Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-43/2024 26.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 26 iyul 2024-cü il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci il tarixində Ağdam rayonunun Başqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Ağcabədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdam Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 7(013)-45/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş 01 il 06 ay 25 gün hissəsi 01 il azadılmış, Ağdam Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 7(013)-14/2022 saylı qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmiş, məcburi köçkün, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 05 fevral 2024-cü il tarixdə, saat 13 radələrində Ucar rayonu, Pirkənd kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin yaxınlığında yerləşən, ətrafı hasarla örtülü otlaq yeri kimi istifadə olunan və başqa saxlanc yeri hesab olunan sahəyə qapının bağlandığı məftili açaraq qanunsuz daxil olaraq oradan 190 manat dəyərində 11 kiloqramlıq və 210 manat dəyərində 12 kiloqramlıq 2 baş erkək qoyunu götürməklə sonuncuya 400 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə qəsdən gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, lakin, taksi fəaliyyəti ilə məşğul olur. Əvvəllər xırdabuynuzlu heyvanların oğurluğu ilə bağlı məhkum olunmuş və barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı hökm çıxarılmışdır. Maddi vəziyyəti yaxşı olmadığından və çoxlu borcu olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən də, 05 fevral 2024-cü il tarixdə, təxminən saat 13 radələrində Bakı şəhərindən qayıdarkən Kürdəmir rayonunu keçdikdən sonra Ucar rayonu ərazisində uyğun ola biləcək yerdən qoyun oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə Ucar rayonu, Pirkənd kəndi ərazisinə dönərək təxminən 300-400 metr irəliyə getdikdən sonra sağa döndükdə orada qoyunların olduğunu görmüşdür. Həmin ərazi nazik dəmir tor ilə əhatəyə alınmaqla içərisinə qoyunlar buraxılmışdır. Ərazinin hər tərəfi taxta, dəmir və digər materiallarla əhatə olunaraq giriş çıxış məhdudlaşdırılmış və qapısı dəmir məftildən istifadə olunmaqla örtülmüş vəziyyətdə olmuşdur. Dəmir məftili açmaqla qapıdan içəri daxil olaraq içəridə qapının yaxınlığında olan çoxsaylı qoyunlardan iki baş erkək olanını tutaraq avtomobilinin yük yerinə qoymuşdur. Həmin qoyunları oğurladıqdan sonra yaşadığı qəsəbəyə getmişdir. Yaşadığı qəsəbədə bir qədər dayandıqdan sonra qoyunları aparıb Bərdə rayon bazarında satmaq qərarına gəlmişdir. Bundan sonra, özünə məxsus “Opel Astra” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayon bazarına getmiş, bazara çatdıqda isə təxminən saat 20 radələri olmuşdur. Bazara heç girmədən qarşısında olan qoyun alverçisinə oğurladığı iki ədəd qoyunu ümumilikdə 240 manat müqabilində satmışdır. Bundan sonra pulu götürüb öz evinə getmiş və həmin pulları öz tələbatı üçün xərcləmişdir. Qeyd olunan oğurluqdan başqa heç bir yerdən oğurluq etməmişdir. Həmçinin, ona Ucar RPŞ-də olarkən heç bir təzyiq və psixi təsir göstərilməmişdir. Qoyunların bir ədədini 120 manata olmaqla, ümumilikdə 240 manat müqabilində Bərdə bazarının girişində dayanmış alverçiyə satmışdır. Lakin, həmin şəxsə qoyunların oğurluq olması barədə heç bir söz deməmişdir. O, oğurluğu tək törətmiş, bununla bağlı heç kim ona köməklik etməmişdir.Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı yazılı ərizəsi ilə (ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmiş, eyni zamanda, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir) həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Ucar rayonu, Pirkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində heyvandarlıqla məşğul olur. O, həmin həyətdə 36 baş qoyun saxlayır və həmin qoyunları gündəlik olaraq saymışdır. 05 fevral 2024-cü il tarixdə günorta saat 12 radələrində qoyunları sayaraq həyətyanı sahədə olan boş əraziyə buraxmışdır. Lakin, sonradan həmin gün saat 15 radələrində qoyunları otlaq sahəsinə aparmaq qərarına gəlmişdir. Bu məqsədlə qoyunları saydıqda heyvanlardan ikisinin olmadığını, 34 baş qoyunun isə qaldığını görmüşdür. Bu zaman qoyunların oğurlandığını düşünmüşdür. Lakin işləri çox olduğu üçün bu barədə polisə məlumat verə bilməmişdir. Oğurlanmış qoyunların hər ikisi erkək cinsli olmuş, biri 4 aylıq olmaqla, çəkisi 11 kiloqram, qiyməti 190 manat, digər qoyun isə 5 aylıq olmaqla, çəkisi 12 kiloqram, qiyməti isə 210 manat olmuşdur. Ona məxsus ərazi taxta və digər materiallardan istifadə olunmaqla hasara alınmış, əraziyə giriş və çıxış məhdudlaşdırılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə onuda qeyd etdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2024-cü il tarixli, 9/1716 nömrəli rəyi ilə tanış olmuş və qeyd olunan qiymətlər ilə razıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-100-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli, 9/1716 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 400 manat müəyyən edilir. 1 baş 11 kiloqramlıq (ət çıxarı) erkək qoyun – 190 manat, 1 baş 12 kiloqramlıq (ət çıxarı) erkək qoyun – 210 manat. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105, 111-116-cı vərəqələrində olan 02 aprel 2024-cü il tarixli maddi sübut kimi tanınma və 10 aprel 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2024-cü il tarixli, 9/1716 nömrəli ekspert rəyi, baxış keçirilmə və ifadələrin yerində yoxlanılması haqqında protokollar və digər istintaq materialları, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən əldə olunmuş Təqsirləndirilən şəxs anten məlumatlarının yaddaşına köçürüldüyü 1(bir) ədəd disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, İmanov X2 Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məkum edilmiş, Ağdam Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 04 iyul 2022-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Qüvvədə olan CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-ci səhifəsində olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X8 Şəxsinin Ağdam rayon mərkəzi xəstəxanasının 05 mart 2024-cü il tarixli, 183 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 31-ci səhifəsində olan 21 fevral 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 46-cı səhifəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:30-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 64-65-ci səhifələrində olan 23 fevral 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-85-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs barəsində Ağdam Rayon İHB-nın Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fikri müsbətdir. Cinayət işinin 75-ci vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına ünvanlanmış yazılı ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxsla barışmış və sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Cinayət işinin 5-ci vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına ünvanlanmış 13 fevral 2024-cü il tarixli yazılı ərizəsindən görünür ki, sonuncuya məxsus iki baş qoyunları oğurlandığına görə müvafiq tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 21 fevral 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin 51 və 52-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 88-97-ci vərəqələrində olan Ağcabədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(017)-47/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məkum edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 7(013)-14/2022 saylı qərarının surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(017)-47/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məkum edilmiş Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 7(013)-45/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş 01 il 06 ay 25 gün hissəsi 01 il azadılmış, eləcə də, Ağdam Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 10 iyul 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və bu halın üzrlü sayılmasını xahiş etmiş, eləcə də, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxslə barışmış və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildən Ağdam rayonunda məcburi köçkün kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, maddi sübutlar və iş materiallarında olan digər sənədlərlə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talaması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, sonuncu ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini (əvvəllər törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların, xüsusilə də zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmaması, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdam rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdam rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ağdam rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından hesab edir ki, maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən əldə olunmuş Təqsirləndirilən şəxs anten məlumatlarının yaddaşına köçürüldüyü 1(bir) ədəd Compakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdam rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ağdam rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ağdam rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən əldə olunmuş Təqsirləndirilən şəxs anten məlumatlarının yaddaşına köçürüldüyü 1(bir) ədəd Compakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 50 (əlli) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X3, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-43/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-43/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver