Məhkəmə qərarları › İş №1(063)-38/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-38/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-38/2025 02.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 02 oktyabr 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1992-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ucar rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(063)-30/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, “Laçının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 6,89 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib 6,55 qramını etibarnamə ilə idarə etdiyi atası X1 məxsus “Vaz 21074” markalı **-ND-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşımaqla saxlamış, qalan 0,34 qramını isə üzərində daşıyaraq yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evə aparıb yataq otağında saxlamış, 07 yanvar 2025-ci il tarixdə, saat 17:52 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar rayonu, Qarabörk kəndi qəbirstanhğmm yaxınlığında saxlanılıb idarə etdiyi “Vaz 21074” markalı, **-ND-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman ön oturacaqların arasında olan qoltuq altının içərisində saxladığı 01 ədəd kibrit qutusunda 6,34 qram çəkidə və 01 ədəd kağız bükümdə 0,21 qram çəkidə, həmçinin yaşadığı Ucar rayon, Qazyan kəndindəki evə baxış keçirilən zaman yataq otağının pəncərəsinin qarşısında olan stəkanın içərisində saxladığı 01 ədəd kağız bükümdə 0,34 qram çəkidə olmaqla ümumi təmiz çəkiləri 6,89 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu, Qazyan kəndində yaşayır. Ucar Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hal-hazırda cəza çəkir. Təxminən 3-4 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuandan istifadə etmişdir. Dəqiq tarixi xatırlamır, tutulmamışdan bir ay əvvəl axşam saatlarında yaşadığı Ucar rayonu, Qazyan kəndi ərazisində, dəqiq xatırlamadığı yerdə olan kağız bükülü diqqətini cəlb etmiş, həmin kağız bükümü əlinə götürüb açdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitədən istifadə etdiyi üçün qurudulmuş marixuananı tanımış və tapdığı qurudulmuş marixuananı atmayıb üzərində saxlayaraq özü ilə yaşadığı evə aparmışdır. Evdə tapdığı həmin narkotik vasitəni bölüb bir hissəsini 1 ədəd kibrit qutusuna, qalan hissəsini isə 02 ədəd kağız bükümin içərisinə qoyduqdan sonra kibrit qutusunu və kağız bükümlərdən birini etibarnamə ilə idarə etdiyi “Vaz 21074” markalı, **-ND-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön oturacaqları arasında olan qoltuq altının içərisinə, digər 1 ədəd kağız bükümü isə yataq otağında olan pəncərənin qarşısındakı stəkanın içərisinə qoymuşdur. 07 yanvar 2025-ci il tarixdə saat 17:50 radələrində idarə etdiyi «Vaz 21074» markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Qarabörk kənd qəbiristanlığının yaxınlığına gəlib avtomobili saxlamış və yerə düşüb piyada hərəkət etmək istəyəndə polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin saxlanılmasında və qanunsuz istifadəsində şübhəli olduğunu bildirərək üzərinə, idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşı ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda, o, marixuana istifadə etdiyini bildirmiş, polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya və ya predmet saxlayıb- saxlamadığını soruşmuş, o, saxlamadığını deyərək şalvarının sağ yan cibindən idarə etdiyi avtomobilin açarını, şalvarının sol arxa cibindən isə 1 ədəd 100 manat və 1 ədəd 20 manat pul əskinaslarını çıxarıb təqdim etmiş, sonra polis əməkdaşlarından biri üstünü yoxlamış və üzərində qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul və açar ona geri qaytarılmışdır. Polis əməkdaşı ondan idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş əşya və ya predmet saxlayıbsaxlamadığı barədə soruşmuş, o da saxlamadığını, avtomobili etibarnamə ilə idarə etdiyini və nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olduğunu bildirmişdir. Daha sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş və baxış zamanı idarə etdiyi «Vaz 21074» markalı, 10- ND-655 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürətlər qutusunun yanında qara-qəhvəyi rəngli maddə aşkar edilmiş, şifahi sorğu zamanı həmin maddənin nə olduğunu bilmədiyini bildirmişdir. Həmin maddə zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri yazılmış, o, və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüş, daha sonra yenidən idarə etdiyi avtomobilə baxış keçirilmiş və ona məxsus «Samsung A12» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış zamanı idarə etdiyi avtomobilin ön oturacaqları arasında olan qoltuq altının içərisində 1 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə saxladığı qurudulmuş marixuana aşkar edilmiş, şifahi sorğu zamanı kağız bükümün özünə məxsus olduğunu bildirsə də, kibrit qutusunun özünə aid olmadığını bildirmiş, daha sonra həmin 1 ədəd kibrit qutusu və 1 ədəd kağız büküm elektron tərəzidə çəkilmiş, bir yerdə çəkilərinin 6,26 qram olduğu müəyyən edilib zərfin içərisinə yerləşdirildikdən sonra zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Bundan sonra da idarə etdiyi avtomobilə baxış keçirilsə də, başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmiş, üstünün yoxlanılmasının və idarə etdiyi avtomobilə baxış keçirilməsinin görüntüləri polis əməkdaşları tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və videoçəkiliş başa çatdırılıb dayandırıldıqdan sonra onlar həmin gün, yəni 07 yanvar 2025-ci il tarixdə saat 18:50 radələrində onun yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evin qarşısına getmişlər. Polis əməkdaşları yaşadığı evə baxış keçiriləcəyini bildirərək bir daha özlərini ona təqdim etmişlər və ondan yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığı soruşulmuş, o, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və polis əməkdaşları onun razılığı ilə yaşadığı evin həyətinə daxil olub əvvəlcə həyətdə olan tövləyə, sonra mətbəxə və yataq otaqlarına baxış keçirmişlər. Yataq otağına baxış keçirilərkən pəncərənin qarşısında olan stəkanın içərisində saxladığı bir ədəd kağız bükümdə olan qurudulmuş marixuana aşkar olunmuş, şifahi sorğu zamanı həmin kütlənin ona məxsus olmadığını bildirmiş, daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,63 qram olması müəyyən edilmişdir. Həmin kütlə zərfin içərisinə yerləşdirilərək üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüş, sonra yaşadığı evə yenidən baxış keçirilsə də başqa qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onu Ucar RPŞ-nə gətirmişlər. Ucar RPŞ-nin Növbətçi Hissəsində onun və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi avtomobildə və yaşadığı ünvanda aşkar edilmiş kütlələrə müstəntiq tərəfindən baxış keçirilərkən baxış keçirilməsi ilə bağlı kiminsə etirazı olub-olmaması barədə sual verilmiş, o və digər iştirakçılar etirazlarının olmadığını bildirmişlər. İlk növbədə idarə etdiyi avtomobildə aşkar edilmiş 1 ədəd kibrit qutusunun və 1 ədəd kağız bükümün qablaşdırıldığı zərfə baxış keçirilmiş, həmin kütlələr tərəzidə çəkilmiş, kibrit qutusunda olan kütlənin qutu ilə birlikdə çəkisinin 5,72 qram, kağız bükümdə olan kütlənin isə kağızla birlikdə çəkisinin 0,51 qram olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı həmin kütlələrin ona məxsus olmadığını bildirmiş, sonra həmin kütlələr yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar RPŞnin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Daha sonra idarə etdiyi avtomobildə aşkar edilmiş 1 ədəd maddənin qablaşdırıldığı zərfə baxış keçirilərək tərəzidə çəkilmiş və çəkisinin 0,22 qram olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı həmin maddənin də ona məxsus olmadığını bildirmiş, sonra həmin maddə yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Sonra yaşadığı ünvandan aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfə baxış keçirilərək tərəzidə çəkilmiş və çəkisinin kağızla birlikdə 0,63 qram olması müəyyən edilmiş, şifahi sorğu zamanı həmin kütlənin də ona məxsus olmadığını bildirmiş, sonra həmin kütlə yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Həmçinin ona məxsus olan Samsung A12 markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyindən müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra müstəntiq tərəfindən baxışda iştirak edən şəxslərdən hər hansı bir sualı, etirazı olub-olmadığı soruşulmuş, onlar sual və etirazlarının olmadığını bildirmişlər. Müstəntiq ondan polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalıb-qalmadığını soruşduqda isə o, yox deməklə heç bir təzyiqə məruz qalmadığını bildirmiş, sonra baxışın keçirilməsi yekunlaşdırlmışdır. Onun əvvəllər heç bir ruhi-əsəb və psixi xəstəliyi olmamış, təxminən 3- 4 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O, heç kimə narkotik vasitə satmamış, əvəzsiz olaraq verməmiş, satmaq və vermək niyyəti olmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmişdir. İdarə etdiyi avtomobildə və yaşadığı ünvanda aşkar edilmiş kütlələr ona məxsusdur. O, qanunsuz olaraq narkotik vasitəni əldə edib saxladığına görə Ucar Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hal-hazırda cəza çəkir. 07 yanvar 2025-ci il tarixdə Ucar rayonu, Qarabörk kənd qəbirstanhğmm yaxınlığında polis əməkdaşları onu saxlayıb idarə etdiyi “Vaz 21074” markalı **-ND-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirərkən ön oturacaqların arasında olan qoltuq altının içərisində saxladığı kibrit qutusunda və kağız bükümdə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. O, əvvəlcədən bilmişdir ki, kibrit qutusunda olan qurudulmuş marixuana cinayət məsuliyyətinə səbəb ola biləcək çəkidədir, kağız bükümdə olan qurudulmuş marixuananın çəkisi isə azdır. Bunu bildiyinə görə kibrit qutusunda olan qurudulmuş marixuananın özünə aid olmadığını, kağız bükümdə olan qurudulmuş marixuananın isə özünə məxsus olduğunu bildirmişdir. Həmin anda fikirləşmişdir ki, kibrit qutusunda olan qurudulmuş mariuxananın özünə aid olmadığını deməklə polis əməkdaşlarını çəkindirər və bu yolla ikinci dəfə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayına bilər. Sonra yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evə baxış keçirilmiş və baxış zamanı yataq otağının pəncərəsinin qarşısında olan stəkanın içərisində saxladığı kağız bükümdəki qurudulmuş marixuana aşkar olunmuş və yenədə eyni fikirlə demişdir ki, həmin marixuana da ona aid deyildir. Sonradan polis əməkdaşlarının ona inanmadıqlarını, etdiyi hərəkətlərin yanlış olduğunu başa düşmüş və səmimi olaraq etiraf edərək bildirmişdir ki, idarə etdiyi avtomobildə və yaşadığı evdə aşkar olunaraq götürülmüş bütün qurudulmuş marixuanalar özünə məxsusdur, sonradan özünün istifadə etməsi üçün saxlamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, “Laçının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsinin, bir daha bu cür əməllərə yol verməyəcəyinə dair vədinin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ucar rayonu, Qazyan kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Ucar Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Ucar rayonu, Qazyan kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 07 yanvar 2025-ci il tarixdə onun tərəfindən raportla şöbə rəisinə məruzə olunub Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış, bundan sonra isə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunmuş və şöbə rəisinin əmri ilə onun, Ucar Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, CAB-nin əməliyyat müvəkkili Şahid4 və CAB-nin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 07 yanvar 2025-ci il tarixdə saat 17:50 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21074 markalı avtomobillə Ucar rayonu, Qarabörk kənd qəbirstanlığınının yaxınlığında olduğunu müəyyənləşdirərək yaxınlaşıb özlərini təqdim etdikədn sonra ona hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduğunu, Ucar rayonu, Qarabörk kənd qəbirstanlığının yaxınlığında saxlanıldığını, üstünün yoxlanılacağını və idarə etdiyi avtomobilə baxış keçiriləcəyini bildirərək digər iştirakçılar olan Ucar Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və idarə etdiyi avtomobilə baxış keçirilməsinin görüntülərini «SONY» markalı videokamera vasitəsi ilə qeydə alan əməliyyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona narkotik vasitə qəbulu və saxlanılmasında şübhəli olduğunu bildirərək narkotik vasitə qəbul edib-etmədiyini soruşmuş, Təqsirləndirilən şəxs də iki gündən bir, tapanda isə hər gün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmiş, o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif edərək ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, sonuncu üzərində marixuana olmadığını bidirərək şalvarının sağ yan cibindən avtomobilinin açarını, şalvarının sol arxa cibindən isə bir ədəd 100 manatlıq və 01 ədəd 20 manatlıq əskinasları çıxarıb təqdim etmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılsa da üzərində başqa heç nə aşkar olunmamış və sonuncunun üzərində aşkar olunmuş avtomobilin açarı, bir ədəd 100 manatlıq və 01 ədəd 20 manatlıq əskinaslar iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən götürülməyərək özünə qaytarılmış, sonuncudan avtomobilin öz adına olduğunu soruşmuş, Təqsirləndirilən şəxs də avtomobilin valideylərinin adına olduğunu, etibarnamə ilə idarə etdiyini bildirmiş və onlar Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirmişlər. Əməliyyat müvəkkili Şahid2 avtomobilin ön sol qapısını açanda ön sol oturacağın qarşısında bir ədəd kiçik ölçülü kağız kəsiyinin olmasını görüb əlinə götürərək nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs də bildirmişdir ki, həmin kağızlardan bir qutuda 100 ədəd olur, Göyçay rayonundan almış, qurudulmuş marixuana doldurub çəkmək üçün istifadə etmiş, çoxunu istifadə etdiyi üçün avtomobilində 4-5 ədəd qalmışdır. Bundan sonra da Şahid2 tərəfindən avtomobilə baxış keçirilməsi davam etdirilmiş və surətlər qutusunun yanından bir ədəd qara-qəhvəyi rəngli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs qara-qəhvəyi rəngli maddənin nə olduğu soruşulduqda sonuncu nə olduğunu bilmədiyini, birinci dəfədir ki, gördüyünü bildirmiş və o, çantasından götürdüyü zərfin üzərinə qara-qəhvəyi rəngli maddənin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə aşkar olunaraq götürüldüyünü və iştirakçıların soyadlarını yazdıqdan sonra qara-qəhvəyi rəngli maddəni avtomobildə aşkar olunmuş kiçik ölçülü kağızlardan birinə bükərək Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə kağız zərfə qoyub qablaşdırmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üstünə imza etdikdən sonra zərfi Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürləyərək götürmüş və yenidən avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin sürətlər qutusunun yanında 01 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, ön oturacaqlar arasında olan qoltuq altının içərisində isə bir ədəd kibrit qutusunda və bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunda və kağız bükümdə olan bitki kütləsinin nə olduğunu, kimə məxsus olduğunu soruşduqda bildirmişdir ki, kağız bükümün içərisində qurudulmuş marixuana var, özünə məxsusdur, kibrit qutusu isə ona aid deyildir. O, yenə də bir ədəd ağ rəngli kağız zərfi götürmüş və zərfin üzərinə kibrit qutusunda və kağız bükümdə olan bitki kütləsinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunaraq götürüldüyünü və iştirakçıların soyadlarını yazdıqdan sonra kibrit qutusunda və kağız bükümdə olan bitki kütləsini bir yerdə elektron tərəzinin üzərinə qoyub çəkmiş və həmin bitki kütlələrinin kibrit qutusu və kağızla birlikdə çəkisinin 6,26 qram olması müəyyən edilmişdir. Kibrit qutusunda və kağız bükümdə olan bitki kütləsini Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə kağız zərfə qoyub qablaşdırmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üstünə imza etdikdən sonra isə zərfi Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürləyərək mobil telefonla birlikdə götürmüşdür. Bundan sonra da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsini davam etdirsələr də avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar olunmamış, sonuncudan üstünün yoxlanılması və avtomobilinə baxış keçirilməsi ilə bağlı şikayətinin olub-olmadığını soruşduqda avtomobilində aşkar olunmuş kağız bükümdəki qurudulmuş marixuananın özünə məxsus olduğunu, çəkməsi üçün saxladığını və şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və idarə etdiyi Vaz- 21074 markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinin görüntüləri Ucar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və saat 18:19 dəqiqədə videoçəkiliş başa çatdırılıb dayandırıldıqdan sonra onlar həmin gün, yəni 07 yanvar 2025-ci il tarixdə saat 18:51 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evin qarşısına getmişlər. O, Təqsirləndirilən şəxs onun yaşadığı evə baxış keçirəcəklərini bildirərək baxışda iştirak edən digər iştirakçılar, yəni Ucar Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3 və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntülərini «SONY» markalı videokamera vasitəsi ilə qeydə alan əməliyyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ondan yaşadığı evə baxış keçirilməsinə etirazı olubolmadığını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, onlar Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evin həyətinə daxil olub əvvəlcə həyətdə olan tövləyə, sonra mətbəxə və yataq otaqlarına baxış keçirmişlər. Yataq otağına baxış keçirilərkən pəncərənin qarşısında olan stəkanın içərisində bir ədəd kağız büküm aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin stəkanı kül qabı kimi istifadə etdiyini bildirmişdir. Kağız bükümü açdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki kütləsi olduğunu görmüşlər və bundan sonra da yataq otağına baxış keçirilməsini davam etdirsələr də qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar olunmamış, o, yenə də bir ədəd ağ rəngli kağız zərf götürüb üzərinə kağız bükümdə olan bitki kütləsinin Təqsirləndirilən şəxs yataq otağının pəncərəsində aşkar olunaraq götürüldüyünü və iştirakçıların soyadlarını yazdıqdan sonra Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üstünə imza etmişlər. Kağız bükümdə olan bitki kütləsini elektron tərəzinin üzərinə qoyub çəkmiş, bitki kütləsinin kağızla birlikdə çəkisinin 0,63 qram olması müəyyən edilmişdir. Kağız bükümdə olan bitki kütləsini Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə kağız zərfə qoyub qablaşdırmış, sonra isə zərfi Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürləyərək götürmüşdür. Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evə baxış keçirilməsinin görüntüləri Ucar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmış və həmin gün saat 19:51 dəqiqədə baxış başa çatdırılıb videoçəkiliş dayandırıldıqdan sonra onlar sənədləşmə aparılmasından ötrü Təqsirləndirilən şəxs Ucar RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üstünün yoxlanılması, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokol yazıb Təqsirləndirilən şəxs və digər iştirakçılara imza etdirdikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsinin video görüntülərini ayrı-ayrılıqda 02 ədəd kompakt diskə köçürərək protokola əlavə etmiş və bununla bağlı raport yazıb polis şöbəsinin növbətçi hissəsinə təqdim etdikdən sonra araşdırma aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Feyruz Abdullayevə həvalə olunmuşdur. Həmin gün Ucar RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və yaşadığı evdə aşkar edilib 03 ədəd kağız zərfdə qablaşdırılmaqla götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütlələrinə və qara-qəhvəyi rəngli maddəyə müstəntiq Feyruz Abdullayev tərəfindən onun, əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı zərflərin tamlığının pozulmaması yoxlanılmış və zərflər sıra ilə açılıb içərilərində olan bitki kütlələri və qara-qəhvəyi rəngli maddə çıxarılaraq Təqsirləndirilən şəxs göstərilmiş və elektron tərəzidə çəkildikdən sonra yenidən həmin zərflərdə qablaşdırılaraq möhürlənib ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Məhkəmə istintaqında şahidlər Ucar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2, Ucar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Ucar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 55-57-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin 08 yanvar 2025-ci il tarixli, 17/11 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Yoxlanılan şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan 1 ədəd kibrit qutusu və 1 ədəd ağ kağıza bükülmüş marixuanaya oxşar kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri - 6,34 qram və 0,21 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yataq otağında olan pəncərənin içərisində stəkanda yaşıl kütlə aşkar oldu.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,34 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd kibrit qutusunda və 02 (iki) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Yoxlanılan şəxsin avtomobilindən aşkar olunan qara rəngli maddə şübhə doğurduğu üçün tərəfimizdən götürüldü.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,193 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. Marixuanaların tədqiqata 0,06 qram sərf olunduqdan sonra 6,83 qram qalıq çəki qalmışdır. Narkotik və psixotrop maddələrə aid olmayan maddədən tədqiqata 0,050 qram sərf olunduqdan sonra 0,143 qram qalıq çəki qalmışdır. Cinayət işinin 55-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 103,65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 129-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 22 yanvar 2025-ci tarixdə verilmiş 93 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-13, 14-16 və 20-22-ci vərəqələrində olan 07 yanvar 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yaşadığı evə baxış keçirilməsinə dair və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollardan görünür ki, Ucar RPŞ-nin əməkdaşları tərəfindən 07 yanvar 2025-ci il tarixdə saat 17:52 dəqiqədən saat 18:19 dəqiqəyədək olan müddət ərzində Ucar rayonu, Qarabök kənd qəbirstanlığının yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21074 markalı ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən ön oturacaqların arasında olan qoltuq altının içərisində bir ədəd kibrit qutusunda və bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, əməliyyat müvəkkili Şahid1 tərəfindən bir ədəd ağ rəngli kağız zərfin üzərinə kibrit qutusunda və kağız bükümdə olan bitki kütləsinin Təqsirləndirilən şəxs avtomobilində aşkar olunaraq götürüldüyü və iştirakçıların soyadları yazıldıqdan sonra kibrit qutusunda və kağız bükümdə olan bitki kütləsi elektron tərəzinin üzərinə qoyulub çəkilmiş, bundan sonra kibrit qutusunda və kağız bükümdə olan bitki kütləsi Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə həmin kağız zərfə qoyulub qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üstünə imza etdikdən sonra isə zərf Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, Ucar RPŞ-nin əməkdaşları tərəfindən 07 yanvar 2025-ci il tarixdə saat 18:51 dəqiqədən saat 19:51 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evə baxış keçirilərkən yataq otağının pəncərəsinin qarşısındakı stəkanın içərisində bir ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, əməliyyat müvəkkili Şahid1 tərəfindən bir ədəd ağ rəngli kağız zərfin üzərinə kağız bükümdə olan bitki kütləsinin Təqsirləndirilən şəxs yataq otağının pəncərəsinin qarşısındakı stəkanın içərisində aşkar olunaraq götürüldüyü və iştirakçıların soyadları yazıldıqdan sonra kağız bükümdə olan bitki kütləsi elektron tərəzinin üzərinə qoyulub çəkilmiş, bundan sonra kağız bükümdə olan bitki kütləsi Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə həmin kağız zərfə qoyulub qablaşdırılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar zərfin üstünə imza etdikdən sonra isə zərf Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürlənərək götürülmüş və qeyd olunan tarixdə Ucar RPŞ-nin növbətçi hissəsində müstəntiq Feyruz Abdullayev tərəfindən Əhliman İsmayılovun idarə etdiyi Vaz- 21074 markalı ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə və yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evin yataq otağında aşkar edilərək götürülmüş bitki kütlələrinin qablaşdırıldığı zərflərə sonuncunun, əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla baxışa 07 yanvar 2025-ci il tarixdə saat 21:37 dəqiqədə başlanıldığı bildirilərək bitki kütlələrinin qablaşdırıldığı zərflərə videoçəkilişlə baxış keçirilməsinə iştirakçıların etirazı olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs etirazı olmadığını bildirdikdə zərflər Təqsirləndirilən şəxs nümayiş etdirilərək tamlığının pozulmadığı göstərilmiş, sonra isə əvvəlcə Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-21074 markalı ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə aşkar olunmuş kibrit qutusunda və kağız bükümdəki bitkt kütlələrinin qablaşdırıldığı zərf açılaraq kibrit qutusu və kğız büküm çıxarılıb Təqsirləndirilən şəxs ona məxsus olması soruşulmuş, bundan sonra müstəntiq Feyruz Abdullayev tərəfindən kibrit qutusunda və kağız bükümdə olan bitki kütlələri elektron tərəzidə çəkilmiş, kibrit qutusunda olan bitki kütləsinin kibritlə birlikdə çəkisi 5,72 qram, kağız bükümdə olan bitki kütləsinin isə kağızla birlikdə çəkisi 0,51 qram olmuşdur. Kibrit qutusunda və kağız bükümdə olan bitki kütləsi yenidən həmin zərfdə qablaşdınlaraq Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra müstəntiq Feyruz Abdullayev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evin yataq otağının pəncərəsindəki stəkanın içərisində aşkar olunmuş kağız bükümdəki bitki kütləsinin qablaşdırıldığı zərf açılaraq içərisində olan bitki kütləsi çıxarılıb Təqsirləndirilən şəxs ona məxsus olması soruşulmuş, bundan sonra müstəntiq Feyruz Abdullayev tərəfindən kağız bükümdə olan bitki kütləsi elektron tərəzidə çəkilmiş və kağız bükümdə olan bitki kütləsinin kağızla birlikdə çəkisi 0,63 qram olmuşdur. Kağız bükümdə olan bitki kütləsi yenidən həmin zərfdə qablaşdınlaraq Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürlənərək götürülmüş və baxış 07 yanvar 2025-ci il tarixdə saat 21:51 dəqiqədə yekunlaşdırılmışdır. Baxış zamanı “Sony” və “Panasonic” markalı videoaparatlardan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-cü vərəqində olan 07 yanvar 2025ci il tarixli şübhəli olan şəxsin tutulmasə haqqında qərardan, eləcə də cinayət işinin 36-37ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:52-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-66-cı, 137-138-ci və 165-180-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 08 yanvar 2025 və 04 mart 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də 11 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 7 yanvar 2025-ci il tarixdə idarə etdiyi Vaz-21074 markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 6,89 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Feyruz Abdullayev tərəfindən 08 yanvar 2025-ci il tarixli qərarla maddi sübut hesab olunmuş və həmin narkotik vasitənin 0,06 qramının tədqiqata sərf edilməsi nəzərə alınmaqla ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6,83 qram olan qurudulmuş marixuana saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 02 ədəd «DVD» formatlı kompakt disk sübut əhəmiyyəti kəsb etdiyindən tərəfimdən 04 mart 2025-cü il tarixli qərarla maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-ci vərəqində olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, eyni zamanda, Vətən Müharibəsi iştirakçısı olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada güzəşt və imtiyazlardan istifadə hüququna malikdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-74-cü vərəqələrində olan 09 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci vərəqələrində olan 09 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-120-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(063)-30/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(063)-30/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq, 01 il 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Eyni zamanda, Ucar rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2025-ci il tarixə Ucar Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 1(063)- 30/2024 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 09 gün təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 163-164-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazyan kənd üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını və “Laçının azad olunmasına görə” və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, məhkumluqları ödənilməyən Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni 01 il 09 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini nəzərə alaraq, hesab edir ki, onun tərəfindən törədilmiş bu cinayət əməllərinə görə residiv müəyyən edilmir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci madədsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə qeyd edir ki, Ucar Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsi hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilərək onun üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdən 09 yanvar 2025-ci il tarixə kimi həbsdə saxlanıldığı cəmi 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə idarə etdiyi Vaz-21074 markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 6,83 qram qalıq çəkidə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə idarə etdiyi Vaz-21074 markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən aşkar olunan 0,143 qram qalıq çəkidə qara rəngli maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs idarə etdiyi 07 yanvar 2025-ci il tarixdə idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 02 ədəd disk cinayət işində saxlanılmalıdır. .Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 09 gün hissəsi hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilərək onun üzərində qəti cəza olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə idarə etdiyi Vaz-21074 markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və yaşadığı Ucar rayonu, Qazyan kəndindəki evə baxış keçirilərkən aşkar edilərək götürülmüş 6,83 qram qalıq çəkidə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs 07 yanvar 2025-ci il tarixdə idarə etdiyi Vaz-21074 markalı, ** ND *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilindən aşkar olunan 0,143 qram qalıq çəkidə qara rəngli maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs idarə etdiyi 07 yanvar 2025-ci il tarixdə idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü 02 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar