Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-38/2024 29.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 29 may 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1984-cü il tarixdə Ucar rayonu, Gəraybəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 20,07 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq həmin narkotik vasitə olan qurudulmuş marixuananı ayrı-ayrı bükümlərdə işlətdiyi Ucar şəhəri, Oğuz küçəsində yerləşən çayxanada və yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 02 mart 2024-cü il tarixdə, saat 15 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində işlətdiyi Ucar şəhəri, Oğuz küçəsində yerləşən çayxanaya baxış keçirilən zaman həmin çayxananın mətbəx hissəsində yerləşən masanın üzərindən 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,41 qram, həmin yerdə olan Təqsirləndirilən şəxs məxsus qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,45 qram, yaşadığı ünvana baxış keçirilən zaman evin 2-ci mərtəbəsində yerləşən otaqdakı şkafın içərisindəki qabın içərisində olan 01 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 19,21 qram olmaqla, ümumilikdə 20,07 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Ucar rayonu, Gəraybəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Başqa növ narkotik vasitə istifadə etməmişdir. Təxminən 2024-cü ilin fevral ayının ortalarında yaşadığı küçədə piyada gedərkən 1 ədəd ağ rəngli sellofan tapmış, həmin sellofanı yerdən götürüb açıq baxdıqda içərisində “nəşə” olduğunu görmüşdür. Daha sonra həmin bükümü olduğu ağ rəngli sellofana qoyub evə aparmış, ardınca həmin bükümü sellofandan çıxarıb içərisindəki narkotik vasitədən az miqdarda götürüb istifadə etmək məqsədilə 2 ədəd bükümə qoyub cibinə qoymuşdur. Daha sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli kağız bükümü yaşadığı evin ikinci mərtəbəsində olan istifadəsiz otaqdakı şkafın içərisində olan ağ rəngli qabın içərisinə qoymuşdur. İşlətdiyi çayxanada tək olanda həmin narkotik vasitədən təklikdə papirosa tütünlə doldurub istifadə etmişdir. Həmin marixuanadan az miqdarda, bir neçə çəkimlik hissəsi qalmış, qalan marixuananı 1 ədəd qəbz kağızına büküb özünə məxsus qara rəngli uzunqol gödəkcəsinin qabaq sol cibinə qoyub saxlamış və bundan heç kimin məlumatı olmamışdır. 02 mart 2024-cü il tarixdə, saat 15:30 radələrində Ucar şəhəri, Oğuz küçəsində işlədiyi çayxanada olarkən bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və işlədiyi çayxanaya baxış keçiriləcəyini söyləmişlər. O buna heç bir etirazının olmadığını bildirmiş və təxminən 20 dəqiqə polislərlə çayxananın qarşısında gözlədikdən sonra müstəntiq həmin yerə gəlmişdir. Polis əməkdaşları müstəntiqə onun narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olmaqda, konkret olaraq yaşadığı evdə, işlədiyi çayxanada və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Müstəntiq ona ilk olaraq işlədiyi çayxanaya videoçəkilişlə baxış keçiriləcəyini bildirərək buna etirazının olubolmadığını soruşmuş, o da narkotik vasitələrdən istifadə etdiyini etiraf edərək çayxanada özü istifadə etməsi üçün narkotik vasitə olan marixuana saxladığını bildirmişdir. O, işlədiyi çayxanaya baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə baxış keçirilməsinə başlanılmış və baxış zamanı ona işlətdiyi çayxanada narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. İlk olaraq çayxananın qapısından içəriyə daxil olaraq qarşıda sol tərəfdən girişi olan mətbəxə daxil olmuşlar və o, mətbəxə daxil olaraq sağ tərəfdə masanın üzərində kağız parçasının üzərində açıq şəkildə olan, yəni özünün istifadə etməsi üçün kağız parçasının üzərində tütünlə qarışdırıb saxladığı qurudulmuş marixuananı polislərə göstərmişdir. Həmin marixuanaya yaxından baxış keçirilərkən onun nə olması ilə bağlı sorğu edilmiş, o isə bir daha həmin kağızın üzərində olan kütlənin narkotik vasitə olan marixuana olduğunu və onu tütünlə qarşıdırıb özü istifadə etməsi üçün orada saxladığını bildirmişdir. Eyni zamanda həmin marixuananın yanında 2 ədəd tütünü boşaldılmış papiroslar aşkar olunmuşdur. Həmin papirosların nə olması ilə bağlı ona sorğu edildikdə kağızın üzərindəki marixuananı həmin papiroslara doldurub çəkməyi planlaşdırdığını bildirmişdir. Kağız parçasının üzərində açıq şəkildə olan marixuana 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzəri imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra ona çayxanada başqa yerdə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt elə həmin yerdə, yəni mətbəxdə asılqanda olan qara rəngli gödəkcəsinin qabaq sol cibində 1 ədəd qəbz kağızına bükülmüş vəziyyətdə marixuananın qalan hissəsi olsa da o, tutulacağından qorxduğundan bunu deməmiş və yalandan başqa heç bir yerdə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmetin olmadığını söyləmişdir. Bundan sonra polis əməkdaşları baxışa davam edərkən mətbəxdə asılmış vəziyyətdə olan həmin qara rəngli gödəkcəsinin qabaq sol cibində özü istifadə etməsi üçün saxladığı 1 ədəd qəbz kağızına bükülmüş vəziyyətdə marixuananı da aşkar etmişlər. Ona həmin bükümdəki kütlənin nə olması ilə bağlı sorğu edildikdə, tutulacağından qorxduğu üçün həmin marixuananın ona məxsus olmadığını bildirmişdir. Həmin gödəkcənin qabaq sol cibində 1 ədəd qəbz kağızına bükülmüş vəziyyətdə marixuana da 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra isə baxış keçirilməsi ilə bağlı hər hansı bir etirazının olub-olmadığı ondan soruşulmuş, o heç bir etirazının və sualının olmadığını bildirmişdir. Bununla da işlədiyi çayxanada baxış keçirilməsi sona çatdırılmışdır. 2 ədəd zərflər götürüldükdən sonra o, polislərlə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onun üçün dərhal vəkil dəvət olunaraq dövlət hesabına vəkil Müdafiəçi ilə təmin olunub şübhəli şəxs kimi saxlanılmışdır. Vəkilinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulması barədə qərar ona təqdim olunmuşdur. Bundan sonra şifahi olaraq videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və bununla bağlı hər hansı etirazının olub-olmadığı soruşulmuşdur. O da heç bir etirazının olmadığını bildirmiş və bundan sonra polis şöbəsinin növbətçi hissəsində ona videoçəkilişlə çayxanada baxış zamanı gödəkcəsinin qabaq sol cibində 1 ədəd qəbz kağızına bükülmüş vəziyyətdə marixuananın qablaşdırıldığı zərfin üzərini imzalanmaması səbəbindən həmin zərfin açılacağı və içərisində olan kütlənin bir daha ona təqdim olunub sonra qablaşdırılacağı bildirilmiş, bundan sonra həmin zərf vəkilin yanında bir daha ona olduğu vəziyyətdə, yəni baxış zamanı qablaşdırılmış və möhürlənmiş formada yaxından təqdim edilmişdir. Zərfin tamlığı pozulmamışdır. Müstəntiq həmin zərfi açaraq içərisindəki 1 ədəd qəbz kağızına bükülmüş narkotik vasitə marixuananı ona təqdim etmiş və baxış zamanı çayxanada mətbəxdə asılmış gödəkcəsinin sol qabaq cibindən aşkar edilmiş kütlənin olubolmaması ilə bağlı sual vermişdir. O da yaxından həmin 1 ədəd qəbz kağızına bükülü olan marixuanaya baxmış və heç nəyi dəyişdirilmədiyinə əmin olaraq həmin kütlənin onun gödəkcəsinin cibindən aşkar olunmuş marixuana olduğunu etiraf etmişdir. Həmin kütlənin kimə məxsus olması ilə bağlı ona sual verildikdə, artıq yalan danışmaqla məsuliyyətini ağırlaşdırmamaq üçün həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu etiraf etmişdir. Həmin marixuana 1 ədəd digər kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzəri o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək bir daha hüquq və vəzifələri izah olunub üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa, təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet olmamış, ona görə də üzərindən çayxananın qapısının açarını, içərisində siqaretlər olan siqaret qutusunu, 8 ədəd 1 manatlıq, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq əskinaslarla olan pullarını, eləcə də 1 ədəd “Red Mi” markalı telefonunu polislərə təqdim etmişdir. Həmin vaxt pulları sayılaraq, siqaret və açarla birlikdə ona qaytarılmış, “Redmi” markalı telefonu isə 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini o və iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra ona yaşadığı ünvana baxış keçiriləcəyi bildirildikdə buna etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra o, vəkili Müdafiəçi, eləcə də polis əməkdaşları yaşadığı Ucar rayonu, Gəraybəyli kəndində yerləşən yaşadığı evin qarşısına gəlmişlər. Ona videoçəkilişlə yaşadığı evin həyətinə və evinə baxış keçiriləcəyi bir daha izah olunmuş, əgər yaşadığı ünvanda narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, isə həyəcanlı olduğu üçün yaşadığı evdə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet saxlamadığını bildirmişdir. Bundan sonra videoçəkilişlə baxış keçirilməsinə başlanılmışdır. İlk olaraq küçədən dəmir qapıdan yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətdə baxış zamanı narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra həyətdə giriş qapısından sol tərəfdə yerləşən iki mərtəbəli evin girişinə yaxınlaşmışlar. Birinci mərtəbədə olan 2 otaqlara və mətbəxə baxış zamanı oradan narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra evin ikinci mərtəbəsinə qalxdıqda sağ tərəfdən birinci onun yataq otağına baxış keçirilmiş, lakin oradan narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra həmin otağın solunda olan daimi istifadə olunmayan otağa daxil olduqda sol divarın yanında olan süşəli qab dolabında ağ rəngli qabın içərisindən 1 ədəd kağızda bükülmüş vəziyyətdə qurudulmuş marixuana aşkar edilmişdir. Lakin, o, həyəcanlı vəziyyətdə olduğu üçün və daha ağır cinayət məsuliyyətinə cəlb olunmamaq üçün həmin kütlənin nə olduğunu bilmədiyini göstərmişdir. Əslində isə həmin narkotik vasitə də ona məxsus olmuşdur. Ardınca müstəntiq tərəfindən həmin aşkar edilmiş kağız bükümdə olan kütlə də 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək üzərini o, vəkili və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra baxış davam etdirilmiş, baxış zamanı başqa narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Hazırda əməlindən peşmandır, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının və digər yüngülləşdirici halların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, Ucar rayonu, Oğuz küçəsində işlətdiyi çayxanada, həmçinin yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması barədə 02 mart 2024-cü il tarixində əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 tərəfindən raport yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilərək əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X6, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1, Ucar RPŞ-nin PPXB-nün tağım komandiri Şahid2, Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə həmin gün, saat 15 radələrində Təqsirləndirilən şəxs Ucar şəhəri, Oğuz küçəsində işlətdiyi çayxananın qarşısına getmişlər. Təqsirləndirilən şəxs həmin çayxanın qarşısında görmüşlər. Ardınca Bəhruza yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu və buna görə də işlətdiyi çayxanaya video çəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nın müstəntiqi X4 həvalə olunmuş, ardınca Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlətdiyi çayxanada qanunla qadağan edilmiş əşya və premet olubolmaması soruşulmuş, Bəhruz da həmin çayxanada “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirərək baxış iştirakçılarını çayxanaya dəvət etmişdir. Baxış əvvəlcə çayxananın mətbəx hissəsindən başlanılmış, həmin yerə baxış zamanı masanın üzərindən ağ rəngli kağız parçasının içərisində yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd içərisi boş olan 2 ədəd papiros kağızı aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona aid olduğunu bildirmişdir. Daha sonra müstəntiq Elnur Tağıyev tərəfindən həmin kütlə olduğu 1 ədəd ağ rəngli kağız bükümdə 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs başqa qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulduqda sonuncu qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra çayxanada baxış prosesi davam etdirilmişdir. Baxış zamanı çayxananın mətbəx hissəsində asılmış vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd kağız bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmadığını və içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Ardınca müstəntiq Elnur Tağıyev tərəfindən həmin kütlə də 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırıldıqdan sonra üzəri möhürlə möhürlənmişdir. Lakin yanlışlıqla üzəri iştirakçılar tərəfindən imzalanmamışdır. Daha sonra çayxananın digər yerlərinə baxış keçirilmiş, baxış zamanı çayxanadan qanunla qadağan olunmuş başqa əşya və ya prdemet aşkar olunmamışdır. Ardınca müstəntiq Elnur Tağıyev tərəfindən baxış prosesi yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Ucar RPŞ-yə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış prosesinə başlamazdan əvvəl müstəntiq Elnur Tağıyev tərəfindən videoçəkilişlə çayxanada keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus gödəkcənin qabaq sol cibində 1 ədəd qəbz kağızına bükülmüş vəziyyətdə marixuananın qablaşdırıldığı zərfin üzərini imzalanmaması səbəbindən həmin zərfin açılacağı və içərisində olan kütlənin bir daha ona təqdim olunub sonra qablaşdırılacağı bildirildikdən sonra həmin zərf müdafiəçinin və digər iştirakçıların yanında bir daha olduğu vəziyyətdə, yəni baxış zamanı qablaşdırılmış və möhürlənmiş formada yaxından təqdim edilmiş, zərfin tamlığı pozulmamışdır. Ardınca həmin zərf açılaraq içərisindəki 1 ədəd qəbz kağızına bükülmüş marixuana Təqsirləndirilən şəxs təqdim edilmiş və baxış zamanı çayxanada mətbəxdə asılmış gödəkcəsinin sol qabaq cibindən aşkar edilmiş kütlənin nə olub-olmaması ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs yaxından həmin 1 ədəd qəbz kağızına bükülü olan kütləyə baxmış və heç nəyin dəyişdirilmədiyinə əmin olaraq həmin kütlənin gödəkcəsinin cibindən aşkar olunmuş marixuana olduğunu göstərmişdir. Ardınca həmin kütlənin kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu etiraf etmişdir. Həmin marixuana 1 ədəd digər kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini Təqsirləndirilən şəxs və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək bir daha hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunduqda üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet olmadığını bildirib üzərində olan 1 ədəd “Redmi” markalı telefonu, çayxananın qapısının açarını, içərisində siqaretlər olan siqaret qutusunu, 8 ədəd 1 manatlıq, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq əskinaslarla olan pullarını masanın üzərinə qoymuşdur. Həmin vaxt pullar sayılaraq siqaret və açarla birlikdə Bəhruza qaytarılmış, “Red mi” markalı telefonu isə 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini o və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya prdemet aşkar edilməmişdir. Daha sonra Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə RPŞ-də olarkən üzərində hər hansısa bir fiziki və psixi zorun tətbiq edilib-edilməməsi barədə soruşulduqda, sonuncu ona qarşı heç kim tərəfindən fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Bununla da şəxsi axtarış prosesi yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Gəraybəyli kəndi yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün gedilmişdir. Evin qarşısına çatdıqdan sonra iştirakçılarla birlikdə baxış prosesi başlanılmış, ardınca Təqsirləndirilən şəxs evində qanunla qadağan edilmiş əşya və premet olub-olmaması soruşulduqda sonuncu yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirərək baxış iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Bundan sonra baxış əvvəlcə evin həyətyanı sahəsindən, ardınca həyətdə yerləşən yarımtikililərdən başlanılmış, baxış zamanı həmin yerlərdən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış yaşadığı evdə davam etdirilmiş, ardınca evin 1-ci mərtəbəsində olan otaqlara və mətbəxə baxış keçirilmiş, baxış zamanı həmin otaqlardan qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra pilləkən ilə evin ikinci mərtəbəsinə qalxdıqdan sonra ilk sağ tərəfdə yerləşən birinci yataq otağına baxış keçirilmiş, baxış zamanı oradan narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra həmin otağın solunda olan daimi istifadə olunmayan otağa daxil olduqda sol divarın yanında olan süşəli qab dolabında ağ rəngli qabın içərisindən 1 ədəd kağızda bükülmüş vəziyyətdə yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmiş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını bilmədiyini və həmin kütlənin ədviyyat bitkisi olduğunu zənn etdiyi üçün kiminsə ailə üzvlərindən orada saxladığını söyləmişdir. Daha sonra müstəntiq Elnur Tağıyev tərəfindən həmin aşkar edilmiş kağız bükümdə olan kütlə də 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra evdə baxış davam etdirilmiş, baxış zamanı qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca baxış prosesi yekunlaşdırılmışdır. Məhkəmə iclası zamanı ifadə vermiş şahid Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, Ucar rayonu, Oğuz küçəsində işlətdiyi çayxanada, həmçinin yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması barədə 02 mart 2024-cü il tarixində əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında tərəfindən raport yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilərək əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X6, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1, Ucar RPŞ-nin PPXB-nün tağım komandiri Şahid2, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Ucar RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə həmin gün, saat 15 radələrində Təqsirləndirilən şəxs Ucar şəhəri, Oğuz küçəsində işlətdiyi çayxananın qarşısına getmişlər. Təqsirləndirilən şəxs həmin çayxanın qarşısında görmüşlər. Ardınca Bəhruza yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu və buna görə də işlətdiyi çayxanaya video çəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nın müstəntiqi X4 həvalə olunmuş, ardınca Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlətdiyi çayxanada qanunla qadağan edilmiş əşya və premet olubolmaması soruşulmuş, Bəhruz da həmin çayxanada “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirərək baxış iştirakçılarını çayxanaya dəvət etmişdir. Baxış əvvəlcə çayxananın mətbəx hissəsindən başlanılmış, həmin yerə baxış zamanı masanın üzərindən ağ rəngli kağız parçasının içərisində yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd içərisi boş olan 2 ədəd papiros kağızı aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona aid olduğunu bildirmişdir. Daha sonra müstəntiq Elnur Tağıyev tərəfindən həmin kütlə olduğu 1 ədəd ağ rəngli kağız bükümdə 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs başqa qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulduqda sonuncu qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra çayxanada baxış prosesi davam etdirilmişdir. Baxış zamanı çayxananın mətbəx hissəsində asılmış vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd kağız bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmadığını və içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Ardınca müstəntiq Elnur Tağıyev tərəfindən həmin kütlə də 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırıldıqdan sonra üzəri möhürlə möhürlənmişdir. Lakin yanlışlıqla üzəri iştirakçılar tərəfindən imzalanmamışdır. Daha sonra çayxananın digər yerlərinə baxış keçirilmiş, baxış zamanı çayxanadan qanunla qadağan olunmuş başqa əşya və ya prdemet aşkar olunmamışdır. Ardınca müstəntiq Elnur Tağıyev tərəfindən baxış prosesi yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Ucar RPŞ-yə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış prosesinə başlamazdan əvvəl müstəntiq Elnur Tağıyev tərəfindən videoçəkilişlə çayxanada keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus gödəkcənin qabaq sol cibində 1 ədəd qəbz kağızına bükülmüş vəziyyətdə marixuananın qablaşdırıldığı zərfin üzərini imzalanmaması səbəbindən həmin zərfin açılacağı və içərisində olan kütlənin bir daha ona təqdim olunub sonra qablaşdırılacağı bildirildikdən sonra həmin zərf müdafiəçinin və digər iştirakçıların yanında bir daha olduğu vəziyyətdə, yəni baxış zamanı qablaşdırılmış və möhürlənmiş formada yaxından təqdim edilmiş, zərfin tamlığı pozulmamışdır. Ardınca həmin zərf açılaraq içərisindəki 1 ədəd qəbz kağızına bükülmüş marixuana Təqsirləndirilən şəxs təqdim edilmiş və baxış zamanı çayxanada mətbəxdə asılmış gödəkcəsinin sol qabaq cibindən aşkar edilmiş kütlənin nə olub-olmaması ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs yaxından həmin 1 ədəd qəbz kağızına bükülü olan kütləyə baxmış və heç nəyin dəyişdirilmədiyinə əmin olaraq həmin kütlənin gödəkcəsinin cibindən aşkar olunmuş marixuana olduğunu göstərmişdir. Ardınca həmin kütlənin kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu etiraf etmişdir. Həmin marixuana 1 ədəd digər kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini Təqsirləndirilən şəxs və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək bir daha hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunduqda üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet olmadığını bildirib üzərində olan 1 ədəd “Redmi” markalı telefonu, çayxananın qapısının açarını, içərisində siqaretlər olan siqaret qutusunu, 8 ədəd 1 manatlıq, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq əskinaslarla olan pullarını masanın üzərinə qoymuşdur. Həmin vaxt pullar sayılaraq siqaret və açarla birlikdə Bəhruza qaytarılmış, “Red mi” markalı telefonu isə 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini o və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya prdemet aşkar edilməmişdir. Daha sonra Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə RPŞ-də olarkən üzərində hər hansısa bir fiziki və psixi zorun tətbiq edilib-edilməməsi barədə soruşulduqda, sonuncu ona qarşı heç kim tərəfindən fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Bununla da şəxsi axtarış prosesi yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Gəraybəyli kəndi yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün gedilmiş, lakin o, xidməti zərurətlə əlaqədar olaraq həmin baxış prosesində iştirak edə bilməmişdir. Sonradan Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı sonuncunun evindən 1 ədəd kağızda bükülmüş vəziyyətdə yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilməsi ona deyilmişdir. Məhkəmə iclası zamanı ifadə vermiş şahid Ucar RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, Ucar rayonu, Oğuz küçəsində işlətdiyi çayxanada, həmçinin yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması barədə 02 mart 2024-cü il tarixində əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 tərəfindən raport yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilərək əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X6, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1, Ucar RPŞ-nin PPXB-nün tağım komandiri Şahid2, Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə həmin gün, saat 15 radələrində Təqsirləndirilən şəxs Ucar şəhəri, Oğuz küçəsində işlətdiyi çayxananın qarşısına getmişlər. Təqsirləndirilən şəxs həmin çayxanın qarşısında görmüşlər. Ardınca Bəhruza yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu və buna görə də işlətdiyi çayxanaya video çəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nın müstəntiqi X4 həvalə olunmuşdur. O, xidməti zərurətlə əlaqədar olaraq Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya videoçəkiliş vasitəsilə baxış keçirilməsində, habelə üzərinə keçirilmiş şəxsi axtarışda iştirak edə bilməmişdir. Sonradan Təqsirləndirilən şəxs işlətdiyi çayxanadan 2 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilməsi ona deyilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Gəraybəyli kəndi yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün gedilmişdir. Evin qarşısına çatdıqdan sonra iştirakçılarla birlikdə baxış prosesi başlanılmış, ardınca Təqsirləndirilən şəxs evində qanunla qadağan edilmiş əşya və premet olub-olmaması soruşulduqda sonuncu yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirərək baxış iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Bundan sonra baxış əvvəlcə evin həyətyanı sahəsindən, ardınca həyətdə yerləşən yarımtikililərdən başlanılmış, baxış zamanı həmin yerlərdən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış yaşadığı evdə davam etdirilmiş, ardınca evin 1-ci mərtəbəsində olan otaqlara və mətbəxə baxış keçirilmiş, baxış zamanı həmin otaqlardan qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra pilləkən ilə evin ikinci mərtəbəsinə qalxdıqdan sonra ilk sağ tərəfdə yerləşən birinci yataq otağına baxış keçirilmiş, baxış zamanı oradan narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra həmin otağın solunda olan daimi istifadə olunmayan otağa daxil olduqda sol divarın yanında olan süşəli qab dolabında ağ rəngli qabın içərisindən 1 ədəd kağızda bükülmüş vəziyyətdə yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmiş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını bilmədiyini və həmin kütlənin ədviyyat bitkisi olduğunu zənn etdiyi üçün kiminsə ailə üzvlərindən orada saxladığını söyləmişdir. Daha sonra müstəntiq Elnur Tağıyev tərəfindən həmin aşkar edilmiş kağız bükümdə olan kütlə də 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra evdə baxış davam etdirilmiş, baxış zamanı qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca baxış prosesi yekunlaşdırılmışdır. İbtidai istintaq zamanı ifadə vermiş (məhkəməyə 13 may 2024-cü il tarixdə ərizə ünvanlayaraq xidməti ezamiyyətlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, bu halın üzrlü sayılmasını və eləcə də, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir) və məhkəmə iclasında ifadəsi elan edilmiş Ucar RPŞ-nin PPXB-nin tağım komandiri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi, Ucar rayonu, Oğuz küçəsində işlətdiyi çayxanada, həmçinin yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması barədə 02 mart 2024-cü il tarixində əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 tərəfindən raport yazılmaqla əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilərək əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X6, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin KCMQ-nun baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə həmin gün, saat 15 radələrində Təqsirləndirilən şəxs Ucar şəhəri, Oğuz küçəsində işlətdiyi çayxananın qarşısına getmişlər. Təqsirləndirilən şəxs həmin çayxanın qarşısında görmüşlər. Ardınca Bəhruza yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu və buna görə də işlətdiyi çayxanaya video çəkiliş vasitəsilə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etirazının olmadığını bildirmişdir. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nın müstəntiqi X4 həvalə olunmuş, ardınca Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlətdiyi çayxanada qanunla qadağan edilmiş əşya və premet olub-olmaması soruşulmuş, Bəhruz da həmin çayxanada “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirərək baxış iştirakçılarını çayxanaya dəvət etmişdir. Baxış əvvəlcə çayxananın mətbəx hissəsindən başlanılmış, həmin yerə baxış zamanı masanın üzərindən ağ rəngli kağız parçasının içərisində yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə və 2 ədəd içərisi boş olan 2 ədəd papiros kağızı aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona aid olduğunu bildirmişdir. Daha sonra müstəntiq Elnur Tağıyev tərəfindən həmin kütlə olduğu 1 ədəd ağ rəngli kağız bükümdə 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs başqa qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulduqda sonuncu qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdir. Daha sonra çayxanada baxış prosesi davam etdirilmişdir. Baxış zamanı çayxananın mətbəx hissəsində asılmış vəziyyətdə olan Təqsirləndirilən şəxs məxsus qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd kağız bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmadığını və içərisində nə olduğunu bilmədiyini bildirmişdir. Ardınca müstəntiq Elnur Tağıyev tərəfindən həmin kütlə də 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırıldıqdan sonra üzəri möhürlə möhürlənmişdir. Lakin yanlışlıqla üzəri iştirakçılar tərəfindən imzalanmamışdır. Daha sonra çayxananın digər yerlərinə baxış keçirilmiş, baxış zamanı çayxanadan qanunla qadağan olunmuş başqa əşya və ya prdemet aşkar olunmamışdır. Ardınca müstəntiq Elnur Tağıyev tərəfindən baxış prosesi yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Ucar RPŞ-yə gətirilmişdir. RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış prosesinə başlamazdan əvvəl müstəntiq Elnur Tağıyev tərəfindən videoçəkilişlə çayxanada keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs məxsus gödəkcənin qabaq sol cibində 1 ədəd qəbz kağızına bükülmüş vəziyyətdə marixuananın qablaşdırıldığı zərfin üzərini imzalanmaması səbəbindən həmin zərfin açılacağı və içərisində olan kütlənin bir daha ona təqdim olunub sonra qablaşdırılacağı bildirildikdən sonra həmin zərf müdafiəçinin və digər iştirakçıların yanında bir daha olduğu vəziyyətdə, yəni baxış zamanı qablaşdırılmış və möhürlənmiş formada yaxından təqdim edilmiş, zərfin tamlığı pozulmamışdır. Ardınca həmin zərf açılaraq içərisindəki 1 ədəd qəbz kağızına bükülmüş marixuana Təqsirləndirilən şəxs təqdim edilmiş və baxış zamanı çayxanada mətbəxdə asılmış gödəkcəsinin sol qabaq cibindən aşkar edilmiş kütlənin nə olub-olmaması ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs yaxından həmin 1 ədəd qəbz kağızına bükülü olan kütləyə baxmış və heç nəyin dəyişdirilmədiyinə əmin olaraq həmin kütlənin gödəkcəsinin cibindən aşkar olunmuş marixuana olduğunu göstərmişdir. Ardınca həmin kütlənin kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə həmin kütlənin marixuana olduğunu və özünə məxsus olduğunu etiraf etmişdir. Həmin marixuana 1 ədəd digər kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini Təqsirləndirilən şəxs və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək bir daha hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunduqda üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet olmadığını bildirib üzərində olan 1 ədəd “Redmi” markalı telefonu, çayxananın qapısının açarını, içərisində siqaretlər olan siqaret qutusunu, 8 ədəd 1 manatlıq, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq əskinaslarla olan pullarını masanın üzərinə qoymuşdur. Həmin vaxt pullar sayılaraq siqaret və açarla birlikdə Bəhruza qaytarılmış, “Red mi” markalı telefonu isə 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənərək üzərini o və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Ardınca Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya prdemet aşkar edilməmişdir. Daha sonra Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, habelə RPŞ-də olarkən üzərində hər hansısa bir fiziki və psixi zorun tətbiq edilib-edilməməsi barədə soruşulduqda, sonuncu ona qarşı heç kim tərəfindən fiziki və psixi zor tətbiq olunmadığını bildirmişdir. Bununla da şəxsi axtarış prosesi yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Gəraybəyli kəndi yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi üçün gedilmişdir. Evin qarşısına çatdıqdan sonra iştirakçılarla birlikdə baxış prosesi başlanılmış, ardınca Təqsirləndirilən şəxs evində qanunla qadağan edilmiş əşya və premet olub-olmaması soruşulduqda sonuncu yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirərək baxış iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Bundan sonra baxış əvvəlcə evin həyətyanı sahəsindən, ardınca həyətdə yerləşən yarımtikililərdən başlanılmış, baxış zamanı həmin yerlərdən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış yaşadığı evdə davam etdirilmiş, ardınca evin 1-ci mərtəbəsində olan otaqlara və mətbəxə baxış keçirilmiş, baxış zamanı həmin otaqlardan qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra pilləkən ilə evin ikinci mərtəbəsinə qalxdıqdan sonra ilk sağ tərəfdə yerləşən birinci yataq otağına baxış keçirilmiş, baxış zamanı oradan narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra həmin otağın solunda olan daimi istifadə olunmayan otağa daxil olduqda sol divarın yanında olan süşəli qab dolabında ağ rəngli qabın içərisindən 1 ədəd kağızda bükülmüş vəziyyətdə yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmiş və şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını bilmədiyini və həmin kütlənin ədviyyat bitkisi olduğunu zənn etdiyi üçün kiminsə ailə üzvlərindən orada saxladığını söyləmişdir. Daha sonra müstəntiq Elnur Tağıyev tərəfindən həmin aşkar edilmiş kağız bükümdə olan kütlə də 1 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək üzəri Təqsirləndirilən şəxs, müdafiəçi və digər iştirakçılar imzaladıqdan sonra götürülmüşdür. Bundan sonra evdə baxış davam etdirilmiş, baxış zamanı qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca baxış prosesi yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 48-51-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 03 mart 2024-cü il tarixli, 3-16-16-2-17/231 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs işlətdiyi çayxanadan aşkar edilmiş 1 ədəd kağız parçasının üzərində olan kütlə.” yazıları, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin bükümün içərisində təmz çəkisi-0,28 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs işlətdiyi çayxanadan qara rəngli gödəkcəsinin cibindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan kütlə.” yazıları, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,45 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin 2-ci mərtəbəsindəki otaqdan aşkar edilmiş kütlə.” yazıları, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi 19,21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata 0,06 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 20,01 qram, 0,02 qram sərf edildikdən sonra narkotik vasitələrə aid olmayan kütlə 0,26 qram təşkil etmişdir. Cinayət işinin 49-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 28 mart 2024cü il tarixli, 536 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-13-cü, 32-33-cü və 36-37-ci vərəqələrində olan 02 mart 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında və şəxsi axtarış, baxış və götürmə haqqında protokollardan görünür ki, 02 mart 2024-cü il tarixdə saat 16:20-dən saat 16:40-dək, 16:54-dən 17:13-dək, 18:43-dən 19:19-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində, eləcə də, işlətdiyi çayxanada və yaşadığı ünvanda keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara gödəkcənin sol yan cibindən 1 ədəd rəngli kağıza bükülmüş halda, işlətdiyi çayxanadan 1 ədəd rəngli kağıza bükülmüş halda və yaşadığı ünvandan şüşəli qab dolabında ağ rəngli qabın içərisindən 1 ədəd kağıza bükülmüş halda aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-90-cı və 135-146-cı vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 04 mart 2024-cü il tarixli maddi sübut kimi tanınma barədə, eləcə də 28 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş 04 mart 2024-cü il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 20,01 qram olan narkotik vasitə qurudulmuş marixuana və 0,26 qram narkotik vasitələrə aid olmayan kütlələr maddi sübut kimi tanınmaqla, saxlanması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 02 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana və işlətdiyi çayxanaya keçirilmiş baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 03 ədəd disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 121-122-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 01-ci səhifəsində olan 03 mart 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan 02 mart 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 30-cu vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:50-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-87-ci vərəqələrində olan 04 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 129-130-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən və Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan görünür ki, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar rayon İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır, himayəsində 31 avqust 2011-ci il təvəllüdlü X2 və 22 dekabr 2015-ci il təvəllüdlü X3 vardır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 mart 2024-cü il tarixdən 04 mart 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 20,01 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,26 qram narkotik vasitələrə aidi olmayan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 02 mart 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana və işlədiyi çayxanaya keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 3 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 20,01 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,26 qram narkotik vasitələrə aid olmayan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 02 mart 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana və işlədiyi çayxanaya keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-38/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-38/2024
29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver