Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-41/2024 08.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 08 avqust 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1986-cı il tarixində Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (deməsinə görə evli), Ucar Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 1(063)-32/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 32.5, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Ucar Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 7(063)- 1/2019 saylı qərarına əsasən cərimə cəzasının ödənilməmiş 2850 manat hissəsi aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “Amnistya” Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmiş, "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyən, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Ucar şəhəri, Abbas Səhhət küçəsində yerləşən “Məkan” kafesində Zərərçəkmiş şəxs nisyə dəftərinə özünün borcu barədə ərəb dilində yazı yazaraq qeydiyyat aparmasına əsassız müdaxilə etməsinə görə aralarında yaranmış mübahisə zamanı sonuncunun ünvanına nalayiq söyüşlər söydükdə buna əhəmiyyət verməyib kafedən çıxaraq evinə gedən Zərərçəkmiş şəxs təqib edib Ucar şəhəri, Şamil Fərzəliyev küçəsində yaşadığı evin yaxınlığında arxasından yaxınlaşıb xuliqanlıq niyyəti ilə, heç bir əsaslı səbəb olmadan bir dəfə əli ilə baş nahiyyəsindən vurub fiziki ağrı yetirdikdən sonra hüquqazidd hərəkətlərini davam etdirərək geriyə çevrilmiş Zərərçəkmiş şəxs burun nahiyyəsinə bir neçə dəfə yumruqla qəsdən vuraraq burun tənəffüsünün çətinləşməsi ilə müşaiyət olunan, burun sümüklərinin yerini dəyişmiş sınığından ibarət, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonun Gəraybəyli kəndində yaşayır. Himayəsində iki azyaşlı övladı var, Vətən Müharibəsi iştirakçısıdır, işğal altında olmuş bir neçə rayonların azad olunmasında aktiv iştirak etmiş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə medallarla təltif olunmuşdur. Hal hazırda Ucar rayon X6 rəsmi olaraq çilingər işləyir. Ucar rayon sakini Zərərçəkmiş şəxs tanıyır. Əvvəllər Mehmanla aralarında hər hansı mübahisə və söz-söhbət olmamışdır. Ucar şəhəri bazarın yaxınlığında hamının Müşfiq kimi tanıdığı, əsl adı Şahid2 olan şəxsin işlətdiyi “Məkan” adlı kafeyə hərdən bir gedib gəlmişdir. 21 dekabr 2023-cü il tarixdə saat, 22 radələrində “Məkan” adlı kafedə çay içərkən Zərərçəkmiş şəxs da pivə içərək həmin kafedə olmuşdur. Həmin gün saat 23 radələrində Mehman masa arxasından qalxıb kassaya yaxınlaşmış və Nuşirəvandan yediyi yeməyin hesabını soruşaraq pulu sonra ödəmək üçün hesabı öz adının qarşısından yazması üçün nisyə dəftərini istəmişdir. Nuşirəvan Mehmana hesabının 13 manat 50 qəpik olduğunu deyərək nisyə dəftərini vermiş, sonuncu qələmlə öz adı qarşısından dairə çəkərək dairədə nəsə yazmışdır. Həmin vaxt Nuşirəvan Mehmandan dəftərə nə yazdığını soruşanda, o da bu barədə Mehmandan maraqlanmışdır. Mehman isə dəftərə hesabının qədərini yəni “13,50” rəqəmlərini ərəb əlifbası ilə yazdığını bildirmişdir. Nuşirəvan bununla bağlı heç bir söz deməsə də, ona maraqlı gəldiyi üçün Mehmanın yazdığı yazıya bir də baxıb həmin yazının ərəb dilində olmadığını bildirmişdir. Mehman isə ona “ərəb dilini bilənsənsə, ərəbcə öz adını, ya da başqa nəsə yaz” deyərək, bundan başqa, onu kobud şəkildə təhqir etmişdir. O, Mehmana müharibə iştirakçısı olduğunu bildirərək onu təhqir etməməsini xahiş etmişdir. Mehman isə buna məhəl qoymayaraq ünvanına nalayiq söyüş söyməyə davam etmişdir. Daha sonra, Nuşirəvan onları aralaşdıraraq Mehmana öz iradını bildirmiş və sonuncunu kafedən çölə çıxardaraq evlərinə yola salmışdır. Həmin vaxt aralarında başqa söz-söhbət, mübahisə və dava-dalaş olmamışdır. Bundan bir qədər sonra kafedən çıxıb evə gedərkən Ş.Fərzəliyev küçəsində FHN-nin binasının yaxınlığında yaşayış evlərinin yanında Mehmanla yolda rastlaşmış (Mehman yenidən kafeyə tərəf qayıdarkən), sonuncu onu görüb yenidən ona qarşı söyüş söyməyə başlamışdır. O, yenidən təmkinlilik nümayiş etdirmək istəsə də, Mehman ona təpik zərbəsi vurmuş və o, artıq bu cür davranışlara laqeyd qala bilməyərək sonuncunu 1 dəfə yumruqla burnundan vurmuşdur. Mehman yerə yıxılaraq qışqırmış, həmin vaxt orada heç kim olmamış və hadisəni heç kim görməmişdir. Bundan sonra, o, oradan çıxıb evə getmişdir. Etdiyi hərəkətlər məhz Mehmanın onu təhqir etməsi və bu hərəkətlərini dayandırmaması, əksinə davam etməsi ucbatından olmuşdur. Hazırda özünü Azərbaycan Respublikasının CM-in 127.2.3-cü maddəsi ilə deyil, CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir. Yuxarıda qeyd etdiyi halların, zərərçəkmiş şəxsin onunla barışmasının, heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, heç bir yerdə işləmir, təqaüdçüdür. Ucar rayonu, Gəraybəyli kənd sakini Təqsirləndirilən şəxs qiyabi olaraq tanımış, Elvinlə heç bir düşmənçilik və ədavəti olmamışdır. Ucar şəhərində bazarın yaxınlığında yerləşən hamının Müşfiq kimi tanıdığı və çağırdığı, əsl adı Şahid2 olan şəxsin işlətdiyi “Məkan” adlı kafeyə tez-tez gedib-gəlmiş, Təqsirləndirilən şəxs həmin kafedə dəfələrlə görmüş, sonuncu da həmin kafenin müştərisi olmuşdur. 21 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində Şahid2 işlətdiyi “Məkan” adlı kafedə yemək yemiş və spirtli içki qəbul etmişdir. Həmin vaxt Elvin isə kafedə çay içirdi. Bir saat keçdikdə, təxminən saat 23 radələrində yemək yedikdən sonra masa arxasından qalxaraq kassanın yanında olan Nuşirəvana yaxınlaşıb yeməyinin pulunun hesablamasını xahiş etmiş, Nuşirəvan ona yeməyin hesabının 13 manat 50 qəpik etdiyini bildirəndə sonuncuya həmin pulu nisyə dəftərinə adına yazmasını xahiş etmişdir. Əvvəllər də həmin yerdə nisyə yemək yediyindən həmişə adına yazılan hesabın altından Nuşirəvanın xahişi ilə özü də qeydiyyat aparmış, ona görə bu dəfə də Nuşirəvandan nisyə dəftərini götürüb öz adının qarşısından qələmlə dairə çəkərək ərəb əlifbası ilə “13,50”, yəni hesabının məbləğini yazmışdır. Nuşirəvan ondan dəftərə nə yazdığını soruşanda, həmin vaxt onların yanında olan Təqsirləndirilən şəxs də bunu görüb nə yazdığını ondan maraqlanmışdır. O isə hesabının qədərini yəni “13,50” rəqəmlərini ərəb əlifbası ilə yazdığını bildirmişdir. Nuşirəvan bununla bağlı heç bir fikir bildirməsə də, məsələyə aidiyyatı olmayan Təqsirləndirilən şəxs yazıya yenə baxıb həmin yazının ərəb dilində olmadığını bildirmişdir. O isə Elvinə “belə ərəb dilini bilənsənsə, ərəbcə öz adını, ya da başqa nəsə yaz” deyərək cavab vermişdir. Lakin bu sözləri Təqsirləndirilən şəxs xoş gəlmədiyi üçün, yəni bu formada cavab qaytardığına görə ona narazılıq edərək müharibə veteranı olduğunu, onunla bu tonda danışmamalı olduğunu deyərək sözlə mübahisə etməyə başlamışdır. Bu zaman Elvin eşidilməyəcək dərəcədə nəsə nalayiq ifadə işlətdi. Həmin vaxt o, əsəbiləşərək Elvinə “niyə mənim işimə qarışırsan” deyərək sonuncunu söyərək oradan çıxıb getmişdir. Həmin vaxt səs-küy yaranmamış və sözlə mübahisə etmələrini Nuşirəvandan başqa heç kim görməmişdir. O yaşadığı evə tək piyada gedərkən saat 23 radələrində Ş.Fərzəliyev küçəsində FHN-nin binasının yaxınlığında, yaşadığı evin küçə qapısına 5-6 metr qalmış arxadan başından nəyinsə dəydiyini hiss edib çevriləndə qarşısında Təqsirləndirilən şəxs görmüşdür. Başının arxasından nə ilə vurulduğunu görməsə də, Elvinin əlində heç nə olmadığına görə sonuncunun onu yumruqla vurduğunu güman etmişdir. Elə bu zaman Təqsirləndirilən şəxs 2-3 dəfə ardıcıl yumruqla burnundan vuraraq ona xəsarət yetirmişdir. O isə ağrıdan qışqıraraq Elvindən nə səbəbə onu vurduğunu soruşmuş, Elvin isə hərəkətini davam etdirərək yenə 2 dəfə onu yumruqla burnundan vurmuşdur. O isə özündən gedərək yerə yıxılmış, daha sonra isə evdə divanda ayılaraq onunla bir həyətdə yaşayan qardaşı Rövşənin onun burnundan gələn qanı sildiyini görmüşdür. Qardaşı Rövşən ona eyvanda siqaret çəkərkən küçədə onun qışqırtı səsini eşidib küçəyə çıxanda artıq huşsuz vəziyətdə yerdə olduğunu, yaxınlaşanda isə burnundan qan gəldiyini görüb onu evə gətirdiyini bildirmiş, kimin ona xəsarət yetirdiyini soruşmuşdur. O da qardaşı X2 yumruqla vuraraq döydüyünü söyləmişdir. Elvinin əlində heç nə olmamış, sonuncunun arxadan başından onu 1 dəfə yumruqla vurduğunu güman etmişdir, ona görə də baş nahiyyəsində gözlə görünən və əl ilə hiss edilən hər hansı xəsarət yaranmamışdır. 21 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Şahid2 işlətdiyi “Məkan” adlı kafedə Təqsirləndirilən şəxslə aralarında mübahisə sözlə olmuş, təxminən 1 dəqiqə davam etmiş, həmin vaxt dalaşmamışlar, bir-birinə xəsarət yetirməmişlər. Hazırda təqsirləndirilən şəxslə barışdığından sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur (bununla bağlı yazılı ərizələrini də təqdim etmişdir). Məhkəmə istintaqı zamanı şahid X3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Mehman da ailə üzvləri ilə birlikdə eyni məhəllədə ayrıca fərdi yaşayış evində yaşayır. Ailə üzvləri hər üç aydan bir Bakıya müalicəyə gedir və bir müddət orada qalır. Ona görə də hazırda qardaşı Mehman tək yaşayır. Qardaşı Mehman ilə yaxşı münasibətləri var. Ucar rayonu, Gəraybəyli kənd sakini Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır. Elvinlə heç bir düşmənçilik və ədavəti olmamışdır. 21 dekabr 2023-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı evin açıq eyvanına siqaret çəkmək üçün çıxmış, siqaret çəkən zaman küçədə qışqırtı səsi eşitmişdir. O bir anlıq diqqətini səs gələn istiqamətdə cəmləsə də, bir daha səs gəlməmiş, Mehmanın kimsə tərəfindən döyüldüyünü anlamış və dərhal həyətə düşüb iti yerişlərlə qapıdan küçəyə çıxıb ətrafa baxdıqda həyətin barısının yaxınında qardaşı Mehmanın yerdə halsız və uzanıq vəziyyətdə qaldığını görmüşdür. Qardaşı Mehmanın burnu qanamış, yanında və ətrafında isə heç kim olmamışdır. Qardaşı Mehmanı vuran şəxsin artıq qaçdığını anlamışdır. Həmin vaxt küçədə heç kim olmadığına görə qardaşı Mehmanın kim tərəfindən döyüldüyünü bilməmişdir. Eyni zamanda küçədə heç kim olmadığına görə Mehmana tək kömək edib bir təhər məhəlləyə gətirmiş və öz yaşadığı evə çıxardaraq divana uzatmışdır. Mehmanın evində ailə üzvləri olmadığından, burnundan axan qanı dəsmalla silən zaman Mehman özünə gəlmiş və sonuncudan nə baş verdiyini, onu kimin bu hala saldığını soruşarkən Mehman Təqsirləndirilən şəxs onu yumruqla burnundan vurub xəsarət yetirdiyini bildirmişdir. Mehmandan Elvinin nə səbəbə onu döydüyünü soruşanda isə, sonuncu Nuşirəvan adlı şəxsin işlətdiyi “Məkan” adlı kafedə Təqsirləndirilən şəxslə aralarında yaranmış mübahisənin dava dalaşla nəticələndiyini bildirmişdir. O da DİN-in 102 xidmətinə zəng vurub qardaşı Mehmanın döyülməsi barədə məlumat vermişdir. 21 dekabr 2023-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı evin yaxınında qardaşı Zərərçəkmiş şəxs səsini eşidib küçəyə çıxan zaman Mehmanın yerdə halsız və uzanıq vəziyyətdə qaldığını görmüş, həmin vaxt küçədə və Mehmanın yanında heç kim olmamış, qonşulardan küçəyə heç kim çıxmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Əsl adı Nuşirəvan olsa da, çox adam onu Müşviq kimi çağırır. Uzun müddətdir ki, tək Ucar şəhəri Abbas Səhhət küçəsində, bazarın yaxınında yerləşən “Məkan” adlı kiçik kafeni tək işlədir. Ucar rayonu, Gəraybəyli kənd sakini Təqsirləndirilən şəxs və Ucar şəhər sakini Zərərçəkmiş şəxs tanıyır. Elvin və Mehman işlətdiyi kafeyə teztez gəlib getmişlər. 21 dekabr 2023-cü il tarixdə saat 23 radələrində kafe bağlanana yaxın kafedə səliqə-səhman və təmizlik işləri aparmışdır. Mehman və Elvindən başqa kafedə heç kim qalmamışdır. Həmin zaman Mehman pivə içmiş, Elvin isə yalnız çay içmişdir. Mehman yemək yeyib hesabı vermək üçün ona yaxınlaşmışdır. Elvin isə öz masasında əyləşmişdir. Mehman ondan hesabını soruşarkən sonuncuya hesabının qədərinin 13 manat 50 qəpik olduğunu bildirmişdir. Mehman nisyə dəftərini istəyib hesabı nisyə verəcəyini bildirmişdir. Mehman əvvələr də kafedə nisyə yemək yediyindən və hər dəfə vaxtı-vaxtında gətirib borclu qaldığı pulu qaytardığından həmişəki kimi nisyə dəftərini Mehmana vermişdir. Mehman isə öz adı qarşısından nəsə yazmışdır. O və Elvin Mehmandan dəftərə nə yazdığını soruşanda Mehman öz adı qarşısından hesabın qədərini ərəbcə yazdığını bildirmişdir. Buna əhəmiyyət verməmiş və müştəri olmadığından kafedə səhər üçün təmizlik işləri aparmağa davam etmişdir. Həmin vaxt Elvin Mehmana dəftərə yazdığı yazının ərəbcə olmadığını bildirmiş, Mehman isə Elvinə söyüş söyməyə başlamışdır. Bundan sonra onların arasında mübahisə yaranmış, lakin hər hansı davadalaş olmamışdır. Sözlə mübahisə zamanı Mehman ilə Elvin bir-birinin ünvanına nalayiq ifadələr işlətmişlər (ilk olaraq Mehman Elvini söyüşlərlə təhqir etməyə başlamışdır). Bundan sonra o, Mehmanı kafedən çıxardaraq evlərinə tərəf yola salmışdır. Mehman çıxıb getdikdən təxminən 15-20 dəqiqə sonra Elvin də kafedən çıxıb getmişdir. Sonrakı günlərdə Mehman kafeyə gələn zaman onun burun nahiyyəsində xəsarətin olduğunu görüb nə baş verdiyini maraqlananda, Mehman ona 21 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Elvinlə aralarında sözlə mübahisədən sonra kafedən çıxıb evlərinə gedən zaman evlərinin yanında Elvinin onu döyüb xəsarət yetirdiyini bildirmişdir. Hadisə ilə bağlı bildiyi bu qədərdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan 17 yanvar 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin İ cild 18-19-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 məhkəmə-tibb ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 503 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun sümüklərinin yerini dəyişmiş sınığı, bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 21 dekabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Cinayət işinin İ cild 33-34-cü vərəqələrində olan 25 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, fotoşəkillərdən və bu cildin 42-45-ci vərəqələrində olan üzləşdirmə protokolundan görünür ki, baxış keçirilən yer Ucar şəhəri, Ş.Fərzəliyev küçəsində 31 saylı evin yaxınındadır. Baxış zamanı aydın olmuşdur ki, 21 dekabr 2023-cü il tarixdə, saat 23:30 radələrində həmin ərazidə Təqsirləndirilən şəxs arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq başından 1 dəfə, daha sonra burnundan 2-3 dəfə vurmuşdur. Cinayət işinin l cild 62-ci və 127-137-ci vərəqələrində olan 19 fevral 2024-cü tarixli əməlin tövsif olunması barədə və 10 aprel 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif olunmaqla, Təqsirləndirilən şəxs həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Həmçinin, sübutların qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, bundan başqa, Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması da rədd edilmiş, Azərbaycan Respublikası CMnin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı əməlinin cinayətin residivini yaratmaması nəzərə alınmışdır. Cinayət işinin İ cild 49-50-ci və 121-124-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 fevral 2024-cü il tarixli tələbnamədən və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli, 1(063)- 32/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 177.2.1, 32.5, 177.2.3, 32.5, 177.2.4-cü maddələri 3000 manat cərimə cəzasına məhkum edilmiş, Ucar Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 7(063)-1/2019 saylı qərarına əsasən cərimə cəzasının ödənilməmiş 2850 manat hissəsi aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğdə pul tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “Amnistya” Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Cinayət işinin İ cild 105-ci vərəqəsində olan 28 mart 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 125-126-cı vərəqələrində olan xasiyyətnamədən və arayışdan, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-cu il təvəllüdlü Elgün adlı yetkinlik yaşına çatmayan, 2014-cü il təvəllüdlü Emil adlı azyaşlı uşaqları olmaqla, Ucar rayonunun Gəraybəyli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin İ cild 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə verilmiş Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı verilmiş yazılı ərizədən görünür ki, sonuncu Təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 21 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində Şahid2 işlətdiyi “Məkan” adlı kafedə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin səbəbi zərərçəkmiş şəxsin Elvini əsassız yerə söyərək təhqir etməsindən ibarət olmuşdur (bu hal məhkəmə istintaqı zamanı Şahid2 verdiyi ifadə ilə də öz təsdiqini tapmışdır). Bundan əlavə, onu da qeyd etmək olar ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən, həm zərərçəkən şəxslərin, eyni zamanda, şahid ifadələrinin əsasında zərərçəkmiş şəxsin spirtli içki qəbul etməsi halı da müəyyən olunmuşdur (bu halın müəyyən edilməsi onun həmin vaxt hadisələrdə olan bəzi epizodları tam xatırlamaması ilə bağlı olmuşdur). Daha sonra, təqsirləndirilən şəxs mübahisənin davam etməməsi niyyətində olarkən zərərçəkmiş şəxslə qarşılaşmış, sonuncunun onu yenidən təhqir etməsi ilə əlaqədar zərərçəkmiş şəxsi vuraraq xəsarətlər yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 21 dekabr 2023-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs hərəkətləri nəticəsində başlanması məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə öz təsdiqini tapmışdır. Bununla da tərəflər arasında yaranmış mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə (yəni Elvini təhqir etməsi ilə) olduğundan xuliqanlıq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Çünki xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektinə görə ictimai qaydanın və ictimai təhlükəsizlik əleyhinə olan qaydaların pozulmasına yönəlməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydaya və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə sonuncunun təhriki ilə baş vermişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamın məzmunundan da göründüyü kimi, cinayətin baş vermə səbəbi məlum olsa da, istintaq orqanı tərəfindən cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının hüquqi mövqeyinə görə belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs həmin zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə motivlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə olduğundan Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini, cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.3., 28.5-ci mad.) Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321,344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-41/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-41/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver