Məhkəmə qərarları › İş №1(063)-42/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-42/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-42/2025 09.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 09 iyul 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1982-ci il tarixdə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28-30 avqust 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 12 avqust 2024-cü ildə cəzasının sonu ilə azad olunmuş, hazırda üzərində məhkumluğu olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 0,224 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində, yəni sol ayağında olan ayaqqabının içərisində daşıyaraq saxlamış, 05 mart 2025-ci il tarixdə, saat 19:28 dəqiqədə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Ucar rayonu, Qaradağlı kəndində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılıb üstünün yoxlanılması zamanı satış məqsədi olmadan qanunsuz əldə edib üzərində, yəni sol ayağında olan ayaqqabının içərisində daşıyaraq saxladığı 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,224 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, anası Xanımla birlikdə Ucar rayonu, Qaradağlı kəndində yaşamış və təxminən 2 ay olar ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Mobil telefonunda və yaşadığı evdə istifadə etdikləri su qızdırıcısında nasazlıq yarandığına görə 04 mart 2025-ci il tarixdə özü Ucar şəhərinə gəlib mobil telefonunu və su qızdırıcısını təmir olunması üçün ayrı-ayrı ustalara vermişdir. Mobil telefonunu və su qızdırıcısını təmir edən ustalar səhər gəlib mobil telefonu və qızdırıcını götürə biləcəyini bildirdikləri üçün qayıdıb Qaradağlı kəndinə yaşadığı evə getmiş, 05 mart 2025-ci il tarixdə, təxminən saat 13 radələrində evdən çıxıb mobil telefonunu və su qızdırıcısını ustadan götürməsi üçün Ucar şəhərinə gəlmişdir. Ustanın yanına gedib mobil telefonunu götürmüş, pulu olmadığına görə isə qızdırıcını götürə bilməmiş və Ucar şəhər dəmiryol vağzalına gedib dəmiryol xəttinin kənarı ilə gedərkən xatırlamadığı yerdə bir ədəd ağ rəngli kağız büküm olduğunu görmüşdür. Yerdə olan kağız büküm diqqətini çəkmiş və yaxınlaşıb həmin kağız bükümü əlinə götürüb açanda içərisində başqa bir kağız büküm olduğunu, digər kağız bükümü açdıqda isə içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Özü psixotrop maddədən istifadə etdiyi üçün metamfetamini tanımış, tapdığı metamfetamini atmamış və üzərində saxlayaraq özü ilə yaşadığı evə aparmışdır. Evdə anasından pul aldıqdan sonra Ucar şəhərinə gəlib əvvəlcə aptekdən 03 ədəd bir ml şprislər almış, sonra isə su qızdırıcısını ustadan götürərək yaşadığı evə aparıb yerinə bağladıqdan sonra tapdığı kağız bükümdəki metamfetamini sol ayağında olan ayaqqabının içərisinə qoymuş və sakit bir yerdə tapdığı metamfetamindən istifadə etməsi üçün 05 mart 2025-ci il tarixdə, saat 19:25 radələrində evdən küçəyə çıxmışdır. Yaşadığı evin həyət qapısından küçəyə çıxıb uzaqlaşmaq istəyərkən mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin polis əməkdaşlarından biri ona narkotik vasitə əldə edib daşıması ilə bağlı məlumat daxil olduğunu, yaşadığı kənddə saxlanıldığını, videoçəkilişlə üstünün yoxlanılacağını bildirərək digər polis əməkdaşlarını təqdim etdikdən sonra şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair yazılı bildirişə ona imza etdirmiş və həmin bildirişi onun özünə vermişdir. Bundan sonra həmin polis əməkdaşı 05 mart 2025-ci il tarixdə saat 19:28 dəqiqədə üstünün yoxlanılmasına başlandığını bildirərək ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmiş, o da əynində olan şalvarın sol yan cibindən 03 ədəd istifadə olunmamış bir ml şprisləri, gödəkçəsinin sağ yan cibindən mobil telefon adapterini, içərisi boş olan siqaret qutusunu, 01 ədəd alışqanı, içərisində şpris olan kağız bükümü, metal boyunbağını, gödəkçəsinin sol yan cibindən 05 ədəd bir manatlıq əskinasları, “Samsung” markalı mobil telefonu, salfet kağızlarını, şalvarının sağ yan cibindən 01 ədəd yapışqanı, 01 ədəd kibrit qutusunu və 01 ədəd qəpik pulu çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sağ ayağında olan ayaqqabının içərisində saxladığı kağız bükümdəki metamfetamini isə təqdim etməmişdir. Polis əməkdaşı əvvəlcə bir ədəd zərf götürmüş və zərfin üzərinə mobil telefonun ondan götürüldüyünü, onun və digər polis əməkdaşlarının soyadlarını yazıb imza etdirdikdən sonra mobil telefonu zərfin içərisinə qoyub qablaşdıraraq möhürləyib götürmüşdür. Sonra üstünün yoxlanılmasında iştirak edən digər polis əməkdaşı tərəfindən üstü yoxlanılmış və şalvarının sağ arxa cibində salfet kağızı, sağ ayağında olan corabın içərisində saxladığı boş kağız büküm aşkar olunmuş, sol ayağında olan ayaqqabını çıxaranda isə içərisində saxladığı kağız büküm görünmüş, polis əməkdaşı kağız bükümü götürüb açanda içərisində başqa bir ədəd kağız büküm olduğunu, həmin kağız bükümü açdıqda isə içərisində olan metamfetamini görüb ondan üzərində aşkar olunmuş maddənin nə olduğunu soruşmuş, o da üzərində aşkar olunmuş maddənin «şüşə», yəni psixotrop maddə olan metamfetamin olduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. Polis əməkdaşı onun üzərində aşkar olunmuş metamfetamini elektron tərəzinin üzərinə qoyub çəkmiş, metamfetaminin kağızla birlikdə çəkisinin 0,39 qram olması müəyyən edilmiş, sonra polis əməkdaşı zərfin üzərinə kağız bükümdə olan metamfetaminin ondan götürüldüyünü, onun və digər polis əməkdaşlarının soyadlarını yazmış və sol ayağında olan ayaqqabının içərisində aşkar olunmuş kağız bükümdəki metamfetamini onun və üstünün yoxlanılmasında iştirak edən digər polis əməkdaşlarının iştirakı ilə həmin kağız zərfin içərisinə qoyub qablaşdırmış, o və digər polis əməkdaşları zərfin üstünə imza etdikdən sonra zərf möhürlənərək götürülmüş, üzərində aşkar olunmuş mobil telefon adapter, içərisi boş olan siqaret qutusu, 05 ədəd bir manatlıq əskinaslar, 01 ədəd qəpik pul, 01 ədəd metal boyunbağı, salfet kağızları, yapışqan, kibrit qutusu isə sübut əhəmiyyəti kəsb etmədiyi bildirilərək götürülməyib özünə qaytarılmışdır. Üstünün yoxlanılması başa çatdırıldıqdan sonra video çəkiliş dayandırılmadan polis əməkdaşları onun razılığı ilə yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evin həyətinə daxil olub əvvəlcə tövləyə, sonra isə həyətdə olan yardımçı tikiliyə, mətbəxə və otaqlara baxış keçirmişlər. Baxış zamanı yaşadığı evdə narkotik vasitə və qanunla qadağan olunmuş başqa əşya aşkar olunmamış və polis əməkdaşı ondan saxlanılarkən, üstü yoxlanılarkən, yaşadığı evə baxış keçirilərkən ona təzyiq göstərilibgöstərilmədiyini, üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetaminə oxşar maddənin özünə məxsus olduğunu, şikayət və tələbinin olub-olmadığını soruşmuş, o da ona heç bir təzyiq göstərilmədiyini, üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu, istifadə etməsi üçün saxladığını, şikayət və tələbi olmadığını bildirmişdir. Üstünün yoxlanılması və yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evə baxış keçirilməsinin görüntüləri polis əməkdaşları tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış, videoçəkiliş başa çatdırılıb dayandırıldıqdan sonra 03 ədəd istifadə olunmamış şprislər, 01 ədəd alışqan, içərisində şpris olan kağız büküm özünə qaytarılmış və polis əməkdaşları sənədləşmə aparılmasından ötrü onu Ucar RPŞnə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Ucar RPŞ-nə gəlmiş və polis şöbəsində üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokol yazılmış, o, protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokolun hər bir səhifəsinə imza etmiş, sonra barəsində toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü Ucar RPŞ-nin İB-nə həvalə olunmuş və həmin gün Ucar RPŞ-nin növbətçi hissəsində, üzərində aşkar edilib 02 ədəd kağız zərfdə ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüş psixotrop maddə olan metamfetaminə və mobil telefona müstəntiq tərəfindən videoçəkilişdən istifadə olunmaqla onun və üstünün yoxlanılmasında iştirak etmiş polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl üzərində aşkar olunmuş metamfetaminin və mobil telefonun qablaşdırıldığı zərflər ona göstərilmiş, zərflərin tamlığının pozulmadığına əmin olduqdan sonra müstəntiq tərəfindən əvvəlcə metamfetaminin qablaşdırıldığı zərf açılaraq içərisində olan kağız bükümdəki metamfetamin çıxarılıb ona məxsus olması soruşulmuş, o bir daha etiraf edərək zərfdə qablaşdırılmış metamfetamin özünə məxsus olduğunu, tapdığını, istifadə etməsi üçün saxladığını bildirmişdir. Üzərində aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin müstəntiq tərəfindən elektron tərəzinin üzərinə qoyulub çəkilmiş və metamfetaminin kağızlarla birlikdə çəkisinin 0,66 qram olması müəyyən edilmiş, onun istəyinə uyğun olaraq kağız bükümlərdən biri müstəntiq tərəfindən götürülüb yenidən çəkilmiş və metamfetaminin tək bir kağızla birlikdə çəkisinin 0,27 qram olması müəyyən edilmiş və yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Bundan sonra mobil telefonun qablaşdırıldığı zərf açılıb mobil telefonun ona məxsus olması soruşulmuş, o, mobil telefonun özünə məxsus olduğunu bildirmiş və mobil telefon yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib baxış keçirilməsindən ötrü götürülmüşdür. Sonra hüquqlarının müdafiəsi məqsədi ilə seçdiyi vəkil dəvət olunmuş və vəkilin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, daha sonra isə müdafiəçinin iştirakı ilə izahat verərək üzərində aşkar olunmuş kağız bükümdəki metamfetaminin özünə məxsus olduğunu, tapdığını, sonradan özünün istifadə etməsi üçün saxladığını göstərmişdir. O, özü heç kimə narkotik vasitə satmamış, üzərində aşkar olunmuş metamfetamini də Ucar şəhər dəmiyol vağzalının yaxınlığında xatırlamadığı yerdən tapmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində xəstə anasının olmasının nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ucar rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Ucar Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Ucar rayonu, Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 05 mart 2025-ci il tarixdə onun tərəfindən raportla şöbə rəisinə məruzə olunub Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış, bundan sonra isə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunmuş və şöbə rəisinin əmri ilə onun, Ucar Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid3, CAB-nin əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid4 və polis nəfəri Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 05 mart 2025-ci il tarixdə, saat 19:25 radələrində Təqsirləndirilən şəxs Ucar rayonu, Qaradağlı kəndində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğunu müəyyənləşdirib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və saxlanılmasında şübhəli olduğunu, Ucar rayonu, Qaradağlı kəndində saxlanıldığını bildirərək digər iştirakçılar olan Ucar Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid3, CAB-nin əməliyyat müvəkkili Şahid4, polis nəfəri Şahid5 Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının görüntülərini «SONY» markalı videokamera vasitəsi ilə qeydə alan əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs təqdim etdikdən sonra şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair yazılı bildirişə Təqsirləndirilən şəxs imza etdirmiş və həmin bildirişi sonuncunun özünə təqdim etmişdir. Bundan sonra o, 05 mart 2025-ci il tarixdə, saat 19:28 dəqiqədə Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına başlandığını bildirərək sonuncuya üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs də əynində olan şalvarın sol yan cibindən 03 ədəd istifadə olunmamış bir millik şprisləri, gödəkçəsinin sağ yan cibindən mobil telefon adapterini, içərisi boş olan siqaret qutusunu, 01 ədəd alışqanı, içərisində şpris olan kağız bükümü, metal boyunbağını, gödəkçəsinin sol yan cibindən 05 ədəd bir manatlıq əskinasları, “Samsung” markalı mobil telefonu, salfet kağızlarını, şalvarının sağ yan cibindən 01 ədəd yapışqanı, 01 ədəd kibrit qutusunu və 01 ədəd qəpik pulu çıxarıb ona təqdim etmiş, o, bir ədəd ağ rəngli kağız zərfi götürüb üzərinə mobil telefonun Təqsirləndirilən şəxs götürüldüyünü və iştirakçıların soyadlarını yazıb imza etdirdikdən sonra mobil telefonu Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə kağız zərfə qoyub qablaşdıraraq Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürləyərək götürmüşüdr. Bundan sonra əməliyyat müvəkkili Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış və onun əynində olan şalvarın sağ arxa cibində salfet kağızı, sağ ayağında olan corabın içərisində boş kağız büküm, sol ayağında olan ayaqqabının içərisində isə bir ədəd kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs sol ayağında olan ayaqqabının içərisində aşkar olunmuş kağız bükümü götürüb açanda içərisində başqa bir ədəd kağız büküm, digər kağız bükümü açdıqda isə içərisində psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli maddə olduğunu görüb nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs də kağız bükümdə olan maddənin «şüşə», yəni psixotrop maddə olan metamfetamin olduğunu və özünün istifadəsi üçün saxladığını bildirmiş, o, kağız bükümdə olan ağ rəngli maddəni elektron tərəzinin üzərinə qoyub çəkmiş və həmin ağ rəngli maddənin kağızla birlikdə çəkisinin 0,39 qram olması müəyyən edilmişdir. O, yenə də bir ədəd ağ rəngli kağız zərfi götürüb üzərinə kağız bükümdə olan ağ rəngli maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldüyünü və iştirakçıların soyadlarını yazıb imza etdirdikdən sonra kağız bükümdə olan ağ rəngli maddəni Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə kağız zərfə qoyub qablaşdıraraq Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürləyib götürmüş, mobil telefon adapteri, içərisi boş olan siqaret qutusu, 05 ədəd bir manatlıq əskinaslar, metal boyunbağı, 01 ədəd qəpik pul, salfet kağızları, yapışqan, kibrit qutusu isə sübüt əhəmiyyəti kəsb etmədiyi üçün götürülməyərək Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını başa çatdırdıqdan sonra video çəkilişi dayandırmadan Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evin həyətinə daxil olub əvvəlcə tövləyə, sonra isə həyətdə olan yardımçı tikiliyə, mətbəxə və otaqlara baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və başqa qanunla qadağan olunmuş əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən və yaşadığı evə baxış keçirilərkən ona təzyiq göstərilibgöstərilmədiyini, üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetaminə oxşar maddənin özünə məxsus olmasını, şikayət və tələbinin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs də ona təzyiq göstərilmədiyini, üzərində aşkar olunmuş ağ rəngli maddənin özünə məxsus olduğunu, istifadə etməsi üçün saxladığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və yaşadığı Ucar rayonu, Qaradağlı kəndindəki evə baxış keçirilməsinin görüntüləri Ucar Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmış və həmin gün saat 20:04 dəqiqədə baxış başa çatdırılıb videoçəkiliş dayandırıldıqdan sonra 03 ədəd istifadə olunmamış bir millik şprislər, 01 ədəd alışqan, içərisində şpris olan kağız büküm Təqsirləndirilən şəxs özünə qaytarılmış və onlar sənədləşmə aparılmasından ötrü Təqsirləndirilən şəxs Ucar RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokol yazıb Təqsirləndirilən şəxs və digər iştirakçılara imza etdirdikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı evə baxış keçirilməsinin video görüntülərini 01 ədəd kompakt diskə köçürərək protokola əlavə etmiş və bununla bağlı raport yazıb polis şöbəsinin növbətçi hissəsinə təqdim etdikdən sonra araşdırma aparılması İstintaq bölməsinə həvalə olunmuşdur. Həmin gün Ucar RPŞ- nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində aşkar edilib 02 ədəd kağız zərfdə qablaşdırılmaqla götürülmüş psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli maddəyə və mobil telefona müstəntiq tərəfindən onun, CAB-nin əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid4 və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı zərflərin tamlığının pozulmaması yoxlanılmış və əvvəlcə metamfetaminə oxşar ağ rəngli maddənin qablaşdırıldığı zərf açılaraq içərisində olan kağız bükümdəki metamfetaminə oxşar ağ rəngli maddə çıxarılıb Təqsirləndirilən şəxs ona məxsus olması soruşulmuş, Təqsirləndirilən şəxs də zərfdə qablaşdırılmış ağ rəngli maddənin psixotrop maddə olan metamfetamin olduğunu, tapdığını, özünə məxsus olduğunu, istifadə etməsi üçün saxladığını bildirmişdir. Bundan sonra kağız bükümdə olan metamfetaminə oxşar ağ rəngli maddə elektron tərəzinin üzərinə qoyulub çəkilmiş və metamfetaminə oxşar ağ rəngli maddənin kağızlarla birlikdə çəkisinin 0,66 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs istəyinə uyğun olaraq kağız bükümlərdən biri müstəntiq tərəfindən götürülüb yenidən çəkilmiş və metamfetaminə oxşar ağ rəngli maddənin tək bir kağızla birlikdə çəkisinin 0,27 qram olması müəyyən edilmiş və yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Bundan sonra mobil telefonun qablaşdırıldığı zərf açılıb Təqsirləndirilən şəxs mobil telefonun ona məxsus olması soruşulmuş və yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib baxış keçirilməsindən ötrü götürülmüşdür. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 və Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 Oqtay oğlu digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 50-51-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 06 mart 2025-ci il tarixli, 17/202 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs sol ayağının ayaqqabısının içərisindən aşkar olunmuş....» sözləri, imzalar və adlar yazılmış zərfin içərsindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,224 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,174 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na daxildir (İ siyahı). Cinayət işinin 49-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası ekspertizası tədqiqatının dəyəri 71,94 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 141-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli, 536 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 məhkəmə-tibbi ekspertizasının 07 mart 2025-ci il tarixli, 70 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 06 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci və 19-20-ci vərəqələrində olan 05 mart 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, yaşayış sahəsinə və yardımçı tikililərə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollardan görünür ki, 05 mart 2025-ci il tarixdə, saat 19:28-dən saat 20:04-dək olan müddət ərzində Ucar rayonu, Qaradağlı kəndində Təqsirləndirilən şəxs üstü yoxlanılmış və onun əynində olan şalvarın sağ arxa cibində salfet kağızı, sağ ayağında olan corabın içərisində boş kağız büküm, sol ayağında olan ayaqqabının içərisində isə bir ədəd kağız büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs sol ayağında olan ayaqqabının içərisində aşkar olunmuş kağız büküm açıldıqda içərisində başqa bir ədəd kağız büküm, digər kağız bükümü açıldıqda isə içərisində psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs kağız bükümdə olan maddənin “şüşə”, yəni psixotrop maddə olan metamfetamin olduğunu və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Kağız bükümdə olan ağ rəngli maddə elektron tərəzinin üzərinə qoyulub çəkilmiş və həmin ağ rəngli maddənin kağızla birlikdə çəkisinin 0,39 qram olması müəyyən edilmişdir. Kağız bükümdə olan ağ rəngli maddə kağız zərfdə qablaşdırılıb Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili tərəfindən Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. 05 mart 2025-ci il tarixdə Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 iki ədəd kağız zərfi istintaqa təqdim edərək zərflərdən birinin içərisində Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə oxşar maddənin, digər zərfin içərisində isə mobil telefonun qablaşdırıldığını bildirməsi ilə əlaqədar olaraq həmin zərflərə video çəkilişdən istifadə etməklə baxış keçirilmişdir. Təqdim edilmiş zərflərdən birinin üzərində “Təqsirləndirilən şəxs sol ayağının ayaqqabının içərisindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə”, 1.Təqsirləndirilən şəxs, 2.Şahid3, 3.Şahid2, 4.Şahid4, 5.Şahid5, tərtib etdi NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 sözləri, soyadları yazılaraq imza edilmişdir və “Zərflər üçün №71” möhürü ilə möhürlənmişdir. Digər zərfin üzərində isə “Vət.Təqsirləndirilən şəxs məxsus Samsung markalı mobil telefon”, 1.Təqsirləndirilən şəxs, 2.Şahid3, 3.Şahid2, 4.Şahid4, 5.Şahid5, tərtib etdi NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 sözləri, soyadları yazılaraq imza edilmişdir və “Zərflər üçün №71” möhürü ilə möhürlənmişdir. Əvvəlcə birinci zərf açılaraq baxış keçirilmiş və həmin zərfin içərisində bir ədəd kağız büküm olması aşkar edilmişdir. Kağız büküm açıldıqda içərisində başqa bir kağız büküm, digər kağız büküm açıldıqda isə içərisində psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli maddə olması müəyyən edilərək elektron tərəzinin üzərinə qoyulub çəkilmiş və ağ rəngli maddənin kağızlarla birlikdə çəkisinin 0,66 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş ağ rəngli maddənin kağız bükümlərdən biri ilə çəkilməsini istədiyi üçün kağız bükümlərdən biri götürülüb yenidən çəkilmiş və metamfetaminə oxşar ağ rəngli maddənin tək bir kağızla birlikdə çəkisinin 0,27 qram olması müəyyən edilmiş və yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Bundan sonra digər zərf açılaraq baxış keçirilmiş və həmin zərfin içərisində bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs mobil telefonun özünə məxsus olduğunu bildirmiş və mobil telefon əvvəlki zərfdə qablaşdırılaraq möhürlənib baxış keçirilməsindən ötrü götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükümdə olan ağ rəngli maddə “şüşə”, yəni psixotrop maddə olan metamfetimindi, özünə məxsusdur, Ucar şəhər dəmiryol vağzalının yaxınlığında xatırlamadığı yerdən tapmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, yaşayış sahəsinə və yardımçı tikililərə baxış keçirilməsi və əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı “Sony” və “Samsung A30S” markalı aparatlardan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci vərəqəsində olan 05 mart 2025ci il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 34-35-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:28-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-62-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-85-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 4(063)-9/2025 nömrəli Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilməsi barədə qərardan görünür ki, xx xxxxxxxx 1982ci ildə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə evli, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri həbs seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 05 mart 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58 və 148-160-cı vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 06 mart 2025-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də 18 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin xüsuat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılıb Ucar rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi vaxtı və mənbəni müəyyənləşdirmək mümkün olmadığından onun psixotrop maddəni əldə etdiyi vaxt və mənbə istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul olunmuş, Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad oldunduğu gündən iki il keçmədiyinə görə onun qəsdən törətdiyi sonuncu cinayət əməli residivin müəyyən edilməsi zamanı nəzərə alınmış, cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,224 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin maddi sübut hesab olunmuş və həmin metamfetaminin 0,050 qramının tədqiqata sərf edilməsi nəzərə alınmış və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,174 qram olan psixotrop maddə hesab edilən metamfetamin saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutları saxlamağa otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd «DVD» formatlı kompakt disk maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 128-134 və 137-139-cu səhifələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmündən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28-30 avqust 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 12 avqust 2024-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Ucar rayon mərkəzi xəstəxanası” X5 tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli, 18-1-77/2-320/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX PHŞ-nın poliklinika şöbəsinin narkoloji kabinetində 18 noyabr 2023-cü il tarixdən “psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroindən istifadə nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 135-136-cı vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini, barəsində qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanına heç bir şikayət və ərizənin daxil olmamasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə ictimaiyyət daxilində narkotik vasitələrə və psixotrop maddələrə meylli şəxs kimi mənfi xarakterizə olunmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən eyni qəbildən olan cinayət əməlini törətməsinə görə məhkum olunması və məhkumluğu dövründə yenidən cinayət əməlini törətməsinə baxmayaraq, islah olunmamasını, barəsində yüngülləşdirici hallar olsa da, cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun cəzasının sonu ilə azad olunmasına baxmayaraq, islah olunmamasını, bununla da psixotrop maddə aludəçisi kimi cinayət törətməyə meylli olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 mart 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,174 qram qalmış psixotrop maddə olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına və yaşayış evinə baxış keçirilməsi həyata keçirilərkən çəkilmiş video görüntü köçürülən 02 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,174 qram qalmış psixotrop maddə olan metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinin yoxlanılmasına və yaşayış evinə baxış keçirilməsi həyata keçirilərkən çəkilmiş video görüntü köçürülən 02 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar