Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-39/2024 31.05.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ucar rayonu, Məlikballı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 176-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sevgi münasibətində olduğu nikah yaşına çatmamış xx xxxxxx 2006-cı il təvəllüdlü Ucar rayonu, Məlikballı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2021-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində zərərçəkmişin özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlətməklə, onunla nikaha girməyəcəyi təqdirdə yaşadığı ərazidə mobil telefonunda olan fotoşəkilləri yaymaqla kənd sakinləri arasında rüsvay edəcəyi, ailəsinə zərər vuracağı məzmununda mesajlar yazıb psixi zor tətbiq etməklə və hədələməklə sonuncunun iradəsinə zidd olaraq nikaha daxil olmağa məcbur etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 176-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu, Məlikballı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanımışdır. 2021-ci ilin oktyabr ayının 31-də kənddə keçirilən nişan mərasimində Şəfanı görüb bəyənmişdir. Bundan sonra Şəfa barəsində maraqlanmaq və onunla ailə qurmaq qərarına gəlmişdir. Şəfa barəsində maraqlandıqda Nazirin qızının olması məlum olmuşdur. Nazir onun atasının bibisinin oğludur. Şəfanı görüb bəyəndiyi vaxtlarda Şəfa 9-cu sinifdə təhsil almışdır. Şəfanı görmək üçün məktəbin qarşısına getmiş, lakin cəsarət edib yaxınlaşa bilməmişdir. Bu səbəbdən Şəfanın “tik-tok” hesabını tapmış və oraya yazmışdır. O, Şəfaya özünü tanıtmış və bundan sonra xoşu gəldiyini demişdir. Həmin vaxt Şəfa da ona qarşı hisslərinin olduğunu, sevdiyini demiş və tanımaq istədiyini bildirmişdir. Bir müddət belə danışdıqdan sonra Şəfadan mobil telefon nömrəsini istəmişdir. Şəfa mobil telefon nömrəsini verməmiş, bir müddət səbrli olmağı demişdir. Bir müddət keçdikdən sonra Şəfa ona mobil telefon nömrəsini vermiş və həmin vaxtdan sonra Şəfaya məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə əlaqə saxlamağa başlamışdır. Bundan sonra münasibətləri daha da yaxınlaşmış və sonda Şəfa ona elçi göndərməyini bildirmişdir. Şəfa üçün elçi getdikdə atası qızının hələ təhsil aldığını, yaşı çatdıqda evlənmələrinə etiraz etmədiyini bildirsə də, Şəfanın anası Zəngurə onların evlənmələrinə etiraz etmişdir. Bundan sonra Şəfa ilə gizlin olaraq danışmağa başlamışlar. Həmin vaxdan etibarən Şəfaya ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***- **-** saylı mobil telefon nömrələrindən yazmışdır. Bundan sonra Şəfanın anası Zəngurənin kənddə onun barəsində xəstə olmağı və ağlında çatışmazlıq olması ilə bağlı danışmasını eşitmiş və bu söhbətlərdən əsəbləşərək Şəfaya yazmışdır. Həmin vaxt Şəfa ilə aralarında mübahisə yaranmış, Şəfanı və ailə üzvlərini təhqir etmiş və sonuncuya qaçıracağını bildirmişdir. Şəfa yalnız ata və anasının razılığı olacağı halda onunla evlənə biləcəyini demişdir. Bundan sonra yenə də Şəfa ilə danışmış, qısqandığı üçün və aralarında olan mübahisələrlə bağlı təhqiredici mesajlar göndərmişdir. O, evlənməsini istəmiş və evlənməyəcəyi halda birlikdə olan şəkilləri kənd içində göstərib sevgili olduğunu deyəcəyini, bundan sonra kənddə rüsvay olduğu üçün heç kimin evlənməyəcəyini, atasının evdən qovacağını Şəfaya bildirmişdir. 2022-ci ilin iyun ayının 12-də əvvəlcədən Şəfa ilə yazışmalarına əsasən, razılaşıb Məlikballı kəndində yerləşən məktəbin həyətində görüşmüşlər. Həmin vaxt bir daha Şəfaya onu çox sevdiyini, ailə qurmaq istədiyini demiş və Şəfa da qarşılığında onu çox sevdiyini bildirmişdir. Onlar həmin vaxt xatirə qalsın deyə Şəfa ilə iki ədəd şəkil çəkdirmişlər. Bu müddət ərzində yenə Şəfaya təhqiredici mesajlar yazmış və mübahisə etmişdir. 2023-cü ilin oktyabr ayının 12-də Şəfanın atası Nazirə zəng edərək Zəngurənin dalınca danışdığını bildirmiş və bu danışıqlara son verməsi ilə bağlı xəbərdarlıq etmişdir. Elə bu məsələdən sonra Nazir onun barəsində polisə şikayət etmişdir. Zəngurə Niftəliyevanın təqdim etdiyi fotoşəkillərə baxış zamanı Zərərçəkmiş şəxs “Anana de ki, dirəşməsin. Onsuz kəndlə bir edərəm, hələ ki, sözümü deyirəm. De ki, elə etməsin. Şəkilləri kənddə anana göstərib sənin qızın budur deməsinlər. Hələki ona dəymirəm”, “Hər şeyi anana de başqa cür olacaq kənddən bir olsa biabır olacaqsan, ondan sonra heç almayacam və ananlada da problem olacaq, elə etmə kənd içində aşağı edim sizi”, “Onsuz sənin haqda hərşey mənə çatır və çatacaq, ailənə de ki dirəşməsin”, “qan su yerinə axacaq, hər şey açılıb töküləcək, çıx gəl qapıma səni gözləyirəm ailəndən imtina et”, “sən 4 yola tərəf gəl. Ailənə sözünü de gəl yolda səni qarşılayacam, səni məndən kimsə ala bilməz və kiməsə getsən dünyanı başına yıxaram”, “Bu gecə səni götürüb qaçırdacam, üzü səhərə sən bir kəlmə vızıv at mən hərşeyi həll edəcəm polis mənlikdi”, “sən polisdə ailənin üzünə durarsan”, “o qədər azyaşlı qaçan var hamısı həll olur, mənə güvən, çəkinmə ailəni sil getsin”, “hamınızı peşman edib biabır edərəm, mənimlə dirəşmək istəyirlər, dirəşsinlər amma mən onların gününü qara edəcəm, bu mənə yaşatdıqlarına görə onlara elə günlər yaşadacam”, “bir də harasa getdiyini görsəm məndən incimə, otur evdə sənə əli dəyənin əlini kəsərəm, həmin gün səni də bədbəxt edərəm, sözümün ağasıyam”, “çölə çıxma, başqa yerə getsən yolda vuraram səni, əzərəm pis günə qoyaram”, “bu günü keçdim sabaha da heçnə deməsən hərşeyi göstərəcəm, başqasına belə gedə bilməyəcəksən”, “elə edərəm heç kimə gedə bilməzsən, başıva oyun açaram”, “Sənin atan anan qarşıma çıxsa onları iki yerə bölərəm, uje şəkilləri paylaşacam, sənə dedim ki, ananı atanı at gəl”, “səndən qulağıma söz çatıb demisən ki anam kimə versə ona gedəcəm, bunu bil ki, hər şeyi yayacam yazışmaları, şəkilləri hərkəsə deyəcəm” və “birazdan birbaşa atana yığacam, o da başa düşməsə birbaşa evdən qaçırdacam səni” məzmunlu mesajları yazmaqda məqsədi Şəfanın onunla evlənməsini istəmiş və bu məqsədlə ona təzyiq göstərmək olmuşdur. O birlikdə qaçmaq barədə Şəfaya dəfələrlə desə də sonuncunu qaçırmağa heç bir cəhd etməmişdir. Şəfa ilə arasında heç bir cinsi əlaqə olmamış, yalnız mobil telefon vasitəsi ilə yazışmışlar. O, son sözündə bildirdi ki, törətdiyi əmələ görə peşimandır, bu cür hərəkətə yol verməyəcəkdir. Məhkəmə iclasında qanuni nümayəndə X2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ucar rayonu, Məlikballı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs ondan xoşlanması barədə xəbər göndərərək münasibət yaratmaq istədiyini bildirmişdir. O isə Şamxala yox cavabı vermişdir. Daha sonra Şamxal müxtəlif vaxtlarda oxuduğu məktəbin qarşısına onu görmək üçün gəlməyə başlamışdır. Lakin o, hər dəfə Şamxalı görüb tez evə çıxıb getmişdir. O, Şamxalın hər dəfə qarşısına çıxmasından çox narahat olduğu və qorxduğu üçün bu barədə müxtəlif vaxtlarda ana və atasına demişdir. Anası və atası, hər ikisi ayrı-ayrılıqda Şamxal ilə görüşərək ondan uzaq durması barədə xəbərdarlıq etmişlər. Şamxal 2022-ci ilin aprel ayında, dəqiq xatırlamadığı gündə məktəbdən evə gedərkən məktəbin həyətində qəfil qolundan tutaraq onu özünə çəkmiş və sonra ondan uzaqlaşıb ağaca qoyduğu mobil telefonunu götürmüşdür. Telefonda şəkil çəkdiyini deyib şəkili göstərmiş və onunla evlənməsə, həmin şəkili kənddə göstərərək sevgili olduqlarını yayaraq adına söz çıxaracağını, atasının onu evdən qovacağını və kənddə rüsvay olacağını demişdir. Şamxal ona ata və anası ilə danışarkən istənilən halda onunla evlənəcəyini bildirdiyini, ata və anasının isə qorxduğunu demişdir. O, həmin vaxt çox çarəsiz qalmış və artıq heç kimin ona köməklik edə bilməyəcəyini düşünmüşdür. Bu səbəbdən kənd içində rüsvay olmamaq, eyni zamanda ata və anasına heç bir şey olmasın deyə məcbur qalıb Şamxal ilə danışmağa razılaşmışdır. Şamxal onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə özünə məxsus ***-***-**-** saylı, ***-***-**-** saylı, ***- ***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələrdən 2022-ci ilin aprel ayından başlamaqla 2023-cü ilin oktyabr ayınadək “sms”lər yazmağa başlamışdır. Şamxal yazdığı müddət ərzində birlikdə qaçmağı, nikaha girməyi demiş, əks halda isə yaşadığı kənddə onu rüsvay edəcəyini, ailəsinin Şamxalın ona mesaj yazdığını və fotoşəkillərinin olduğundan xəbər tutacağını bildirmişdir. Şamxal evlənməli olduğunu, əks halda adına kənddə söz çıxaracağını, onunla başqa heç kimin evlənməyəcəyini, kimsə evlənmək istəsə, toyda “qanın su yerinə axacağını” demişdir. Həmçinin Şamxal ona və ailəsinə xəsarət yetirməklə də hədələmiş, sözündən çıxsa, gəlib evlərini yandıracağını, ata və anasının da qorxduğu üçün heç bir şey edə bilməyəcəyini, polisin də məsələni xeyrinə həll edəcəyini qeyd etmişdir. 2023-cü ilin oktyabr ayının 12-də atası evə gələrək Şamxalın zəng edib danışdığını və onu qaçıracağını bildirdiyini deyib nə olduğunu soruşmuşdur. O, artıq ağlayaraq bütün baş verənləri ata və anasına danışmağa başlamışdır. Daha əvvəllər də, evdə ağlayarkən ata və anası nə olduğunu soruşsa da, qorxu və çarəsizliyindən baş verənləri danışa bilməmişdir. Onunla Şamxal arasında cinsi əlaqə olmamış, aralarında yalnız “sms” yazışmaları olmuşdur. Şamxal ona psixi təsir göstərərək evlənməyə məcbur etmişdir. Şamxal psixi təzyiq göstərməklə və təhqir etməklə evlənməyini istəsə və birlikdə qaçmağı təklif etsə də, onu qaçırmağa cəhd etməmişdir. O, çıxışında təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid da zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verdi. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X5 Şəxsin 23 fevral 2024-cü il tarixli, 82 nömrəli ekspert rəyindən (cinsi ekspertiza) görünür ki, Zərərçəkmiş şəxs Səttar qızının bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik, çapıq və s.) aşkar edilmədi. Zərərçəkmiş şəxs Səttar qızının qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs Səttar qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər aşkar edilmədi. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 07 mart 2024-cü il tarixli, 167 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarşı cinayət əməli törədilən vaxt onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri müşahidə olunmamışdır. Zərərçəkmiş şəxs ruhi xəstəlik əlamətləri müşahidə olunmur. O, öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən qoyulmuş sualın ikinci hissəsinə (anlaqlı olub-olmaması)cavab vermək mümkün deyildir. Zərərçəkmiş şəxs hazırda da öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Zərərçəkmiş şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, ekspert rəylərini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 176-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs oğlunun təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunması və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 1 (bir) ədəd disk və 6 (altı) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən müdafiəçiyə ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat miqdarında, cəmi 101 manat haqq ödənilməlidir. İşdə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 31 may 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk və 6 (altı) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 101 (bir yüz bir) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-39/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-39/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver