Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-40/2025 15.05.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 may 2025-ci il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1997-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 22 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində tamah niyyəti ilə özgənin əmlakını vahid niyyətlə qəsdən gizli olaraq talamaq məqsədi ilə Ucar rayonu, Lək kəndində Zərərçəkmiş şəxs məxsus evin yaxınlığında yerləşən başqa saxlanc yeri sayılan tövlənin qapısını itələyib açmaqla içəri qanunsuz daxil olub oradan 400 manat dəyərində, diri çəkisi 25 kiloqram olan 2 yaşar, 1 baş dişi toğlu qoyun və 500 manat dəyərində, diri çəkisi 30 kiloqram olan 2 yaşar, 1 baş dişi toğlu qoyun olmaqla, ümumilikdə 900 manat dəyərində 2 baş dişi toğlu qoyunu götürüb aparmaqla zərərçəkmiş şəxsə ümumilikdə 900 manat məbləğində maddi ziyan vuraraq özgə əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Ucar rayonu Lək kəndində məskunlaşmış Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, İbrahim bir neçə ildir ki, Ucar rayonu, Lək kəndində qoyunçuluqla məşğul olmuşdur. Onun bir neçə ay əvvəl qardaşı Əliövsət Əhmədov rəhmətə getmişdir. Qardaşı rəhmətə getməmişdən bir il qabaq İbrahimin fermasında aya 600 manata çoban işləmişdir. Qardaşı təxminən 4-5 ay İbrahimin yanında işləmişdir. İbrahim qardaşının maaşını əvvəllər versə də, son bir ayın maaşını verməmişdir. Buna görə də 22 dekabr 2024-cü il tarixdə, saat 23 radələrində İbrahimin fermasına gedib oradan 2 baş qoyun oğurlamaq qərarına gəlmişdir. Məqsədi isə qardaşının haqqının yerdə qalmaması olmuşdur. Bu məqsədlə yaşadığı evdən çıxıb piyada Ucar rayonu, Lək kəndində yerləşən İbrahimin fermasına doğru hərəkət etmişdir. Çay tərəfdən fermaya yaxınlaşıb körpüdən keçmiş və təxminən 300-500 metr irəli gedərək fermaya doğru hərəkət etmişdir. Oraya çatdıqdan sonra digər fermalardan bir qədər kənarda yerləşən tövləyə yaxınlaşıb arxasına mişar daşları qoyulan qapını açaraq oradan 1 ədəd dişi qoyun heyvanı oğurlamış və Ucar-Zərdab avtomobil yolunun kənarına çıxmışdır. Heyvanı yol kənarı ilə evinə aparmalı olsa, onu başqaları görə biləcəyi üçün qoyunu Ucar rayonu, Qazyan kəndində yerləşən çayın üzərindən keçən körpünün altında gizlətmişdir. Sonradan isə qoyunu oradan gəlib götürəcəyini fikirləşmişdir. Daha sonra yenidən həmin tövləyə yaxınlaşaraq 1 ədəd dişi qoyun heyvanı oğurlamış və onu da Ucar rayonu, Qazyan kəndində yerləşən çayın üzərindən keçən körpünün altında gizlətmişdir. Körpünün altında əlini cibinə atıb telefonu götürmək istəyən zaman özünə məxsus olan “Xiaomi” markalı mobil telefonun cibində olmadığını görmüş və mobil telefonu oğurluq etdiyi fermanın ətrafında üzərindən düşürdüyünü başa düşmüşdür. Bu məqsədlə geri qayıdıb bir qədər telefonu axtarsa da, tapa bilməyib qoyunların yanına qayıtmışdır. 23 dekabr 2024-cü il tarixdə hava təzə aydınlaşan zaman evə gedib əynini dəyişmiş, evə gedənə qədər bütün gecəni orada qoyunların yanında gözləmişdir. Evə gedib əynini dəyişdikdən sonra yenidən qoyunların yanına gələn zaman polis əməkdaşları ona yaxınlaşaraq rayon polis Şöbəsinə gətirmişdir. Orada o, İbrahimin fermasından oğurluq etdiyini və oğurladığı 2 baş qoyunun fermanın yaxınlığındakı çayın üzərindən keçən körpünün altında gizlətdiyini bildirmişdir. Hadisə baş verəndən sonra bir neçə dəfə Ucar RPŞ-də də olmuş, sonradan Bakı şəhərinə gedib işlədiyi üçün müstəntiqin çağırışlarına gələ bilməmiş, lakin müstəntiqin telefon zənglərini və ünvanına gələn məktublarından xəbərdar olmuşdur. Sonucu dəfə 07 mart 2025-ci il tarixdə polis şöbəsindən onun mobil telefon nömrəsinə zəng edilən zaman o, artıq məcbur olub telefonu götürmüş və birinci gün, yəni 10 mart 2025-ci il tarixdə Ucar RPŞ-nə gələcəyini bildirmişdir. Həmçinin o, oğurluğu təkbaşına etdiyini, başqa heç bir yerdə oğurluq etmədiyini və himayəsində iki azyaşlı övladının olduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun ona qarşı şikayət və tələbin olmamasının, himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Lək kəndində yaşamışdır. Yaşadığı ünvanda kənd təsərrüfatı ilə məğul olmuş və özünə məxsus 150 baş qoyunu olmuşdur. Hər gün həmin qoyunları sayaraq sahəyə çıxarmış, yenidən sayaraq tövləyə salmışdır. 22 dekabr 2024-cü il tarixdə, saat təxminən 18 radələrində yenidən özünə məxsus olan 150 baş qoyunu yaşadığı Ucar rayonu, Lək kəndində yerləşən evindən təxminən 150 metr arxada tikilmiş tövləyə salmışdır. Həmin vaxt qoyunları tövləyə salan zaman qoyunları saymış və 150 baş olduğunu müəyyən etmişdir. Daha sonra tövlənin qapısının arxasına mişar daşları qoymuşdur. 23 dekabr 2024-cü il tarixdə, saat 07 radələrində yenidən həmin tövləyə yaxınlaşmışdır. Bu zaman mişar daşları qoyduğu vəziyyətdə olmadığını görmüş, daha sonra içəridə olan qoyunları saymağa başlamış və orada 148 baş qoyunun olduğunu görmüşdür. O, yenə də qoyunları saymağa başlamış və yenədə qoyunları sayı 148 ədəd olmuşdur. Bu zaman mişar daşlarının axşam qoyduğu vəziyyətdə olmadığı, həm də qoyunlardan ikisinin əskik olduğunu müəyyən etdikdə tövlədən kiminsə və ya kimlərinsə oğurluq etdiyini fikirləşmişdir. Həmin vaxt tövlənin yaxınlığında ayaq izlərinə rast gəlmiş və ayaq izlərinin arxasınca getmişdir. Tövlədən təxminən 20-30 metr aralıda markasını bilmədiyi 1 ədəd mobil telefon aşkar etmişdir. Həmin vaxt telefon uçuş vəziyyətində olmuşdur. Telefonu əldə etdikdən sonra onu uçuş vəziyyətindən çıxartmış, bu vaxt bir nəfər şəxs həmin mobil telefona zəng etmiş və ona bu telefonun Abas adlı şəxsə məxsus olduğunu bildirmişdir. Daha sonra o, bu barədə DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşları yaşadığı ünvana gəlmiş və o, da əldə etdiyi mobil telefonu təqdim etmişdir. Daha sonra ona məxsus tövlədən 2 baş qoyunu Ucar rayon Qazyan kənd sakini Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. Həmçinin o, Təqsirləndirilən şəxs rəhmətlik qardaşı Əliövsət Əhmədova heç bir borcu olmadığını, baş vermiş oğurluq nəticəsində ona 900 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur (bu barədə yazılı ərizəsini də təqdim edir). İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 dekabr 2024-cü il tarixdə ailəsini görmək üçün Balakən rayonuna getmişdir. 22 dekabr 2024-cü il tarixdə əri Abasa istifadəsində olan mobil telefon nömrəsi ilə zəng etsə də onun zənglərinə cavab verməmişdir. 23 dekabr 2024-cü il tarixdə, saat təxminən 11 radələrində yenidən istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsi ilə yoldaşı Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsinə zəng etmişdir. Bu zaman bir nəfər şəxs telefonu götürmüş və o, həmin şəxsin yoldaşı olmadığını bilmişdir. Həmin vaxt o, həmin şəxsə mobil telefonun əri Abasa məxsus olduğunu, özünün isə Abasın arvadı olduğu demişdir. Daha sonra isə həmin şəxs heç bir cavab verməyərək telefonu söndürmüşdür. Təxminən 2-3 gün sonra əri onun yanına, yəni Balakənə gəlmiş və oğurluq etdiyini, telefonu da oğurluq etdiyi zaman cibindən düşdüyünü bildirmişdir. Yoldaşının oğurluq etməyindən onun xəbəri olmamış, həmin vaxtı Ucarda belə olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-66-cı səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 9/32 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 460 manat müəyyən edilir. 1 baş, diri çəkisi 25 kq olan 2 yaşar, dişi toğlu qoyun – 210 manat, 1 baş, diri çəkisi 30 kq olan 2 yaşar, dişi toğlu qoyun – 250 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqində olan 25 dekabr 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən Ucar RPŞ-yə ünvanlanmış 23 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, 22 dekabr 2024-cü il tarixədək olan müddət ərzində ona məxsus iki baş xırda buynuzlu heyvanlar Abas adlı şəxs və digər naməlum şəxslər tərəfindən oğurlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 9-12, 19-23-cü vərəqlərində olan 23 dekabr 2024-cü il tarixli baxış keçirilməsi barədə, hadisə yerinə baxış keçirilmə və götürmə haqqında protokollardan və fotoşəkillərdən görünür ki, baxış keçirilən ərazi Ucar rayonu, Lək kəndi ərazisindən keçən çayın üzərində yerləşən körpünün yaxınlığıdır. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus iki baş qoyunu Ucar rayonu, Lək kəndində yerləşən fermadan oğurladıqdan sonra həmin bu körpünün altında gizlətdiyini bildirmişdir. Zərərçəkmiş şəxs həmin iki baş qoyunu “boz kərə sortlu” olduğunu və “qulaqsız” olmasına görə qoyunları tanıya biləcəyini bildirmişdir. Baxış zamanı körpünün altında olan iki baş qoyun Zərərçəkmiş şəxs təqdim olunmuş və həmin qoyunların özünə məxsus olmasını bildirmişdir. Həmin iki baş qoyunun gündəlik qulluğa ehtiyacı olduğu üçün qəbzlə Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Həmçinin baxış zamanı 01 ədəd “Xiaomi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış keçirilməsi və hadisə yerinə baxış keçirilmə və götürmə zamanı “Canon” və ”Samsung” markalı fotoaparatlardan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 37, 53 və 116-122-ci vərəqələrində olan 25 dekabr 2024-cü il tarixli maddi sübut kimi tanınma və 10 mart 2025-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 2 baş qoyun 25 dekabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq, məhkəmənin yekun hökmü çıxanadək saxlanması üçün Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus olan “Redmi A3” markalı mobil telefonun 25 dekabr 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 62-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-79-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci səhifələrində olan 10 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 2018-ci il təvəllüdlü Ağasəf adlı, 2021-ci il təvəllüdlü Amin adlı 2 azyaşlı övladı vardır (himayəsində iki azyaşlı uşaqlarının olması, eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan da görünür). Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət xarakterli müraciətlər daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, sonuncu ilə barışıq əldə edilməsini, himayəsində iki azyaşlı övladlarının olmasını, yaşayış yeri üzrə şikayətin daxil olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmaması, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 2 baş qoyun Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus olan “Redmi A3” markalı mobil telefonu Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məxsus olan Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan “Redmi A3” markalı mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 2 baş qoyunların Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-40/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-40/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver