşdür. İstifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Həmin nömrəni bir neçə ildir ki işlətmiş, istifadəsində başqa telefon nömrəsi olmamışdır. Ucar rayonu, Alpı kənd sakini Şahid5 və Ucar rayonu, Rəstəcə kənd sakini Təqsirləndirilən şəxs tanımışdır. Ucar şəhəri, Oğuz küçəsində obyektdə usta kimi çalışmaqla Təqsirləndirilən şəxs də onun yanında fəhlə kimi çalışmışdır. Şahid5 isə soyuducu ustası kimi tanımış, sonuncu da onların iş yerinə hərdənbir gəlib-getmişdir. Lakin Seymurla sıx münasibətləri olmamışdır. Şahid5 ondan 2 ədəd kibrit qutusunda olan marixuanaları 140 manata razılaşma yolu ilə alması və əvvələr də ondan 1-2 dəfə narkotik vasitə olan marixuana alması barədə göstərdiyi xüsusatlar yalandır. Seymura heç zaman narkotik vasitə satmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs isə 20 oktyabr 2024-cü il tarixdə ondan 1 ədəd kağız bükümdə qurudulmuş marixuananı təmənnasız alması barədə göstərdikləri doğrudur. Həqiqətən təxminən 20 oktyabr 2024-cü il tarixdə işlədiyi obyektin ərazisində yerdən kiçik kağız bükümdə marixuana tapmış, Talehin də narkotik vasitədən istifadə etdiyini bildiyi üçün həmin kağız bükümdəki marixuananı həmin günü Talehə vermişdir. Qarşılığında Talehdən heç nə almamış və istəməmiş, nə də Taleh özü heç nə verməmişdir. Ümumiyyətlə heç kimə narkotik vasitə satmamışdır. Özü narkotik vasitələrdən istifadə etmədiyi üçün heç zaman Təqsirləndirilən şəxs və Şahid5la birlikdə narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir məlumatı olmamışdır. Bu haqda heç kimdən heç nə eşitməmiş, Talehin kiməsə narkotik vasitə satmasını görməmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 17/852 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 1 ədəd kağız bükümdə və 1 ədəd sellofan torbada olan 2 ədəd ayrı-ayrı zərflərə qoyulmuş kütlələr.” yazısı, adlar və imzalar olan 01(bir) ədəd zərfin içərisindəki: digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 12,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,65 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana ilə Şahid5 götürülmüş 02 (iki) ədəd kibrit qutularında və 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2025-ci il tarixli, 107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və narkotik vasitə satmaması barədə ifadəsinə tənqidi yanaşır və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq kimi qiymətləndirir. İş materiallarında olan və yuxarıda qeyd olunan məhkəmə-bioloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuana ilə Şahid5 götürülmüş 02 (iki) ədəd kibrit qutularında və 01 (bir) ədəd kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli cinayət qanununun müvafiq maddə əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 03 yanvar 2025-ci il tarixli, 5-80-11/2- 181/2025 nömrəli arayışından və elektron məhkəmə informasiya sistemindən çıxarışdan (şəxsin fərdi məlumatlarından) görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 avqust 2013-cü ildə doğulmuş X3 və 01 sentyabr 2015-ci ildə doğulmuş X4 adlı iki uşağı vardır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur. CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 12,03 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 4 (dörd) ədəd disk və 3 (üç) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 29 oktyabr 2024-cü il tarixdən hesab edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 29 oktyabr 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 12,03 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 4 (dörd) ədəd disk və 3 (üç) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 385 (üç yüz səksən beş) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs ilə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-37/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-37/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver