Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-44/2025 04.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 04 iyun 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1968-ci il tarixdə Ağdam rayonu, Əhmədavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Əhmədavar kəndində daimi qeydiyyatda olan və Ucar şəhəri, 250 ailəlik qəsəbə, bina 1, mənzil 16 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 45,13 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib idarə etdiyi “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 05 fevral 2025-ci il tarixdə, saat 21 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu, Qarabörk kəndi ərazisində saxlanılaraq idarə etdiyi həmin avtomobilə keçirilmiş baxış zamanı sağ qarşı ayaqaltının arxasından, yəni sağ qarşı oturacağın alt hissəsindən 1 ədəd qara-qızılı rəngli sellofan torbada qablaşdırılmış vəziyyətdə ümumi təmiz çəkisi – 45,13 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Ağdam rayonunda anadan olmuş, uzun müddətdir ki, Ucar şəhərində məskunlaşaraq hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Heç bir yerdə işləmir, sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında “Vaz 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Uzun müddətdir ki, hərdənbir marixuana narkotik vasitəsindən istifadə etmiş, başqa növ narkotik vasitələrdən istifadə etməmişdir. Tutulmamışdan təxminən 10 gün əvvəl, yəni 2025-ci ilin yanvar ayının son günlərində, xatırlamadığı tarixdə, axşam saatlarında “Vaz 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi Ucar şəhərindən dəqiq xatırlamadığı yaxın kəndlərin birinə taksi kimi adam aparıb düşürdükdən sonra tək geriyə qayıdarkən, böyrəklərində problem olduğundan tez-tez sidiyə getdiyi üçün yol kənarında xatırlamadığı yerdə avtomobili saxlayıb yerə sidiyə düşərək, avtomobilin yanından azca aralanmışdır. Elə həmin yerdə torpağın üzərində 1 ədəd qara-qızılı rəngli, yəni üzərində qızılı rəngli yazılar olan qara sellofan büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün qaldırıb açmış və içərisinə baxdıqda, içərisində yaşıl rəngli kütlənin olduğunu görüb iylədikdə həmin kütlənin marixuana narkotik vasitəsi olduğunu anlamışdır. Ətrafda heç kim olmadığına görə həmin marixuananı götürüb özü sonra hissə-hissə istifadə etməyə qərar vermiş, ona görə də, həmin 1 ədəd qara-qızılı sellofanda olan marixuananı aparıb avtomobilində olan başqa boş şəffaf sellofana qoyub bükmüş və qabaq sağ ayaqaltının arxasına, yəni qabaq sağ oturacağın alt hissəsinə qoyub gizlətmişdir. Həmin marixuanadan 2 gün sonra cəmi 1 dəfə papirosa doldurmaqla təklikdə çəkmiş, yenidən həmin sellofanlarda avtomobilinin qabaq sağ ayaqaltının arxasına, yəni qabaq sağ oturacağın alt hissəsinə qoyub gizlətmişdir. Bundan heç kimin xəbəri və məlumatı olmamış, marixuana tapmağı və avtomobilində gəzdirməsini heç kimə deməmiş, həmin marixuana 1 ədəd qara-qızılı sellofanda başqa 1 ədəd şəffaf sellofana qoyulmuş vəziyyətdə avtomobilində qarşı sağ ayaqaltının arxasında, yəni qabaq sağ oturacağın alt hissəsində qalmışdır. 05 fevral 2025-ci il tarixdə axşam saatlarında, taksi fəaliyyəti ilə məşğul olarkən saat 21 radələrində şəhərin çıxacağında, Ucar-Zərdab yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən hissəsində “dörd yol” deyilən yerdə mağazaların yanında dayanmışdır. Artıq gec olduğundan azca da gözləyib evə qayıtmağa qərarlaşmışdır. Bir qədər qarşıya gedib, geriyə dönüb evə qayıtmaq istəmiş, lakin azca getmişdir ki, elə Qarabörk kəndi ərazisində Ucar rayon polis şöbəsinə məxsus yol polisi maşını arxadan ona saxla işarəsi verib saxlatmışdır. O, avtomobili yolun kənarına çəkib saxlamışdır. Həmin vaxt tapdığı marixuana gizlədiyi yerdə, yəni avtomobildə qarşı sağ ayaqaltının arxasında, qabaq sağ oturacağın alt hissəsində olmuşdur. Onu yol polisi saxladığına görə hər hansı şübhəli vəziyyət hiss etməmişdir. Avtomobildən düşən kimi ona özünü Şahid4 kimi təqdim edən Yol Polisi əməkdaşı ilə yanaşı mülki geyimdə olan bir neçə nəfər şəxs də yaxınlaşaraq Ucar RPŞ-nin əməkdaşları olduqlarını, üzərində və avtomobildə narkotik vasitə saxlayıb daşımaqda şübhəli olduğunu bildirmiş, ona görə də videoçəkilişlə üstünü yoxlayacaqlarını, həmçinin idarə etdiyi avtomobilə baxış keçirəcəklərini söyləmişlər. O da buna heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkilişlə Şahid1 ona hüquq və vəzifələrini izah edərək bu barədə bildiriş təqdim etmiş, üzərində narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş əşya və predmetin olub-olmadığını ondan soruşmuşdur. O da üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Elə dayandıqları yerdə, yolun kənarında digər polis əməkdaşı onun üstünü yoxlamağa başlamış və əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən avtomobilin açarları, şalvarının sol yan cibindən 10 manat pul, şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı telefonu, şalvarın arxa ciblərindən müxtəlif əskinaslarla 180 manat pul aşkar edilərək sayılmış və ümumilikdə 190 manat pulu ona qaytarılmışdır. Aşkar edilmiş 1 ədəd “Samsung” markalı telefon isə 1 ədəd kağız zərfdə qablaşdırılıb üzəri imzalandıqdan və ağzı möhürləndikdən sonra polis tərəfindən götürülmüşdür. Üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, ya da ki, narkotik vasitə aşkar edilməmişdir. Ardınca idarə etdiyi “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsinə başlanmışdır. Baxışdan əvvəl ona avtomobilində qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması ilə bağlı sual verilərək, əgər vardırsa, təqdim etməyi təklif olunmuşdur. O da məsuliyyətini ağırlaşdırmamaq üçün avtomobilində narkotik vasitənin olduğunu etiraf etmişdir. Həmin narkotik vasitənin harada olması ilə bağlı sual verilərək özünün həmin narkotik vasitəni təqdim etməsi bildirilmiş, o da “VAZ 2107” markalı, **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ qarşı qapısını özü açaraq sağ qarşı ayaqaltının arxasından, yəni sağ qarşı oturacağın alt hissəsindən özü istifadə etməsi üçün gizlətdiyi 1 ədəd şəffaf sellofana bükülmüş 1 ədəd qara-qızılı rəngli sellofandakı marixuananı çıxarıb polislərə təqdim etmişdir. Həmin büküm polislər tərəfindən nəzərdən keçirilmiş və ona başqa haradasa qadağan olunmuş əşya və predmetin olub-olmaması barədə sual verilmiş, o, başqa heç harada qanunla qadağan olunmuş nəyinsə olmadığını bildirmişdir. Təqdim etdiyi büküm avtomobilin arxa kapotunun üzərinə qoyularaq açılmışdır. Belə ki, şəffaf sellofan açıldıqda, içərisində qara rəngli üzərində qızılı rəngli yazılar olan sellofan büküm aşkar edilmiş, ardınca həmin büküm açıldıqda içərisindən marixuana aşkar edilmişdir. Həmin marixuana nəzərdən keçirilərək olduğu qara-qızılı rəngli sellofanda elektron tərəzidə çəkilmiş və qara-qızılı rəngli sellofanla birlikdə çəkisinin 52 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin qara-qızılı rəngli sellofan büküm yenidən olduğu şəffaf sellofana qoyularaq 1 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra polis tərəfindən götürülmüşdür. Ardınca “Vaz 2107” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonuna, qapılarına, yük hissəsinə, digər saxlanc yerlərinə və ayaq altlıqlarına baxış keçirilmiş, avtomobilin salonundan 32 manat pul aşkar edilərək sayılıb özünə qaytarılmışdır. Avtomobilindən başqa narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra ona üstünün yoxlanılması və avtomobilə baxışın keçirilməsi ilə bağlı hər hansı bir vəsatət və şikayətinin olub-olmaması barədə sual verilmiş, o da heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmış və polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində isə videoçəkilişlə üstünün yoxlanılması və avtomobilinə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi “Vaz 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş marixuanaya və üzərindən aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş “Samsung” markalı telefonuna Növbətçi Hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı müstəntiq tərəfindən ona polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsində gətirilərkən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması ilə bağlı sual verilmiş, o, polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Ona baxışın mahiyyəti, eləcə də, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra ilk öncə ona masanın üzərinə qoyulmuş 1 ədəd kağız zərf təqdim olunaraq tamlığının pozulmadığı nümayiş etdirilmiş, o həmin zərfin idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfin olduğunu təsdiq etmişdir. Daha sonra, zərf açılaraq içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş 1 ədəd qara rəngli, üzərində qızılı rəngli yazılar olan sellofan büküm çıxarılmış, həmin qara-qızılı rəngli bükümün içərisində marixuananın olduğu aşkar edilmişdir. Həmin kütlənin avtomobilindən aşkar edilmiş kütlə olub-olmaması barədə sual verilmiş, o, həmin kütlənin avtomobilindən aşkar edilmiş kütlənin olduğunu təsdiq etmişdir. Daha sonra içərisində marixuana olan həmin qara-qızılı rəngli sellofan büküm yenidən şəffaf sellofana qoyularaq elektron tərəzidə çəkilmiş, sellofanlarla birlikdə çəkisinin 52,27 qram olduğu müəyyən edilmişdir. Həmin marixuana ilkin qablaşdırıldığı formada olduğu kağız zərfə qoyularaq zərfin ağzı möhürlənərək götürülmüşdür. Daha sonra digər 1 ədəd kağız zərf ona təqdim olunmuş, həmin zərfin tamlığı pozulmamışdır. Zərf açıldıqda içərisindən ona məxsus qoruyucuda olan 1 ədəd qara rəngli “Samsung” markalı telefon çıxarılaraq təqdim olunmuşdur. O, həmin telefonun ona məxsus telefonun olduğunu təsdiq etmişdir. İş üçün maraq kəsb edəcəyi nəzərə alınaraq həmin 1 ədəd “Samsung” markalı telefon yenidən olduğu 1 ədəd kağız zərfdə qablaşdırılıb ağzı möhürlənərək götürülmüşdür. O və digər iştirakçılara hər hansı bir vəsatətlərinin olubolmaması barədə sual verilmiş, o və digər iştirakçılar vəsatətlərinin olmadığını bildirmişlər. Bununla da baxış yekunlaşaraq videoçəkiliş dayandırılmış, protokol tərtib olunarq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. 05 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman, üstü yoxlanmamışdan və avtomobilinə baxış keçirilməmişdən əvvəl, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor hədəsi tətbiq edilməmiş, polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmamışdır. “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan sellofan bükümdə aşkar edilmiş kütlə marixuanadır və özünə məxsusdur. Qeyd etdiyi kimi 2025-ci ilin yanvar ayının son günlərində axşam saatlarında Ucar şəhərindən dəqiq xatırlamadığı yaxın kəndlərin birinə adam aparıb düşürdükdən sonra şəhərə tək qayıdarkən avtomobili saxlayıb yerə sidiyə düşən zaman yerdə torpağın üzərində 1 ədəd qara-qızılı rəngli, yəni üzərində qızılı rəngli yazılar olan selofan büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün qaldırıb açaraq içərisinə baxdıqda, içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin marixuananı sonra özü hissə-hissə istifadə etməsi üçün olduğu qara-qızılı rəngli sellofan bükümdə aparıb avtomobilində olan başqa boş şəffaf sellofana qoyub bükmüş və qabaq sağ ayaqaltının arxasına, yəni qabaq sağ oturacağın alt hissəsinə qoyub gizlətmişdir. Həmin marixuanadan heç kimə verməmiş və satmamışdır. Ümumiyyətlə heç zaman heç kimə narkotik vasitə satmamış, nə də ki verməmişdir. Həmin marixuananı tapandan sonra özü istifadə etmək üçün avtomobilində gizlədib gəzdirmiş, bu barədə heç kimə heç nə deməmiş, onda marixuana olduğunu ümumiyyətlə heç kim bilməmişdir. Həmin marixuanadan tapandan 2 gün sonra özü təklikdə 1 dəfə bir çəkimlik götürüb tütünlə qarışdırıb papirosa doldurub istifadə etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, əvvəllər məhkumluğunun olmamasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni üzərində və idarə etdiyi “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilində daşıması barədə 05 fevral 2025-ci il tarixdə Ucar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 məlumat daxil olmuşdur. Şahid4 tərəfindən bu barədə dərhal Ucar RPŞ-nin rəhbərliyinə raportla məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, Ucar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 daxil edilmişlər. Əməliyyat qrupunun üzvləri təlimatlandırıldıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ucar şəhərinin çıxacağında Ucar-Zərdab yolunun kənarında Qarabörk kəndi ərazisinə düşən hissədə olan mağazaların yanında taksi kimi dayanması barədə məlumat alınmışdır. Ona görə də, dərhal, yəni 05 fevral 2025-ci il tarixdə, saat 21 radələrində əməliyyat qrupunun üzvləri ilə öz aralarında əvvəlcədən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətdə gördükdə, sonuncunun qaçmaması və şübhələnməməsi üçün YPX-nin inspektoru Şahid4 “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə həmin avtomobili saxlayacağına, İlham avtomobili saxladıqdan sonra əməliyyat qrupunun digər üzvlərinin ona yaxınlaşacağına, Təqsirləndirilən şəxs dayanmış vəziyyətdə olacağı halda isə hamının birlikdə sonuncuya yaxınlaşmalarına dair razılaşıb qərar vermişlər. Daha sonra həmin əraziyə gedərək Ucar-Zərdab yoluna döndükdə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin asta sürətlə hərəkətdə olduğu görünmüş, elə həmin yerdən azca qarşıda Ucar-Zərdab yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində YPX-nin inspektoru Şahid4 “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə həmin avtomobilə işarə verib saxlatmış, Təqsirləndirilən şəxs “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarına çəkib saxlamışdır. YPX-nin inspektoru Şahid4 yaxınlaşıb özünü təqdim edən zaman, o əməliyyat qrupunun digər üzvləri ilə, yəni Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid3 və Şahid2la birlikdə İlhama yaxınlaşmışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş, odur ki, videoçəkilişlə üstünün yoxlanılacağı və idarə etdiyi avtomobilə baxışın keçiriləcəyi sonuncuya izah olunmuşdur. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmaqla avtomobil yolunun kənarında saxlanıldığı yerdə videoçəkilişlə iştirakçılar elan olunmuş, Təqsirləndirilən şəxs saxlanılmasının mahiyyəti bir daha bildirilərək Cinayət Prosessual Мəcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla bu barədə bildiriş təqdim olunmuş, bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq götürülmüşdür. Üstü yoxlanılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də qanunla qadağan edilmiş hər hansı əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan olunmuş hər hanası bir əşayanın olmadığını bildirmiş, bundan sonra Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən avtomobilin açarları, şalvarının sol yan cibindən 10 manat pul, şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı telefon, şalvarının arxa ciblərindən müxtəlif əskinaslarla 180 manat pul aşkar edilərək sayılmış və ümumilikdə 190 manat pul Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Aşkar edilmiş 1 ədəd “Samsung” markalı telefon isə tərəfindən 1 ədəd kağız zərfdə qablşadırılıb üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan və ağzı möhürləndikdən sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, ya da ki narkotik vasitəyə bənzər hər hansı kütlə aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsinə başlanmış, baxış keçirilməmişdən əvvəl isə Təqsirləndirilən şəxs avtomobilində qanunla qadağan olunmuş əşya və predmetin olubolmaması ilə bağlı sual verilərək, əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olduğunu demiş, sonuncuya həmin narkotik vasitəni harada olması ilə bağlı sual verilərək özünün həmin narkotik vasitəni təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs isə “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qarşı qapısını özü açaraq, sağ qarşı ayaqaltının arxasından, yəni sağ qarşı oturacağın alt hissəsindən 1 ədəd şəffaf sellofana bükülmüş 1 ədəd qara-qızılı rəngli sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm nəzərdən keçirilmiş və Təqsirləndirilən şəxs başqa haradasa qadağan olunmuş əşya və predmetin olub-olmaması barədə sual verilmiş, sonuncu başqa heç harada qanunla qadağan olunmuş nəyinsə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa kapotunun üzərinə qoyularaq açılmışdır. Belə ki, şəffaf sellofan açıldıqda, içərisində qara rəngli üzərində qızılı rəngli yazılar olan, yəni qara-qızılı rəngli sellofan büküm aşkar edilmiş, həmin büküm açıldıqda isə içərisindən yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə hesab edilən marixuanaya bənzər bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin kütlə nəzərdən keçirilərək olduğu qara-qızılı rəngli sellofanda elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisinin 52 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin qara-qızılı rəngli sellofan büküm yenidən olduğu şəffaf sellofana qoyularaq 1 ədəd kağız zərfdə qablaşdırılmış, üzəri bütün işirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Ardınca “Vaz 2107” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin bütün yerlərinə, yəni salonuna, qapılarına, arxa yük hissəsinə və digər hissələrinə baxış keçirilmiş, avtomobilin salonundan 32 manat pul aşkar edilərək sayılıb Təqsirləndirilən şəxs qaytarılmışdır. Avtomobildən başqa narkotik vasitəyə bənzər hər hansı kütlə, eləcə də qanunla qadağan edilmiş başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilə baxışın keçirilməsi ilə bağlı hər hansı bir vəsatəti və şikayətinin olub-olmaması barədə sual verilmiş, sonuncu da heç bir etiraz, vəsatət və şikayətinin olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşdırılaraq videoçəkiliş dayandırılmış və bütün iştirakçılar polis şöbəsinə gəlmişlər. Polis şöbəsində isə videoçəkilişlə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və avtomobilinə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra “Vaz 2107” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş marixuanaya bənzər kütləyə və üzərindən aşkar edilərək 1 ədəd zərfdə qablaşdırılıb götürülmüş “Samsung” markalı telefona Növbətçi Hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Əməliyyat müvəkkili Şahid3 xidmətlə bağlı polis şöbəsindən getmiş, YPX-nin inspektoru Şahid4 də xidmətə qayıtmış və baxışda iştirak etməmişlər. Baxışda o və Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 iştirak etmişlər. Videoçəkilişi məsul növbətçi, Tural Bəkirov aparmışdır. Növbətçi Hissədə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsində gətirilərkən hər hansı bir qanunsuzluğa məruz qalıbqalmaması ilə bağlı sual verilmiş, sonuncu polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs baxışın mahiyəti, eləcə də hüquq və vəzifələri bir daha izah olunmuşdur. İlk öncə masanın üzərinə qoyulmuş 1 ədəd kağız zərf təqdim olunaraq tamlığının pozulmadığı nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs sorğu zamanı həmin zərfin idarə etdiyi ağ rəngli “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfin olduğunu təsdiq etmişdir. Daha sonra həmin zərf açılaraq içərilərindən 1 ədəd şəffaf sellofana bükülmüş 1 ədəd qara rəngli, üzərində qızılı rəngli yazılar olan sellofan büküm çıxarılmışdır. Həmin qara-qızılı rəngli bükümün içərisində marixuana narkotik vasitəsinə bənzər yaşıl rəngli kütlənin olduğu aşkar edilmişdir. Həmin kütlə nəzərdən bir daha keçirilmiş və Təqsirləndirilən şəxs həmin kütlənin avtomobilindən aşkar edilmiş kütlə olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin avtomobilindən aşkar edilmiş kütlənin olduğunu təsdiq etmişdir. Daha sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan həmin qara-qızılı rəngli sellofan büküm yenidən şəffaf sellofana qoyularaq elektron tərəzidə çəkilmiş, sellofanlarla birlikdə çəkisinin 52,27 qram olduğu müəyyən edilmişdir. Həmin marixuana ilkin qablaşdırıldığı formada olduğu kağız zərfə qoyularaq zərfin ağzı möhürlənərək götürülmüşdür. Daha sonra digər 1 ədəd kağız zərf Təqsirləndirilən şəxs təqdim olunmuş, həmin zərfin də tamlığı pozulmamışdır. Zərf açıldıqda içərisindən qoruyucuda olan 1 ədəd qara rəngli “Samsung” markalı telefon çıxarılaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu həmin telefonun ona məxsus telefonun olduğunu təsdiq etmişdir. İş üçün maraq kəsb edəcəyi nəzərə alınaraq həmin 1 ədəd “Samsung” markalı telefon yenidən olduğu 1 ədəd kağız zərfdə qablaşdırılıb ağzı möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs və digər iştirakçılara hər hansı bir vəsatətlərinin olub-olmaması barədə sual verilmiş, o və digər iştirakçılar heç bir vəsatətlərinin olmadığını bildirmişlər. Bununla da baxış yekunlaşaraq videoçəkiliş dayandırılmış, protokol tərtib edilərək ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ona aşkar edilmiş kütlənin məhkəmə-bioloji ekspertizasının rəyi ilə qurudulmuş marixuana narkotik vasitəsi olması təsdiq olunduğu məlum olmuşdur. 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilmiş qurudulmuş marixuananı real olaraq haradan və ya kimdən əldə etməsini müəyyən edilməsi istiqamətdə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, bu günədək Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuanadan kiməsə verməsi, satması və kiminləsə bir yerdə istifadə etməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmiş, eləcə də bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, onun ümumiyyətlə narkotik vasitə, psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkiliş başlayarkən iştirakçıları təqdim edən zaman tarixi düz qeyd etsə də, Təqsirləndirilən şəxs saxlanılma vaxtını səhvən saat 22:18 kimi demiş, əslində Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:18-də saxlanılaraq dərhal videoçəkilişlə üstünün yoxlanılmasına başlanılaraq ardınca avtomobilinə baxış keçirilmiş, saat 21:48-də isə baxış yekunlaşaraq videoçəkiliş dayandırılmışdır. O, çıxışının əvvəlində vaxtı elan edərkən, səhvən saatı 22:18 kimi qeyd etmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının və “VAZ 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə keçirilmiş baxışın əvvəli 05 fevral 2025-ci il, saat 21:18, bitməsi isə 05 fevral 2025-ci il, saat 21:48-də olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 Mövlud oğlu digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-42-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 06 fevral 2025-ci il tarixli, 17/95 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “..Təqsirləndirilən şəxs idarə etdiyi ** RB *** d.q.n-lı avtomobilin..... qurudulmuş marixuanaya bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 45,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə olan marixuanaların qalıq çəkisi 45,11 qram təşkil etmişdir. Cinayət işinin 41-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 570 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X6 məhkəmə-tibbi ekspertizasının 07 fevral 2025-ci il tarixli, 30 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 06 fevral 2025ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12-ci və 14-15-ci vərəqələrində olan 05 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollardan görünür ki, 05 fevral 2025-ci il tarixdə, saat 21:18-dən saat 21:48-dək olan müddət ərzində Ucar rayonu, Qarabörk kəndində avtomobil yolunun kənarında videoçəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanılaraq, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxış zamanı idarə etdiyi “Vaz 2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan sağ qarşı ayaqaltının arxasından, yəni sağ qarşı oturacağın alt hissəsindən 1 ədəd şəfaf sellofana bükülmüş 1 ədəd qara-qızılı rəngli sellofan bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablşadırılıb Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili tərəfindən Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və nəqliyyat vasitəsinə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı “Sony” və “Panasonic” markalı aparatlardan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 05 fevral 2025ci il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 30-cu vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-cu vərəqəsində olan 07 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:25-də Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 94-95-ci, 109-cu və 126-138-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 25 fevral, 18 mart 2025-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də 22 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan aşkar olunaraq götürülmüş 01 ədəd sellofan torbada olan ümumilikdə - 45,13 qram çəkidə qurudulmuş marixuananın 25 fevral 2025-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması, 0,02 qram çəkidə olan hissəsinin tədqiqata sərf edilməsi, qalan – 45,11 qram çəkidə qurudulmuş marixuananın bir ədəd kağız paketdə qablaşdırılıb “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 X3 nömrə 1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və idarə etdiyi “Vaz 2107” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd kompakt diskin 18 mart 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunması nəzərə alınmış, 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılarkən götürülmüş üzərində 050 *** ** ** nömrə olan 1 ədəd “Samsung A51” markalı mobil telefonun 07 fevral 2025-ci tarixli qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 73-ci vərəqəsində olan 07 fevral 2025ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində 050 *** ** ** nömrə olan 1 ədəd “Samsung A51” markalı mobil telefonun 07 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saz və işlək vəziyyətdə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 119-120-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 118-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Ucar rayon mərkəzi xəstəxanası” X8 tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli, 18-1-77/2-518/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin ruhiəsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 124-125-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Ağdam rayonu, Əhmədəvar kəndində qeydiyyatda olmaqla, Ucar şəhəri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş 250 mənzilli qəsəbədə yaşayan yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır, yaşayış yerindən yaxşı xarakterizə olunur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yerindən yaxşı xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il saat 22:45-dən 07 fevral 2024-cü il saat 11:25-ə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan aşkar olunaraq götürülmüş 01 ədəd sellofan torbada olan qalıq – 45,11 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs yoxlanılması və idarə etdiyi “Vaz 2107” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsini əks etdirən videogörüntünün köçürüldüyü 02 ədəd disk cinayət işində saxlanılmalıdır. Eləcə də, 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılarkən götürülmüş, üzərində 050 *** ** ** nömrə olan 1 ədəd “Samsung A51” markalı mobil telefonun 07 fevral 2025-ci tarixli qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonundan aşkar olunaraq götürülmüş 01 ədəd sellofan torbada olan qalıq – 45,11 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üstünün yoxlanılması və idarə etdiyi “Vaz 2107” markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxışın keçirilməsini əks etdirən videogörüntünün köçürüldüyü 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. 05 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılarkən götürülmüş üzərində 050 *** ** ** nömrə olan 1 ədəd “Samsung A51” markalı mobil telefonun 07 fevral 2025-ci tarixli qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 35,97 (otuz beş manat doxsan yeddi) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-44/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-44/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver