Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-4/2024 07.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1981-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunda şöbə müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 171, mənzil 7-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, mənzil 220-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci ildə, saat 12-20 radələrində yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Sunny” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində yolun sağ zolağı ilə 80-90 km/saat surətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonu, Müsüslü kənd ərazisindən keçən 217-ci kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkətinin iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və özündən qabaqda yolun sağ zolağı ilə düzünə hərəkətdə olan Şahid3 idarə etdiyi “Kamaz-55111” yük markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili keçən zaman ehtiyatsızlıqdan idarəetməni itirmiş və avtomobil yolun sağına doğru istiqamətlənərək yolun sağ kənarındakı qoruyucu metal səddə dəyərək aşmış və həmin vaxt avtomobildə olan sərnişin X16 avtomobilin arxa şüşəsi sındığı üçün oradan yerə düşmüş, “Nissan Sunny” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunmaz vəziyyətdə təkrar hərəkət yoluna qayıdıb qabağa gedərək təkərləri üstünə durduqdan sonra eyni istiqamətdə hərəkətdə olan “Kamaz-55111” yük markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq hissəsi ilə “Nissan Sunny” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa və sol yan hissəsi toqquşmuş və “Nissan Sunny” minik markalı avtomobil metal səddə dəyib aşan zaman yerə düşmüş sərnişin R.Q.Həsənov baş beyinin yumuşaq toxumalarına qansızma, sol gicgah nahiyyəsinin əzilmiş yarası, sol təpə gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ bazu sümüyünün qapalı sınığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə həmin gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun “B” dərəcəli sürücülük vəsiqəsi vardır. O, 11 iyun 2018-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun İstehlak kreditlərinin yığım şöbəsinin müdiri vəzifəsində çalışır, eyni zamanda Fondun digər əmri ilə, 28 fevral 2019cu il tarixli, 551 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası məqsədilə ləğv prosessində olan banklarda 23 may 2019-cu il tarixli əmrlə yaradılmış “Restrukturizasiya işçi Qrupu”nun rəhbəri vəzifəsini həyata keçirir. Əmanətlərin Sığortalanması Fondunun 144E saylı, 10 noyabr 2020-ci il tarixli əmrinə əsasən o və restrukturizasiya işçi qrupunun üzvlərindən ibarət Şahid1 Heybət oğlu, Şahid4, X16 ilə birgə Gəncə şəhərinə Fərmandan irəli gələn əmrin icrası məqsədilə restrukturizasiya əməliyyatlarının aparılmasının təşkilini təmin etmək üçün iki gün müddətinə ezam olunmuşlar. Əmrin icrası məqsədilə ona ayrılmış “Nissan Sunny” markalı, ** PS *** dövlət nömrə nişanlı xidməti nəqliyyat vasitəsilə 11 noyabr 2020-ci il tarixdə Şahid1 Heybət oğlu, Şahid4 və X16 ilə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşlər. İdarə etdiyi həmin avtomobilin qabaq sərnişin oturacağında Şahid1, arxa oturacağın sağ tərəfində Rəşad Həsənov, arxa oturacağın sol tərəfində Şahid4 əyləşmişlər. Saat 12:20 radələrində Bakı-Qazax magistral yolunun Ucar rayon ərazisində yolun sağ zolağı ilə təxminən 80 km/saat sürətlə hərəkətdə olan zaman həmin zolaqda onun idarə etdiyi avtomobildən təxminən 40-50 metr irəlidə hərəkət edən dövlət qeydiyyat nişanı ona məlum olmayan, “Kamaz” markalı, mişar daşı ilə yüklü olan yük nəqliyyat vasitəsinin qəfil tormoz verdiyini görmüşdür. Bu zaman, o da öz növbəsində təhlükəsiz ara məsafəsini təmin etmək, qorumaq məqsədilə ayağı ilə əyləc pedalını basmışdır. Surət azalmış, avtomobil düzünə hərəkətə davam etmişdir. Bu zaman təxminən 1-2 saniyə sonra idarə etdiyi “Nissan Sunny” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilin arxa tərəfdən möhkəm zərbə vurulduğunu hiss etmişdir. Zərbənin təsirindən o, avtomobilin idarə etməsini itirmişdir. Zərbədən sonra, idarə etdiyi “Nissan Sunny” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobil idarə olunmaz vəziyyətdə sağa tərəfə istiqamətini dəyişib, sol yanı üstə aşaraq, bir neçə metr sürüşmüş və qabaq tərəfi ilə yolun sağ ehtiyat hissəsində yerləşən dəmir konstruktur qoruyucuya (sol yanı üstə aşmış vəziyyətdə qabaq) hissəsi ilə dəyərək, əsas yolun sol zolağında Gəncə istiqamətində düzünə dörd təkər üstə dayanmışdır. Onun yanında, yəni qabaq oturacaqda oturmuş Şahid1 və arxa sol oturacaqda oturmuş Şahid4 idarə etdiyi maşından düşmüşlər. Həmin vaxt, Rəşad Həsənovun avtomobilin içərisində olmadığını görmüşlər. Ətrafa baxanda Rəşad Həsənovun onların dayandığı yerdən bir qədər arxada, yolun sağ tərəfində üzü yerə uzandığını aşkar edib, yaxınlaşanda onun sol əlinin qırıldığını, başının zədələndiyini, lakin nəfəs aldığını görmüşlər. İlk olaraq X49a zəng vurmuş və rəhbərliyə hadisə barədə məlumat vermişdir. Həmin vaxt onun idarə etdiyi avtomobildən bir qədər qabaqda, yolun sağ tərəfində yerləşən ehtiyat hissəsində yük yeri mişar daşı ilə dolu olan “Kamaz” markalı, 50 ВТ 889 dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşdür. Hadisədən bir neçə dəqiqə sonra X52 əməkdaşları, daha sonra X49 briqadası hadisə yerinə gəlmişlər. X49 əməkdaşları Rəşad Həsənova ilkin tibbi yardım göstərərək təcili tibbi maşınına mindirib, iş yoldaşları Şahid1lə birgə Göyçay Rayon Mərkəzi Xəstaxanasına getmişlər. İlk baxışdan, onun və Şahid4 xəsarətləri nisbətən az göründüyü və mövcud xəsarətlərin yeni baş verməsi səbəbindən ağrısı çox hiss olunmamışdır. Bu səbəbədən polis mayoru, müstəntiq Mübariz müəllimin göstərişi ilə onların hadisə yerində qalmaları və hadisə yerinə baxış keçiriləcəyini, eyni zamanda müvafiq həkim yanına gedib alkoqol müayinəsindən keçiriləcəyini bildirmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə baxış keçirdiyi zaman, “Kamaz” markalı, 50 ВТ 889 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tərəfinin əzildiyini görüb, həmin yük avtomobilinin onun idarə etdiyi '‘Nissan Sunny” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobili arxa tərəfdən vurması nəticəsində hadisənin baş verdiyini başa düşmüşdür. Həmin vaxt “Kamaz” markalı, 50 ВТ 889 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, əvvəl tanımadığı, ilk dəfə həmin hadisə vaxtı gördüyü və sonradan adı ona məlum olan Şahid3, guya onun idarə etdiyi “Nissan Sunny” markalı nəqliyyat vasitəsinin arxası ilə yolun sağ zolağı ilə hərəkətdə olarkən, onun idarə etdiyi avtomobilin yolun sağ köməkçi hissəsində yerləşən dəmir konstuktur qoruyucuya dəyərək yolun sol zolağına düşdüyünü, həmin an onları vurub irəliyə keçdiyini bildirmişdir. Lakin bu ən azından Şahid3 idarə etdiyi “Kamaz” markalı, 50 ВТ 889 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tərəfində olan zədələrə əsasən mümkün ola bilməzdi. Çünki, “Kamaz” markalı, 50 ВТ 889 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tərəfində olan zədələrə əsasən, həmin avtomobil onun idarə etdiyi avtomobili arxa tərəfdən vurması məlum olur. Onun idarə etdiyi avtomobil, dəmir konstruktur qoruyucuya dəydikdən sonra əsas yolun sol zolağında Gəncə istiqamətində düzünə dörd təkər üstündə düşüb dayandığı vaxt avtomobillə yol ayrıcında olan beton maneə arasında məsafə az olduğu halda “Kamaz” markalı, 50 ВТ 889 dövlət nömrə nişanlı avtomobilin onun idarə etdiyi avtomobilin arxa tərəfinə dəyib onu keçməsi qeyrimümkündür. Bu fakt hadisə yerində tərəfindən çəkilən fotoşəkillərə əsasən öz təsdiqini tapır. Bundan əlavə, hadisədən sonra o, idarə etdiyi “Nissan Sunny” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilin qabaq buferinin iki hissəyə bölünmüş vəziyyətdə dəmir konstruktur qoruyucuya yaxın məsafədə aşkar etmişdir. Hadisə yerinə baxış keçiriləndən sonra polis əməkdaşı onu həkimə aparıb sərxoşluq müayinəsindən keçirmiş və spirtli içki qəbul etmədiyini rəsmi bildirmişdir. Onlar, tez-tez Rəşadın vəziyyətini öyrənmək üçün Pərviz ilə əlaqə saxlamışlar. Hətta, Pərvizin telefonu vasitəsi ilə Rəşada baxan həkimlə də şəxsən danışıb Rəşadı Bakıya, daha yaxşı ixtisaslaşmış xəstəxanaya aparılmasını, bunun üçün nə lazımdırsa edəcəyini bildirmişdir. Lakin həkim demişdir ki, Rəşadın vəziyyəti ağırdır, müvafiq tibbi aparatlara qoşulub, hazırda harasa aparılması mümkün deyil, burada qalmalıdır. O da həkimə Rəşadın ayağa qalxması üçün nə lazımdırsa almağa, gətirməyə hazır olduğunu bildirmişdir. Həkim də öz növbəsində bildirmişdir ki, nə lazım olsa onlara deyəcəklər. Sərxoşluq müayinəsindən sonra o, Şahid4lə Göyçay Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Bir qədər sonra həkim, Rəşad Həsənovun vəfat etdiyini bildirmişdir. Sonra Rəşadın valideyinlərinə məlumat verilmişdir. Cənazənin aparılması üçün nəqliyyat vasitəsi əldə edib danışdıqdan sonra onlarla işləyən Göyçay rayonun ləğv prosesində olan “Atabank”ın direktoru Nizami müəllim həmin xəstəxanaya rəhbərliklərinin tapşırığı ilə kömək məqsədilə gəlmişdir. Hadisə nəticəsində o, Şahid1 və Şahid4 də müxtəlif bədən xəsarətləri alsalar da, həmin xəstəxanada pandemiya, eləcə də sonuncu Qarabağ müharibəsindən yaralı və şəhid olduğundan müayinədən keçmələri qeyrimümükün olduğu üçün Nizami müəllim onların vəziyyətlərini görüb mütləq həkim müayinəsindən keçmələri zəruri olduğunu bildirirərək bir qədər sonra təxminən saat 18:00da onları Bakıya yola salmışdır. Həmin tarixdə müharibə şəraiti olduğu üçün Respublikada saat 21:00-dan sonra komendat saatı tətbiq edilmişdir. Nizami müəllim özü isə Rəşadın valideyinlərini gözləmək məqsədilə xəstəxanada qalmışdır. Bakı şəhərinə gəldikdən sonra, səhərisi gün, yəni 12 noyabr 2020-ci il tarixdə o, Neftçilər xəstəxanasında tibbi müayinədən keçmişdir. Müayinə zamanı müxtəlif bədən xəsarətləri aşkar edilmişdir. Bir neçə gün sonra, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə hadisə yerində olan Mübariz adlı polis əməkdaşı zəng vuraraq, Xırdalan şəhərində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X28 üzrə Təhqiqat və İstintaq Şöbəsində X12a yaxınlaşmağını bildirmişdir. O, həmin idarəyə yaxınlaşıb X12un otağında onunla görüşmüşdür. X12, hadisənin necə baş verdiyini soruşmuşdur. O, öz növbəsində hadisəni, “Kamaz”la toqquşmanı yuxarıda göstərdiyi kimi izah edəndə X12 “nə nağıl danışırsan mənə, “Kamaz” səni vurmayıb, sən sürüşüb dəmirə dəymisən sonra əzilmiş vəziyyətdə “Kamaz” səni vurub” bildirmişdir. Qəzənfər Mansurovun bu cür danışığı onu cox təəcübləndirmişdir. O, hadisəni olduğu kimi bir daha təkrar edib, daha ətraflı şəkildə izah etmək istədikdə o, sözünü kəsərək, yüksək səs tonu ilə “sən tutulmalı adamsan, elə səni tutacam” deyib, otaqdan çıxmışdır. Bir neçə dəqiqə sonra otağa qayıtmış “sənin problemin böyükdür, sənə necə deyirəm, elə də olub” deyəndə o, hadisə vaxtı onun orada olmadığı halda hadisənin necə baş verdiyini haradan bildiyini soruşmuşdur. Qəzənfər Mansurov isə “sən necə çətin adamsan, sənə deyirəm belə olub, deməli elə də olub, uzatma yoxsa özünə axırda pis edərsən, bu işin mütəxəssisi mənəm, qərar qəbul edən şəxs mənəm” demişdir. Bir qədər sonra Qəzənfər Mansurov, hadisə ilə əlaqədar işdən müəyyən sənədləri əldə etməyini tapşıraraq, habelə onun ətraflı fikirləşməyini tövsiyyə edib, növbəti dəfə onu çağıranda onu bir daha hirsdəndirməməyini bildirmiş, o da sağollaşıb getmişdir. Bundan sonra, Qəzənfər Mansurovun tapşırdığı müvafiq sənədləri götürüb təxminən bir həftə sonra özü Qəzənfər Mansurova zəng edib onun yanına getmişdir. Bu dəfə Qəzənfər Mansurov, onu birinci dəfədən fərqli olaraq xoş qarşılamış və onun tapşırdığı sənədləri vermişdir. Həmin vaxt Qəzənfər Mansurov, Rəşad Həsənovun ailəsinə köməklik edilibedilməyəcəyini soruşanda, Əmanətlərin Sığortalanması Fondunun əməkdaşı kimi bildirmişdir ki, bu hadisə onlar işlədiyi təşkilatın rəsmi əmrinə əsasən ezam olunduqları zaman baş verdiyi üçün dünyasını dəyişmiş Rəşad Həsənovun, eyni zamanda onların və onlarla çalışan digər əməkdaşların da “həyat sığortası” işə qəbul olunduqda təmin olunur. Odur ki, hazırda “İstehsalatda baş vermiş bədbəxt hadisə” barədə iş yerində müvafiq sənədlərin hazırlanması istiqamətində işlərin görüldüyünü, kompensasiya məbləğinin və Rəşad Həsənovun atasına işdə şəxsən özünə verilən pul ilə birgə təxminən 282 000 manatdan bir qədər yuxarı olacağını bildirdikdə Qəzənfər Mansurov gülümsəyərək inanmadığını demişdir. O, bu hadisəsinin Nazirlər Kabinetinin Qərarına əsasən və işlədikləri təşkilatda yaradılmış komissiya tərəfindən hadisənin “İstehsalatda baş vermiş bədbəxt hadisə” haqqında 04 saylı aktla müəyyən edildiyini, bu səbəbdən həmin vəsaitin verilməsinin tam təmin ediləcəyini əminliklə bildirmişdir. X12 isə uzun illərdir ki, müstəntiq kimi bu işlərlə məşğul olsa da, hələ bu qədər vəsaitin zərər çəkənin ailəsinə verən adam və ya təşkilat görmədiyini demişdir. Daha sonra X12, gülümsəyərək “bəs yaxşı, bizim üçün nə fikirləşirsən, biz necə edək sənin məsələvi? görürəm özün də qabiliyyətli ali təhsilli oğlansan sən, denən biz də eliyək” deyə ona bildirmişdir. O, isə həyatında birinci dəfədir ki, belə bir hadisə ilə rastlaşdığını, bu cür hallarda nə edəcəyini bilmədiyini deyərək ondan kömək etməsini xahiş etmişdir. X12, “zərər çəkmişi sənli, mənli birgə yola salaq getsin, deyirsən özü də təxminən 282 000 kompensasiya vəsaiti verilir, bunların hamısını nəzərə alıb mən də sənə köməklik edəcəm, sənin də işinə burda xitam verərik getsin” demişdir. Bir neçə gün sonra, 2020-ci ilin təxminən noyabr ayının sonları, dekabr ayının əvvəlləri X12 ona zəng edib, yanına çağırmışdır. O da müstəntiqin iş yerinə gələrək, orada otağında onunla görüşmüşdür. Qəzənfər Mansurov “səni hamıdan xahiş etmişəm, səni o qədər tərifləmişəm, rəisə demişəm kömək edək, yaxşı qabiliyyətli oğlandır, birinci dəfədir başına belə iş gəlib və s.” deyib, işi xitam edəcəyini bildirmişdir. Daha sonra, Qəzənfər Mansurov iş otağındakı komputerin arxasına keçərək, nəsə sənədlər çap etmiş və qabağına qoyub, “mən sənə deyəcəm, sən də yavaş-yavaş dediyim qaydada yazarsan, sənə kömək edəcəm” demişdir. O da Qəzənfər Mansurovun dediyi kimi yazmağa başlamışdır. Lakin yazılara başladıqdan bir qədər sonra o, Qəzənfər Mansurovun hadisəni olduğu kimi yazdırmadığını, guya ki, o, idarə etdiyi avtomobillə yolun sağ zolağı ilə hərəkətdə olan zaman qarşısında gedən “Kamaz” markalı avtomobilin tormuz verdiyinə görə “Kamaza” dəyməməkdən ötrü maşını sola çəkməyi, bundan sonra solda olan beton səddə dəyməməsi üçün maşını sağa çəkib “Kamaz”ın qabağına çıxmağı məzmunda ifadə yazdırdığını görüb, X12a hadisənin onun yazdırdığı kimi olmadığını bildirdikdə Qəzənfər Mansurov gülərək, “sən yenə başladın, səninlə danışdıq axı, mən sənə kömək edirəm, sən öz bildiyin kimi yazsan, səni tutub qoyarlar içəri, fikrimi dağıtma, yorğun adamam, imkan ver yazımızı yazaq” demişdir. O, da Qəzənfər Mansurova inanıb, onun dediyi kimi davam etdirib yazını bitirmişdir. Daha sonra, Qəzənfər Mansurov, hadisə vaxtı onunla birlikdə olmuş Şahid4 və Şahid1 də o dediyi vaxtlarda yanına göndərməyini tapşırmışdır. Hətta, sağollaşanda Qəzənfər Mansurovdan xitam dedikdə, yəni qanunla nə nəzərdə tutulur soruşduqda o, gülümsəyib “narahat olma, sənin heç sürücülük vəsiqənə də bal düşməyəcək” demiş və o da sağollaşaraq getmişdir. Hadisədən sonra o, stress və psixoloji sarsıntı içərisində olduğundan, özü də bədən xəsarətləri aldığından, həmçinin Qəzənfər Mansurovun hadisəyə görə onu tutacağını dediyinə görə qorxduğundan, ona təkid və təzyiq etdiyinə görə, sonradan isə onunla xoş danışaraq cinayət işinə xitam verəcəyini deyib onu inandırdığına görə ilkin ifadəsini onun diktəsi ilə təhrif olunmuş formada yazmışdır. Qəzənfər müəllim ikinci dəfə görüşəndə onda özü haqda elə xoş təsuratlar və inam yaratmışdır ki, hətta hadisə vaxtı bərabər olduğu iş yoldaşları Şahid1 və Şahid4 müstəntiqin necə bir insan olduğunu soruşub maraqlananda o, Qəzənfər Mansurovla ilk əvvəl sözlərinin düz gəlmədiyini, lakin sonradan münasibətlərinin çox yaxşı olduğunu, hətta yazılarında ona kömək məqsədilə düzgün istiqamət verib yazdırdığını, bir insan kimi də çox yaxşı insan olduğunu və onlara da gələcəkdə şahid kimi yazdıqları yazıda, izahatda istiqamət və kömək etmək istədiyi təqdirdə etiraz etməmələrini bildirmişdir. Bir neçə vaxt sonra Qəzənfər Mansurov ona zəng edib, Şahid1 onun yanına gəlməsini təmin etməyi tapşırmışdır. O, da iş yoldaşı Pərvizlə, Qəzənfər Mansurovun yanına getmişlər. Lakin Pərviz özü tək Qəzənfər Mansurovun otağına getmiş, o, isə həyətdə onu gözləmişdir. Bir müddət sonra Pərviz, onun yanına qayıdıb bildirmişdir ki, çox yaxşı qarşıladı, xoş münasibət yaranıb və Qəzənfər Mansurov ona da eyni qaydada kömək göstərib yazıda istiqamət verməklə yazdırmışdır. Lakin Şahid1 yazdığı yazı ilə hadisənin canlı şahidi olduğu üçün fərqli olduğunu müstəntiqə bildirdikdə, Qəzənfər Mansurov “mən necə deyirəm elə yaz, bu sizin iş yoldaşınız Muxtarın xeyrinədir, biz Muxtarla eyni adamıq, bu cür yazmaq lazımdı, siz dediyiniz kimi yazsa günah sizdə olacaq, iş yoldaşmız Muxtarı həbs edəcəklər” deyə bildirmişdir. Pərviz də onun kimi inanıb, Qəzənfər Mansurovun diktəsi ilə ifadəsini yazmışdır. Qəzənfər Mansurov, eyni qaydada hadisədə olan digər əməkdaş Şahid4 də bir müddət sonra çağırıb ona da ifadəsinin yazılmasında istiqamət verib yazdırmışdır. Şahid4 müstəntiqə hadisənin fərqli olduğunu bildirsə də ona da eyni qaydada bildirmişdir ki, “Muxtarla mən eyni adamıq, narahat olmağa dəyməz, mən ona kömək edirəm” demiş, Şahid4 də ona inanıb Qəzənfər Mansurovun verdiyi istiqamət üzrə ifadəsini dediyi kimi tamamlamışdır. Təxminən 26-27 may 2021-ci il tarixlərdə Qəzənfər Mansurov onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, dünyasını dəyişmiş iş yoldaşları Rəşad Həsənovun atasının təbiətcə cox çətin və pulgir insan olduğunu, bütün günü bu hadisəni şişirdərək, doğru-yalan yazılarla ali dövlət qurumlarına dayanmadan şikayət məktubları göndərdiyini, Daxili İşlər Nazirliyinin, Prokurorluğun qarşısında yalandan hay-küy salıb, oğlunun qəsdən öldürüldüyünü deməklə bütün yerlərə şikayət edib hamının zəhləsini tökdüyünü, işi həll etməyə mane olduğunu, özünün də təqaüdə çıxmasına az qaldığını, bunun da çox təhlükəli adam, şərçi olduğuna görə işi həll edə bilmədiyini, amma onun narahat olmamağını, məhkəmədə həll edəcəyini deyib, ona ittihamı elan etmək üçün iş otağına çağırmış və özünün dövlət hesabına ona müdafiəçi təqdim edəcəyini bildirmişdir. Həmin vaxt nəyə görə ona ittiham ediləcəyini və nəyə görə özünün dövlət hesabına ona müdafiəçi təqdim edəcəyini soruşanda Qəzənfər Mansurov ona cavab verə bilməmişdir. Belə olan halda o, başa düşmüşdür ki, Qəzənfər Mansurov, hansısa maraqdan, ona təzyiq, hədə, sonra aldatma yolu ilə ona köməklik edəcəyini vəd edərək, öz diktəsi ilə qeyd edilən yol-nəqliyyat hadisəsinin təhrif olunmuş formada ona və şahidlərə onun ziyanına ifadələri yazdırmış, onun və şahidlərin istədikləri kimi ifadə vermələrinə mane olmuş, nəticədə onların qanunla müəyyən edilən qaydada əvvəlcədən müvafiq vəkillə müqavilə bağlamaqlarına, hüquqlarının əvvəldən müdafiə etməmələrinin qarşısını almışdır. Bunları başa düşəndən sonra o, təkrarən şahid qismində ifadə verməyinə dair Qəzənfər Mansurovun adına teleqram vurmuşdur. Bu müddətdə mərhum Rəşad Həsənovun ailə üzvlərinə rəsmi olaraq cəmi 282 619 manat vəsait ödənmişdir. O, bir iş yoldaşı, bir azərbaycanlı və bir insan kimi mərhum Rəşad Həsənovun ailə üzvlərinə baş vermiş hadisə ilə bağlı səbr diləmək məqsədi ilə onun atası Qəzənfər Həsənov ilə əlaqə saxladıqda o, ilk əvvəllər hadisədən heç bir şikayəti olmadığını bildirmişdir. Mərhumun dəfn mərasimində atası, yaxın qohumları və çalışdıqları təşkilatın rəhbərliyi iştrak etmiş, ailəsinə daimi diqqət göstərilmiş, hətta ailəsinə kömək məqsədilə atasının vasitəsi ilə ilk öncə 4000 manat şəxsən özünə verilmiş və rəhbərlik tərəfindən sənədləşmə aparıldığı, tam olaraq növbəti ayda yüksək məbləğdə kompensasiya ayrılacağı, həmin vəsaiti alacaqları izah olunmuşdur. X37 hadisədən təxminən bir ay müddətində onlara və hamıya hadisə ilə bağlı heç bir şikayətinin olmadığını bildirməsinə, dəfələrlə onlarla Lənkəranda və Bakıda görüşmələrinə baxmayaraq bir müddət sonra heç bir məlumat vermədən, şərli-böhtanlı şikayət etməyə, guya oğlu Rəşadın qəsdən öldürüldüyünü iddia etməyə və oğlunun ölməsinə görə pul tələb etməyə başlamışdır. O, Qəzənfər Həsənova bir insan və “halallıq” kimi mərhum Rəşadın balalarına maddi yardım edə biləcəyini dedikdə Qəzənfər Həsənov məlum vəziyyətdən istifadə edib ondan 200 000 manat pul tələb etmişdir. O, Qəzənfər Həsənovun tələb etdiyi məbləği verə bilməyəcəyini dedikdə Qəzənfər Həsənov istədiyi məbləğdə pulu verməyəcəyi halda şikayət edib, onu və hətta yol-nəqliyyat hadisəsi vaxtı avtomobildə olmuş Natiq və Pərvizi tutduracağını, axıra qədər qərəzli şəkildə şikayətçi olacağını, nə olur olsun ondan o pulu alacağını deməklə hədə-qorxu gəlməyə, şantaj etməyə başlamışdır. O, özü, yaşlı atası, qohum və tanışları, iş yoldaşları, hətta din xadimləri dəfələrlə Qəzənfər Həsənovla görüşüb hadisəni ona izah etməyə, doğru yolda olmağa dəvət etmələrinə baxmayaraq heç bir nəticə olmamışdır. O, öz fikrində qalıb 200 000 manat məbləğində vəsaiti tələb edərək, yalnız həmin vəsaiti ona verdiyi təqdirdə şikayət ərizəsini geri götürə biləcəyini bildirmişdir. Qəzənfər Həsənova onun tələb etdiyi məbləğdə pul verməyə imkanım olmadığını dedikdə o, həmin pulun 80 000 manatını nağd, qalan 120 000 manatını isə ayda 700 manat olmaqla ona ödəməyini istəmişdir. Qəzənfər Həsənovun ondan 200 000 manat pul tələb etməsinə dair onda onun səs yazıları da vardır. Lazım olsa təqdim edə bilər. Qəzənfər Həsənovun hədə-qorxu və şantaj yolu ilə ondan pul tələb etməsi onda həyəcan, stress yaratmış və onun hərəkətləri özünü öldürmə həddinə çatdırmışdır. O, baş vermiş yol-nəqliyyat hadisəsində günahkar deyildir. Bunu hər iki nəqliyyat vasitəsində olan zədələr, yolun kənarında olan metal konstruksiyalı qoruyucuda olan zədələr təsdiq edir. Onun idarə etdiyi “Nissan Sunny” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobilin sağ tərəfində heç bir zədə yoxdur, avtomobilin qabaq buferi, arxa sol və üst tərəfləri zədələnmişdir. Qabaq buferin sındığı yerə və avtomobilin qabaq tərəfində buferin altındakı dəmir hissədə olan zədəyə əsasən avtomobilin sol tərəfi üstə aşandan sonra yolun kənarında olan metal konstruksiyalı qoruyucu ilə həmin vəziyyətdə, yəni sol yanı üstə toqquşduğunu sübut edir. İdarə etdiyi nəqliyyat vasitəsi isə özü-özünə düz yolda, zərbə olmadan aşa bilməzdi. “Kamaz” markalı, 50 ВТ 889 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tərəfinin əzilib zədələnməsi isə məhz həmin avtomobilin onun idarə etdiyi nəqliyyat vasitəsinə arxadan dəydiyini təsdiq edir. Belə olan halda onun sürücü kimi heç bir günahı olmadığı öz təsdiqini tapır. Lakin istintaq orqanı ibtidai araşdırmanı bir tərəfli apararaq, hansısa maraqdan hadisənin günahını onun üstünə atmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də onun ittiham elan olunan əməllərin törədilməsində təqsirli olması məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, mərhum oğlu Rəşad Həsənov evli idi və iki azyaşlı uşaqları vardır, X2 şöbə rəis müavini vəzifəsində işləmişdir. 11 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində telefonla məlumat almışdır ki, oğlu Rəşad iş yoldaşları ilə birlikdə işlə əlaqədar Gəncə şəhərinə gedərkən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ucar rayonu ərazisində yol qəzasına uğramışlar və Rəşad xəstəxanada vəfat etmişdir. Təcili Göyçay rayonuna getmişlər. Rəşadın meyiti Göyçay rayon mərkəzi xəstəxanasının meyitxanasında olmuşdur. Meyit tibbi müayinədən keçdikdən sonra meyiti Lənkəran rayonuna apararaq Aşağı Nüvədi qəsəbəsinin qəbrstanlığında dəfn etmişlər. Məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi zamanı Rəşadın olduğu avtomobili iş yoldaşı Təqsirləndirilən şəxs idarə etmişdir. İbtidai istintaq zamanı mülki iddiaçı kimi tanınmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də nümayəndəsi məhkəməyə gəlməmiş və qanunla müəyyən edilmiş qaydada mülki iddia verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Heybət oğlu ifadəsində göstərdi ki, o, ləğv prosesində olan "xxxx" ASC-də regional direktor vəzifəsində işləyir. Əmanətlərin Sığortalanması Fondunun 144E saylı, 10 noyabr 2020-ci il tarixli əmrinə əsasən o və restrukturizasiya işçi qrupunun üzvlərindən ibarət Təqsirləndirilən şəxs, Şahid4 və X16 ilə birgə Gəncə şəhərinə Fərmandan irəli gələn əmrin icrası məqsədilə restrukturizasiya əməliyyatlarının aparılmasının təşkilini təmin etmək üçün iki gün müddətinə ezam olunmuşlar. Əmrin icrası məqsədilə Təqsirləndirilən şəxs ayrılmış “Nissan Sunny” markalı, ** PS *** dövlət nömrə nişanlı xidməti nəqliyyat vasitəsilə 11 noyabr 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs, Şahid4 və X16 ilə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs tərəfindən idarə olunan həmin avtomobilin qabaq sərnişin oturacağında o, arxa oturacağın sağ tərəfində Rəşad Həsənov və arxa oturacağın sol tərəfində X6 əyləşmişlər. Bakı şəhərindən səhər saat 10 radələrində yola düşmüş və təxminən saat 12:15 radələrində Ucar rayonu ərazisində yerləşən Müsüslü körpüsünə çatanda qarşılarında təxminən 40 metr məsafədə gedən mişar daşı ilə yüklü olan, dövlət nömrə nişanını bilmədiyi “Kamaz” markalı yük avtomobilini birdən tormoz verdiyini görmüşdür. Bu zaman onların avtomobili təxminən 80 km/saat sürət ilə getmiş və avtomobili idarə edən Muxtar da təhlükəni sovuşdurmaq məqsədi ilə tormoz vermişdir. Bundan sonra, əyləşdiyi avtombil eyni istiqamətdə hərəkətinə davam edib sürəti azaltmışdır. Bundan 1-2 saniyə sonra olduqları avtomobilin arxa tərəfindən güclü zərbə hiss etmişdir. Avtomobil idarə olunmaz vəziyyətə düşmüş, Muxtar zərbənin təsirindən avtomobilin idarəetməsini itirmiş və maşın sol yan tərəfə aşaraq sürüşüb, gedib yolun sağ tərəfində olan qoruyucu dəmir konstuksiyalara çırpılmış və daha sonra çevirilərək, getdikləri istiqamətdə yolun sol zolağına, dörd təkər üstdə, üzü Gəncə şəhəri istiqamətində yola paralel düşmüşdür. Avtomobil dayanandan sonra əlini atıb özü tərəfdən olan qapını açmış və avtomobildən çıxmışdır. Nə baş verdiyini anlamadığı üçün bir neçə saniyə dayanmışdır. Bu zaman yolun kənarında olan insanlar yaxınlaşıb su və digər köməklərini təklif etmişlər. Bir az keçmişdir ki, digər iş yoldaşı Rəşad Həsənovun avtomobildən təxminən 50 metr məsafədə üzü asfalta doğru uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Rəşadın qəza nəticəsində yaralandığını anlamış və onunla bərabər demək olar ki, hər kəs təcili yardıma zəng eləmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra təcili yardım avomobili gəlmişdir. Həmin müddətdə görmüşdür ki, onların avtomobilin sol yan və arxa tərəfi zədələnib, arxa şüşəsi tam sınıb, avtomobilin qabaq buferi də iki hissəyə bölünmüş vəziyyətdə dəmir konstruktur qoruyucuya yaxın məsafədə yerdə düşüb qalıb. Orada olan tanımadığı şəxslərin sözünə görə ona məlum olmuşdur ki, onları “Kamaz” markalı avtomobil vurmuş və mişar daşı ilə dolu “Kamaz” markalı avtomobilin onların olduğu “Nissan Sunny” markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobildən Gəncə şəhəri istiqamətində təxminən 100 metrdən də artıq məsafədə yolun sağ tərəfində dayanığını o da görmüşdür. Təcili yardım avtomobili gələndən sonra, Rəşad Həsənovu həkimlər yardım üçün avtomobilə yerləşdirmişlər və eyni zamanda ona tibbi yardımın göstərilməsi üçün o da onlarla xəstəxanaya getmişdir. Xəstəxanaya çatarkən Rəşad Həsənovu təcili yardım otağına aparmışlar, o, isə həkim müayinəsinə getmişdir. Bir neçə həkim müayinəsindən keçmiş və təcili yardım otağına geri qayıtmışdır. Xəstəxananın dəhlizində gözlədiyi zaman həkimlərdən biri Rəşadın dünyasının dəyişdiyini və yaxınlarına məlumat vermələrini xahiş etmişdir. Xəstəxananın həyətinə çıxmış, bu zaman artıq Təqsirləndirilən şəxs və Şahid4 də orada olmuşlar. Onlara Rəşad haqqında məlumat vermişdir. Çətin nəfəs aldığını və travmalarını nəzərə alıb iş yoldaşları onu Bakıya yola salmışlar və o, Bakıya gələn avtobusların birinə əyləşib təxminən saat 20:00 radələrində yaşadığı ünvana çatmışdır. Bakı şəhərinə gəldikdən sonra, səhərisi gün, yəni 12 noyabr 2020-ci il tarixdə o, X13 tibbi müayinədən keçmişdir. Müayinə zamanı müxtəlif bədən xəsarətləri aşkar edilmişdir. Bir neçə gün sonra Muxtar, hadisə ilə bağlı Xırdalan şəhərində yerləşən DİN-in X28 üzrə Təhqiqat və İstintaq Şöbəsində X12a yaxınlaşıb hadisənin necə baş verdiyini danışanda X12un əsəbləşərək, guya Muxtarın yalan danışdığını, hadisənin onların avtomobilinin dəmir konstruksiyaya dəydiyinə görə baş verdiyini, “Kamaz” markalı avtomobilin sonradan onların maşınına dəydiyini demişdir. Muxtar etiraz edəndə isə Muxtara bir neçə sənəd gətirməsini tapşıraraq, onu bir neçə günə çağıracağını deyib onu yola salmışdır. Bundan bir müddət sonra, Muxtarın sözlərinə əsasən ona məlum olmuşdur ki, o, növbəti dəfə X12un yanına gedəndə Qəzənfər Mansurov onu xoş qarşılamış, ona köməklik edəcəyini deyib, öz diktəsi ilə guya onun xeyrinə ifadə yazdırmışdır. Bundan bir qədər sonra isə Muxtarın deməsi ilə o da Xırdalan yolunda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə getmişdir. X30 ilə görüşmüşdür. O da hadisəni olduğu kimi danışanda Qəzənfər Mansurov onun dediklərinə məhəl qoymayıb, onsuz da Muxtara köməklik olunacağını deyərək, ifadəsini onun dediyi kimi yazmağını istəmişdir. O, bəzi məqamlarda etiraz edəndə Qəzənfər Mansurov “Muxtarla biz eyni adamıq, nə lazımdırsa köməklik olunacaq” demiş və diktə edib ifadəni ona yazdırmışdır. Həmin ifadəni o, diktə əsasında yazdığından hazırda ifadədə ona nə yazdırıldığını dəqiq xatırlamır. Əsl həqəiqətdə isə hadisə hazırkı ifadəsində göstərdiyi kimi baş vermişdir. Həmin hadisədə Muxtarın heç bir təqsiri olmamışdır. Sonradan Natiq danışmışdır ki, olduqları avtomobilə arxadan zərbə dəydikdən sonra avtomobil sol yan tərəfə aşdıqda hadisə vaxtı Natiqin sağ tərəfində oturmuş mərhum Rəşad onun üzərinə aşmamışdır. Buradan da anlaşılır ki, avtomobilə arxadan zərbə dəyəndən sonra zərbənin təsirindən Rəşad avtomobilin arxa şüşəsindən çölə çıxmışdır. Bundan başqa, bildirir ki, yol-nəqliyyat hadisəsindən sonra mərhum Rəşad Həsənovun dəfn mərasimində çalışdıqları təşkilatın rəhbərliyi və digər iş yoldaşları iştirak etmişlər. Rəşad Həsənov “həyat sığortası” ilə sığortalandığından sığortanın ayrılması üçün tez bir zamanda lazımı sənədlərin hazırlanması istiqamətində Fondda işlər görülməyə başlanmışdır. Rəşad Həsənovun ailə üzvləri, o cümlədən atası Qəzənfər Həsənov ilk əvvəllər hadisədən heç bir şikayətinin olmadığını bildirmişdir. Qəzənfər Həsənova və ailəsinə daim diqqət göstərilmiş, hətta ailəsinə kömək məqsədilə Qəzənfər Həsənova ilk öncə şəxsən özünə Fondda 4000 manat pul verilmiş, yüksək məbləğdə təxminən 300 000 manat sığorta pulu ayrılacağı izah olunmuşdur. Lakin 11 dekabr 2020-ci il tarixdə o, Muxtar, Natiq və digər həmkarları mərhum Rəşad Həsənovun qəbrini ziyarət etmək məqsədi ilə Lənkəran rayonu, Nüvədi kəndinə gedəndə orada Qəzənfər Həsənov, onları məsciddən çölə çıxarıb, Muxtara sözünün olduğunu bildirmiş və ikilikdə danışmışlar. Sonra Muxtar ona danışmışdır ki, Rəşad Həsənovun atası Qəzənfər Həsənov ondan 200 000 manat pul tələb etmişdir. Muxtar deyəndə ki, ona verməyə belə bir məbləğdə pulu yoxdur, Qəzənfər Həsənov 80 000 manatını nəğd istəmiş, qalan 120 000 manatı isə demişdir ki, aylıq 700 manat ödəsin və buna görə müqavilə bağlasın. Muxtar demişdir ki, belə məbləğdə pulu yoxdur. Qəzənfər Həsənov cavabında bu işdən əl çəkməyəcəyini, şikayət edib həmin pulu alacağını bildirmişdir. 2021-ci ilin təxminən yanvar ayında isə onlarla işləyən həmkarı Eynur Hacıyev, Qəzənfər Həsənovla telefonla selektorda danışanda Qəzənfər Həsənov, Muxtar, Natiq və onu mərhum oğlu Rəşad Həsənovu qəsdən öldürməkdə ittiham edib, ümumi olaraq 200 000 manat pul tələb etmiş, əks halda onları tutduracağını deyib, hədə-qorxu gəlməyə başlamışdır. Hətta, təxminən 2021-ci ilin yanvar ayında Qəzənfər Həsənov, onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinə, ***-***-**-** mobil telefon nömrəsindən zəng edib, onunla da görüşmək istədiyini demişdir. O, nəyə görə görüşməli olduğunu deyəndə o, “görün başınıza nə oyun açacam, sizi məhv edəcəm” deyib onu hədələmişdir. 2021-ci ilin təxminən fevral ayında isə mərhum Rəşad Həsənovun ailəsinə 282 619 manat sığorta vəsaiti ödənmişdir. 2021-ci ilin may ayının sonlarında Muxtar, X12un ona zəng edib ittiham vermək üçün yanına çağırdığını, hadisə vaxtı onların avtomobilini arxadan vurmuş “Kamaz” markalı avtomobilin sürücüsü, sonradan dəqiq adı məlum olan Nadirin baş vermiş hadisədə cinayət məsuliyyəti olmadığını dediyini danışanda onlar, X12un Muxtara köməklik edəcəyini deyərək aldadıb, öz diktəsi ilə ifadəni onlara yazdırdığını başa düşmüşlər. Bundan sonra, o, təkrarən şahid qismində ifadə verməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğuna teleqram vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, “Nissan Sunny” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-yə məxsus olmasına baxmayaraq işlədiyi Əmənatlərin Sığortalanması Fondunun balansındadır. Həmin avtomobil 29 avqust 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixə kimi fondda şöbə müdiri işləyən Təqsirləndirilən şəxs təhkim edilmiş və avtomobili Təqsirləndirilən şəxs yol vərəqəsi əsasında idarə etmişdir. 11 noyabr 2020-ci il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 217-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həmin “Nissan Sunny” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və fonda 12000 manat məbləğində ziyan dəymişdir. Lakin fondun rəhbərliyinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, “KAMAZ-5511” yük markalı, 50 ВТ 889 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 11 noyabr 2020-ci ildə, saat 12:20 radələrində həmin avtomobili içərisində 600 ədəd mişar daşı olmaqla Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə düzünə yolun sağ zolağı ilə Qazax istiqamətində 55-60 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonu, Müsüslü kəndi ərazisində sol tərəfdən “Nissan Sunny” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini sürətlə ötüb keçdikdən sonra sağa istiqamətlənmiş və qabaq hissəsi yolun sağ kənarında çəkilmiş metal səddə dəyərək aşaraq fırlanmışdır. Həmin vaxt avtomobilin arxa şüşəsi olan yerdən bir şəxs yerə düşmüşdür. “Nissan Sunny” minik markalı avtomobil yolun hərəkət zolağına çıxaraq sol yanı üstə sürüşmüş və sonra təkərləri üstə durmuşdur. Həmin vaxt avtomobillər arasında təxminən 20 metr məsafə olduğundan onun idarə etdiyi avtomobilin sağ qanad hissəsi “Nissan Sunny” minik markalı avtomobilin sol arxa tərəfindən dəyib sol yan hissəsini sürtmüşdür. Ondan sonra avtomobili sağa çəkib saxlamış və yerə düşən zaman “Nissan Sunny” minik markalı avtomobilin sürücüsü və digər iki sərnişini həmin avtomobildən yerə düşən şəxsin yanına qaçdıqlarını görmüşdür. Avtomobilin arxasından yerə düşən şəxsi X49 maşını gəlib xəstəxanaya aparmışdır. “Nissan Sunny” markalı avtomobildən düşən sürücü adını sonradan bildiyi Muxtar adlı şəxs sükan arxasında yuxuladığı üçün hadisənin necə baş verdiyini xatırlamadığını ona bildirmişdir. O, hadisə yerində qalmış və hadisə yeri müayinə edilərkən orada iştrak edərək hadisənin necə və hansı şəraitdə baş verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Əmanətlərin Sığortalanması Fondunun ləğv prosesində olan "xxxx" ASC-də çalışır. Əmanətlərin Sığortalanması Fondunun 10 noyabr 2020-ci il tarixli əmrinə əsasən o və restrukturizasiya işçi qrupunun üzvlərindən ibarət Şahid1 Heybət oğlu, Təqsirləndirilən şəxs və X16 ilə birgə Gəncə şəhərinə əmrin icrası məqsədilə restrukturizasiya əməliyyatlarının aparılmasının təşkilini təmin etmək üçün iki gün müddətinə ezam olunmuşlar. Əmrin icrası üçün Təqsirləndirilən şəxs ayrılmış “Nissan Sunny" markalı, ** PS *** dövlət nömrə nişanlı xidməti nəqliyyat vasitəsilə 11 noyabr 2020-ci il tarixdə, səhər saat 10 radələrində o, Şahid1 Heybət oğlu, Təqsirləndirilən şəxs və X16 ilə birlikdə Bakı şəhərindən Gəncə şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs tərəfindən idarə olunan həmin avtomobilin qabaq sərnişin oturacağında Şahid1, arxa oturacaqın sağ tərəfində Rəşad Həsənov və arxa oturacağın sol tərəfində o əyləşmişdir. O, telefonda xəbərləri izlədiyi zaman təxminən saat 12:15 radələrində Ucar rayonu ərazisində yerləşən sonradan ona məlum olan Müsüslü körpüsünə çatanda Gəncə şəhəri istiqamətində yolun sağ tərəfi ilə təxminən 80-90 km saat surətində hərəkətdə olarkən, Muxtar idarə etdiyi avtomobilə tormoz vermiş, surəti azaltmış və maşın düz getdiyi anda təxminən 1-2 saniyə sonra əyləşdiyi nəqliyyat vasitəsinə arxadan güclü zərbə dəydiyini hiss etmişdir. Həmin anda onların əyləşdiyi avtomobil sol yanı üstə aşmış və sol yanı üstdə sürüşmüş, hətta həmin anda o, qrunt və asfaltı görmüş, solunda oturan mərhum Rəşad isə artıq maşında deyildir. Belə ki, həmin anda ona nə toxunduğunu, nə də üstünə aşdığını hiss etməmişdir. Sonra ona məlum olmayan vəziyyətdə maşın çevrilib dörd təkər üstündə, qabağa getdikləri istiqamətdə yolun sol zolağına, beton ayrıcı ilə paralel yerə düzünə düşüb dayanmışdır. O, maşının qapısını açıb düşmüşdür. Eləcə də Təqsirləndirilən şəxs və Şahid1 də maşından düşmüşlər. Həmin vaxt Rəşadın onlardan bir qədər arxada, yolun sağında üzü üstə uzanıqlı vəziyyətdə görüb ona tərəf getmişlər. Yaxınlaşanda görmüşdür ki, vəziyyəti çox ağırdır, danışa və tərpənə bilmir, qolu sınıb, başında yarası və bədəninin sol tərəfinin çox hissəsi-yarsı göyərib, yarı tünd qırmızı vəziyyətdədir, lakin hələ də nəfəsi gəlir. İlk ağlına gələn tez X49a zəng etmək olmuş və qayıdıb telefonunu maşından tapıb X40 103 nömrəsinə zəng etmişdir. Mobil telefonunu hadisə yerində toplaşan adamlardan tanımadığım bir nəfərə verib, olduqları yeri başa salmasını xahiş etmişdir. Belə ki, o, həmin vaxt şokda olmuş, hadisə baş verən yeri tanımamışdır. Təcili yardım gələnədək bir neçə dəfə təkrar zəng vurub, tələsmələrini xahiş etmiş, sonra sürücünün telefonunu almış və ona da zəng etmiş, o, da bildirmişdir ki çatırlar. Bir qədər sonra X54 əməkdaşları, daha sonra X49 briqadası hadisə yerinə gəlmişlər. X49 əməkdaşları Rəşad Həsənova ilkin tibbi yardım göstərərək onu X49 maşınına mindirib, iş yoldaşları Şahid1lə birgə Göyçay Rayon Mərkəzi Xəstəxanasına getmişlər. O da getmək istədiyini bildirmiş, lakin 2 nəfərdən artıq olmaz deyib icazə verməmişlər. DYP əməkdaşı ona su vermiş və öz nəqliyyat vasitəsinə əyləşməyi təklif etmişdir ki, bir az özünə gəlsin. O, DYP əməkdaşlannın xidməti «BMW» markalı nəqliyyat vasitəsinə əyləşəndən təxminən 10 dəqiqədən sonra, Təqsirləndirilən şəxs dayandığı hadisə yerinə yaxınlaşmışdır ki, nə vaxt xəstəxanaya, uşaqların yanına getməyi öyrənsin. Həmin vaxt görmüşdür ki, onların avtomobilinin sol yanı və arxa tərəfi zədələnib, arxa şüşəsi tam sınıb, avtomobilin qabaq buferi də iki hissəyə bölünmüş vəziyyətdə dəmir konstruktur qoruyucuya yaxın məsafədə yerdə düşüb qalmışdır. Orada olan, tanımadığı şəxs, ona onları “Kamaz” markalı avtomobilin arxadan vurduğunu və hadisə yerindən getdiyini demişdir. Həmin vaxt o, həmin şəxsə “hara qaçacaq, onsuz da tapılacaq” deyə cavab vermişdir. Sonradan hadisə yerində olan Namiq adlı şəxs Muxtarın idarə etdiyi "Nissan Sunny" markalı, ** PS *** dövlət nömrə nişanlı avtomobildən bir neçə metr qabaqda, körpünün altında kubiklə yüklü dayanmış “Kamaz" markalı avtomobilin onların olduğu avtomobili arxadan vurduğunu demişdir. Bundan sonra, Namiq ona həmin "Kamaz” markalı avtomobilin bir az qabaqda körpünün altında dayandığını deyərək ona "Kamaz”ı göstərmiş və o, “Kamaz”ın qabaq sağ hissəsinin əzik olduğunu həqiqətən görmüşdür. Bununla da hadisə yerində gördüyü avtomobillərdəki zədələrə görə onda belə təəsurat yaranmışdır ki, maşın arxadan vurulub, sonra aşmışdır. Sonra o və Muxtar da xəsarət alsalar da onların xəsarətləri nisbətən az görsəndiyi üçün hadisə yerinə gələn polis əməkdaşı onların hadisə yerində qalmalarını demişdir. Hadisə yerinə baxış keçiriləndən sonra polis əməkdaşının göstərişinə əsasən Muxtarın alkoqol testdən keçməsi üçün Ucar rayonuna yola düşmüşlər. Onlar tez-tez Rəşadın vəziyyətini öyrənmək üçün Pərviz ilə əlaqə saxlamışlar. Muxtarın sərxoşluq müayinəsindən sonra o, X31 rayonunda yerləşən Mərkəzi Xəstəxanaya getmişlər. Bir qədər sonra həkim, Rəşad Həsənovun vəfat etdiyini onlara bildirmişdir. Sonra Rəşadın valideyinlərinə məlumat verilmişdir. Cənazənin apanlması üçün nəqliyyat vasitəsi əldə edib danışdıqdan sonra, onlarla işləyən Göyçay rayonun ləğv prosesində olan “Atabank”ın direktoru Nizami müəllim həmin xəstəxanaya rəhbərliklərinin tapşırığı ilə kömək məqsədilə gəlmişdir. Hadisə nəticəsində o, Muxtar və Pərviz də müxtəlif bədən xəsarətləri alsalar da, həmin xəstəxanada pandemiya, eləcə də sonuncu Qarabağ müharibəsindən yaralı və şəhid olduğundan müayinədən keçmələri qeyri-mümükün olduğu üçün Nizami müəllim onların vəziyyətini görüb mütləq həkim müayinəsindən keçmələrinin zəruri olduğunu bildirərək ilk olaraq Pərvizi, bir qədər sonra təxminən 18:10-da onları Bakıya yola salmışdır. Nizami müəllim özü isə Rəşadın valideyinlərini gözləmək məqsədilə xəstəxanada qalmışdır. O, Bakı şəhərinə getdikdən sonra, 13 noyabr 2020-ci il tarixdə, Yasamal rayonu, 19 saylı poliklinikasında tibbi müayinədən keçmişdir. Müayinə zamanı müxtəlif bədən xəsarətləri aşkar edilmişdir. Bir neçə gün sonra Muxtar, hadisə ilə bağlı Xırdalan şəhərində yerləşən DİN-in X28 üzrə Təhqiqat və İstintaq Şöbəsində müstəntiqə hadisə ilə bağlı yaxınlaşdığını danışmışdır. Bildirmişdir ki, hadisənin necə baş verdiyini danışanda X12 ona əsəbiləşərək, guya Muxtarın yalan danışdığını, hadisənin guya onların avtomobili hərəkətdə olarkən ilk öncə yolun sağ tərəfində olan dəmir konstruksiyaya dəyərək çevrilib yolun sol zolağına düşəndən sonra “Kamaz” markalı avtomobilin onların maşınına dəydiyini demişdir. Muxtar hadisənin bu cür olmadığına etiraz edəndə, onu bir nəçə günə təkrar çağıracağını deyib onu yola salmışdır. Bundan bir müddət sonra Muxtar danışmışdır ki, növbəti dəfə X12un yanına gedəndə onu xoş qarşılamış, ona köməklik edəcəyini deyib, öz bildirdiyi kimi ifadəsini yazdırmışdır. Bundan bir qədər sonra isə Muxtarın deməsi ilə o da Xırdalan yolunda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə getmişdir. X30 ilə görüşmüş, şifahi olaraq ondan hadisənin necə baş verməsini soruşmuşdur. O, qəza anını tam xatırlamadığı üçün ilk əvvəllər Muxtardan hadisəni eşitdiklərinə görə şifahi müstəntiqə danışmışdır. Sonra müstəntiq yazılı ifadəsini almağa başlamış, müstəntiq demiş, o da yazmışdır. Şifahi verdiyi izahata uyğun yazmış, lakin hadisənin toqquşma anını yazmağa çatanda müstəntiq onların avtomobilini ilk olaraq yolun sağ tərəfində olan dəmir qoruyucuya dəyib aşdığını bildirmişdir. O, öz növbəsində nəqliyyat vasitəsinin əziklərini, eyni zamanda maşının şəkillərini yadına salaraq müstəntiqə bildirmişdir ki, axı maşının sağ hissəsində heç bir zədə yoxdur, bu anda müstəntiq işin içində olan sxemə oxşar sənədi göstərməklə bildirmişdir ki, bax burdada o, dediyi kimi çəkilmişdir. Bundan sonra onda çaşqınlıq və fikrində qarışıqlıq yaranmışdır. O da arxada oturduğu və hadisəni tam xatırlamadığı üçün, eyni zamanda həyatında birinci dəfə bu cür ağır qəza keçirdiyindən, habelə ilk dəfə istintaqda olduğundan, ona öz təsirini göstərmişdir. Bu da davam etdirilən ifadəsində qəza anı ilə bağlı fikrinin ifadə etməyə və ona yazılı verilən sualların cavablandırılmasına mane olmuşdur. Bununla da ifadəsini bu şəkildə bitirmişdir. Sonra müstəntiq ona demişdir ki, onu təkrar çağıra bilər, o da belə başa düşmüşdür ki, hadisə ilə bağlı daha ətraflı araşdırma aparıldıqdan sonra onu təkrar ifadə verməyi üçün dəvət edər, lakin sonradan onu heç kim çağırmamışdır. Yol nəqliyyat hadisəsindən sonra mərhum Rəşad Həsənovun dəfn mərasimində çalışdıqları təşkilatın rəhbərliyi iştrak etmiş, onlar da sağlamlq və psixoloji durumları qaydasında olmamasına baxmayaraq, ailə üzvlərinə baş vermiş hadisə ilə bağlı səbr diləmək məqsədi ilə “7” yas mərasimində o və Muxtar bir yerdə gedib iştirak etmişlər. Sonradan ona məlum olmuşdur ki, işlədiyi təşkilatdan Rəşad Həsənovun ailəsinə müvafiq kompensasiyann ödənilməsi istiqamətində tez bir zamanda lazımı sənədlərin hazırlanması istiqamətində fondda işlər görülməyə başlanmışdır. Bunlara baxmayaraq bir müddət sonra Muxtar işdə olarkən ona bildirmişdir ki, Qəzənfər Həsənov ona xəbər vermişdir ki, onlara son sözünü bildirmək üçün onları, yəni Muxtarı, Pərvizi və onu Lənkaran rayonuna çağırdığını bildirmişdir. Bundan sonra 2020-ci ilin noyabr aynın sonlarında Təqsirləndirilən şəxs, Şahid1 və digər həmkarları onları Qəzənfər Həsənovun çağırdığına görə, həmçinin mərhum Rəşad Həsənovun qəbrini ziyarət etmək məqsədi ilə Lənkəran rayonu, Nüvədi kəndinə getmişlər. Rəşad Həsənovun məzarını ziyarət edib, hamı ilə birlikdə məsciddə görüşmüşlər. Həmin zaman Qəzənfər Həsənov onları Rəşada kömək etmədiklərini, yoldan keçən maşını saxlayıb onu niyə aparmadıqlarını soruşanda, Təqsirləndirilən şəxs ona cavab olaraq bildirmişdir ki, təcili yardıma zəng etmişlər və DYP əməkdaşları təcili yardımın gəlməsini gözləməyi tövsiyə etmişdir. Qəzənfər Həsənov niyə polisə bir yumruq vuramadıqlarını, həkimə aparıb pul verməklərini soruşaraq, Rəşada kömək etmədiklərinə görə onları ittiham etmişdir. X17ra Muxtarla təklikdə danışmaq istədiyini deyib, onları məsciddən çölə çıxarıb, Muxtarla təklikdə söhbət etmişlər. Lənkəran rayonundan qayıdandan sonra Muxtar ona bildirmişdir ki, mərhum Rəşad Həsənovun atası Qəzənfər Həsənov məsciddə məlum vəziyyətdən istifadə edib barışıb şıkayət etməməsi üçün ondan ümumi olaraq 200 000 manat pul tələb etmişdir. Muxtar, Qəzənfər Həsənova belə bir məbləğdə pulu olmadığını dedikdə Qəzənfər Həsənov, həmin məbləğin 80 000 manatını nəğd, qalan 120 000 manatı aylıq 700 manat ödənməsini, hətta buna görə müqavilə bağlanmasını istəmiş, lakin Muxtar razılaşmamışdır və Muxtara bu barədə heç kimə bir kəlmə də deməməsini and verərək xahiş etmişdir. Sonradan eşitmişdir ki, Qəzənfər Həsənov mərhum oğlu Rəşad Həsənovu onların qəsdən öldürdüyü barədə şaiyələr yayır, 200 000 manat pul tələb edir, əks halda bu işdən əl çəkməyəcəyini, onları tutduracağını deyir, hədə-qorxu gəlir. Hətta, hadisədən təxminən iki ay sonra istifadəsində olan ***-***-**-** nömrəsinə xatırlamadığı mobil telefon nömrəsindən zəng edən bir nəfər kişi, özünü Qəzənfər Həsənovun vəkili kimi təqdim edib, Qəzənfər Həsənovun onunla görüşmək istədiyini demişdir. Eləcə də Qəzənfər Həsənov, Pərvizə zəng edib, onunla da görüşmək istədiyini deyərək onu təhdid etmişdir. 2021-ci ilin təxminən fevral ayında isə mərhum Rəşad Həsənovun ailəsinə 282 619 manat kompensasiya məbləği tam ödənildiyini eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, qeyd olunan cinayət işi fakta görə onun tərəfindən 11 noyabr 2020-ci ildə başlanmışdır. Xidməti ərazidə yol-nəqliyyat hadisəsi baş verməsi haqqında məlumatı olduqdan sonra tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol, yol-nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş, sürücülər tibbi müayinədən keçirilmiş, həmçinin tərəfindən məhkəmə-tibbi ekspertizaları təyin edilmiş, şahid kimi Şahid3 dindirilmiş, 20 noyabr 2020-ci ildə isə raportu əsasında cinayət işinin istintaqı digər müstəntiqə həvalə edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, 11 noyabr 2020-ci ildə hadisə yerinə baxış keçirilməsinə dair protokolla tanış olub imzalamışdır. Adətən 102 xidmətindən məlumat daxil olduqdan hadisə yerinə gedirlər, bu hadisə barədə məlumatın kimdən daxil olmasını xatırlamır. ** YP *** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil ilə gəlmişlər və onunla digər əməkdaş Əhsən Süleymanov olmuşdur. Başqa yol patrul əməkdaşının hadisə yerinə gəlməyini bilmir. Hadisə yerində olan avtomobillərin markası yadında deyil. Müstəntiq gələnə qədər hadisə yerinə mühafizə etmişlər. Hadisədən sonra avtomobillərin kimin aparmasını bilmir, bunu müstəntiq bilər. Baxış protokolunun neçə vərəqdən ibarət olmasını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, 2012ci ildən daxili işlər orqanlarında xidmət edir, hadisə baş verən vaxt, yəni 2020-ci ilin noyabr ayında 8-ci tağımın yol-patrul xidməti inspektoru kimi hadisə yerində olmuş və baxış keçirilməsi haqqında protokolu və yol-nəqliyyat hadisəsinin sxemini imzalamışdır. Hadisə baş verəndən sonra hadisə yerinə gəlmiş və hadisə barədə kimin məlumat verməsini xatırlamır. Hadisə yerinə yol patrul xidməti inspektoru X21 ilə birlikdə gəlmişdir. Təqsirləndirilən şəxsi tam olmasa da xatırlayır, dəqiq xatırlamasa da ağ və ya gümüşü rəngli “Nissan” markalı avtomobil yolun sol tərəfində olmuşdur. Hadisə yerində müstəntiq Mübariz Nəsirov olmuşdur. Yol-nəqliyyat hadisəsinin necə baş verməsini xatırlamır. Hadisə yerinə baxış keçirilməsi barədə protokolu və sxemi imzalamışdır. Hadisəni tam xatırlamır. Hadisə yerinin mühafizəsini təmin etmişlər. Hadisə yerinə ** YP *** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Hadisə zamanı hadisə yerində başqa avtomobilin olub-olmamasını xatırlamır, çünki uzun müddət keçmişdir. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs olduqda hadisə yerinin təhlükəsizliyini təmin etmək vəzifə borcudur. Bu hadisəni tam xatırlamır. Xəsarət alan şəxs olduqda müstəntiqə məlumat verirlər, müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilməsini və digər hərəkətləri təmin edir. Hadisə 2 il əvvəl olduğundan hadisə yerinə müstəntiqin onlardan əvvəl və ya sonra gəlməsini xatırlamır. Xidməti işi ilə bağlı xəsarət alan və ya ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə müstəntiqə onlar məlumat verirlər. Onlar hadisə yerinin təhlükəsizliyini təmin etmişlər. 11 noyabr 2020-ci ildə baş verən yol-nəqliyyat hadisəsini dəqiq xatırlamır. Xidməti ərazi üzrə qrafik hər ay müəyyən edilir. Baxış protokolunu və sxemi tanış olub imzalamış, imza etməklə məzmununun doğruluğunu təsdiq etmişdir. 8-ci tağımda xidmətdə olmuşdur, hadisə yeri 8-ci tağımın ərazisidir. Protokolda səhvən 7-ci tağım kimi göstərilmişdir. Hadisə baş verən vaxtı xüsusi rütbəsi serjant olmuşdur. Hadisə yerindən avtomobilin necə aparılmasını xatırlamır. Hadisə zamanı ondan və Xanlar Rüstəmovdan başqa yol patrul xidməti inspektorunun olduğunu xatırlamır. Hadisə baş verən zaman hansı nömrədən istifadə etməyini xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, onun özünə məxsus Kamaz-55111 yük markalı, 50 ВТ 889 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili qohumu Şahid3 etbarnamə ilə idarə etməyə vermişdir. Şahid3 həmin avtomobillə yük daşımaqla məşqul olmuşdur. 11 noyabr 2020-ci il tarixdə Bakı- Qazax-Gürcüstan sərhəddi yolunda baş vermiş yol-nəliyyat hadisəsi nəticəsində həmin “Kamaz-55111” yük markalı avtomobil əzilmiş və ona 200 manat məbləğində ziyan dəymişdir. Lakin bununla əlaqədar heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, daxili işlər orqanlarında xidmətdə olmuş, hazırda pensiyaçıdır, 2011-ci ildən 2022-ci ilin 06 may tarixinə qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müstəntiq işləmişdir. 20 noyabr 2020-ci ildə Təqsirləndirilən şəxs barəsində olan işin istintaqının davam etdirilməsi ona həvalə olunduğundan icraata qəbul edib istintaqı davam etdirmişdir. İstintaq zamanı tərəfindən prosessual hərəkətlər edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. 31 may 2021-ci ildə icraatında olan cinayət işlərinin çoxluğu nəzərə alınaraq cinayət işinin istintaqı başqa müstəntiqə həvalə olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyasının Rostov vilayəti, Novoşaxtinsk şəhəri, Polovoya küçəsi, ev 30, mənzil 2-də yaşayır. Ucar rayonu, Qaracallı kəndində doğulmuş, milliyətcə azərbaycanlıdır, odur ki, tərcüməçiyə ehtiyacı yoxdur. 08 fevral 2021-ci ildə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmiş və 18 fevral 2023-cü ildə Azərbaycan Respublikasına qayıtmışdır.11 noyabr 2020-ci ildə Azərbaycan Respublikasında olmuşdur. Ucar rayonu, Müsüslü kəndində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt hadisə yerinin yaxınlığında mağazadan ərzaq və digər məhsullar almışdır. Hadisə baş verdikdən sonra oraya yaxınlaşmış, zərərçəkən şəxsə su vermiş və öz şəxsi maşnı ilə xəstəxanaya aparmağı təklif etmişdir. Lakin yol-patrul xidməti işçiləri artıq təcili yardım üçün məlumat verildiyini və tibbi yardım maşınının göndərildiyi bildirmişlər. Qəza nəticəsində xəsarət almış şəxsi xəstəxanaya yola saldıqdan sonra ona mülki geyimdə olan müstəntiq tərtib olunmamış sənədə, yəni ona hər iki sürücü ilə təklikdə danışıq aparmadığını və hər hansının xeyrinə söz deməməyi barədə sənədi imzalamağı təklif etmişdir. O da müstəntiqin hər iki sürücü ilə ayrı-ayrılıqda danışıq aparmadığını və kiminsə xeyrinə danışmadığını görüb tərtib olunmamış vərəqi imzalamışdır. Ondan əvvəl həmin vərəqi adını bilmədiyi evakuator sürücüsü də imzalamışdır. O, yol-nəqliyyat hadisəsinin necə baş verməsini görməmiş, hadisə yerindən təxminən 500 metr aralıda olmuşdur. Hadisədən dərhal sonra idarə etdiyi avtomobili saxlayaraq hadisə yerinə yaxınlaşmışam, amma hadisənin məhz necə baş verməsini görməmişdir. Həmçinin, hadisə yerində olarkən tanımadığı bir qadın hadisədə “Kamaz” markalı avtomobilin sürücüsünün günahkar olduğunu və onun üçün təhlükə yaratdığını, avtomobili saxlamadan getdiyini demişdir. O, konkret olaraq bunu görməsə də deyilənləri eşitmişdir. Həmin qadının dediklərindən belə məlum olmuşdur ki, qəza şəraitini həmin yük avtomobilin sürücüsü yaratmışdır. Ondan arxada hərəkətdə olan digər “Kamaz” markalı yük avtomobili isə həmin minik avtomobilini arxadan vurmuşdur, o, bunları görməmiş və eşitmişdir. Məhkəmə istintaqında ekspert kimi iştirak edən X34 bildirdi ki, məhkəmənin qərarına əsasən təkrar ekspertiza təyin edilmiş və bil-bilə yalan rəy verməyə görə məsuliyyət daşımaq barədə xəbərdar olunmuşdur. Qərara əsasən rəy vermiş və verdiyi rəyi müdafiə edir. Yol-nəqliyyat hadisələrinin hallarının tədqiqi, nəqliyyat vasitələrinin üzərində və hadisə yerində qalan izlərin tədqiqi və nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi müəyyən edilir. Yol nəqliyyat hadisəsinin mexanizmi yol-nəqliyyat hadisələrinin tədqiqi predmetidir. Yol-nəqliyyat hadisəsinin iştirakçıları və yol-nəqliyyat şəraiti ekspertizanın predmetinə aiddir. Qərara əsasən rəy verilməsi üçün suallar qoyulmuşdur, həmin suallar üzrə tədqiqat aparılmaqla rəy verilmişdir. İlkin olaraq yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, onun tərəfimdən rəy verilmişdir. İbtidai istintaq tərəfindən yol-nəqliyyat hadisəsinin mexanizmi müəyyən edilərək ekspertizaya təqdim edilmişdir, həmin məlumatlar əsasında da rəy verilmişdir. Hadisə yerinin sxemi, baxış protokolu və fotoşəkillər, ümumilikdə cinayət işinin materialları təqdim edilmişdir. Toqquşma yeri ibtidai istintaqın səlahiyyətinə aiddir. Yol hadisəsinin mexanizmi göstərilmişdir. İbtidai istintaq orqanı tərəfindən yol hadisəsinin mexanizmi verilmişdir və həmin hal üzrə tədqiqat aparılmışdır. Sxemdə minik avtomobilinin dayanma yeri göstərilmişdir. İstintaqın verdiyi məlumata görə toqquşma yeri hərəkət hissəsində göstərilmişdir. Fotoşəkillərdə dayanma yerində qırıntılar görünür. Hadisə yerinin müayinə protokolunda və fotoşəkillərdə izlər görünür. Minik avtomobilinin metal səddə toxunması sxemdə və fotoşəkillərdə görünür. Ölçüləri müəyyən etmək müstəntiqin səlahiyyətinə aiddir, rəy verərkən həmin ölçülərin müəyyən edilməsinə zərurət yoxdur. Minik avtomobilinin bamperin qabaq sol hissəsi dəmir qorucuya dəyməsi nəticəsində qabaqdan arxaya deformasiya uğramışdır. Sürtünmə izləri istintaq tərəfindən göstərilmişdir. Qabaq bamperin sol hissəsində zədələr müəyyən edilmiş və rəydə də göstərilmişdir. “Kamaz” markalı avtomobilin yüklü olması yol-nəqliyyat hadisələrinin ekspertizası rəyində nəzərə alınmışdır. Ola bilər ki, fotoşəkilə ştamp vurulmamışdır. Meyitin metal səddən uzaqda olması ilə bağlı fikir söyləyə bilmir. Minik avtomobilinin izi hadisə yerinin sxemində göstərilmişdir. Məhkəmə istintaqında ekspert kimi iştirak edən X23 bildirdi ki, məhkəmənin qərarına əsasən təkrar ekspertiza təyin edilmiş, həmin qərarda 6-cı sual üzrə təhqiqat aparılmaqla rəy vermiş, rəyi müdafiə edir. Qərarda qoyulmuş sual üzrə xüsusi bilik tələb olunduğundan onun tərəfindən həmin sual üzrə rəy vermişdir. “Kamaz” markalı avtomobilin nə vaxt rənglənməsini müəyyən etmək mümkün deyil, bu barədə metodika yoxdur. Cinayət işində olan 05 dekabr 2020-ci il tarixli, 18 nömrəli ekspert rəyindən (meyitin məhkəmə-tibbi ekspertizası) görünür ki, mərhum X7 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinin yumşaq toxumalarına qansızma ilə müşaiət olunan sol gicgah nahiyəsinin əzilmiş yarası, sol təpə-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağ bazu sümüyünün qapalı sınığı küt alətin-alətlərin təsirindən əmələ gəlmişdir, ölümlə birbaşa səbəbli əlaqəlidir, sağlamlığa ağır zərər vurmaya xas əlamətlərə malikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 11 noyabr 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir. Mərhumun bilavasitə ölümünə səbəb baş beyinin yumşaq toxumalarına qansızma ilə ağırlaşan açıq kəllə beyin travması olmuşdur. Erkən meyit əlamətləri ölümün tibbi sənəddə qeyd edilən vaxtını və tarixini inkar etmir. Mərhumun adına tərtib edilmiş tibbi sənəddə onun tibb müəssisəsinə daxil olarkən alkoqollu içki qəbul edib-etməməsi barədə qeydiyyat yoxdur. Cinayət işində olan məhkəmə-trasoloji eksprertizasının 12 fevral 2021-ci il tarixli, 3\138 nömrəli rəyindən görünür ki, təqdim edilmiş geyim əşyalarının üzərində olan zədələr, izlər öz formasına, quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontaktda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması mümkündür. Həmin zədələr yol nəqliyyat hadisəsi nəticəsində yarana bilər. Təqdim edilmiş geyim əşyalarının üzərində nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izləri aşkar edilmədi. Cinayət işində olan məhkəmə-trasoloji (nəqliyyat vasitələri üzərində və yol-nəqliyyat hadisəsi yerində izlərin tədqiqi) ekspertizasının 20 aprel 2021-ci il tarixli, 8/644 nömrəli rəyin nəticə hissəsindən görünür ki, təqdim edilmiş “Nissan Sunny" markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa bamperdə (sol kılıkda), arxa sol qanadda, arxa sol qapıda) və “Kamaz-55111” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperində (sağ kılıkda), qabaq sağ təkər qoruyucusunda, qabaq sağ qanadda, sağ külək qoruyucuda, sağ ayaqaltıda, qabaq sağ farada) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə, yer səthinin hündürlüyünə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən avtomobillərin bir-birləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “Nissan Sunny"markalı, 90- PS-150 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperdə, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi, o cümlədən yol kənarında olan metal məhəccərə dəyməsi nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan digər zədələr, izlər isə avtomobilin aşması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş, yəni “Nissan Sunny” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan “Kamaz-55111” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən qoyulmuş izlər “Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan digər izlərdən sonra yaranmasına dəlalət edir. Təqdim edilmiş “Nissan Sunny” markalı, **- PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperdə, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələrin istiqamətinə, yerləşmə yerinə, formasına və sair əlamətlərinə görə avtomobilin məhəccərə dəydikdən sonra aşmasına uyğun gəlir. Təqdim edilmiş “Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa külək qoruyucu şüşənin və onun oturacaq çərçivəsinin ölçüsü nəzərə alınmaqla hadisə zamanı avtomobilin metal səddə dəyərək aşan zaman avtomobilin arxa oturacağında olan sərnişin X7 avtomobilin arxa şüşəsi sındıqdan sonra yerə düşməsi istisna edilmir. Təqdim edilmiş avtomobillərin üzərində olan zədələrin təsviri və qarşılıqlı vəziyyətləri rəyin tədqiqi hissəsində verilib. İlkin kontakt anında toqquşma 'Nissan Sunny” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi (arxa sol qanad) ilə “Kamaz-55111” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi arasında təxminən 2-5 dərəcə bucaq altında baş vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X47 01 noyabr 2021-ci il tarixli. 726/2021-MTBŞ nömrəli ekspert rəyindən (maddi sübutların ekspertizası) rəyindən görunur kı. ekspertizaya təqdim edilmiş “Nissan Sunny" minik markalı avtomobil üzərində və salonunda qana şübhəli ləkə aşkar olunmamışdır. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri eksprertizasının 08 may 2021-ci il tarixli, 8/882 nömrəli rəyin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Nissan Sunny markalı, 90PS150 dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Kamaz-55111 markalı, 50BT899 dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Şahid3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Müdafiə tərəfindən təqdim edilən və cinayət işində olan “X15” MMC-nin 20 may 2022-ci il tarixli, 85 nömrəli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, nəqliyyat vasitələri mərkəz oxlarına nəzərən toqquşması düz bucaq altında, eyni hərəkət istiqamətində olublar. İstintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizminin mövcud hadisə mexanizmi ilə uyğun olub-olmamasını cinayət işinin materialları ilə və hadisə yerinə baxış keçirdikdən sonra müəyyən etmək mümkündür. Nissan Sunny minik markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində yaranmış mexaniki zədələrin morfoloji quruluşuna, onların ölçülərinə, hündürlüyünə, rənginə əsasən görünən zədələrin əsas hissələri Kamaz markalı yük avtomobili ilə toqquşması nəticəsində yaranmağa xarakterik zədələrdir. Nissan Sunny minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sol yan üstdə aşma, sürüşmə və qabaq sol tərəfdə yol qəzasına xarakterik zədələr vardır. Nissan Sunny minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində aşma, sürüşmə və qabaq sol tərəfli zədələr “Kamaz” markalı yük atomobili ilə toqquşmadan sonra yaranmağa xarakterik zədələrdir. Nissan Sunny minik markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində sürücü tərəfdən olan qabaq sol qanad tinin, minik avtomobilinin arxa sol tin hissəsinə çırpılması, sol yan hissəsini ayaqaltı ilə əzməsi, sol qapı dəstəklərini sürtüb keçməsi, hava ötürücüsü ilə iz qoyması, qabaq qapının orta dirəyi tərəfdən təkərin qaykası ilə əzilməsi nəticəsində yaranmış mexaniki zədələr, hadisə yerinin fotoşəkillərində əks edilmş **-VT-*** dövlət qeydiyyat nişanlı Kamaz-55111 markalı yük avtomobilinin səthində yaranmış iz qoyan hissələrlə tam eynilik təşkil edir. “NİSSAN SUNNY” **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin səthindəki mexaniki zədələr aşmamışdan öncə yaranmışdır. Cinayət işində olan məhkəmə-xətşünaslıq ekspertizasının 17 may 2023-cü il tarixli, 4/781 nömrəli rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(063)- 4/2023 nömrəli cinayət işinin 1-ci cildinin 10-cu vərəqəsində olan yol-nəqliyyat hadisəsinin sxemində “Hal şahidləri: 2.N.Rəhimov” qrafasındakı imza, 8-9-cu vərəqlərində olan baxış keçirilməsi haqqında 11 noyabr 2020-ci il tarixli prortokolun 1-ci vərəqəsinin üz tərəfinin aşağı hissəsində “İmzalar” qrafasında soldan 4-cü imza, arxa tərəfinin yuxarı hissəsində “Hal şahidləri” qrafasında “2.Namiq Rəhimov” yazıları önündəki imza, aşağı tərəfində “İmzalar.” qrafasında soldan 5-ci imza, 2-ci vərəqəsinin üz tərəfində aşağıda “İmzalar” qrafasında soldan 4-cü imza, arxa tərəfinin aşağı hissəsində “Hal şahidləri:” qrafasında “Rəhimov N” yazıları önündəki imza-RƏHİMOV NAMİK GÜLMMƏMƏD oğlu tərəfindən icra olunmuşdur. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 8/2748-6/4871 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Nissan Sunny markalı 90PS150 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan əziklərin və izlərin xatakteri, yerləşmə sahələri, deformasiyaların istiqamələri nəzərə alınmaqla avtomobilin qabaq bamperində və qabaq bamperinin gücləndiricisi üzərində olan zədələr həmin sahənin yolun sağ kənarında olan metal qoruyucu konstruksiya ilə kontakda olması nəticəsində yaranmışdır. Avtomobilin arxa yük yerinin üst hissəsində olan zədələr avtomobilin metal qoruyucu konstruksiya ilə kontakda olaraq aşması prosesində yaranmışdır. Avtomobilin sol yan hissəsində və banının sol yan yuxarı hissəsində olan müxtəlif bucaqlar altında istiqamətlənən sürtünmə-cızılma izləri, metalın yeyilməsi izləri və sol qapıların dəstəkləri üzərində olan sürtünmə izləri avtomobilin sol yanı üstə aşdıqdan sonra həmin sahələrin yol səthi ilə sürtünməsi nəticəsində yaranmışdır. Nissan Sunny markalı 90PS150 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qanadının, sol qapılarının yuxarı yan səthində düz xətt boyunca olan əziklər həmin sahələrin Kamaz-55111 markalı 50BT889 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperinin sağ tin hissəsi, qabaq sağ qanadın alt hissəsi və qabaq sağ hava ötürücüsünün aşağı hissəsi ilə kontaktda olması nəticəsində yaranmışdır. Nissan Sunny markalı avtomobilin sol yan təxminən orta hissəsində düz xətt boyunca olan əziklər və arxa sol qapının üzərində olan metal hissənin qabağa doğru qatlanaraq qapının səthinə doğru əyilməsi həmin sahələrin Kamaz-55111 markalı avtomobilin sağ ayaqaltı hissəsi ilə kontakda olması nəticəsində yaranmışdır. Nissan Sunny markalı avtomobilin arxa sol qanadının və arxa sol qapısının üzərində olan qara rəngə oxşar qövsvari sürtünmə izləri həmin sahənin Kamaz-5511 markalı avtomobilin qabaq sol təkərinin pokrışkası ilə kontakda olması nəticəsində yaranmışdır. Nissan Sunny markalı avtomobilin arxa sol və qabaq sol qapılarının birləşdiyi sahədə olan yuxarıdan aşağıya doğu istiqamətlənən qövsvari formada metalın sürtünməsi və cırılması zədəsi həmin sahənin Kamaz-55111 markalı avtomobilin qabaq sağ təkərinin bərkidici boltu ilə kontakta olması nəticəsində yaranmışdır. Nissan Sunny markalı avtomobilin arxa sol qapısının arxa hissəsinin Kamaz- 55111 markalı avtomobillə toqquşma nəticəsində qabağa doğru qatlanmış hissəsinin kənarlarında yer səthi ilə sürtünməyə xarakterik izlərin qalmaması, qapının əyilərək daxildə qalmış xarici səthində və həmçinin qapının dəstəyinin metalın əyilmiş hissəsinin altında qalan hissəsində yer səthi ilə sürtünməyə xarakterik izlərin qalması, avtomobilin arxa sol qanadı və arxa sol qapısı üzərində qalan qara rəngə oxşar qövsvari izlərin yer səthi ilə sürtünmə nəticəsində qalan izləri kəsməsi, yəni yol səthi ilə sürtünmə nəticəsində qalan izlərin qara rəngə oxşar izlərin altında qalması, avtomobilin qabaq sol və arxa sol qapılarının birləşdiyi yerdə həmin sahənin Kamaz-55111 markalı avtomobilin qabaq sağ təkərinin boltu ilə kontaktda olması nəticəsində yaranmış zədə sahəsinin daxilə doğru batmış hissəsində yer səthi ilə sürtünməsi nəticəsində sürtünməyə xarakterik izlərin qalması və avtomobilin qabaq sol qapısının üzərində qalan arxadan qabağa doğru istiqamətlənən düz xətt boyunca olan izin yol səthi ilə sürtünmədən qalan yuxarıdan aşağıya doğru müxtəlif bucaqlar altında istiqamətlənən izləri kəsməsi nəzərə alınmaqla Nissan Sunny markalı avtomobilin sol yan hissəsində Kamaz-55111 markalı avtomobil ilə toqquşması nəticəsində yaranmış zədələr Nissan Sunny markalı avtomobilin yolun sağ kənarında olan metal qoruyucu konstruksiyaya dəyməsi və aşaraq yol səthi ilə sürtünməsi nəticəsində yaranan zədə və izlərdən sonra yaranmışdır. X53 markalı avtomobil yolun sağ kənarında olan metal qoruyucu konstruksiyaya dəyib aşaraq sol yanı üstə yol səthi ilə sürüşərək yenidən təkərləri üstə düzəldikdən sonra həmin avtomobil ilə Kamaz-5511 markalı avtomobil arasında toqquşma baş vermişdir. Hadisə yerində Nissan Sunny markalı avtomobilin yolun sağ kənarında olan metal konstruksiyaya dəydiyi yerə kimi həmin avtomobilin təkərlərindən sağa istiqamətlənmiş vəziyyətdə sürtünmə izlərinin qalması Nissan Sunny markalı avtomobil metal konstruksiyaya dəyənə kimi sol yanı üstə aşmış vəziyyətdə hərəkətdə olmamış, metal konstruksiyaya dəyərək aşmışdır. Nissan Sunny markalı avtomobilin sol yan hissəsində Kamaz-55111 markalı avtomobil ilə toqquşması nəticəsində yaranmış zədələrin Nissan Sunny markalı avtomobilin yolun sağ kənarında olan metal qoruyucu konstruksiyaya dəyməsi və aşaraq yol səthi ilə sürtünməsi nəticəsində yaranan zədə və izlərdən sonra yaranması, X53 markalı avtomobilin yolun sağ kənarında olan metal qoruyucu konstruksiyaya dəyib aşaraq sol yanı üstə yol səthi ilə sürüşüb yenidən təkərləri üstə düzəldikdən sonra həmin avtomobil ilə Kamaz-5511 markalı avtomobil arasında toqquşmanın baş verməsi, X45 markalı avtomobilin metal konstruksiyaya dəyənə kimi sol yanı üstə aşmış vəziyyətdə hərəkətdə olmaması, metal konstruksiyaya dəyərək aşması nəzərə alınmaqla Nissan Sunny markalı avtomobilin sürücü Təqsirləndirilən şəxs Səməd oğlunun ifadəsində göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir. Kamaz-55111 markalı, 50BT889 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfində təmir işləri aparılmışdır. Təqdim edilmiş Kamaz- 55111 markalı, 50BT889 dövlət qeydiyyat nişanlı avtomobilin detallarında yenidən rənglənməyə xarakterik lak, boya izləri aşkar edildi. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 may 2024cü il tarixli, 8/521-8/1257 nömrəli rəyin nəticə hissəsindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə müdafiə tərəfinin göstərdiyi mexanizm, yəni sürücü Şahid3 Kamaz-5511 markalı avtomobili Qazax istiqamətində 55 km/saat sürətlə idarə edərkən avtomobilin qabaq tərəfi ilə qarşıda eyni istiqamətdə hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Nissan Sunny markalı avtomobilin ilkin olaraq arxa tərəfindən vurması, sonra sol yan tərəfindən sürtməsi nəticəsində Nissan Sunny markalı avtomobilin sürücüsü idarəetməni itirməsi, yolun sağına doğru istiqamətlənmiş vəziyyətdə sol yanı üstə aşaraq yolun sağ kənarındakı qoruyucu metal səddə dəyərək aşması, nəticədə həmin vaxt avtomobildə olan sərnişin avtomobilin arxa şüşə yerindən düşməsi real hadisə mexanizminə uyğun deyildir. Ona görə də, həmin məlumatlar üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Nissan Sunny markalı 90PS150 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə yerinə baxış protokolunda və hadisə yerinin sxemində toqquşma yeri və onun hərəkət hissəsinə nəzərən koordinatları göstərilməmişdir. Lakin cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemində Nissan Sunny markalı avtomobilin hadisədən sonra dayandığı yerin koordinatları Qazax istiqamətində hərəkət hissəsinin sol kənarına kimi olan məsafə Nissan Sunny markalı avtomobilin qabaq sol təkərindən 0,4 metr, arxa sol təkərindən isə 0,6 metrdir. Hadisə yerinin müayinəsi zamanı çəkilmiş fotoşəkillərdə toqquşma yerinin avtomobillərin hərəkəti istiqamətinə nəzərən soz zolağın sol tərəfində, yəni dayanmış vəziyyətdə olan Nissan Sunny markalı avtomobilin arxa sol hissəsində yerləşməsi göstərilmişdir. Hadisə yerinin fotoşəkillərdən belə məlum olur ki, müəyyən edilmiş toqquşma yerində toqquşma yerinə xarakterik asfalt üzərində sürtünmə, həmin yerin sol tərəfində nəqliyyat vasitəsinə məxsus şüşə qırıntıları tökülmüşdür. X45 markalı avtomobilin dayandığı yerin sol yan hissəsində toqquşma nəticəsində avtomobildən ayrılan qırıntılar tökülmüşdür. İstintaq tərəfindən hadisə yerində avtomobillərdən qalan izlər, onların koordinatları və ölçüləri ilkin olaraq hadisə yerinin müayinəsi zamanı müəyyən edilir. Nissan Sunny markalı avtomobil yolun sağ kənarında olan metal səddə dəyib aşaraq sol yanı üstə sola doğru sürüşməyə başladığı yerdən toqquşma yerinə kimi olan məsafənin 89 metr olması düzgün olaraq müəyyən edilibedilməməsi yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid olmadığından yolnəqliyyat hadisələrinin ekspertinin həl etdiyi məsələlər dairəsinə aid deyildir. Hadisə yerinin sxemində və hadisə yerinə baxış keçirilməsi haqqında 11 noyabr 2020- ci il tarixli protokolda mərhum X7 yol-nəqliyyat hadisəsi nəticəsində asfalt örtük üzərinə düşmə yeri göstərilməmişdir. Lakin ifadənin yerində yoxlanılması haqqında 13 noyabr 2020-ci il tarixli protokolda Nissan Sunny markalı avtomobilin yolun sağ kənarında olan metal səddə dəydikdən sonra mərhum X7 asfalt örtüyü üzərinə düşdüyü yerə kimi 32 metr məsafənin olması göstərilmişdir. 13 noyabr 2020-ci tarixli ifadənin yerində yoxlanılması haqqında protokolda Nissan Sunny markalı avtomobil yolun sağ kənarında olan metal səddə dəydikdən sonra bir nəfərin asfalt örtük üzərinə düşdüyü yer 32 metr olması, səddə dəyib aşaraq sol yanı üstə sola doğru sürüşməyə başladığı yerdən toqquşma yerinə kimi olan məsafənin 89 metr olması göstərilmişdir. İfadənin yerində yoxlanılması haqqında 13 noyabr 2020-ci il tarixli protokoldan məlum olduğu kimi sərnişinin düşdüyü yer Nissan Sunny markalı avtomobilin Qazax istiqamətində yolun sağ kənarında olan metal səddə dəyəndən sonra 32 metr məsafədə, Kamaz 55111 markalı avtomobil ilə toqquşduğu yerdən isə əvvəllə düşmüşdür. Yəni sərnişinin düşdüyü yer avtomobilin metal konstruksiyaya dəydiyi yer ilə Kamaz-5511 markalı avtomobil ilə toqquşma yerinin arasında yerləşir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8 may 2021-ci il tarixli, 8/882 saylı rəyində qeyd edilən, X53 markalı avtomobil yolun sağ kənarında olan metal səddə dəyib aşaraq sol yanı üstə sola doğru sürüşməyə başlaması həmin mexanizmin istintaq tərəfindən müəyyən edilərək təqdim edilməsi ilə əlaqədardır. Belə ki, istintaq tərəfindən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi barədə 22 aprel 2021-ci il tarixli qərarda və hadisə yerinə baxış keçirilməsi haqqında 11 noyabr 2020-ci il tarixli protokolun sxemində göstərilmişdir ki, Nissan Sunny markalı avtomobil Qazax istiqamətində sağ zolaqla düzünə hərəkətdə olan Kamaz-55111 markalı avtomobili ötüb keçən zaman idarəetməni itirmiş və Nissan Sunny markalı avtomobil yolun sağ kənarına çıxaraq qoruyucu metal səddə dəyərək aşıb sol yanı üstə sola doğru sürüşmüş və təkərləri üzrə düzəldikdən sonra Kamaz-55111 markalı avtomobilin qabaq sağ qanadı ilə Nissan Sunny markalı avtomobilin sol arxa yan hissəsi toqquşmuşdur. Qeyd edilir ki, hadisə yerində qalan izlərin hansı avtomobilə məxsus olması, onların ölçüləri və koordinatları ilkin olaraq hadisə yerinin müayinəsi zamanı müəyyən edilir. Belə ki, hadisə yerinin sxemində 57 metr uzunluqda təkər izinin Nissan Sunny markalı avtomobilə aid olması istintaq tərəfindən hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir. Həmçinin fotoşəkillərdən belə məlum olur ki, həmin izin sonunda Nissan Sunny markalı avtomobilin metal səddə dəydiyi yerdə yolun sağ kənarında avtomobilin qabaq bamperi düşüb qalmışdır. Hadisə yerində qalan izlər, onların forması (davamlı-davamsız, kəsintili-kəsintisiz olması) ilkin olaraq hadisə yerinin müayinəsi zamanı müəyyən edilir. Hadisə yerinin sxemində və Şahid3 ifadəsinin yerində yoxlanması protokolunda Nissan Sunny markalı avtomobilin yolun sağ kənarında olan metal səddə dəyənə kimi 57 metr uzunluqda təkər izinin olması göstərilmişdir. Hadisə yerinin sxemində və Şahid3 ifadəsinin yerində yoxlanması protokolunda göstərilən təkərin sürtünmə izinin başlanma və qurtarma nöqtələri arasında davamlı, kəsintisiz izlərin qalması Nissan Sunny markalı avtomobilin idarəolunmaz vəziyyətə düşərək yolun sağ kənarında olan metal səddə dəyməsi ilə ziddiyyət təşkil eləmir. İstintaq tərəfindən müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs Səməd oğlu idarə etdiyi Nissan Sunny markalı avtomobili Qazax istiqamətində sağ zolaqla hərəkət etdirərkən eyni istiqamətdə sağ zolaqla düzünə hərəkətdə olan sürücü Şahid3 idarə etdiyi Kamaz-55111 markalı avtomobili ötüb keçən zaman idarəetməni itirmiş və Nissan Sunny markalı avtomobil yolun sağ kənarına çıxaraq qoruyucu metal səddə dəyərək aşmışdır. Nissan Sunny markalı avtomobil aşdıqdan sonra sol yanı üstə sürüşmüş və təkərləri üzrə düzəldikdən sonra Kamaz-55111 markalı avtomobilin qabaq sağ qanadı ilə Nissan Sunny markalı avtomobilin sol arxa yan hissəsi toqquşmuşdur. Həmçinin 26 oktyabr 2023-cü il tarixli nəqliyyat-trasoloji ekspertizasının 8/2748 nömrəli rəyindən məlum olur ki, Nissan Sunny markalı avtomobilin sol yan hissəsində Kamaz-55111 markalı avtomobil ilə toqquşması nəticəsində yaranmış zədələr Nissan Sunny markalı avtomobilin yolun sağ kənarında olan metal qoruyucu konstruksiyaya dəyməsi və aşaraq yol səthi ilə sürtünməsi nəticəsində yaranan zədə və izlərdən sonra yaranmışdır. X53 markalı avtomobilin yolun sağ kənarında olan metal qoruyucu konstruksiyaya dəyib aşaraq sol yanı üstə yol səthi ilə sürüşüb yenidən təkərləri üstə düzəldikdən sonra həmin avtomobil ilə Kamaz-5511 markalı avtomobil arasında toqquşma baş vermişdir. Qeyd edilənlər onu izah edir ki, sürücü Şahid3 ifadəsində Nissan Sunny markalı avtomobilin banı üzrə fırlanması barədə göstərdiyi xüsusatlar istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizm ilə ziddiyyət təşkil etmir. Cinayət işində olan 11 noyabr 2020-ci il tarixli, 336 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2020-ci il tarixdə alkoqol sərxoşluğu olmamışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs adına olan AF 003588 nömrəli sürücülük vəsiqəsindən görünür ki, ona 18 iyun 2016-cı il tarixdən 18 iyun 2026-cı il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququ verən «B» dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X52 İdarəsinin 05 dekabr 2020-ci il tarixli, 016-112123-1220 nömrəli məktubundan görünür ki, Baş X52 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 18 iyun 2016-cı il tarixdə (18 iyun 2026-cı il tarixədək müddətə etibarlı olan) AF 003588 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işində olan doğum haqqında şəhadətnamənin surətindən və şəxsiyyət vəsiqələrinin məlumatlarindan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 iyul 2010cu ildə doğulmuş X24, 02 fevral 2016-cı ildə doğulmuş X27 və 27 fevral 2018-ci ildə doğulmuş X29 adlı üç uşağı vardır. Cinayət işində olan Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun İnsan resursları şöbəsinin müdiri tərəfindən verilmiş xasiyyətnamədən görürün ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-in 59.1.1-ci maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, iş yeri üzrə müsbət xarakterizə edilməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur. Təqsirləndirilən şəxs ona təyin ediləcək əsas cəzanı CM-in 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsinin duracağında saxlanılan “Nissan Sunny minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə tabel olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində saxlanılan X8 məxsus paltarlar zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılmalı, iş üzrə maddi sübut olan “Kamaz-55111” yük markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 970 (doqquz yetmiş) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub dövlət nəfinə keçirilsin. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrasının başlanğıcı məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün əsas və əlavə cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Hökmün maddi sübutların qaytarılması hissəsində icra edilməsi müvafiq olaraq Kürdəmir rayon icra və probasiya şöbəsinə və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə, məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə həvalə edilməlidir. Cinayət işinə məhkəmədə baxılarkən zərərçəkmiş şəxsin hüquqi barisi X5 Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddia ərizəsi və tələbin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs maddi və mənəvi ziyana görə ümumilikdə 919.000 manat pul vəsaiti tutulmaqla mərhum X7 ailə üzvlərinə verilməsi barədə qərar qəbul etməklə məhkəmə hökmündə göstərilməsini xahiş etmişdir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə bununla bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, habelə mülki iddia ərizəsinə əlavə olunmuş sənədlərin əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti əlavə olunmamışdır. Odur ki, mülki iddiaçı X3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, CPM-in 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-354, 356, 358, 384 və 385ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 970 (doqquz yetmiş) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub dövlət nəfinə keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsinin duracağında saxlanılan “Nissan Sunny minik” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində saxlanılan X8 məxsus paltarlar zərərçəkmiş şəxsin hüquqi varisi X4 qaytarılsın. İş üzrə maddi sübut olan “Kamaz-55111” yük markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmün maddi sübutların qaytarılması hissəsində icra edilməsi müvafiq olaraq Kürdəmir rayon icra və probasiya şöbəsinə və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə, məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə həvalə edilsin. Mülki iddiaçı X3 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-4/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-4/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver