Məhkəmə qərarları › İş №1(063)-44/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-44/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-44/2024 19.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 19 iyul 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1980-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(063)-45/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ucar Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(063)-21/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 7(003)- 1332/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 10 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ucar şəhəri, ünvan 2bs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 0,399 qram çəkidə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində daşımaqla saxlamış, 16 mart 2024-cü il tarixdə saat 19:00 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, 20 Yanvar küçəsində saxlanılıb, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd ağ rəngli kağıza bükülmüş 01 ədəd ağ-gümüşü rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində daşımaqla saxladığı xeyli miqdarda, yəni təmiz çəkisi 0,399 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir müddət əvvəl, tarixini dəqiq xatırlamadığı vaxtda yaşadığı küçədə tək gedərkən 1 ədəd ağ rəngli kağızda sellofana bükülmüş formada ağ-gümüşü rəngli kağızın içərisində ağ rəngli kristal formada olan “patı” deyilən metamfetamin tapmışdır. 16 mart 2024-cü il tarixdə, saat 20:00 radələrindən sonra şəhərdə tək piyada gedən zaman üzərində əvvəlcədən özü ilə götürdüyü su ilə doldurulmuş 1 ədəd şpris və bir ədəd kağıza bükülmüş metamfetamin olmuşdur. Həmin metamfetamini qaranlıqda təklikdə istifadə etmək üçün özü ilə götürmüşdür. 20 Yanvar küçəsində tək piyada gedən zaman 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini Ucar rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edib üzərində narkotik vasitə daşımağında və narkotik vasitə istifadə etməyində şübhəli olduğunu bildirib Ucar rayon polis şöbəsinə dəvət etmişlər. O, polislərə etiraz etməyərək sonuncularla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt kağız bükümdə olan metamfetamin və istifadə edəcəyi içərisini su ilə doldurulmuş vəziyyətdə saxladığı 1 ədəd şpris şalvarının cibində olmuşdur. Bundan sonra, polis şöbəsində müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş, sonra isə videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Növbətçi hissədə müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsilə hüquq və vəzifələri izah olunduqdan sonra üzərində narkotik vasitə və yaxud psixotrop maddələrin olduğu təqdirdə təqdim etməyi təklif olunduqda o, əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd su ilə dolu şprisi və ağ rəngli kağıza bükülmüş formada ağ-gümüşü rəngli kağızda olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda, gödəkcəsinin sol yan cibindən içərisində siqretlər olan 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 manatlıq əskinaslardan ibarət 10 manat pulu və 1 ədəd “Nokia” markalı telefonu çıxararaq təqdim etmişdir. Üzərindən aşkar edilmiş ağ rəngli kağız açılanda içərisində sellofanda bükülmüş formada ağ-gümüşü rəngli kağızda ağ rəngli kristal formasında olan “patı” deyilən metamfetamin aşkar edilmiş, ardınca həmin maddənin nə olması ilə bağlı sorğu edildikdə o, həmin maddənin “patı” olmasını və özü istifadə etməyi üçün üzərində saxladığını, lakin həyəcanlı vəziyyətdə olduğundan və ağır cəza almaqdan qorxduğu üçün saxlanılıb polis şöbəsinə gətirilərkən həmin “patının” çəkisinin bir qədər az olduğunu bildirmişdir. Bundan sonra, həmin metamfetamin olduğu büküm 1 ədəd kağız zərfdə qablaşdırılmış, lakin o, həmin zərfin üzərini imzalamamışdır. Daha sonra, 1 ədəd şpris də 1 ədəd kağız zərfdə qablaşdırılmış və üzərini o, da digər iştirakçılarla birlikdə imzalamışdır. Eyni zamanda 1 ədəd “Nokia” markalı mobil telefonu da 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra, şəxsi axtarış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Hazırda əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasının və yaşının nəzərə alınaraq barəsində yüngül cəza tətbiq edilməsini xahiş etdi. Bununla da, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması hazırda özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə 16 mart 2024-cü il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında Ucar RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 tərəfindən raport yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilərək əməliyyyat qrupu yaradılmışdır. Bundan sonra, Ucar RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi Ucar şəhəri, 20 Yanvar küçəsini müşahidəyə götürdükdən bir qədər sonra sonuncunu piyada həmin küçə ilə hərəkət edərkən görmüşlər. Bu zaman Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanmasında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Ucar RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirərək onlara RPŞ-yə getməyə razılığını verdikdən sonra sonuncunu Ucar RPŞ-yə gətirmişlər. RPŞ-nin X2 Natiq Nadir oğlunun üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin, ona üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 ədəd içərisində maye olan şprisi çıxarıb masanın üzərinə qoymuş, daha sonra həmin cibindən 1 ədəd ağ rəngli kağız büküm çıxararaq özü həmin bükümü açmağa başlamış və kağızı açarkən içərisində başqa kağıza bükülü maddənin olduğu görünmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs həmin əlindəki kağızı və bükümü masanın üzərinə qoyması təklif olunduqda sonuncu bükümün üst kağızını, eləcə də içərisində sellofana bükülmüş ağ-gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. Daha sonra, Təqsirləndirilən şəxs əynindəki göy rəngli qolsuz gödəkcənin sol yan cibindən 1 ədəd “Nokia” markalı telefon, 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 manatlıq əskinaslar çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar edilmiş ağ rəngli kağızda olmuş sellofana bükülmüş ağ-gümüşü rəngli kağız bükümdəki maddənin nə olması soruşulduqda sonuncu həmin maddənin “patı” olmasını və özü üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra, həmin ağ-gümüşü rəngli kağız büküm açıldıqda içərisində kristal formasında ağ rəngli maddə olduğu müəyyən olunmuşdur. Bu zaman Müdafiəçi Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını soruşduqda sonuncu həmin kütlənin “patı”, yəni metamfetamin olmasını bildirmişdir. Həmin ağ-gümüşü rəngli 1 ədəd kağız büküm olduğu kiçik sellofan parçasına və ağ kağıza bükülmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şprisdə olan mayenin nə olması ilə bağlı sual verildikdə sonuncu şprisdəki mayenin adi su olduğunu, “patı”nı istifadə etməsi üçün hazırlayıb üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin 1 ədəd şprislə 1 ədəd kağız bükümdə olan maddəni zərflərdə qablaşdırılmağa başlayanda Təqsirləndirilən şəxs “polis şöbəsinə gətiriləndə həmin “patı” dediyi maddənin çəkisinin az olduğunu bildirib müxtəlif bəhanələr gətirmiş və həmin büküm 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürləndikdən sonra üzərini Natiq Mehdiyəvə imzalaması təklif olunduqda sonuncu aşkar edilmiş “patı” dediyi maddənin çəkisinin artırıldığını iddia edərək zərfin üzərini imzalamqdan imtina etmişdir. Bundan sonra, müdafiəçi və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. İçərisində maye olan 1 ədəd şpris 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri Təqsirləndirilən şəxs, həmçinin digər iştirakçılar tərəfindən imzalamışdır. Daha sonra, Təqsirləndirilən şəxs əynindəki göy rəngli qolsuz gödəkcəsinin sol yan cibindən aşkar edilmiş 1 ədəd “Nokia” markalı telefon da 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs əynindəki göy rəngli qolsuz gödəkcənin sol yan cibindən aşkar edilmiş 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan və 1 manatlıq əskinaslar, eləcə də həmin gödəkcənin sağ yan cibindən aşkar edilmiş tum dənələri iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən hər hansı bir zorakılığa məruz qalıb-qalmaması soruşulduqda sonuncu tutularkən üzərindən aşkar edilmiş maddənin az olduğunu, polis şöbəsində həmin maddənin çəkisinin artırıldığını, saxlanılan zaman özündə həmin maddədən az miqarda olduğunu və şprisə doldurub istifadə etmək istəyən zaman tutulduğunu bildirərək polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Məhkəmə istintaqında digər şahidlər Ucar RPŞ-nin PPXB-nin polis nəfəri X6 və Ucar RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçi köməkçisi Şahid3 Şahid1 ifadəsini təsdiq etməklə analoji ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 17 mart 2024-cü il tarixli, 3-16-16-2-17/284 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,399 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmçinin, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şpris” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 01 ədəd 1mllik şprisdə, həcmi 0,60 ml olan şəffaf rəngli maye halda olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Tədqiqata 0,050 qram istifadə edildikdən sonra qalıq metamfetaminin miqdarı 0,349 qram təşkil etmişdir. 1 ədəd şprisdəki narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan mayenin tədqiqata 0.30 ml sərf edilmiş, qalıq 0.30 qram təşkil edir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri 71 manat 94 qəpik təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 153-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən 08 aprel 2024-cü il tarixdə verilmiş 596 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci vərəqələrində olan 16 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 20:30-dan saat 20:48-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlə onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ-gümüşü rəngli kağız bükümdə 1(bir) ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 86-cı, 89-cu, 155-164-cü vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 19 mart 2024 və 18 aprel 2024-cü il tarixli maddi sübut kimi tanımaq, eləcə də sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,349 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd 1ml-lik şprisdə həcmi 0,30 ml qalıq olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maye cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində 16 mart 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt disk də cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 115-117-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 aprel 2024-cü il tarixli tələbnaməsindən, 132-135-ci vərəqələrdəki Ucar Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(063)-21/2022 saylı hökmünün surətindən, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 7(003)-1332/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(063)-45/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ucar Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 1(063)-21/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 67.1ci maddəsinə əsasən 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 7(003)-1332/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 10 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Ucar Rayon İcra və Probasiya Şöbəsinin 19 iyul 2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 7(003)-1332/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 10 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 24 oktyabr 2023-cü il tarixdən Ucar rayon icra və probasiya şöbəsinin qeydiyyatına alınmış və sınaq müddəti isə 14 mart 2024-cü il tarixdə başa çatmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-ci vərəqəsində olan 16 mart 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-85-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 4(063)-7/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 02 (iki) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 mart 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ucar şəhəri, Oğuz küçəsi, ev 48 ünvanında yaşamış Təqsirləndirilən şəxs heç bir yerdə işləməməklə, ərazidə mənfi xarakterizə olunan şəxsdir. Eyni zamanda, Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş çıxarışdan da görünür ki, sonuncunun himayəsində 12 iyul 2012-ci il təvəllüdlü X3 adlı bir azyaşlı övladı vardır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini və himayəsində azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə ictimaiyyət daxilində narkotik vasitələrə və psixotrop maddələrə meylli şəxs kimi mənfi xarakterizə olunmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən eyni qəbildən olan və daha sonra mülkiyyət əleyhinə cinayət əməllərini törətməsinə görə məhkum olunması və məhkumluğu dövründə yenidən cinayət əməlini törətməsinə baxmayaraq, islah olunmamasını, barəsində yüngülləşdirici hallar olsa da, cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmamasını, bununla da psixotrop maddə aludəçisi kimi cinayət törətməyə meylli olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 0,349 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd 1ml-lik şprisdə həcmi 0,30 ml qalıq olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maye hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 16 mart 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 0,349 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd 1ml-lik şprisdə həcmi 0,30 ml qalıq olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maye hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 16 mart 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar