Məhkəmə qərarları › İş №1(063)-42/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-42/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-42/2024 27.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2000-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Göyçay şəhəri, H.Əliyev prospekti, ev 183-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 0,704 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz əldə edərək, həmin narkotik vasitə heroinin 0,008 qramını 01 ədəd ağ-gümüşü siqaret kağızı bükülüsünün içərisində olan digər 01 ədəd şəffaf sellofan bükülüdə 12 fevral 2024cü il tarixdə, saat 20 radələrində Ucar rayonu, Çiyni kəndi ərazisində tanışı Şahid9 60 manat pulun müqabilində sataraq, qalan 0,696 qram çəkidə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini satış məqsədilə üzərində daşımaqla saxlamış, 12 fevral 2024-cü il tarixdə, saat 20 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonuncu narkotik vasitəni Şahid9 satdıqdan dərhal sonra Ucar rayonu, Çiyni kəndi ərazisində saxlanılaraq gətirildiyi Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli qısaqol qış gödəkçəsinin sol yan cibindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə xeyli miqdarda, yəni, 0,696 qram qanunsuz əldə edərək satış məqsədi ilə üzərində daşımaqla saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid9 tanımır və həmin şəxslə telefon danışıqları olmamışdır. O, Allahverdinin yanına avtomobilə ehtiyat hissəsi almaq üçün getmişdir. Polisin araşdırması zamanı nə onun, nə Allahverdinin, nə də taksi şoferinin üzərindən narkotik çıxmamış, bu halları şahidlərdən ikisi də təsdiq etmişdir. Polis şöbəsində Şahid1 və Səməd onu döyüb təzyiqlər göstərmişdirlər ki, üzərində narkotik olduğunu, habelə narkotik satdığını desin və bunları demədiyi təqdirdə evindən 1 kq narkotik çıxaracaqlarını və ya onun barəsində başqa cür ağır tədbirlər görəcəklərini bildirmişlər. Nəticədə o, döyülməyə və təzyiqlərə dözə bilməyib onların dediklərini qəbul etmişdir. Onun və Rahilin telefon danışıqları çıxarılsa sübut olunar ki, onun Rahillə heç bir danışığı olmamışdır. Onun yanıda vəkil Ehtibarın olduğunu bilməmişdir, ondan işinin necə olacağını soruşduqda isə ona müəyyən suallar veriləcəyini və sonra işlərinin bitəcəyini bildirilmişdir. Döyülməsi bağlı prokurora, müstəntiqə və hakimə müraciəti olmamış və ya bu barədə ərizəsi olmamışdır. Ona işinin CM-in 234.2 maddəsindən CM-in 234.1-ci maddəsinə çevirəcəklərinə söz vermişlər. Odur ki, o, çoxda səs çıxartmamışdır. O, ifadəsini yazılı şəkildə verməmişdir. Sanksiya verilərkən polisdə döyülməsi ilə bağlı hakimə heç bir söz deməmişdir. “Watsap” yazışmaları ancaq Rahillə Allahverdi arasında olmuşdur. Onun Allahverdiyə 60 manat borcu olmuşdur, onu da ödəmiş, cibindən çıxan 60 manatlıq qəbz də həmin pulun qəbzidir. Əvvəllər həmin polisləri tanımamış, habelə əvvəllər məhkumluğu olmamışdır. O, Göyçayda yaşayır, Rahilin və polis əməliyyatçılarının onunla niyə düşmənçiliklərinin olmasını bilmir. Rahillə onu Allahverdi tanış etmişdir. Allahverdi dəfələrlə onun maşının yağını dəyişmişdir. Rahillə Allahverdinin telefon əlaqəsi olmuşdur. Allahverdi özü ondan xahiş etmişdir ki, Çiyni kəndində Rahillə görüşüb gəlsinlər. O, Allahverdidən Rahillə görüşməyin səbəbini soruşduqda ona heç bir şey deməmişdir. O, narkotik istifadə edən olmuş, amma satmamışdır. Müharibə iştirakçısı olaraq narkotik satışı ona yaraşmayan bir hərəkətdir. O, 12 fevral 2024-cü il tarixdə tutulmuş, 15 fevral 2024-cü il tarixdə saksiyaya çıxarılmışdır. Allahverdiyə onun 60 manat borcu olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun ittiham elan olunan əməlin törədilməsində təqsirli olması məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ucar Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Göyçay şəhərində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında və dövriyyəsində şübhəli olduğu, 12 fevral 2024-cü il tarixdə Ucar rayonu, Qaradağlı kəndi ərazisində olacağı barədə Ucar Rayon Polis Şöbəsinin CAB-a 12 fevral 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, rayon polis şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Ucar Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid6, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4 və Ucar Rayon Polis Şöbəsinin İTBnin sahə polis nəfəri Şahid5 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı tərəfindən təlimatlandırılmışdır. Faktla bağlı araşdırma aparılması Ucar Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. 12 sentyabr 2023-cü il tarixdə, saat təxminən 20 radələrində birlikdə Ucar rayonu, Qaradağlı kəndini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs “VAZ-2106” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağlı kəndində Çiyni kəndi istiqamətində hərəkət etdiyini və orada hərəkətini dayandırdığını öyrənmişlər. Dərhal həmin əraziyə yaxınlaşmış və bu zaman Təqsirləndirilən şəxs Şahid9 yaxınlaşıb əl uzadaraq nəsə verdiyini görmüşlər. Bundan sonra Şahid9 oradan uzaqlaşmaq istəmiş və onlar bu zaman dərhal yaxınlaşaraq Təqsirləndirilən şəxs və avtomobili idarə edən Şahid7 ilə sərnişin Şahid8 özlərini təqdim etməklə rayon polis şöbəsinə gəlmələrini izah etmişlər. Həmçinin, parelel olaraq Şahid9 da saxlanılmaqla rayon polis şöbəsinə dəvət olunmuşdur. Saxlanılan şəxslər heç bir etiraz etməyərək birlikdə Ucar Rayon Polis Şöbəsinə gəlməyə razılaşmışlar. Ucar Rayon Polis Şöbəsinə gəldikdən sonra ilk öncə o, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4 və məsul növbətçi X4 iştirakları ilə Şahid9 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamamışdan əvvəl Şahid9 hüquq və vəzifələri izah olunmaqla müdafiəçi Elşən Məcidli təqdim olunmuşdur. Şahid9 Elşən Məcidliyə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Şahid9 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsındə nəzərdə tutulan hüquq və vəzifələri barədə müvafiq bildiriş təqdim olunmuş və həmin bildiriş sonuncu tərəfindən imzalanmaqla götürülmüşdür. Bundan sonra Şahid9 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid9 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Şahid9 üzərində qanunla qadağan olunmuş predmet olduğunu bildirərək, əynində olan qara rəngli qısa qollu gödəkçənin sağ yan cibində saxladığı bir ədəd “Mançester” markalı siqaret qutusunu və əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisinə baxış zamanı oradan bir ədəd gümüşü-ağ rəngli kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülü açıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Şahid9 həmin bükümün özünə aid oluğunu və içərisində olan kütlənin “kokos’ olduğunu bildirmişdir. Daha sonra həmin kütlə müstəntiq tərəfindən götürülərək bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyulmuş, o və bütün digər iştirakçlar zərfin üzərində imza etdikdən sonra üzəri 71 nörməli möhürlə möhürlənmişdir. Daha sonra Şahid9 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon 1 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Qablaşdırmanın üzəri o və bütün digər iştirakçılar tərəfindən imzalandıqdan sonra üzəri 71 nömrəli möhürlə möhürlənmişdir. Daha sonra müstəntiqin göstərişinə əsasən Şahid9 üzərində tərəfindən şəxsi axtarış keçirilməsi davam etdirilsə də, sonuncunun üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış və şəxsi axtarış prosesi müstəntiq Elməddin Əliyev tərəfindən yekunlaşdırılmışdır. Şəxsi axtarış zamanı Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi X6 tərəfindən “Panasonic” markalı kamera ilə videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət və təklif daxil olmamışdır. Şahid9 üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra Fərid Məmmmədovun üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla ona müdafiəçi Ehtibar Abdullayev təqdim olunmuşdur. Təqsirləndirilən şəxs müdafiəçi Ehtibar Abdullayevə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə müvafiq bildiriş təqdim olunmuş və həmin bildiriş sonuncu tərəfindən imzalanmaqla götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet olduğunu bildirərək, əynində olan qəhvəyi rəngli qısaqol qış gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümü, həmin gödəkçənin sol yan cibində olan qırıq eynəyi, əynində olan şalvarının qabaq sol cibində olan 1 ədəd mobil telefonu və 2 ədəd 10 qəpiklik dəmir pulları masanın üzərinə qoymuşdur. Bundan sonra müstəntiq tərəfindən həmin gümüşü-ağ rəngli kağız bükülüyə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı həmin bükülünün içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün özünə aid oluğunu və içərisində “kokos” olduğunu bildirmişdir. Bundan sonra həmin bir ədəd bükülü müstəntiq tərəfindən qablaşdırılmağa başlanmışdır. Bu zaman narkotik vasitə olan heroinə bənzər kütlənin içərisində olduğu bükülü cırılmış və bu səbəbdən bükülünün içərisindəki kütlənin kiçik bir hissəsi masanı üzərində olan kitabçanın üzərində dağılmışdır. Bundan sonra onun da köməkliyi ilə həmin dağılmış kütlə aşkar olunduğu bükülünün içərisinə yığılmış və daha sonra bükülü əlavə kiçik bir ədəd ağ rəngli kağıza bükülərək müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyulmuşdur. Bütün iştirakçlar zərfin üzərində imza etdikdən sonra üzəri 71 nörməli möhürlə möhürlənmişdir. Daha sonra Fərid Məmmdəova məxsus 1 ədəd “Samsung” markalı mobil telefon götürülərək 1 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Qablaşdırmanın üzəri o və bütün digər iştirakçılar tərəfindən imzalandıqdan sonra üzəri 71 nömrəli möhürlə möhürlənmişdir. Daha sonra müstəntiqin göstərişinə əsasən tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş əlavə əşyalar onun özünə geri qaytarılmışdır. Daha sonra müstəntiq tərəfindən iştirakçılara keçirilmiş şəxsi axtarışla bağlı etirazın olubolması soruşulmuş və bu zaman müdafiəçi Ehtibar Abdullayev tərəfindən Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiqin olubolmaması barədə sual verilmiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki və ya psixi təzyiq olunmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi X6 tərəfindən “Panasonic” markalı kamera ilə videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət və təklif daxil olmamışdır. Bundan sonra Ucar Rayon Polis Şöbəsinin inzibati binasının həyətində Şahid7 və Şahid8 üzərlərində şəxsi axtarış, Şahid7 saxlanılarkən idarə etdiyi **-DA-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı minik avtomobilinə o, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4 və məsul növbətçi X4 iştirakları ilə baxış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış və baxış keçirilməsinə başlamamışdan əvvəl Şahid7 və Şahid8 müdafiə hüquqları izah olunaraq şəxsi axtarış və baxış zamanı müdafiəçi X2 hüquqlarını müdafiə etməsi təklif olunduqda Şahid7 və Şahid8 hüquqlarının müdafiə olunması üçün müdafiəçiyə ehtiyaclarının olmadıqlarını və bunun maddi vəziyyətləri ilə əlaqədar olmadığını qeyd edərək bu barədə ardıcıllıqla ərizə yazıb təqdim etmişlər. Bundan sonra ilk öncə müstəntiq Elməddin Əliyev tərəfindən verilmiş göstərişə əsəsən, tərəfindən Şahid7, daha sonra isə Şahid8 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı hər iki şəxsin üzərindən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra Şahid7 məxsus “VAZ-2106” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəfindən baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməmişdən əvvəl Adil Pənəhova avtomobilə keçiriləcək baxışla əlaqədar hər hansı etirazının olub-olmaması barədə soruşulmuş və sonuncu bu zaman avtomobilinə keçiriləcək baxışa heç bir etirazının olmamasını bildirərək, bu barədə ərizəni yazıb təqdim etmişdir. Bundan sonra müstəntiqin göstərişinə əsasən, tərəfindən avtomobilə baxış keçirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış və baxış keçirilməsi prosesi Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi X6 tərəfindən “Panasonic” markalı kamera ilə qeydə alınmışdır. Şəxsi axtarış və baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət və təklif daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, avtomobil təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs ilə tanış olmuş, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, Fərid avtomobilinin təmiri ilə bağlı onun işlətdiyi sexə gəlmişdir. Bundan sonra onunla Fərid arasında münasibət yaranmış və dostluq etməyə başlamışlar. 10 fevral 2024-cü il tarixdə, saat təxminən 20 radələrində qonşusu Rahilin istifadəsində olan mobil telefon nömrəsindən Fəridin istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş və ona Göyçay şəhərinə gələcəyini bildirmişdir. Bundan sonra Rahil ilə birlikdə sonuncunun avtomobili ilə Göyçay rayonuna getmiş və Fərid ilə görüşmüşdür. Rahil onu avtomobildən düşürdükdən sonra çıxıb getmişdir. O, Fərid ilə birlikdə çay içdikdən sonra Ucar şəhərinə qayıtmışdır. 12 fevral 2024-cü il tarixdə, saat 18 radələrində Fərid ona Ucar rayonuna qonaq gəldiyini, Ucar rayonu Çiyni kəndinə getməli olduğunu demiş və onunla birlikdə getməyi xahiş etmişdir. O, həmin vaxt toyda olmuş və toydan çıxdıqdan sonra taksi ilə Ucar rayonu ərzisində Göyçay istiqamətinə gedən yolun başlanğıcına gəlmişdir. Oraya çatdıqda Fəridin bir nəfər digər şəxs ilə birlikdə dayanaraq gözlədiyini görmüşdür. Avtomobilin arxa sol tərəfində əyləşdikdən sonra yola çıxmışlar. Onlar gedib Çiyni kəndinə çatdıqda Fəridin Rahil ilə görüşəcəyi ona məlum olmuşdur. Fərid avtomobildən düşərək Rahil ilə görüşdükdən sonra polis əməkdaşları yaxınlaşmış və onların saxlayaraq Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. Ucar Rayon Polis Şöbəsində üzərilərinə şəxsi axtarış və Şahid7 idarə etdiyi avtomobilə baxış keçirilmiş və bu zaman qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Fəridin Rahilə narkotik vasitə satmaq istədiyi barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 da şahid qismində dindirilmiş Şahid8 ifadəsinə oxşar ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır, rəsmi olaraq heç bir yerdə işləmir, Allahverdi adlı şəxsi çoxdan tanıyır, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Lakin Allahverdinin ona məxsus mobil nömrə ilə əlaqə saxladığını və Fəriddə narkotik vasitə olduğunu bilmişdir. 11 fevral 2024-cü il tarixdə Allahverdi onun mobil telefonundan Fəndi yığdıqdan sonra Fəridin nömrəsini mobil telefonunda saxlamış və Allahverdinin yanından ayrıldıqdan sonra Fəridi yığaraq ondan narkotik vasitə istəmişdir. Fərid ilə razılıq əldə etdikdən sonra Fəridin ona göndərdiyi karta 60 manat məbləğində pul göndərmiş, Fərid onun üçün Ucar rayonu ərazisində olan “Ucar” yazısı qeyd olunan lövhənin altına narkotik vasitə qoymuş və o, həmin narkotik vasitəni götürərək şəxsi tələbatına uyğun istifadə etmişdir. 12 fevral 2024-cü il tarixdə, saat 13 radələrində Fəridin mobil telefonunun “Whatsapp” tətbiqetməsində yazaraq ondan narkotik vasitə istəmişdir. O, Fəridə Ucar rayonu, Çiyni kəndində toyda olacağını demiş və narkotik vasitəni oraya gətirməyini istəmişdir. O, Fərid ilə danışaraq razılaşmış və Fərid pul göndərməyi üçün özünə aid "xxxx" ASC-yə məxsus bank kartını “Whatsapp” tətbiqetməsində ona göndərmişdir. Günorta saatlarında 60 manat məbləğində pulu həmin karta göndərmiş və ödəniş ilə bağlı qəbzin surətini də Fəridə göndərmişdir. O, toyda olarkən saat təxminən 20 radələrində Fərid telefonla zəng edib kəndə çatdığını demişdir. O, toydan çıxaraq Fərid ilə kənd ərazisində görüşməyə getmişdir. Həmin vaxt avtomobildə tanışı Allahverdinin də olduğunu görmüşdür. Bu zaman Fərid avtomobildən düşərək ona yaxınlaşmış və salamlaşdıqdan sonra cibindən bir ədəd kağız bükümü çıxarıb içərisində narkotik vasitə heroin olduğunu deyərək həmin bükümü ona vermişdir. O, cibində olan “Mançester” markalı siqaret qutusunu çıxarıb həmin bükümü onun içərisinə qoymuşdur. Bundan sonra həmin siqaret qutusunu əynində olan gödəkçənin sol yan cibinə qoymuşdur. Elə həmin zaman Ucar Rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşmışdır. Bu zaman oradan uzaqlaşmaq istəsə də, buna fürsət tapmamış və polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt Fərid, Allahverdi və taksi sürcüsünün də polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Bundan sonra polis əməkdaşları onları Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Ucar Rayon Polis Şöbəsinə getdikdən sonra əvvəl Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində onun üzərində videoçəkiliş vasitəsilə müdafiəçi Elşən Məcidlinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet vardırsa, təqdim etməyi təklif olunduqda üzərində qanunla qadağan olunmuş predmet olduğunu bildirərək, əynində olan qara rəngli qısa qollu gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd “Mançester” markalı suqaret qutusunu, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu götürərək masanın üzərinə qoymuşdur. Bundan sonra həmin siqaret qutusunun içərisinə keçirilmiş baxış zamanı içərisindən bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə qəhvəyi rəngli, toz halında narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı həmin bükümün özünə aid oluğunu və içərisində “kokos” olduğunu bildirmişdir. Daha sonra həmin kütlə müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfin içərisinə qoyulmuşdur. O və digər iştirakçlar zərfin üzərində imza etdikdən sonra üzəri möhürlənmişdir. Daha sonra ona məxsus 1 ədəd “Samsung” markalı mobil telefon 1 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırlmışdır. Qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra üzəri möhürlənmişdir. Daha sonra üzərində əməliyyat müvəkkili tərəfindən şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra müstəntiq tərəfindən iştirakçılara keçirilmiş şəxsi axtarışla bağlı etirazlarının olub-olmadığı soruşulduqda müdafiəçi Elşən Məcidli tərəfindən rayon polis şöbəsində olarkən ona qarşı hər hansı bir fiziki və ya psixi zorun olub-olmaması barədə soruşulmuş və o, heç bir fiziki və ya psixi təsirin olmamasını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən şəxsi axtarış prosesi yekunlaşdırılmışdır. Təxminən iki ildir ki, narkotik vasitə olan marixuanadan istifdə etmişdir. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etsə də, heç bir vaxt heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni 60 manat müqabilində Fərid adlı şəxsdən əldə etmişdir. Cinayət işində olan materialların məhkəmə ekspertizasının 13 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/144 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid9 üzərindən aşkar edilərək götürülmüş kütlə.” yazısı və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,008 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” yazısı və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,696 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Heroin- 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 06 mart 2024-cü il tarixli, 383 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin 12 avqust 2024-cü il tarixli, 290 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX-nin Göyçay rayon şöbəsi tərəfindən 21 sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışı üzrə hərbi xidmətə göndərilmişdir. 21 sentyabr 2020-ci il tarixdən 10 yanvar 2021-ci il tarixədək səfərbərlik üzrə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli, Xocavənd rayonu istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 1040s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırılma aparılaraq fiziki və psixi zorakılığa tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi və ona təzyiq göstərilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 13 fevral 2024-cü il tarixli, 69 saylı ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və narkotik vasitə satmaması barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. İş materiallarında olan və yuxarıda qeyd olunan materialların məhkəmə ekspertizası rəyindən də görünür ki, Şahid9 və Təqsirləndirilən şəxs aşkar edilmiş və tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli cinayət qanununun müvafiq maddə əsasında ona ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və Vətən müharibəsi iştirakçısı olmaqla təltif edilməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur. CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 0,65 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroinlər məhv edilməli, iş üzrə maddi sübut olan 3 (üç) ədəd disk və 6 (altı) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 12 fevral 2024-cü il tarixdən hesab edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 12 fevral 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 0,65 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitəheroinlər məhv edilsin. İş üzrə maddi sübut olan 3 (üç) ədəd disk və 6 (altı) ədəd fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs ilə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar